№01 (07) may 2012 №01(07) may 2012



Yüklə 5,04 Kb.
Pdf görüntüsü
səhifə3/17
tarix07.04.2017
ölçüsü5,04 Kb.
#13626
1   2   3   4   5   6   7   8   9   ...   17

Ə
nvər  Əbluc  1947-ci  ildə  Beyləqanda  anadan  olub. 
1964-68-ci illərdə M.Əliyev adına Azərbaycan Döv-
lət Mədəniyyət və İncəsənət İnstitutunun, 1968-73-cü 
illər də Moskvada Ümumittifaq Dövlət Kinematoqra-
fiya  İnstitu tunun  rejissorluq  fakültəsində  təhsil  alıb.  “Dənizə 
çıxmaq  qorxu ludu”  (1973,  qısametraj),  “Firəngiz”  (1975), 
“Qara gölün cənga vərləri” (1984), “Bircəciyim” (1986), “Pən-
cərə” (1991), “Ağ atlı oğlan” (1995) bədii filmlərini çəkib. Ötən 
ilin sonunda rejissor on beş illik fasilədən sonra çəkdiyi “Tərsinə 
çevril miş dünya” tammetrajlı bədii filmini təhvil verdi. Narkotik 
alveri və İran və Azərbaycan hüquq-mühafizə orqan ları nın ona 
qarşı birgə mübarizəsindən bəhs edən ekran əsəri “Azər bay can-
film”  kinostudiyası  və  İranın  “Sədra-film”  kino şir kəti nin  müş-
tə rək istehsalıdır. Ssenari müəllifi Çingiz Abdul la yev, quru luş çu 
operatoru Kənan Məmmədov, quruluşçu rəs samı Rafis İsma yılov, 
bəstəkarı Oqtay Rəcəbovdu. Rolları Azər baycandan Rasim Bala-
yev, Fuad Poladov, İlham Əsgərov, Sona Mikayılova, Məmməd 
Səfa, Qorxmaz Əlili, Elnur Kərimov, Günel Məm mədova, İran-
dan Məhəmmədrza Forutan, Humayun İrşadi, Əyyub Danişvər 
və başqaları canlandırır. 
Ənvər Əbluc: 
HEÇ KƏS ÖZ AYRANINA 
TURŞ DEMƏZ”

25
Ənvər müəllim, çoxdandı, heç yerdə görünmürsünüz. 
– Yox, niyə ki. Ehtiyac duyulanda, mənim də də deməyə sözüm olanda görünürəm. 
Həmişə eyni sözü təkrar eləmək olmur, axı. Gərək nəsə bir yeni söz deyəsən. Yeni söz 
demək də çox çətindi.
● “Ağ atlı oğlan"dan sonra on beş illik fasilə və “Tərsinə çevrilmiş dünya”.. Bir 
az film barədə danışa bilərsiniz? Bu film ekşn janrındadı. Əvvəlki işlərinizdən 
köklü surətdə fərqlənir. Niyə məhz, bu janrı seçdiniz?
– Dediyiniz kimi, mən on beş ildi, bədii film çəkmirdim. Amma şükürlər olsun 
ki, “Azərbaycantelefilm” Yaradıcılıq Birliyində görkəmli şəxsiyyətlər haqqında on iki 
sənədli film çəkmişəm. Məsələn, bu sırada doktor Cavad Heyəti, Məhəmməd Biriya, 
Məhəmmədhüseyn  Şəhriyar  və  başqa  görkəmli  şəxsiyyətlər,  o  cümlədən  qardaşım 
Həsən  Əbluc  da  var.  Sənətdən  uzaqlaşa  bilməzdim.  Görünür,  xəmirim  bu  sənətlə 
yoğrulub.  Alverə,  ticarətə  keçə  bilməzdim,  keçsəydim  də,  bacarmazdım.  Bu  illər 
ərzində Mədəniyyət Nazirliyinə müxtəlif mövzular təklif eləyirdim. Təəsssüf, mənim 
təkliflərim nazirliyin kino şöbəsinin qurduğu planlara uyğun gəlmirdi. Bilirəm ki, bir 
çox  görkəmli  yazıçılar,  ssenaristlər  də  yazırdılar.  Yəqin,  onların  yazdıqları  mövzu 
cəhətdən qaneedici olmayıb...
● Sözünüzü kəsirəm, amma bilmək olar, hansı mövzularda işləmək istəyirdiniz?
– Gizli mövzular deyil. Birincisini Əkrəm Əylisli ilə işləmişdim. Onun çox gözəl 
bir povesti var – “Kür qırağının meşələri”. Çox əla əsərdi, psixoloji mövzudadı. Mənə 
elə  gəlir,  imkan  yaratsaydılar,  çox  gözəl  film  alınardı.  Bu  povesti  şedevr  sayıram. 
Sonra bizim gözəl yazıçımız Natiq Rəsulzadənin “Xor müğənnisi” əsəri. Bunu böyük 
məmnuniyyətlə çəkmək istəyirdim. Amma görünür, bu da onları qane eləmədi. Səbəbini 
özləri bilirlər. Sonra mənə bu filmi (“Tərsinə çevrilmiş dünya” nəzərdə tutulur – red.) 
təklif elədilər. Ssenarisini Çingiz Abdullayev yazıb. Sözün düzü, o vaxta qədər Çingizi 
Quruluşçu operator 
Kənan Məmmədov


01
 (0
7)
 m
ay
 2
01
2-
ci
 il
26
oxumamışdım. Ümumiyyətlə, detektiv janrının həvəskarı deyiləm. Ara­sıra Aqata Kris ti­
ni, Simenonu oxuyurdum. Amma filmin mənə veriləcəyi barədə söhbət başlayanda Çin­
giz Abdullayevin beş­altı povestini, romanını oxudum. Yəni, onsuz da biz elə təhsil almı­
şıq ki... Moskvada oxumuşuq, pis­yaxşı peşəkar rejissor sayılırıq. Nəyi təklif eləsələr, onu 
baca rdığımız kimi peşəkar səviyyədə çəkməyə çalışmalıyıq. Mən də yavaş­yavaş Çin  giz 
Abdullayevin mövzularını özümə yaxınlaşdırmağa çalışdım. Ssenarini də təklif elə yəndə 
görüşdük, söhbətləşdik. Onun özünün də dediyinə görə – operatorumuz Kənan Məm mə­
dov da bunu təsdiqləyər – ssenari bitkin şəkildə deyildi. Özü dedi ki, bu onun skele tidi, 
hələ işləyəcək. Həqiqətən, müəyyən qədər bizim təklifləri də nəzərə aldı, müəy yən qədər 
özü də əlavələr elədi. Film çox böyük alına bilərdi. İndi dəbdi: birseriyalı ya zı lır, sonra 
deyirlər, mütləq iki seriya olmalıdı. Amma yəqin, bizə icazə verməzdilər. Və beləcə, mən 
ekşn janrında çəkməyə sövq olundum. Böyük məmnuniyyətlə işlədik bu filmdə.
● Ədəbi ssenariyə dəyişikliklər olundumu?
– Əlbəttə. Çingiz Abdullayevin dediyi kimi, material çiy idi, onu əsas mövzu kimi 
təsdiq eləmişdilər. Təbii ki, dəyişikliklər olmalı idi. Çingiz Abdullayev gözəl yazıçıdı, 
gözəl detektiv ustasıdı. Azərbaycanda Mehriban Ələkbərzadənin “Məhkumlar” filmin­
dən sonra ikinci dəfə idi ki, onun ssenarisinə müraciət olunurdu. Çingiz bəzi təklifləri 
qəbul edirdi, bəzilərini etmirdi, amma sonra görürdün ki, təklifi öz süzgəcindən keçirib, 
maraqlı bir epizod yaratdı. Beləliklə, ssenari tam bitkin vəziyyətə düşdü.
● Məncə, bir rejissor üçün başqasının ssenarisini götürüb işləmək çətindi. 
Üstəlik, deyirsiniz ki, mövzu sizə yad idi. Konkret hansı dəyişiklikləri elədiniz? 
Fiımi özünüzə necə yaxınlaşdırdınız?
“Tərsinə çevrilmiş dünya”, aktyorlar Məhəmmədrza Forutən və Rasim Balayev
 

27
– Elə böyük dəyişiklik olmadı. İri epizodları qısalt dıq. Mən ssenariyə ana obrazı 
əlavə eləməyi təklif etdim. Ata­oğul vardı. Elə atanı göstəririk, ata həyəcan keçirir. 
Ana isə yox idi. Film də oğul atasını satqın, xain adlandırır, ata isə, oğlunu ölümdən 
xilas  edir,  özünü  güllə  qabağına  atır.  Hekayəyə  hərarət,  istilik  gətir mək  üçün  ana 
məhəb bəti də göstərsəydik, yaxşı olardı. Mən təklif elədim ki, ana oğluna sillə vursun. 
Onu  başa  salsın  ki,  ata  haqqında  pis  danışmaq  olmaz. Üstəlik,  ana  oğlunun  haqsız 
olduğunu da bilir. Filmin rəssamı Rafiz İsmayılov da, operatoru Kənan Məmmədov 
da, Çingiz müəllim də etiraz etdilər. Amma sonra Çingiz müəllim həmin epizodu çox 
gözəl şəkildə işləyib gətirdi. Yəni, belə xırda­para dəyişikliklər eləmişik. 
● İranlılarla işləmək fikri hardan yarandı?
– İranlı həmkarlarımız bizi hər zaman kamera ilə, lentlə təmin ediblər. Bu dəfə isə 
onlardan təklif gəldi ki, əgər filmdə İranla bağlı epizodlar varsa, onda müştərək çəkək. 
Qeyd  eləyim  ki,  təklif  İran  özəl  kino  şirkətindən  gəldi.  Şükür lər  olsun,  “Nizami” 
kino teatrı artıq tam hazırdı. Amma bu təklifi aldı ğı mız vaxt nümayişi keçirəcək kino­
teatrımız yox idi. Odur ki, mən də, elə çəkiliş heyəti də təklifi böyük həvəslə qəbul 
elədik. Çünki fil min çəkiləndən sonra rəflərdə küllənməyini, tozlanmağını istəmirdik. 
İstə yirdik  ki,  əmə yimizin  nəticəsi  ekranlara  çıxsın,  camaat  da  axışıb  kinoteatrlarda 
baxsın ona. Bu şansımız yaranmışdı. Amma bir şərtlə razılaşdıq: film burada çəkilir, 
onlar da müəyyən qədər vəsait ayırırlar və film İranda da ekrana çıxır. Nə vaxt çıxacaq, 
bilmi rəm. İnşallah, yəqin ki, bizə xəbər eləyəcəklər. 
●  Gördüyüm  qədərilə,  filmin  sanballı  hissəsi  İran  aktyorlarının  üzərinə  düşür. 
Yəni, əsas qəhrəmanlar olan Bəhramini və Nazim Əliyevi iranlı aktyor oynayır. 
“Tərsinə çevrilmiş dünya” filminin çəkiliş meydançasında


01
 (0
7)
 m
ay
 2
01
2-
ci
 il
28
– Bəli.
● İranlı aktyorlara işləmək necə idi? Bizim aktyorların ifası ilə onların ifası 
arasında fərq varmı? Necə dil tapdılar? 
– Əvvəla, onlar professional aktyorlardı. Məhəmməd Rza Forutan – Nazim Əliyev 
rolunun  ifaçısı  –  İranın  superstarıdı.  Bəhrami  rolunun  ifaçısı  –  məşhur  İran  rejissoru 
Kiarostaminin aktyorudu. Əslində, ixtisasca memardı. Onu kinoya Kiarostami gətirib.
Çox gözəl aktyordu. Sonra mənə çəkildiyi filmin diskini də verdi. Əfsus ki, fars dilində 
olduğu üçün baxa bilmədim. Sonra onu rus telekanallarından birində yayımlanan “Aqora” 
adlı ispan filmində gördüm. Hətta Hollivuda da dəvət olunub. Obraza o qədər üzvi şəkildə 
girir, onun mahiyyətini, daxili aləmini elə gözəl aça bilir ki... Bir­birimizi yarımsözdən 
başa düşürdük. Təbii ki, meydançada tərcüməçilər də vardı, İran tərəfdən bizimlə işləyən 
azərbaycanlılar da çox idi. Onlar da yardım eləyirdilər. Mən də farsca bir­iki kəlmə bilirəm. 
Üstəlik, aktyorluğu bitirmişəm. Bir az sözlə, bir az mimika ilə bir­birimizi anlayırdıq... 
Bəzən məcbur olurdum, epizodu özüm göstərirdim. Hətta İranla işləmək məsələsi ortaya 
çıxmazdan əvvəl Bəhrami rolunu özüm oynamaq istəyirdim. Sonra bunu İranda rolun 
ifaçısına da dedim. Mənə dedi ki, yox, siz pis adamın rolunu oynaya bilməzsiniz. Dedim, 
elə  oynayaram. Amma  mənə  elə  gəlir,  rolunun  öhdəsindən  çox  yaxşı  gəlib.  Elə  baş 
qəhrəman Nazim Əliyevi oynayan aktyor da əla oynayıb. Çox razı qaldım. 
● İran aktyor məktəbi ilə bizim məktəb arasında fərq varmı?
– Vallah, mənə elə gəlir, hamısı Stani slavski sistemi ilə oynayır. Lap elə Amerikada 
da o sistemlə oynayırlar. Brext sistemi ilə oynayan yoxdu: “oynayıram a, baxın”. Hamı 
elə  özgələşir,  başqalaşır,  obrazın  daxili  aləmini  açıb  göstərməyə  çalışır.  Kimdəsə 
uğurlu alınır, kim dəsə yox. Bu yaxınlarda eşitdim ki, Al Paçinonu – o cür dahi aktyoru 
– ən pis rolun ifaçısı kimi mükafata təqdim eləyəcəklər. Belə şeylər də olur. Bilirsiniz, 
“Tərsinə çevrilmiş dünya”, aktyorlar Rövşən Kərimduxt, Qorxmaz Əlili
M A R K E T İ N Q   /   Ənvər Əbluc: “Heç kəs öz ayranına turş deməz...”

29
film pis olanda aktyor nə qədər cəhd eləyir, eləsin, yenə xeyri olmayacaq, heç kim o 
filmə baxmayacaq. Mənə həmişə belə deyilib. Deyilib ki, yaxşı ssenarini pis çəkmək 
olar, amma heç kim pis ssena ridən ortalığa yaxşı film çıxarda bilməz.
● Hətta rejissor da?
–  Hətta  rejissor  da.  Onda  gərək  rejissor  ssenarini  özü  təzədən  yazsın,  başdan­
ayağa öz düşüncə tərzinə uyğunlaşdırsın.
● Məncə, əgər titrlərdə rejissorun adı gedirsə, o bunu eləməlidi. Yəni, rejissor 
ssenarini yenidən yazmağa çalışsa, pis olmazdı.
– Rejissor bacardığını eləyir.
Deyirlər ki, Azərbaycan kinosunu dünyaya çıxartmağın bir yolu da müştərək 
filmlər çəkməkdir və siz belə müştərək filmlərdən birinin müəllifisiniz. İranla 
başqa hansı mövzularda müştərək film çəkmək olar?
– İran kinosu artıq iyirmi ildən çoxdu ki, öz sözünü deyib. Orda dahi rejissorlar var. 
Bu yaxınlarda iranlı rejissor Əsgər Fərhadi “Oskar” mükafatı aldı. Qonşu ölkədir. Təbii 
ki, onların uğurlarına sevinirik.
● Dediklərinizdən belə başa düşdüm ki, İran da bizimlə əməkdaşlıq eləməyə 
maraqlıdır.
– Onlar neçə illərdi gəlirlər. On dörd – on beş il qabaq İrandan gənc bir rejissor 
gəlmişdi. Cənubdan gəlib burada yaşayan, sonra vətənə qayıdan mühacir haqqında kiçik 
serial  çəkirdi.  Hərəsi  iyirmi  dəqiqədən  ibarət  səkkiz  seriyalı  serial  idi.  Ən  görkəmli 
aktyorumuzu, Allah rəhmət eləsin, Həsən Məmmədovu təklif elədim. Hətta İrana bir 
yerdə getdik, çəkilişlərdə mən də iştirak elədim. Sonra həmin rejissor Həsən Məmmədovu 
başqa  seriala  çəkdi.  Bizdə  filmin  yaradıcılarına  qonorar  verməyə  əziyyət  çəkirlər. 
İstəmirlər, aktyor, rejissor bir az çox pul alsın. Orada film öz pulunu çıxardır. Ona görə 
də aktyora, rejissora pul verə bilirlər. Amerika ilə müqayisədə demirəm, amma bizimlə 
müqayisədə  İranda  qonorarlar  yük sək  olur.  Məsələn,  mən  məmnuniyyətlə  Məmməd 
Səid  Ordubadinin  “Qılınc  və  qələm”,  “Dumanlı  Təbriz”  romanlarını  ekranlaşdırmaq 
istərdim. Bu mövzuları İranla müştərək çəkmək olar. Amma bu məsələ kiminsə şəxsi 
şirkəti ilə yox, dövlət səviyyəsində həll olunsa, yaxşıdı. Yəni İran Mədəniyyət Nazirliyi 
ilə Azərbaycanın Mədəniyyət və Turizm Nazirliyi filmə hər iki dövlət tərəfindən bərabər 
vəsait  ayrılması  barədə  müqavilə  bağlaya  bilər.  Onda  müştərək  mövzular  da  tapmaq 
olar, müştərək işləmək də olar. Bizdə belə təcrübə olub. Sovet dövründə Eldar Quliyev 
“Səmt küləyi” filmini Çexoslovakiya ilə birgə çəkmişdi. Müştərək filmlərdə rejissor bir 
tərəfdən olanda, operator o biri tərəfdən olur. Rəssam buradan da olur, oradan da. Bizdə 
bütün çəkiliş heyəti müəyyənləşdirilmişdi – filmin ssenari müəllifi, rejissoru, operatoru 
– hamısı Azərbaycandan idi. O vaxt kinostudiyanın direktoru Xamis Muradov idi. Ona 
zəng edib demişdilər ki, bütün çəkiliş heyəti siz tərəfdəndi, heç olmasa, baş rolu iranlı 
aktyor oynasın. Mən də razılaşdım. Çünki mən indi işlədiyim heyətlə 84­cü ildə “Qara 
gölün cəngavərləri” filmini çəkmişdim və Ümumiittifaq kinofestivalında xüsusi mükafat 
almışdım. O niyyətlə də yenə köhnə dostlarımı yığmışdım başıma.


01
 (0
7)
 m
ay
 2
01
2-
ci
 il
30
● Filmi artıq təhvil vermisiniz, bundan sonra siz də tamaşaçısınız. “Tərsinə çevril   miş 
dünya” fil mini özünüz necə dəyərləndirirsiniz? 
– Əvvəla, heç kim öz ayranına turş demir. İkincisi də, mən yaxşı dəyərləndirirəm, 
yaxşı filmdi. Kimlərə həsr olunubsa, onların da çox xoşuna gəldi. Ümumiyyətlə isə, 
biz  bacardığımızı  eləmişik.  Çalışmışıq  ki,  Azərbaycan  polisinin  qəhrəmanlığını, 
fədakarlığını  göstərək,  çünki  onlar  buna  layiqdilər. Amma  sualınıza  qayıtsaq,  mən 
indi Cek Londonun son əsərlərini oxuyuram. Tənqidçilər onları zəif hesab eləyirlər. 
Həqiqətən də, elədi. Təkrarçılığa yol verib, əsəri tam cilalaya, işləyə bilməyib. Bununla 
belə müəllif həmin əsərləri öz yaradıcılığının zirvəsi sayır. Cəfər Cabbarlını götürək. 
Cabbarlı çox möhtəşəm əsərlərin, pyeslərin müəllifidi: “Oqtay Eloğlu”, “1905­ci ildə”. 
“Dönüş”  pyesi  onun  zəif  əsərdi,  Cəfər  Cabbarlı  onu  hamıdan  çox  istəyirdi. Yanlış 
anlamayın, bu o demək deyil ki, mən öz filmimi zəif sayıram. 
● Əksinə, belə başa düşdüm ki, siz bu filmi, az qala, yaradıcılığınızın zirvəsi 
hesab eləyirsiniz.
– Bəs necə?! On beş illik fasilədən sonra belə bir film çəkmək... Yaradıcı insan daim 
işləməlidi, “Ənvər Əbluc qurultayda, konfransda filan sözü dedi, bizi tənqid elədi” deyə, 
on beş il sənətdən uzaq laş dı rıl mamalıdı. Əgər Ənvər Əbluc arxa  nızca danışsaydı, başqa 
məsələ. Mən ki üzünüzə deyirəm. Təbrizdə Mə həm məd Biriya haqqında film çəkir  dim. 
Oranın fərmandarı bizə yün gül şam qonaqlığı verdi. Söhbət zamanı dedi ki, tənqid eləmək 
olar, abır apar maq olmaz. Yəni, tənqid də müəyyən ədəb çər çivə  sində olmalıdı, məntiqlə 
əsas lan  dırıl malıdı. Mən Ənvəri insan kimi bə yən mi rəmsə, onu tənqid etmə liyəm?! Bu, 
düzgün münasibət deyil. Müsahibə lərin birində məndən soruş dular ki, biz nə vaxt Oskar 
mükafatı alacağıq? “Artist” filmi on yeddi mil yon avroya, “Oskar”a nomi nant olan başqa 
bir film isə, yüz neçə milyona çəkilib. Amma beş nomina siyada ən böyük mükafat lar 
“Artist”ə – səssiz, ağ­qara filmə verildi. Başa düşür sünüz? Biz bir milyona çəkirik, texni­
ka mız yoxdu, aktyora pul verə, onu həvəs ləndirə bilmirik. Təbii ki, bun ların müəyyən 
səbəbləri var. Ancaq aktyor filmdə çəkilirsə, onu təmin eləmək lazımdı ki, fikri başqa 
rolda qalmasın. Şəxsən mən belə fikir lə şi rəm. Elə rejissoru da həmçinin.
● Ənvər müəllim, gələcək planlarınız nədi?
– Hələ ki, heç bir planım yoxdu.
● Filmin yorğunluğunu çıxardırsınız?
– Yox, mən film çəkiləndə zövq alıram. İşsizlikdən yoruluram. Ona görə də hələ 
işləmək istəyirəm.
● Arzu eləyirəm, daha işsiz qalmayasınız.
– Sağ olun. 
 
müsahibəni apardı Aygün Aslanlı
M A R K E T İ N Q   /   Ənvər Əbluc: “Heç kəs öz ayranına turş deməz...”

31
 
E
lxan, filminiz indi hansı mərhələdədir?
– Hazırda film montajdadı. Bu mərhələnin birinci 
yarısını bitirmək üzrəyik. Sonra səsləndirməni, musi­
qini və qrafik işləri tamamlayacağıq. Çox istərdim ki, film geniş 
tamaşaçı kütləsinə payız aylarında təqdim olunsun. Çünki yayda 
şəhərdə  adam  az  olur.  Təbii  ki,  bu,  təkcə  məndən  asılı  deyil. 
Yəqin ki, nazirliyin (Mədəniyyət və Tuzim Nazirliyinin – red.) də 
filmlə bağlı öz planları var.
● Adətən, bütün dünyada həmişə filmin hazırlıq və post-
prodakşn dövrünə daha çox vaxt ayrılır, çəkiliş prosesi 
isə qısa müddət çəkir. Sizdə necə oldu?
–  Filmdə  ən  əsas  və  ən  vacib  mərhələ  hazırlıq  dövrüdür. 
Bütün  mərhələlər  vacibdir,  amma  çəkiliş  meydançasında  əsas 
şeyləri  yaddan  çıxarda  bilirsən.  Mexaniki  hazırlığın,  fiziki 
hərəkətlərin fikri çaşdır  maq, yayındırmaq ehtimalı var. Hazırlıq 
dövrü  belə  yayınmaların  qarşısını  alır.  Hazır lıq  prosesi  fikrin 
bütövlənməsidir,  çəkilişə  beyində  hazırlaşmaqdır.  Dünya  kino 
Elxan Cəfərov:
“İNDİKİ MƏQAMDA 
HƏQİQƏT ÖZÜNÜ 
DOĞRULTMUR”
Elxan Cəfərov kinoya kiçik 
yaşlarından, aktyor kimi gəlib.  
Orta məktəbi bitirdikdən sonra Moskva 
Ümumittifaq Dövlət Kinematoqrafiya İnsti tu tunun 
aktyorluq fakültəsində təhsil alıb. Rejissor kimi fəaliyyətinə 
klip və reklam çarxları çəkməklə başlayıb. 2009-cu ildə “Qarabağdır 
Azərbaycan” adlı qısametrajlı filmini, 2010-cu ildə isə “Əlavə təsir” adlı 
ilk tammetrajlı filmini çəkib. Hazırda “Dolu” adlı ikinci tammetrajlı 
bədii filminin üzərində işləyir. 


01
 (0
7)
 m
ay
 2
01
2-
ci
 il
32
praktika sında  çəkiliş  prosesi  artıq  sırf  mexanizmə  çevrilmiş  və  keçmiş  dövrlərə 
nisbətən yaradıcılıq payı bir qədər azaldılmış prosesdir. Azərbaycanda isə, ən vacib, 
ən gərgin mərhələ çəkiliş prosesidir. Biz çalı şırıq ki, istehsalata sadəcə fikirlə hazırlaş­
mayaq. Məsələn, kinoda sadə bir şey var – “ras kad rovka”, yəni kadrlaşdırma – bütün 
filmin öncədən kadr­kadr hazırlanması. Artıq Holli vudda, ümumiyyətlə, bütünlükdə 
dünya kino istehsalatı prosesində də bunu nəinki şəkillərlə çəkirlər, hətta qrafik surətdə 
hazırlayırlar – kamera hardan­hara hərəkət elə yəcək, aktyorlar harda dayanacaq, arxada 
neçə  nəfər  olacaq  –  bunların  hamısı  qrafik  ani masiya  filmi  vasitəsilə  təsvir  olunur. 
Yəni yaradıcı iş hazırlıq prosesində tamamlanır. Biz isə, hazırlıq prosesindəki yaradıcı 
işi çəkiliş meydançasında həyata keçiririk. Çünki hələ də bir qədər sovet dövrünün 
prinsipləri ilə işləyirik, qlobal dəyi şiklikləri birdən­birə eləmək alınmır. Bizim çəkiliş 
meydançasında yaradıcılığa böyük ehtiyacımız var. Azərbaycan kinosu hazırda qlobal 
işlərin astanasındadır. Tez­tez belə bir sual eşidirəm: “Bizim filmlər nə vaxt “Oskar” 
alacaq?”. İndiki mərhələdə belə sual vermək, ən azı, qeyri­peşəkarlıqdır.
● Yəni, “Oskar”a çatmaq üçün əvvəlcə qarşıya xırda hədəflər qoyulmalıdır? 
– Bəli, məsələn, bəzi dostlarımız İran kinosunu nümunə göstərirlər. İran kinosu 
Kannda,  Venesiyada  qalib  gəlib,  indi  də  “Oskar”  aldı.  İran  bir  dövlət,  cəmiyyət, 
milli  düşüncə  olaraq  qalibdir.  Bu  çox  vacibdir.  Görün,  “Eurovision”da  birinci  yeri 
tutmağımız milli düşüncəmizə nə qədər müsbət təsir elədi?! Biz qalib gəldik, yəni, 
çoxdandır, qoxusunu unutduğumuz, havasını udmadığımız qalibiyyəti daddıq. Hansı 
formatda, harda – bu, artıq ikinci plana keçir. Birinci planda qalibiyyət faktoru dayanır. 
Məhz bu – industrial kino nöqteyi­nəzərindən, əlbəttə ki, “Oskar” hazırda kinema­
toqrafik meyardır. Amma yaradıcı yox, industrial meyardır və ona çatmaq üçün bütün 
industrial mərhələləri keçmək lazımdır. 
● Üstəlik, əgər azərbaycanlı tamaşaçı öz filmini görmürsə, hansı “Oskar”dan 
danışmaq olar? Xüsusilə də, nəzərə alsaq ki, bu, “Oskar” mükafatının 
şərtlərindən biridir.
– Bəli, film, öz ölkəsində və Amerikada, ən azı, iki həftə prokatda olmalıdır, yalnız 
bundan sonra yarışmaya qatılmağa icazə verirlər. Bu çox vacib nüanslardan biridir...
● “Dolu” filmi Qarabağ müharibəsindən bəhs edir. Bu vaxtadək bu mövzuya 
həsr olunmuş filmlərin, demək olar ki, əksəriyyəti tamaşaçıda qələbə hissi 
oyatmağa istiqamətlənib, amma süni pafosdan başqa heç nəyə nail olmayıb. 
Bircə, “Fəryad” filmi istisnadır. Neynəmək lazımdır ki, tamaşaçı ekranda baş 
verənlərə inansın, sizə inansın? 
– Bilirsiniz, “Fəryad” filmi çəkiləndə hələ heç kim heç nəyi unutmamışdı, “tez liklə 
qələbə çalacağıq” fikri hələ sönməmişdi. Ondan sonra çəkilən filmləri, onların müəl­
liflərini qınamaq olmaz. O filmlər, necə deyərlər, bir qədər “konstatasiyon” kinodu. 
Müharibə, qələbə haqqında film çəkmək üçün, ilk növbədə, yaradıcı insanın özü yüz 
yox, milyon faiz qələbəyə əmin olmalıdır, işini qələbə əzmi ilə görməlidir ki, inandıra 
bilsin.  Özü  inanmalıdır.  “Kimsə  gümani­zənn  ilə  bulmadı  həqqi”!  –  Nəsimi  deyib. 
Bəlkə, yanılırsan, bəlkə, özünü aldadırsan, amma daxilən mütləq inanmalısan. Qəşəng 
bir fəlsəfi cərəyan var, deyir ki, insanın həyatında baş verənlərin hamısı öz arzularıdı. 
M A R K E T İ N Q   /   Elxan Cəfərov: “İndiki məqamda həqiqət özünü doğrultmur...”

33
Bizim bədbəxtliyimiz də öz arzularımızın nəticəsidir, xoşbəxtliyimiz də. Sadəcə biz 
onları  düşünmədən,  bilmədən  arzulayırıq.  Bəlkə,  indi  arzularımızı  tarazlaşdırmalı, 
bir az istiqamətləndirməliyik. Biz bu gün xalq olaraq Qarabağda qalib gələcəyimizə, 
həqiqətən inansaq, qalib gələcəyik. Bizə kömək eləyən mistik, astral qüvvələr var. Bu 
dəqiqə bu balaca, rüşeym boyda olan dünyamızın taleyini doqquz planet həll eləyir. 
Sizin dediyiniz filmlərin çəkildiyi dövrdə bir ümidsizlik vardı, bu düşüncə tərzindən 
qırağa çıxmaq çox çətin idi. İndi yeni nəsil gəlib: Qarabağ müharibəsini görməmiş, 
məğlubiyyət hissini tanımayan bir nəsil. O nəsil maşın sürür, cəmiyyətin ön sıralarında 
gedir,  onun  taleyində  iştirak  edir.  O,  qələbə  əzmi  ilə  doğulub.  “Dolu”  filmi,  məhz 
həmin gənc nəslə hesablanıb. 
● Bu, təbliğat xarakterli film olacaq, yoxsa həqiqətləri də deməyə çalışmısınız?
– Sizə bir söz deyim. İndiki məqamda həqiqət özünü doğrultmur. Daha doğrusu, 
müharibədə həqiqət heç kimin tərəfində deyil, orada insanlar məhv olur. O ki qaldı 
bizim filmə... Düşünürəm ki, Aqil Abbasın yazdığı ssenaridə, Qarabağ haq qında indiyə 
qədər çəkilmiş bütün filmlərdən fərqli olaraq, o dövrdəki siyasi məsələlərə, çətin lik­
lərə, insanların düşüncələrinə xeyli açıqlama gətirilir. Təbii ki, hər şeyin mütləq bir 
arşını olmalıdır. Biz Qarabağda oturub Qarabağ haqqında film çəkməmişik, hələ orada 
deyilik.  Ancaq  bu,  filmi  patetikadan,  plakat  janrının  elementlərindən  azad  eləmir. 
“Dolu”  ilk  növbədə  ictimai­siyasi  bədii  işdir,  Romeo  və  Cülyetta  haqqında  film 
deyil. Burda patetizm də var, qəhrəmanlıq hissi də, öz xalqımıza, milli düşüncəmizə 
“Əlavə təsir” filminin çəkiliş meydançası


01
 (0
7)
 m
ay
 2
01
2-
ci
 il
34
inam  da. Axı,  biz  müharibəni  uduzmamışıq.  Müharibədə  uduzan  da  olar,  udan  da.  
Bu o demək deyil ki, qürurumuz sönməlidir. Biz göstəririk ki, baxın, adamlar necə 
qürurla döyü  şüblər, necə qəhrəmanlıqlar elə yib lər. Bəli, bu gün bütün dünya Azərbay­
ca nın  Qarabağda  təkcə  ermənilərlə  döyüş mə diyini  bilir.  Biz  böyük  Rus  imperiyası 
ilə, rus ordusu ilə döyüş müşük. Özü də top­tüfənglə yox, ata­baba qaydası ilə. Biz – 
bıçaqlaşan “sovetski” oğlanları, ürəksiz, amma tankın içində oturub güllə atan adam­
ların qarşısına çıxmışıq! Biz heç nəsiz tankın üstünə cuman oğlanlar olmu şuq! Sadəcə, 
qürurumuzla!  Belə  getmişik  döyüşə!  Bunları  göstərmək  lazımdır.  Mənim  filmimdə 
əsas budur. Bunları çəkməyə çalışmışam.
● Bundan əvvəlki filminizə baxarkən mənə elə gəlmişdi ki, sizi ssenaridən daha 
çox görüntünün cəlbediciliyi maraqlandırır. Bəs, bu dəfə vəziyyət necədi? 
– “O filmim, bu filmim” demək istəmirəm. İkisi də mənim balamdır, ikisini də çox 
istəyirəm. Amma əlbəttə ki, “Dolu”nun ssenarisi, mövzusu daha çoxşaxəlidir, daha 
mürəkkəbdir, hadisə nöqteyi­nəzərindən daha qlobaldır. Burada onlarla personaj var 
və hamısının arxasınca getməlisən, hər birinin taleyini göstərməlisən. 
Guruluşçu operator Nadir Mehdiyev (sağdan birinci)
M A R K E T İ N Q   /   Elxan Cəfərov: “İndiki məqamda həqiqət özünü doğrultmur...”

35
● Azərbaycan kinosunda hələ də ssenari müəllifi rejissordan öndədir. Ola bilsin
sovet dövründən fərqli olaraq, titrlərdə yerlər dəyişib – indi birinci rejissorun 
adı yazılır, amma çəkiliş meydançasında ssenari müəllifi, ən azından, bəzi 
ssenari müəlliflər hələ də sözü keçən adamlardır. Ssenaridə ciddi dəyişikliklər 
eləməyə icazə vermirlər və sair. Aqil Abbas sizə belə problemlər yaratmırdı?
– Rejissorla ssenari müəllifi arasında xırda toqquşmaların olması qaçılmazdır. Bu 
həm ssenarist, həm də rejissor peşəsinin gözəlliyidir. Bizdə rejisssordan tələb eləyirlər 
ki,  ssenarini  oxu,  dərhal  rejissor  ssenarisi  yaz.  Xaricdə  belə  deyil.  Orda  ssenarini 
oxuyursan,  gedirsən,  Mayamidə  üç  ay  başını  qaşıya­qaşıya  fikirləşirsən.  Bizdə  isə, 
deyirlər ki, götür, tez yaz, çək. Çəkdin? Montaj eləməmisən? Hanı kino? Azərbaycanda 
vəziyyət belədi. Aqil Abbasla filmin əvvəlində bir­iki dəfə yaradıcı çəkişməmiz oldu. 
Əvvəllər bu xətrimə də dəyirdi. Sonra onun mövqeyini məmnuniyyətlə qəbul elədim. 
Birincisi, yaşda məndən böyükdür, ona “abi” deyirəm. İkincisi, onu başa düşdüm. Ssena­
rini daha da dolğunlaşdırdı, mənim dediyim bir­iki nüansı əlavə elədi. Ssenari müəlli­
finin fikirlərini oxuya bilmək çox vacibdir. Mən Aqil Abbasla çox yaxşı dil tapdım. 
Çünki çox yaxşı, necə deyərlər, “cayıl” oğlandır, sözünü açıq deyəndir, zahirən çılğın 
görünsə  də,  ürəyi  yumşaqdır.  Ən  əsası  isə,  müharibəni  görüb.  Döyüş  səhnələrindən 
birini  çəkirdik.  Gəldi  gördü,  xüsusi  təyinatlıları  bir­birinə  qatdı.  Başladı  ki,  ay  sizə 
qurban olum, düz eləmirsiniz, belə ola bilməz. Mən də qalmışam qıraqda. Axırda onu 
bir kənara çəkdim, oturtdum. Dedim ki, sən bu dəqiqə filmin filan hissəsini görürsən, 
sən dediyin epizod isə, burdadır. Kadrları göstərdim, sakitləşdi. Uzun sözün qısası, Aqil 
Abbasla işimdən çox razı qaldım.
● Bəlkə, biz indi Qarabağı döyüş filmlərində yox, psixoloji filmlərdə göstərməyə 
çalışsaq, daha yaxşı olardı?
– Mənə elə gəlir ki, hər ikisi lazımdır. Yetər ki, doğrudan da, gözəl bir film çəkək, 
gözəl bir hadisə danışaq. “Ya bu olsun, ya da o” demək doğru deyil. Hər iki variant 
olmalıdı. Sovet kinosunda böyük vətən müharibəsi haqqında çəkilən filmlər bunun ən 
yaxşı örnəyidir. Heç bir dənə də bomba partlamayan, güllə atılmayan nə qədər gözəl 
filmlər var. Müharibə həm destruktiv, həm də konstruktiv bir hadisədir və onun hər iki 
tərəfini göstərən filmlər çəkilməlidir. 
● Elxan, siz də, yaşıdlarınız olan digər rejissorlar da tammetrajlı filmə çatana 
qədər uzun bir yol keçmisiniz. Nəhayət, arzunuza çatdınız. Amma mən bilən, 
bundan əvvəlki “Əlavə təsir” filmi də sizə nazirlik tərəfindən təklif olunmuşdu. 
Özünüzün çəkmək istədiyiniz mövzular varmı? 
– Özüm hansı mövzuları çəkmək istəyirəm? Bu barədə azad, rahat şərait olanda 
düşünəcəm. Bəlkə, tapdım. Tapsam, deyərəm. İndi, hələ ki, yalnız çəkmək istəyirəm. 
müsahibəni apardı Aygün Aslanlı 


01
 (0
7)
 m
ay
 2
01
2-
ci
 il

37
Yüklə 5,04 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   17




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin