Bulud – yer səthindən müəyyən hündürlükdə havada asılı vəziyyətdə olasu damcıları və/və ya buz kristallarının toplusuna (su buxarının kondensasiya və/vəya sublimasiyasının məhsulu) deyilir. Bulud



Yüklə 0,76 Mb.
tarix16.02.2017
ölçüsü0,76 Mb.
#8657



Bulud – yer səthindən müəyyən hündürlükdə havada asılı vəziyyətdə olasu damcıları və/və ya buz kristallarının toplusuna (su buxarının kondensasiya və/vəya sublimasiyasının məhsulu) deyilir.

  • Bulud – yer səthindən müəyyən hündürlükdə havada asılı vəziyyətdə olasu damcıları və/və ya buz kristallarının toplusuna (su buxarının kondensasiya və/vəya sublimasiyasının məhsulu) deyilir.

  • Buludlar vacib hava elementləridir. Onlar su buxarının kondensasiyası və sublimasiyasına səbəb olanb mürəkkəb termodinamik proseslər nəticəsində yaranırlar və bu proseslərin gözlə görünən nəticələridirlər. Buludların xarici görünüşü, forması, aşağı sərhəddinin hündürlüyü, şaquli və üfüqi ölçülərinə görə bilavasitə onların yaranması səbəblərini bilmək və onlarda uçuş şəraitini haqda fikir söyləmək olar.

  • Buludun yaranması üçün aşağıdakı şərtlər ödənməlidir: havanın kifayət qədər rütubətli olması, qalxan hərəkətlər və kondensasiya nüvələri (hiqroskopik toz tüstü və s. hissəcikləri).

  • Qalxan rütubətli havada su buxarının kondensasiyasına gətirib çıxaran temperaturun adiabatik düşməsi buludların yaranmasının əsas səbəbidir. Qalxan hərəkətin növündən asılı olaraq su buxarının kondensasiya və sublimasiyası nəticəsində müxtəlif fiziki xüsusiyyətlərə (mikrostruktur,sululuq) malik müxtəlif formalı buludlar yaranır.



Buludların mikrostrukturu dedikdə onların daxili fiziki quruluşu başa düşülür: bulud elementlərinin faza vəziyyəti, vahid həcmdə bulud hissəciklərinin sayı.

  • Buludların mikrostrukturu dedikdə onların daxili fiziki quruluşu başa düşülür: bulud elementlərinin faza vəziyyəti, vahid həcmdə bulud hissəciklərinin sayı.

  • Başqa sözlə, buludlar müxtəlif ölçüyə, yerləşmə və sıxlıq strukturuna malik su damcıları və buz kristallarından ibarət olurlar.

  • Mikrofiziki vəziyyətin xarakteri buludların yaranma şəraitindən asılı olub, bulud daxilində uzun müddətli uçuş zamanı təyyarələrə böyük təsir göstərir.

  • Bulud hissəciklərinin ölçüləri bir neçə millimetrdən bir neçə santimetrə qədər ola bilir.













Atmosferdə qalxan hərəkətlər olduqda və hündürlükdən asılı olaraq havanın temperaturu düşdükdə su buxarının kondensasiyası baş verir. Qalxan hərtəkətlərsu buxarını atmosferin aşağı hissəsindən daha soyuq yuxarı hissəsinə qaldırır və bu, kondensasiya və buludluğun əmələ gəlməsinə səbəb olur. Şaquli sürətin diapozonu kifayət qədər böyükdür. İrimiqyaslı şaquli sürət atmosferdə daim mövcuddur və sm/s silsiləli xarakterik qiymətlərə malikdir. Konvektiv axınlar hər zaman və hər yerdə baş vermirlər. Konvektiv axınlarda şaquli sürət saniyədə bir neçə on metrə çata bilir. Onların yaranması olduqca güclü xarakter daşıyır.

  • Atmosferdə qalxan hərəkətlər olduqda və hündürlükdən asılı olaraq havanın temperaturu düşdükdə su buxarının kondensasiyası baş verir. Qalxan hərtəkətlərsu buxarını atmosferin aşağı hissəsindən daha soyuq yuxarı hissəsinə qaldırır və bu, kondensasiya və buludluğun əmələ gəlməsinə səbəb olur. Şaquli sürətin diapozonu kifayət qədər böyükdür. İrimiqyaslı şaquli sürət atmosferdə daim mövcuddur və sm/s silsiləli xarakterik qiymətlərə malikdir. Konvektiv axınlar hər zaman və hər yerdə baş vermirlər. Konvektiv axınlarda şaquli sürət saniyədə bir neçə on metrə çata bilir. Onların yaranması olduqca güclü xarakter daşıyır.















Müxtəlif bulud növləri və onlardan düşən yağıntılar uçuşların həyata keçirilməsində müəyyən dərəcəddə çətinlik yarada bilirlər.

  • Müxtəlif bulud növləri və onlardan düşən yağıntılar uçuşların həyata keçirilməsində müəyyən dərəcəddə çətinlik yarada bilirlər.

  • Məsələn:

  • Aşağı təbəqə buludları aşağı hündürlüklərdə vizual uçuş zamanı görünüşü məhdudlaşdıraraq maneələrlə toqquşma riskini artırır. Həmçinin bu buludların aerodrom ərazisində olması şaquli görünüşü pisləşdirdiyindən təyyarənin enməsinə çətinlik yaradır.

  • Laylı-yağış buludları 500-600 m-dən bir neçə km-ə çatan qalınlığa və yüzlərlə km-ə çatan uzunluğa malik olurlar. Bu buludların soyumuş damcıları təyyarə füzelyajının soyumuş səthinə çökdükdə donurlar və bu bulularda uzunmüddətli uçuş zamanı buzbağlamaya səbəb olurlar. Məlum olduğu kimi, buzbağlama təyyarənin aerodinamik xüsusiyyətlərinin pisləşməsinə və yanacaq sərfinin artmasına səbəb olur. Həmçinin sıx buludluq və ondan düşən aramsız yağıntılaruçuşun müxtəlif mərhələlərində görünüş məsafəsini əhəmiyyətli dərəcədə pisləşdirir.

  • Təyyarə Ns buludlarının qarışıq kristal hissəciklərinə toxunduqda elektrikləşməyə məruz qalır, bu isə təyyarənin radioəlaqə qurğularının işinə təsir edir.

  • Tam laylı buludluq yer səthinə qədər enərək duman əmələ gətirə bilir, soyumuş çiskin isə təyyarə konstruksiyası üzərinə çökərək buzbağlamaya səbəb ola bilir.

  • Bulud daxilində uçuş zamanı təyyarələr turbulentliyə məruz qalır və bunun nəticəsində də sirkələnmə müşahidə olunur.



Bildiyimiz kimi, topa-yağış buludları (şimşək buludları) təyyarənin uçuşunda xüsusi təhlükə yaradır. Uçuşlara təhlükə yaradan bir sıra atmosfer hadisələri bu buludlarla əlaqədardır.

  • Bildiyimiz kimi, topa-yağış buludları (şimşək buludları) təyyarənin uçuşunda xüsusi təhlükə yaradır. Uçuşlara təhlükə yaradan bir sıra atmosfer hadisələri bu buludlarla əlaqədardır.

  • Aşağıda topa-yağış buludu və onunla əlaqədar olan təhlükəli atmosfer hadisələri sxematik olaraq təsvir olunmuşdur.



Cb buludları aşağıdakı təhlükəli meteoroloji hadisələrlə xarakterizə olunur:

  • Cb buludları aşağıdakı təhlükəli meteoroloji hadisələrlə xarakterizə olunur:

  • Topa-yağış buludunun aşağı sərhəddindən yuxarı sərhəddinə qədər güclü sirkələnmə ;

  • Cb buludları yaxınlığında külək sürüşməsi;

  • Sıfır izotermindən yuxarıda bütün hündürlüklərdə intensiv buzbağlama ;

  • Buludda təyyarədən keçən elektrik boşalması baş verə bilər;

  • Leysan yağıntılar  uçuş və enməyə giriş zamanı pisləşdirir, dolu isə təyyarə konstruksiyasının ayrı ayrı hissələrini zədələyə bilər;

  • Güclü leysan yağıntılarda uçuş zamanı (görünüş məsafəsi 1000 m-dən az) təyyarənin aerodinamik xüsusiyyətləri pisləşir.

  • Xəbərdarlıq. Rəhbər aviasiya sənədlərinə əsasən CB buludları daxilində uçuş qadağandır. Cihazlara əsasən uçuş qaydalarına görə Cb buludlarından 15 km yan məsafədə, üzərindən isə 500 m-dən az olmayan hündürlükdə uçuşa icazə verilir. CB buludlarının altından uçuş qadağandır











Yüklə 0,76 Mb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin