Azərbaycan Respublikası Səhiyyə Nazirliyi kollegiyasının 20 noyabr 2009-cu il tarixli


Müalicə  Kəskin diareyası olan pasiyentlərdə maye və elektrolit balansının bərpası  müalicənin əsas prinsipidir. (A)



Yüklə 2,37 Mb.
Pdf görüntüsü
səhifə14/16
tarix27.01.2017
ölçüsü2,37 Mb.
#6527
1   ...   8   9   10   11   12   13   14   15   16

Müalicə 
Kəskin diareyası olan pasiyentlərdə maye və elektrolit balansının bərpası 
müalicənin əsas prinsipidir. (A) 
Orta ağır və ağır diareyaı olan, həmçinin orta ağır və ağır dərəcəli “səyahətçi” 
diareyası olan pasiyentlərdə xinolonlarla 3-5 gün empirik terapiya aparılmalıdır. (A) 
Orta ağır və  ağır dərəcəli diareyası olan yaşlı  şəxslərdə  həmçinin 
antibiotiklərlə empirik terapiya aparılmalıdır (xinolonlarla). (D)  
Orta ağır və  ağır  Şigellyoz infeksiyası olan bütün xəstələr antibiotiklərlə 
müalicə almalıdırlar. Yüngül infeksiyası olan xəstələr gigiyenik şəraiti yaxşı olan 
tibb müəssisəsində nəzarət olunmalıdırlar. (B)  
Bağırsaq salmonellyozu olan bəzi pasiyentlər müalicə olunmalıdırlar (D)

 
Hərarəti yüksək və intoksikasiyası olanlar  

 
Dizenteriyası olanlar (nəcisdə qanın olması) 

 
Yaşlı pasiyentlər 

 
İmmun sistemi zəif olanlar 
Campilobacter infeksiyası olan bəzi xəstələr antibiotiklərlə müalicə 
olunmalıdır (B)

 
İmmun sistemi zəif olanlar 

 
Yaşlı pasiyentlər 

 
Orta ağır və ağır dizenteriyası olan sağlam şəxslər  

 
Bakteremiyası olan şəxslər 
Enterotoksik  Escherichia coli infeksiyası olan pasiyentlər antibiotiklərlə 
müalicə olunmalıdırlar. (A) 
Escherichia coli (EHEC), xüsusilə    Escherichia coli O157:H7 infeksiyası 
(ehtimal olunan və ya sübut olunmuş) olan pasiyentlər  antibiotiklərlə müalicə 
olunmamalıdırlar. (A) 
Vibrio cholera infeksiyası  təsdiq olunmuş bütün pasiyentlər antibiotiklərlə 
müalicə olunmalıdır. (A) 
Yüngül formalı  Clostridium difficile infeksiyası olan pasiyentlərdə 
simptomatik müalicə təyin olunmalı və diareyaya səbəb olan antibiotiklə müalicə 
dayandırılmalıdır. (B) 
Orta ağır və  ağır formalı  Clostridium difficile infeksiyası olan pasiyentlərə 
daxilə qəbul üçün metronidazol və ya vankomisin təyin olunmalıdır. (A) 
Klinik protokol Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin
İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanmışdır.

 
127
Cədvəl 30. Törədicisi müəyyən edilməmiş diareyanın müalicəsi 
Törədici  
Böyüklər 
Shigella spp., 
Enteroinvaziv E.coli 
Aeromonas spp. 
Plesiomonas spp. 
Flüorxinolonlar  
Norfloksasin 0,4 q hər 12 saatdan bir  3-5 gün 
Siprofloksasin 0,5 q hər 12 saatdan bir  3-5 gün 
Ofloksasin 0,2 q hər 12 saatdan bir  3-5 gün  
Ko-trimoksazol 0,96 q hər 12 saatdan  
Salmonella spp. 
Yüngül formada «sulu» diareyada antibiotiklərlə müalicə 
göstərilməmişdir.  
Ağır formalarda və yanaşı xəstəliklər olduğu zaman – 
flüorxinolonlar (daxilə və ya parenteral).  
Norfloksasin 0,4 q hər 12 saatdan bir  5-7 gün 
Siprofloksasin 0,5 q hər 12 saatdan bir  5-7 gün 
Ofloksasin 0,2 q hər 12 saatdan bir  5-7 gün  
Seftriakson 1.0-2.0 q gündə 1 dəfə 5-7 gün 
S.typhi 
S.paratyphi A, B, C 
Siprofloksasin 0.5 hər 12 saatdan bir 10 gün  
Seftriakson 2.0 q gündə 1 dəfə 10 gün  
Campylobacter 
spp.
*
*
 
Eritromisin 0.5 q hər 6 saatda 5 gün 
Flüorxinololonlar: 
Norfloksasin 0,4 q hər 12 saatdan bir  5-7 gün 
Siprofloksasin 0,5 q hər 12 saatdan bir  5-7 gün 
Ofloksasin 0,2 q hər 12 saatdan bir  5-7 gün  
V.cholerae 
Siprofloksasin 1.0 birdəfəlik    
Norfloksasin 0.4 hər 12 saatdan bir 3 gün  
Doksisiklin 0.3 q birdəfəlik 
V.parahaemolyticus Antibiotiklərin effektivliyi sübut olunmayıb, tetrasiklinlərin, 
flüorxinolonların istifadəsi mümkündür  
E.coli O157:H7 
Antibacterial terapiyanın səmərəliliyi təsdiq olunmamışdır; 
vəziyyətin pisləşməsi ehtimalı vardır  
Y.enterocolitica 
Ko-trimoksazol 0.96 hər 12 saatdan bir 
Flüorxinolonlar: 
Norfloksasin 0,4 q hər 12 saatdan bir  5 gün 
Siprofloksasin 0,5 q hər 12 saatdan bir  5 gün 
Ofloksasin 0,2 q hər 12 saatdan bir  5 gün  
                                                 
*
 Campylobacter spp. yüksək yayıldığı regionlarda kotrimoksazol və eritromisinlə kombinə olunmuş 
empirik  terapiyanın aparılması tövsiyə olunur 
 
Klinik protokol Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin
İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanmışdır.

 
128
Seftriakson 1.02.0 gündə 1 dəfə 5 gün 
E.histolytica 
Metronidazol 30mq/kq/gün 3 dəfəyə 8-10 gün  
G.lamblia 
Metronidazol 0.25 mq hər 8 saatdan bir 7 gün 
Müxtəlif törədicilər tərəfindən yaranmış  kəskin diareya zamanı effektiv olan 
AMV-lərin  haqqında məlumata əsaslanaraq, empirik terapiya üçün göstərişləri və 
sxemi  əsaslandırmaq olar. Böyüklərdə seçim dərman vasitələri kimi 
flüorxinolonlar, uşaqlarda isə, ona qarşı davamlılığın yayılmasına baxmayaraq, 
kotrimoksazoldan istifadə tövsiyə olunur.   
Cədvəl 31. Kəskin diareyanın empirik terapiyası 
Klinik sindrom  
Böyüklərdə müalicə  
Fekaliyalarda bağırsağın 
iltihab əlamətləri olmayan 
sporadik “sulu” diareya halları 
Antimikrob terapiya göstərilmir  
 
Fekaliyalrda iltihab əlamətləri 
və qızdırma ilə müşayiət 
olunan sporadik diareya 
halları  
Norfloksasin 0,4 q hər 12 saatdan bir  3-5 gün 
Siprofloksasin 0,5 q hər 12 saatdan bir  3-5 gün     
Ofloksasin 0,2 q hər 12 saatdan bir  3-5 gün  
 
Klinik protokol Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin
İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanmışdır.

 
129
FƏSADLAŞMAMIŞ SİDİK YOLLARI İNFEKSİYALARININ 
MÜALİCƏSİNDƏ ANTİMİKROB VASİTƏLƏRİN TƏTBİQİ 
Sidik yollarının kəskin, fəsadlaşmamış infeksiyaları özünə  kəskin sistit və 
kəskin pielonefrit hallarını daxil edir.  
Sidik Yollarının İltihabi (SYİ) xəstəlikləri əksər hallarda heç bir risk faktoru 
olmayan, başqa sözlə böyrəklərin və sidik çıxarıcı yolların anatomik anomaliyası, 
funksional pozğunluğu və infeksiya riskini artırmaqla müalicənin effektivliyini 
aşağı salan yanaşı xəstəlikləri olmayan qadınlarda rast gəlinir. 20-40 yaş arasında 
olan qadınların 25-35%-də meydana çıxan belə epizodlar həkimlər tərəfindən sidik 
yollarının fəsadlaşmamış infeksiyaları kimi qiymətləndirilir.  
Sidik yolları infeksiyalarının fəsadlaşmış  və ya fesadlaşmamış olub 
olmamasının ayırd edilməsi vacibdir, çünki bu faktor müalicədən  əvvəl və sonra 
müayinə  və müşahidənin aparılmasına, antimikrob dərmanların seçilməsinə  və 
müalicənin müddətinə  təsir edir. İnfeksiyanın başlanğıcı  hər iki halda oxşar 
olduğundan onların ayırd edilməsi problem törədir. Aşağıda göstərilən faktorlar 
onların ayırd edilməsini asanlaşdırmaq məqsədilə təqdim olunmuşdur: 
SYİ-ların fəsadlaşmaq ehtimalını artıran faktorlar : 

 
Kişi cinsi 

 
Yaşlılar 

 
Xəstəxanadaxili yoluxmuş infeksiya 

 
Hamiləlik 

 
Sidik yollarının kateterizasiyası 

 
Yaxın zamanlarda sidik yollarında müdaxilənin aparılması 

 
Sidik yollarının funksional pozulmaları və ya anatomik anomaliyası  

 
Yaxın zamanlarda antibakterial dərman vasitələrindən istifadə 

 
Simptomların 7 gündən çox davam etməsi 

 
Şəkərli diabet 

 
İmmunosupressiya 
Kliniki məlumatın məhdud olduğu halda bu faktorlar həkimə daha dərin 
müayinənin və müalicənin aparılması haqqında qərar verməyə kömək edir. Adətən 
hamilə olmayan pre-menopauzalı qadında kəskin dizuriya, tezləşmiş sidik ifrazı və 
yüngül - orta ağır pielonefrit əlamətləri meydana çıxarsa və bu əlamətlərin əmələ 
gəlməsindən əvvəl qadında yaxın zamanlarda instrumental müayinə, antibiotiklərlə 
müalicə aparılmamışdırsa, eyni zamanda onda sidik-cinsiyyət üzvlərində 
anomaliyalar aşkar olunmamışdırsa, bu qadında aşağı (sistit) və ya yuxarı 
(piyelonefrit) fəsadlaşmamış sidik yollarının infeksiyasını ehtimal etmək olar.  
Etiologiya 
Fəsadlaşmamış sidik yollarının infeksiyaları əksər hallarda (70-95%) E. Coli, 5-15 
%- isə  Staphylococcus saprofiticus  tərəfindən törədilir. Nadir hallarda infeksiya 
digər Enterobactericeae olan Proteus vulgaris və mirabilis və Klebsiella tərəfindən 
törədilə bilər. 
Hamilə olmayan, premenopauzalı qadınlalrda fəsadlaşmamış kəskin sistit 
Fiziki müayinəyə əlavə olaraq diaqnostika üçün ağ və qırmızı qan hüceyrələri 
və nitritlər daxil olmaqla, sidik müayinəsinin aparılması tövsiyə olunur. 
Klinik protokol Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin
İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanmışdır.

 
130
Kloniyaların 
≥10
3
 k.ə.v. uropatogen/mL miqdarda olması kliniki əhəmiyyətli 
bakteriuriya hesab olunur. (B). Antibiotiklərlə  qısa 3 günlük müalicə kursu onun 
riayət olunması, iqtisadi səmərəliliyi və əlavə təsirlərinə görə effektiv hesab olunur. 
(A) 
Trimetoprim sulfametoksazol (3-5 gün) yalnız uropatogenlərin TMP qarşı  
rezistentliyi 20%-dən aşağı olan yerlərdə ilk seçim dərmanı kimi tövsiyə oluna 
bilər  (A). Digər hallarda  flüorxinolonlar (3 gün) (levofloksasin, norfloksasin, 
ofloksasin, pefloksasin, siprofloksasin), fosfamisin trometamol, nitrofurantoin (5-7 
gün), 3-cü sıra sefalosporinlər (3 gün) (sefpodoksim-proksetil 100 mq gündə 2 
dəfə, siprofloksasin 250 mq gündə 2 dəfə) alternativ dərmanlar kimi tövsiyə 
olunur. Fosfomisin trametolol bir dəfəyə təyin olunur.  
Müalicənin effektivliyini qiymətləndirmək üçün sidik analizinin aparılması 
kifayətdir. Asimptomatik pasiyentlərdə müalicədən sonra sidiyin əkilməsi 
aparılmaya bilər.  Əlamətlər keçməsə və ya 2 həftə ərzində əlamətlər təkrarlanarsa,  
sidiyin əkilməsi və antibiotiklərə həssaslıq testi aparıla bilər (D).  
Hamilə olmayan, premenopauzalı qadınlarda fəsadlaşmamış kəskin pielonefrit 
Kəskin pielonefrit zamanı böyür nahiyəsində  ağrı, ürəkbulanma və qusma, 
yüksək hərarət (
>38
0
C) və ya qabırğa-onurğa sütunu bucağında gərginliyin olması 
kimi  əlamətlər  əmələ  gələ bilər. Sistit əlamətləri (dizuriya, tezləşmiş sidik ifrazı) 
olmaya bilər. Fiziki müayinəyə əlavə olaraq diaqnostika üçün sidiyin ağ və qırmızı 
qan hüceyrələrinə  və nitritlərə müayinəsinin aparılması tövsiyə olunur. Sidiyin 
bakterioloji müayinəsində koloniyaların 
≥10
4
 k.y.v. uropatogen/mL miqdarda 
olması kliniki əhəmiyyətli bakteruriya hesab olunur (C)
Sidik yollarının obstruksiyası və ya böyrək daşı xəstəliyini istisna etmək üçün 
yuxarı sidik yollarının USM-ni aparmaq lazımdır. Əgər pasiyentdə müalicədən 72 
saat sonra yüksək hərarət qalarsa urolitiaz, renal və periferik absesi istisna etmək 
məqsədilə kompüter tomoqrafiyası, ekskretor uroqrafiya, radioizotop 
skannerləşdirmənin aparılması tövsiyə olunur (C).  
Yüngül və orta ağır hallarda birinci sıra dərmanlar kimi 7 gün ərzində daxilə qəbul 
olunan flüorxinolonlar  tövsiyə olunur (E.coli-nin onlara qarşı rezistentliyi 
<10% olan 
sahələrdə) (A). E.coli-nin flüorxinolonlara qarşı yüksək rezistentliyi olan zonalarda və 
onlara qarşı əks göstəriş olan hallarda (Hamiləlik, laktasiya, yeniyetmələr) daxilə qəbul 
olunan 2-ci və 3-cü nəsil sefalosporinlərdən istifadə etmək olar (B).  
Qram pozitiv törədicilərə aminopenisillin + 
β laktamaza inhibitoru 
kombinasiyası tövsiyə olunmalıdır.  (B). Daha ağır hallarda pasiyent xəstəxana 
şəraitində, pasiyentin vəziyyətinə  və  həssaslığa uyğun olaraq parenteral 
flüorxinolonlar (siprofloksasin və levofloksasin), 3-cü nəsil sefalosporinlər 
aminopenisillin + 
β laktamaza inhibitorundan və aminoqlikoziddən  istifadə etmək 
tövsiyə olunur (B). 
Pasiyentin vəziyyəti yaxşılaşandan sonra daxilə  qəbul olunan flüorxinolonlar 
və trimetoprim-sulfametoksazolla müvafiq olaraq 1 və 2 həftə  ərzində müalicəyə 
keçmək olar (B).  
Müalicədən sonra simptomlar qeyd olunmursa sidiyin bakterioloji müayinəsi 
aparılmaya bilər. Sidiyin ümumi analizinin aparılması kifayətdir.  Əlamətləri 2 
Klinik protokol Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin
İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanmışdır.

 
131
həftə  ərzində qayıdan qadınlarda sidiyin əkilməsi, antibiotiklərə  həssaslıq testi 
aparılmalı və sidik yollarının anomaliyası istisna olunmalıdır (C)
Qadınlarda qayıdan fəsadlaşmamış SYİ-lər 
Ədəbiyyatda qayıdan infeksiya 6 ayda 2 epizodun və  ya  12  ay  ərzində 3 
epizodun olması kimi müəyyən olunmuşdur.  
Sidik yollarının anatomik və fizioloji cəhətdən normal olmasına baxmayaraq, 
qayıdan SYİ-lər cavan, sağlam qadınlarda tez-tez rast gəlinir. 
Aşağıdakı müalicə taktikasının istifadə olunması tövsiyə olunur: 
Yatmazdan  əvvəl uzun müddət (6 ay -1 il) aşağı dozada antimikrob dərman 
vasitəsinin qəbulu.(A)  (kotrimoksazol 240 mq/ gün və ya həftədə 3 dəfə, 
nitrofurantoin 50 mq/gün). Fosfomisin trometamol – 6 ay müddətində 10 gündən 
bir 3 q dozada 
İnfeksiya əlamətləri cinsi əlaqədən sonra yarandığı halda, cinsi əlaqədən sonra 
profilaktik müalicənin aparılması (A) 
Alternativ profilaktik tədbirlərə daxildir: immunoterapiya (OM-89 
(UroVaxom,) Solco-Urovac) (B),  probiotiklərlə terapiya (C),  sidiyin 
turşulaşdırılması (C), mərcanı şirəsi (C), uve uris ekstraktı (D)
Hamiləlik zamanı SYİ 
Hamilə qadınlar arasında sidik yollarının infeksiyaları geniş yayılmışdır. 
Qadınların  əksəriyyəti infeksiyalara hamiləlikdən  əvvəl yoluxmuş olur, 
asimptomatik bakteruriyası olan qadınların 20-40% isə hamiləlik dövründə 
piyelonefrit inkişaf edir. Asimptomatik bakteruriyanın müalicəsi bu riski azaldır. 
(Asimptomatik bakteruriya – eyni növ bakteriyaların iki ardıcıl analizdə pozitiv 
əkilmə  nəticəsinin aşkar olunmasıdır). Müalicə antibiotikə qarşı  həssaslıq testinə 
əsaslanmalı  və 5-7 gün davam etməlidir. Kontrol analizlər 1-4 həftə sonra və 
doğuşdan əvvəl aparılmalıdır. 
Simptomlu SYİ-lərin  əksəriyyəti sistitlə müşayiət olunur. Hamilə olmayan 
qadınlarda istifadə olunan qısa müddətli terapiyanın effektivliyi bu hallarda sübuta 
yetirilməmişdir. Adətən 7 günlük amoksisillin, sefaleksinlə müalicə kursu tövsiyə 
olunur. Qayıdan SYİ-lərdə  aşağı dozalarda sefaleksin (125-250 mq) gecə 
yatmazdan  əvvəl qəbul etmək tövsiyə olunur. Həmçinin, cinsi əlaqədən sonra 
profilaktikanın aparılması alternantiv üsul kimi istifadə oluna bilər. (A) 
Kəskin pielonefritlərdə 2-ci və ya 3-cü nəsil sefalosporinlər və ya 
aminopenisillinlər + 
β laktamaza inhibitorun istifadəsi tövsiyə oluna bilər.  (B). 
Hamiləliyin 1-ci trimestrində xinolonların, tetrasiklinlərin, trimetoprimin istifadəsi 
əks göstərişdir, sulfanilamidlər həmçinin, hamiləliyin son trimestri də istifadə 
olunmamalıdır. 
Yüksək hərarətin salınmasının gecikməsi və yuxarı sidik yollarının 
genişlənməsi zamanı doğuşa qədər antibakterial terapiyanın aparılması  və uretral 
stentin yerləşdirilməsi istifadə oluna bilər. (C) 
Post-menopauzalı qadınlarda SYİ 
Post-menopauzalı qadınlarda kəskin sistitin antibiotikoterapiyası pre-menopauzalı 
qadınlardakı kimidir. Lakin, cavan qadınlara nisbətən qısa-müddətli terapiyanın post-
menopauza dövründə olan qadınlarda effektivliyi daha az sübuta yetirilmişdir. 
Klinik protokol Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin
İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanmışdır.

 
132
Qayıdan SYİ hallarında  şiş, obstruksiya, detruzor çatışmazlığı  və cinsi yolla 
yoluxan infeksiyaları istisna etmək üçün uroloji və ginekoloji müayinənin 
aparılması tövsiyə olunur (B)
Qayıdan SYİ hallarında intravaginal estriolla müalicə  təkrarlanan 
infeksiyaların sayını  əhəmiyyətli dərəcədə azalda bilər. Digər pasiyentlərdə 
hormonal müalicəyə antibiotiklərlə profilaktik terapiya əlavə olunmalıdır.(B) 
Kəskin pielonefritlərdə müalicə pre-menopauzalı hamilə olmayan qadınlardakı 
kimi aparılır. 
Cavan kişilərdə kəskin fəsadlaşmamış SYİ 
Kəskin fəsadlaşmamış SYİ-lər 15-50 yaş arasında olan kişilərin az hissəsində  
qeyd olunur. Belə hallarda bu pasiyentlər minimal olaraq 7 gün ərzində antibiotiklə 
müalicə olunmalıdır. (B). Yüksək hərarətlə  (
>38.0° C) keçən SYİ zamanı prostatit 
əlamətləri meydana çıxır ki, bu da qanda prostat-spesifik antigeninin müvəqqəti 
artması  və prostat vəzinin böyüməsi ilə müşayiət olunur. Yüksəlmiş  hərarətlə 
müşayiət olunan SYİ, pielonefrit, qayıdan infeksiyalar və  ağırlaşdırıcı faktorların 
mövcud olduğu zaman uroloji müayinə aparılmalıdır  (B). Terapiya minimum 2 
həftə müddətində flüorxinolonlarla aparılmalıdır, çünki prostatın prosesə  cəlb 
olunması ehtimalı yüksəkdir.(B)  
Asimptomatik bakteruriya 
Asimptomatik bakteruriya tez-tez baş verən haldır. Struktur anomaliyaları və 
funksional pozğunluqları olan şəxslərdə bakteriuriya tez-tez qeyd olunur, lakin 
sağlam insanlarda da pozitiv sidik kulturaları ola bilər. Asimptomatik 
bakteruriyanın  əlavə  təsirləri nadir hallarda baş verə bilər. Asimptomatik 
bakteruriyanın skrininqi və müalicəsi aşağıdakı hallarda aparılmır: 

 
Pre-menopauzalı hamilə olmayan qadınlar (A) 

 
Şəkərli diabeti olan qadınlar (A) 

 
Yaşlı insanlar (B) 

 
Onurğa sütununun zədələnməsi olan şəxslər (B) 

 
Sidik yollarına kateter yerləşdirilmiş pasiyentlər (kateter yerində qalan 
müddətdə) (B) 
Asimptomatik bakteruriyanın skrininq və müalicəsinin aparılması  aşağı 
hallarda tövsiyə olunur: 

 
Hamilə qadınlar (A) 

 
Prostatın transuretral rezeksiyasının aparılmasından əvvəl (A) 

 
Digər travmatik uroloji müdaxilələrin aparılmasından əvvəl (B) 
Antimikrob terapiya əməliyyatdan bir qədər əvvəl başlanmalıdır. (B) 
Klinik protokol Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin
İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanmışdır.

 
133
Cədvəl 32. Böyüklərdə sidik yolları infeksiyalarının müalicəsi üçün 
AMDV-lərin dozaları 
Doza  
Terapevtik  
Dərman vəsaiti 
Daxilə  
Parenteral  
Profilaktik 
(gündə 1 
dəfə gecə 
yatmazdan 
əvvəl) 
Amoksisillin  
0,25-0,5 q hər 8 saatdan bir 
  
  
Amoksisillin klavulanat 
0,375-0,625 q hər 8 saatdan 
bir 
1,2 q hər 6-8 
saatdan bir 
  
Sefleksin 
0,5 q hər 6 saatdan bir 
  
0,25 q 
Sefaklor 
0,25-0,5 q hər 8 saatdan bir 
  
0,25 q 
Sefuroksim aksetil  
0,25-0,5 q hər 12 saatdan bir    
  
Sefiksim  
0,2-0,4 q hər 12-24 saatdan 
bir 
  
  
Sefibuten  
0,4 q hər 24 saatdan bir  
  
  
Gentamisin, tobramisin, 
netilmisin,  
  
3-5 mq/kq/gün 1 
dəfəlik dozaya  
  
Amikasin 
  
15 mq/kq/gün 1 
dəfəlik dozaya 
  
Norfloksasin  
0,4 q hər 12 saatan bir 
  
0,2 q 
Ofloksasin  
0,2-0,4 q hər 12 saatdan bir 
0,2-0,4  q hər 12 
saatdan bir  
0,1 q 
Levofloksasin  
0,25 q hər 24 saatdan bir  
0,25-0,5 q hər 24 
saatdan bir  
  
Pefloksasin  
0,4 q hər 12 saatdan bir 
0,4 q hər 12 
saatdan bir 
0,2 q 
Siprofloksasin  
0,25-0,5 q hər 12 saatdan bir  0,2-0,4 q hər 12 
saatdan bir 
0,1 q 
Ko-trimoksazol  
0,96 q hər 12 saatdan bir  
0,96  q hər 6-8 
saatdan bir  
0,24 q 
Nitrofurantoin  
0,1 q hər 6 saatdan bir 
  
0,05 q 
Fosfomisin trometamol  
3,0 q birdəfəlik  
  
  
 
Klinik protokol Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin
İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanmışdır.

 
134
MÜXTƏLİF PASİYENT QRUPLARINDA  
ANTİMİKROB DƏRMAN VASİTƏLƏRİNİN TƏTBİQİ 
Böyrək və qaraciyər çatışmazlığı olan pasiyentlərdə antiinfeksion 
 kimyəvi preparatların tətbiqi 
Qaraciyərin funksiyası pozulduqda bəzi antibiotiklərin (makrolidlər, 
linkozamidlər, tetrasiklinlər və s.) inaktivləşməsi  əhəmiyyətli dərəcədə  ləngiyə 
bilər, hansı ki, qan zərdabında preparatların konsentrasiyasının artması və onların 
toksiki təsir riskinin yüksəlməsi ilə müşayiət oluna bilər. Bundan başqa, qaraciyər 
çatışmazlığı zamanı bu kimi AMDV-lərin arzu edilməyən təsir riskinə qaraciyər də 
məruz qalır, hansı ki, sonralar hepatositlərin funksiyasının pozulmasına gətirib 
çıxarır və qaraciyər komasının inkişaf etmək  təhlükəsini yaradır. Buna görə  də 
qaraciyər çatışmazlığının kliniki və laborator əlamətləri olduqda (bilirubinin 
səviyyəsinin, transaminazaların aktivliyinin artması), qaraciyərdə metabolizmə 
uğrayan AMDV-lərin dozasının azaldılması nəzərdə tutulmalıdır. Lakin dozalanma 
rejiminin korreksiyasına dair vahid tövsiyələr və qaraciyər çatışmazlığının 
təzahürlərinin ifadə olunmasından asılı olaraq dozanın azaldılma səviyyəsini 
müəyyən edən dəqiq meyarlar mövcud deyil. Hər bir konkret halda nəzərdə tutulan 
AMDV təyin edildikdə risk və faydanı müqayisə etmək lazımdır. 
AMDV və onların metabolitlərinin böyrək çatışmazlığı zamanı xaric 
olmasının yavaşıması onların orqanizmə toksik təsir riskini artırır. Böyrək 
çatışmazlığında bir çox AMDV-ın yarımparçalanma dövrü bir neçə  dəfə uzana 
bilər. Buna görə  də sidiklə aktiv xaric olan preparatları (amonoqlikozidlər, -
laktamlar və s.) təyin etməzdən əvvəl kretininin klirensini təyin etmək lazımdır və 
o azaldıqda ya antibiotiklərin sutkalıq dozasını azaltmaq, ya da yeritmələr 
arasındakı intervalları artırmaq lazımdır. Bu xüsusilə dehidratasiya ilə olan ağır 
böyrək çatışmazlığı üçün aktualdır. Bu zaman hətta ilk doza belə azaldılmalıdır. 
Bir sıra hallarda, aydın ifadə olunmuş ödemlər varsa, adi ilk doza (və ya hətta bir 
qədər artırılmış) lazım ola bilər, hansı ki, preparatın orqanizmin mayelərində artıq 
miqdarda paylanmasını aradan qaldıraraq, qan və toxumalarda lazımi 
konsentrasiya (bakterisid və ya bakteriostatik) əldə etməyə imkan verər.  
 
Klinik protokol Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin
İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanmışdır.

 
135
Cədvəl 33. Böyrək və qaraciyər çatışmazlığı olan pasiyentlərdə  
Yüklə 2,37 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   16




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin