Azərbaycan Respublikası Səhiyyə Nazirliyi kollegiyasının 20 noyabr 2009-cu il tarixli



Yüklə 2,37 Mb.
Pdf görüntüsü
səhifə3/16
tarix27.01.2017
ölçüsü2,37 Mb.
#6527
1   2   3   4   5   6   7   8   9   ...   16

 
Klinik protokol Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin
İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanmışdır.

 
22
SEFALOSPORİNLƏR QRUPU 
Sefalosporinlər  β-laktamlara aiddir və AMDV-nin ən böyük siniflərindən 
biridir. Yüksək effektivlik və aşağı toksikiliyə görə sefalosporinlər bütün AMDV 
arasında kiniki istifadə tezliyi üzrə ilk yerlərdən birini tuturlar. Sefalosporinlərlə 
penisillinlərin struktur oxşarlığı eyni antimikrob təsir mexanizminin və  bəzi 
pasiyentlərdə çarpaz allergiyanın olmasına səbəb olur. 
Sefalosporinlərin təsnifatı 
I nəsil 
II nəsil 
III nəsil 
IV nəsil 
Parenterallar 
Sefotaksim 
Setriakson 
Seftazidim 
Sefoperazon 
Sefazolin Sefuroksim 
Sefoperazon/sulbaktam
Sefepim 
Perorallar 
Sefaleksin Sefuroksim 
aksetil 
Sefiksim 
 
Sefadroksil Sefaklor 
Seftibuten 
 
Təsir mexanizmi 
Sefalosporinlər bakteresid təsir göstərirlər. 
Aktivlik spektri 
I nəsil sefalosporinlər 
Oxşar antimikrob spektr ilə  səciyyələnirlər, lakin daxilə  qəbul üçün təyin 
edilən DV-ləri (sefaleksin, sefadroksil) parenteral DV-lərdən (sefazolin) bir qədər 
geri qalırlar. 
Aşağıdakılara qarşı aktivdirlər: 

 
Streptococcus spp. (S.pyogenesS.pneumoniae)  

 
Metisilinə qarşı həssas Staphylococcus spp.  

 
Neisseria spp., lakin bu faktın klinik əhəmiyyəti məhduddur. H.influenzae və 
M.сatarrhalis qarşı aktivlik kliniki əhəmiyyətsizdir. M.сatarrhalis-ə qarşı təbii 
aktivlik kifayət qədər yüksəkdir, lakin onlar praktik olaraq 100% ştamlar 
tərəfindən hasil olunan β-lakamazaların hidrolizinə həssasdırlar. 

 
Enterobacteriaceae ailəsinin nümayəndələrinə, E.coli, Shigella spp., 
Salmonella spp. И P.mirabilis-ə qarşı aktivlik kliniki əhəmiyyətsizdir. 
 
Klinik protokol Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin
İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanmışdır.

 
23
II nəsil sefalosporinlər 
Bu nəsilin iki əsas nümayəndəsi – sefuroksim və sefaklor – arasında müəyyən 
fərqlər var. Eyni antimikrob spektrdə sefuroksim Streptococcus spp. və 
Staphylococcus spp qarşı daha aktivdir. 
II nəsil sefalosporinlərinin qrammənfi mikroorqanizmlərə qarşı təsir spektri I 
nəsil nümayəndələrinə nisbətən genişdir. 
Hər iki DV Neisseria spp.-ə qarşı aktivdir, lakin qonokoklara qarşı yalnız 
sefuroksimin aktivliyi kinik əhəmiyyət kəsb edir. 
Sefuroksim  M. catarrhalis  və  Haemophilus spp. qarşı daha aktivdir, çünki 
onların β-lakamazaları ilə hidrolizə davamlıdır, sefaklor isə bu fermentlərlə qismən 
parçalanır. 

 
Enterobacteriaceae ailəsindən nəinki  E.coli, Shigella spp., Salmonella spp., 
P.mirabilis  hətta  Klebsiella spp., P.vulgaris, C.diversus  də  həssasdırlar. 
Sadalanan mikroorqanizmlərlə geniş spektrli β-lakamaz hasil edildikdə belə, 
onlar sefuroksimə qarşı həssaslığını saxlayırlar. Sefuroksim və sefaklor GSBL 
ilə parçalanırlar. 

 
Enterobacter spp., C.freundii, Serratia spp., M.morganii, P.stuartii, P.rettgeri 
bəzi  ştammları  in vitro sefuroksimə qarşı mötədil həssaslıq göstərə bilərlər, 
lakin sadalanan mikroorqanizmlərlə törədilən infeksiyalar zamanı bu AMDV-
in kliniki tətbiqi məqsədə uyğun deyil. 
III nəsil sefalosporinləri 
Bu qrupun əsas AMDV sefotaksim və setriaksondur, antimikrob 
xüsusiyyətlərinə görə praktik olaraq tam oxşardırlar. 
Aşağıdakılara qarşı yüksək aktivdirlər:  

 
Streptococcus spp., bu zaman penisillinə davamlı pnevmokokların xeyli 
hissəsi sefotaksim və seftriaksona həssaslığı saxlayırar. Bu qanunauyğunluq 
yaşıl streptokokklara üçün də səciyyəvidir. Sefotaksim və seftriakson MRSA-
dan başqa  S.aureus-a, bir qədər aşağı  dərəcədə KNS-ə qarşı aktivdirlər. 
Korinobakteriyalar (C.jeikeium-dan başqa) bir qayda olaraq həssasdırlar. 

 
Meninqokokklara 

 
Qonokokklara 

 
H.influenzae  

 
M.catarrhalis 

 
Geniş spektrli β-lakamaz hasil edən mikroorqanizmlər daxil olmaqla, 
Enterobacteriaceae ailəsi. 
Sefotaksim və setriakson in vitro  P.aeruginosa-nın bəzi  ştamlarına, digər 
ferment hasil etməyən mikroorqanizmlərə və B.fragilis-ə qarşı bəzən aktiv olurlar, 
lakin onları heç vaxt müvafiq infeksiyalar zamanı tətbiq etmək lazım deyil. 
Setazidim və sefoperazon əsas antimikrob xüsusiyyətlərinə görə sefotaksim və 
setriaksona oxşardır. Onların fərqləndirici səciyyələrinə aşağıdakıları aid etmək olar: 

 
P.aeruginosa  və digər ferment hasil etməyən mikroorqanizmlərə qarşı aydın 
ifadə edilmiş aktivlik ( xüsusilə setazidm) 

 
Streptokoklara, ilk növbədə S.pneumoniae-ya qarşı əhəmiyyətli dərəcədə aşağı 
aktivlik 
Klinik protokol Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin
İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanmışdır.

 
24

 
GSBL-ın hidrolizinə yüksək həssaslıq. 
Sefiksim və seftibuten sefotaksim və seftriaksondan aşağıdakı parametrlərinə 
görə fərqlənirlər: 

 
Staphylococcus spp.-ə qarşı  əhəmiyyətli aktivliyin olmaması; seftibuten 
pnevmokoklara və yaşıl streptokoklara qarşı az aktivdir; hər iki DV 
Enterobacter spp., C.freundiiSerratia spp., M.morganiiP.stuartiiP.rettgeri 
qarşı aktiv deyil və ya az aktivdir.  
IV nəsil sefalosporinlər 
III nəsilin  əsas sefalosporinləri (sefotaksim, seftriakson) üçün səciyyəvi olan 
xassələrlə yanaşı, sefepim aşağıdakı xüsusiyyətləri göstərir: 

 
P.aeruginosa və digər ferment hasil etməyən mikroorqanizmlərə qarşı yüksək 
aktivlik 

 
C sinfindən olan xromosom β-laktamazalarının hiperprodusentləri olan 
mikroorqanizmlərə qarşı aktivlik - Enterobacter spp., C.freundii, Serratia 
spp., M.morganii, P.stuartii, P.rettgeri 

 
GTSBL-ın hidrolizinə daha yüksək davamlılıq (lakin bu faktın klinik 
əhəmiyyəti bütünlüklə aydın deyil) 
İnhibitordan müdafiə olunmuş sefalosporinlər 
β-lakamların bu qrupunun yeganə nümayəndəsi sefoperazon/sulbaktamdır. 
Sefoperazona nisbətən kombinə olunmuş DV-nin təsir spektri anaerob 
mikroorqanizmlər hesabına genişlənmişdir, DV həmçinin geniş  və genişlənmiş 
spektrli β-laktamazalar hasil edən enterobakteriyaların əksəriyyət ştamlarına qarşı 
aktivdir. Bu AMDV sulbaktamın antibakterial aktivliyi hesabına  Acinetobacter 
spp. qarşı yüksək aktivdir. 
Göstərişlər 
I nəsil sefalosporinlər 
Sefazolin: 

 
Cərrahiyyədə əməliyyatönü profilaktika 

 
Dəri və yumşaq toxumaların infeksiyaları 
Sefaleksin və sefadroksil: 

 
Streptokok tonzillofaringiti (ikinci sıra DV-ni) 

 
Dəri və yumşaq toxumaların yüngül və orta ağırlıqlı  xəstəxanadan kənar 
infeksiyaları 
II nəsil sefalosporinlər: 
Sefuroksim: 

 
Hospitalizasiyaya ehtiyac olan xəstəxanadan kənar pnevmoniya 

 
Dəri və yumşaq toxumaların xəstəxanadan kənar infeksiyaları 

 
SÇY-ın infeksiyaları (orta və ağır dərəcəli pielonefrit) 

 
Cərrahiyyədə əməliyyatönü profilaktika 
Sefuroksim aksetil, sefaklor: 

 
YTY-nın və ATY-nın infeksiyaları 

 
SÇY-ın infeksiyaları 
Klinik protokol Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin
İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanmışdır.

 
25

 
Dəri və yumşaq toxumaların yüngül və orta dərəcəli xəstəxanadan kənar 
infeksiyaları 
Sefuroksim və sefuroksim aksetili pilləli terapiya şəklində istifadə etmək olar. 
III nəsil sefalosporinlər: 
Sefotaksim, seftriakson: 

 
Xəstəxanadan kənar infeksiyalar 

 
Kəskin qonoreya 

 
Kəskin orta otit (seftriakson) 

 
Ağır xəstəxanadan kənar və nozokomial infeksiyalar 

 
ATY-nın infeksiyaları 

 
SÇY-ın infeksiyalarının ağır formaları 

 
Dərinin, yumşaq toxumaların, sümüklərin, oynaqların infeksiyalarının ağır 
formaları 

 
İntraabdominal infeksiyalar 

 
Kiçik çanaq orqanlarının infeksiyaları 

 
Generalizə olunmuş salmonellyoz 

 
Meningit 

 
Sepsis 
Seftazidim, sefoperazon: 

 
P.aeruginosa  və digər ferment hasil etməyən mikroorqanizmlərin təsdiq 
edilmiş  və ya ehtimal edilən etioloji rolu zamanı müxtəlif lokalizasiyalı  ağır 
xəstəxanadan kənar və nozokomial infeksiyalar.   

 
Neytropeniya və immunodefisit fonunda olan infeksiyalar (o cümlədən 
neytropenik qızdırma). 
III nəsil parenteral sefalosporinlərinin həm monoterapiya, həm də digər qrup 
AMDV ilə kombinasiya şəklində tətbiqi mümkündür.  
Sefiksim, seftibuten: 

 
SÇY-ın infeksiyaları 

 
Müxtəlif ağır xəstəxanadan kənar və nozokomial qrammənfi infeksiyalar 
zamanı parenteral DV-lərin tətbiqindən davamlı effektə nail olduqdan sonra 
pilləli terapiyasının peroral mərhələsi. 

 
YTY-nin və ATY-nin infeksiyaları (mümkün olan pnevmokok etiologiya 
zamanı seftibuteni tətbiq etmək məsləhət deyil) 
Sefoperazon/sulbaktam: 

 
Polirezistent və qarışıq (aerob-anaerob) mikroflora ilə törədilən ağır, başlıca 
olaraq nozokomial infeksiyalar: 
 
Intraabdominal infeksiyalar və kiçik çanaq orqanlarının infeksiyaları 
 
ATY-nın infeksiyaları (pnevmoniya, ağciyər abssesi, plevranın 
empieması) 
 
SÇY-ın ağırlaşmış infeksiyaları 
 
Sepsis 

 
Neytropeniya və digər immunodefisit vəziyyətlər fonunda infeksiyalar. 
 
 
Klinik protokol Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin
İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanmışdır.

 
26
IV nəsil sefalosporinlər: 

 
Polirezistent mikroflora ilə törədilən ağır, başlıca olaraq, nozokomial 
infeksiyalar: 
 
ATY-nın infeksiyaları ((pnevmoniya, ağciyər absesi, plevranın 
empiyeması) 
 
SÇY-ın ağırlaşmış infeksiyaları 
 
dərinin, yumşaq toxumaların, sümüklərin və oynaqların infeksiyaları 
 
intraabdominal infeksiyalar 
 
sepsis 

 
Neytropeniya və digər immunodefisit vəziyyətlər fonunda infeksiyalar. 
Əks göstərişlər 
Sefalosporinlərə allergik reaksiya. 
Əlavə təsirlər 

 
Allergik reaksiyalar: övrə, səpgi, multiform eritema, qızdırma, eozinofiliya, 
zərdab xəstəliyi, bronxospazm, Kvinke ödemi, anafilaktik şok. Anafilaktik şok 
baş verdikdə yardım tədbirləri: tənəffüs yollarının keçiriciliyinin təmin 
edilməsi (lazım olduqda intubasiya), oksigenoterapiya, adrenalin, 
qlükokortikoidlər. 

 
Hematoloji reaksiyalar: müsbət Kumbs sınağı, nadir hallarda eozinofiliya, 
leykopeniya, neytropeniya, hemolitik anemiya. Sefoperazon qanaxmaya 
meylliklə hipoprotrombinemya törədə bilər. 

 
MSS:  qıcolmalar ( böyrəklərin funksiyasının pozulması olan pasiyentlərdə 
yüksək dozanın istifadə edilməsi zamanı). 

 
Qaraciyər: transaminazaların aktivliyinin artması (çox vaxt sefoperazonun 
tətbiqi zamanı). Seftriakson yüksək dozalarada xolestaz və psevdoxolelitiaz 
törədə bilər. 

 
MBT: qarın nahiyəsində 
ağrı, ürəkbulanma, qusma, diareya, 
psevdomembranoz kolit. Psevdomembranoz kolitə şübhə olduqda (qan qarışığı 
ilə duru stulun meydana gəlməsi) DV-ni dayandırmaq və rektoromanoskopik 
müayinə aparmaq lazımdır. Yardım tədbirləri: su-elektrolit balansının bərpa 
edilməsi, lazım olduqda daxilə  C.difficile-ə qarşı aktiv olan antibiotiklər 
(metronidazol və ya vankomisin) təyin edilir. Loperamid istifadə etmək olmaz. 

 
Yerli reaksiyalar: ə/d yeritdikdə ağrı və infiltrat, v/d yeritdikdə isə flebit. 

 
Digərləri: ağız boşluğu və uşaqlıq yolunun kandidozu. 
Ehtiyat tələb edən hallar 

 
Allergiya: Bütün sefalosporinlərə çarpazdır. Penisillinlərə allergiyası olan 
pasiyentlərin 10%-də I nəsil sefalosporinlərinə qarşı allergiya müşahidə oluna 
bilər. Penisillinər və II-III nəsil sefalosporinlərinə çarpaz allergiya əhəmiyyətli 
dərəcədə az (1-3%) müşahidə olunur. Əgər anamnezdə penisillinlərə sürətli 
tipdə allergik reaksiya (məsələn, övrə, anafilaktik şok) varsa, onda I nəsil 
sefalosporinlərini ehtiyatla tətbiq etmək lazımdır. Digər nəsildən olan 
sefalosporinlər daha təhlükəsizdir. 
Klinik protokol Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin
İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanmışdır.

 
27

 
Hamiləlik: Sefalosporinlər hamilə qadın və döl üçün onların təhlükəsizliyini 
adekvat nəzarət edən tədqiqatların aparılmamasına baxmayaraq, hamiləlik 
zamanı hər-hansı bir məhdudiyyət olmadan istifadə edirlər. 

 
Döşlə  əmizdirmə: Döşlə  əmizdirmə zamanı ehtiyatla tətbiq edilir. Sefiksim və 
seftibuteni müvafiq klinik tədqiqatların olmamasına görə tətbiq etmək lazım deyil. 

 
Pediatriya: Yenidoğulmuşlarda böyrək ekskresiyasının yavaşıması ilə 
əlaqədar olaraq sefalosporinlərin yarımparçalanma dövrünün artması 
mümkündür. Seftriakson qan plazması zülalları ilə yüksək dərəcədə birləşmək 
qabiliyyətinə malik olduğu üçün bilirubini zülallarla birləşmədən sıxışdırıb 
çıxara bilər, ona görə  də onu hiperbilirubinemiyası olan, xüsusilə yarımçıq 
doğulmuş yenidoğulmuşlarda ehtiyatla tətbiq etmək lazımdır. 

 
Heriatriya: Yaşlı adamlarda böyrəklərin funksiyasının dəyişməsi ilə əlaqədar 
olaraq sefalosporinlərin ekskresiyasının yavaşıması mümkündür, hansı ki, 
dozalanma rejiminin korreksiyasını tələb edə bilər. 

 
Böyrəklərin funksiyasının pozulması: 
Əksəriyyət sefalosporinlərin 
orqanizmdən başlıca olaraq aktiv vəziyyətdə böyrəklərlə  çıxarılması ilə 
əlaqədar olaraq, bu AMDV-lərin (seftriakson və sefoperazondan başqa) 
dozalanma rejimi böyrək çatışmazlığı zamanı korreksiya olunmalıdır.  
Sefalosporinlər yüksək dozalarda, xüsusilə aminoqlikozid və ya ilgək 
diuretikləri ilə birgə istifadə etdikdə nefrotoksik effekt mümkündür. 

 
Qaraciyərin funksiyasının pozulması: Sefoperazonun xeyli hissəsi ödlə 
çıxarılır, ona görə də ağır qaraciyər xəstəlikləri zamanı onun dozasını azaltmaq 
lazımdır. Qaraciyər patologiyası olan pasiyentlərdə sefoperazonun istifadəsi 
zamanı hipoprotrombinemiya və qanaxma riskinin artması qeyd olunur; 
profilaktika məqsədilə K vitamini qəbul etmək məsləhət görülür. 
Dərmanlarla qarşılıqlı təsiri 

 
Antasidlər peroral sefalosporinlərin MBT-dan sorulmasını azaldırlar. Bu DV-
nin qəbulu arasında 2 saatdan az olmayan fasilə olmalıdır. 

 
Sefoperazonu antikoaqulyant və antiaqreqantlarla birgə təyin etdikdə qanaxma 
riski, xüsusilə mədə-bağırsaq qanaxmaları artır. Sefoperazonu trombolitiklərlə 
birgə təyin etmək məsləhət görülmür. 

 
Sefoperazonla müalicə fonunda alkoqol istifadə etdikdə disulfiramobənzər 
reaksiya inkişaf edə bilər. 

 
Sefalosporinləri, xüsusilə böyrəklərin funksiyasının pozulması olan 
pasiyentlərdə aminoqlikozid və/və ya ilgək diuretkləri ilə birgə  təyin etdikdə 
nefrotoksik təsir riskinin artması mümkündür. 
Pasiyent üçün məlumat 
Sefalosporinləri daxilə kifayət miqdarda su içməklə qəbul etmək yaxşı olardı. 
Sefuroksim aksetili yemək vaxtı qalan digər DV-ləri isə qida qəbulundan asılı 
olmayaraq (dispeptik təzahürlər meydana gəldikdə yemək vaxtı  və ya yeməkdən 
sonra qəbuluna yol verilir) qəbul etmək lazımdır.  
Daxilə  qəbul etmək üçün maye dərman formalarını  əlavə edilmiş  təlimata 
uyğun olaraq hazırlamaq və qəbul etmək. 
Klinik protokol Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin
İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanmışdır.

 
28
Bütün müalicə kursu ərzində göstərilmiş  təyinat rejiminə ciddi riayət etmək, 
dozanı ötürməmək və onu bərabər zaman fasiləsindən bir qəbul etmək. Dozanı 
ötürdükdə onu imkan daxilində tez qəbul etmək; təxminən digər dozanın atma  
vaxtı çatdıqda qəbul etməmək; dozanı artırmamaq. Terapiyanın davametmə 
müddətinə, xüsusilə streptokok infeksiyaları zamanı  riayət etmək. 
Bir neçə gün ərzində yaxşılaşma olmadıqda və ya yeni əlamətlər meydana 
gəldikdə həkimlə məsləhətləşmək lazımdır. Səpgi, övrə və ya allergik reaksiyanın 
digər  əlamətləri meydana gəldikdə DV-nin qəbulunu dayandırmaq və  həkimə 
müraciət etmək lazımdır. 
Sefalosporinləri daxilə qəbul etdikdən əvvəl və sonra 2 saat ərzində antasidləri 
qəbul etmək məsləhət görülmür. 
Sefoperazonla müalicə vaxtı və o qurtardıqdan sonra 2 gün ərzində alkoqollu 
içkilərdən istifadə etməmək lazımdır. 
Cədvəl 2. Sefalosporin qrupu DV-lərı.  
Əsas səciyyələri və daxilə tətbiq xüsusiyyətləri 
DV-nin adı DV-nin 
forması 
Dozalanma rejimi

 
DV-nin xüsusiyyətləri 
Sefaleksin 
Tab. 0,25 q; 0,5 
q; 1,0 q 
Kaps. 0,25 q;   
0,5 q 
Susp/üçün qran. 
0,125 q/5 ml; 
0,25 q/5ml 60 
ml flakonda 
daxilə 
qəbul/üçün toz 
0,125 q/5ml; 
0,25 q/5ml; 
0,5q/5ml 
flakonda 
Böyüklər: 0,5-1,0 q hər 6 
saatdan bir; 
streptokok tonzillofaringiti 
zamanı-0,5 q hər 12 
saatdan bir 10 gün ərzində 
Uşaqlar: 45 mq/kq/gün. 3 
qəbula;  
streptokok tonzillofaringiti 
zamanı-12,5-25 mq/kq hər 
12 saatdan bir 10 gün 
ərzində. 
I nəsil sefalosporini. Əsas 
aktivlik qrammüsbət 
koklara qarşıdır. 
Göstərişlər: 
tonzillofaringit, dərinin, 
yumşaq toxumaların, 
sümüklərin və oynaqların 
ağır olmayan 
infeksiyaları 
Sefuroksim 
aksetil 
Susp./üçün qran. 
0,125 q/5ml; 
0,25 q/5ml flak. 
və ya saşedə 
Tab. 0,125 q; 
0,25 q; 0,5 q 
 
Böyüklər: 0,25-0,5 q 
yemək vaxtı hər 12 saatdan 
bir; 
streptokok tonzillofaringiti 
zamanı – 0,25 q yemək 
vaxtı hər 12 saatdan bir 10 
gün ərzində 
Uşaqlar: 30 mq/kq/gün. 
Yemək vaxtı 2 qəbula; 
Orta otitdə – 40mq/kq/gün. 
yemək vaxtı 2 qəbula; 
streptokok tonzillofaringiti 
zamanı – 20 mq/kq/gün. 
yemək vaxtı 2 qəbula 10 
gün ərzində 
II nəsil sefalosporini. 
Pnevmokok və 
qrammənfi bakteriyalara 
qarşı daha aktivdir. Qida  
biomənimsənilməsini 
artırır. 
Göstərişlər: TY-nın, 
SÇY-ın, dəri və yumşaq 
toxumaların infeksiyaları. 
Parenteral sefuroksimdən 
sonra pilləli terapiya 
üçün istifadə edilə bilər. 
                                                 

Böyrəklərin normal funksiyası zamanı 
Klinik protokol Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin
İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanmışdır.

 
29
Sefaklor 
Kaps. 0,25 q;    
0,5 q  
Susp./üçün toz 
0,125 q/5ml; 
0,25 q/5ml 
flakonda. 
Daxilə 
qəbul/üçün susp. 
0,125 q/5ml 
flakonda. 
Qran. 0,125 q; 
0,25 q; 0,375 q 
paketdə. 
Tab. 0,5 q. 
0,375 q; 0,5 q; 
0,75 q  
Böyüklər: 0,25-0,5 q hər 8 
saatdan bir (streptokok 
tonzillofaringiti zamanı 10 
gün ərzində) 
Uşaqlar: 20-40 mq/kq/gün. 
2-3 qəbula (streptokok 
tonzillofaringiti zamanı 10 
gün ərzində) 
II nəsil sefalosporini. 
Sefuroksim aksetildən 
fərqləri: 
-
 
β-laktamazaya daha az 
davamlıdır; 
-
 
pnevmokoklara, 
H.influenzae və 
M. catarrhalis qarşı daha 
az aktivdir. 
Sefiksim 
Kaps. 0,1 q;     
0,2 q; 0,4 q 
Daxilə 
qəbul/üçün susp. 
0,1 q/5 ml 
Susp./üçün toz 
0,1 q/5 ml 
Böyüklər: 0,4 q/gün. 1-2 
qəbula 
6 aydan böyük uşaqlar:      
8 mq/kq/gün. 1-2 qəbula 
III nəsil sefalosporini 
Qrammənfi bakteriyalara 
qarşı genişlənmiş aktivlik 
spektri. 
Göstərişlər: TY-nın və 
SÇY-ın infeksiyaları. 
III nəsil parenteral 
sefalosporinlərindən sonra 
pilləli terapiya məqsədilə 
istifadə oluna bilər. 
Seftibuten 
Kaps. 0,2 q;    
0,4 q 
Susp./üçün toz  
0,036q/ml 
flakonda 
Böyüklər: 0,4q/gün. bir 
qəbula 
Uşaqlar: 9 mq/kq/gün. 1-2 
qəbula 
III nəsil sefalosporini.  
Sefiksimdən fərqləri: 
-
 
daha yüksək 
biomənimsənilmə; 
-
 
pnevmokoklara qarşı 
daha az aktivdir 
Cədvəl 3. Sefalosporin qrupu DV-lərı. 
Əsas səciyyələri və parenteral tətbiq xüsusiyyətləri 
DV-nin adı DV-nin 
forması 
Dozalanma rejimi

 
DV-nin xüsusiyyətləri 
Sefazolin 
İny./üçün toz 
0,125 q; 0,25 q; 
0,5 q; 1,0 q;            
2,0 q; 10,0 q 
flakonda 
V/d və ə/d: 
Böyüklər: 2,0-6,0 q/gün. 2-3 
dəfə yeridilir; 
Profilaktika üçün: 1,0-2,0 q 
əməliyyatdan 0,5-1 saat 
əvvəl (əgər əməliyyat 3 
saatdan çoxdursa: təkrar 4 
saat sonra) 
Uşaqlar: 50-100 mq/kq/gün. 
2-3 dəfə yeridilir 
I nəsil sefalosporini. 
Başlıca olaraq 
qrammüsbət koklara qarşı 
aktivdir. 
Göstərişlər: cərrahiyyədə 
əməliyyatönü 
profilaktika, dəri və 
yumşaq toxumaların 
ambulator infeksiyaları 
Sefuroksim 
İny./üçün toz 
V/d və ə/d: 
II nəsil sefalosporini. 
                                                 

Böyrəklərin normal funksiyası zamanı 
Klinik protokol Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin
İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanmışdır.

 
30
0,25 q; 0,75 q; 
1,5q flakonda 
Böyüklər: 2,25-4,5 q/gün. 3 
dəfə yeridilir; 
Profilaktika üçün – 1,5 q 
əməliyyatdan 0,5-1 saat 
əvvəl (əgər əməliyyat 3 
saatdan çoxdursa: təkrar 4 
saat sonra) 
Uşaqlar: 50-100 mq/kq/gün. 
3-4 dəfə yeridilir 
Pnevmokok və 
qrammənfi bakteriyalara 
qarşı daha aktivdir. 
Göstərişlər: xəstəxanadan 
kənar pnevmoniya, SÇY-
ın, dəri və yumşaq 
toxumaların infeksiyaları, 
əməliyyatönü profilaktika 
Sefotaksim 
İny./üçün toz 
0,25 q; 0,5 q;    
1,0 q; 2,0 q 
flakonda 
V/d və ə/d: 
Böyüklər: 3,0-8,0 q/gün. 3-
4 dəfə yeridilir; 
meningit zamanı – 12-16 q/ 
gün. 4-6 dəfə yeridilir; 
ağırlaşmamış qonoreya 
zamanı – 0,5 q ə/d bir dəfə 
Uşaqlar: 1 aya qədər: 
“Uşaqlarda AMDV-nin 
tətbiqi” fəslinə bax; 
1 aydan böyük: 50-100 
mq/kq/gün. 2-3 dəfə 
yeridilir; 
meningit zamanı – 0,2 
q/kq/ gün. 4-6 dəfə yeridilir 
III nəsilin əsas 
sefalosporini. Streptokok 
və qrammənfi 
mikroorqanizmlərə qarşı 
yüksək aktivlik. 
Göstərişlər: ağır 
xəstəxanadan kənar və 
nozokomial infeksiyalar, 
meningit, kəskin 
qonoreya 
Seftriakson 
İny./üçün toz 
0,25 q; 0,5 q;   
1,0 q; 2,0 q 
flakonda 
V/d və ə/d: 
Böyüklər: 1,0-2,0 q/ gün. bir 
dəfə yeridilir; 
Meningit zamanı – 2,0-4,0 
q/gün. 2 dəfə yeridilir; 
kəskin qonoreya zamanı-
0,25 q ə/d bir dəfə 
Uşaqlar: 1 aya qədər: 
“Uşaqlarda AMDV-ın 
tətbiqi” fəslinə bax; 
1 aydan böyük: 20-75 
mq/kq/gün. 1-2 dəfə 
yeridilir; 
meningit zamanı - 100 
mq/kq/gün. 2 dəfə yeridilir 
(lakin 4,0 q/.- gündən çox 
olmayaraq); 
kəskin orta otit zamanı-50 
mq/kq ə/d, 1-3 inyeksiya 
(1,0 q-dan çox olmayaraq) 
III nəsilin əsas 
sefalosporini. 
Sefotaksimdən fərqi: 
-
 
uzun müddətli Т
½

-
 
sidik və ödlə 
ekskresiya; 
-
 
psevdoxolelitiaz 
törədə bilər 
Seftazidim 
İny./üçün toz 
0,25 q; 0,5 q; 1,0 
q; 2,0 q flakonda 
V/d və ə/d: 
Böyüklər: 3,0-6,0 q/gün. 2-
3 dəfə yeridilir (göy-yaşıl 
irin çöpü infeksiyası 
zamanı - gündə 3 dəfə)  
Uşaqlar: 30-100 
III nəsil sefalosporinidir.  
Göy-yaşıl irin çöplərinə 
qarşı aktivdir. 
Streptokoklara qarşı daha 
az aktivdir. 
Göstərişlər: P.aeruginosa 
Klinik protokol Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin
İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanmışdır.

 
31
mq/kq/gün. 2-3 dəfə 
yeridilir; 
meningit zamanı - 0,2 
q/kq/gün. 3 dəfə yeridilir 
və digər ferment hasil 
etməyən 
mikroorqanizmlərin aşkar 
edildiyi və ya yüksək 
ehtimal olunduğu 
infeksiyalar; neytropeniya 
fonunda olan infeksiyalar 
Sefoperazon 
İny./üçün toz 
1,0 q; 2,0 q 
flakonda 
V/d və ə/d: 
Böyüklər: 4-12 q/gün 2 
dəfə yeridilir (göy-yaşıl 
irin çöpü infeksiyası 
zamanı hər 6 saatdan bir) 
Uşaqlar: 50-100 mq/kq/gün 
2-3 dəfə yeridilir 
III nəsil sefalosporinidir. 
Göy- yaşıl irin çöpünə 
qarşı aktivdir. 
Seftazidimdən fərqi: 
-
 
P.aeruginosa qarşı 
daha az aktivdir; 
-
 
yalnız sidik ilə deyil 
ödlə də xaric olur; 
-
 
HEB-dən daha pis 
keçir; 
-
 
hipoprotrombinemiya 
və disulfiramobənzər 
reaksiya törədə bilər 
Sefepim 
İny./üçün toz 
0,5 q; 1,0 q; 2,0 q 
flakonda 
V/d və ə/d: 
Böyüklər: 2,0-4,0 q/gün 2 
dəfə yeridilir 
2 aydan böyük uşaqlar: 
50mq/kq/gün 3 dəfə 
yeridilir; 
mukovissidoz zamanı-0,15 
q/kq/gün 3 dəfə yeridilir 
(lakin 2,0 q/gün-dən çox 
olmayaraq) 
IV nəsil sefalosporinidir. 
Enterobakteriyalara, 
P.aeruginosa və digər 
ferment hasil etməyən 
mikroorqanizmlərə qarşı 
yüksək aktivlik. III nəsil 
sefalosporinlərnə davamlı 
olan bəzi ştamlara qarşı 
aktivlik. GTSBL-a daha 
yüksək davamlılıq. 
Göstərişlər: polirezistent 
mikroflora ilə törədilən 
ağır nozokomial 
infeksiyalar; neytropeniya 
fonunda olan infeksiyalar 
Sefoperazon/
sulbaktam 
İny./üçün toz 
2,0 q flakonda 
V/d və ə/d: 
Böyüklər: 4,0-8,0 q/gün 2 
dəfə yeridilir 
Uşaqlar: 40-80 mq/gün 2-3 
dəfə yeridilir 
İnhibitordan müdafiə 
olunmuş sefalosporindir. 
Komponentlərin nisbəti 
1:1-dir. 
Enterobacteriaceae
Acinetobacter spp., 
B.fragilis qarşı yüksək 
aktivlik. 
Göstərişlər: ağır, 
polirezistent və qarışıq 
(aerob-anaerob) mikroflora 
ilə törədilən əsasən, 
nozokomial infeksiyalar. 
Klinik protokol Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin
İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanmışdır.

 
32
Yüklə 2,37 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   16




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin