Azərbaycan Respublikası Səhiyyə Nazirliyi kollegiyasının 20 noyabr 2009-cu il tarixli



Yüklə 2,37 Mb.
Pdf görüntüsü
səhifə4/16
tarix27.01.2017
ölçüsü2,37 Mb.
#6527
1   2   3   4   5   6   7   8   9   ...   16

KARBAPENEMLƏR QRUPU 
Karbapenemlər (imipenem və meropenem) 
β-laktamlara aiddirlər. Müxtəlif 
lokalizasiyalı ağır infeksiyalar zamanı ehtiyat preparatları kimi tətbiq olunurlar, lakin 
həyati təhlükəli infeksiyalarda birinci növbəli (təxirəsalınmaz) terapiya hesab edilirlər. 
Təsir mexanizmi 
Karbapenemlər bakterisid təsir göstərirlər. 
Aktivlik spektri 
Karbapenemlər qrammüsbət, qrammənfi və anaerob mikroorqanizmlərə qarşı 
təsir edirlər. 

 
Qrammüsbətlər – stafilokoklar (MRSA-dan başqa ), S.pneumoniae daxil 
olmaqla streptokoklar, qonokoklar, meninqokoklar. 

 
Qrammənfilər – 
Enterobacteriaceae ailəsi (bağırsaq çöpü, klebsiella, protey, 
enterobakter, sitrobakter, asinetobakter, morqanella ). 

 
Anaeroblar – spor əmələ  gətirənlər (C.difficile-dən başqa ) və spor əmələ 
gətirməyənlər (B. fragilis daxil omaqla). 

 
Karbapenemlər həmçinin III-IV nəsil sefalosporinərə və inhibitordan müdafiə 
olunmuş penisillinlərə rezistent ştamlara qarşı aktivdirlər. 

 
Protey, serrasi, H.influenzae,  B.cepacia-ya qarşı aktivlik bir qədər aşağıdır 
(S.maltophilia davamıdır). 
Karbapenemlərə qarşı mikroorqanizmlərin ikincili davamlılığı (P.aeruginosa-
dan başqa) nadir hallarda əmələ gəlir. 
Göstərişlər 
Ağır, başlıca olaraq, polirezistent və qarışıq mikroflora ilə törədilən 
nozokomial infeksiyalar. 

 
ATY-nin infeksiyaları (pnevmoniya, ağciyər abssesi, plevranın empieması) 

 
SÇY-ın ağırlaşmış infeksiyaları 

 
Intraabdominal infeksiyalar 

 
Kiçik çanaq orqanlarının infeksiyaları 

 
Sepsis 

 
Dəri və yumşaq toxumaların infeksiyaları 

 
Sümük və oynaqların infeksiyaları (yalnız imipenem) 

 
Endokardit (yalnız imipenem) 

 
Neytropeniyası olan pasiyentlərdə bakterial infeksiyalar 

 
Meningit (yalnız meropenem) 
Əks göstərişlər 

 
Karbapenemlərə allergik reaksiyalar. İmipenem/silastatinə həmçinin silastatinə 
allergik reaksiya olduqda tətbiq etmək olmaz. 
Əlavə təsirlər 

 
Allergik reaksiyalar: səpgi, övrə, Kvinke ödemi, qızdırma, bronxospazm, 
anafilaktik şok 

 
Yerli reaksiyalar: flebit, tromboflebit 
Klinik protokol Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin
İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanmışdır.

 
33

 
MBT: qlossit, hipersalivasiya, ürəkbulanma, qusma, nadir hallarda diareya
psevdomembranoz kolit 

 
MSS: imipenem MSS-nə stimullaşdırıcı  təsir göstərə bilər: başgicəllənmə, 
huşun pozulması, tremor, qıcolmalar (bir qayda olaraq, yalnız imipenemin 
istifadəsi zamanı) 

 
Digərləri: hipotenziya (çox vaxt sürətlə vena daxilinə yeritdikdə) 
Ehtiyat tələb edən hallar 

 
Allergiya: Allergik reaksiyalar bütün karbapenemlərə çarpazdır, 50% 
pasiyentlərdə isə penisillinlərə çarpaz allergiya mümkündür. 

 
Neyrotoksikilik: İmipenem meningitin müalicəsində tətbiq olunmur. 

 
Hamiləlik: Hamilə qadınlarda tətbiqinə, yalnız tətbiq olunduqda mümkün olan 
faydası potensial riskdən çox olan hallarda yol verilir.   

 
Döşlə əmizdirmə: Südverən qadınlarda, mütləq zərurət halları istisna olmaqla, 
tətbiq olunması arzu edilməzdir. 

 
Pediatriya: Meropenemin 3 aya qədər uşaqlara təsiri və  təhlükəsizliyi müəyyən 
edilməmişdir, ona görə də onu bu yaş qrupunda istifadə etmək olmaz. 

 
Heriatriya: 60-65 yaşdan yuxarı pasiyentlərdə imipenemin qıcolma aktivliyi 
riski artır, ona görə də müvafiq nəzarət tələb olunur. 

 
Venadaxili yeritmə:  İmipenemin v/d yeridilməsini tədricən infuziya şəklində 
aparmaq lazımdır. 0,125-0,5 q dozaları 20-30 dəq. ərzində, 0,75-1,0 q dozaları 
isə 40-60 dəq.  ərzində yeridilməlidir. Daha sürətlə yeritdikdə, ürəkbulanma, 
qusma, hipotenziya, flebit, tromboflebitin əmələ  gəlmə riski artır. 
Ürəkbulanma yarandıqda, yeritmə sürətini azaltmaq lazımdır. Meropenemi 
həm infuziya, həm də sınaq üsulu ilə ( 5 dəq. ərzində) yeritmək olar. 
Dərmanlarla qarşılıqlı təsiri 
Kabapenemləri digər  β-laktamlarla (penisilinlərlə, sefalosporinlərlə  və ya 
monobaktamlarla) antaqonizmə görə birgə tətbiq etmək olmaz. Eyni şprisdə və ya 
infuzion sistemdə kabapenemləri digər vasitələrlə qarışdırmaq məsləhət görülmür. 
Pasiyent üçün məlumat 
Müalicə zamanı  əhvalın dəyişməsi, yeni əlamətlərin  əmələ  gəlməsi haqqında 
həkimə məlumat vermək lazımdır. 
Cədvəl 3. Karbapenemlər qrupu DV-ləri. Əsas səciyyəsi və tətbiq xüsusiyyətləri. 
DV-nin adı DV-nin 
forması 
Dozalanma rejimi

 
DV-nin xüsusiyyətləri 
İmipenem/ 
silastatin 
İnf./üçün toz. 
0,5 q flakonda 
Ə/d iny/üçün toz 
0,5 q flakonda 
V/d:  
Böyüklər: 0,5-1,0 q 6-8 
saatdan bir (4,0 q/gün.-dən 
çox olmayaraq)  
Uşaqlar: 
3 aya qədər: “AMDV-in 
uşaqlarda tətbiqi” fəsilinə 
bax; 
Meropenemə nisbətən 
qrammüsbət kokklara qarşı 
daha aktivdir, lakin 
qrammənfi çöplərə qarşı az 
aktivdir. Daha geniş 
göstərişlərə malikdir, lakin 
meningit zamanı tətbiq 
edilmir. 
                                                 

Böyrəklərin normal funksiyası zamanı
 
Klinik protokol Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin
İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanmışdır.

 
34
3 aydan yuxarı bədən 
kütləsi 40 kq-dan az 
olduqda 

 15-25 mq/kq 6 
saatdan bir; 
40 kq-dan çox olduqda isə 

 böyüklərdə olduğu kimi 
(lakin 2,0 q/gün.-dən çox 
olmayaraq) 
Ə/d: 
Böyüklər: 0,5-0,75 q 12 
saatdan bir. 
Meropenem  İnf./üçün toz  
0,5 q; 1,0 q 
flakonda 
V/d: 
Böyüklər: 0,5-1,0 q 8 
saatdan bir; 
meningit zamanı 2,0 q 8 
saatdan bir. 
3 ay. böyük uşaqlar: 10-
20 mq/kq 8 saatdan bir; 
meningit, mukovissidoz 
zamanı – 40 mq/kq 8 
saatdan bir (lakin 6 
q/gün.-dən çox 
olmayaraq) 
İmipenemdən fərqləri: 
-
 
qrammənfi bakteriyalara 
qarşı daha aktivdir; 
-
 
stafilokok və streptokoklara 
qarşı az aktivdir; 
-
 
böyrəklərdə inaktivləşmir; 
-
 
qıcolma aktivliyinə malik 
deyil; 
-
 
nadir hallarda ürəkbulanma 
və qusma törədir; 
-
 
sümük və oynaqların 
infeksiyalarında, bakterial 
endokarditdə tətbiq edilmir; 
-
 
3 aya qədər olan uşaqlara 
tətbiq edilmir; 
-
 
5 dəq. ərzində şırnaq 
şəklində yeritmək olar. 
-
 
ə/d dərman forması yoxdur 
 
Klinik protokol Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin
İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanmışdır.

 
35
MONOBAKTAMLAR QRUPU 
Monobaktamlardan klinik praktikada bir antibiotik - aztreonam tətbiq olunur. 
Təsir mexanizmi 
Aztreonam bakterisid təsirə malikdir. 
Aktivlik spektri 

 
Aztreonam aerob qrammənfi floranın hasil etdiyi bir-çox β- laktamazalara 
qarşı aktivdir, eyni zamanda stafiokokkların, bakteroidlərin və GSBL β- 
laktamazaları ilə parçalanır. 

 
Enterobacteriaceae ailəsi (E.coli. enterobakter, klebsiella. protey, seerrasiya, 
sitrobakter, providensiya, morqanella), P.aeruginosa,  Aminoqlikozidlərə, 
ureidopenisillinlərə və sefalosporinərə davamlı nozokomial ştamlara 
qarşı aktivdir: 

 
Aztreonam asinetobakterlərə, 
S.maltophilia,  B.cepacia, qrammüsbət kokklara 
və anaeroblara təsir etmir. 
Göstərişlər 
Aztreonam aerob qrammənfi bakteriyaların törətdiyi infeksiyaların 
müalicəsində ehtiyat dərman vasitəsidir. 

 
ATY-nin infeksiyaları (xəstəxanadan kənar və nozokomial pnevmoniya) 

 
Intraabdominal infeksiyalar 

 
Kiçik çanaq orqanlarının infeksiyaları 

 
SÇY-ın infeksiyaları 

 
Dərinin, yumşaq toxumaların, sümüklərin və oynaqların infeksiyaları 

 
Sepsis 
Aztreonamın dar antimikrob təsir spektrini nəzərə alaraq, ağır ineksiyaların 
empirik terapiyası zamanı onu qrammüsbət kokklara (oksasillin, sefalosporinər, 
linkozamidlər, vankomisin) və anaeroblara (metronidazol) qarşı aktiv olan AMDV-
la birgə təyin etmək lazımdır. 
Əks göstərişlər 
Anamnezdə aztreonama allergik reaksiyalar. 
Əlavə təsirləri 

 
MBT: qarın nahiyəsində ağrı və ya diskomfort, ürəkbulanma, qusma, diareya 

 
Qaraciyər: sarılıq, hepatit 

 
MSS: baş ağrı, başgicələnmə, huşun dolaşıqlığı, yuxusuzluq 

 
Allergik reaksiyalar: səpgi, övrə, anafilaktik şok 

 
Yerli reaksiyalar: v/d yeritdikdə flebit, ə/d yeritdikdə inyeksiya yerində ağrı və 
şişkinlik 
Ehtiyat tələb edən hallar 

 
Allergiya:. Digər  β-laktamlara sürətli tipdə allergiyası olan (övrə, anafilaktik 
şok) pasiyentlərlə ehtiyatlı olmaq lazımdır. Penisillinlərə çarpaz allergiya 
səciyyəvi deyil, lakin seftazidimə çarpaz allergiya halları təsvir edilmişdir. 

 
Hamiləlik: Aztreonam plasentadan keçir və dölün sistem qan cərəyanına daxil 
olur. Bu dövrdə tətbiqi arzu edilməzdir. 
Klinik protokol Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin
İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanmışdır.

 
36

 
Döşlə  əmizdirmə: Aztreonam ana südünə ananın qan zərdabındakı 
səviyyəsinin 1%-dən az konsentrasiyada daxil olur. MBT-da sorulmur. 

 
Pediatriya:  Uşaqlarda aztreonama arzu edilməyən reaksiyalar böyüklərdəki 
kimi ola bilər. 

 
Heriatriya: Yaşlı adamlarda böyrəklərin funksiyasının azalması ilə  əlaqədar 
olaraq aztreonamın dozasının azaldılması lazım ola bilər. 
Dərmanlarla qarşılıqlı təsiri 

 
Aztreonamu mümkün olan antaqonizmə görə karbapenemlərlə birlikdə tətbiq 
etmək məsləhət görülmür.  

 
Eyni  şprisdə  və ya infuzion sistemdə aztreonamı digər dərmanlarla 
qarışdırmaq lazım deyil. 
 
Pasiyent üçün məlumat 
Müalicə zamanı  həkimə  əhvalın dəyişməsi və ya yeni əlamətlərin  əmələ 
gəlməsi haqqında məlumat vermək. 
Cədvəl 5. Monobaktam qrupu vasitələri.Əsas səciyyəsi və tətbiqi xüsusiyyətləri 
DV-nin adı DV-nin 
forması 
Dozalanma rejimi

 
DV-nin xüsusiyyətləri 
Aztreonam 
İny./üçün toz. 
0,5; 1,0 q flak 
V/d və ya ə/d: 
Böyüklər: 3,0-8,0 q/gün 3-
4 dəfə yeridilir; 
Göy-yaşıl irin çöpü 
infeksiyası zamanı – 12,0 
q/gün.-ya qədər; 
SÇY-ın infeksiyaları 
zamanı – 1,0-3,0 q/gün 2-3 
dəfə yeridilir 
Uşaqlar:  
1 aya qədər: “Uşaqlarda 
AMDV-ın tətbiqi” fəsilinə 
bax; 
1 aydan böyük: 30 mq/kq 
6-8 saatdan br; 
mukovissidoz zamanı - 
50mq/kq 6 saatdan bir 
Aerob qrammənfi 
bakteriyalarla törədilən 
infeksiyalar zamanı 
ehtiyat preparatdır. 
Böyrəklərin 
funksiyasının pozulması 
zamanı doza düzəldilir 
(“Böyrək və qaraciyər 
çatışmazlığı olan 
pasiyentlərdə AMDV-
nin tətbiqi” fəsilinə bax.). 
Qaraciyər sirrozu zamanı 
doza 20-25% azaldılır. 
                                                 

 
Böyrək və qaraciyərin normal funksiyası zamanı 
Klinik protokol Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin
İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanmışdır.

 
37
AMİNOQLİKOZİDLƏR QRUPU 
Hal-hazırda aminoqlikozidlərin 3 qrupu müəyyənləşdirilir. 
Aminoqlikozidlərin təsnifatı 
I nəsil 
II nəsil 
III nəsil 
Streptomisin Gentamisin 
Amikasin 
Neomisin Tobramisin 
Kanamisin Netilmisin 
 
Təsir mexanizmi 
Aminoqlikokzidlər bakterisid təsir göstərirlər. Penisillinlər və sefalosporinlərlə 
birgə tətbiq etdikdə bəzi qrammüsbət və qrammənfi aerob mikroorqanizmlərə qarşı 
sinergist təsir müşahidə edilir. 
Təsir spektri 

 
II və III nəsil aminoqlikozildər  Enterobacteriaceae 
ailəsi
 
qrammənfi 
mikroorqanizmlərə 
(E.coli, Proteus spp., Klebsiella spp., Enterobacter spp., 
Serratia spp. və s.), eyni zamanda ferment ifraz etməyən 
qrammənfi çöplərə 
(P.aeruginosa, Acinetobacter spp.) münasibətdə dozaasılı bakterisid təsir göstərir 
 

 
Aminoqlikozidlər MRSA təcrid olunmaqla, stafilokoklara qarşı münasibətdə 
aktivdirlər
 

 
Streptomisin və kanamisin M.tuberculosis-ə təsir göstərirlər
  

 
Amikasin 
M.avium və digər atipik mikobakterilərə qarşı daha aktivdir
 

 
Streptomisin və gentamisin enterokoklara təsir edirlər
 

 
Streptomisin taun, tulyaremiya, brusellyoz törədicilərinə qarsı aktivdir
 

 
Aminoqlikozidlər 
S.pneumoniae,  S.maltophilia,  B.cepacia, anaeroblara 
(Bacteroides spp., Clostridium spp. və s.) münasibətdə qeyri-aktivdirlər.  
Göstərişlər 
Empirik terapiya (əksər hallarda törədicidən asılı olaraq β-laktamlar, 
qlikopeptidlər və ya antianaerob vasitələrlə birgə təyin edlirlər): 

 
Naməlum etiologiyalı sepsis 

 
İnfeksion endokardit 

 
Posttravmatik və postoperasion meningitlər 

 
Nozokomial pnevmoniya (ventilyasion pnevmoniya da daxil olmaqla) 

 
Pielonefrit 

 
İntraabdominal infeksiya 

 
Kiçik çanaq orqanlarının infeksiyası 

 
Diabetik pəncə 

 
Posttravmatik və postoperasion osteomielitlər 

 
Septik artrit 
 
Klinik protokol Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin
İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanmışdır.

 
38
Yerli terapiya 

 
Göz infeksiyaları – bakterial konyunktivit və keratit 
Spesifik terapiya 

 
Taun (streptomisin) 

 
Tulyaremiya (streptomisin, gentamisin) 

 
Brusellyoz (streptomisin) 

 
Vərəm (streptomisin, kanamisin) 
Antibiotikoprofilaktika 

 
Yoğun bağırsaq üzərində aparılan cərrahi  əməliyyatlardan öncə bağırsaqların 
dekontaminasiyası (neomisin və ya kanamisin eritromisinlə birgə). 
Məsləhət deyil 

 
Aminoqlikozidləri xəstəxanaxaric pnevmoniyaların müalicəsində istifadə 
etmək olmaz. Bu aminoqlikozid qrupu antibiotiklərinin pnevmokoklara qarşı 
aktivliyinin olmaması ilə əlaqədardır.  

 
Şigellyoz və salmonellyozun terapiyası üçün aminoqlikozidlərin təyini düzgün 
deyil, belə ki, onlar hüceyrədaxili lokalizə olunan mikroorqanizmlərə 
münasibətdə qeyri-effektivdir. 

 
Aminoqlikozidləri sidikçıxarıcı yolların ağırlaşmamış infeksiyalarında, 
törədici digər az toksik antibiotiklərə davamlı olan hallardan başqa, təyin 
etmək məsləhət görülmür. 

 
Aminoqlikozidlərin, həmçinin dəri infeksiyalarının müalicəsi üçün yerli 
tətbiqi, mikroorqanizmlərə qarşı tez bir zamanda rezistentliyin inkişafına görə 
məsləhət görülmür.  

 
Aminoqlikozidlərin güclü toksikliyi üzündən qarın boşluğunun drenajı  və 
irriqasiyası məqsədilə tətbiqindən çəkinmək lazımdır. 
Aminoqlikozidlərin dozalanma qaydaları 

 
Böyüklərdə aminoqlikozidlərin təyini 2 rejimdə həyata keçirilə bilər: ənənəvi, bu 
zaman onlar gündə 2-3 dəfə yeridilir və bütün gün ərzində birdəfəyə yeridilir.  

 
Aminoqlikozidlərin gündəlik dozasının birdəfəyə yeridilməsi terapiyanı 
optimallaşdırmağa və qrupun nefrointoksikasiyasını azaltmağa imkan verir. 
Lakin təyinatın bu rejimi infeksion endokarditin müalicəsində istifadə 
edilməməlidir. 

 
Aminoqlikozidlərin doza seçiminə pasiyentin bədən çəkisi, infeksiyanın 
lokalizasiyası və ağırlığı, böyrəklərin funksiyası kimi amillər təsir göstərirlər. 

 
Parenteral yeridilmə zamanı bütün aminoqlikozidlərin dozası  bədən çəkisi 
kiloqramına uyğun hesablanır.  

 
Meningit, sepsis, pnevmoniya və digər ağır infeksiyalar zamanı 
aminoqlikozidlərin maksimal dozaları, sidikçıxarıcı yolların infeksiyalarında – 
minimal və ya orta dozaları təyin edilir. Maksimal dozaları yaşlı şəxslərə təyin 
etmək olmaz. 
Klinik protokol Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin
İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanmışdır.

 
39

 
Böyrək çatışmazlığı olan pasiyentlərdə aminoqlikozidlərin dozaları mütləq 
azaldılmalıdır. Bu ya dozanı azaltmaq, ya da yeridilmə intervalının artırılması 
ilə əldə edilir.  
Əks göstərişlər 

 
Aminoqlikozidlərə qarşı allergik reaksiya 
Əlavə təsirləri 

 
Böyrəklər: nefrotoksik təsir susuzluğun artması, sidiyin miqdarının artması və 
ya azalması, böyrək filtrasiyasının azalması, qan zərdabında kreatinin 
səviyyəsinin  yüksəlməsilnə təzahür edir. Nəzarət ölçüləri: sidiyin müntəzəm 
klinik müayinəsi, hər 3 gündən bir qanda kreatinin səviyyəsinin və böyrək 
filtrasiyasının təyini (bu göstəricinin 50% azalması zamanı 
aminoqloikozidlərin qəbulu dayandırılır).  

 
Ototoksiklik:  eşitmənin zəifləməsi, qulaqlarda küy, qulaqların “tutulması” 
hissi. Profilaktik tədbirlər: audiometriyanın aparılması da daxil olmaqla eşitmə 
funksiyasına nəzarət. 

 
Vestibulotoksiklik:  hərəkət koordinasiyasının pozğunluğu, başgicəllənmə. 
Profilaktik tədbirlər: xüsusi sınaqların aparılması da daxil olmaqla vestibulyar 
aparat funksiyasına nəzarət. 

 
Sinir-əzələ blokadası: tənəffüs  əzələlərinin tam iflicinin inkişafına qədər 
tənəffüsün ləngiməsi təhlükəsilə sinir-əzələ blokadası mümkündür. Yardım 
tədbirləri: vena daxilinə kalsium xlorid, antixolinesteraz DV-nin yeridilməsi 

 
Sinir sistemi: baş  ağrısı, ümumi halsızlıq, yuxululuq, əzələ dartılmaları, 
paresteziyalar, qıcolmalar; streptomisin istifadəsi zamanı üzdə və ağız boşluğunda 
göynəmə, keyimə hissiyatının və ya paresteziyaların yaranması mümkündür. 

 
Allergik reaksiyalar: (səpgi və s.) nadirən rast gəlinir 

 
Yerli reaksiyalar: (vena daxilinə yeridildikdə) nadirən qeyd edilir. 
Ehtiyat tələb edən hallar 

 
Hamiləlik: Aminoqlikozidlər plasentadan keçərək dölə nefrotoksik təsir 
göstərə bilirlər. Ananın hamiləlik zamanı aminoqlikozidlər (streptomisin, 
tobramisin) qəbul edən anaların uşaqlarında ikitərəfli geriyə dönməyən 
karlığın yaranması haqda məlumatlar vardır.  Hamilələrdə  təyini həyati 
göstərişlər zamanı mümkündür.  

 
Döşlə  əmizdirmə: Aminoqlikozidlər  aşağı konsentrasiyada ana südünə 
keçirlər. Südəmər uşaqların bağırsaq mikroflorasına təsiri mümkündür. 
Neomisin südverən analara əks-göstərişdir. Digər aminoqlikozidləri ehtiyatla 
təyin etmək lazımdır. 

 
Pediatriya: Südəmər uşaqlarda yüksək dozada tətbiqi zamanı stupor, əzginlik, 
tənəffüsün dərin ləngiməsi və ya koma ilə  təzahür edən MSS-nin ləngiməsi 
qeyd edilmişdir. Yenidoğulmuş  və yarımçıqdoğulmuş  uşaqlarda istifadəsi 
zamanı ehtiyatlı olmaq lazımdır. 

 
Heriatriya: Yaşlılarda aminoqlikozidləri az toksik antibiotiklərin tətbiqi 
mümkün olmayan hallarda təyin etmək lazımdır.  
 
Klinik protokol Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin
İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanmışdır.

 
40
DV ilə qarşılıqlı təsiri 

 
Bir  şprisdə  və ya infuzion sistemdə  β-laktam antibiotiklərlə  və ya heparinlə 
birgə fiziki-kimyəvi uyuşmazlığı baxımından qarışdırmaq olmaz. 

 
İki aminoqlikozidləri və ya onların digər nefro- və neyrotoksik DV-lə: 
polimiksin B, amfoterisin B, etakrin turşusu, furosemid, vankomisinlə eyni 
vaxtda təyini toksik effektlərini artırır. 

 
Sinir-əzələ blokadası inhalyasion narkoz üçün maddələr, opioid analgetiklər, 
maqnezium sulfatla birlikdə təyin etdikdə və çox miqdarda sitratlı konservantlı 
qanın köçürülməsi zamanı artmış olur. 

 
Böyrək qan dövranını pozan indometasin, fenilbutazon və digər QSİƏDV 
aminoqlikozidlərin xaricolma sürətini ləngitmiş olurlar. 
Pasiyent üçün məlumat 
Aminoqlikozidlərlə terapiya zamanı eşitmə orqanlarında, vestibulyar aparatda 
və ya sidikçıxarıcı yollarda istənilən dəyişikliyə  nəzarət etmək və onların 
yaranması zamanı həkimə müraciət etmək lazımdır. 
 
Cədvəl 6. Aminoqlikozidlər qrupu 
DV-ləri.  
Əsas səciyyəsi və tətbiqi xüsusiyyətləri 
DV-nin adı DV-nin 
forması
Dozalanma rejimi

 
DV-nin xüsusiyyətləri 
Streptomisin Toz 
iny./üçün. 
0,25 q; 0,5 q; 1,0 
q; 2,0 q 
Məhlul 
iny./üçün. 0,1 q; 
0,2 q; 0,5 q 
Parenteral: 
Böyüklər və uşaqlar: 15 
mq/kq/gün (2,0 q-dan çox 
olmamaqla) 1-2 dəfə yeridilir 
Uşaqlar - 20 mq/kq/gün 
birdəfəyə yeridilir, həftədə 2 
dəfə 
Daha nəzərə çarpan oto  
və vestibulotoksiklik. 
Göstəriş: vərəm (I sıra 
vasitəsi, infeksion 
endokardit, brusellyoz, 
tulyaremiya, taun, 
siçovul dişləməsindən 
sonra yara infeksiyası  
Neomisin 
Tabl. 0,1 q və 
0,25 q 
Daxilə:  
Böyüklər: 0,5 q hər 6 saatdan 
bir 1-2 gün ərzində 
Ən toksik 
aminoqlikoziddir. 
Yoğun bağırsaq 
üzərində aparılan planlı 
cərrahi əməliyyatönü 
bağırsaqların 
dekontaminasiyası 
(eritromisinlə birlikdə) 
Kanamisin 
Tabl. 0,125 q və 
0,25 q 
Toz iny./üçün. 
0,5 q; 1,0 q 
Məhlul 
iny./üçün.  5 % 
Daxilə: 
Böyüklər: 8-12 q/gün 4 qəbula 
Parenteral: 
Böyüklər və uşaqlar: 
15 mq/kq/gün 1-2 yeridilmə 
Köhnəlmiş 
aminoqlikoziddir. 
Yüksək oto- və 
nefrotoksiklik. 
Vərəm əleyhinə DV 
kimi (II sıra vasitə) öz 
                                                 

 Normal böyrək funksiyası zamanı 
Klinik protokol Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin
İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanmışdır.

 
41
10 ml və 5  ml 
flakonda 
əhəmiyyətini qoruyub 
saxlayır. 
Yoğun bağırsaq 
üzərində aparılan planlı 
cərrahi əməliyyatönü 
bağırsaqların 
dekontaminasiyası 
(eritromisinlə birlikdə) 
Gentamisin Məhlul 
iny./üçün. 0,01 
q/amp; 0,02 
q/amp; 0,04 
q/amp; 0,06 
q/amp ampulda 
Göz damcısı. 0,3 
% 10 ml 
flakonda 
Parentera:l 
Böyüklər və 1 aydan böyük 
uşaqlar:  
3-5 mq/kq/gün 1-2 yeridilmə 
Yenidoğulmuşlar: 
bax. Bölmə «Uşaqlarda 
AMDV-nin tətbiqi» 
Yerli: 
1-2 dam. gündə 3-4 dəfə 
zədələnmiş gözə damcılanır.  
II nəsilin əsas 
aminoqlikozididir. 
I nəsil 
aminoqlikozidlərdən 
fərqi: - P.aeruginosa-ya 
qarşı aktivdir (lakin hal-
hazırda əksər ştamları 
rezistentdir); 
M.tuberculosis-ə təsir 
göstərmir; 
- streptomisinlə 
müqayisədə daha 
nefrotoksikdir, nisbətən 
az oto- və 
vestibulotoksiklik; 
Nozokomial 
infeksiyaların  empirik 
müalicəsi zamanı 
mikrofloranın regional 
rezistentlik göstəriciləri 
nəzərə alınmalıdır. 
Yüklə 2,37 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   16




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin