Azərbaycan Respublikası Səhiyyə Nazirliyi kollegiyasının 20 noyabr 2009-cu il tarixli



Yüklə 2,37 Mb.
Pdf görüntüsü
səhifə1/16
tarix27.01.2017
ölçüsü2,37 Mb.
#6527
  1   2   3   4   5   6   7   8   9   ...   16

Klinik protokol Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin
İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanmışdır.

Azərbaycan Respublikası Səhiyyə Nazirliyi 
kollegiyasının 20 noyabr 2009-cu il tarixli 
29 saylı qərarı ilə təsdiq edilmişdir 
 
 
 
 
 
 
 
 
 
 
 
ANTİMİKROB DƏRMAN VASİTƏLƏRİNİN 
İSTİFADƏSİ ÜZRƏ 
KLİNİK PROTOKOL 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Bakı - 2009 
 
Klinik protokol Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin
İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanmışdır.

 
2
 
53.52 
A 79 
 
 
 
 
 
 
 
 
 
 
 
A 79      
Antimikrob dərman vasitələrinin istifadəsi üzrə klinik 
protokol – 164 səh. 
Klinik protokol Azərbaycan Respublikası  Səhiyyə 
Nazirliyinin səhiyyə islahatları çərçivəsində ictimai səhiyyə 
kadrlarının hazırlanması üzrə  Tədbirlər proqramı  əsasında 
tərtib edilmişdir. 
 
 
Klinik protokol Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin
İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanmışdır.

 
3
 
Klinik protokolun redaktoru: 
C.Məmmədov – Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar 
Mərkəzinin direktoru 
 
Klinik protokolun tərtibçilər heyəti: 
Ə.Abdullazadə – Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi 
Dərman Vasitələrinin Analitik Ekspertiza Mərkəzinin direktoru, ə.e.n. 
R.Abdullayeva – Azərbaycan Tibb Universiteti, Farmakologiya 
kafedrasının assistenti  
S.Quliyeva – Azərbaycan Tibb Universiteti, Kliniki farmakologiya 
kafedrasının assistenti, t.e.n. 
K.Ağayeva – Azərbaycan Tibb Universiteti, Kliniki farmakologiya 
kafedrasının assistenti, t.e.n. 
K.Süleymanova – İlkin Səhiyyənin Gücləndirilməsi Layihəsi, Abt 
Associates İnc., həkim 
G.Hüseynova – Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar 
Mərkəzi, Tibbi keyfiyyət standartları şöbəsinin müdiri 
A.Bağırova – Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar 
Mərkəzi, Tibbi keyfiyyət standartları şöbəsinin həkim-metodisti 
 
Rəyçilər: 
E.Ağayev – Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri 
Təkmilləşdirmə İnstitutunun Əczaçılıq kafedrasının müdiri, f.e.n.  
Ə.Sadıqov – ATU-nun Ağciyər xəstəlikləri kafedrasının müəllimi, 
t.e.d. 
İ.İsmayilov – 3 saylı şəhər klinik xəstəxanasının Uroloji şöbəsinin 
müdiri, t.e.n. 
L.Rüstəmova – Elmi-Tədqiqat Tibbi Profilaktika İnstitutunun 
Enterovirus infeksiyası laboratoriyasının müdiri, t.e.n.  
L.Məmmədova – Elmi-Tədqiqat Mamalıq və Ginekologiya 
İnstitutunun elmi katibi 
 
Klinik protokol Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin
İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanmışdır.

 
4
MÜNDƏRİCAT 
Sübutların etibarlılıq dərəcəsi və elmi tədqiqatların tipləri ............................... 5 
Tövsiyələrin etibarlılıq səviyyəsi şkalası............................................................... 7 
İxtisarların siyahısı.................................................................................................5 
Protokolun məqsədi................................................................................................8 
Giriş .........................................................................................................................8 
PENİSİLLİNLƏR QRUPU .................................................................................10 
SEFALOSPORİNLƏR QRUPU .........................................................................22 
KARBAPENEMLƏR QRUPU ...........................................................................32 
MONOBAKTAMLAR QRUPU..........................................................................35 
AMİNOQLİKOZİDLƏR QRUPU .....................................................................37 
XİNOLONLAR / FLÜORXİNOLONLAR QRUPU.........................................44 
MAKROLİDLƏR QRUPU .................................................................................51 
TETRASİKLİNLƏR QRUPU.............................................................................57 
LİNKOSAMİDLƏR QRUPU..............................................................................60 
POLİMİKSİNLƏR QRUPU ...............................................................................67 
SULFANİLAMİDLƏR QRUPU VƏ KO-TRİMOKSAZOL ........................... 70 
NITROİMİDAZOL QRUPU...............................................................................77 
NİTROFURAN QRUPU......................................................................................82 
OKSAZOLİDİNON QRUPU ..............................................................................85 
DİGƏR QRUPDAN OLAN PREPARATLAR ..................................................87 
VƏRƏM ƏLEYHİNƏ DƏRMAN VASİTƏLƏRİ........................................... 103 
MÜXTƏLİF İNFEKSİYALARDA ANTİMİKROB VASİTƏLƏRİN 
TƏTBİQİ............................................................................................................. 117 
BÖYÜKLƏRDƏ YUXARI TƏNƏFFÜS YOLLARININ KƏSKİN 
RESPİRATOR İNFEKSİYALARI VƏ QRİP ZAMANI ANTİMİKROB 
VASİTƏLƏRİN TƏTBİQİ............................................................................... 117 
XƏSTƏXANADAN KƏNAR PNEVMONİYANIN MÜALİCƏSİNDƏ 
ANTİMİKROB VASİTƏLƏRİN TƏTBİQİ.................................................... 120 
BAKTERİAL MENİNGİTLƏRİN MÜALİCƏSİNDƏ .................................. 122 
ANTİMİKROB VASİTƏLƏRİN TƏTBİQİ.................................................... 122 
BÖYÜKLƏRDƏ KƏSKİN İNFEKSİON İSHALIN MÜALİCƏSİNDƏ 
ANTİMİKROB VASİTƏLƏRİN TƏTBİQİ .................................................... 124 
FƏSADLAŞMAMIŞ SİDİK YOLLARI İNFEKSİYALARININ 
MÜALİCƏSİNDƏ ANTİMİKROB VASİTƏLƏRİN TƏTBİQİ................... 129 
MÜXTƏLİF PASİYENT QRUPLARINDA .................................................... 134 
ANTİMİKROB DƏRMAN VASİTƏLƏRİNİN TƏTBİQİ ............................ 134 
UŞAQLARDA ANTİMİKROB DƏRMAN VASİTƏLƏRİNİN TƏTBİQİ.... 142 
YAŞLILARDA ANTİMİKROB DƏRMAN VASİTƏLƏRİNİN TƏTBİQİ . 150 
HAMİLƏLİK VƏ DÖŞLƏ ƏMİZDİRMƏ ZAMANI ANTİMİKROB 
DƏRMAN VASİTƏLƏRİNİN TƏTBİQİ ........................................................ 152 
Ədəbiyyat ............................................................................................................ 164 
Klinik protokol Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin
İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanmışdır.

 
5
İxtisarların siyahısı 
AMDV 
– antimikrob dərman vasitələri  
ATY 
– aşağı tənəffüs yolları 
ARP 
– antibiotikə rezistent pnevmokokk 
DNT 
– antibiotikə rezistent pnevmokokk 
DV 
– dərman vasitələri 
EÇS 
– eritrositlərin çökmə sürəti  
FDA 
– ABŞ-ın Dərmanlar və Qida məhsullarına nəzarət  
 üzrə Administrasiyası (Food and Drug Administration)  
GSBL 
– geniş spektrli beta-laktamazlar 
GTSBL 
– geniş təsir spektrli beta-laktamazlar 
HEB  
– hematoensefalik baryer 
XBÇ 
– xroniki böyrək çatışmazlığı 
İİV 
– İnsan İmmunçatışmazlığı Virusu 
k.y.v. 
– Koloniya Yaradan Vahid 
KNS 
– koaqulazaya rezistent stafilokokk 
QİÇS 
– qazanılmış İmmun Çatışmazlığı Sindromu 
QSİƏDV 
– qeyri-steroid İltihab Əleyhinə Dərman Vasitələri 
MAO  
– monoaminooksidaza  
MBT 
– mədə-bağırsaq traktı 
MSS 
Mərkəzi Sinir Sistemi 
MRSA 
– metisillinə qarşı rezistent Stafillokokus Aureus 
MRSE 
– metisillinə qarşı rezistent S.Epidermidis 
ÖÇY  
– öd çıxarıcı yollar 
PRSA  
– pensillinə rezistent Stafilokkokus aureus 
RİT 
– reanimasiya və intensiv terapiya şöbəsi 
RNT 
– ribonuklein turşusu 
SÇY 
– sidik çıxarıcı yollar 
SYİ 
– sidik yollarının İnfeksiyaları 
TDM 
– terapevtik – dərman monitorinqi 
TY  
– tənəffüs yolları 
Т
½
  
– yarım xaric olma müddəti 
TV 
– Təsir Vahidi 
USM 
– ultrasəs müayinəsi 
VAP  
– ventilyasiya assosiasiyalı pnevmoniya 
VRE  
– vankomisin rezistent enterokokk 
YTY  
– yuxarı tənəffüs yolları 
ÖÇY  
– öd çıxarıcı yollar 
 
 
Klinik protokol Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin
İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanmışdır.

 
6
Sübutların etibarlılıq dərəcəsi və elmi tədqiqatların tipləri 
Sübutların 
etibarlılıq 
dərəcəsi 
Sübutların mənbələri  
(elmi tədqiqatların tipləri) 
Ia 
Sübutlar meta-analiz, sistematik icmal və ya randomizə 
olunmuş klinik tədqiqatlardan (RKT) alınmışdır 
Ib 
Sübutlar ən azı bir RKT-dən alınmışdır 
IIa 
Sübutlar  ən azı bir yaxşı planlaşdırılmış, nəzarət edilən, 
randomizə olunmamış tədqiqatdan alınmışdır 
IIb 
Sübutlar ən azı bir yaxşı planlaşdırılmış kvazi-eksperimental 
tədqiqatdan alınmışdır 
III 
Sübutlar təsviri tədqiqatdan (məsələn, müqayisəli, 
korrelyasion tədqiqatlar, ayrı-ayrı halların öyrənilməsi) 
alınmışdır 
IV 
Sübutlar ekspertlərin rəyinə  və ya klinik təcrübəyə 
əsaslanmışdır 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Klinik protokol Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin
İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanmışdır.

 
7
Tövsiyələrin etibarlılıq səviyyəsi şkalası 
Tövsiyənin 
etibarlılıq 
səviyyəsi 
Tövsiyənin əsaslandığı sübutların  
etibarlılıq dərəcəsi 


 
RKT-lərin yüksək keyfiyyətli meta-analizi, sistematik 
icmalı və ya nəticələri uyğun populyasiyaya şamil edilə 
bilən, sistematik səhv ehtimalı çox aşağı olan (++) 
irimiqyaslı RKT. 

 
Sübutların etibarlılıq dərəcəsi Ia. 


 
Kohort və ya klinik hal – nəzarət tipli tədqiqatların 
yüksək keyfiyyətli (++) sistematik icmalı, yaxud 

 
Sistematik səhv riski çox aşağı olan (++) yüksək 
keyfiyyətli kohort və ya klinik hal – nəzarət tipli 
tədqiqat, yaxud  

 
Nəticələri uyğun populyasiyaya şamil edilə bilən, 
sistematik səhv riski yüksək olmayan (+) RKT. 

 
Sübutların etibarlılıq dərəcəsi Ib və Iia. 


 
Nəticələri uyğun populyasiyaya şamil edilə bilən, 
sistematik səhv riski yüksək olmayan (+) kohort və ya 
klinik hal – nəzarət tipli və ya nəzarət edilən
randomizasiya olunmamış tədqiqat, yaxud  

 
Nəticələri uyğun populyasiyaya bilavasitə şamil edilə 
bilməyən, sistematik səhv riski çox aşağı olan və ya 
yüksək olmayan (++ və ya +) RKT. 

 
Sübutların etibarlılıq dərəcəsi Iib. 


 
Klinik hallar seriyasının təsviri, yaxud  

 
Nəzarət edilməyən tədqiqat, yaxud  

 
Ekspertlərin rəyi.  

 
Yüksək səviyyəli sübutların mövcud olmamasının 
göstəricisidir. 

 
Sübutların etibarlılıq dərəcəsi III və IV. 
Klinik protokol Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin
İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanmışdır.

 
8
Protokolun məqsədi 

 
Mühüm əhəmiyyətli antiinfeksion kimyəvi dərman vasitələri (DV) və onların 
müxtəlif infeksiyalarda tətbiqi haqda obyektiv və müasir informasiyaları 
həkimlərə təqdim etmək; 

 
Antimikrob dərman vasitələrinə (AMDV) qarşı rezistentliyi azaltmaq 
məqsədilə antimikrob terapiyanın optimallaşdırılması və rasionallaşdırılması. 
Protokol ilk növbədə praktik həkimlərə ünvanlanmış  və onların gündəlik 
işində əhəmiyyətli kömək göstərə biləcək. Bundan başqa o, səhiyyə təşkilatçılarına, 
provizorlara, Tibb Universitetinin həkim və tələbələrinə lazımlı olacaqdır. 
Giriş 
Antiinfeksion kimyəvi terapiya, antiinfeksion kimyəvi dərman vasitələrinin 
tətbiqini özündə cəmləşdirən farmakoterapiyanın xüsusi bir növüdür. 
AMDV-nin terapevtik təsir mexanizmlərinin  əsasını infeksion xəstəlik 
törədicisinin metabolik proseslərini sarsıtmaqla mikroorqanizmin həyat fəaliyyətini 
ləngitmək təşkil edir. Ləngidici təsir antibiotikin törədicinin hədəf nöqtəsilə 
birləşməsi nəticəsində baş verir, bu qismdə ya mikroorqanizmin ferment sistemi, 
ya da struktur molekulu rol oynaya bilər.  
Mikroorqanizmlərin rezistentliyinin yaranması 
Antiinfeksion kimyəvi DV-nin yarısından çoxu əsaslandırılmamış sürətdə 
tətbiq edilir. Bütün dünyada son illər  ərzində  xəstəxanaxaric və nozokomial 
infeksiyalar törədicilərinin AMDV-nə davamlılıq qeyd edilir. Antimikrob 
rezistentlik AMDV-nin istifadəsi zamanı yaranan, mikrob əleyhinə vasitələrin 
çoxlu miqdarda istifadəsi, yaxud xəstələrin müalicəsində  və  kənd təsərrüfatında 
DV-nin düzgün seçilməməsi nəticəsində yaranan təbii bioloji cavab reaksiyasıdır.  
Mikroorqanizmlərin antibiotiklərə qarşı rezistentliyi təbii və qazanılmış ola 
bilər: 

 
Həqiqi təbii rezistentlik mikroorqanizmlərdə  təsir hədəfinin olmaması ilə 
səciyyələnir. Bakteriyalarda təbii rezistentliyin mövcudluğu zamanı 
antibiotiklər kliniki olaraq qeyri-effektivdirlər. 

 
Qazanılmış rezistentlik ayrı-ayrı bakteriya ştamlarının, antibiotiklərin mikrob 
populyasiyasının  əsas hissəsini məhv edən konsentrasiyasına qarşı yaranan 
rezistentliyidir. 
AMDV-nə qarşı rezistentliyin bir neçə  səviyyəsi müəyyənləşdirilir – qlobal 
(bütün dünyada), regional (konkret ölkədə) və lokal (müalicəvi-profilaktik 
müəssisələrdə). Bütün dünyada mövcud AMDV-nə sürətlə rezistentlik yaranan 
mikroorqanizmlər misalında stafilokoku, pnevmokoku, göy-irin çöpünü və s. 
göstərmək olar. 
Rezistent ştamlar tərəfindən törədilən infeksiyalar davamiyyət müddətinə görə 
fərqlənərək, çox vaxt hospitalizasiya tələb edir, stasionarda qalma müddəti artır, 
pasiyentlər üçün proqnozu pisləşdirir. Seçim DV-nin qeyri-effektivliyi zamanı 
ikinci və ya üçüncü sıra DV-nin istifadəsi lazım gəlir, onlar isə daha baha və çox 
zaman əlçatmaz olurlar. Bütün bunlar birbaşa və dolayı iqtisadi məsrəfləri artırır, 
eyni zamanda cəmiyyətdə rezistent ştamların yayılma riskini artırır. 
Klinik protokol Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin
İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanmışdır.

 
9
Antimikrob dərman vasitələrinin ümumi xüsusiyyətləri  
AMDV-nin qrup və siniflərə bölünməsi ümumi təsir mexanizmlərinin, spektr 
aktivliyinin, farmakokinetik xüsusiyyətlərinin başa düşülməsi nöqteyi-nəzərdən 
əhəmiyyət kəsb edir.  
Ancaq eyni qrupa daxil olan DV-nə (sinif, nəsl) bir-birini əvəz edən vasitələr 
kimi baxmaq düzgün deyil. Beləki, III nəsl sefalosporinlər içərisində göy-irin 
çöplərinə qarşı klinik əhəmiyyətli aktivliyə malik olan təkcə sertazidim və 
sefaperazondur.  
Seçicilik xüsusiyyətilə antiinfeksion DV-nin təsir spektri genişlliyi anlayışı sıx 
əlaqədardır. AMDV-nin “geniş” və “dar” təsir spektrinə bölünməsi  şərti xarakter 
daşıyır. Müəyyən orqanların infeksiyalarında AMDV-nə  təsir mexanizmi 
baxımından deyıl, onların klinik effektivliyi nöqteyi-nəzərdən baxılması daha 
məqsədəuyğundur.  
Təsir tipinə görə DV 2 qrupa bölünürlər: 

 
Bakteresid – infeksion agentin ölümünə səbəb olanlar 

 
Bakterostatiklər – mikroorqanizmlərin bölünməsinin qarşısını alanlar 
Bir DV həm “sid” həm də “statik” təsirə malik ola bilər. Bu mikroorqanizmin 
növü, AMDV-nin konsentrasiyası və ekspozisiya müddəti ilə müəyyənləşdirilir.  
AMDV bakteresid və bakteriostatik olmaqla 2 qrupa bölünməsi ağır 
infeksiyaların müalicəsi zamanı, xüsusən immunitet pozğunluğu olan pasiyentlərdə 
böyük praktik əhəmiyyətə malikdir. Bu onunla əlaqədardır ki, mikroorqanizmlərin 
inkişafının qarşısını almağa və patogen mikroorqanizmlərin eliminasiyasını sona 
yetirməyə normal immun sistemi kifayət edir.  
Bakteresid DV ağır infeksiyalar və ya immunitet pozğunluqları zamanı seçim 
vasitələridirlər.  
Dərman seçimi zamanı farmakokinetik səciyyəsi baxımından antibiotikin 
infeksiya ocağına daxil olmaq və orada yüksək konsentrasiya yaratmaq xüsusiyyəti 
əsas götürülür. Daxilə  qəbul edilən AMDV üçün onların biomənimsənilməsi 
(sistem qan dövranına qatılmaq xüsusiyyəti) kimi farmakokinetik parametri 
mühüm əhəmiyyət kəsb edir.  
Yarımxaricolma müddəti AMDV-nin yeridilmə  və  qəbuletmə sayını 
müəyyənləşdirir. Ona, AMDV xaric olan (ekskresiya) orqanların vəziyyəti təsir 
göstərir. Nəzərə alınsa ki, əksər AMDV böyrəklərlə xaric olur, stasionarlarda 
AMDV qəbul edən bütün xəstələrdə, xüsusən reanimasiya və intensiv terapiya 
şöbələrində qanda kreatinin səviyyəsi müəyyənləşdirilməlidir. 
Antibiotiklərin  əsas xüsusiyyəti onların insan orqanizminin normal 
mikroflorasına təsiridir. Əsasən ağız boşluğu, bağırsaqların mikroflorası zədələnir. 
Bəzi hallarda diareya, oral və ya vaginal kandidoz inkişaf edir. Belə hallarda 
korreksiyaedici terapiya tələb olunur. 
Klinik protokol Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin
İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanmışdır.

 
10
PENİSİLLİNLƏR QRUPU 
Penisillinlər mikroorqanizmlərin həyat fəaliyyəti məhsulları  əsasında işlənib 
hazırlanmış ilk AMDV-dir. Onlar böyük 
β-laktam antibiotiklər (β-laktamlar) 
sinfinə aiddirlər. Bu sinfə  həmçinin sefalosporinlər, karbapenemlər və 
monobaktamlar da daxildir. Bu antibiotiklərin quruluşunda dördüzvlü β-laktam 
həlqəsi ümumidir. 
Penisillinlərin
 təsnifatı 
Təbiilər: 

 
Benzilpenisillinin (penisillinin) natrium və kalium duzları 

 
Benzilpenisillinin prokain (penisillinin novokain duzu) 

 
Benzatin benzilpenisillinin 

 
Fenoksimetilpenisillin 
Yarımsintetiklər: 

 
İzoksazolilpenisillinlər (Oksasillin) 

 
Aminopenisillinlər (Ampisillin, Amoksisillin) 

 
Karboksipenisillinlər (Karbenisillin, Tikarsillin) 

 
Ureidopenisillinlər (Azlosillin, Piperasillin) 

 
İnhibitordan müdafiə olunmuş penisillinlər (Amoksisillin/klavulanat, 
Ampisillin/sulbaktam, Tikarsillin/klavulanat, Piperasillin/tazobaktam) 
Təsir mexanizmi 
Penisillinlər (və bütün digər
 β-laktamlar) bakterisid təsirə malikdirlər.  
β-laktamları parçalayan xüsusi fermentlərin-  β-laktamazaların hasil edilməsi 
ilə  əlaqədar olaraq, mikroorqnizmlər arasında geniş yayılmış qazanılmış 
davamlılığı aradan götürmək üçün bu fermentlərin aktivliyini geri dönməyən ləngidən, 
β-laktamaz inhibitorları adlanan birləşmələr – klavulan turşusu (klavulanat), sulbaktam 
və tazobaktam işlənib hazırlanmışdır. Onlar kombinə edilmiş (inhibitordan müdafiə 
olunmuş) penisillinlərin hazırlanmasında istifadə edilirlər. 
Aktivlik spektri 
Təbii p
enisillinlər
 
Aşağıdakılara qarşı aktivdirlər: 

 
Qrammüsbət bakteriyalar 
 
(Streptococcus spp., Staphylococcus spp., Bacillus spp., az dərəcədə- 
Enterococcus spp. qarşı) 
 
Enterokokklar (E. faecalis
 
listeriyalar (L. Monocytogenes
 
erizipelotriks (E. rhusiopathiae
 
əksəriyyət korinobakteriyalara (C.diphtheriae daxil olmaqla) və bir-birinə 
yaxın mikroorqanizmlərə. 

 
Qrammənfi bakteriyalardan: (Neisseria spp., P.multocida, H.ducreyi

 
Əksəriyyət anaerob bakteriyalara (aktnomisetlər,  Peptostreptococcus spp., 
Clostridium spp.) 

 
Spiroxetlərə (Treponema, Borrelia, Leptospira). 
 
Klinik protokol Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin
İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanmışdır.

 
11
İzoksazolilpenisillinlər (penisillinazostabil, antistafilokok penisillinlər) 
Bu qrupun əsas AMDV-si oksasillindir. Oksasillinin stafilokok β-
laktamazasına qarşı davamlılığı əsas klinik əhəmiyyət kəsb edir. Bunun sayəsində 
oksasillin böyük əksəriyyət stafilokok ştamlarına (PRSA daxil olmaqla) – 
xəstəxanadan kənar infeksiyaların törədicilərinə qarşı yüksək aktiv olur. 
Aminopenisillinlər və inhibitordan müdafiə olunmuş aminopenisillinlər 
Aminopenisillinlər bütün 
β-laktamazalarla hidrolizə uğrayırlar.  
Aşağıdakılara qarşı aktivdirlər:  

 
Enterobabacteriaceae -E. coli, Shigella spp., Salmonela spp. və  P. 
Mirabilis  (Şigellalara qarşı aktivliyinə görə ampisillin bir qədər 
amoksisillindən üstündür). 

 
Haemophilus  spp. 

 
H.pylori. 
Qrammüsbət bakteriyalar və anaeroblara qarşı aktivlik spektri və səviyyəsinə 
görə aminopenisillinlər təbii penisillinlərlə müqayisə edilə bilər. Lakin listeriyalar 
aminopenisillinlərə daha həssasdırlar.  
İnhibitordan müdafiə olunmuş aminopenisillinlərin antimikrob spektri 
(amoksisillin/klavulanat, ampisillin/sulbaktam): 

 
Qrammənfi bakteriyalar: Klebsiella spp., P. vulgaris, C.diversus 

 
B.fragilis qrupundan olan anaeroblar 

 
β-laktamazanın hasil edilməsi ilə  əlaqədar qazanılmış rezistentliyi olan 
mikroflora: stafilokoklar, qonokoklar, M.catarrhalis, Haemophilus 
spp.,
 E. 
coli, P. mirabilis. 

Yüklə 2,37 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   16




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin