Azərbaycan Respublikası Səhiyyə Nazirliyi kollegiyasının 20 noyabr 2009-cu il tarixli



Yüklə 2,37 Mb.
Pdf görüntüsü
səhifə7/16
tarix27.01.2017
ölçüsü2,37 Mb.
#6527
1   2   3   4   5   6   7   8   9   10   ...   16

LİNKOSAMİDLƏR QRUPU 
Linkosamidlər qrupuna təbii AMDV olan, dar təsir spektrinə malik olan  
linkomisin və onun sintetik analoqu klindamisin daxildir. Makrolidlərlə çarpaz 
allergiya mümkündür.  
Təsir mexanizmi 
Linkosamidlər bakretostatik təsir göstərirlər, yüksək konsentrasiyada 
bakterisid effekt göstərirlər.  
Aktivlik spektri 
Linkosamidlərə daha çox stafilokoklar (MRSA-dən başqa), streptokoklar, 
pnevmokoklar, enterokoklar və spor əmələgətirməyən anaeroblar – peptokoklar, 
peptostreptokoklar, fuzobakteriyalar, bakteroidlər (B.fragilis-in əksər ştamları daxil 
olmaqla) həssasdırlar. Klindamisin bəzi ibtidailərə – toksoplazmoz, pnevmosist, 
P.falciparum-a zəif aktivliyə malikdir.  
Göstərişlər 

 
Streptokok tonzillofaringiti 

 
Aşağı tənəffüs yollarının infeksiyaları: aspirasion pnevmoniya, ağciyər absesi, 
plevranın empiyeması 

 
Dəri və yumşaq toxumaların infeksiyaları, diabetik pəncə daxil olmaqla 

 
Sümük və oynaqların infeksiyaları 

 
İntraabdominal infeksiyalar: peritonit, abses 

 
Kiçik çanaq orqanlarının infeksiyaları: endometrit, adneksit, salpinqooforit, 
uşaqlıq borularının və yumurtalıqların qeyri-qonoreya absesi, pelviosellulit, 
postoperasion anaerob vaginal infeksiyalar 

 
Xloroxinrezistent tropik malyariya (klindomisin xininlə birgə) 

 
Bakterial vaginoz (yerli) 

 
Ağır civzə səpgiləri (yerli) 
Nəzərə alsaq ki, linkosamidlər dar təsir spektrinə malikdirlər, ağır infeksiyalar 
zamanı onları qrammənfi floraya təsir göstərən digər AMDV ilə (aminoqlikozidlər, 
flüorxinolonlar) birgə təyin etmək lazımdır.  
Əks göstərişlər 

 
AMDV-nin qəbulu ilə  əlaqədar yaranan qeyri-spesifik xoralı kolit, enterit və 
ya kolit 

 
Linkosamidlərə və ya doksirubisinə qarşı allergik reaksiyalar 

 
Hamiləlik (plasentadan keçir və dölün qaraciyərində toplana bilər) 

 
Laktasiya (ana südünə keçirlər. Uşağın bağırsaq florasına və 
sensibilizasiyasına təsiri mümkündür) 
Əlavə təsirləri 

 
MBT: qarında ağrı, diareya, ürəkbulanma, qusma, psevdomembranoz kolit 
(daha çox klindamisin tətbiqi zamanı)   

 
Allergik reaksiyalar: səpgi, dərinin qızarması, qaşınma 

 
Hemataloji reaksiyalar: neytropeniya (boğazda ağrı  və  qızdırma ilə  təzahür edə 
bilər), trombositopeniya (qeyri-adi qanaxma və qansızma ilə təzahür edə bilər) 
Klinik protokol Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin
İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanmışdır.

 
61
Ehtiyat tələb edən hallar 

 
Pediatriya:  İnyeksiya üçün olan klindamisin fosfat tərkibində benzil spirti 
saxladığından, hansı ki, yenidogulmuşlarda fatal asfiksiya sindromunun  
inkişafını onunla əlaqələndirirlər, yenidoğulmuşlarda klindomisini ehtiyatla 
təyin etmək lazımdır.  

 
Psevdomembranoz kolit: Pasiyentin tərkibində qan olan duru stuldan şikayəti 
zamanı DV kəsilməli və ya rektoromanoskopiya aparmaq lazımdır. Yardım 
üsulları: su-elekrtolit müvazinətinin bərpası, lazım olduqda daxilə C.difficile-
yə münasibətdə aktiv olan AMDV (metronidazol və ya vankomisin) təyin 
edilir. Loperamid istifadə etmək olmaz. 

 
Böyrəklərin və qaraciyərin funksiya pozğunluqları: böyrəklərin və qaraciyərin 
nəzərə çarpan funksiya pozğunluqları zamanı DV-nin dozası azaldılması tələb 
oluna bilər. 
Dərmanlarla qarşılıqlı təsir 

 
Linkosamidlərin inhalyasion narkotik DV ilə  və ya miorelaksantlarla eyni 
vaxtda istifadə etdikdə sinir-əzələ blokunun artması mümkündür ki, nəticədə 
əzələ  zəifliyi, tənəffüsün zəifləməsi və ya ləngiməsi ola bilər. Bloku aradan 
qaldırmaq məqsədilə antixolesteraz maddələr və ya kalsium-xlorid istifadə 
edilir. 

 
Opioid analgetiklərlə birgə tətbiq etdikdə tənəffüsün apnoeyə qədər ləngiməsi 
riski artır. 

 
Tərkibində kaolin- və attapulgit (adsorbsiyaedici) saxlayan diareua əleyhinə 
DV linkosamidlərin MBT-dən sorulmasını azaldır, ona görə bu DV-nin qəbulu 
arası interval 3-4 saat olmalıdır.  

 
Linkosamidləri xloramfenikol və ya makrolidlərlə birgə  tətbiqi, onların 
antaqonistliyi üzündən məsləhət deyil. 
Pasiyent üçün məlumat 
Linkosamidləri qida borusunun zədələnməsinin qarşısını almaq məqsədilə 1 
stəkan su ilə içmək lazımdır.  
Bütün kurs müddəti ərzində təyin olunmuş qəbul rejiminə ciddi əməl etmək
dozanı ötürməmək və  bərabər zaman intervalı ilə  qəbul etmək lazımdır. Dozanın 
qəbulunu ötürdükdə onu mümkün qədər tez qəbul etmək; növbəti doza qəbulu 
vaxtı yaxınlaşmışsa ötürülən dozanı qəbul etməmək; dozanı ikiqat artırmamaq.   
Bir neçə müddət ərzində əgər yaxşılaşma baş vermirsə və ya yeni simptomlar 
yaranırsa həkimlə məsləhətləşmək lazımdır. 
Linkozamidin daxilə  qəbulundan 3-4 saat sonra  və ya əvvəl adsorbəedici 
diareya əleyhinə preparatlar qəbul olunmamalıdır. 
Klinik protokol Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin
İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanmışdır.

 
62
Cədvəl 10. Qlikopeptid qrupu vasitələri.  
Əsas səciyyəsi və tətbiqi xüsusiyyətləri 
DV-nin adı DV-nin 
forması Dozalanma 
rejimi
*
 DV-nin 
xüsusiyyətləri 
Linkomisin 
Kaps. 0,25 q;   
0,5 q Toz. 
iny./üçün 0,5 q 
Məhlul iny./üçün 
30 % 1 ml 
ampulda 
Daxilə: (yeməkdən 1 saat 
əvvəl)  
Böyüklər: 0,5 q hər 6-8 
saatdan bir   
Uşaqlar: 30-60 mq/kq/gün 
3-4 qəbula  
Parenteral 
Böyüklər: 0,6-1,2 hər 12 
saatdan bir 
Uşaqlar:  
10-20 mq/kq/gün 2 dəfə 
yeridilir 
Daxilə qəbul zamanı qida 
biomənimsənilməsini 
əhəmiyyətli dərəcədə 
azaldır 
Klindamisin 
Kaps. 0,075 q; 
0,15 q və 0,3 q 
Granula. 
Sir./üçün 0,075 
q/5 ml məhlul 
iny./üçün. 0,15 
q/ml 2 ml, 4 ml 
və 6 ml ampulda 
Vaginal krem 2%  
Gel xaricə 
ist./üçün 1 % 
Daxilə: (yemək qəbulundan 
asılı olmayaraq
Böyüklər: 0,15-0,6 q hər 6 
saatdan bir 
Uşaqlar: 10-25 mq/kq/gün 
(2,0q-dan çox olmamaqla) 
3-4 qəbula 
Parenteral 
Böyüklər: 0,3-0,9 q hər 8 
saatdan bir 
Uşaqlar:    
1 aya qədər: bax. 
«Uşaqlarda AMDV-nin 
tətbiqi» bölməsinə 
1 aydan böyük: 20-40 
mq/kq/gün (3,0 q-dan çox 
olmamaqla) 3-4 yeridilmə 
Yerli: 
İntravaginal olaraq gecə 5 
q krem (applikatorun 
köməyilə) 3-7 gün 
ərzində.  
Zədələnmiş dəri sahəsinə 
gündə 2 dəfə çəkilir 
Linkonisindən fərqi: 
- MBT-dən yaxşı sorulur; 
- daxilə qəbul zamanı 
biomənimsənilməsini 
qidadan asılı deyil; 
- daha çox 
psevdomembranoz kolit 
halları qeyd olunur 
 
                                                 
*
 Normal böyrək funksiyası zamanı 
Klinik protokol Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin
İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanmışdır.

 
63
GLİKOPEPTİDLƏR GRUPU 
Glikopeptidlərə  təbii antibiotiklər olan – vankomisin və teykoplanin aiddir. 
Müasir dövrdə glikopeptidlər MRSA, MRSE, eyni zamanda ampisillin və 
aminoqlikozidlərə rezistent olan enterokoklar tərəfindən törədilən nazokomial 
infeksiyalar zamanı seçim preparatlarıdır.  
Təsir mexanizmi 
Bakteresid təsir göstərirlər, lakin bəzi streptokoklara, koaqulazoneqativ 
stafilokoklara bakretostatik təsir göstərir.  
Aktivlik spektri 

 
Glikopeptidlər qrammüsbət və qrammənfi aerob və anaerob 
mikroorqanizmlərə: stafilokoklar (MRSA, MRSE), streptokoklar, 
pnevmokoklar, enterokoklar, peptostreptokoklar, listeriyalar, 
korinabakteriyalar, klostridilərə (C. difficile daxil olmaqla) qarşı aktivdirlər. 

 
Antimikrob aktivliyinə görə vankomisin və teykoplanin oxşardırlar, lakin təbii 
aktivlikləri və qazanılmış rezistentlik səviyyəsində  bəzi fərqlər mövcuddur. 
Teykoplanin  in vitro  şəraitində  S. aureusa (eyni zamanda MRSA), 
streptokoklara (S. pnevmoniae daxil olmaqla) və enterokoklara daha aktivdir. 
Vankomisin in vitro şəraitində koaqulazoneqativ stafilokoklara daha aktivdir. 
Göstərişlər 

 
MRSA, MRSE tərəfindən törədilən infeksiyalar 

 
β-laktam antibiotiklərə qarşı allergiya zamanı stafilokok infeksiyaları 

 
Enterococcus spp., C.jeikeium, B.cereus, F.meningosepticum  tərəfindən 
törədilən ağır infeksiyalar 

 
E.faecalis tərəfindən törədilən infeksion endokarditlər (gentamisinlə birgə) 

 
S.pneumoniae tərəfindən törədilən, penisillinlərə rezistent olan meningitlər 

 
Stafilokok etiologiyalı  həyati təhlükəli infeksiyalara şübhə olduqda empirik 
terapiya:
 
 
trikuspidal və ya süni qapaqların infeksion endokarditi (gentamisinlə 
birgə); 
 
kateter – assosiasiyalı sepsis; 
 
posttravmatik və ya cərrahi  əməliyyatdan sonrakı meningitlər (III nəsil 
sefalosporinlər və ya flüorxinolonlarla birgə); 
 
peritoneal dializ zamanı peritonitlər; 
 
neytropenik qızdırma (başlanğıc müalicə effektiv olmadıqda). 

 
C.difficile tərəfindən törədilən antibiotik-assosiasiyalı (daxilə) diareya 

 
MRSA-nın yayılma tezliyi yüksək olan müəssisələrdə  və ya β-laktam 
antibiotiklərə qarşı allergiya hallarında ortopedik və kardiocərrahi 
müdaxilələrdə yara infeksiyalarının profilaktikası 

 
Yüksək riskli xəstələrdə endokarditin profilaktikası 
Əks göstərişlər 

 
Qlikopeptidlərə qarşı allergik reaksiyalar 
Klinik protokol Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin
İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanmışdır.

 
64

 
Hamiləlik (I trimestr) 

 
Döşlə əmizdirmə. Südəmər uşaqlarda bağırsaq mikroflorasının dəyişilməsinə, 
uşağın sensibilizasiyasına səbəb ola bilər 
Əlavə təsirləri 

 
Böyrəklər:  Nefrotoksik reaksiyalar (qanda kreatinin və sidik cövhərinin 
miqdarının artması, anuriya) dozadan, DV-nin qəbul müddətindən və xəstənin 
yaşından asılıdır, aminoqlikozidlər, furosemid və ya etakrin turşusu ilə birgə 
tətbiqi zamanı risk yüksəlir. Teykoplanin tətbiqi zamanı böyrəklərin funksiya 
pozğunluğu az hallarda (1%-dən az) qeyd edilir.  

 
MSS: başgicəllənmə, baş ağrısı 

 
Ototoksiklik:  eşitmənin azalması, vankomisin istifadəsi zamanı vestıbulyar 
pozğunluqlar (böyrəklərin funksiya pozğunluğu olan xəstələrdə) 

 
Yerli reaksiyalar: ağrı, yeridilmə yerində göynəmə hissiyatı, flebit 

 
Allergik reaksiyalar: səpgi, övrə, qızdırma, anafilaktik şok (nadirən) 

 
Hemolitik reaksiyalar: geridönən leykopeniya, trombositopeniya (nadirən) 

 
MBT: ürəkbulanma, qusma, diareya 

 
Qaraciyər: transaminazaların, qələvi fosfatazanın aktivliyinin tranzitor yüksəlməsi 
Ehtiyat tələb edən hallar 

 
Pediatriya:  uşaqlarda və yenidoğulmuşlarda qlikopeptidlər ehtiyatla, yalnız 
ağır infeksiyalarda tətbiq olunur 

 
Heriatriya:Yaşlılarda böyrəklərin funksiyasının aşağı düşməsilə əlaqədar dozanın 
korreksiyası aparılmalıdır. Bundan başqa yüksək ototoksiklik riski qeyd edilir 

 
Böyrəklərin funksiya pozğunluğu: daha çox vankomisin istifadəsi zamanı 
nəzərə çarpır. Anamnezində böyrək xəstəlikləri olan yaşlılarda, hipovolemiya 
zamanı, DV-nin uzun müddət qəbulu, eyni zamanda digər nefrotoksik 
vasitələrlə (aminoqlikozidlərlə, amfoterisin B, polimiksin B. siklosporin, 
furosemid, etakrin turşusu) birgə  qəbul etdikdə risk artmış olur. 
Qlikopeptidlərdən istifadə zamanı diurezə, qanda kreatinin və sidik cövhərinin 
səviyyəsinə nəzarət tövsiyə olunur. Vankomisinin qanda qalıq konsentrasiyası 
10 mq/l-dən çox olmamalıdır. 

 
Eşitmə  və vestibulyar pozğunluqlar: Geriyədönən ola bilər, nadir hallarda 
geridönməzdir.  Şərait yaradan amillər: anamnezdə daxili qulaq xəstəlikləri
xronik böyrək çatışmazlığı, aminoqlikozidlərlə, etakrin turşusu ilə birgə tətbiqi.  

 
Venadaxili yeridilmə: Vankomisini vena daxilinə sürətlə yeritdikdə 
hipotoniya, döş sümüyü arxasında ağrı və taxikardiya, üzün və bədənin yuxarı 
hissəsinin hiperemiyası (“qırmızı adam” sindromu) yarana bilər. Müvafiq 
reaksiyaların qarşısını almaq üçün vankomisinin yavaş – 60 dəqiqədən az 
olmayaraq yeridilməsi məsləhət görülür. Birdəfəlik dozanın azalması DV-nin 
yeridilmə sayının artırılması hesabına mümkündür (0,5 q 6 saat intervalı ilə). 
Güclü histamin reaksiyalarının təzahürünü, venadaxili infuziyadan əvvəl 
antihistamin DV-nin və qlükokortikoidlərin yeridilməsi azalda bilər. 
Teykoplaninin istifadəsi zamanı vena daxilinə infuziyasının  əlavə  təsirləri az 
olduğundan birbaşa şırnaq üsulu ilə yeridilə bilər.  
 
Klinik protokol Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin
İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanmışdır.

 
65
Dərmanlarla qarşılıqlı təsirləri 

 
Vankomisinin və yerli anestetiklərin birgə istifadəsi zamanı hiperemiya və 
digər histamin reaksiyaları simptomları riski artmış olur 

 
Aminoglikozidlər, amfoterisin B, polimiksin B, siklosporin, ilgək diuretikləri 
qlikopeptidlərin neyrotoksik effektlərini artırır 

 
Aminoglikozidlər və etakrin turşusu qlikopeptidlərin ototoksik təsirləri riskini 
artırır. 
Pasiyentlər üçün məlumat 
Müalicə zamanı  vəziyyətin dəyişməsi və yeni simptomların yaranması 
hallarında həkimi məlumatlandırmaq lazımdır. 
 
Cədvəl 11. Qlikopeptid qrupu vasitələri.  
Əsas səciyyəvi və tətbiqi xüsusiyyətləri 
DV-nin adı DV-nin 
forması Dozalanma 
rejimi
*
 DV-nin 
xüsusiyyətləri 
Vankomisin Toz. 
iny./üçün 
0,5 q; 1,0 q 
flakonda 
V/d: 
Böyüklər: 1,0 q hər 12 
saatdan bir və ya 0,5 q 
hər 6 saatdan bir; 
Profilaktika üçün -   
1,0 q за 30-60 dəq 
müdaxilədən əvvəl;  
Meningitlər zamanı 
V/d infuziyaya əlavə 
olaraq intratekal 5-10 
mq hər 48-72 saatdan 
bir  
Daxilə
Antibiotik-assosiasiyalı 
diareyaların müalicəsi - 
0,125 q hər 6 saatdan 
bir  
Uşaqlar: 
1 aya qədər: bax. 
“Uşaqlarda AMDV 
tətbiqi”;  
1 aydan yuxarı:        
40-60 mq/kq/gün       
(2 q/gündən çox 
olmamaqla) 4 dəfə 
olmaqla 
V/d yeridilməzdən 
əvvəl birdəfəlik 
dozanı 200 ml 5%-li 
qlükoza və ya 0,9%-li 
natrium xlorid 
MRSA, MRSE, penisillin- və 
aminoqlikozidrezistent 
enterokoklar, 
koaqulazoneqativ 
stafilokoklar tərəfindən 
törədilən infeksiyalarda seçim 
DV-dir.
  
Yalnız v/d ləng infuziya yolu 
ilə yeridilir. 
Klinik protokol Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin
İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanmışdır.

 
66
məhlulunda həll 
edilərək 60 dəq 
ərzində yeridilir 
Teykiplanin Toz. 
iny./üçün 
0,2 q; 0,4 q  
flakonda 
V/d: 
Böyüklər: birinci gün 
4,0 q, sonradan 2,0 q 
birdəfəlik dozada; 
Ağır infeksiyalar 
zamanı 3 ilkin dozalar 
0,4 q hər 12 saatdan bir, 
sonradan 0,4 q hər 24 
saatdan bir; 
Stafilokok və enterokok 
endokarditi zamanı 
saxlayıcı doza 12 
mqkq/günə qədər 
artırıla bilər; 
Profilaktika üçün - 
cərrahi müdaxilədən 
30-60 dəq əvvəl 0,4 q 
dozada;  
Uşaqlar
1 aya qədər: 16 mq/kq 
birinci gün, sonradan 8 
mq/kq/gün; 
1 aydan yuxarı: 3 ilkin 
dozalar 10 mq/kq hər 
12 saatdan bir, 
sonradan 6-10 
mq/kq/gün 
Vankomisindən fərqi: 
- MRSA və enterokoklara qarşı 
daha aktivdir; 
-bəzi vankomisinrezistent 
enterokoklara təsir edir. –
koaqulorezistent stafilokoklara 
qarşı  az aktivdir. 
- daha uzun Т
½
-ə malikdir; 
- nadirən arzuolunmaz effektlər 
yaradır; 
- V/d ləng infuziya və ya şırnaq 
üsulu ilə yeridilir 
 
 
Klinik protokol Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin
İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanmışdır.

 
67
POLİMİKSİNLƏR QRUPU 
Polimiksinlər dar təsir spektrinə və yüksək toksikliyə malikdirlər. Hal-hazırda 
məhdud şəkildə, daha çox “yerli” olaraq istifadə edilir.  
Təsir mexanizmi 
Polimiksinlər bakterisid təsir göstərirlər.  
Aktivlik spektri 

 
Polimiksinlər  E.coli, salmonella, şigella, klebsiella, enterobakterilər, göy-irin 
çöpləri kimi qrammənfi bakteriyalara qarşı aktivdirlər. Fuzibakterilər və 
bakteroidlər (B.fragilis-dən başqa) onlara qarşı az həssasdırlar. 

 
Proteylər, serrasiya, qrammənfi koklar və bütün qrammüsbət flora onlara qarşı 
təbii davamlılığa malikdirlər. 
Göstərişlər 
Polimiksin B 

 
Ureydopenisillinlərə, sefalosporinlərə, aminoqlikozidlərə, flüorxinolonlara 
davamlı göy-irin çöpləri tərəfindən yaranan infeksiya 

 
Çoxsaylı davamlı  xəstəxana  ştamları  tərəfindən (proteydən başqa) törədilən 
ağır qrammənfi infeksiyalar 

 
Gözün bakterial infeksiyaları (yerli) 

 
Təbil pərdəsinin zədələnməməsi ilə xarici otit (yerli) 
Polimiksin M 

 
İnfeksiyalaşmış yaralar və yanıqlar zamanı göy-irin çöpləri infeksiyalarının 
yerli müalicəsi 
Əks-göstərişlər 

 
Böyrək çatışmazlığı 

 
Miasteniya 

 
Botulizm 
Əlavə təsirləri 

 
Böyrəklər: kreatinin və sidik cövhəri səviyyəsinin qan zərdabında 
yüksəlməsilə özünü göstərən nefrotoksik təsir. Nəzərə çarpacaq proteinuriya 
və hematuriya ilə kəskin tubulyar nekrozun inkişafı mümkündür. Risk amilləri 
kimi mövcud olan böyrək patologiyası, yüksək dozanın təyini, digər 
nefrotoksik DV-nin yanaşı  təyini hesab edilir. Hər 3 gündən bir qanda 
kreatinin səviyyəsinin təyini və sidiyin müntəzəm klinik müayinəsi 
aparılmalıdır.   

 
Sinir sistemi: paresteziya, başgicəllənmə, zəiflik, huşun pozğunluğu, eşitmə 
pozğunluğu, psixi pozğunluqlar. Tənəffüs  əzələlərinin iflicinin inkişaf 
təhlükəsilə sinir-əzələ blokadası mümkündür. Risk amili kimi böyrək 
çatışmazlığı, miasteniya, eyni zamanda və ya əvvəlcədən miorelaksantların 
təyini hesab olunur. Yardım: vena daxilinə kalsium xlorid, antixolinesteraz 
DV-nin yeridilməsi 

 
Hematoloji reaksiyalar: çox vaxt trombositopeniya 
Klinik protokol Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin
İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanmışdır.

 
68

 
Metabolik pozğunluqlar: hipokalemiya, hipokalsemiya 

 
Yerli reaksiyalar: əzələ daxilinə yeridilərkən toxumaların zədələnməsi və ağrı, 
vena daxilinə yeritdikdə - flebit və tromboflebit  

 
Allergik reaksiyalar: övrə, səpgi, bronxospazm, hipotoniya, kollaps 
Ehtiyat tələb edən hallar 

 
Hamiləlik: Təyinindən çəkinmək lazımdır. Qulaq və göz damcılarının 
uzunmüddət tətbiqi zamanı döl üçün ototoksik risk mümkündür 

 
Laktasiya: Ehtiyatla tətbiq etmək lazımdır 

 
Pediatriya: Uşaqlarda polimiksin B yüksək toksikliyi baxımından ehtiyatla 
tətbiq olunmalıdır 

 
Heriatriya: Nefro- və neyrotoksikliyinin artması üzündən (xüsusən eşitmənin 
pozulması) ehtiyatla tətbiq olunmalıdır 

 
Böyrəklərin funksiya pozğunluğu: böyrək çatışmazlığı zamanı dozalanma 
rejimi korreksiya olunmalıdır. Böyrək patologiyaları zamanı nefro- və 
neyrotoksikliyinin yüksək riski qeyd edilir. 
Dərmanlarla qarşılıqlı təsir 
Polimiksin B-ni aminoqlikozidlər və amfoterisin B ilə (nefrotoksik riskin 
artması), eyni zamanda miorelaksantlarla və anestetiklərlə (tənəffüs  əzələlərinin 
iflicinin inkişaf təhlükəsi) birgə  təyini məsləhət görülmür. Bu polimiksinin qulaq 
və göz damcıları formasında istifadəsinə aiddir. 
Pasiyentlər üçün məlumat 
Polimiksin M-i daxilə qəbul zamanı 1 stəkan su ilə içmək lazımdır.  
Bütün kurs müddəti ərzində təyin olunmuş qəbul rejiminə ciddi əməl etmək, 
dozanı ötürməmək və  bərabər zaman intervalı ilə  qəbul etmək lazımdır. Dozanın 
qəbulunu ötürdükdə onu mümkün qədər tez qəbul etmək; növbəti doza qəbulu 
vaxtı yaxınlaşmışsa ötürülən dozanı qəbul etməmək; dozanı ikiqat artırmamaq.   
Bir neçə müddət ərzində əgər yaxşılaşma baş vermirsə və ya yeni simptomlar 
yaranırsa həkimlə məsləhətləşmək lazımdır. 
Cədvəl 12. Polimiksin qrupu 
vasitələri. Əsas səciyyəsi və tətbiqi xüsusiyyətləri 
DV-nin adı
 
DV-nin forması
 
Dozalanma rejimi
*
 DV-nin 
xüsusiyyətləri
 
Polimiksin B 
Toz. iny./üçün 
0,025 q və 0,05 q 
flakonda 
Parenteral: 
Böyüklər və uşaqlar: 
1,5-2,5 mq/kq/gün (0,2 
q/gündən çox olmamaqla) 
3-4 yeridilmə 
Göy-irin infeksiyaları 
zamanı rezerv AMDV-
dir. Yüksək toksikliyə 
malikdirlər 
Polimiksin N 
Tabl. 0,5 q (500 
min. TV) 
Məlhəm 0,2%  
5 q, 10 q, 30 q,  
Daxilə:  
Böyüklər: 2-3 mln 
TV/gün 3-4 qəbula. 
Uşaqlar:  
MBT-dən və dəridən 
sorulmur. Bağırsaq 
infeksiyalarının müasir 
müalicə sxeminə daxil 
                                                 
*
Normal böyrək funksiyası zamanı
 
Klinik protokol Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin
İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanmışdır.

 
69
50 q tubda 
5 yaşa qədər: 100 min. 
TV/kq/gün 3-4 qəbula; 
5-12 yaş – 1,5 min 
TV/gün 3-4 qəbula; 
12 yaşdan yuxarı – 
böyüklər kimi 
Yerli: 
Gündə bir neçə dəfə 
zədələnmiş dəri səthinə 
çəkilir 
deyil. 
Yerli olaraq 
infeksiyalaşmış yara və 
yanıqlarda istifadə edilir. 
Polimiksin B/ 
neomisin/ 
deksametazon 
Göz məlhəmi, 
göz və qulaq 
damcıları: 6 min. 
TV + 3,5 mq + 1 
mq 1 kq (və ya 1 
ml) 
Yerli:  
Göz: məlhəm göz 
qapağına gündə 3-4 dəfə 
çəkilir 
Göz damcısı 1-2 dam. 
gündə 4-6 dəfə, kəskin 
mərhələdə - 2 damcıdan 
hər 1-2 saatdan bir 
Qulaq damcıları  
Böyüklər: 1-5 dam. 
Uşaqlar: 1-2 dam. gündə 
2 dəfə qulağa 
damızdırılır. 
Göstəriş: 
oftalmologiyada – nəzərə 
çarpacaq iltihabi və ya 
allergik komponentli 
gözün bakterial 
infeksiyası; 
otorinolorinqologiyada  – 
xarici otit 
Polimiksin B/ 
neomisin/ 
nistatin 
Vaginal kaps. 35 
min. TV+ 35 min. 
TV + 100 min. 
TV 
İntravaginal: 
Böyüklər: 1 kapsula 
axşamlar, 12 gün ərzində 
Vasitə antibakterial və 
göbələk əleyhinə təsiri 
özündə birləşdirir. 
Göstəriş: kandidoz və 
qarışıq etiologiyalı 
bakterial vaginit  
Yüklə 2,37 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   16




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin