Azərbaycan Respublikası Səhiyyə Nazirliyi kollegiyasının 20 noyabr 2009-cu il tarixli



Yüklə 2,37 Mb.
Pdf görüntüsü
səhifə12/16
tarix27.01.2017
ölçüsü2,37 Mb.
#6527
1   ...   8   9   10   11   12   13   14   15   16

Xüsusi göstərişlər 

 
Hamiləlik və laktasiya: izoniazid plasentadan keçdiyi üçün hamilələrdə 
ehtiyatla tətbiq olunmalıdır. Ana südünə keçdiyi üçün uşaqlarda hepatit və 
periferik nevritlər inkişaf edə bilər.  

 
Pediatriya: Yenidoğulmuşlarda garaciyər fermentlərinin çatışmazlığı 
nəticəsində izoniazidin yarımxaricolma müddəti arta bilər.  

 
Qaraciyər və böyrək çatışmazlığı zamanı: toksiklik riski yüksəlir.   
Pasiyent üçün məlumat 
Qaşınma, ürək bulanma, qusma, hərarətin qalxması baş verdikdə  həkimə 
müraciət etmək. Alkoqoldan istifadə hepatitin əmələgəlmə riskini artırır. 
Rifamisinlər 
Rifamisinlərə geniş təsir spektrli rifampisin və rifabutin aiddir.  
Rifampisin 
Təsir mexanizmi 
Rifampisin RNT sintezinin spesifik inhibitoru olaraq bakterisid təsir göstərir.   
Göstərişlər 

 
Vərəm; 
Klinik protokol Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin
İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanmışdır.

 
105

 
QİÇS infeksiyalı  xəstələrdə atipik mikobakteriozun müalicə  və profilaktikası 
(azitromisin və siprofloksasinlə birgə). Cüzam (klofazimin, dapson və 
etionamidlə birgə) 

 
MRSA tərəfindən törədilmiş ağır formalı stafilokok infeksiyaları 

 
Legionelloz (makrolidlərlə birgə) 

 
Meninqokok daşıyıcılarında meningitin profilaktikası 
Əks-göstərişlər 

 
DV-nin fərdi qəbul olunmaması 

 
Ağır qaraciyər xəstəlikləri 
Əlavə təsirləri 

 
MBS: iştahanın azalması, ürəkbulanma, qusma, diareya; 

 
Qaraciyər: qanda transaminazaların və bilirubinin artması; 

 
Allergik reaksiyalar: səpgi, eozinofiliya, Kvinke ödemi, dəri sindromu 
(müalicənin  əvvəlində), dəridə  qızartı, üzün və başın dərisinin qaşınması, 
gözlərin yaşarması; 

 
Qripəbənzər sindrom: baş ağrısı, titrətmə, sümüklərdə ağrı; 

 
Hematoloji reaksiyalar: trombositopenik purpura, neytropeniya; 

 
Böyrəklər: geridönən böyrək çatışmazlığı;  
Ehtiyat tələb edən hallar 

 
Allergiya: rifabutinlə çarpaz allergiya; 

 
Hamiləlik və laktasiya: izoniazid plasentadan keçdiyi üçün hamilələrdə 
ehtiyatla tətbiq olunmalıdır. Ana südünə az miqdarda keçir, ehtiyatla tətbiq 
olunmalıdır.  

 
Pediatriya: Yenidoğulmuşlarda garaciyərin ferment sistemi tam 
formalaşmadığı üçün həyati əhəmiyyətli hallarda təyin edilir. 

 
Qaraciyərin funksiya pozğunluğu: anamnezdə qaraciyər xəstəlikləri zamanı 
ehtiyatla tətbiq edilməlidir. Alkoqolizm DV-in toksiklikliyini artırır. 

 
Rifampisin P450 sitoxrom sistemi fermentlərinin induktoru olaraq bir çox DV-
in metabolizmini cürətləndirir. Pirazinamid qanda rifampisinin 
konsentrasiyasını azaldır.    
Pasiyent üçün məlumat 
Rifampisin qida qəbulundan 1 saat əvvəl (və ya 2 saat sonra) qəbul 
olunmalıdır.  
Səpgi, qaşınma, mədə-bağırsaq  əlamətləri, qaraciyər nahiyəsində  ağrı  və 
sarılıq əmələ gəldikdə həkimə müraciət etmək lazımdır. 
Müalicə müddətində sidiyin, tüpürcəyin, bəlğəmin, kontakt linzalarının 
qırmızı–naringi rəngə boyanması mümkündür.  
Rifabutin 
Çox xüsusiyyətlərinə əsasən rifampisinlə oxşardır.    
Göstərişlər 

 
M. Tuberculosis-in rifampisinrezistent ştamları  tərəfindən törədilən müxtəlif 
lokalizasiyalı vərəm; 
Klinik protokol Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin
İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanmışdır.

 
106

 
M. avium-intracellulare və digər atipik mikobakteriyalar tərəfindən törədilən 
infeksiyalar; 

 
QİÇS infeksiyalı xəstələrdə atipik mikobakteriozun profilaktikası. 
Əks-göstərişlər 

 
DV-nin fərdi qəbul olunmaması 

 
Ağır qaraciyər xəstəlikləri 

 
Hamiləlik və laktasiya 

 
14 yaşa qədər uşaqlar 
Ehtiyat tələb edən hallar 

 
Allergiya: rifampisinlə çarpaz allergiya; 

 
Qaraciyər və böyrək çatışmazlığında: toksiklik riski yüksəlir.  

 
Müalicə müddəti ərzində sidiyin, dərinin, göz yaşı, ağız suyu və tərin qırmızı-
çəhrayı rəngə boyanması mümkündür. 
Pasiyent üçün məlumat 
Rifabutini qida qəbulundan əvvəl, qida qəbulu zamanı  və ondan sonra qəbul 
etmək olar. Müalicə müddətində sidiyin, tüpürcəyin, bəlğəmin, kontakt linzalarının 
qırmızı–naringi rəngə boyanması mümkündür.  
Etambutol 
Təsir mexanizmi 
Etambutol bakteriostatik təsir göstərir. 
Göstərişlər 

 
Vərəmin müalicəsində kombinə olunmuş müalicədə istifadə edilən II sıra DV-dir. 
Əks-göstərişlər 

 
DV-nin fərdi qəbul olunmaması 

 
Görmə sinirinin nevriti, katarakta, diabetik retinopatiya, gözlərin iltihabi 
xəstəlikləri 

 
2 yaşa qədər uşaqlar 
Əlavə təsirləri 

 
Sinir sistemi: başgicəllənmə, retrobulbar nevrit, periferik polineyropatiya, 
paresteziya, depressiya. 

 
MBS: ürəkbulanma və qusma; 

 
Allergik reaksiyalar: səpgi və s.; 

 
Digərləri: bəlğəm ifrazının artması ilə öskürəyin güclənməsi.  
Ehtiyat tələb edən hallar 

 
Hamiləlik və laktasiya: ehtiyatla tətbiq olunmalıdır.   

 
Pediatriya:. 2-8 yaşlı  uşaqlara, görmə qabiliyyətinə adekvat nəzarətin 
mümkünsüzlüyü baxımından təyin edilməməlidir. 12 yaşa qədər uşaqlarda 
ehtiyatla tədbiq olunalıdır 
Böyrəklərin funksiya pozğunluğu: böyrək çatışmazlığı zamanı  əks-
göstərişlərdir. 
Klinik protokol Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin
İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanmışdır.

 
107
Pasiyent üçün məlumat 
Müalicə müddətində görmə itiliyinə nəzarət etmək lazımdır. 
Pirazinamid 
Təsir mexanizmi 
Zəif bakterisid təsir göstərir.   
Göstərişlər 

 
Vərəmin müalicəsində kombinə olunmuş müalicədə istifadə edilən II sıra DV-dir. 
Əks-göstərişlər 

 
DV-nin fərdi qəbul olunmaması 

 
Ağır qaraciyər xəstəlikləri 
Əlavə təsirləri 

 
MBS: tez-tez – ürəkbulanma və qusma; 

 
Maddələr mübadiləsi pozğunluğu: artralgiya və mialgiya ilə  təzahür edən 
hiperurikemiya; 

 
Qaraciyər: qanda transaminazaların yüksəlməsi və dozaasılı hepatotoksiklik; 

 
Hematoloji reaksiyalar: trombositopeniya, eritroid hiperplaziyalı sideroblast 
anemiya; 

 
Digərləri: doza artıqlığı — dərman titrətməsi, dizuriya.  
Ehtiyat tələb edən hallar 

 
Hamiləlik və laktasiya: ehtiyatla tətbiq olunmalıdır.   

 
Qaraciyər və böyrəklərin funksiya pozğunluğu: ağır qaraciyər və böyrək 
xəstəlikləri zamanı əks-göstərişlərdir.  
Pasiyent üçün məlumat 
Yeni əlamətlər haqqında həkimə məlumat vermək lazımdır. 
II sıra vərəm əleyhinə dərman vasitələri 
Kapreomisin 
Təsir mexanizmi 
Bakteriostatik təsir göstərir. 
Göstərişlər 

 
I sıra VƏDV-ə qarşı davamlılıq və ya qəbul edilməməzlik olduqda rezerv 
vasitə kimi tətbiq edilir. 
Əks-göstərişlər 

 
MBT-nin ağır xəstəlikləri 

 
Qaraciyər və böyrəklərin ağır xəstəlikləri 

 
Qanyaranmanın patologiyası 

 
Şəkərli diabet 

 
Amiloidoz 

 
Hamiləlik və laktasiya 
 
Klinik protokol Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin
İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanmışdır.

 
108
Əlavə təsirləri 

 
Böyrəklər: böyrək çatışmazlığı 

 
Ototoksik təsir: qulaqlarda küy, eşitmənin zəifləməsi 

 
Mərkəzi sinir sistemi: başgicəllənmə, sinir-əzələ bloku 

 
Allergik reaksiyalar: övrə, titrətmə, eozinofiliya 

 
Yerli reaksiyalar: inyeksiya yerində ağrı, infiltratlar, steril abseslər 
Xüsusi göstərişlər 

 
Hamiləlik və laktasiya: zamanı təyin edilmir.  

 
Heriatriya: böyrəklərin funksional dəyişiklikləri ilə  əlaqədar olaraq dozası 
korreksiya olunmalıdır. 

 
Böyrək çatışmazlığında: nefrotoksiklik riski yüksəlir. 

 
MSS:  miasteniyası  və parkinsonizmi olan xəstələrdə sinir-əzələ bloku riski 
yüksəlmiş olur. 
Pasiyent üçün məlumat 
2-3 həftə  ərzində yaxşılaşma baş vermədikdə  və ya yeni əlamətlər  əmələ 
gəldikdə həkimə müraciət etmək lazımdır.  
Etionamid və protionamid 
Təsir mexanizmi 
Bakteriostatik təsir göstərir.  
Göstərişlər 

 
Vərəmin müalicəsi (digər VƏDV-in effektivsizliyi zamanı) 
Əks-göstərişlər 

 
Kəskin qastrit, mədə  və onikibarmaq bağırsağın xora xəstəliyi, xoralı kolit, 
qaraciyər sirrozu və qaraciyərin digər xəstəlikləri 

 
Hamiləlik 

 
DV-nin fərdi qəbul olunmaması 

 
14 yaşa qədər uşaqlar 
Əlavə təsirləri 

 
MBS: anoreksiya, ürəkbulanma, ağızda xoşagəlməz dad, kükürd iyli gəyirmə, 
salivasiya, qusma 

 
Mərkəzi sinir sistemi: yuxululuq, halüsinasiya, depressiya 

 
Qaraciyər: hepatitin inkişafınadək hepatotoksik təsir 
Xüsusi göstərişlər 
Qaraciyərin funksiya pozğunluğu: zamanı hepatotoksiklik riski yüksəlir  
Pasiyent üçün məlumat 
Etionamid yatmazdan əvvəl, portağal şirəsi və ya südlə qəbul edildikdə daha 
yaxşı mənimsənilir. 
Müalicə müddətində alkoqollu içkilər qəbul olunmamalıdır.  
2-3 həftə  ərzində yaxşılaşma baş vermədikdə  və ya yeni əlamətlər  əmələ 
gəldikdə həkimə müraciət etmək lazımdır.  
Klinik protokol Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin
İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanmışdır.

 
109
Paraaminosalisil turşusu 
Təsir mexanizmi 
Tuberkulostatik təsirinin  əsasında paraaminobenzoy turşusu (PABT) ilə 
antaqonistliyi durur. 
Göstərişlər 

 
Vərəmin müalicəsi (digər VƏDV-in qəbul olunmaması  və ya 
mikobakteriyaların rezistentliyi zamanı).  
Əks-göstərişlər 

 
Qaraciyər və böyrəklərin ağır xəstəlikləri 

 
Amiloidoz 

 
Mədə və onikibarmaq bağırsağın xora xəstəliyi 

 
Müalicəyə tabe olmayan ürək çatışmazlığı 

 
DV-nin fərdi qəbul olunmaması 

 
Hamiləlik və laktasiya. 
Əlavə təsirləri 

 
MBS: ürəkbulanma, qusma, diareya, qarında ağrı; 

 
Allergik reaksiyalar: səpgi və s.  

 
Qaraciyər: transaminazalarının miqdarının artması, protrombin sintezi 
pozğunluğu; 

 
Digərləri: hipokalemiya, aqranulositoz, hipotireoz, kristalluriya. 
Xüsusi göstərişlər 
Qaraciyər və böyrəklərin funksiya pozğunluğu:  qaraciyər və böyrəklərin ağır 
xəstəlikləri zamanı təyin olunmur. 
Pasiyent üçün məlumat 
Həbləri süd, qələvi mineral su ilə qəbul etmək lazımdır. 
2-3 həftə  ərzində yaxşılaşma baş vermədikdə  və ya yeni əlamətlər  əmələ 
gəldikdə həkimə müraciət etmək lazımdır.
 
Sikloserin 
Təsir mexanizmi 
Dozadan asılı olaraq  bakterisid və bakteriostatik təsir göstərir.  Orqanizmin 
toxuma və mayelərinə, hematoensefalik baryerdən və ana südünə keçir.   
Göstərişlər 

 
Müxtəlif lokalizasiyalı vərəmin müalicə və profilaktikası 

 
Digər VƏDV-ə qarşı rezistentliyi olan atipik mikobakteriyalar tərəfindən 
törədilən vərəmin xroniki formaları 

 
M.avium-intracelluare, M.xenopi və s. komplekslər tərəfindən törədilən atipik 
mikobakteriozlar.
 
Əks-göstərişlər 

 
Hamiləlik və laktasiya 

 
Böyrək çatışmazlığı 
Klinik protokol Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin
İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanmışdır.

 
110

 
DV-in fərdi qəbul olunmaması 

 
Psixozlar 

 
Epilepsiya 
Əlavə təsirləri 

 
Mərkəzi sinir sistemi: baş  ağrısı, başgicəllənmə, ağır hallarda – görmənin 
pozğunluğu, psixoz, epileptik qıcolmalar; 

 
MBS: ürəkbulanma, iştahanın itməsi, diareya, qəbizlik; 

 
Bakterioliz reaksiyası:  hipertermiya, bəlğəm ifrazının artması, EÇS-nin 
artması, leykositoz; 

 
Allergik reaksiyalar: səpgi və s.  
Ehtiyat tələb edən hallar 

 
Hamiləlik və laktasiya: zamanı təyin edilmir.  

 
Pediatriya: Yenidoğulmuşlarda garaciyər fermentlərinin çatışmazlığı 
nəticəsində kumulyasiya edərək toksiklik riski artdığından doza korreksiya 
olunmalıdır.  

 
Böyrək çatışmazlığında: nefrotoksiklik riski yüksəlir, kreatinin klirensi 50 
ml/dəq-dən az olduqda əks-göstərişdir. 
Pasiyent üçün məlumat 
Dərmanı acqarına və ya yemək vaxtı qəbul etmək lazımdır.  
Bütün terapiya kursu ərzində rejimə  və müalicə sxeminə ciddi riayət etmək, 
dozanı ötürməmək və onu bərabər zaman fasiləsindən sonra qəbul etmək. Dozanı 
ötürdükdə onu mümkün qədər tez qəbul etmək; təxminən digər dozanın atma  vaxtı 
çatdıqda qəbul etməmək; dozanı artırmamaq. Terapiyanın davametmə müddətinə 
riayət etmək. 
Bir neçə gün ərzində yaxşılaşma olmadıqda və ya yeni əlamətlər təzahür 
etdikdə həkimlə məsləhətləşmək lazımdır. 
Furazolidonla terapiya zamanı və müalicəni qurtarandan sonra 4 gün ərzində 
alkoqollu içkilər istifadə etməmək. Birinci həbin qəbulundan sonra əlamətləri 
müşahidə etmək lazımdır (baş  ağrısı, yuxululuq, başgicəllənmə, MBT tərəfindən 
əlamətlər və s.).  
2-3 həftə  ərzində yaxşılaşma baş vermədikdə  və ya yeni əlamətlər  əmələ 
gəldikdə həkimə müraciət etmək lazımdır.  
3-cü sıra vərəm əleyhinə dərman vasitələri 
Tioasetazon 
Təsir mexanizmi 
Bakteriostatik təsir göstərir. 
Göstərişlər 

 
Səhiyyəsi zəif maliyyələşdirilən ölkələrdə rezerv VƏDV kimi tətbiq edilir. 
Əks-göstərişlər: 

 
DV-nin fərdi qəbul olunmaması 

 
Hamiləlik və laktasiya 
Klinik protokol Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin
İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanmışdır.

 
111

 
Uşaq yaşları 
Əlavə təsirləri 

 
Qaraciyər: hepatitin inkişafına qədər hepatotoksik təsir 

 
Hematoloji reaksiyalar: trombositopeniya, aqranulositoz, hemolitik anemiya 

 
MBS: qarında ağrı, ürəkbulanma, qusma, diareya 

 
Allergik reaksiyalar: səpgi, eksfoliativ dermatitlər və s.  
Pasiyent üçün məlumat 
2-3 həftə  ərzində yaxşılaşma baş vermədikdə  və ya yeni əlamətlər  əmələ 
gəldikdə həkimə müraciət etmək lazımdır.  
KOMBİNƏ OLUNMUŞ VƏDV 
Vərəmin müasir qısa müalicə kursu 2 mərhələdə aparılır.   
Birinci mərhələdə (2 ay) bakteriyaların çoxalma sürətini azaltmaq və dərman 
vasitələrinə  rezistent bakteriyaların meydana çıxmasının qarşısını almaq üçün ən 
azı 3 DV-dən istifadə edilir.  
İkinci mərhələdə (4-6 ay) müalicə daha az sayda DV-lə davam etdirilir ki, bu 
da qalmış bakteriyaların məhvinə və residivin qarşısının alınmasına yönəldilir. 
Birinci mərhələdə, eləcə də ikinci mərhələnin rifampisinlə davamında müalicə 
rejiminə riayət olunması üçün müalicənin bilavasitə  həkimin nəzarəti altında 
aparılması vacibdir. Müalicədə ÜST tərəfindən tövsiyə edilən müalicə sxeminə aid 
olan 6 VƏDV – izoniazid, rifampisin, pirazinamid, streptomisin, etambutol 
(bakterisid təsirə malik) və tioasetazon (bakteriostatik təsirə malik) müxtəlif 
kombinasiyalarda istifadə edilir. 
İzoniazid, rifampisin və pirazinamid hazırda ÜST-ün təklif etdiyi bütün vərəm 
əleyhinə müalicə sxemlərinin tərkib hissəsidir.  
Kombinə olunmuş  VƏDV qaraciyər xəstəlikləri olan, podaqrası,  şəkərli 
diabeti olan və qoca yaşlı xəstələrə ehtiyatla təyin olunmalıdır. Müalicə prosesində 
qaraciyərin fəaliyyəti, qanda sidik turşusunun miqdarı, görmə qabiliyyəti daim 
nəzarətdə saxlanılmalıdır. 
Cədvəl 24. Vərəm əleyhinə dərman vasitələrinin əsas xüsusiyyətləri və tətbiqi 
DV-nin adı 
DV-nin forması 
Dozalanma rejimi
*
 
DV-nin xüsusiyyətləri 
İzoniazid 
Tab. 0,1 q; 0,15 q; 
0,2 q; 0,3 q 
İnyeksiya üçün 10 
%-li  məhlul 5 ml 
ampullarda   
Daxilə: 
Böyüklərə: 4-6 
mq/kq/gün bir dəfə 
qəbula;  
Vərəm meningiti 
zamanı:  
Uşaqlara: 10-15 
mq/kq/gün (0,3 
q/gün-dən çox 
I sıra effektiv vərəm əleyhinə  
dərman vasitəsidir. 
Həm böyüklərdə, həm də 
uşaqlarda aktiv vərəmin 
müxtəlif forma və 
lokalizasiyasında ən effektiv 
DV-dir.  
Daha tez-tez rast gəlinən 
əlavə təsirləri neyrotoksik 
                                                 
*
 
Qaraciyərin normal funksiyası zamanı
 
Klinik protokol Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin
İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanmışdır.

 
112
olmamaqla) 2 qəbula 
Parenteral: 
Böyüklərə: 0,2-0,3 
q/gün bir dəfəyə 
Uşaqlara: 10-15 
mq/kq/gün (0,3 
q/gün-dən çox 
olmamaqla) 1-2 
inyeksiya 
təsirləridir. Profilaktik 
məqsədlə piridoksin tətbiq 
edilməlidir. 
Rifampisin 
Kaps. 0,15 q; 0,3 
q; 0,45 q 
Tab. 0,15 q; 0,32 
q; 0,45 q; 0,6 q 
Toz. d/in. 0,15 q; 
0,6 q flakonda. 
Daxilə: 
Böyüklərə və 
uşaqlara: 10-20 
mq/kq/gün bir dəfəlik 
dozada (0,6 q/gün-
dən çox olmamaqla) 
yeməkdən 1 saat 
əvvəl qəbul edilir. 
Parenteral (damcı 
üsulu ilə): 
Vena daxilinə 
birdəfəyə 0,45-0,6 
q/gün dozada təyin 
edilir.  
I sıra vərəm əleyhinə  
effektiv dərman 
vasitələrindən biridir. 
Bakterisid təsir göstərir. 
Orta toksikdir. Vərəm 
mikobakteriyalarına qarşı 
yüksək aktivliyə, eləcədə 
cüzam törədicisinə

qrammüsbət bakteriyalara, 
penisillin və digər 
antibiotiklərə davamlı 
stafilokoklara, brüsella, 
legionella, хlamidiya, 
traxoma, psittakoz, zöhrəvi 
limfaqranuloma 
törədicilərinə qarşı aktivliyə 
malikdir. Qrammənfi 
mikroorqanizmlər – kapsullu 
bakteriyalar, göy-yaşıl irin 
çöplərinin ayrı-ayrı  ştamları, 
şigella, salmonella, bağırsaq 
çöpləri, proteylərin bəzi 
növlərinə qarşı nisbətən zəif 
aktivliyə malikdir. 
Daha tez-
tez rast gəlinən əlavə təsirləri 
hepatotoksik təsiridir. 
Profilaktik məqsədlə 
piridoksin tətbiq edilməlidir. 
Sidiyi, bəlğəmi və agız suyunu 
qırmızı rəngə boyayır. DV ilə 
klinik əhəmiyyətli qarşılıqlı 
təsiri var.  
Rifabutin 
Kaps. 0,15 q 
Daxilə: 
Böyüklərə və 
uşaqlara: bir dəfəyə 
0,15-0,6 q/gün 
dozada təyin edilir. 
II sıra vərəm əleyhinə DV-
dir. Strukturuna əsasən 
rifampisinə yaxındır. Fərqi: 
- atipik mikroorqanizmlərə 
qarşı daha aktivdir; 
- biomənimsənilməsi qida 
Klinik protokol Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin
İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanmışdır.

 
113
qəbulundan asılı deyil; 
- uveit yarada bilər; 
- az miqdar DV ilə qarşılıqlı 
əlaqəyə girir; 
- 14 yaşa qədər uşaqlara 
təyin edilmir. 
Pirazinamid 
Tab. 0,5 q; 0,75 q 
Daxilə: 
Böyüklərə:  1,5-2,0 
q/gün birdəfəyə hər 
gün və ya 2,0-2,5 
q/gün həftədə 3 dəfə 
təyin edilir.  
Uşaqlara: bir dəfəyə 
20-40 mq/kq/gün 
dozada təyin edilir. 
I sıra orta effektivli vərəm 
əleyhinə DV-dir. Zəif 
bakterisid, güclü 
“sterilizəedici” təsir göstərir. 
M. Tuberculosis-ə qarşı 
aktivdir.
 
Daha tez-tez rast gəlinən 
əlavə təsirləri mədə-bağırsaq 
sistemi tərəfindəndir. 
Etambutol 
Tab. 0,1 q; 0,2 q; 
0,4 q; 0,6 q; 0,8 q; 
1,0 q 
Daxilə: 
Böyüklərə: 15-20 
mq/kq/gün dozada 
gündə bir dəfə və ya 
30 mq/kq/gün həftədə 
3 dəfə təyin edilir.  
Uşaqlara: birdəfəyə 
15-25 mq/kq/gün (2,5 
q/gün-dən az 
olmayaraq) bir dəfəyə 
qəbul edilir. 
I sıra orta effektivli VƏDV-
dir. 
Bakteriostatik təsir göstərir.  
M. tuberculosis, bəzi atipik 
mikobakteriyalara 
(M.kansasii, M.avium, 
M.xenopi) qarşı aktivdir. Az 
toksikdir.  
Daha tez-tez rast gəlinən 
əlavə təsirləri mədə-bağırsaq 
sistemi tərəfindən pozuntular 
və görmə pozğunluğudur 
(görmə daim 
yoxlanılmalıdır). 
Sikloserin 
Kaps. 0,25 q 
Tab. 0,25 q 
Daxilə: 
Böyüklərə: 0,25 q hər 
12 saatdan bir 2 həftə 
ərzində, sonradan 10-
20 mq/kq/gün dozada 
gündə 2 dəfə təyin 
edilir.  
Uşaqlara: birdəfəyə 
10-20 mq/kq/gün (1 
q/gün-dən çox 
olmayaraq) gündə 2 
dəfə təyin edilir. 
II sıra orta təsirli VƏDV-dir. 
Konsentrasiyadan asılı olaraq 
bakterisid və bakteriostatik 
təsir göstərir.Yüksək 
toksikdir.  
Daha tez-tez rast gəlinən 
əlavə təsirləri: neyrotoksik 
təsirlər və mədə-bağırsaq 
pozğunluqları. 
Etionamid, 
protionamid 
Draje 0,25 q 
Tab. 0,25 q 
Daxilə: 
Böyüklərə və 
uşaqlara: 15-20 
mq/kq/gün (1 q/gün-
dən çox olmayaraq) 
II sıra orta effektivli VƏDV-
dir. 
Bakteriostatik təsir göstərir. 
M.tuberculosis, yüksək 
konsentrasiyada isə M.leprae 
Klinik protokol Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin
İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanmışdır.

 
114
gündə 1-3 dəfə təyin 
edilir. 
və bəzi atipik 
mikobakteriyalara həssasdır. 
Orta toksikdir.  
Daha tez-tez rast gəlinən 
əlavə təsirləri: mədə-bağırsaq 
pozğunluqları və 
hepatotoksik təsirlərdir. 14 
yaşa qədər uşaqlara təyin 
olunmur. 
PAST 
Daxilə qəbul üçün 
qran. və tab. 0,5 q 
Daxilə: 
Böyüklərə: 10-12 
q/gün doza  (12 
q/gün-dən az 
olmayaraq) 3-4 
qəbula;  
Uşaqlara: birdəfəyə 
15-25 mq/kq/gün (bir 
dəfəyə qəbul edilir. 
Müalicəni kiçik 
dozalarla başlayıb, 
tədricən artırmaq 
lazımdır.  
II sıra az effektivli VƏDV-
dir. 
Bakteriostatik təsir göstərir. 
Təkcə M.tuberculosis-ə qarşı 
aktivdir. 
Orta toksikdir.  
Mədə-bağırsaq pozğunluqları 
tez-tez yarandığından 
xəstələr tərəfindən pis 
keçirilir.  
Tioasetazon 
Tab. 10 mq; 25 
mq; 50 mq 
Daxilə: 
Böyüklərə: 2,5 
mq/kq/gün dozada 
birdəfəyə;  
Uşaqlara: 4 
mq/kq/gün dozada 
birdəfəyə təyin edilir. 
II sıra az effektivli VƏDV-dir. 
Bakteriostatik təsir göstərir. 
Vərəm və cüzam 
törədicilərinə qarşı aktivdir. 
Orta toksikdir.  
Mədə-bağırsaq pozğunluqları 
tez-tez yarandığından 
xəstələr tərəfindən pis 
keçirilir. 
Daha tez-tez rast gəlinən 
əlavə təsirləri: mədə-bağırsaq 
sistemi pozğunluqları, 
hepatotoksik təsir və 
hematoloji pozğunluqlar. 
Kapreomisin 
İnyek. üçün liof. 
toz. 1,0 q 
Ə/d: 
Böyüklərə və 
uşaqlara: 15-30 
mq/kq/gün (1 q/gün-
dən çox olmamaqla) 
bir dəfəyə yeridilir.  
II sıra VƏDV-dir. 
Bakteriostatik təsir göstərir. 
Orta toksikdir.  
Mədə-bağırsaq pozğunluqları 
tez-tez yarandığından 
xəstələr tərəfindən pis 
keçirilir. 
Daha tez-tez rast gəlinən 
əlavə təsirləri: nefro- və 
ototoksik təsirlər.  
Klinik protokol Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin
İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanmışdır.

 
115
Rifampisin / 
izoniazid / 
pirazinamid 
Tab.  
0,12 q + 0,05 q + 
0,3 q 
Daxilə: 
Böyüklərə:   
40 kq az - gündə 3 tab.; 
40-49 kq - gündə 4 tab.;
50-64 kq - gündə 5 tab.;
65 kq-dan yuxarı - 
gündə 6 tab.; 
yeməkdən 1 saat əvvəl 
gündə bir dəfə.  
Sinergist təsir. 
Güclü bakterisid, güclü 
“sterilizəedici” təsir göstərir. 
Vərəmin I fazasında istifadə 
edilir. Rifampisinin və 
izoniazidin hepatotoksik 
təsirinin summasiyası 
mümkündür.  
DV ilə (rifampisinin) klinik 
əhəmiyyətli qarşılıqlı təsiri 
mümkündür. 
Etambutol / 
izoniazid / 
rifampisin 
Tab.  
0,3 q + 0,075q +  
0,15 q 
Daxilə: 
Böyüklərə:   
40-49 kq - gündə 3 
tab.; 
50 kq-dan yuxarı - 
gündə 4-5 tab.; 
yeməkdən 1 saat 
əvvəl gündə bir dəfə. 
Sinergist təsir. 
İntensiv və uzunmüddətli 
kurslarda tətbiq olunur.  
Rifampisinin və izoniazidin 
hepatotoksik təsirinin 
summasiyası mümkündür.  
Görmənin daim nəzarəti 
lazımdır (etambutol + 
izoniazid) 
Etambutol / 
izoniazid / 
rifampisin / 
pirazinamid 
Tab.  
0,225 q + 0,062 q 
+ 0,12 q + 0,3 q 
Daxilə: 
Böyüklərə: 1 tab./10 
kq/gün 
Maksimal gündəlik 
doza - 5 tab. 
Sinergist təsir. 
Vərəmin I (intensiv) 
fazasında istifadə edilir.  
Rifampisinin və izoniazidin 
hepatotoksik təsirinin 
summasiyası mümkündür.  
DV ilə (rifampisinin) klinik 
əhəmiyyətli qarşılıqlı təsiri 
mümkündür. Görmənin daim 
nəzarəti lazımdır.  
Rifampisin / 
izoniazid  
Tab. 0,15 q + 
0,1 q 
Tab.  
0,3 q + 0,15 q 
Daxilə: 
Böyüklərə: 0,45-0,6 
q/gün (rifampisinə 
əsasən) 1 dəfə 
yeməkdən bir saat 
əvvəl təyin edilir.  
Sinergist təsir. 
Hepatotoksik təsirlərin 
summasiyası mümkündür.  
Rifampisin / 
izoniazid / 
piridoksin  
Tab.  
0,15 q + 0,1 q + 
0,01 q 
Daxilə: 
Böyüklərə: 3-4 tab. 
gündə 1 dəfə 
yeməkdən 1 saat 
əvvəl 
İzoniazidin və rifampisinin 
sinergist təsiri. 
İzoniazidin və rifampisinin 
hepatotoksik təsirlərinin 
summasiyası mümkündür. 
Piridoksin əlavə təsirlərin 
yaranmasının qarşısını alır. 
İzoniazid / 
etambutol 
Tab.  
0,15 q + 0,4 q 
Daxilə: 
Böyüklərə: 5-10 
İzoniazid və etambutolun 
müştərəkliyi vərəm əleyhinə 
Klinik protokol Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin
İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanmışdır.

 
116
mq/kq/gün 
(izoniazidə əsasən) 1 
dəfəyə  qəbul edilir. 
təsiri gücləndirir və davamlı 
ştamların əmələ gəlməsini 
ləngidir. 
İzoniazid / 
pirazinamid 
Tab. 
0,15 q + 0,5 q 
Daxilə: 
Böyüklərə: 5-10 
mq/kq/gün 
(izoniazidə əsasən) 1 
dəfəyə qəbul edilir. 
Bakterisid effektin 
güclənməsi, “sterilizəedici” 
təsir. 
Rifampisin / 
İzoniazid / 
Pirozinamid / 
Etambutol 
Tab.  
0,15 q  + 0,75 q +  
0,4 q + 0,275 q
 
 
 
Yüklə 2,37 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   16




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin