Azərbaycan Respublikası Səhiyyə Nazirliyi kollegiyasının 20 noyabr 2009-cu il tarixli



Yüklə 2,37 Mb.
Pdf görüntüsü
səhifə8/16
tarix27.01.2017
ölçüsü2,37 Mb.
#6527
1   ...   4   5   6   7   8   9   10   11   ...   16

 
 
 
 
Klinik protokol Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin
İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanmışdır.

 
70
SULFANİLAMİDLƏR QRUPU VƏ KO-TRİMOKSAZOL 
Sulfanilamidlər 
Sulfanilamidlər geniş  təsirli AMDV-dir. Son illər sulfanilamidlərin kliniki 
praktikada istifadə olunması  əhəmiyyətli dərəcədə  azalmışdır, belə ki, onlar 
aktivliyinə görə müasir antibiotiklərdən xeyli geri qalırlar və yüksək toksikiliyə 
malikdirlər. Sulfanilamidlərin uzun illər istifadə olunması ilə əlaqədar olaraq əksər 
mikroorqanizmlərin onlara qarşı rezistentlik əldə etməsi mühüm əhəmiyyət kəsb edir.  
Təsir mexanizmi 
Sulfanilamidlər bakterostatik təsirə malikdirlər. Yerli işlədilən bəzi dərman 
vasitələrinin tərkibində gümüş olduğundan onlar bakterisid təsirə malikdirlər. 
Spektr aktivliyi 
Təsir spektrinə qrammüsbət koklar (S. Aureus, S. pneumoniae), qrammənfi 
bakteriyalar (qonokok, meninqokok, H.  İnfluensae, E. Coli, Proteus spp., 
salmonellalar və s.) eləcə  də xlamidilər, nokardiyalar, pnevmosistlər, malyariya 
plazmodisi, toksoplazmalar daxildir. Tərkibində gümüş olan dərman vasitələri yara 
infeksiyaları törədicilərinə — Staphylococcus spp., P. Aeruginosa, E.Coli, Proteus 
spp., Klebsiella spp., Candida göbələklərinə qarşı aktivdirlər. 
Göstərişlər 
Sistem dərman vasitələri: 

 
Nokardioz 

 
Toksoplazmoz, (sulfadiazin, pirimetaminlə birgə)  

 
Xloroxinə davamlı malyariya plazmodilər P. Falciparium tərəfindən törədilən 
infeksiyalar zamanı (pirimetaminlə birgə) 

 
Taunun profilaktikası 
Yerli dərman vasitələri: 

 
Yanıqlar 

 
Trofik xoralar, yataq yaraları 
Əks-göstərişlər 

 
Sulfanilamidlərə, furosemid, tiazid diuretiklər, karboanhidraza inhibitorlarına 
və sulfanil-sidikcövhəri törəmələrinə qarşı allergik reaksiyalar 

 
2 aya qədər olan körpələrə  təyin etmək olmaz, anadangəlmə toksoplazmozu 
çıxmaq şərti ilə, bu zaman onların tətbiqi həyati göstərişdir 

 
Ağır dərəcəli böyrək və qaraciyər çatışmazlığı 
Əlavə təsirləri 
Sistem DV-lər: 

 
Allergik reaksiyalar: qızdırma, dəri səpgisi, qaşınma, Stivens-Conson və 
Layell sindromları (çox vaxt uzunmüddətli və çox uzunmüddətli təsir göstərən 
sulfanilamidlərin tətbiqi zamanı) 

 
Hematoloji reaksiyalar: leykopeniya, aqranulositoz, hipoplastik anemiya, 
trombositopeniya, pansitopeniya 

 
Qaraciyər: hepatit, toksiki distrofiya 
Klinik protokol Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin
İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanmışdır.

 
71

 
MSS: baş  ağrısı, başgicəllənmə, süstlük, huşun alaqaranlıqlaşması, 
dezorientasiya, eyforiya, hallüsinasiya, depressiya 

 
MBT: qarın nahiyəsində  ağrı, anoreksiya, ürəkbulanma, qusma, diareya, 
psevdomembranoz kolit 

 
Böyrəklər: kristalluriya, hematuriya, interstisial nefrit, kanalcıqların nekrozu. 
Kristalluriyanı çox vaxt çətin həll olan sulfanilamidlər (sulfadiazin, 
sulfadimetoksin, sulfalen) törədirlər 

 
Qalxanvari vəzi: funksiyasının pozulması, ur 

 
Digərləri: fotosensibilizasiya 
Yerli DV-lər: 

 
Yerli reaksiyalar: yandırma, qaşınma, təyin olunan yerdə  ağrı (adətən 
qısamüddətli) 

 
Sistem reaksiyalar: allergik reksiyalar, səpgi, dərinin hiperemiyası, rinit, 
bronxospazm; leykopeniya (böyük səthdə uzunmüddətli tətbiq zamanı) 
Ehtiyat tələb edən hallar 

 
Allergiya: Bütün sulfanilamid DV-lərinə qarşı çarpazdır 

 
Hamiləlik: Hamiləlik zamanı işlədilməsi məsləhət deyil 

 
Döşlə əmizdirmə: Sulfanilamidlər ana südünə keçərək südəmər uşaqlarda nüvə 
sarılığı, qlükoza-6-fosfatdehidrogenaza defisiti olan uşaqlarda isə hemolitik 
anemiya törədə bilər 

 
Pediatriya: Sulfanilamidlər 2 aya qədər olan uşaqlara  əks göstərişdir. 
Anadangəlmə toksoplazmoz istisna təşkil edir, bu zaman sulfanilamidlər 
həyati göstərişlərə əsasən tətbiq edilir 

 
Heriatriya: Yaşlı insanlarda dəridə arzu edilməyən ağır reaksiyaların, 
qanyaranmanın pozulmasının, trombositopenik purpuranın (sonuncu xüsusilə 
tiazid diuretiklərlə birlikdə təyini zamanı) inkişaf riskinin artması qeyd olunur. 
Ciddi nəzarət tələb olunur. İmkan daxilində 65 yaşdan yuxarı pasiyentlərə 
sulfanilamidləri təyin etmək lazım deyil 

 
Böyrəklərin  funksiyasının  pozulması: Böyrək ekskresiyasının azalması 
sulfanilamidlərin və onların metabolitlərinin orqanizmdə toplanmasına gətirib 
çıxarır ki, bu da toksik təsir riskini əhəmiyyətli dərəcədə artır. Xüsusilə 
nefrotoksik reaksiyalar ağır interstisial nefrit və böyrək kanalcıqlarının 
nekrozunun inkişaf etməsinə qədər güclənə bilər. Ona görə də sulfanilamidləri 
böyrək çatışmazlığı zamanı istifadə etmək lazım deyil 

 
Qaraciyər  funksiyasının  pozulması: Qaraciyərin toksik distrofiyasının inkişafı 
mümkündür. Sulfanilamidlər ağır qaraciyər patologiyası zamanı əks göstərişdir. 

 
Qanın patoloji dəyişiklikləri: Hematoloji arzu edilməyən reaksiyaların inkişaf 
riski artır.  

 
Qlyukoza-6-fosfatdehidrogenazanın defisiti: Hemolitik anemiyaların yüksək 
inkişaf etmə riski 

 
Porfiriya: Kəskin porfiriya tutmasının inkişaf etməsi mümkündür 

 
Yerli təyin: Dərinin böyük səthinə uzun müddət istifadəsi zamanı böyrəklərin, 
qaraciyərin funksiyasına, periferik qana nəzarət olunmalıdır. 
 
Klinik protokol Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin
İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanmışdır.

 
72
Dərmanlarla qarşılıqlı təsiri 

 
Sulfanilamidlər qeyri-düz antikoaqulyantların (kumarin və ya indadion 
törəmələrinin), qıcolma  əleyhinə  dərmanların (hidantoin törəmələrinin), 
peroral diabet əleyhinə dərmanların və metotreksatın effektini gücləndirə bilər 

 
Sümük iliyinə ləngidici təsir, hemoliz, hepatotoksik təsir törədən digər DV-lə 
eyni zamanda tətbiqi zamanı toksik təsirlərin inkişaf riski arta bilər. 

 
Tərkibində estrogen olan kontraseptiv dərmanlarla birgə istifadəsi təsirinin 
zəifləməsi və uşaqlıq qanaxmalarının tezliyinin artması mümkündür. 

 
Siklosporinin təyini zamanı onun metabolizminin güclənməsi mümkündür. 
Eyni zamanda nefrotoksik təsir riski artır. 

 
Sulfanilamidləri və metenamini (urotropini) sidiyin turş reaksiyası zamanı 
kristalluriyanın inkişaf riskinin artmasına görə eyni vaxtda təyin etmək 
məsləhət deyil. 

 
Fenilbutazon (butadion), salisilatlar və indometasinlə birlikdə  tətbiqi zamanı 
sulfanilamidlər onların qanda konsentrasiyasını artıra bilər. 
Pasiyent üçün məlumat 
Sulfanilamid DV-ləri acqarına, dolu su stəkanı içməklə qəbul etmək lazımdır; 
istifadə olunan mayenin miqdarı (qələvi sular daha yaxşıdır) böyüklərdə gün 
ərzində diurezi 1,2 l-dən aşağı olmayan səviyyədə saxlamaq üçün kifayət olmalıdır. 
Yerli təyin zamanı da həmçinin çoxlu maye qəbulu lazımdır. Bütün müalicə kursu 
ərzində  təyinat rejiminə riayət etmək, dozanı ötürməmək və onu bərabər zaman 
fasiləsindən bir qəbul etmək. Dozanı ötürdükdə onu mümkün qədər tez qəbul 
etmək; təxminən digər dozanın atma vaxtı çatdıqda qəbul etməmək; dozanı 
artırmamaq. 
Düz günəş şüalarının təsirinə məruz qalmamaq və ultrabənövşəyi şüalanmadan 
özünü gözləmək.  
Başgicəllənmə əmələ gəldiyi zaman ehtiyatlı olmaq. 
Diş  fırçalarının, diş  saplarının, diş çöplərinin istifadəsi zamanı ehtiyatlı 
olmaq; stomatoloji müdaxilələri təxirə salmaq. 
Bir neçə gün ərzində yaxşılaşma olmadıqda və yeni əlamətlər əmələ gəldikdə 
həkimlə məsləhətləşmək. 
Ko-trimoksazol 
Sulfametoksazol və trimetoprimin 5:1 nisbətində kombinasiyasından ibarət 
antibakterial dərman vasitəsidir. Sulfanilamidlərin trimetoprimlə kombinasiyası 
onların effektivliyini artırır və təsir spektrini genişləndirir.  
Təsir mexanizmi 
Ko-trimoksazol bakterisid təsir göstərir. 
Aktivlik spektri 

 
Ko-trimoksazol bir çox qrammüsbət və qrammənfi aerob mikroorqanizmlərə 
qarşı aktivdir. Stafilokoklar (bəzi metisillinorezistent ştamlar daxil olmaqla), 
pnevmokoklar, bəzi streptokok ştamları həssasdırlar . 

 
Qrammənfi koklardan daha çox meninqokoklar və M.catarrhalis həssasdır. 
Klinik protokol Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin
İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanmışdır.

 
73

 
Ko-trimoksazol  E.coli  kimi bir sıra enterobakteriyalara, bir çox Klebsiella, 
Citrobacter,  Еnterobacter, Salmonella, Shigella  və s.  növlərinə  təsir edir. 
H.influenzae  (bəzi ampisillinə davamlı  ştamlar daxil olmaqla), H.ducreyi
B.cepaciaS.maltophilia, nokardiya və pnevmosistlərə qarşı aktivdir. 

 
Son illərdə aparılan tədqiqatların nəticələrinə görə ko-trimoksazola 60%-dən 
çox S.pneumoniae ştamları, 30%-ə qədər E.coli и H.influenzae, 100%-ə qədər 
şigellalar rezistentdir. Enterokoklar, göy-yaşıl irin çöpləri, bir çox qonokoklar 
və anaeroblar təbii davamlılığa malikdirlər. 
Göstərişlər 

 
Bağırsaq infeksiyaları: şigelyoz, salmonellyoz, səyahətçilərin diareyası (aşağı 
rezistentlik səviyyəsi olan regionlarda) 

 
SÇY-ın xəstəxanadan kənar infeksiyaları: kəskin sistit, xroniki residivləşən 
sistit, pielonefrit (aşağı rezistentlik səviyyəsi olan regionlarda) 

 
Stafilokok infeksiyaları 

 
S.maltophilia və B.cepacia ilə törədilən infeksiyalar 

 
Nokardioz 

 
Toksoplazmoz 

 
Brusellyoz 

 
Pnevmosist pnevmoniyası (müalicə və profilaktika) 
Əks göstərişlər 

 
Sulfanilamid DV-lərinə, furosemidə, tiazid diuretiklərinə, karboanhidraza 
inhibitorlarına, sulfanil-sidikcövhəri DV-lərinə olan allergik reaksiyalar 

 
İİV-lə yoluxmuş analardan doğulmuş  uşaqlardan başqa, 2 aya qədər olan 
uşaqlara təyin etmək lazım deyil 

 
Hamiləlik 

 
Ağır böyrək çatışmazlığı 

 
Qaraciyər funksiyasının ağır pozğunluqları 

 
Fol turşusunun defisiti ilə əlaqədar olan meqaloblast anemiya  
Əlavə təsirlər 

 
MBT: qarın nahiyəsində 
ağrı, ürəkbulanma, qusma, diareya, 
psevdomembranoz kolit 

 
Allergik reaksiyalar: səpgi, Stivens-Conson sindromu, Layel sindromu 

 
Hematoloji reaksiyalar: neytropeniya, trombositopeniya, anemiya, 
methemoqlobinemiya 

 
Qaraciyər: xolestatik hepatit 

 
MSS: baş  ağrısı, psixi pozğunluqlar, aseptik meningit (sonuncu xüsusilə 
kollagenozu olan pasiyentlərdə) 

 
Böyrəklər: kristalluriya, hematuriya, interstisial nefrit, böyrək kanalcıqlarının 
nekrozu 

 
Metabolik pozğunluqlar: ur, qalxanvari vəzinin funksiyasının pozulması, 
hipoqlikemiya, hiperkaliemiya 

 
Yerli reaksiyalar: tromboflebit ( v/d yeridilən zaman) 

 
Digərləri: fotosensibilizasiya 
Klinik protokol Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin
İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanmışdır.

 
74
Ehtiyat tələb edən hallar 

 
Allergiya: ko-trimoksazolun təyini zamanı istənilən səpgi əmələ gəldikdə ağır 
dəri toksiko-allergik reaksiyaların inkişafının  qarşısını almaq üçün istifadəsini 
dərhal dayandırmaq lazımdır. 

 
Hamiləlik: ko-trimoksazolu hamiləlik zamanı (xüsusilə I və III trimestrlərdə) 
tətbiq etmək məsləhət deyil. 

 
Döşlə  əmizdirmə: Sulfametoksazol ana südünə keçərək, südəmər uşaqlarda 
nüvə sarılığı, qlükoza-6-fosfatdehidrogenaza fermentinin defisiti olan 
uşaqlarda isə hemolitik anemiya törədə bilər. Trimetoprim fol turşusunun 
metabolizmini pozur. 

 
Pediatriya: sufanilamidlər 2 aya qədər olan uşaqlara əks göstərişdir. Lakin ko-
trimoksazolu 4-6 həftəlik  İİV-yoluxmuş analardan doğulan uşaqlara tətbiq 
etmək olar. 

 
Heriatriya: yaşlı adamlarda ağır arzu edilməyən reaksiyaların inkişaf riskinin 
artması qeyd olunur, ona görə də ciddi nəzarət tələb olunur və ko-trimoksazolu 
imkan daxilində uzun müddət tətbiq etmək məsləhət deyil. 

 
Böyrəklərin funksiyasının pozulması: ko-trimoksazolu ağır böyrək çatışmazlığı 
zamanı tətbiq etmək lazım deyil (kreatinin klirensi 15 ml/dəq-dən az olduqda). 
Böyrəklərin funksiyasının pozulması zamanı hiperkaliemiyanın inkişafetmə 
riski artır. 

 
Qaraciyərin funksiyasının pozulması: qaraciyərin toksik distrofiyasının inkişaf 
etməsi mümkündür. 

 
Qalxanvari vəzinin funksiyasının pozulması: ehtiyatlı olmaq tələb olunur 

 
Hiperkaliemiya: trimetoprim hiperkaliemiya törədə bilər. Yaşlı adamlarda, 
böyrəklərin funksiyasının pozulması zamanı, kalium və ya kalium qoruyucu 
diuretik DV-lərin eyni vaxtda tətbiqi zamanı artır. 

 
Hematoloji arzu edilməyən reaksiyaların inkişaf etmə riski artır. 

 
Qlükoza-6-fosfatdehidrogenazanın defisiti: hemolitik anemiyanın yüksək 
inkişaf etmə riski. 

 
Kəskin porfiriya tutmasının inkişaf etməsi mümkündür.  

 
QİÇS-li olan pasiyentlər: arzu edilməyən reaksiyaların inkişafetmə riski 
QİÇS-i olan pasiyentlərdə xeyli artır. 
Dərmanlarla qarşılıqlı təsiri (bax sulfanilamidlər) 
Penisillinlərlə birlikdə təyin etmək lazım deyil, belə ki, sulfanilamidlər onların 
bakterisid təsirini zəiflədirlər. 
Pasiyent üçün məlumat 
Ko-trimoksazolu acqarına bir stəkan su ilə qəbul etmək lazımdır. Daxilə qəbul 
etmək üçün maye dərman formalarını düzgün istifadə etmək lazımdır (suspenziya, 
sirop). 
Bütün müalicə kursu ərzində  təyinat rejiminə ciddi riayət etmək, dozanı 
ötürməmək və onu bərabər zaman fasiləsindən sonra qəbul etmək. Dozanı 
ötürdükdə onu mümkün qədər tez qəbul etmək; təxminən digər dozanın atma  vaxtı 
çatdıqda qəbul etməmək; dozanı artırmamaq. 
Klinik protokol Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin
İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanmışdır.

 
75
Saxlanma müddəti ötmüş və ya parçalanmış DV-ləri istifadə etməmək, belə ki, 
onlar toksik ola bilər. 
Bir neçə gün ərzində yaxşılaşma olmadıqda və ya yeni əlamətlər təzahür 
etdikdə həkimlə məsləhətləşmək lazımdır. 
Ko-trimoksazolla müalicə zamanı  həkimin məsləhəti olmadan heç bir digər 
DV-lər qəbul etməmək. 
Saxlanma qaydalarına riayət etmək, uşaqlar üçün əlçatmaz yerdə saxlamaq. 
 
Cədvəl 13. Sulfanilamidlər qrupu və ko-trimoksazol. 
Əsas səciyyəsi və tətbiq xüsusiyyətləri 
DV-nin adı 
DV-nin forması 
Dozalanma rejimi
*
 
DV-nin xüsusiyyətləri 
Sulfadimidin 
0.25 q və 0,5 q 
tab. 
Daxilə: 
Böyüklər: ilk qəbulda     
2,0 q, sonra 1,0 q-dan hər 
4-6 saatdan bir. 
2 aylıqdan böyük uşaqlar: 
ilk qəbula 100 mq/kq, 
sonra 25 mq/kq-dan hər   
4-6 saatdan bir. 
Taunun profilaktikası 
üçün (böyüklər və 
uşaqlar): 4 qəbula         
30-60 mq/kq/gün 
DV yaxşı həll olur, ona 
görə də əvvəllər sidik 
yollarının infeksiyaları 
zamanı geniş istifadə 
olunurdu  
Sulfadiazin 
0,5 q tab. 
Daxilə: 
Böyüklər: ilk qəbula 2,0 q, 
sonra 1,0 q-dan hər 6 
saatdan bir 
2 aydan böyük uşaqlar: ilk 
qəbula 75 mq/kq, sonra 
37,5 mq/kq-dan hər 6 
saatdan və ya 25 mq/kq-
dan hər 4 saatdan bir 
(lakin gün ərzində 6,0 q-
dan çox olmayaraq) 
Taunun profilaktikası 
üçün (böyüklər və 
uşaqlar): 4 qəbula 30-60 
mq/kq/gün. 
Digər sulfanilamidlərdən 
daha yaxşı HEB-dən 
keçir, ona görə də 
toksoplazmoz zamanı 
üstünlük verilir. Pis həll 
olduğu üçün sidik 
yollarının
 infeksiyaları 
zamanı tətbiq etmək üçün 
məsləhət deyil.
 
Sulfadimetok-
sin 
0,2 q tab. 
Daxilə: 
Böyüklər: birinci gün 1,0-
2,0 q, sonrakı günlər 0,5-
1,0 q-dan bir qəbula 
2 aydan böyük uşaqlar: 
birinci gün 25-50 mq/kq,  
sonra 12,5-25 mq/kq 
Stivens-Conson və Layel 
sindromlarının yüksək 
inkişaf riski. 
Sulfalen 
0,2 q tab. 
Daxilə: 
Stivens-Conson və Layel 
                                                 
*
 Qaraciyərin normal funksiyası zamanı 
Klinik protokol Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin
İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanmışdır.

 
76
Böyüklər: birinci gün       
1,0 q, sonra 0,2 q-dan; ya 
da 2,0 q-dan həftədə 1 dəfə 
sindromlarının yüksək 
inkişaf riski. 
Uşaqlara təyin edilmir. 
Gümüş 
sulfadiazin  
1% maz, 
tublarda 50 q 
Yerli: 
Zədələnmiş səthə gün 
ərzində 1-2 dəfə çəkilir. 
Göstərişlər: yanıqlar, 
trofik xoralar, yataq 
yaraları 
Gümüş 
sulfatiazol  
2% krem, 
tublarda 40 q və 
bankalarda    
400 q  
Eyni Eyni 
Ko-trimoksazol 
(trimetoprim/ 
sulfametoksaz
ol 
Tab. 0,12 q; 
0,48 q və 0,96 q 
Sir. 
0,24 q/5 ml 
flakonda 
Məh. iny./üçün 
amp. 0,48 q/5 
ml 
Daxilə: 
Böyüklər: yüngül və orta 
dərəcəli ağır infeksiyalar 
zamanı 0,96 q 12 saatdan 
bir; 
pnevmosist pnevmoniyanın 
profilaktikası üçün 0,96 q 
gün ərzində 1 dəfə. 
2 aydan böyük uşaqlar: 
yüngül və orta dərəcəli 
ağır infeksiyalar zamanı - 
6-8 mq/kq/gün
**
 2 qəbula;  
pnevmosist pnevmoniyanın 
profilaktikası üçün -10 
mq/kq/gün
** 
2 qəbula hər 
həftə 3 gün ərzində 
V/d: 
Böyüklər: ağır 
infeksiyalar zamanı - 8-10 
mq/kq/gün
**
 2-3 dəfə; 
pnevmosist pnevmoniya 
zamanı -20 mq/kq/gün
**
 3 
həftə ərzində 3-4 dəfə 
yeridilir. 
2 aydan böyük uşaqlar: 
pnevmosist pnevmoniyalar 
daxil olmaqla, ağır 
infeksiyalar zamanı - 15-
20 mq/kq/gün
**
 3-4 dəfə 
yeridilir 
V/d: yeritmə üçün 1:25 
nisbətində 0,9% natrium 
xlorid və ya 5% qlükoza 
məh.-da həll edirlər. 
Yeritməni tədricən - 1,5-2 
saat ərzində həyata 
keçirilir. 
Bakterisid təsir. Aktivlik 
başlıca olaraq 
trimetoprimin olması ilə 
əlaqədardır. Təyinat 
zamanı 
mikroorqanizmlərin 
həssaslığı haqqında 
regional məlumatları 
nəzərə almaq lazımdır. 
                                                 
**
 Bədən kütləsinə görə hesablama trimetoprimə əsasən aparılır 
Klinik protokol Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin
İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanmışdır.

 
77
NITROİMİDAZOL QRUPU 
Nitroimidazollar - anaerob bakteriyalar və protozoy infeksiya törədicilərinə qarşı 
yüksək aktivliyi olan sintetik AMDV-dir. 
Təsir mexanizmi 
Nitroimidazollar ferment sistemləri nitroqrupu bərpa etməyə qabil olan 
mikroorqanizmlərə qarşı seçici bakterisid təsir göstərirlər. 
Aktivlik spektri 

 
Nitroimidazollar  əksəriyyət anaeroblara - həm qrammənfi, həm də 
qrammüsbət: bakteroidlərə (B.fragilis daxil olmaqla), klostridilərə (C.difficile 
daxil olmaqla), Fusobacterium spp., Eubacterium spp., Peptostreptococcus 
spp., P.nigerG.vaginalis-ə qarşı aktivdirlər. P.acnes davamlıdır 

 
Nitroimidazollara ibtidailər (T.vaginalis
E.histolytica
G.lamblia
L.intestinalisE.coliLeishmania spp.), həmçinin H.pylory-yə həssasdırlar 
Göstərişlər 
Sistem: 

 
Müxtəlif lokalizasiyalı anaerob və ya qarışıq aerob-anaerob infeksiyalar 

 
ATY-nin infeksiyaları (aspirasion pnevmoniya, plevranın empieması, ağciyər 
absesi) 

 
MSS-nin infeksiyaları (meningit, beyin absesi) 

 
Kiçik çanaq orqanları daxil olmaqla, intraabdominal infeksiyalar  

 
Ağız boşluğu infeksiyaları 

 
Psevdomembranoz kolit 

 
Intraabdominal və ginekoloji müdaxilələr zamanı əməliyyatönü profilaktika; 

 
Protozoy infeksiyalar: trixomoniaz, lyamblioz, balantidiaz, amöb dizenteriyası 
və bağırsaqdan kənar amöbiaz (amöb hepatiti, qaraciyər absesi, beyin absesi) 

 
Xora xəstəliyi zamanı H.pylori-nin eradikasiyası (digər DV-lə birlikdə) 
Yerli: 

 
Vaginit 

 
Bakterial vaginoz 

 
Çəhrayı sızanaqlar 

 
Seboreya ekzeması 

 
Perioral dermatit 
Əks göstərişlər 

 
Nitroimidazollara allergik reaksiyalar 

 
Aydın kliniki təzahürlərə MSS-in üzvi xəstəlikləri 

 
Hamiləlik (I trimestr) 

 
Döşlə əmizdirmə 
Əlavə təsirlər 
Sistem tətbiq zamanı: 

 
MBT:  ağızda xoşagəlməz dad, qarın nahiyəsində  ağrı, ürəkbulanma, qusma, 
diareya 
Klinik protokol Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin
İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanmışdır.

 
78

 
MSS: baş  ağrısı, başgicəllənmə, hərəkətlərin koordinasiyasının pozulması, 
huşun pozulması, qıcolmalar, nadir hallarda - epileptik tutmalar 

 
Allergik reaksiyalar: səpgi, qaşınma 

 
Hematoloji reaksiyalar: leykopeniya, neytropeniya 

 
Yerli reaksiyalar: v/d yeritdikdən sonra flebit və tromboflebit 
Yüklə 2,37 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   16




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin