İxtisas: Tətbiqi geodeziya Fənnin adı: Tətbiqi fotoqrammetriya Qrup: M478a



Yüklə 451.86 Kb.
səhifə1/4
tarix16.11.2019
ölçüsü451.86 Kb.
  1   2   3   4
Azərbaycan Respublikası Təhsil Nazirliyi

Azərbaycan Memarlıq və İnşaat Universiteti

Fakültə: Magistratura Mərkəzi

İxtisas: Tətbiqi geodeziya

Fənnin adı: Tətbiqi fotoqrammetriya

Qrup: M478a

Tələbə: Kərimli Azər

Müəllim: Mütəllibova Şəfəq

Mövzu: Rəqəmli elektron xəritələrin tərtibində fotoqrammetrik üsullardan istifadə


R E F E R A T


BAKI-2019

P L A N

Yer səthinin şəkillərinin alınması

Aerofotoaparatlar və uçan aparatlar.

Fotoşəkillərin transformasiya

Rəqəmsal xəritələrin hazırlanması üçün pilotsuz uçuş aparatlarından istifadə

Relyefin rəqəmsal modelinin təqdim etmə üsulları

ƏDƏBİYYAT SİYAHISI

Yer səthinin şəkillərinin alınması

S

a c



A` C`

A K B` C

D B

Aeroftotopoqrafik planalmada Yer səthinin şəkilləri fotoqrafik üsullarla alınır. Bu proses uçma, planalma mərhələsi adlanır və uçan aparatlardan həyata keçirilir. Əsas məqsəd fotoşəkillərin uyğun tələb-lərinə görə alınmasından və sonralar həmin şəkillərin xususi cihazlar-da işlənməsini təmin etməkdir. Aerofotoplanalmanı aerofotoşəkillərin sayına və vəziyyətinə görə təsnif edirlər.



―bir marşurutlu

―marşurutlu

―sahə üzrə

Təsnifat həmçinin optik oxun vəziyyətinə görə həyata keçirilir. Plan üzrə və perspektiv. Miqyasa görə fotoşəkilçəkmə aşağıdakıları əhatə edir.

Böyük miqyaslı (1:10000 və daha böyük)

Orta miqyaslı (1:10000―1:35000)

Kiçik miqyaslı (1:35000 və daha kiçik)

― tək aerofotoplanalmada hər hansı bir kiçik ərazi üzrə planalma aparılır və aerofotoşəkillər bir-birini örtür.

― marşrut boyu aerofotoplanalma müəyyən zolaq üzrə yer səthini şəkillərinin örtülməsini əhatə etməklə planlaşdırılır.

Iki qonşu şəkillər arasındakı marşrut boyu ötmə uzununa ötmə adlanır. Uzununa ötmə adətən tələblərə uyğun olaraq iki qonşu şəkil arasında 60%-dən yuxarı olmamalıdır. Bütün hallarda üç qonşu şəkil bir-birini örtür. Bu isə fotoqrammetriyanın ölçmə və hesablama proseslərinin ən vacib məsələlərindən birini əhatə edir.

Marşrut boyu planalma düzxətli, sınıqxətli, əyrixətli ola bilər. Marşrut boyu planalmada iki qonşu aerofotoşəkil arasında və ya aerotəsvir arasında uzunluq və ya uzununa ötmələr olur. Uzununa ötmənin qiyməti 60% olur.

Marşrut arasıda yəni iki qonşu marşrutun bir-birini ötməsi eninə ötmə adlanır. Qiyməti 20%-40% olur. Sahəvi və ya çox marşrutlu planalmada Yer səthinin müəyyən ərazisi bir marşrutla əhatə oluna bilməz. Buna görə də bir-birinə paralel bir neçə marşrutlarla ərazi əhatə olunur və bu marşrutlara karkaz marşrutı və ya dolama marşrutları deyilir. Bu halda marşrutlar bir-birini örtür, belə örtmə eninə örtmədir.





Plan üzrə AFP-da, yəni AFA-ların optik oxu Yer səthinə perpen-dikulyar olduğu halda imkan dairəsində şəkillərin üfiqi vəziyyətdə olması təmin edilir. Əgər AFŞ-lərin meyl bucağı 2°-dən çox olarsa , bu halda şəkillər həndəsi baxımdan yararsız sayılır.

Perspektiv AFP-da hər hansı bir bucaq altında həyata keçirilir.

Perspektiv Plan üzrə



ɛ≤2°


Bir çox helikopter, vertalyotlardan aparılır. AFP-nın əsas və geniş tətbiq olunduğu növü plan üzrədir. Müxtəlif miqyasda aparılır və bütün hallarda şəkilçəkmə yüksəkliyindən və fokus məsafəsindən asılıdır. Yer səthinin şəkillərini təyyarədən alarkən məqsədinə görə, məsələn. Topoqrafik xəritələri almaq məqsədilə müxtəlif nöqtələrdən planalma aparılır və bütün şəkillər bir-birini örtməlidir. Əgər planalma birbaşa Yer səthindən aparılarsa, yəni fototeodalitlə planalma aparılarsa eyni ilə müxtəlif nöqtələrdən planalma aparılır və bütün şəkillər bir-birini örtür.



Поделитесь с Вашими друзьями:
  1   2   3   4


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə