Azərbaycan Respublikası Səhiyyə Nazirliyi kollegiyasının 20 noyabr 2009-cu il tarixli



Yüklə 2,37 Mb.
Pdf görüntüsü
səhifə2/16
tarix27.01.2017
ölçüsü2,37 Mb.
#6527
1   2   3   4   5   6   7   8   9   ...   16

Karboksipenisillinlər və 
inhibitordan müdafiə olunmuş 
karboksipenisillinlər 
Qrammüsbət bakteriyalara qarşı karbenisillinin və tikarsillinin təsir spektri 
ümumiyyətlə digər penisillinlərə uyğun gəlir, lakin aktivlik səviyyəsi aşağıdır. 
Karboksipenisillinlərin effektivliyi bir çox bakteriyaların müxtəlif  β-laktamazalar 
hasil edə bilməsi nəticəsində məhdudlaşır. 
Aşağıdakılara qarşı aktivdir: 

 
Enterobabacteriaceae  ( 
Klebsiella spp., P. vulgaris, C.diversus müstəsna 
olmaqla), 

 
P.aeruginosa və digər ferment hasil etməyən mikroorqanizmlər. 
Ureidopenisillinlər və inhibitordan müdafiə olunmuş ureidopenisillinlər 

 
Qrammüsbət bakteriyalar: karboksipenisillinlərdən  əhəmiyyətli dərəcədə 
üstündürlər və aminopenisillinlər və təbii penisillinlərə yaxınlaşırlar 

 
Qrammənfi bakteriyalar: 
Enterobabacteriaceae  ailəsinə, 
P.aeruginosa, digər 
psevdomonad və ferment hasil etməyən mikroorqanizmlərə  (S.maltophilia) 
qarşı yüksək aktivlik. 
Lakin ureidopenisillinlərin müstəqil klinik əhəmiyyəti kifayət qədər 
məhduddur, hansı ki, onların həm stafilokokların, həm də qrammənfi bakteriyaların 
böyük əksəriyyət 
β-laktamazalarının təsirinə labilliyi ilə izah olunur. 
İnhibitordan müdafiə olunmuş ureidopenisillinlər (piperasillin/tazobaktam): 
bütün penisillinlər arasında daha geniş spektrdə (anaeroblar daxil olmaqla) və 
Klinik protokol Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin
İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanmışdır.

 
12
yüksək səviyyədə antibakterial aktivliyə malikdir. Buna baxmayaraq, digər 
inhibitordan müdafiə olunmuş penisillinlərdə olduğu kimi C sinfindən olan 
β-
laktamazalar hasil edən ştamlar 
piperasillin/tazobaktama davamlıdırlar. 
Göstərişlər 
Təbii penisillinlər 
Hal-hazırda təbii penisillinləri yalnız məlum etiologiyalı infeksiyaların 
empirik terapiyası üçün istifadə etmək məqsədə uyğundur.  İnfeksiyanın 
xüsusiyyətindən və gedişinin ağırlığından asılı olaraq təbii penisillinlərin parenteral 
(adi və ya təsir müddəti uzadılmış) və ya peroral dərman formalarının tətbiqi 
mümkündür. 

 
S.pyogenes ilə törədilən infeksiyalar və onların nəticələri: 
 
Tonzillofaringit; 
 
Skarlatina; 
 
Qızılyel; 
 
Revmatizmin ilboyu davam edən profilaktikası. 

 
S.pneumoniae ilə törədilən infeksiyalar: 
 
Xəstəxanadan kənar pnevmoniya; 
 
Meningit; 
 
Sepsis; 
 
Splenektomiyadan sonra pnevmokok infeksiyalarının profilaktikası. 

 
Digər streptokoklar ilə törədilən infeksiyalar: 
 
İnfeksion endokardit (gentamisin və ya streptomisinlə birgə) 

 
Meninqokok infeksiyaları (meningit, meninqokoksemiya); 

 
Sifilis; 

 
Leptospiroz; 

 
Gənə borreliozu (Laym xəstəliyi); 

 
Qazlı qanqrena; 

 
Aktinomikoz. 
Təsir müddəti uzadılmış penisillinlər: 

 
Tonzillofaringit; 

 
Sifilis (neyrosifilisdən başqa); 

 
Qızılyelin, skarlatinanın və revmatizmin profilaktikası. 
Fenoksimetilpenisillin  yüngül və orta ağırlıqda olan streptokok 
infeksiyalarının (tonzillofaringit, qızılyel) müalicəsində tətbiq olunur. 
Penisillinə qarşı qonokokların davamlılığının artması ilə əlaqədar olaraq onun 
qonoreyanın müalicəsində empirik tətbiqi məqsədə uyğun deyil. 
Oksasillin 

 
Müxtəlif lokalizasiyalı stafilokok infeksiyaları (oksasillinə  həssaslıq təsdiq 
edildikdə və ya metisillinorezistentliyin yayılmasına cüzi risk olduqda) 

 
Dərinin, yumşaq toxumaların, sümüklərin və oynaqların infeksiyaları 

 
Pnevmoniya 

 
İnfeksion endokardit 

 
Meningit 

 
Sepsis 
Klinik protokol Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin
İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanmışdır.

 
13
Aminopenisillinlər və inhibitordan müdafiə olunmuş aminopenisillinlər 
Bu DV-nin tətbiqində əsas göstərişlər uyğun gəlir. Aminopenisillinlər yüngül 
və  ağırlaşmamış infeksiyalarda, onların inhibitordan müdafiə olunmuş 
törəmələrinin isə daha ağır və residivləşən formalar zamanı təyini əsaslıdır. Daxilə 
qəbul üçün amoksisillin və ya amoksisillin/klavulanat istifadə etmək daha məqsədə 
uyğundur. 

 
YTY-nın və ATY-nın infeksiyaları: KOO, sinusit, xroniki bronxitin 
kəskinləşməsi, xəstəxanadan kənar pnevmoniya 

 
SÇY-ın xəstəxanadan kənar infeksiyaları: kəskin sistit, pielonefrit 

 
H.influenzae və L.monocytogenes ilə törədilən meningit (ampisillin) 

 
Endokardit (gentamisin və ya streptomisin ilə birgə ampisillin) 

 
Bağırsaq infeksiyaları: şigellyoz, salmonellyoz, (ampisillin) 

 
Xora xəstəliyində H.pylori-nin eradikasiyası (amoksisillin) 

 
Endokarditin profilaktikası 
İnhibitordan müdafiə olunmuş aminopenisillinlərin təyini üçün əlavə 
göstərişlər aşağıdakılardır: 

 
Dəri və yumşaq toxumaların infeksiyaları 

 
İntraabdominal infeksiyalar 

 
Əməliyyatönü profilaktika 
Karboksipenisillinlər və inhibitordan müdafiə olunmuş karboksipenisillinlər 

 
P.aeruginosa həssas ştamları ilə törədilən nozokomial infeksiyalar. Bu zaman 
karboksipenisillinləri göy-yaşıl irin çöplərinə qarşı aktiv olan digər AMDV-lə 
(II-III nəsil aminoqlikozidlər, flüorxinolonlar) birgə təyin etmək lazımdır. 
Tikarsillin/klavulanatın tətbiqi üçün göstərişlər bir qədər genişdir və bura ağır, 
polirezistent və qarışıq (aerob-anaerob) mikroflora ilə törədilən, müxtəlif 
lokalizasiyalı, başlıca olaraq, nozokomial infeksiyalar daxildir: 

 
ATY-nın infeksiyaları (pnevmoniya, ağciyər absesi, plevranın empieması) 

 
SÇY-ın ağırlaşmış infeksiyaları 

 
İntraabdominal infeksiyalar 

 
Kiçik çanaq orqanlarının infeksiyaları 

 
Dərinin, yumşaq toxumaların, sümüklərin və oynaqların infeksiyaları 

 
Sepsis 
Ureidopenisillinlər və inhibitordan müdafiə olunmuş ureidopenisillinlər 
Ureidopenisillinlər aminoqlikozidlərlə birgə göy-yaşıl irin çöplər tərəfindən 
törədilən infeksiyalar zamanı (P.aeruginosa həssas olduğu hallarda) tətbiq olunur. 
Piperasillin/tazobaktam ağır, müxtəlif lokalizasiyalı qarışıq (aerob-anaerob), 
əsasən nozokomial infeksiyaların müalicəsində istifadə edilir: 

 
ATY-nın (VAP daxil olmaqla, nozokomial pnevmoniya; plevranın 
empiyeması ağciyər absesi) 

 
Dəri və yumşaq toxumaların (diabetik pəncə daxil olmaqla) 

 
İntraabdominal və kiçik çanağın 

 
Doğuşdan sonrakı irinli-septik ağırlaşmaların 

 
ÖÇY-in, öd peritonitinin, qaraciyər absesinin 
Klinik protokol Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin
İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanmışdır.

 
14

 
SÇY-ın (daimi kateter fonunda ağırlaşmış); 

 
Neytropeniya və digər immunodefisit formalar fonunda infeksiyalar 
Əks göstərişlər 

 
Penisillinlərə qarşı allergik reaksiya. Bezilpenisillin prokain həmçinin 
prokainə (novokainə) allergiyası olan pasiyentlərə də əks göstərişdir. 
Əlavə təsirlər 

 
Allergik reaksiyalar: övrə, səpgi, Kvinke ödemi, qızdırma, eozinofiliya, 
bronxospazm, anafilaktik şok (çox vaxt benzilpenisillini istifadə etdikdə). 
Anafilaktik  şok baş verdiyi zaman yardım tədbirləri: tənəffüs yollarının 
keçiriciliyinin təmin edilməsi (lazım olduqda intubasiya), oksigenoterapiya, 
adrenalin, qlükokortikoidlər. 

 
MSS: baş ağrı, tremor, qıcolmalar (çox vaxt uşaqlarda və böyrək çatışmazlığı 
olan pasiyentlərdə karbenisillin və ya çox böyük dozada benzilpenisillin tətbiq 
etdikdə); psixi pozğunluqlar (böyük dozada benzilpenisillin prokain 
yeritdikdə). 

 
MBT: qarın nahiyəsində 
ağrı, ürəkbulanma, qusma, diareya, 
psevdomembranoz kolit (çox vaxt ampisillin və inhibitordan müdafiə olunmuş 
penisillinlər istifadə etdikdə). Psevdomembranoz kolitdən şübhələndikdə (qan 
qarışığı ilə duru stul meydana çıxdıqda) DV-ni və rektoromanoskopik müayinə 
aparmaq lazımdır. Yardım tədbirləri: su-elektrolit balansının bərpa edilməsi, 
lazım olduqda daxilə C.difficile qarşı aktiv olan antibiotiklər (metronidazol və 
ya vankomisin) tətbiq olunur. Loperamid istifadə etmək olmaz. 

 
Elektrolit balansının pozulması: hiperkaliemiya (böyrək çatışmazlığı olan 
xəstələrdə böyük dozada benzilpenisillinin kalium duzunu istifadə etdikdə, 
həmçinin onu kaliumqoruyucu diuretiklərlə, kalium preparatları  və ya AÇF 
inhibitorları ilə birgə  təyin etdikdə); hipernatriemiya (çox vaxt karbenisillin, 
daha az ureidopenisillinlər və böyük dozada benzilpenisillinin natrium 
duzunun tətbiqi zamanı), hansı ki, ödemlərin meydana gəlməsi və ya 
güclənməsi (ürək çatışmazlığı olan pasiyentlərdə), AT-in yüksəlməsi ilə 
müşayiət oluna bilər. 

 
Yerli reaksiyalar: ə/d yeritdikdə ağrı və infiltrat (xüsusilə benzilpenisillinin kalium 
duzunu), v/d yeritdikdə flebit (çox vaxt karbenisillinin istifadəsi zamanı). 

 
Qaraciyər: transaminazaların aktivliyinin artması, qızdırma, ürəkbulanma, 
qusma ilə müşayiət oluna bilər (çox vaxt oksasillini 6 q/gün daha yüksək 
dozada və ya inhibitordan müdafiə olunmuş penisillinlər istifadə etdikdə). 

 
Hematoloji reaksiyalar: hemoqlobinin səviyyəsinin azalması, neytropeniya 
(çox vaxt oksasillini istifadə etdikdə); trombositlərin aqreqasiyasının 
pozulması, bəzən trombositopeniya ilə (karbenisillinin, daha az 
ureidopenisillinin tətbiqi zamanı). 

 
Böyrəklər:  uşaqlarda tranzitor hematuriya (çox vaxt oksasillin istifadə 
etdikdə); interstisial nefrit (çox nadir hallarda). 

 
Damar fəsadları (benzilpenisillin prokain və benzatin benzilpenisillin ilə 
törədilir): One sindromu-arteriyaya yeritdikdə  ətrafların işemiya və 
qanqrenası; Nikolau sindromu-venaya yeritdikdə  ağciyər və baş beyin 
Klinik protokol Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin
İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanmışdır.

 
15
damarlarının emboliyası. Profilaktika tədbirləri: sağrının yuxarı bayır 
kvadrantına  ə/d yeridilir, pasiyent inyeksiya zamanı üfüqi vəziyyətdə 
olmalıdır. 

 
Digərləri: qeyri-allergik (“ampisillin”) qaşınma ilə müşayiət olunmayan  
makulopapulyoz səpgi, DV-ni kəsmədən keçə bilər (aminopenisillinləri 
istifadə etdikdə). 

 
Ağız boşluğu və/və ya vaginal kandidoz (amino-, karboksi-, ureido- və 
inhibitordan müdafiə olunmuş penisillinlərin tətbiqi zamanı). 
Ehtiyat tələb edən hallar 

 
Allergiya: Penisillin qrupunun bütün AMDV-ə çarpazdır. Sefalosporinlərə 
allergiyası olan bəzi pasiyentlərdə penisillinlərə də allergiya qeyd edilə bilər. 
Allerqoloji anamnezi nəzərə almaq, şübhəli hallarda dəri sınaqları aparmaq 
lazımdır. Prokainə (novokainə) allergiyası olan pasiyentlərə benzilpenisillin 
prokain təyin etmək olmaz. 

 
Hamiləlik: Penisillinlər, inhibitordan müdafiə olunmuşlar daxil olmaqla  
hamilə qadınlarda istifadə edilirlər. 

 
Döşlə  əmizdirmə: Baxmayaraq ki, penisillinlər ana südündə yüksək 
konsentrasiya yaratmırlar, südverən qadınlara onların tətbiqi yenidoğulmuşun 
sensibilizasiyasına, onlarda səpginin meydana gəlməsinə, kandidoz və 
diareyanın inkişaf etməsinə gətirib çıxara bilər. 

 
Pediatriya: Yenidoğulmuşlarda və erkən yaşlı  uşaqlarda penisillinlərin, 
böyrəklərin ekskresiya sisteminin yetkin olmaması ilə  əlaqədar olaraq 
kumulyasiyası mümkündür. Qıcolmaların  əmələ gəlməsi ilə neyrotoksik təsir 
riskinin atması qeyd edilir. Oksasillini istifadə etdikdə tranzitor hematuriya 
müşahidə oluna bilər. Piperasillin/tazobaktam 12 yaşa qədər uşaqlara tətbiq 
edilmir. 

 
Heriatriya: Yaşlı adamlarda böyrəklərin funksiyasının yaş  dəyişiklikləri ilə 
əlaqədar olaraq, penisillinlərin dozalanma rejiminin korreksiyası gərək ola bilər.  

 
Böyrəklərin funksiyasının pozğunluğu: Bir halda ki, penisillinlər başlıca 
olaraq, dəyişilməmiş halda böyrəklərlə ekskresiya olunurlar, böyrək 
çatışmazlığı zamanı dozalanma rejimini korreksiya etmək lazımdır. 

 
Qanın laxtalanmasının patologiyası: Trombositlərin aqreqasiyasını pozan 
karbenisillinin istifadəsi zamanı qanaxma riski arta bilər. Bu daha az dərəcədə 
ureidopenisillinlər üçün səciyyəvidir. 

 
Stomatologiya: Penisillinlərin, xüsusilə genişlənmiş spektrli və inhibitordan 
müdafiə olunmuşların uzun müddət tətbiqi ağız boşluğunun kandidozunun 
inkişaf etməsinə gətirib çıxara bilər. 

 
Uzun müddət müalicə zamanı kandidoz və disbakterioz təzahürləri meydana 
gələ bilər. 
Dərmanlarla qarşılıqlı təsiri 

 
Yüksək dozada benzilpenisillinin kalium duzunu kaliumqoruyucu diuretiklər, 
kalium vasitələri və ya AÇF-in inhibitorları ilə birgə  tətbiqi hiperkaliemiya 
riskin artırır. 
Klinik protokol Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin
İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanmışdır.

 
16

 
Göy-yaşıl irin çöplərinə qarşı aktiv olan penisillinləri antikoaqulyant və 
antiaqreqantlarla qanaxmaların yüksək potensial riskini nəzərə alaraq ehtiyatlı 
olmaq lazımdır. Trombolitiklərlə birgə təyin etmək məsləhət deyil. 

 
Penisillinləri sulfanilamidlərlə birgə  tətbiq etmək lazım deyil, belə ki, bu 
zaman onların bakterisid təsirinin zəifləməsi mümkündür. 

 
Peroral penisillinlər peroral kontraseptivlərin effektivliyini azalda bilər. 

 
Penisillinlər metotreksatın orqanizmdən xaric olmasını zəiflədə bilər. 
Pasiyent üçün məlumat 
Penisillinləri daxilə kifayət qədər su içməklə qəbul etmək lazımdır. Ampisillin 
və oksasillini yeməkdən 1 saat əvvəl (ya da yeməkdən 2 saat sonra), 
fenoksimetilpenisillini, amoksisillini və amoksisillin/klavulanatı qida qəbulundan 
asılı olmayaraq qəbul etmək lazımdır. 
Dozanı ötürdükdə onu imkan daxilində tez qəbul etmək;
  təxminən digər 
dozanın atma vaxtı çatdıqda qəbul etməmək; dozanı artırmamaq. Terapiyanın 
davametmə müddətinə və rejiminə, xüsusilə streptokok infeksiyaları zamanı riayət 
etmək. 
Bir neçə gün ərzində yaxşılaşma olmadıqda və yeni əlamətlər meydana 
gəldikdə həkimlə məsləhətləşmək lazımdır. Səpgi, övrə və ya allergik reaksiyanın 
digər  əlamətləri meydana gəldikdə DV-nin qəbulunu dayandırmaq və  həkimə 
müraciət etmək lazımdır. 
Cədvəl 1. Penisillin qrupu DV-ləri. Əsas səciyyəsi və tətbiq xüsusiyyətləri 
DV-nin adı DV-nin 
forması  Dozalanma rejimi

 
DV-nin xüsusiyyətləri  
Benzilpenisillin 
(kalium və 
natrium duzu) 
İny./üçün toz 
250 min TV; 
500 min TV; 1 
mln TV; 1,5 mln 
TV; 5 mln TV; 
10 mln TV 
flakonda 
Parenteral: 
Böyüklər: 4-12 mln 
TV/gün 4-6 dəfə 
yeridilir; 
Streptokok 
tonzillofaringiti 
zamanı-500 min TV 
hər 8-12 saatdan bir 
10 gün ərzində; 
Meningit və 
endokardit zamanı - 
18-24 mln TV/gün 6 
dəfə yeridilir 
Uşaqlar: 1 aya qədər: 
“Uşaqlarda AMDV-
nin tətbiqi” fəslinə 
bax; 
1 aydan böyük: 50-
100 min TV/kq/gün 4 
dəfə yeridilir; 
streptokok 
tonzillofaringiti 
 Əsasən qrammüsbət 
mikroorqanizmlərə qarşı 
aktivlik. Yüksək 
allergenliyə malikdir. 
                                                 

Böyrəklərin normal funksiyası zamanı 
Klinik protokol Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin
İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanmışdır.

 
17
zamanı - 25-50 min 
TV/kq/gün 2 dəfə 
yeridilir 10 gün 
ərzində; 
meningit zamanı - 
300-400 TV/kq/gün 6 
dəfə yeridilir 
Benzilpenisillin 
prokain 
İny./üçün toz 
600 min TV və 
1,2 mln TV; 
flakonda 
Ə/d: 
Böyüklər: 600 min -
1,2 mln TV/gün 1-2 
dəfə yeridilir 
Uşaqlar: 1 aya qədər: 
“Uşaqlarda AMDV-ın 
tətbiqi” fəslinə bax; 
1 aydan böyük: 50-
100 min TV/kq/gün 
1-2 dəfə yeridilir
 
 
Qanda yüksək 
konsentrasiya yaratmır.  
Göstərişlər: yüngül və orta 
ağırlıqda olan streptokok 
infeksiyaları, pnevmokok 
pnevmoniyasının 
ambulator formaları. 
Doza artıqlığı zamanı psixi 
pozğunluqlar mümkündür. 
Prokainə (novokainə) 
allergiya zamanı əks 
göstərişdir. 
Bezatin 
benzilpenisillin 
İny./üçün toz 
300 min TV; 
600 min TV; 1,2 
mln TV; 2,4 mln 
TV flakonda 
Ə/d: 
Böyüklər: 1,2-2,4 mln 
TV bir dəfə; 
Sifilisdə - 2,4 mln 
TV/gün hər 5-7 
gündən bir (2-3 
inyeksiya); 
revmatizmin və 
residivləşən qızılyelin 
profilaktikası üçün -
1,2-2,4 mln TV ayda 
1 dəfə 
Uşaqlar: 1,2 mln TV 
bir dəfə; 
revmatizmin 
profilaktikası üçün-
600 min-1,2 mln TV 
ayda 1 dəfə 
Qanda yüksək 
konsentrasiya yaratmır.  
Damardaxili 
yeridilməsinə yol 
verilmir. 
Göstərişlər: sifilis, yüngül 
və orta ağırlıqda olan 
streptokok infeksiyaları, 
skarlatina və residivləşən 
qızıl yelin profilaktikası, 
revmatizmin il boyu 
profilaktikası 
Benzilpenisillin 
(kalium duzu)/ 
benzilpenisillin 
prokain/benzatin 
benzilpenisillin 
(1:1:1) 
(Bicillin -3) 
İny./üçün toz 
1,2 mln TV 
flakonda 
Ə/d: 
Böyüklər və uşaqlar: 
1,2 mln TV bir dəfə 
Qanda yüksək 
konsentrasiya yaratmır.  
Damardaxili yeridilməsinə 
yol verilmir. 
Göstərişlər: yüngül və 
orta ağırlıqda olan 
streptokok infeksiyaları, 
revmatizmin il boyu 
profilaktikası. 
Prokainə (novokainə) 
allergiya olduqda əks 
göstərişdir. 
Klinik protokol Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin
İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanmışdır.

 
18
Benzatin 
benzilpenisillin/ 
benzilpenisillin 
prokain (4:1) 
(Bisillin-5) 
İny./üçün toz 
1,5 mln TV 
flakonda 
 
Ə/d: 
Böyüklər və uşaqlar: 
1,5 mln TV bir dəfə; 
revmatizmin 
profilaktikası üçün - 
1,5 mln TV ayda 1 
dəfə  
Bisillin-3-ə bax 
Fenoksimetilpenis
illin 
Tab. 0,1 q; 0,25 
q; 0,5 q; 1,0 q; 
1,5 q; 1 mln TV; 
1,2 mln BV  
Həll olunan tab. 
600 min BV; 1 
mln BV 
Draje 100 min 
TV 
Susp/üçün toz, 
daxilə qəb./üçün 
0,3 q; 0,6 q; 1,2 
q; 300 min BV/5 
ml 
Susp./üçün qran. 
daxilə qəb./üçün 
125 mq/5 ml; 
300 min 
BV/5ml 
Sir. 400 mq/ml; 
750 min 
BV/5ml 
Kap. daxilə 
qəb./üçün 150 
min BV/ml 
Daxilə: 
Böyüklər: 0,25-0,5 q 
hər 6 saatdan bir; 
Streptokok 
tonzillofaringiti 
zamanı – 0,25 q hər 
8-12 saatdan bir 10 
gün ərzində; 
Revmatizmin 
profilaktikası üçün - 
0,25 q hər 12 saatdan 
bir 
Uşaqlar: 30-40 
mq/kq/gün 4 qəbula; 
Streptokok 
tonzillofaringiti 
zamanı – 0,125-0,25 q 
hər 8-12 saatdan bir 
10 gün ərzində 
Qanda yüksək 
konsentrasiya yaratmır.  
Göstərişlər: yüngül və 
orta ağırlıqda olan 
streptokok infeksiyaları, 
revmatizmin il boyu 
profilaktikası. 
 
İzoksazolilpenisillinlər 
Oksasillin 
Kaps. 0,25 q 
Tab. 0,25 q; 0,5 

İny./üçün toz 
0,25 q; 0,5 q 
flakonda 
Daxilə: 
Böyüklər: 0,5-1,0 q 
hər 6 saatdan bir 
yeməkdən 1 saat 
əvvəl  
Uşaqlar: 
1 aya qədər: 
“Uşaqlarda AMDV-ın 
tətbiqi” fəslinə bax; 
1 aydan böyük: 40-60 
mq/kq/gün 3-4 qəbula 
(lakin 1,5 q/gün.-dən 
çox olmayaraq) 
Parenteral: 
Böyüklər: 4-12 q/gün 
4-6 dəfə yeridilir 
Uşaqlar: 0,2-0,3 
Daxilə qəbul etdikdə 
qanda yüksək 
konsentrasiya yaratmır. 
Göstərişlər: stafilokok 
infeksiyaları (MRSA 
başqa) 
Klinik protokol Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin
İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanmışdır.

 
19
q/kq/gün 4-6 dəfə 
yeridilir
 
Aminopenisillinlər 
Ampisillin 
Tab. 0,125 q; 
0,25 q 
Kaps. 0,25 q; 
0,5 q 
Daxilə 
qəbul/üçün susp. 
0,125 q/5 ml; 
0,25 q/5 ml 
İny/üçün toz 
0,25 q; 0,5 q; 
1,0 q; 2,0 q 
Susp./üçün toz 
daxilə 
qəbul/üçün 5 q 
Sir., 0,25 q/5 ml 
Dam./üçün toz, 
uşaqlara daxilə 
qəbul üçün 100 
mq/ml 
Daxilə: 
Böyüklər: 0,5 q 6 
saatdan bir yeməkdən 
1 saat əvvəl 
Uşaqlar: 30-50 
mq/kq/gün 4 qəbula 
Parenteral: 
Böyüklər: 2-6 q/gün 4 
dəfə yeridilir; 
Meningit və 
endokardit zamanı – 
8-12 q/gün 4-6 dəfə 
yeridilir 
Uşaqlar:  
1 aya qədər: 
“Uşaqlarda AMDV-
nin tətbiqi” fəslinə bax; 
1 aydan böyük: 50-100 
mq/kq/gün 4 dəfə 
yeridilir; 
meningit zamanı – 0,3 
q/kq/gün 6 dəfə 
yeridilir 
Aktivlik spektri E.coli, 
salmonella, şigella, 
β-
laktamaza hasil etməyən 
H.influenzae ştamları 
hesabına genişlənmişdir. 
Daxilə qəbul etdikdə 
qanda yüksək 
konsentrasiya yaratmır. 
Qeyri-allergik səpgi 
törədə bilər. 
 
Amoksisillin 
Tab. 0,125 q; 
0,25 q; 0,5 q; 
0,375 q; 0,75 q; 
1,0 q 
Həll olunan tab. 
0,75 q; 1,0 q 
Kaps. 0,25 q; 
0,5 q 
Daxilə 
qəbul/üçün dam. 
100 mq/ml 
Susp./üçün 
qran., daxilə 
qəbul/üçün 
0,125 q/5 m; 
0,25 q/5 ml 
Daxilə: 
Böyüklər: 0,25-0,5 q 
hər 8 saatdan bir; 
endokarditin 
profilaktikası üçün -
3,0q bir dəfə 
Uşaqlar: 30-60 
mq/kq/gün 3 qəbula 
 
Biomənimsənilməsi 
qidadan asılı deyil. 
Göstərişlər: yüngül və 
orta ağırlıqda TY-ı və 
SÇY-ın infeksiyaları; 
H.pylori-nın 
eradikasiyası; 
endokarditin 
profilaktikası 
Karboksipenisillinlər 
Karbenisillin 
İny/üçün toz 1,0 q  
Flakonda 
V/d: 
Böyüklər və uşaqlar: 
0,4-0,6 q/kq/gün 6-8 
dəfə yeridilir 
Yeritməni tədricən 
infuziya yolu ilə 30-
Əsas kliniki əhəmiyyəti -
P.aeruginosa qarşı 
aktivlikdir, lakin hazırda 
bir çox ştamlar 
davamlıdırlar. 
Qrammüsbət kokklara 
Klinik protokol Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin
İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanmışdır.

 
20
60 dəq. ərzində 
aparırlar 
qarşı aşağı aktivlik. 
Elektrolit pozğunluqları, 
trombositlərin 
aqreqasiyasının 
pozulmasını, flebit törədə 
bilər. 
Ureidopenisillinlər 
Azlosillin 
İny./üçün toz 
0,5 q; 1,0 q;    
2,0 q; 4,0 q 
flakonda 
V/d: 
Böyüklər: 0,2-0,35 
q/kq/gün 4-6 dəfə 
yeridilir 
Uşaqlar:  
1 aya qədər: 
“Uşaqlarda AMDV-
nin tətbiqi” fəslinə 
bax; 
1 aydan böyük: 0,2-
0,3 q/kq/gün 4 dəfə 
yeridilir 
Dəfə yeridilir tədricən 
infuziya yolu 30 dəq. 
ərzində aparılır. 
Spektri 
Enterobacteriaceae və 
ferment hasil etməyən 
bakteriyalar hesabına 
genişlənmişdir. 
Əsas kliniki əhəmiyyəti - 
P.aeruginosa qarşı 
aktivlikdir, lakin hazırda 
bir çox ştamlar 
davamlıdırlar. 
Karbenisillinə nisbətən 
daha yaxşı keçirilir. 
Piperasillin 
İny/üçün toz 
1,0; 2,0; 3,0 q; 
4,0 q flakonda 
V/d: 
Böyüklər: 0,2-0,3 
q/kq/gün 4-6 dəfə 
yeridilir 
Uşaqlar: 0,15-0,3 
q/kq/gün 3-4 dəfə 
yeridilir 
Yeritmə tədricən 
infuziya yolu ilə 30 
dəq. ərzində aparılır. 
 
Spektri 
Enterobacteriaceae və 
ferment hasil etməyən 
bakteriyalar hesabına 
genişlənmişdir. 
Əsas kliniki əhəmiyyəti - 
P.aeruginosa qarşı 
aktivlikdir, lakin hazırda 
bir çox ştamlar 
davamlıdırlar. 
Karbenisillinə nisbətən 
daha yaxşı keçirilir. 
İnhibitordan müdafiə olunmuş penisillinlər 
Amoksisillin/ 
klavulanat 
Susp/üçün toz, 
uşaqlar üçün 
daxilə 
qəbul/üçün 
0,156 q/5m;  
0,312 q/5ml 
Tab. 0,375 q; 
0,625 q; 1,0 q 
Dam/üçün toz 
0,063 q/ml 
İny./üçün liof. 
toz 0,6 q; 1,2 q 
 
Daxilə: (yemək vaxtı) 
Böyüklər: 0,375-0,625 
mq hər 8-12 saatdan bir 
Uşaqlar: 40-60 
mq/kq/gün 
(amoksisillinə əsasən) 3 
qəbula 
V/d: 
Böyüklər: 1,2 q hər 6-8 
saatdan bir 
Uşaqlar: 40-60 
mq/kq/gün 
(amoksisillin üzrə) 3 
dəfə yeridilir 
Spektr PRSA, 
β-
laktamaza hasil edən 
H.influenzae ştamları, 
Enterobacteriaceae və 
B.fragilis hesabına 
genişlənmişdir. TY və 
SÇY-ın infeksiyalarında 
daha geniş imkanlara 
malikdir. Dəri və 
yumşaq toxumaların 
infeksiyalarında, 
intraabdominal 
infeksiyalarda, 
cərrahiyyədə 
Klinik protokol Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin
İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanmışdır.

 
21
profilaktika məqsədilə 
istifadə edilə bilər.
 
Ampisillin/ 
sulbaktam 
(Sultamisillin) 
Tab. 0,375 q 
Susp./üçün toz, 
daxilə 
qəbul/üçün         
0,25 q/5ml 
İny./üçün liof. 
toz 0,25 q;        
0,5 q; 0,75 q; 
1,0 q; 1,5 q; 3,0 
q flakonda 
Daxilə: 
Böyüklər: 0,375-0,75 q 
hər 12 saatdan bir 
Uşaqlar: 50 mq/kq/gün 
2 qəbula 
Parenteral: 
Böyüklər: 1,5-12 q/gün 
3-4 dəfə yeridilir 
Uşaqlar: 150 
mq/kq/gün 3-4 dəfə 
yeridilir 
Spektr PRSA,
 β-
laktamaza hasil edən 
H.influenzae ştamları, 
Enterobacteriaceae və 
B.fragilis bəzi 
nümayəndələri hesabına 
genişlənmişdir. TY və 
SÇY-ın infeksiyalarında 
daha geniş imkanlara 
malikdir. Dəri və 
yumşaq toxumaların 
infeksiyalarında, 
intraabdominal 
infeksiyalarda, 
cərrahiyyədə 
profilaktika məqsədilə 
istifadə edilə bilər.
 
Tikarsillin/ 
klavulanat 
İnf./üçün liof. 
toz 1,6q və          
3,2 q flakonda 
V/d: 
Böyüklər: 3,1 q hər 6-8 
saatdan bir, ağır 
infeksiyalarda - 4 
saatdan bir 
Uşaqlar: 0,2-0,3 
q/kq/gün 4-6 dəfə 
yeridilir 
Yeritmə tədricən 
infuziya yolu ilə 30 
dəq. ərzində aparırlar 
Spektr PRSA,
 β-
laktamaza hasil edən 
Enterobacteriaceae və 
B.fragilis ştamları 
hesabına 
genişlənmişdir. 
Nozokomial 
infeksiyalarda tətbiq 
edilir.
 
Piperasillin 
/tazobaktam 
İnf./üçün liof. 
toz 2,25 q və   
4,5 q flakonda 
V/d: 
Böyüklər və 12 yaşdan 
böyük uşaqlar: 2,25-4,5 
q hər 6-8 saatdan bir. 
Yeritmə tədricən 
infuziya yolu ilə 30 
dəq. ərzində aparırlar 
Əksəriyyət qrammüsbət 
və qrammənfi 
mikroorqanizmləri,
 
B.fragilis əhatə edən 
geniş spektr. Nozokomial 
infeksiyalarda tətbiq 
edilir. 12 yaşa qədər 
uşaqlara təyin edilmir.
 
Yüklə 2,37 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   16




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin