Azərbaycan Respublikası Səhiyyə Nazirliyi kollegiyasının 20 noyabr 2009-cu il tarixli



Yüklə 2,37 Mb.
Pdf görüntüsü
səhifə10/16
tarix27.01.2017
ölçüsü2,37 Mb.
#6527
1   ...   6   7   8   9   10   11   12   13   ...   16

 
                                                 
*
 Böyrəklərin normal funksiyası zamanı 
Klinik protokol Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin
İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanmışdır.

 
87
DİGƏR QRUPDAN OLAN PREPARATLAR 
Dioksidin 
Dioksidin - geniş  təsir spektrli sintetik AMDV-dir. Sistem təsir məqsədilə 
(v/d) yalnız həyati göstərişlərə görə digər AMDV-lər qeyri-effektiv və ya mümkün 
olmadıqda polirezistent ştamlarla törədilən anaerob və ya qarışıq aerob-anaerob 
infeksiyaların ağır formalarının müalicəsində istifadə olunur.  
Təsir mexanizmi 
Dioksidin bakterisid təsir göstərir. 
Aktivlik spektri 

 
Stafilokoklara (bəzi MRSA daxil olmaqla), streptokoklara, meninqokoklara, 
qrammənfi bakteriyalara (Е.coli, Proteus spp., K.pneumoniae, S.marcescens, 
P.aeruginosa, Shigella spp., Salmonella spp., P.multocida, M.tuberculosis
qarşı aktivdir 

 
Dioksidinə  Clostridium spp., Bacteroides spp. (B.fragili daxil olması iləs), 
P.acnes, Lactobacterium spp., Bifidobacterium spp., Veilonella spp., 
Peptostreptococcus spp. kimi bir çox anaeroblar, həmçinin aktinomisetlər 
həssasdırlar 

 
DV-i digər AMDV-ə davamlı ştamlara qarşı aktivliyini saxlayır 

 
Dioksidinlə digər AMDV arasında çarpaz rezistentlik təyin edilməmişdir 
Göstərişlər 

 
İrinli bakterial infeksiyaların ağır formaları 

 
ATY-nın infeksiyaları (irinli plevrit, plevranın empiyeması, ağciyər absesi) 

 
İntraabdominal infeksiyalar 

 
Dərinin, yumşaq toxumaların, sümüklərin və oynaqların infeksiyaları (abses, 
fleqmona, irinli posttravmatik, əməliyyatdan sonrakı və yanıq yaraları) 

 
MSS-in infeksiyaları (beyin absesi, ikincili irinli meningit) 

 
Sistem təsir məqsədilə (v/d infuziya) yalnız stasionarda ehtiyat vasitəsi kimi 
infeksiyaların ağır formalarında və ya digər AMDV qeyri-effektiv/mümkün 
olmadıqda istifadə edilir 

 
Cərrahi (neyrocərrahi), uroloji və stomatoloji praktikada irinli infeksiyaların 
müxtəlif formalarında yerli və boşluqlara məhlul və ya məlhəm şəklində tətbiq 
olunur 
Əks göstərişlər 

 
Dioksidinə allergik reaksiya 

 
Böyrəküstü vəzinin qabıq maddəsinin funksiyasının çatışmazlığı 

 
Hamiləlik 

 
Döşlə əmizdirmə 

 
Uşaq yaşları 
Əlavə təsirlər 

 
MBT: qarın nahiyəsində ağrı, ürəkbulanma, qusma, diareya 

 
Sinir sistemi: baş ağrısı, baldır əzələlərinin qıcolması 
Klinik protokol Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin
İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanmışdır.

 
88

 
V/d yeritmə zamanı: titrəmə, qızdırma 

 
Allergik reaksiyalar: səpgi, övrə, anafilaktik şok 

 
Böyrəküstü vəzinin qabıq maddəsi: doza çox olduqda distrofiya, destruksiya, 
kəskin böyrəküstü vəzi çatışmazlığının inkişaf etməsi mümkündür. 
Ehtiyat tələb edən hallar 

 
Pediatriya: Dioksidinin uşaqlarda tətbiq edilməsinə yol verilmir. 

 
Heriatriya: Yaşlı adamlarda böyrəklərin funksiyasının yaşla  əlaqədar aşağı 
düşməsini nəzərə almaq lazımdır, preparatın dozasının azaldılması lazım gəlir.  

 
Böyrəküstü vəzinin qabıq maddəsinin çatışmazlığı: Anamnezdə böyrəküstü 
vəzinin çatışmazlığı göstərildikdə, tətbiq etməmək.  Əgər müalicə vaxtı 
böyrəküstü vəzinin qabıq maddəsinin çatışmazlığı əlamətləri meydana gəlirsə, 
dioksidini dərhal kəsmək və  əvəzləyici hormonal terapiya təyin etmək 
lazımdır. 
Tətbiq qaydaları. Dioksidin v/d tədricən infuziya yolu ilə (damcı üsulu ilə) 
həkimin ciddi nəzarəti altında yeridilir. Şırnaq üsulu ilə v/d yeridilməsi 
yolverilməzdir.  
Allergik reaksiyanı yoxlamaq üçün əvvəlcədən sınaq qoymaq lazımdır. 3-6 
saat  ərzində arzu edilməyən reaksiyalar olmadıqda, müalicə kursu başlanır,  əks 
halda preparat tətbiq edilmir. 
Yeritmə zamanı baş verə bilən reaksiyaların profilaktikası üçün antihistamin 
preparatlar istifadə etmək məsləhət görülür. 
Pasiyent üçün məlumat 
Müalicə vaxtı  əhvalın dəyişməsi, yeni əlamətlərin  əmələ  gəlməsi haqqında 
həkimə məlumat vermək lazımdır. 
Cədvəl 17. Dioksidin. Əsas səciyyəsi və tətbiq xüsusiyyətləri 
DV-nin adı DV-nin 
forması Dozalanma 
rejimi DV-nin xüsusiyyətləri 
Dioksidin 
İny./üçün. məh.  
0,5% və 1,0% 5ml 
və 10ml amp.-da 
5% məlhəm 
V/d:  
Böyüklər: 0,6-0,9 q/gün 
dozada 2-3 dəfə yeridilir 
(lakin 10mq/kq/gün-dən çox 
olmayaraq) 
Yeritmədən əvvəl 0,5% 
dioksidin məhlulunu 5% 
qlükoza məhlulu və ya 0,9% 
natrium xlorid məhlulunda 
0,1-0,2% konsentrasiyaya 
qədər durulaşdırırlar. 
Boşluqlara və endobronxial:  
Böyüklər: 10-50 ml 1% məh. 
Maksimal birdəfəlik doza - 
0,5q; gün ərzində -0,7q 
Yaraları uzun müddət 
yuduqda 0,1-0,2% məh. 
istifadə olunur. 
Digər daha təhlükəsiz 
AMDV qeyri-effektiv 
və ya mümkün 
olmadıqda 
polirezistent bakteriya 
ştamları ilə törədilən 
irinli infeksiyaların 
müalicəsində ehtiyat 
DV-dir. Uşaqlara 
tətbiq edilmir.  
Yerli tətbiq üçün 
göstərişlər: yara və 
yanıq infeksiyaları; 
dərinin irinli 
xəstəlikləri 
Klinik protokol Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin
İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanmışdır.

 
89
Yerli: 
Məlhəm gündə 1 dəfə 
zədələnmiş nahiyəyə sürtülür. 
Dioksidin/ 
Trimekain/ 
Metilurasil 
1%-li məlhəm
*
 
Zədələnmiş səthə 1-2 gündə 1 
dəfə sürtülür. 
Antimikrob təsir ilə 
yanaşı yerli 
keyləşdirici və iltihab 
əleyhinə təsir göstərir. 
Göstərişlər: yara 
infeksiyaları, dəri 
xoraları 
Nitroksolin 
Nitroksolin 8-oksixinolin törəmələri qrupuna aiddir. Ağır arzu edilməyən 
reaksiyaların inkişaf etmə hallarının təsvir edilməsi ilə əlaqədar olaraq əksəriyyət 
ölkələrdə istifadə edilmir. Nitroksolin II sıra vasitə qismində SÇY-ın 
infeksiyalarında istifadə edilir. 
Təsir mexanizmi 
Bakteriostatik təsir göstərir. 
Aktivlik spektri 
Enterobacteriaceae ailəsinin (E.coli, Salmonella spp., Shigella spp., Proteus 
spp.) qrammənfi bakteriyalarına və  Candida cinsindən olan göbələklərə qarşı 
aktivliyi əsas əhəmiyyət kəsb edir. 
Göstərişlər 

 
Kəskin ağırlaşmamış sistit – müalicə, profilaktika (II sıra DV-i kimi). 
Əks göstərişlər 

 
Periferik sinir sisteminin xəstəlikləri 

 
Görmə sinirinin xəstəlikləri 

 
Qaraciyərin ağır xəstəlikləri 

 
Böyrək çatışmazlığı 

 
Qlükoza-6-fosfatdehidrogenazanın defisiti 

 
Hamiləlik 

 
Döşlə əmizdirmə 

 
Yarımçıq doğulmuş və yenidoğulmuş uşaqlar 
Əlavə təsirlər 

 
Sinir sistemi: baş  ağrı, başgicəllənmə, paresteziyalar, polineyropatiya. 
Yarımkəskin mielooptik neyropatiyanın (SMON sindrom adlanan) inkişaf 
etməsi mümkündür, hansı ki, əvvəlcə qarın nahiyəsində  ağrı  və diareya ilə 
təzahür edir, sonra isə  ağır periferik polinevrit və görmə sinirinin atrofiyası 
inkişaf edir. Bəzən serebral pozğunluqları olan tormozlanma, retroqrad 
amneziya ilə birgə təsadüf edə bilər 

 
MBT: ürəkbulanma, qusma, iştahanın itməsi 
                                                 
*
 Dioksidinin konsentrasiyası 
Klinik protokol Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin
İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanmışdır.

 
90

 
Qaraciyər: transaminazaların aktivliyinin artması 

 
Allergik reaksiyalar: səpgi, övrə və s. 

 
Ürək: taxikardiya 
Ehtiyat tələb edən hallar 

 
Allergiya: Digər oksixinolin törəmələrinə çarpaz allergik reaksiyalar 
mümkündür 

 
Hamiləlik: Hamiləlik zamanı istifadə etmək məsləhət deyil 

 
Döşlə əmizdirmə: Əmizdirən qadınlara tətbiq etmək olmaz 

 
Pediatriya: Nitroksolin yarımçıq doğulmuş  və yenidoğulmuş  uşaqlara  əks 
göstərişdir. Farmakokinetikası haqqında məlumatların olmamasını  nəzərə 
alaraq, uşaqlara təyin edilməsi məsləhət deyil 

 
Heriatriya: Nitroksolini yaşlı adamlara ehtiyatla təyin etmək lazımdır 

 
Böyrəklərin funksiyasının pozulması: Böyrək çatışmazlığı zamanı vasitə  əks 
göstərişdir 

 
Qaraciyərin funksiyasının pozulması: Qaraciyərin ağır xəstəlikləri zamanı 
vasitə əks göstərişdir 

 
Periferik sinir sisteminin xəstəlikləri: Yarımkəskin mielooptik neyropatiyanın 
inkişaf etməsinə görə nitroksolin əks göstərişdir 

 
Görmə sinirinin xəstəlikləri: görmə sinirinin zədələnmə riskinə görə 
nitroksolin əks göstərişdir 

 
Qlükoza-6-fosfatdehidrogenazanın defisiti: Hemolitik anemiyanın inkişaf etmə 
mümkünlüyünə görə nitroksolin əks göstərişdir. 
Pasiyent üçün məlumat 
Nitroksolini yeməkdən 1 saat əvvəl dolu su stəkanı içməklə  qəbul etmək 
lazımdır. 
Bütün terapiya kursu ərzində müalicə rejiminə və sxeminə ciddi riayət etmək, 
dozanı ötürməmək və onu bərabər zaman fasiləsindən bir qəbul etmək. Dozanı 
ötürdükdə onu imkan daxilində tez qəbul etmək; təxminən digər dozanın atma  
vaxtı çatdıqda qəbul etməmək; dozanı artırmamaq. 
Bir neçə gün ərzində yaxşılaşma olmadıqda və ya yeni əlamətlər meydana 
gəldikdə həkimlə məsləhətləşmək lazımdır. 
Nitroksolinlə müalicə vaxtı dilin, sidiyin və  nəcisin zəfəran-sarı  rəngdə 
boyanması mümkündür. 
Cədvəl 18. Nitroksolin. Əsas səciyyəsi və tətbiq xüsusiyyətləri. 
DV-nin adı DV-nin 
forması 
Dozalanma rejimi 
DV-nin xüsusiyyətləri 
Nitroksolin 
Tab. 0,05 q 
Daxilə: 
Böyüklər: 0,1-0,2 q hər 
6 saatdan bir, yeməkdən 
1 saat əvvəl 
1 aydan böyük uşaqlar: 
5 -8 mq/kq/gün dozada 
2-3 qəbula 
Antimikrob aktivliyi və 
farmakokinetikası az 
öyrənilmişdir. 
Effektivliyini və 
təhlükəsizliyini nəzarət 
edən kliniki tədqiqatlar 
aparılmamışdır. 
 
Klinik protokol Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin
İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanmışdır.

 
91
Spektinomisin 
Aminoqlikozidlərlə quruluş oxşarlığı olan, aminosiklitollara aid təbii AMDV-
dir. Dar antimikrob aktivlik spektrinə malikdir. 
Təsir mexanizmi 
Bakteriostatik təsir göstərir.  
Aktivlik spektri 
Qonokoklara, o cümlədən, penisillinə rezistent ştamlara təsir edir. Bəzi 
enterobakteriya və ureoplazmalara qarşı mötədil aktivdir. 
Göstərişlər 

 
Endoservikal qonoreya 

 
Rektal qonoreya 

 
Qonoreya uretriti 

 
β-laktamlara qarşı allergiyası olan pasiyentlərdə yayılmış (disseminə olunmuş, 
metastatik) qonoreya. 

 
Spektinomisin qonoreya faringiti zamanı qeyri-effektivdir, belə ki, o, ağız 
suyunda yüksək konsentrasiya yaratmır. 
Əks göstərişlər 

 
Spektinomisinə qarşı allergik reaksiyalar 

 
1 yaşa qədər uşaqlar 
Əlavə təsirlər 

 
Allergik reaksiyalar: titrətmə, qızdırma, dərinin qaşınması və ya qızarması 

 
MSS: başgicəllənmə 

 
MBT: qarın nahiyəsində spastik ağrılar, ürəkbulanma, qusma 

 
Yerli reaksiyalar: inyeksiya yerində infiltrat 
Ehtiyat tələb edən hallar 

 
Hamiləlik: Spektinomisin penisillin və sefalosporinlərə allergiyası olan hamilə 
qadınlara qonokok infeksiyalarının müalicəsi üçün məsləhət görülür. 

 
Döşlə əmizdirmə: Döşlə əmizdirilən uşaqlarda fəsadlar qeyd edilməmişdir. 

 
Pediatriya: Spektinomisin penisillin və ya sefalosporinlərə qarşı allergiyası 
olan uşaqlarda qonokok infeksiyalarının müalicəsi üçün istifadə edilə bilər. 
Lakin  əlavə edilən həlledicinin tərkibində benzil spirti var. Uşaqların 
həyatlarının ilk ilində ölümcül asfiksiyanın inkişaf etməsini onun tətbiqi ilə 
əlaqələndirirlər. Buna görə də spektinomisini bu yaş qrupunda istifadə etmək 
olmaz. 

 
Başgicəllənmə meydana gəldikdə ehtiyatlı olmaq lazımdır. 
Pasiyent üçün məlumat 
İnfeksiyanın qarşısını almaq üçün prezervativdən istifadə etmək lazımdır. 
Reinfeksiyanın profilaktikası  məqsədilə  hər iki partnyoru müalicə etmək tövsiyə 
olunur. Bir neçə gün ərzində yaxşılaşma olmadıqda və ya yeni əlamətlər meydana 
gəldikdə həkimlə məsləhətləşmək lazımdır. 
Klinik protokol Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin
İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanmışdır.

 
92
Cədvəl 19. Spektinomisin. Əsas səciyyəsi və tətbiq xüsusiyyətləri. 
DV-nin adı DV-nin 
forması 
Dozalanma rejimi 
DV-nin xüsusiyyətləri  
Spektinomisin 
İny./üçün. toz 2,0 
q flakonda 
Ə/d: 
Böyüklər: qonoreya 
uretriti, servisiti, 
proktiti zamanı-2,0 q 
bir dəfə; 
Disseminə olunmuş 
qonoreya zamanı-2,0 q 
hər 12 saatdan bir, 3 
gün ərzində 
Uşaqlar: 45 kq qədər 
bədən kütləsi olanlar - 
40 mq/kq bir dəfə;  
45 kq çox bədən kütləsi 
olanlar-2,0 q birdəfə 
β-laktamlara qarşı 
allergiya olduqda 
qonoreyanın müalicəsi 
üçün alternativ vasitə. 
Qonoreya faringitində 
tətbiq etmək məsləhət 
görülmür. 1 yaşa qədər 
uşaqlara təyin etmək 
olmaz. 
Fosfomisin 
Fosfomisin təbii AMDV-dir. Fosfomisin trometamol peroral preparat olub
SÇY-ın aşağı şöbələrinin ağırlaşmamış infeksiyalarında tətbiq edilir. 
Təsir mexanizmi 
Fosfomisin bakterisid təsir göstərir. 
Aktivlik spektri 

 
Fosfomisin başlıca olaraq, qrammənfi mikroorqanizmlərə qarşı aktivliyə 
malikdir. Bağırsaq cöpləri, salmonellalar, şigellalar, protey və digər AMDV-ə 
rezistent olan ştamlar daxil olmaqla fosfomisinə həssasdırlar.  

 
Qrammüsbət floradan preparata qarşı stafilokoklar mötədil həssasdırlar. 
Streptokok və enterokoklara qarşı az aktivdir. 
Göstərişlər 

 
Sistit (kəskin və residivləşən) 

 
Hamilələrdə simptomsuz bakteruriya 

 
Transuretral uroloji müdaxilələr zamanı SÇY-ın infeksiyalarının profilaktikası 
Əks göstərişlər 

 
Fosfomisinə qarşı allergik reaksiyalar 
Əlavə təsirlər 

 
Qaraciyər: transamilazaların aktivliyinin tranzitor artması 

 
MSS: baş ağrı, başgicəllənmə 

 
MBT: ürəkbulanma, qusma, qarın nahiyəsində ağrı və ya diskomfort, diareya 

 
Allergik reaksiyalar: səpgi, övrə, dəri qaşınması 
Ehtiyat tələb edən hallar 

 
Allergiya: Fosfomisini bronxial astma, səpgi, övrə kimi allergik təzahürlərə 
irsi və ya qazanılmış meylli olan pasiyentlərə ehtiyatla tətbiq etmək lazımdır 
Klinik protokol Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin
İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanmışdır.

 
93

 
Hamiləlik: Hamilələrin bakteriuryasında fosfomisinlə aparılan müalicə zamanı 
aparılan kliniki tədqiqatlada dölə mənfi təsir halları qeyd edilməmişdir 

 
Döşlə  əmizdirmə: Fosfomisin ana südünə keçə bilər. Ehtiyatla tətbiq etmək 
lazımdır 

 
Pediatriya: Fosfomisin trimetamolu 5 yaşa qədər uşaqlara tətbiq etmək 
məsləhət görülmür, belə ki, bu yaş qrupunda onun effektivliyi və təhlükəsizliyi 
öyrənilməmişdir 

 
Heriatriya: 75 yaşdan böyük adamlarda fosfomisinin hepatotoksik təsir riski 
artır 

 
Böyrəklərin funksiyasının pozulması: Böyrək çatışmazlığı zamanı fosfomisinin 
klirensinin azalması mümkündür, bu isə dozanın azaldılmasını lazım edə bilər 

 
Qaraciyərin funksiyasının pozulması: Qaraciyər xəstəlikləri olan pasiyentlərdə 
qaraciyərin disfunksiyasının güclənməsi mümkündür 
Dərmanlarla qarşılıqlı təsiri 
Metoklopramid qan zərdabında fosfomisinin konsentrasiyasını azalda bilər. 
Pasiyent üçün məlumat 
Bütün terapiya kursu ərzində  təyinat rejiminə ciddi riayət etmək, dozanı 
ötürməmək və onu bərabər zaman fasiləsindən bir qəbul etmək. Dozanı ötürdükdə 
onu imkan daxilində tez qəbul etmək; təxminən digər dozanın atma  vaxtı çatdıqda 
qəbul etməmək; dozanı artırmamaq. 
Fosfomisin trometamolun birdəfəlik dozası bilavasitə qəbuldan əvəl 50-75 ml 
suda həll edilir. Acqarına, yaxşı olardı axşam sidik kisəsini boşaltdıqdan sonra 
qəbul edilsin.  
Bir neçə gün ərzində yaxşılaşma olmadıqda və ya yeni əlamətlər meydana 
gəldikdə həkimlə məsləhətləşmək lazımdır. 
Cədvəl 20. Fosfomisin trometamol. Əsas səciyyəsi və tətbiq xüsusiyyətləri. 
DV-nin adı DV-nin 
forması Dozalanma 
rejimi
*
 DV-nin 
xüsusiyyətləri 
Fosfomisin 
trometamol 
Qran. 2,0 q və 
3,0 q 
Daxilə: 
Böyüklər: kəskin sistit və 
simptomsuz bakteriuriya 
zamanı -3,0 q bir dəfə; 
Residivləşən sistit zamanı - 
3,0 q hər 10 gündən bir, 3 
ay ərzində;  
Profilaktika üçün -3,0 q 
manipulyasiyadan 3 saat 
əvvəl, sonra 3,0 q 24 
saatdan sonra 
5 yaşdan böyük uşaqlar: 2,0 
q bir dəfə 
SÇY-ın aşağı 
şöbələrinin 
infeksiyalarının 
müalicə və 
profilaktikası üçün 
olan DV-dir. 
 
                                                 
*
 Böyrəklərin normal funksiyası zamanı 
Klinik protokol Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin
İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanmışdır.

 
94
Fuzidin turşusu 
Fuzidin turşusu dar aktivlik spektri olan təbii antibiotikdir. β-laktamlara  
davamlılıq və ya onlara qarşı allergiya zamanı istifadə olunan, ehtiyat 
antistafilokok vasitə kmi əsas  əhəmiyyət kəsb edir. Ağır sistem stafilokok 
infeksiyaları zamanı fuzidin turşusu yaxşı olar ki, digər antistafilokok vasitələrlə 
birgə təyin edilsin. 
Təsir mexanizmi 
Fuzidin turşusu bakteriostatik təsir göstərir. 
Aktivlik spektri 

 
Başlıca olaraq stafilokoklara qarşı aktivliyə malikdir. S.aureus (o cümlədən 
MRSA) və  S.epidermidis-in (metisillinorezistentlər daxil olmaqla) əksəriyyət 
ştamları fuzidinə həssasdırlar. Digər stafilokokl və streptokoklara qarşı in vitro 
aktivlik aşağıdır 

 
Korinebakteriyalar, anaerob kokklar (P.niger, Peptostreptococcus spp.), 
klostridilər (o cümlədən  C.difficile) kifayət qədər yüksək həssaslıqla 
səciyyələnirlər 

 
Fuzidin turşusu neysseriyalar istisna olmaqla, əksəriyyət qrammənfi 
mikroorqanizmlərə qarşı təsir etmir 
Göstərişlər 

 
S.aureus (o cümlədən MRSA) törədilən infeksiyaların terapiyasında alternativ 
vasitə 

 
Dəri və yumşaq toxumaların infeksiyaları (karbunkul, absses, yara infeksiyası, 
infeksiyalaşmış yanıqlar və s.) 

 
Sümüklərin və oynaqların infeksiyaları ( kəskin və xroniki osteomielit, irinli 
artrit); 

 
endokardit 

 
Sepsis 

 
Göz infeksiyaları (konyunktivit, keratit, blefarit, endoftalmit) 

 
Stafilokok pnevmoniyası, o cümlədən mukovissidozlu pasiyentlərdə 

 
C.difficile-assosiasiya olunmuş diareya və psevdomembranoz kolit (alternativ 
vasitə) 
Əks göstərişlər 
Fuzidin turşusuna qarşı allergik reaksiyalar 
Əlavə təsirlər 

 
MBT: epiqastral nahiyədə ağırlıq, qarında ağrı, ürəkbulanma, diareya 

 
Allergik reaksiyalar: səpgi, eozinofiliya 

 
Qaraciyər: transaminazaların aktivliyinin artması, qanda bilirubinin 
səviyyəsinin artması, sarılıq. Risk amilləri: uzunmüddətli terapiya (xüsusilə 
v/d yeridilmə), qaraciyərin yanaşı xəstəlikləri 

 
Yerli reaksiyalar: venaların spazmı, v/d yeritmə zamanı tromboflebit 
 
Klinik protokol Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin
İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanmışdır.

 
95
Ehtiyat tələb edən hallar 

 
Allergiya: Fuzidin turşusunun bütün vasitələrinə qarşı çarpazdır 

 
Hamiləlik: Antibiotikin steroidəbənzər quruluşunu və bilirubin 
ensefalopatiyasının inkişaf etmə riskini nəzərə alaraq, yalnız son dərəcə zəruri 
olduğu hallarda tətbiq etmək 

 
Döşlə əmizdirmə: Fuzidin turşusu ana südünə keçir. Əmizdirən qadınlara 
yalnız son dərəcə zəruri olduğu hallarda təyin etmək 

 
Pediatriya: Yenidoğulmuşlara, xüsusilə yarımçıq doğulmuşlara antibiotikin 
steroidəbənzər quruluşu və bilirubin ensefalopatiyasının inkişaf etmə riski ilə 
əlaqədar olaraq, ehtiyatla təyin etmək 

 
Qaraciyərin funksiyalarının pozulması: Fuzidin turşusunu qaraciyərin kəskin 
xəstəlikləri və ağır qaraciyər çatışmazlığı zamanı tətbiq etməmək. 
Dərmanlarla qarşılıqlı təsiri 
Antasidlər və xolestiramin daxilə  qəbul etdikdə fuzidin turşusu vasitələrinin 
biomənimsənilməsini azaldırlar 
Ağır sistem infeksiyalar zamanı yaxşı olar ki, digər antistafilokok vasitələrlə 
birgə təyin edilsin 
Pasiyent üçün məlumat 
Bütün terapiya kursu ərzində müalicə rejiminə və sxeminə ciddi riayət etmək, 
dozanı ötürməmək və onu bərabər zaman fasiləsindən bir qəbul etmək. Dozanı 
ötürdükdə onu imkan daxilində tez qəbul etmək; təxminən digər dozanın atma 
vaxtı çatdıqda qəbul etməmək; dozanı artırmamaq. Terapiyanın davametmə 
müddətinə riayət etmək. 
MBT  əlamətləri meydana gəldikdə DV-ni daxilə qida ilə eyni vaxtda qəbul 
etmək lazımdır. 
Antasidlər təyin edildikdə fuzidin turşusu və antasid vasitə  qəbul etmək 
arasında 2 saat intervala əməl etmək lazımdır. 
Epiqastral nahiyədə  ağrı, ürəkbulanma baş verdikdə onlar itənə  qədər üfüqi 
vəziyyət almaq lazımdır. 
Bir neçə gün ərzində yaxşılaşma olmadıqda və ya yeni əlamətlər meydana 
gəldikdə həkimlə məsləhətləşmək lazımdır. 
Göz damcılarının tətbiqi zamanı kontakt linzalar taxmaq lazım deyil. 
Cədvəl 21. Fuzidin turşusu DV-i. Əsas səciyyəsi və tətbiq xüsusiyyətləri. 
Yüklə 2,37 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   16




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin