Azərbaycan Respublikası Səhiyyə Nazirliyi kollegiyasının 20 noyabr 2009-cu il tarixli


İntravaginal tətbiq zamanı (əlavə)



Yüklə 2,37 Mb.
Pdf görüntüsü
səhifə9/16
tarix27.01.2017
ölçüsü2,37 Mb.
#6527
1   ...   5   6   7   8   9   10   11   12   ...   16

İntravaginal tətbiq zamanı (əlavə) 

 
Sidik-cinsiyyət sistemi: qaşınma, uşaqlıq yolu və ya vulvada göynəmə
vulvanın ödemi, ifrazatın  əmələ  gəlməsi və ya güclənməsi, sidiyə getmənin 
tez-tez olması 
Xaricə tətbiq zamanı 

 
Dəri: fotodermatit 
Ehtiyat tələb edən hallar 

 
Allergiya: Bütün nitroimidazollara çarpazdır 

 
Hamiləlik: Nitroimidazollar plasentadan yaxşı keçərək, dölün toxumalarında 
yüksək konsentrasiya əmələ gətirirlər. Eksperimentdə mutagen və kanserogen 
təsirlər aşkar edilmişdir. Hamiləliyin I trimestrində  əks göstərişdir, II və III 
trimestrərdə  həyati göstərişərə görə daha təhlükəsiz alternativ olmadıqda, 
onların tətbiqi mümkündür 

 
Döşlə  əmizdirmə:  Nitroimidazolar döş südünə keçirlər. Döşlə  əmizdirmə 
dövründə nitroimidazolların tətbiqi məsləhət deyil 

 
Pediatriya Nitroimidazolların kumulyasiyasının mümkünlüyünü nəzərə almaq 
lazımdır. Yenidoğulmuşlarda yarımparçalanma dövrü 1 günə  qədər və daha 
çox arta bilər. 

 
Heriatriya: Qaraciyərin funksiyasının mümkün yaş dəyişiklikləri ilə əlaqədar 
olaraq, nitroimidazolların dozasının azaldılmasına ehtiyac ola bilər. 

 
Qaraciyərin funksiyasının pozulması: Qaraciyərin ağır xəstəlikləri zamanı 
nitroimidazolların metabolizminin, dozanın korreksayisına ehtiyac olan 
pozulması mümkündür. 

 
MSS-in xəstəlikləri: Ehtiyatla tətbiq etmək lazımdır, belə ki, nitroimidazollar 
neyrotoksik təsirə malikdirlər və MSS-nin üzvi xəstəlikləri olan pasiyentlərdə 
qıcolmaların və epileptik tutmaların inkişaf riski artır. 

 
Qanyaranmanın pozulması: Ehtiyatla tətbiq etmək lazımdır, belə ki, qanyaranma 
pozgunluğu olduqda leykopeniya və neytropeniyanın inkişaf riski artır 

 
Stomatologiya: Metronidazol ağızda quruluq və dad pozğunluqları törədə 
bilər. Ağızda quruluq, kariyesin diş ətrafı toxumalarının xəstəliklərinin və ağız 
boşluğu kandidozunun inkişaf etməsinə səbəb ola bilər 
Dərmanlarla qarşılıqlı təsiri 
Metronidazol, tinidazol və seknidazol alkoqolun metabolizmini pozurlar və 
disulfiramobənzər reaksiyalar törədirlər. 
Nitroimidazollar qeyri-düz antikoaqulyantların təsirini gücləndirə bilərlər 
Nitroimidazolların aktivliyi qaraciyərin mikrosomal fermentlərinin 
induktorları (fenobarbital, rifampisin) ilə birlikdə  tətbiq etdikdə azalır və bu 
fermentlərin inhibitorlarının (simetidin və s.) tətbiqi fonunda artır. 
Klinik protokol Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin
İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanmışdır.

 
79
Pasiyent üçün məlumat 
Nitroimidazolları daxilə qida qəbulundan asılı olmayaraq qəbul edilir. 
Acqarına qəbulu pis keçirdikdə, yemək vaxtı və ya yeməkdən sonra qəbul etmək 
məsləhətdir. 
Bütün terapiya kursu ərzində rejimə  və müalicə sxeminə ciddi riayət etmək, 
dozanı ötürməmək və onu bərabər zaman fasiləsindən sonra qəbul etmək. Dozanı 
ötürdükdə onu mümkün qədər tez qəbul etmək; təxminən digər dozanın atma vaxtı 
çatdıqda qəbul etməmək; dozanı artırmamaq. Terapiyanın davametmə müddətinə 
riayət etmək. 
Bir neçə gün ərzində yaxşılaşma olmadıqda və ya yeni əlamətlər təzahür 
etdikdə həkimlə məsləhətləşmək lazımdır. 
Metronidazol, tinidazol və seknidazolla müalicə zamanı və onlarla müalicəni 
qurtardıqdan sonra 48 saat ərzində alkoqol istifadə etməmək. 
Ağızda quruluq əmələ gəldikdə tərkibində şəkər olmayan saqqız və ya nabat 
istifadə etmək olar; əgər ağızda quruluq 2 həftədən çox qalarsa, stomatoloqa 
müraciət etmək lazımdır. 
Başgicəllənmə zamanı ehtiyatlı olmaq. 
Trixomoniazın terapiyası zamanı cinsi partnyorların müalicəsi və 
prezervativlərdən istifadə etmək lazımdır. 
Xaricə  tətbiq üçün olan dərman formalarının gözə düşməsinə imkan 
verməmək lazımdır. 
İntravaginal tabletləri uşaqlıq yoluna gecələr və  dərin yeritmək lazımdır. 
Müalicəni menstruasiyadan sonra 2-4-cü gün başlamaq lazımdır. 
Metronidazol və tinidazol sidiyin tünd rənglənməsini törədə bilər. 
Cədvəl 14. Nitroimidazollar qrupu DV-ləri.  
Əsas səciyyəvi və tətbiq xüsusiyyətləri 
DV-nin adı DV-nin 
forması 
Dozalanma rejimi 
DV-nin xüsusiyyətləri 
Metronidazol 
Tab. 0,2 q; 
0,25 q; 0,4 q; 
0,5 q; 0,6 q. 
iny./üçün məh. 5 
mq/ml 10, 20 ml 
amp. 
İnf./üçün məh. 
5 mq/ml 
flakonda və plas. 
pak. 
İny/üçün liof. 
toz 0,5 q; 3 q 20 
və 100 ml 
flakonda 
1% gel 15 q 
tublarda 
1% krem 15 q 
tublarda 
1% vag. gel 30 q 
Daxilə: 
Böyüklər: 0,25 q hər 8 
saatdan bir və ya 0,4 -0,5 
q hər 12 saatdan bir. 
Uşaqlar: 7,5 mq/kq hər 8 
saatdan bir. 
V/d: 
Böyüklər: 0,5 q hər 8-12 
saatdan bir. 
Uşaqlar: 7,5 mq/kq hər 8 
saatdan bir. 
30-60 dəq. ərzində 
tədricən infuziya yolu ilə 
yeridilir. 
Yerli: 
Dərinin zədələnmiş 
səthinə 12 saatdan bir 
sürtülür (növbə ilə krem 
və gel). 
Anaerob və protozoy 
infeksiyaların müalicəsi 
üçün əsas AMDV-dən 
biridir. 
H.pylori-nin 
eradikasiyası üçün tətbiq 
olunur. 
Sidiyin tünd 
rənglənməsini törədir. 
Yerli çəhrayı sızanaqlar, 
seboreya ekzeması, 
perioral dermatit zamanı 
istifadə olunur (ağır 
zədələnmələr zamanı 
yerli və sistem müalicəni 
birlikdə etmək lazımdır). 
İntravaginal-bakterial 
vaginoz zamanı
 
Klinik protokol Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin
İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanmışdır.

 
80
tublarda appl.-la 
İntravaginal: 
Böyüklər: 5 q gel (1 
appl.) hər 12 saatdan bir 
5 gün ərzində. 
Ornidazol 
Tab. 0,5 q  
Daxilə: 
Böyüklər: 0,5q 12 
saatdan bir. 
Uşaqlar: 25-40 
mq/kq/gün 1-2 qəbula. 
H.pylori-nin 
eradikasiyası üçün tətbiq 
olunmur. 
Disulfiramobənzər 
reaksiya törətmir.
 
Seknidazol Mikroqran. 
0,25 
q; 0,5 q və 2,0 q 
saşedə 
Daxilə: 
Böyüklər: 1,5-2,0 q bir 
dəfə (trixomoniaz, 
lyamblioz) və ya 3-5 gün 
ərzində (amöbiaz). 
Uşaqlar-30 mq/kq/gün 1, 
2 və ya 3 qəbula,  
Kurs - infeksiyanın 
etiologiyasından asılı 
olaraq. 
Rusiyada protozoy 
infeksiyaların müalicəsi 
üçün icazə verilmişdir. 
Digər nitroimidazollar 
kimi anaeroblara qarşı 
aktivdir. 
Tinidazol Tab. 
 
0,3 q; 0,5 q 
Daxilə: 
Böyüklər: birinci gün 
2,0 q bir qəbula, sonra -
1q/gün 1-2 qəbula;  
profilaktika üçün - 2,0 q 
əməliyyatdan 12 saat 
əvvəl. 
Uşaqlar: 50-60 
mq/kq/gün bir qəbula. 
H.pylori-nin 
eradikasiyası üçün 
istifadə olunur. Sidiyin 
tünd rənglənməsini 
törədir.
 
Metronidazol/
xlorxinaldol 
Vag. tab. 
0,25 q + 0,1 q 
İntravaginal: 
Böyüklər: 1 tab. gecə   
7-10 gün ərzində.  
Xlorxinaldol yerli tətbiq 
üçün olan oksixinolin 
törəmələrinə aiddir, 
antibakterial və 
antiprotozoy təsir 
göstərir, bəzi göbələklərə 
qarşı aktivdir. 
Göstərişlər: bakterial, 
trixomonad, kandidoz və 
qarışıq etiologiyalı 
vaginitlər. 
Metronidazol/ 
mikonazol 
Vag. tab. 
0,1 q + 0,1 q 
İntravaginal: 
Böyüklər: 1 tab gecə 7-
10 gün ərzində 
Mikonazol - azol 
qrupundan olan göbələk 
əleyhinə preparatdır. 
Göstərişlər: trixomonad 
və kandidoz etiologiyalı 
vaginitlər. 
Metronidazol/ 
xlorheksidin 
Damaq üçün gel 
1 q-da 10 mq + 
2,5 mq 20, 30 və 
50 q tublarda. 
 
Yerli: 
12 saatdan bir diş ətinə 
sürtülür. 
Xlorheksidin-
antiseptikdir. Diş əti üçün 
gelin tətbiqi daxilə qəbula 
nisbətən metronidazolun 
Klinik protokol Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin
İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanmışdır.

 
81
xeyli yüksək yerli 
konsentrasiyasının əmələ 
gəlməsinə imkan verir. 
Bu metronidazolun 
dozasının azaldılmasına 
və arzu edilməyən 
reaksiyaların inkişaf 
riskinin azalmasına 
imkan verir. 
Göstərişlər: kəskin və 
xronik gingivit, xroniki 
periodontit, residivləşən 
aftoz stomatit.   
Ternidazo/ 
neomisin/ 
nistatin/ 
prednizolon 
Vag. tab. 
0,2 q+0,1 q+100 
min v.+3 mq 
İntravaginal: 
Böyüklər: 1 tab. gecə 
10-20 gün ərzində. 
DV antibakterial, 
antiprotozoy, göbələk 
əleyhinə və iltihab 
əleyhinə təsir göstərir.  
Göstərişlər: bakterial 
trixomonad, kandidoz və 
qarışıq etiologiyalı 
vaginitlər. 
Klinik protokol Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin
İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanmışdır.

 
82
NİTROFURAN QRUPU 
Nitrofuranlar sulfanilamidlərdən sonra geniş  tətbiq üçün təklif edilmiş ikinci 
sintetik antibakterial DV-ləri sinfidir.  
Təsir mexanizmi 
Konsentrasiyadan asılı olaraq bakteriostatik və ya bakterisid təsir göstərirlər. 
Nitrofuranalara mikroorqanizmlərin dərman rezistentliyi nadir hallarada əmələ gəlir. 
Aktivlik spektri 
Nitrofuranalar kifayət qədər geniş  təsir spektri ilə  səciyyələnirlər və yüksək 
konsentrasiyalarada  in vitro bir çox qrammənfi (E.coli,  K.pneumoniae  və s.) və 
qrammüsbət bakteriyalara, bəzi anaeroblara, Candida növündən olana göbələklərə 
qarşı aktivdir.  
Enterokokklar az həssasdırlar. P.aeruginosa, preteyin, serrasinin, 
providensiyanın, asinetobakterin əksəriyyət ştammları davamıdırlar. Bundan başqa, 
furazolidon və nifuratel bəzi ibtidailərə (lyambliyalara, trixomonadalara) qarşı 
aktivdirlər. 
Göstərişlər 

 
Sidik çıxarıcı yolların aşağı  şöbələrinin infeksiyaları: kəskin sistit, xroniki 
infeksiyaların supressiv terapiyası (nitrofurantoin, furazidin) 

 
Uroloji  əməliyyatlar, sistoskopiya, sidik kisəsinin kateterizasiyası zamanı 
infeksion ağırlaşmaların profilaktikası (nitrofurantoin, furazidin) 

 
Bağırsaq infeksiyaları: kəskin infeksion diareya, enterokolit (nifuroksazid, 
nifuratel) 

 
Lyamblioz (furazolidon, nifuratel) 

 
Trixomoniaz (nifuratel, furazolidon) 

 
Yerli-yara və boşuqların yuyulması (furazidin) 
Əks göstərişlər 

 
Nitrofuranlara allergik reaksiyalar 

 
Böyrək çatışmazlığı (nitrofurantoin, furazidin) 

 
Qaraciyərin ağır patologiyası (furazolidon) 

 
Qlükoza-6-fosfatdehidrogenazanın defisiti 

 
Hamiləlik-III trimestr (nitrofurantoin) 

 
Yenidoğulmuşlara 
Əlavə təsirlər 

 
MBT: ürəkbulanma, qusma, diareya 

 
Qaraciyər: transaminazaların aktivliyinin tranzitor artması, xolestaz, hepatit 

 
Allergik reaksiyalar:  səpgi, eozinofiliya, qızdırma, artralgiya, mialgiya, 
qırmızı qurd eşənəyinə bənzər sindrom, nadir hallarda -anafilaktik şok 

 
Ağciyərlər: pnevmonit (nitrofurantoinin qəbulu zamanı), bronxospazm, 
öskürək, döş qəfəsində ağrı 

 
Sinir sistemi: başgicəllənmə, baş  ağrı, ümumi zəiflik, yuxululuq, periferik 
polineyropatiyalar 
Klinik protokol Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin
İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanmışdır.

 
83

 
Hematoloji reaksiyalar: leykopeniya, meqaloblast və ya hemolitik anemiya 
Ehtiyat tələb edən hallar 

 
Allergiya. Bütün nitrofuran törəmələrinə çarpazdır 

 
Hamiləlik. Hamiləlik zamanı nitrofurantoinin tətbiqi yalnız II trimestrdə 
mümkündür. Digər nitrofuranların hamiləlik zamanı istifadəsi haqqında 
məlumatlar kifayət deyil ki, onların tətbiqi məsləhət görülsün. 

 
Döşlə  əmizdirmə. Nitrofuranlar ana südünə keçə bilirlər. Südverən qadınlara 
nitrofuranların tətbiqi məsləhət deyil 

 
Pediatriya. Yenidoğulmuşlara ferment sisteminin yetkin olmaması və bununla 
bağlı hemolitik anemiya riskinin olması ilə  əlaqədar nitrofuranları istifadə 
etmək lazım deyil 

 
Heriatriya. Yaşlı adamlara böyrəklərin funksiyasının mümkün dəyişiklikləri 
ilə əlaqədar ehtiyatla tətbiq etmək lazımdır. Dozanın azaldılmasına ehtiyac ola 
bilər. Pnevmonit və periferik polineyropatiyaların inkişaf riski artır 

 
Böyrəklərin funksiyasının pozulması. Nitrofurantoin və furazidin böyrək 
çatışmazlığı zamanı əks göstərişdir 

 
Qaraciyərin funksiyasının pozulması. Qaraciyərin patologiyası zamanı 
hepatotoksik təsir riski artır 

 
Digər yanaşı  xəstəliklər. Periferik polineyropatiya riski anemiya, şəkərli 
diabet, elektrolit balansının pozulması, B hipovitaminozu zamanı artır. 
Profilaktika məqsədi ilə B qrupu vitaminləri təyin etmək lazımdır 
Dərmanlarla qarşılıqlı təsiri 
Nitrofurantoin və furazidinin aktivliyi xinolonların təsirindən azalır.  
Xloramfenikolla birlikdə tətbiq etdikdə qanyaranmanın pozulma riski artır. 
Alkoqolla birgə qəbul etdikdə, furazolidon disulfiramobənzər reaksiya törədə bilər. 
MAO inhibitoru olan furazolidonun digər MAO inhibitorları, simpato-
mimetiklər, trisiklik antidepressantlar və ya tərkibində tiramin olan qida məhsulları 
ilə eyni vaxtda tətbiqi zamanı hipertonik krizin inkişaf etmə riski yaranır. 
Pasiyent üçün məlumat 
Daxilə yeməkdən sonra, üstündən kifayət qədər su içməklə (100-200ml) qəbul 
etmək. 
Bütün terapiya kursu ərzində rejimə  və müalicə sxeminə ciddi riayət etmək, 
dozanı ötürməmək və onu bərabər zaman fasiləsindən sonra qəbul etmək. Dozanı 
ötürdükdə onu mümkün qədər tez qəbul etmək; təxminən digər dozanın atma  vaxtı 
çatdıqda qəbul etməmək; dozanı artırmamaq. Terapiyanın davametmə müddətinə, 
xüsusilə streptokok infeksiyaları zamanı riayət etmək. 
Bir neçə gün ərzində yaxşılaşma olmadıqda və ya yeni əlamətlər təzahür 
etdikdə həkimlə məsləhətləşmək lazımdır. 
Furazolidonla terapiya zamanı və müalicəni qurtarandan sonra 4 gün ərzində 
alkoqollu içkilər istifadə etməmək. 
Furazolidonla terapiya zamanı  tərkibində tiramin olan ərzaq və içkiləri 
(pendir, pivə, şərab, lobya, hisdə qurudulmuş məmulatlar) böyük miqdarda istifadə 
etmək lazım deyil. 
Klinik protokol Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin
İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanmışdır.

 
84
Furazolidonla müalicə zamanı  həkimin təyinatı olmadan öskürək və 
soyuqdəymənin müalicəsi üçün olan DV-ləri qəbul etmək lazım deyil. 
Başgicəllənmə zamanı ehtiyatlı olmaq.  
Nitrofurantoin və furazidin sidiyi paslı-sarı və ya qəhvəyimtil rəngləyə bilər. 
Cədvəl 15. Nitrofuran qrupu vasitələri. Əsas səciyyəsi və tətbiqi xüsusiyyətləri 
DV-nin adı DV-nin 
forması Dozalanma 
rejimi

DV-nin xüsusiyyətləri 
Nitrofurantoin 
Tab. 
0,05 q və 0,1 q. 
Uşaqlar üçün 
Tab. 0,03 q 
Daxilə: 
Böyüklər: 0,05-0,1q hər 
6 saatdan bir; 
Uzunmüddətli supressiv 
terapiya üçün - 0,05-0,1 
q/gün. 
Uşaqlar: 5-7 mq/kq/gün 
4 qəbula 
Qan və toxumalarda 
aşağı konsentrasiya. 
Sidikdə yüksək 
konsentrasiya. 
Kəskin sistitin müalicəsi 
üçün ikinci sıra DV-dir. 
Nifuratel 
Tab. 
0,2 q 
Daxilə: 
Böyüklər: 0,2-0,4 q hər 
8-12 saatdan bir 
Uşaqlar: 10-20 
mq/kq/gün 2-3 qəbula 
Trixomonad vulvovaginit, 
vaginal kandidoz zamanı 
göstərişdir; bağırsaq 
amöbiazında tətbiqi 
mümkündür. Birgə tətbiq 
etdikdə, nistatinin 
aktivliyini artırır. 
Nifuroksazid 
Tab. 
0,2 q; 
susp. 4% 
Daxilə: 
Böyüklər: 0,2 q hər 6 
saatdan bir 
Uşaqlar: 1 ay.-2,5 yaş - 
0,1 q hər 8-12 saatdan bir; 
2,5 yaşdan böyük - 0,2q 
8 saatdan bir 
Kəskin infeksion 
diareyanın müalicəsi 
üçün göstərişdir 
Furazolidon 
Tab. 
0,05 q 
Susp. haz./üçün. 
qran. uşaqlara 
d/qəb. üçün 50 q 
150 ml bankada 
Daxilə: 
Böyüklər: 0,1 q 6 
saatdan bir 
Uşaqlar: 6-7 mq/kq/gün 
4 qəbula 
Enterobakteriyalar və 
bəzi ibtidailərə qarşı 
daha aktivdir. 
Sidikdə aşağı 
konsentrasiyada olur. 
Son illər lyamblioz 
zamanı tətbiq olunur. 
Disulfiramobənzər 
reaksiya törədir. 
Furazidin 
Tab. 0,05 q 
Daxilə: 
Böyüklər: 0,1-0,2 q 6-8 
saatdan bir 
Uşaqlar: 7,5 mq/kq/gün 
2-3 qəbula 
Kəskin sistitin müalicəsi 
üçün ikinci sıra DV-dır. 
Yerli - yara və 
boşluqların yuyulması 
üçün. 
 
 
                                                 
*
 Böyrəklərin normal funksiyası zamanı
 
Klinik protokol Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin
İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanmışdır.

 
85
OKSAZOLİDİNON QRUPU 
Sintetik AMDV-nin yeni qruplarından olan oksazolidinonlardan klinik 
praktikada linezolid antibiotiki tətbiq olunur. 
Təsir mexanizmi 
Linezolid əsasən bakteriostatik təsir göstərir. Pnevmokoklara, B.fragilis və C. 
perfringens bakteresid təsir göstərir. 
Aktivlik spektri 

 
Staphylococcus  spp.  (o  cümlədən  MRSA и MRSE), Enterococcus spp. (o 
cümlədən vankomisinorezistent ştamlar),  S.pneumoniae (o cümlədən  АRP), 
Streptococcus spp., Nocardia spp., Corynebacterium spp., L.monocytogenes
Clostridium spp., Peptostreptococcus spp. daxil olmaqla həm aerob, həm də 
anaerob qrammüsbət mikroorqanizmlərin böyük əksəriyyətinə qarşı aktivliyə 
malikdir 

 
Linezolid  əksər qrammənfi mikroorqanizmlərə  təsir etmir, lakin M. 
catarrhalis,  H.influenzae,  Legionella spp., N. gonorrhoeae,  B. pertussis,  F. 
meningosepticum,  P. multocida, həmçinin bəzi qrammənfi anaeroblara 
(Bacteroides  spp., Prevotella spp., F. nucleatum). qarşı mötədil  in vitro 
şəraitində aktivlik göstərir. 
Göstərişlər 

 
Polirezistent qrammüsbət koklarla törədilən infeksiyalar (MRSA və MRSE; 
vankomisinrezistent ştamlar daxil olmaqla, Enterococcus spp.; S.pneumoniae
o cümlədən АRP) 

 
Dəri və yumşaq toxumaların ağırlaşmış və ağırlaşmamış infeksiyaları 

 
Xəstəxanadan kənar və nozokomial pnevmoniya 

 
Sübut olunmuş və ya ehtimal olunan yanaşı qrammənfi infeksiya zamanı əlavə 
olaraq, qrammənfi mikrofloraya qarşı aktiv olan AMDV təyin etmək lazımdır 
Əks göstərişlər 

 
Linezolidə qarşı allergik reaksiya 
Əlavə təsirlər 

 
MBT: qarın nahiyəsində ağrı, ürəkbulanma, qusma, diareya, dadın dəyişməsi 

 
Qan: geri dönən anemiya və trombositopeniya 

 
Qaraciyər: transaminazaların və  qələvi fosfatazanın aktivliyinin yüksəlməsi, 
qanda bilirubinin səviyyəsinin artması 

 
MSS: baş ağrısı 
Ehtiyat tələb edən hallar 

 
Hamiləlik: Linezolidi təyin etmək məsləhət görülmür, belə ki, hamilələrdə 
təhlükəsizliyinə dair tədqiqatlar aparılmamışdır 

 
Döşlə əmizdirmə: Əmizdirən qadınlara yalnız son dərəcə zəruri olan hallarda 
tətbiq etmək olar 

 
Qan: Anamnezində yüksək qanaxma riski, anemiya və/və ya trombositopeniya 
olan, həmçinin antikoaqulyantlar tətbiq olunan pasiyentlər və ya linezolidlə 2 
Klinik protokol Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin
İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanmışdır.

 
86
həftədən çox terapiya aparıldıqda trombositlərin sayına və hemoqlobinin 
səviyyəsinə nəzarət etmək lazımdır 
Dərmanlarla qarşılıqlı təsiri 
Dopaminin, psevdoefedrinin, fenilpropanolaminin pressor təsirinin mötədil 
güclənməsinə səbəb ola bilər 
Pasiyent üçün məlumat 
Tabletləri kifayət qədər su içməklə qəbul etmək lazımdır. 
Bütün müalicə kursu ərzində göstərilmiş  təyinat rejiminə ciddi riayət etmək, 
dozanı ötürməmək və onu bərabər zaman fasiləsindən bir qəbul etmək. Dozanı 
ötürdükdə onu imkan daxilində tez qəbul etmək;
  təxminən digər dozanın atma  
vaxtı çatdıqda qəbul etməmək; dozanı artırmamaq. Terapiyanın davametmə 
müddətinə riayət etmək. 
Bir neçə gün ərzində yaxşılaşma olmadıqda və ya yeni əlamətlər meydana 
gəldikdə həkimlə məsləhətləşmək lazımdır.  
Cədvəl 16. Oksazolidinon qrupu DV-ləri. 
Əsas səciyyəsi və tətbiq xüsusiyyətləri 
DV-nin adı DV-nin 
forması Dozalanma 
rejimi
*
 DV-nin 
xüsusiyyətləri 
Linezolid 
İny./üçün məh. 
100 ml, 200 ml 
və 300 ml-lik 2 
mq/ml  polietilen 
paketdə;  
Tab. 0,4 q və  0,6 
q; 
Susp./üçün qran., 
daxilə 
qəbul/üçün. 100 
mq/5 ml
 
V/d: 
Böyüklər: 0,6 q hər 12 
saatdan bir 
5 yaşdan uşaqlar: 10 mq/kq 
(lakin 0,6 q-dan çox 
olmayaraq) hər 12 saatdan 
bir. 
Tədricən infuziya yolu ilə 
(damcı üsulu) 20-30 dəq. 
ərzində yeridilir.  
Daxilə (qida qəbulundan 
asılı olmayaraq) 
Böyüklər: 0,6 q hər  12 
saatdan bir 
5 yaşdan uşaqlar: 10 mq/kq 
(lakin 0,6 q-dan çox 
olmayaraq) hər 12 saatdan bir 
Digər AMDV-lara 
davamlı qrammüsbət 
koklarla:

MRSA, MRSE, ARP, 
VRE törədilən 
infeksiyaların müalicəsi 
üçün vasitə. 
İnfeksiyanın ağır 
gedişində v/d 
yeritmədən istifadə 
olunur. 
Sonra daxilə qəbula 
keçmək mümkündür 
(pilləli terapiya). 
Yüngül və ya orta ağır 
infeksiyalar zamanı 
daxilə tətbiq olunur.
 
Yüklə 2,37 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   16




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin