Azərbaycan Respublikası Səhiyyə Nazirliyi kollegiyasının 20 noyabr 2009-cu il tarixli



Yüklə 2,37 Mb.
Pdf görüntüsü
səhifə13/16
tarix27.01.2017
ölçüsü2,37 Mb.
#6527
1   ...   8   9   10   11   12   13   14   15   16

 
Klinik protokol Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin
İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanmışdır.

 
117
MÜXTƏLİF İNFEKSİYALARDA  
ANTİMİKROB VASİTƏLƏRİN TƏTBİQİ 
 
BÖYÜKLƏRDƏ YUXARI TƏNƏFFÜS YOLLARININ KƏSKİN 
RESPİRATOR İNFEKSİYALARI VƏ QRİP ZAMANI ANTİMİKROB 
VASİTƏLƏRİN TƏTBİQİ 
Yuxarı  tənəffüs yollarının kəskin respirator əksər xəstəliklərinin viruslar 
tərəfindən törədildiyini nəzərə alaraq, müalicə  məqsədilə antibiotiklərin təyin 
olunması əsassızdır (A)
Faringit, rinosinusit və bronxit əlamətləri KRİ –lər üçün tipik hesab olunur və 
bakterial mənşəli fəsadların yüksək ehtimalını göstərən əlavə simptomlar olmadan 
antibiotiklərlə müalicəyə göstəriş hesab olunmurlar (А).  
Bədən hərarətinin 38,5°C-dən yuxarı qalxdıqda və ağrılar olduqda qəbulu 
üçüm  əks göstəriş olmadığı halda qızdırmasalan və qeyri-steroid iltihab 
əleyhinə preparatların təyini tövsiyə olunur (C). 
Antibakterial terapiyanın istifadəsi üçün göstəriş bakterial infeksiyanın 
qoşulmasıdır.  Əgər KRİ-li xəstədə 7-10 gün aparılan simptomatik müalicədən 
sonra simptomların kəskinliyi azalmır və ya simptomlar proqressiv şəkildə 
pisləşirsə, bakterial infeksiyanın qoşulması haqqında fikirləşmək lazımdır.  
Antibakterial terapiyaya göstəriş olan hallar beta-hemolitik streptokokla 
törədilən tonzillit və bakterial sinusitdir.  
Beta-hemolitik streptokokla törədilən tonzillit 
Beta-hemolitik streptokokla törədilən tonzillitin yüksək ehtimalı haqqında 
aşağıda göstərilən  əlamətlərdən 3-4 olması  xəbər verir (həssaslıq və spesifiklik 
75%):  

 
Titrətmə 

 
Öskürəyin olmaması 

 
Limfadenopatiya (boyun limfa vəzlərinin böyüməsi, ağrılı və hərəkətli olması) 

 
Badamcıqların üzərində ağ-sarımtıl eksudatın olması 

 
Boğaz ağrısı 
Ölkədə ekspress-diaqnostika metodları olmadıqdan aşağıdakı  tədbirləri 
səmərəli hesab olunur:  

 
Streptokok mənşəli tonzillitin 3-4 meyarı olduqda antibakterial müalicə təyin 
etmək (A)   

 
2 meyar olduqda – qərarı epidemioloji vəziyyəti və fəsadların əmələ gəlməsi 
ehtimalını (streptokok etiologiyalı tonzilliti sübuta yetirilmiş  xəstə ilə 
kontaktın olması, regionda və ya məktəblilər, və ya hərbiçilər və s. arasında 
streptokok infeksiyalarının geniş yayılması) nəzərə almaqla qəbul etmək  
Beta-hemolitik streptokokla törədilən tonzillitin müalicəsi: 
Birinci sıra dərmanlar 

 
Fenoksimetilpenisillin 500 mq x  gündə 2-4 dəfə 10 günə qədər  (A) 

 
Penisillinlərə qarşı allergiya olduqda: Eritromisin 500 mq x gündə 2 dəfə  
və ya  
250 mq х gündə 4 dəfə 10 gün (daha az yanaşı təsir verir) 
Klinik protokol Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin
İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanmışdır.

 
118
10 günlük müalicə infeksiyanın eradikasiyasına zəmanət verir.  
Amoksisillin və digər geniş spektrli penisillinlər həssaslıq təyin olunmadan 
istifadə olumamalıdır.  
Bakterial rinosinusit  
Bakterial rinosinusit KRİ ilə  xəstələrin 2%-də rast gəlir. Rentgenoqramda 
burunətrafı sinuslarının selikli qişasının dəyişilməsi və burundan selikli-irinli 
ifrazatın gəlməsi antibiotikoterapiyaya göstəriş deyil.  
Sinusitin müalicəsində antibiotiklərdən istifadə özünü yalnız o zaman 
doğruldur ki, əgər aşağıda göstərilən simptomlar 7 gündən artıq davam etmiş 
olsun: burundan irinli ifrazatın gəlməsi, titrətmə, baş  ağrısı, sinuslar ətrafında 
ağrının və dartılma hissinin olması. (C)  
Bakterial rinosinusitin müalicəsi 
Birinci sıra dərmanlar 

 
Amoksisillin x 500 mq x gündə 3 dəfə 7 gün və ya (A) 

 
Fenoksimetilpenisillin 
 
250 mq x gündə 4 dəfə və ya 500 mq x gündə 2 dəfə 7 
gün (A) və ya 

 
Doksisiklin 200 мг 1-ci gün bir dəfəyə, 100  mq x  gündə 1 dəfə sonrakı 6 gün 
ərzində (cəmi 7 gün) və ya  

 
Oksitetrasiklin 250 mq x gündə 4 dəfə 7 gün və ya  

 
Eritromisin 250 mq  x gündə  4 dəfə və ya 500 mq x gündə 2 dəfə 7 gün  
İkinci sıra dərmanlar 

 
Ko-amoksiklav 625 mq x gündə 3 dəfə 7 gün və ya 

 
Siprofloksasin 250 -500 mq x gündə 2 dəfə + metronidazol 400 mq x 2-3 dəfə 
7 gün  
KƏSKİN ORTA OTİTİN ANTİMİKROB VASİTƏLƏRİN TƏTBİQİ 
Kəskin orta otitin müalicəsi ağrını aradan qaldırmaq, orta qulağın drenaj 
funksiyasını  bərpa etmək və perforativ mərhələdə irinin tezliklə xaric edilməsinə 
şərait yaratmaqdan ibarətdir. 
Bəzi hallarda orqanizmin infeksiya ilə mübarizəsinə  şans vermək üçün 
antibiotiklər təyin olunmur. Ədəbiyyatda uşaqların 61%-də antibiotiklərin verilib-
verilməməsindən asılı olmayaraq 24 saatdan sonra yaxşılaşma qeyd olunmuşdur. 
Amoksisillin hələ də seçim antibiotiki sayılır. 

 
Birinci xətt: yüksək dozada Amoksisillin (C) 

 
Amoksisillin allergiyası olan pasiyentlərə yüksək dozada azitromisin. 

 
Amoksisillinlə müalicəyə baxmayaraq, davam edən əlamətlər olduqda yüksək 
doza Amoksisillin/klavulanat və ya azitromisin (C) 

 
Ciddi bakterial infeksiyaya şübhə olduqda seftriakson istifadə etmək. (C) 
Antibiotik terapiyası 5 gün davam edir. Yaxşılaşma 48-72 saatdan sonra qeyd 
olunsa da, infeksiyanın residivinin qarşısını almaq üçün antibiotiklər həmin qayda 
ilə 5-14 gün  təyin olunmalıdır, çünki bütün patogen flora məhv olunmaya bilər. 
Amma kiçik dozalarda verilən bəzi antibiotiklərə rezistentlik yaranır və 
onların istifadəsi faydasız olur. 
Klinik protokol Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin
İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanmışdır.

 
119
Viral etiologiyalı kəskin otitlərdə antibiotiklərin istifadəsi məqsədəuyğun deyil 
və bu hallarda simptomatik terapiya aparılmalıdır. Viral otitlər 7-14 günə 
müalicəsiz keçir. 
Cədvəl 25. Kəskin orta otitin müalicəsi 
Əlamətlər Müalicə və antibiotiklərin dozası 
Zəif simptomatikalı 
İbuprofen  (D) 
Adi simptomatikalı 
İbuprofen + amoksisillin 
Böyüklər: 875 mq, 10 gün 
Pediatrik: 4 yaşa qədər 80 mq/kq, 5-10 gün 
4 yaşdan yuxarı 40-60 mq/kq, 5-10 gün 
Amoksisillinə həssaslıq yoxdursa,  
Azitromisin 
Böyüklər: gündə 500 mq, 3 gün 
Pediatrik: 30 mq/kq 1 doza 
Digər simptomlar 
(intoksikasiya) 
Yanaşı gedən xəstəlikləri aşkar etmək üçün laborator 
müayinələr aparılır 
Seftriakson (C)  
Böyüklər: 1-2 q ə/d gündə, 1-3 gün 
Pediatrik: 50-75 mq/kq/gündə 1-3 gün 
Əgər simptomlar davam 
edirsə 
Amoksisillin/klavulant (C) 
Böyüklər: 875/125mq, 10 gün 
Pediatrik: 80mq/kq  gündə, 10 gün 
və yaxud azitromisin (C) 
Böyüklər: 1q gündə, 3 gün 
Pediatrik: 20mq/kq gündə, 3 gün 
Kiçik yaşlı uşaqlarda antibiotiklərin təyini məhduddur. (А) 
Ağrını azaltmaq üçün yağ damcılarından istifadə etmək tövsiyə olunmur. (В) 
 
Klinik protokol Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin
İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanmışdır.

 
120
XƏSTƏXANADAN KƏNAR PNEVMONİYANIN MÜALİCƏSİNDƏ 
ANTİMİKROB VASİTƏLƏRİN TƏTBİQİ 
Ambulator şəraitdə müalicə 
Əvvəl sağlam olmuş və Streptococcus pneumoniae qarşı rezistentlik (SPR) 
riski olmayan pasiyentlər 

 
Makrolidlər (azitro
misin, klaritromisin) (A) 
və ya  

 
Beta-laktamlar (amoksisillin 0.5-1q 3 dəfə/sutkada) 
Yanaşı xəstəlikləri olan pasiyentlər (ürək, ağ ciyər, qara ciyər və ya böyrəyin 
xroniki xəstəlikləri; şəkərli diabet, alkoqolizm, bədxassəli şişlər, aspleniya, immun 
sisteminin zəifləməsi və ya immunsupressiv dərmanladan istifadə, son 3 ay ərzində 
AB preparatlardan istifadə) və ya SPR infeksiyasının digər risk amili olanlar  

 
Beta-laktamlar + makrolidlər (A) [amoksisilinə yüksək dozada (1 q gündə 3 
dəfə) və ya amoksisillin klavulanata (2 q gündə 2 dəfə) üstünlük verilir, 
alternativ preparatlar: seftriakson, sefpodoksim və sefuroksim 500 mq gündə 2 
dəfə) 
və ya  

 
Respirator flüorxinolonlar (moksifloksasin, gemifloksasin və ya levofloksasin 
(750 mq) (A) 
Xəstəxana şəraitində müalicə 

 
Beta-laktamlar + makrolidlər (A) (üstünlük verilən beta-laktamlar – 
sefotaksim, seftriakson və amoksisillin klavulanat; ertapenem – bəzi hallarda). 
Penisillinə qarşı allergiyası olan pasiyentlərdə respirator ftorxinolonlar istifadə 
olunmalıdır.  
və ya  

 
Respirator flüorxinolonlar (A) 
İntensiv terapiya şöbəsində müalicə 

 
Beta-laktamlar (sefotaksim, seftriakson və ampisillin-sulbaktam) + azitromisin 
(C) və ya flüorxinolonlar (A). Penisilinə qarşı allergiyası olanlara  respirator 
flüorxinolonlar və aztreonam tövsiyə olunur. 
Xüsusi hallar 
Pseudomonas  infeksiyasına qarşı antipnevmokokk, antipsevdomonal beta-
laktamlardan istifadə etmək tövsiyə olunur: 

 
(Piperasillin-tazobaktam, sefepim, imipenem və ya meropenem+seftazidim)  + 
siprofloksasin və ya levofloksasin (750 mq) 
və ya  

 
Yuxarıda göstərilmiş beta-laktamlar + aminoqlikozidlər  
və ya  

 
Yuxarıda göstərilmiş beta-laktamlar + aminoqlikozidlər və antipnevmokokk 
flüorxinolonlar. Penisillinə qarşı allergiyası olanlarda beta-laktamları 
aztreonamla əvəz etmək olar (C).  
Klinik protokol Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin
İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanmışdır.

 
121
Xəstəxanadan kənar yoluxmuş metisillin-rezistentli Staphylococcus aureus 
infeksiyası zamanı:  

 
Vankomisin və lizenolid əlavə edilir (C).  
Epidemioloji vəziyyətdən asılı olan müalicə 
Həkim mövcud epidemioloji vəziyyətdən və risk amillərindən xəbərdar olmalı 
və ehtiyac olduqda  spesifik və alternativ antibiotikləri əlavə etməlidir.  
Patogen müəyyən olunduğu halda müalicə 
Pnevmoniyanın etiologiyası etibarlı mikrobioloji metodlarla  müəyyən 
olunduğu halda antibakterial müalicə etioloji faktora uyğun seçilməlidir. (D) 
A tipli  qrip zamanı oseltamivir və zanamivirlə erkən (ilk 48 saat ərzində) 
müalicə tövsiyə olunur. (A) 
Daha gec müddətdə (48 saatdan çox)  oseltamivir və zanamivirlə müalicə 
tövsiyə olunmur, lakin xəstəxanada virusun yayılması və qrip virusunun törətdiyi 
pnevmoniyanın əlamətlərini azaltmaq məqsədilə istifadə oluna bilər. 
Antibakterial müalicənin müddəti 
Xəstəxanadan kənar pnevmoniyası olan pasiyent minimum 5 gün ərzində 
müalicə almalıdır  (A), 48-72 saat ərzində afebril olmalıdır və müalicəni 
dayandırmazdan  əvvəl xəstədə 1-dən çox XKP ilə  əlaqəli klinik qeyri-stabillik 
əlaməti olmamalıdır (B).  
İlkin terapiya aşkar olunan patogenə qarşı aktiv olmadıqda, yaxud xəstəlik 
meningit və ya endokardit kimi ekstrapulmonar patologiya ilə  fəsadlaşdığı halda 
müalicə daha uzun müddət davam edə bilər (D)
 
 
 
 
 
 
 
 
 
Klinik protokol Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin
İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanmışdır.

 
122
BAKTERİAL MENİNGİTLƏRİN MÜALİCƏSİNDƏ  
ANTİMİKROB VASİTƏLƏRİN TƏTBİQİ 
 
Müalicənin məqsədləri: törədicinin eradikasiyası (məhv edilməsi), fəsadların 
və xəstəliyin yayılmasının qarşısının alınması. 
Meningitlər zamanı terapiya taktikası  xəstəliyin formasından, klinik gedişin 
xüsusiyyətindən və  ağırlaşmalardan asılı olaraq müəyyən edilir. Bütün hallarda 
aşkar və  təsdiq edilmiş törədicinin antibakterial preparatlara həssaslıq dərəcəsi 
təyin edilməlidir. Lakin meningitə  şübhə olduqda dərhal empirik antibakterial 
müalicə başlanmalıdır (C).  

 
Penisillin (Na duzu) 4 mln vah. v/d gündə 6 dəfə 14 gün (C) 

 
3-cü nəsil sefalosporinlərin təyin edilməsi (B), məs., seftriakson  2q v/d hər 12 
saatdan bir 7-14 gün və ya sefotaksim, seftazidim (2q v/d hər 8 saatdan bir)  

 
Yaşlı  xəstələrdə 3-cü nəsil sefalosporinlərə  əlavə olaraq ampisillin təyin 
olunması (500mq v/d) nəzərdən keçirilməlidir (D) 

 
Ehtimal olunan sadə herpes virusu ilə törədilən meningitlər zamanı asiklovir 
təyin olunur (10 mq/kq v/d 1 saat ərzində, 8 saatdan bir) (C) 

 
Böyüklərdə pnevmokok mənşəli meningitlərdə antibiotiklərin yeridilməsindən 
15-20 dəqiqə  əvvəl və ya onlarla eyni vaxtda Deksametazon 10 mq

 v/d 
sutkada 4 dəfə, 4 gün ərzində təyin olunmalıdır. (A) 
Cədvəl 26. Bakterial meningitlər zamanı təklif olunan empirik  
antibakterial müalicə 
Xəstənin yaşı Törədicilər Antibakterial 
terapiya 
<1 ay 
Streptococcus agalactiae, Escherichia coli, 
Listeria monocytogenes, Klebsiella növləri  
Ampisillin + sefotaksim və 
ya ampisillin + aminoqlikozid 
1-23ay 
Streptococcus pneumoniae, Neisseria 
meningitidis, S. agalactiae, Haemophilus 
influenzae, E. Coli 
Vankomisin + üçüncü nəsil 
sefalosporin
a,b
 
2-50 yaş 
N. meningitidis, S. pneumoniae 
Vankomisin + üçüncü nəsil 
sefalosporin
a,b
 
>50 yaş 
S. pneumoniae, N. meningitidis, L. 
monocytogenes, anaerob qram-mənfi basillər 
Vankomisin + ampisillin + 
üçüncü nəsil sefalosporin
a,b
 
Başın 
travması 
  
  
Kəllə əsasının 
sınığı 
S. pneumoniae, H. influenzae, A qrupu beta-
hemolitik streptokoklar 
Vankomisin + üçüncü nəsil 
sefalosporin
a,b
 
Başın dəlici 
travması 
Staphylococcus aureus, koaqulaza-mənfi 
stafilokoklar (xüsusilə Staphylococcus 
epidermidis), aerob qram-mənfi basillər 
(Pseudomonas aeruginosa daxil olmaqla) 
Vankomisin + sefepim, 
vankomisin + seftazidim və 
ya vankomisin + meropenem 
Qeyd: 
Bütün tövsiyələr (B) dərəcəlidir.
 
a
 Seftriakson və ya sefotaksim 
b
 Bəzi ekspertlər deksametazon verildiyi təqdirdə rifampin əlavə olunmasını təklif edirlər. 
                                                 

Azərbaycan Respublikasında 4 mq/ml dozada dövlət qeydiyyatından keçmişdir. 
Klinik protokol Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin
İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanmışdır.

 
123
Antibakterial terapiyanın müddəti xəstənin klinik vəziyyətindən və OBM 
göstəricilərinin yaxşılaşmasından asılı olaraq tənzimlənir.  
Cədvəl 27. Bakterial meningitlər zamanı tövsiyə olunan  
antibakterial müalicənin müddəti (B)
Mikroorqanizm Müddət, günlərlə 
Neisseria meningitidis 

Haemophilus influenzae 

Streptococcus pneumoniae 
10-14 
Streptococcus agalactiae 
14-21 
Aerob qram-mənfi basillər 
21 
Listeria monocytogenes 
>21 
 
Cədvəl 28. Güman edilən törədiciyə qarşı  təklif olunan antibakterial terapiya 
Mikroorqanizm Təklif olunan 
terapiya 
Alternativ terapiya 
Streptococcus 
pneumoniae 
Vankomisin + 3-cü 
nəsil sefalosporin
a,b
 
Meropenem (D), flüorxinolon
c
 (C) 
Neisseria 
meningitidis 
3-cü nəsil sefalosporin
a
 
Penisillin G, ampisillin, xloramfenikol, 
flüorxinolon, aztreonam 
Listeria 
monocytogenes 
Ampisillin
d
 
və ya 
penicillin G
d
 
Trimetoprim-sulfametoksazol, 
meropenem (D) 
Streptococcus 
agalactiae 
Ampisillin
d
 və ya 
penisillin G
d
 
3-cü nəsil sefalosporin
a
 (D) 
Haemophilus 
influenzae 
3-cü nəsil sefalosporin
a
 
(A) 
Xloramfenikol, sefepim (A)
meropenem (A), flüorxinolon 
Escherichia coli 3-cü 
nəsil sefalosporin
a
 
(A) 
Sefepim, meropenem, aztreonam, 
flüorxinolon, trimetoprim-
sulfametoksazol 
Qeyd: 
Xüsusi işarələnməmiş bütün tövsiyələr (B) dərəcəlidir.
 
a
 Seftriakson və ya sefotaksim  
b
 Bəzi ekspertlər deksametazon verildiyi təqdirdə rifampin əlavə olunmasını təklif edirlər (D)
c
 Qatifloksasin və ya moksifloksasin 
d
 Aminoqlikozid əlavə edilməsi nəzərdən keçirilməlidir 
Antibakterial müalicəni ambulator şəraitdə davam etdirmək üçün meyarlar: 

 
6 gündən az olmayaraq stasionar müalicə 

 
Ambulator müalicənin başlanmasından 24-48 saat əvvəl hərarətin olmaması 

 
Mərkəzi sinir sistemi tərəfindən heç bir ciddi dəyişikliklərin olmaması 

 
Klinik yaxşılaşma və ya xəstənin vəziyyətin stabilləşməsi  

 
Mayeni yaxşı qəbul etməsi 

 
Ev şəraitində antibakterial terapiyaya nəzarət edən şəxsin olması 

 
Vena daxilinə müalicə aparmaq üçün lazımi təchizat 

 
Həkim və tibb bacısının xəstəyə baş çəkməsinin  tərtib olunmuş planı 
Klinik protokol Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin
İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanmışdır.

 
124
BÖYÜKLƏRDƏ KƏSKİN İNFEKSİON İSHALIN MÜALİCƏSİNDƏ 
ANTİMİKROB VASİTƏLƏRİN TƏTBİQİ 
İshalı törədən etioloji agentlərə bakteriyalar, viruslar və sadələr aiddir. İshalın 
etiologiyası, patogenezi, klinikası  və laborator göstəriciləri  əhəmiyyətli dərəcədə 
bir-biri ilə bağlıdır. Bu amil etioloji faktorun mikrobioloji metodlarla aşkar 
etməmişdən  əvvəl empirik terapiyanın böyük ehtimal ilə  əsaslandırmağa imkan 
yaradır.   
Klinik-laborator göstəricilərin nəticələrinə 
əsaslanaraq bağırsaq 
infeksiyalarının bir neçə növü ayırd edilir. 
 
Cədvəl 29. Bağırsaq infeksiyalarının klinik-laborator xüsusiyyətləri 
və etiologiyası. 
Klinik-laborator xüsusiyyətləri Etiologiya 
Bakteriyalar 
V.Cholerae 
Enterotoksigen E.coli 
Enteropatogen E.coli 
Salmonella spp. 
C.perfringens 
B. cereus 
S.aureus 
Viruslar 
Rotavirus 
"Sulu diareya" 
Çox miqdarda, tezliyi çox olmayan duru 
nəcis ifrazı 
 
Fekaliyalarda iltihab əlamətləri 
(leykositlər) yoxdur.  
Sadələr 
G.lamblia 
C.parvum 
Bakteriyalar 
Shigella spp. 
Enteroinvaziv E.coli 
enterohemorragik E.coli 
V.Parahaemolyticus 
S.enteritidis 
Aeromonas spp. 
Plesiomonas spp. 
Y.enterocolitica 
Campylobacter spp. 
C. difficile 
"Qanlı" diareya  
Tez-tez, az miqdarda nəcis ifrazı, ağrılı 
defekasiya aktı, tenezmlər 
 
Fekaliyalarda qanın, seliyin, leykosit 
qarışığının olması 
Sadələr 
E.histolytica 
Klinik protokol Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin
İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanmışdır.

 
125
Qarın yatalağı və ümumi 
simptomatikanın üstünlüyü ilə olan 
infeksiyalar  
Müxtəlif ağırlıq dərəcəli diareya 
Bakteremiya  
Generalizə olunmuş infeksiyanın 
əlamətləri  
bağırsaqdankənar ocaqların mövcudluğu 
mümkündür (meningit, pnevmoniya və 
plevranın empieması, endokardit və 
perikardir, artrit, qara ciyər dalaq
yumşaq toxumaların absesi, piyelonefrit )
Bakteriyalar 
S.typhi 
S.paratyphi A, B, C 
Y.enterocolitica 
Y.pseudotuberculosis 
C.jejuni 
İshalı olan hər bir pasiyentdə aşağıdakılar müəyyənləşdirilməlidir (D)

 
Yaş 

 
Immun statusunun aşağı olub-olmaması 

 
Antibiotiklərdən istifadə 

 
Yaxın zamanlarda səfərdə olub-olmaması  

 
Yaşadığı yerdə epidemik ocağın olması 
Pasiyentdə fiziki müayinə zamanı  aşağıdakıların olub-olmamasını 
müəyyənləşdirmək lazımdır (D)

 
Dehidratasiya  əlamətlərinin araşdırılması: dəri turqorunun aşağı olması, 
postural hipotenziya, nəbzin tezləşməsi, dilin quruluğu,  gözlərin çökəkliyi  

 
Yüksək hərarət 

 
Qarnın gərginliyi  

 
Nəcisdə qan  
İshalı olan pasiyentlərdə “təhlükə əlamətlərini” aşkarlamaq: 

 
Profuz sulu diareya, dehidratasiya əlamətləri ilə 

 
Nəcisin az miqdarda, qanlı və selikli olması 

 
Hərarətin 38
°C dərəcədən yüksək olması 

 
Nəcisin formasız və 24 saat ərzində 6 dəfədən çox olması 

 
Xəstəlik müddətinin 72 saatdan çox olması 

 
50 yaşdan yuxarı pasiyentlərdə qarında şiddətli ağrıların olması 

 
Yaşın 70-dən yuxarı olması 

 
İmmunitetin aşağı olması 
Bu əlamətlərdən birinin və ya bir neçəsinin olması diareyanın ağırlığına 
dəlalət edir. 
Müayinələr 

 
Nəcisin əkilməsi (Salmonella, Şigella və Kampilobakter üzrə) yalnız uzun 
sürən diareyası olan pasiyentlərdə və ya diareyanın iltihab mənşəli olmasının 
klinik və ya biokimyəvi üsulla sübuta yetirilmiş hallarda aparılmalıdır (A).  

 
Hospitalizasiyadan 3 gün sonra əmələ gəlmiş və ya antibiotik və anti-
neoplastiklərin istiadəsi nəticəsində yaranmış diareya zamanı Clostridium 
difficile infeksiyasını istisna etmək lazımdır (A)
Klinik protokol Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin
İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanmışdır.

 
126

 
Səyahətdə olan şəxsdə diareyanın təmizlənməmiş suyun istifadəsi nəticəsində 
əmələ gəldiyi və yeddi gündən çox davam etdiyi halda parazitar infeksiyanın 
olub-olmamasını nəzərdən keçirmək lazımdır (D) 
Yüklə 2,37 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   16




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin