Azərbaycan Respublikası Səhiyyə Nazirliyi kollegiyasının 20 noyabr 2009-cu il tarixli



Yüklə 2,37 Mb.
Pdf görüntüsü
səhifə11/16
tarix27.01.2017
ölçüsü2,37 Mb.
#6527
1   ...   8   9   10   11   12   13   14   15   16

DV-nin adı DV-nin 
forması Dozalanma 
rejimi
*
 DV-nin 
xüsusiyyətləri 
Fuzidin 
turşusununn
atrium duzu 
 
Tab.0,12 q; 
0,125 q; 0,25 q; 
2% məlhəm 15 
q-lıq tublarda  
2% gel 15 q-lıq 
tublarda  
Daxilə: 
Böyüklər: 0,5-1,0 q hər 8 
saatdan bir 
Uşaqlar: 1-5 yaş: 0,25 q hər 
8 saatdan bir 
6-12 yaş: 0,5 q hər 8 saatdan 
bir 
S. aureus ( o cümlədən 
MRSA) ilə törədilən 
infeksiyaların 
terapiyasında alternativ 
vasitə. Ağır sistem 
stafilokok infeksiyaları 
zamanı fuzidin turşusu 
                                                 
*
 Qaraciyərin normal funksiyası zamanı 
Klinik protokol Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin
İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanmışdır.

 
96
Yerli: 
Məlhəm və ya gel dərinin 
zədələnmiş səthinə gündə 1-
2 dəfə çəkilir; yanıqlar 
zamanı isə -həftədə 2-3 dəfə. 
Müalicənin davametmə 
müddəti 7-14 gündür. 
yaxşı olar ki, digər 
antistafilokok 
vasirələrlə birgə təyin 
edilsin. Yerli tətbiq 
zamanı yalnız 
stafilokolara deyil, həm 
də streptokolara qarşı 
təsir etmək üçün DV-
nin kifayət qədər 
yüksək konsentrasiyası 
yaranır. 
Göstərişlər: dərinin 
infeksiyaları; ikincili 
infeksiyalaşmış 
dermatit və ekzemalar 
Fuzidin 
turşusu 
Susp./üçün. 
qran. daxilə 
qəbul/üçün. 2,5 
q flakonda 
2%-li krem 15 q-
lıq tublarda  
1%-li göz dam. 5 
ml flakonda 
Daxilə: 
Böyüklər: 0,5-1,0q hər 8 
saatdan bir 
Uşaqlar: 
1 yaşa qədər: 50 mq/kq/gün. 
3 qəbula; 
1-5 yaş: 0,25 q hər 8 saatdan 
bir; 
6-12 yaş: 0,5 q hər 8 saatdan 
bir 
Yerli: 
Krem dərinin zədələnmiş 
səthinə gündə 1-2 dəfə çəkilir  
yanıqlar zamanı-həftədə 2-3 
dəfə. Müalicənin davametmə 
müddəti 7-14 gündür. 
Göz dam. zədələnmiş gözə 1 
dam. gündə 2 dəfə 
damcılatmaq. Müalicə gözün 
vəziyyəti normallaşdıqdan 
sonra 2 gün ərzində davam 
edirilir 
Xüsusiyyətləri və 
tətbiqi fuzidin 
turşusunun natrium 
duzuna oxşardır. 
Göz dam. gözün 
bakterial 
infeksiyalarında tətbiq 
olunur. 
Fuzidin 
turşusunun 
dietanolamin 
duzu 
İny./üçün toz  
v/d 0,25 q; 0,5 q 
flakonda 
V/d: 
Böyüklər: 0,5 q hər 8 saatdan 
bir 
Uşaqlar: 20 mq/kq 3 dəfə 
yeridilir 
Yeritməni tədricən infuziya 
(damcı üsulu) yolu ilə 2 
saatdan az olmayan vaxt 
ərzində həyata keçirirlər 
Yüksək hepatotoksik 
risk. 14 gündən artıq 
tətbiq etmək məsləhət 
görülmür 
Fuzidin 
turşusu + 
Hidrokorti-
zon asetat 
Krem 15 q-lıq 
tublarda  
Yerli: 
Dərinin zədələnmiş səthinə 
gündə 3-4 dəfə çəkirlər. 
Müalicənin davametmə 
DV gedişində allergik 
komponent olan dəri 
infeksiyalarının 
terapiyası üçündür. 
Klinik protokol Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin
İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanmışdır.

 
97
müddəti 14 gündür 
Fuzidin 
turşusu + 
Betametazon 
–17-valerat  
Krem 15 q-lıq 
tublarda 
Yerli: 
Dərinin zədələnmiş səthinə 
gündə 2 dəfə çəkirlir. 
Müalicənin davametmə 
müddəti 14 gündür. 
 
Xloramfenikol 
Xloramfenikol ilk təbii AMDV-dən biridir. Hal-hazırda vasitənin kliniki 
tətbiqi məhdudlaşdırılmışdır, belə ki, o, ciddi arzu edilməyən reaksiyalar törədir və 
ilk növbədə, sümük iliyinə toksik təsir göstərir. II sıra preparatı kimi istifadə edilir. 
Təsir mexanizmi 
Xloramfenikol bakteriostatik təsir göstərir. Yüksək konsentrasiyalarda 
pnevmokoklara, meninqokoklara, H.influenzae qarşı bakterisid təsirə malikir. 
Aktivlik spektri 

 
Xloramfenikol geniş antimikrob aktivlik spektrinə malikdir, lakin çoxillik 
isifadə prosesində bir sıra bakteriyalar davamlılıq qazanmışlar (məs. 
enterobakteriyalar). 

 
Qrammüsbət kokklar arasında DV-nə qarşı pnevmokoklar daha həssasdırlar, 
lakin bir çox penisillinorezistent ştamlar isə davamlıdırlar. 

 
Stafilokokların 30%-dən çox ştamları davamlıdırlar. 

 
Qrammənfi koklardan meninqokoklar daha çox həssasdırlar. 

 
Xloramfenikol bir çox qrammüsbət və qrammənfi çöplərə:  H.influenzae 
(ampisillinorezistent  ştamlar daxil olmaqla), E.coli,  salmonellalar,  şigellalar, 
difteriya, göyöskürək, sibir xorası, brusellyoz, taun törədicilərinə təsir edir. 

 
Xloramfenikola spiroxetalar (leptospiralar, T.pallidum), rikketsiyalar, 
aktinomisetlər həssasdırlar. 

 
DV  B.fragilis daxil olmaqla spor əmələ  gətirən və spor əmələ  gətirməyən 
anaeroblara qarşı yüksək aktivliyə malikdir. 
Göstərişlər 
Sistem 

 
Bakterial meningit 

 
Beyin absesi 

 
Salmonellyozun yayılmış (generalizə olunmuş) formaları 

 
Qarın yatalağı 

 
Rikketsiozlar: Kü-qızdırması, Skalist dağlarının ləkəli qızdırması, səpgili 
yatalaq 

 
İntraabdominal infeksiyalar 

 
Kiçik çanaq orqanlarının infeksiyaları 

 
Qazlı qanqrena 

 
Taun 

 
Sadalanan bütün infeksiyalar zamanı xloramfenikol II sıra DV-dir  
Yerli 

 
Gözün bakterial infeksiyaları 
Klinik protokol Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin
İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanmışdır.

 
98
Əks göstərişlər 

 
Xloramfenikola qarşı allergik reaksiyalar 

 
Hamiləlik 

 
Döşlə əmizdirmə 
Əlavə təsirlər 

 
Hematoloji reaksiyalar: 

 
Dönən (dozadan asılı): retikulositopeniya, trombositopeniya, anemiya, 
leykopeniya; 

 
Dönməyən (dozadan asılı deyil, genetik meyllik olan adamlarda qeyd edilir): 
pis proqnozlu, aplastik anemiya. Nadir hallarda rast gəlir (25-40 min pasiyentə 
1 təsadüf) və yerli tətbiq edilən vasitəni kəsdikdən sonra inkişaf edə bilər. 
Uşaqlarda mieloblast leykozun inkişafı ilə birgə ola bilər. 

 
Yenidoğulmuşların “boz sindromu”: qusma, qarnın köpməsi, tənəffüs 
pozğunluqları, sianoz. Sonra vazomotor kollaps, hipotermiya, asidoz da 
qoşulur. “Boz sindrom”un inkişaf etmə səbəbi qaraciyər fermentlərinin qeyri-
yetkinliyi ilə  əlaqədar olaraq, xloramfenikolun toplanaraq miokarda birbaşa 
toksik təsir göstərməsidir. Letallıq 40%-ə çatır. Yardım tədbirləri: qan dəyişmə 
və ya hemosorbsiya. 

 
Sinir sistemi: huşun pozulması, baş  ağrısı, periferik polineyropatiyalar, 
psixikanın pozulması; uzun müddət tətbiq etdikdə görmənin itirilmə təhlükəsi 
ilə görmə sinirinin nevriti inkişaf edə bilər. 

 
MBT: qlossit, stomatit, qarın nahiyəsində ağrı və ya diskomfort, ürəkbulanma, 
qusma, diareya. 

 
Yerli: yandırma, qaşınma, göz dərman formalarının istiadəsi zamanı şişkinlik. 

 
Digərləri: Yariş-Hersheymer reaksiyası (endotoksik reaksiya). xloramfenikolu 
sifilisi, brusellyozu və qarın yatalağı olan xəstələrdə istifadə etdikdə  təsvir 
edilmişdir. 
Ehtiyat tələb edən hallar 

 
Hematoksiklik: Qanın formalı elementlərinin dönən azalması mümkündür, çox 
vaxt yüksək dozalarda (gündə 4 q və daha çox) istifadə etdikdə, uzunmüddətli 
kurslar və qan zərdabında vasitə yüksək konsentrasiyada (25 mkq/ml və daha 
çox) olduqda qeyd edilir. Yenidoğulmuşlar və qaraciyər xəstəlikləri olan 
pasiyentlər risk qruplarıdır. Nəzarət üçün hər 3 gündən bir retikulosit və 
trombositlərin təyini ilə qanın kliniki analizini və  həmçinin, imkan daxilində 
TDM aparmaq lazımdır. 

 
Hamiləlik: Xloramfenikolu hamiləlik vaxtı tətbiq etmək məsləhət görülmür. 

 
Döşlə əmizdirmə: Xloramfenikol yüksək konsentrasiyada ana südünə keçir ( o 
cümlədən göz dərman formalarını istifadə etdikdə). Südverən qadınlara tətbiq 
etmək məsləhət görülmür. 

 
Pediatriya: Yenidoğulmuşlarda qaraciyərin detoksikasiyaedici funksiyası 
kifayət qədər inkişaf etmədiyi üçün xloramfenikolun toksik konsentrasiyada 
toplanmasına səbəb olaraq, “boz sindrom”un inkişaf etməsinə  gətirib çıxara 
bilər. 
Klinik protokol Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin
İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanmışdır.

 
99

 
Qaraciyərin funksiyasının pozulması: Qaraciyərin funksiyasının pozulması 
olan pasiyentlərdə TDM aparmaq lazımdır. 

 
Stomatologiya: Xloramfenikolun tətbiqi ağız boşluğunun mikrob 
infeksiyalarının tezliyinin artmasına, diş  ətinin sağalma və qan təchizatı 
proseslərinin ləngiməsinə gətirib çıxarır. Bunlar mielotoksik təsirin təzahürləri 
ola bilər. Stomatoloji müdaxilələri, imkan daxilində terapiya başlayana qədər 
qurtarmaq lazımdır. 

 
Yanaşı  sitiostatiklərlə müalicə  və ya şüa terapiyası: Xloramfenikolun 
toplanması  və sümük iliyi funksiyasının ləngiməsi, qaraciyərin funksiyasının 
pozulması şəklində toksik reaksiyalar mümkündür. 

 
Terapevtik dərman monitorinqi (TDM): Xloramfenikolla müalicənin 
təhlükəsizliyini artırmaq üçün, imkan daxilində onun qan zərdabında 
konsentrasiyasının monitorinqini aparmaq lazımdır. Terapevtik diapazon 10-
25 mkq/ml təşkil edir. Monitorinq xüsusilə yenidoğulmuşlar və qaraciyər 
xəstəlikləri olan pasiyentlər üçün zəruridir. 
Dərmanlarla qarşılıqlı təsiri 
Xloramfenikol peroral diabet əleyhinə vasitələrin (sulfanil-sidik cövhəri 
törəmələrinin), fenitoinin, varfarinin təsirini gücləndirir. 
Qaraciyərin mikrosomal fermentlərinin induktorları (rifampisin, fenobarbital 
və fenitoin) xloramfenikolun qan zərdabında konsentrasiyasını azaldırlar. 
Xloramfenikol dəmir, fol turşusu və  B
12
 vitamininin effektivliyini onların 
hemopoezə stimuləedici təsirini azaltması hesabına, zəiflədə bilər. 
Xloramfenikolu  şüa terapiyası fonunda istifadə etdikdə, həmçinin onu 
simetidin və sitostatiklərlə birgə tətbiqi zamanı  aplastik anemiyanın inkişaf etmə 
riski artır. 
Xloramfenikolu antaqonizmə görə eritromisin və linkozamidlərlə eyni vaxtda 
tətbiq etmək məsləhət görülmür. 
Pasiyent üçün məlumat 
Xloramfenikolun tablet və kapsulalarını dolu su stəkanı içməklə qəbul etmək 
lazımdır. 
Bütün terapiya kursu ərzində təyin edilmiş rejim və sxemə ciddi əməl etmək, 
dozanı ötürməmək və onu bərabər zaman fasiləsindən bir qəbul etmək. Dozanı 
ötürdükdə onu imkan daxilində tez qəbul etmək ; təxminən digər dozanın atma 
vaxtı çatdıqda qəbul etməmək; dozanı artırmamaq. 
Göz dərman formalarının istifadə qaydalarına riayət etmək. 
İmkan daxilində təkrar müalicə kurslarından çəkinmək. 
Bir neçə gün ərzində yaxşılaşma olmadıqda və ya aşağıdakı  əlamətlər: dəri 
örtüklərinin solğunluğu, boğazda ağrı, bədən hərarətinin yüksəlməsi, qeyri-adi 
qanaxma və ya qansızma, qeyri-adi yorğunluq və ya zəiflik meydana gəldikdə 
həkimlə məsləhətləşmək lazımdır. 
Qanda olan dəyişikliklərə müntəzəm nəzarət etmək. 
Şəkərli diabeti olan xəstələrdə xloramfenikolun istifadəsi zamanı sidikdə 
qlükozanın təyini testlərində yalançı müsbət nəticələr mümkündür. 
 
Klinik protokol Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin
İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanmışdır.

 
100
Cədvəl 22. Xloramfenikol. Əsas səciyyəsi və tətbiq xüsusiyyətləri. 
DV-nin adı DV-nin 
forması Dozalanma 
rejimi
*
 DV-nin 
xüsusiyyətləri 
Xloramfenikol 
Kap. 0,1 q; 0,25 
q; 0,5 q 
Tab. 0,25 q; 0,5 
q; 
İny/üçün. toz 0,5 
q; 1,0 q flakonda 
Göz dam. 0,25% 
10 ml-lik 
flakonda 
Göz linim. 1% 25 
və 30 q tubalarda 
və ya 25 q və 60 
q bankalarda  
Daxilə: 
Böyüklər: 50-100 
mq/kq/gün 4 qəbula 
1 yaşlı və böyük 
uşaqlar: 50-100 
mq/kq/gün 4 qəbula 
Parenteral: 
Böyüklər: 50-100 
mq/kq/gün 4 dəfə 
yeridilir 
Uşaqlar: 1 aya qədər: 
“Uşaqlarda AMDV-
nin tətbiqi” fəslinə 
bax. 
1 aydan böyük: 50-
100 mq/kq/gün 4 dəfə 
yeridilir 
Yerli: 
Göz dam. zədələnmiş 
gözə hər 1-4 saatdan 
bir 1-2 dam. damcılar 
Linim. Hər 3 saatdan 
bir göz qapaqlarına 
qoyurlar. 
Yüksək hematoksikiliyə 
malikdir. Hər 3 gündən 
bir retikulosit və 
trombositlərin təyini ilə 
qanın kliniki analizi 
aparılmalıdır. Qaraciyərin 
ağır patologiyası olan 
pasiyentlərə, həmçinin 
yenidoğulmuşlar üçün 
TDM aparılması zəruridir. 
Mupirosin 
Mupirosin Pseudomonas fluorescens kulturasından alınan təbii mənşəli DV-
dir. Yalnız yerli tətbiq olunur. 
Təsir mexanizmi 
Mupirosin konsentrasiyadan asılı olaraq, həm bakteriostatik, həm də bakterisid 
təsir göstərə bilər. DV-nin  yüksək yerli konsentrasiyası hesabına əksər hallarda 
bakterisid təsir edir. 
Aktivlik spektri 

 
Mupirosinin  əsas klinik əhəmiyyəti  əksəriyyət stafilokolara, o cümlədən 
MRSA, həmcinin digər AMDV-lərə davamlı  ştamlara təsir etməsindən 
ibarətdir. Mupirosinə qarşı  həmçinin A, B, C, G streptokokları  və  bəzi 
qrammənfi çöplər (P.multocida) həssasdırlar. 

 
Mupirosinin enterokoklara, Enterobacteriaceae ailəsinin nümayəndələrinə, 
P.aeruginosa, anaeroblara qarşı aktiv deyil. Mupirosinin fərqləndirici 
xüsusiyyəti dərinin normal mikroflorasının nümayəndələrinə  (Micrococcus 
                                                 
*
 
Qaraciyərin normal funksiyası zamanı
 
Klinik protokol Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin
İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanmışdır.

 
101
spp., Coryne-bacterium spp., Propionibacterium spp.) qarşı in vitro şəraitində 
aşağı aktivlik göstərməsidir. 
Göstərişlər 

 
Dəri infeksiyaları: furunkulyoz, follikulit, 
impetiqo,
 qızılyel, trofik xoralar, o 
cümlədən MRSA ilə törədilmiş infeksiyalaşmış ekzema 

 
Xarici otit (bədxassəlidən başqa) 

 
Yaralar, sıyrıntılar, yanıqlar zamanı bakterial dəri infeksiyalarının 
profilaktikası 

 
Böyük pasiyentlərdə  və tibb personalında intranazal MRS daşıyıcılığının  
eradikasiyası 
Əks göstərişlər 

 
Mupirosinə qarşı  və/və ya dərman formasının tərkibinə daxil olan istənilən 
komponentə qarşı hiperhəssaslıq 
Əlavə təsirlər 

 
Xaricə tətbiq zamanı: dərinin quruluğu, yandırma hissi, qaşınma, ağrı, səpgi, 
hiperemiya, ödem. 

 
İntranazal yeritmə zamanı: öskürək, tənəffüsün pozulması, qulaqda ağrı, baş 
ağrısı, faringit, rinit, dadın dəyişməsi. 
Ehtiyat tələb edən hallar 

 
Hamiləlik: Hamilələrdə 
təhlükəsizliyinə dair adekvat tədqiqatlar 
aparılmadığından hamiləlik zamanı tətbiq etmək məsləhət görülmür 

 
Döşlə əmizdirmə: Südverən qadınlarda tətbiq edilməsinin təhlükəsizliyinə dair 
adekvat məlumatların olmaması ilə əlaqədar olaraq, məsləhət görülmür 

 
Pediatriya: Yenidoğulmuşlarda və 12 yaşa qədər uşaqlarda mupirosinin 
intranazal yeridilməsinin təhlükəsizliyi öyrənilməmişdir, ona görə  də bu yaş 
qruplarında intranazal tətbiqi məsləhət görülmür 

 
Böyrəklərin funksiyasının pozulması: Açıq yaraların və ya yanıqların geniş 
sahəsinə  məlhəmi çəkdikdə, məlhəm  əsasının tərkibinə daxil olan 
polietilenqlikolun sorulması artır, xüsusilə böyrəklərin funksiyasının mötədil 
və ya əhəmiyyətli dərəcədə pozulması olan pasiyentlərdə nefrotoksik təsirə 
səbəb ola bilər 
Pasiyent üçün məlumat 
Preparatı müntəzəm, təxminən eyni vaxtda istifadə etmək lazımdır.Təqribən 
növbəti dozanın tətbiq olunma vaxtı çatdıqda, buraxılmış dozanı  tətbiq etmək 
olmaz. Dozanı artırmaq olmaz 
İstifadə olunan dərman formasının tətbiq olunma göstərişlərinə ciddi riayət 
etmək. Dermatoloji məlhəmi intranazal yeritmək olmaz 
Dermatoloji məlhəmi tətbiq etməzdən  əvvəl  əlləri sabunla yumaq və yaxşı 
qurutmaq lazımdır. Az miqdarda DV-ni dərinin zədələnmiş sahəsinə çəkib,  səliqə 
ilə sürtürlər. Lazım olduqda zədələnmiş sahələri tənzif sarğı ilə sarıyırlar 
Klinik protokol Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin
İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanmışdır.

 
102
Nazal məlhəmi hər tətbiq etdikdən sonra udlağın arxa divarına DV-nin 
maksimal keçməsini təmin etmək üçün burun qanadlarını 1 dəqiqə ərzində yüngül 
masaj etmək lazımdır 
Nazal mupirosini digər intranazal yeridilən DV-lərlə eyni vaxtda istifadə 
etmək məsləhət görülmür 
Mupirosinin gözə düşməsindən çəkinmək lazımdır, belə ki, o, bir neçə gün və 
hətta həftə  ərzində davam edən yandırma hissi və gözlərin sulanmasını    törədə 
bilər.  
Əhəmiyyətli dərəcədə  qıcıqlanma, qaşınma, səpgi meydana gəldikdə 
mupirosinin istifadəsini kəsmək və həkimə müraciət etmək lazımdır. 
Cədvəl 23. Mupirosin. Əsas səciyyəsi və tətbiq xüsusiyyətləri. 
DV-nin adı DV-nin 
forması 
Dozalanma rejimi 
DV-nin xüsusiyyətləri 
Mupirosin Derm. 
məlh. 2%-li 
15 q-lıq tublarda  
Nazal məlhəm.  
2%-li 3 q-lıq 
tublarda   
Derm. məlhəmi dərinin 
zədələnmiş sahəsinə 
gündə 3 dəfə 10 gün 
ərzində çəkilir. 
Nazal məlhəmi hər 
burun keçəcəyinə kibrit 
çöpü başı miqdarında  
gündə 2-3 dəfə 5-7 gün 
ərzində yeridilir. 
Göstərişlər: 
Derm. məlhəm – dəri 
infeksiyaları, trofik 
xoralar, infeksiyalaşmış 
ekzema; xarici otit 
(bədxassəlidən başqa); 
- yaralar, sıyrıntılar, 
yanıqlar zamanı 
bakterial dəri 
infeksiyalarının 
profilaktikası. 
Tərkibində 
polietilenqlikol var. 
Nazal məlhəm: 
- böyük pasiyentlərdə və 
tibb personalında 
nazofaringeal MRSA 
daşıyıcılığının 
eradikasiyası. 
12 yaşa qədər uşaqlarda 
təhlükəsizliyi 
öyrənilməmişdir. 
 
Klinik protokol Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin
İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanmışdır.

 
103
VƏRƏM ƏLEYHİNƏ DƏRMAN VASİTƏLƏRİ 
Vərəm  əleyhinə  dərman vasitələrinin müasir təsnifatı onların antibakterial 
aktivliyi, təsir mexanizmi, farmakokinetikanın əsas parametrləri, biomənimsəmə və 
farmakodinamika xüsusiyyətlərini nəzərə almaqla tərtib olunmuşdur. Lakin vərəm 
əleyhinə  dərman vasitələrinin müasir təsnifatını  təyin edən  əsas faktor vərəm 
mikobakteriyalarının  dərmanlara qarşı rezistent olmasıdır.  
Hal-hazırda vərəməleyhinə dərman vasitələri  aşağıdakı kimi təsnif olunurlar: 
1-ci sıra vərəməleyhinə dərman vasitələri: (vərəmin dərman vasitələrinə qarşı 
həssas olan vərəmdə, bəzi hallarda isə (həssaslıq saxlanıldığı halda) dərmanlara 
davamlı vərəmin müalicəsində istifadə olunurlar) 
 
İzoniazid  
 
Rifampisin 
 
Etambutol  
 
Pirazinamid  
 
Streptomisin 
2-ci sıra vərəməleyhinə  dərman vasitələri: (dərmanlara davamlı  vərəm 
formaların müalicəsində müstəqil şəkildə və ya 1-ci sıra preparatlarla birgə istifadə 
olunur) 
 
Kanamisin  
 
Aamikasin 
 
Kapreomisin 
 
Ftorxinolonlar 
 
Tiamidlər (etionamid, protionamid)  
 
PAST 
 
Sikloserin 
3-cü sıra (bu dərman vasitələrinin vərəm mikobakteriyalarına qarşı aktivliyi 
aşağıdır, istifadəsi klinik təcrübədə deyil, yalnız laborator təcrübədə göstərilmişdir ) 
 
Amoksisillin/klavulan turşusu 
 
Klaritromisin 
 
Klofamizin 
 
Tioasetazon 
Hal-hazırda vərəmin müalicəsi üçün yeni dərman vasitələri üzrə  tədqiqatlar 
aparılır. Yeni nəsil flüorxinolonlar, imipenemlər, metronidozol törəmələri, 
linezolid kimi dərman vasitələrinin istifadəsi nəzərdən keçirilir. 
1-ci sıra vərəm əleyhinə dərman vasitələri 
İzoniazid 
Təsir mexanizmi 
Bölünmə mərhələsində olan bakteriyalara bakterisid, sakitlik mərhələsində olanlara 
isə bakteriostatik təsir göstərir.  
Göstərişlər 

 
Müxtəlif lokalizasiyalı vərəmin müalicə və profilaktikası 
 
Klinik protokol Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin
İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanmışdır.

 
104
Əks-göstərişlər 

 
DV-nin fərdi qəbul olunmaması 

 
Epilepsiya 

 
Ağır psixozlar 

 
Qıcolmalara meyllilik 

 
Anamnezdə poliomielitin olması 

 
İTHV-ə qarşı anamnezdə toksik hepatit 

 
Kəskin qaraciyər və böyrək çatışmazlığı 
Əlavə təsirləri 

 
Qaraciyər:  hepatotoksiklik (rifampisinlə kombinasiya və müalicə  ərəfəsində 
spirtli içkilərin qəbulu risk amilləridir) 

 
Sinir sistemi: periferik neyropetiya, görmə sinirinin nevriti və atrofiyası, əzələ 
dartılmalari və ya generəlizə olunmuş  qıcolmalar, hissiyat pozğunluqları, 
ensefalopatiya, intaksikasion toksikoz 

 
Endokrin sistemi: ginekomastiya, qadınlarda dismenoreya, “kuşinoid” 
sindrom, hiperqlikemiya 

 
Allergik reaksiyalar: səpgi, titrətmə 

 
MBS: qarında diskomfort 

 
Ürək-qan damar sistemi: arterial hipertenziya, yaşlılarda miokard işemiyasının 
güclənməsi 

 
Yerli reaksiya: vena daxilinə yeridilmə zamanı flebit 

 
Digərləri:  doza artıqlığı — ürəkbulanma, qusma, görmə  və  eşitmənin 
pozğunluğu, qeyri-adekvat nitq, tənəffüsün ləngiməsi, stupor, koma, 
qıcolmalar.  
Yüklə 2,37 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   16




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin