№01 (07) may 2012 №01(07) may 2012


Layihəniz üçün strateji suallar



Yüklə 5,04 Kb.
Pdf görüntüsü
səhifə7/17
tarix07.04.2017
ölçüsü5,04 Kb.
#13626
1   2   3   4   5   6   7   8   9   10   ...   17

Layihəniz üçün strateji suallar:
Layihənin inkişafı üçün aşağıdakı suallara cavab verə bilsəniz, çox strateji “yol 
xəritəsi” cızmaq üçün ilk addımı atmış olacaqsınız. Çünki bu suallar layihənizi real 
görmənizə yardım edəcək.
1.  Layihəniz  hansı  mövzudan  bəhs  edir?  Niyə?  (Bir  neçə  mövzudan  birini 
seçməli olsanız, hansını seçərdiniz?)
2.  Layihənin hədəfini bir cümlə ilə ifadə edə bilərsinizmi? 
3.  Niyə, məhz bu layihəni reallaşdırmaq istəyirsiniz? (Sizi ruhlandıran hissi, fikri 
ifadə edin).
4.  Layihədəki personajları yaxşı tanıyırsınızmı? 
5.  Sizcə, layihənizin ən güclü cəhəti nədir? 
6.  Layihənizin ən zəif cəhəti nədir? 
7.  Layihənizin ən güclü cəhəti ilə hədəfiniz, məqsədiniz arasında əlaqə yaradın.
8.  Sizcə, bu layihəyə sərmayə qoyan insanın ən böyük qazancı nə olacaq? 
9.  Layihənizə  sərmayə  qoyacaq  insandan  maddi  və  mənəvi  baxımdan  nə 
gözləyirsiniz? 
10. Sizcə,  layihənin  ən  böyük  riski  nədir?  Riski  azaltmaq  üçün  nə  təklif  edə 
bilərsiniz? 
Layihə sahibi bu suallara cavab verə bilsə, deməli, strateji planı, yol xəritəsi artıq 
ha zırdır. Zira yaradıcı olmaq həm də bu məsələləri düşünmək və onların mövcud lu­
“İqlimlər” filminin çəkilişi. Prodüser Zeynəb Özbatur Atakan
P E Ş Ə S İ   P R O D Ü S E R   /   Zeynəb Atakan: “Vaci̇b olan hədəfi̇ tapmaqdır”

73
ğu nu qəbul etmək deməkdir. Xüsusilə də üçüncü, altıncı və yeddinci suallara dürüst 
cavablar vermək çox vacibdir. Çünki adətən, layihəmizin zəif tərəflərini görmək çox da 
xoşumuza gəlmir, amma bu, sonra bizə çox ciddi problemlər yarada bilər. Odur ki, niyə 
məhz bu layihəni seçdiyinizi izah etməyi bacarmalısınız. Hədəfinizi də dəqiq bilir si­
nizsə, layihənizin bütün müsbət və mənfi tərəflərini asanlıqla müəyyənləşdirə bilərsiniz.
MALİYYƏ PLANI 
Bir  filmin  büdcəsi  kimi,  maliyyə  planını  da  düzgün  tərtib  etmək  vacibdir. 
Büdcə və maliyyə planı bir­birində ayrılmazdır və layihə sahibinin doğru strategiya 
müəyyənləşdirməsinə kömək edir.
Kino sahəsində “maliyyə planı” xüsusilə beynəlxalq mühitdə çox istifadə olunan 
termindir. Maliyyə planının əsaslı olması üçün təməlli bir büdcəyə ehtiyac var. 
Maliyyə  planı  filmin  istehsalı  üçün  lazım  olan  vəsaiti  təmin  etmək  məqsədilə 
sərmayəçi, müştərək prodüser, malı satın almaq istəyən təşkilat, adam və idarələr üçün 
hazırlanmış hesab cədvəlidir. 
Bu hesab cədvəlində prodüser, görüləcək işin necə maliyyələşdiriləcəyini, işə qoyduğu 
pullardan necə yararlanacağını və bu işlə bağlı təxmini xərcləri göstərir. Həmçinin, bu 
planda prodüserin layihəyə qoyduğu şəxsi pulunun miqdarı da göstərilməlidir. 
Maliyyə  planı  iqtisadiyyat,  siyasət,  istehsal  tərcihləri,  texnika  haqqında  əvvəl­
cədən verilmiş qərarlara, bəzi ehtimallara təsir edə bilər. Maliyyə planı ətrafda baş 
verən  dəyişiklikləri  nəzərə  almalı,  onlara  uyğun  olaraq  yenilənməli,  yeni  düsturlar 
yaradılmalı və onlar hər gün aktuallaşmalıdır. 
Maliyyə planı zaman məfhumu ilə birbaşa əlaqəlidir. Zamandan düzgün və ağıllı 
istifadə etmək, plan əsasında alternativ mənbələr tapmaq imkanı artırır. 
Maliyyə planı aşağıdakı prinsiplər əsasında qurulmalıdı: 
● real məlumatlar əsasında hazırlanmış, bütün xıırdalıqlarına qədər düşü­
nül müş bir büdcə olmalıdır.
● baş prodüserin layihəyə qoyduğu vəsait, ən azı, 20% həcmində olmalıdır. 
●  sərmayə  qoyması  gərəkən  ortaq  və  ya  ortaqlar,  təşkilat  və  ya  idarələr 
əvvəllər  bu  tip  layihələrdə  iştirak  ediblərsə,  o  zaman  istifadə  olunmuş 
rəqəmlər maliyyə planında göstərilməlidir. 
●  hələ  dəqiq  olmayan,  amma  qazanılması  planlaşdırılan  gəlirlər  planda 
göstərilməlidir. 
● həmçinin artıq qazanılmış gəlir də qeyd olunmalıdır. 
● müraciət olunacaq təşkilat, və ya idarələr planda “müraciət olunub” və ya 
danışıqlar səmərə verməyibsə, “nəticə əldə olunmadı” şəklində yazılmalıdır. 
Maliyyə planı layihənin ilk baxışda “həyata keçirilə biləcəyini və ya bunun mümkün 
olmadığını” anlamaq baxımından çox vacibdir. Prodüser planda öz vəziyyətini açıq, 
dəqiq və real bildirməlidir. 
Prodüser  maliyyə  planını  təqdim  edərkən  hədəfini  düzgün  ifadə  etməyi  və 
büdcəsini düzgün göstərməyi bacarmalıdır. 
Qısası, maliyyə planı bir prodüserin ən mühüm təqdimat vasitələrindən biridir. 
 
hazırladı Aygün Aslanlı


01
 (0
7)
 m
ay
 2
01
2-
ci
 il

75
 
G
əlin, əvvəlcə cəmiyyət anlayışını araşdıraq. Var 
əhali – xalq, sakin – vətəndaş… Dekadentlik 
dövründə əhali, kütlə olub. Amma cəmiyyət 
varsa,  vətəndaş,  vətəndaş  varsa,  ictimai 
fikir  var.  M.F.Axundovdan  üzü  bəri  klassiklərimizin  məqsədi 
fərdlərin  azadlığına  söykənən  vətəndaş  cəmiyyətinə  zəmin 
yaratmaqdır. İndiki halda isə cəmiyyət əvəzinə sadəcə tamaşaçı 
deyək:  tamaşaçıda  sənədli  kinoya  ehtiyac  varmı?  Nitşeyə 
görə,  reallıq,  gerçəklik  insanları  məhv  edir,  onlara  bədii  yalan 
lazımdır.  Bu  cümləni  postulat  kimi  götürsək,  onda  belə  çıxır 
ki, insanlar nə vaxtsa reallıqdan, faktdan, sənədli kinodan doya 
bilər. Onda bədii yalan, bədii­oyun filmi lazımdı. Digər tərəfdən 
bədii­oyun  filmlərində  fantaziyadan  doğan  yalanlar,  insanlarda 
reallığa, gerçəkliyə tələbat yaradır. Bunu sübuta yetirmək üçün 
Azərbaycan  sənədli  kinosunun  yaranışından  bu  günə  qədər 
Aydın Dadaşov:
“DİAQNOZ – 
  PROBLEMİN HƏLLİDİR”
Həmsöhbətimiz 
ADMİU-nun Kinoşünaslıq 
kafedrasının müdiri 
Aydın Dadaşovdur
RAKURS
RAKURS


01
 (0
7)
 m
ay
 2
01
2-
ci
 il
76
keçdiyi yolu sərf­nəzər etməklə problemlər üzə çıxar. Çexovun təbirincə desək, əsas 
diaqnozdu. Diaqnoz tapılsa, problem həll olunacaq.
● Azərbaycan sənədli kinosunun diaqnozu hələ qoyulmayıb?
– Azərbaycan  sənədli  kinosu  sosioloji,  cəmiyyət,  fəlsəfi,  psixoloji,  funksional, 
tipoloji  baxımdan  işlənməyib.  Bu  gün  bunların  hamısına  tələbat  var.  Çünki  sovet 
təbliğat dövründən sonra keçdiyimiz demokratik dövrün sosial sifarişi əsas meyardı. 
Bu gün sənədli kinoya hədsiz tələbat var. Çünki bütün televiziyalar əslində sənədli kino 
üzərində bərqərar olur. Sənədli kinosu güclü olan ölkələrin televiziyası da güclüdü. 
Əgər  sənədli  kino  güclü  deyilsə,  o  zaman  televiziyalar  da  heç  vaxt  informasiya 
gerçəkliyini üzə çıxara bilməz. 
●  Buna  görə  Azərbaycan  televiziyalarındakı  «realiti-şoular»da  edilən 
etirafları sənədli kinoda görə bilmirik?
– Əslində cəmiyyətin bəlalarının verilişə gəlişi müsbət haldır. Televiziyada bir 
tələskənlik, şou elementi olanda analitik janr öz funksiyasını tam yerinə yetirməyib, 
sanki quş kimi havaya uçur. Misal: xəbər proqramında belə bir müşkülün çözülməsinə 
cəhd  olundu:  Azərbaycanlı  gənc  xanımla  ailə  quran  pakistanlı  oğlanı  ölkədən 
deportasiya eləyirlər. Fəryad qoparan hamilə xanıma kömək yolları axtarılmaqdansa, 
müxtəlif  mütəxəssislər  başqa  millətə  ərə  getməmək  dərsi  keçməklə  çaşqınlıq 
yaradırlar. Həsən bəy Zərdabi demiş, «sakini vətəndaşa çevirməklə deyil, vətəndaşı 
sakinə  çevirməklə məşğul  olurlar».  Ümumiyyətlə, mətbuatın  əsas  funksiyası  sakini 
vətəndaşa çevirməkdir.
● Televiziyada olan açıqlıq niyə sənədli kinoya gəlmir?
– Yəni televiziya məkanımızda açıqlıq hədsiz dərəcədə çoxdu?
● Yox, onu soruşmuram. Məni maraqlandırır ki, niyə həmin açıqlıq– səmimilik 
sənədli kinoya da gəlmir? Niyə sənədli kino daha çox mədhiyyəyə üstünlük 
verir?
Aydın Dadaşov 
(ortada), səs operatoru 
Akif Nuriyev (solda) 
və kinooperator Yuri 
Varnauskas (sağda)
R A K U R S   /   Aydın Dadaşov: “Di̇aqnoz – problemi̇n həlli̇di̇r”

77
– Televiziyaya gələn adam, Sappakın təbirincə desək, artıq radiaktiv zonaya düşür. 
Əsas  onu  gətirməkdi.  Ondan  sonra  istədiyin  yerə  yönəltmək  asandı.  Ümumiyyətlə, 
Fellini  demiş,  “televiziya  bütün  sənət  sahələrinin  kanalizasiyasıdır”.  Televiziya 
ötürücü  rol  oynayır.  Amma  televiziyanın  özünün  sənət  kimi  təzahürü,  televiziya 
sənətinin təsdiqi prosesi bilavasitə sənədli kino ilə bağlıdır. Burada üç əsas prinsip 
var – informasiyanın – bu bədii informasiya da ola bilər – yığımı, emalı və təqdimatı. 
Televiziya  bunu  canlı  yayımda  ani  eləyə  bilir. Amma  kinoda  proses  uzun  çəkir  – 
informasiyanı tapdın, ssenari yazdın – şübhəsiz ki, ssenari hamısında olmalıdı – film 
hazır oldu, ancaq tamaşaçıya nə vaxt çatacaq? Bir də görürsən, film beş ildən sonra 
efirə  gedir,  aktivlik  məqamı  itirilir. Amma  böyük  mənada  etik  normalardan  söhbət 
gedirsə,  demokratik  cəmiyyətlərdə siyasi,  iqtisadi,  mədəni  liderlər  kütlənin  yemidi. 
Əgər sən hər hansı siyasi, iqtisadi, mədəni lider haqqında nəsə çəkirsənsə, onlar sənə 
məmnuniyyətlə cavab verəcəklər, çünki bütün həyatları tamaşaçı ilə, potensial seçici 
ilə bağlıdır. Ancaq iddiasız, sadə adamlar tamaşaçıya maraqlı deyil. 
● Amma bizdə tanınmış insanlar «ideal portret» olmağa can atırlar.
–  İnsanları  ideallaşdırmaq  –  fetişizm  xəstə  mühitə  xasdır.  Əslində  mövzunun 
açılışı şəxsiyyətə yox, problemə yönəlməlidi. Yəni mühitin müşkülünü, hər hansı ağrılı 
problemini kimlərinsə timsalında açırsan. Bəs mövzunun tərifi necədir? – “Problemin 
həllinə yönələn hadisələr toplusu”.
● Bizdə bunu bacarmırlar?
– Bir verilişdə, yaxud filmdə bir neçə problemə toxunulması həm kinoda, həm də 
televiziyada peşəkarlıq səviyyəsinin aşağı olmasından xəbər verir. 
● Sənədli kino dramaturgiyası nədir? Bu anlayış nə qədər doğrudu? Bəlkə 
yazılı materialı yox, montaj stolunda qurulan strukturu nəzərdə tutmalıyıq?
– Xaricdə hətta operativ informasiya materialı belə ssenarisiz çəkilmir. Ssenari 
ədəbi  modeldi.  Ssenaridə  bütün  səhvləri  sərf­nəzər  eləmək  mümkündü.  Prodüser 
kimdir?  İdeyanı  əmtəəyə  çevirən  kəs.  Məsələ  bundadır  ki,  ekstensiv  yolla  getmək, 
yaradıcı texniki heyətin artırılması üsuluyla işləmək olmaz. İntensiv yolla getmək – az 
məsrəflə daha çox iş görmək, qüvvələri səfərbər eləmək lazımdı. Bizdə bu model hələ 
öz təsdiqini tapmayıb. Əgər işin səmərəliliyinin artırılması faktoru gəlsə, onda işlər 
qaydaya düşəcək, ssenariyə böyük tələbat yaranacaq. Görün, xırda bir ekran materialı 
naminə nə qədər məsrəflər montajda israfçılıqla atılır. Akademik Jores Alfyorova görə, 
süfrəyə hər yetişdirilən dörd kartorfdan biri çatır. Mədəniyyət odur ki, ən azı əksinə 
olsun. Zəhmət hədər gedir.
● Amma indi yeni tendensiya yaranıb – kameranı qoyub çəkmək, nə çəkəcə-
yini ssenari ilə yox, söhbətlə müəyyənləşdirmək. 
– İmprovizə yaxşı işdi, amma öncə ssenaridə yazılmış olsa. Əks hal özfəaliyyətin 
gös təricisidi.  Böyük  mənada  problemimiz  odur  ki,  bu  günə  qədər  elmi­kütləvi, 
sənədli kino növlərinin sərhədləri müəyyənləşdirilməyib. Halbuki qonşu ölkələrin 
əksəriy yə tində  mütəxəssisləri  fərqli  olan  sənədli  və  elmi­kütləvi  kino  studiyaları 
həmişə ayrılıb. 
● Bəyəm hamımız eyni proseslərdən keçməmişik? Niyə dediyiniz sərhədlər 
onlarda ayrılıb, amma biz hələ buna nail olmamışıq?


01
 (0
7)
 m
ay
 2
01
2-
ci
 il
78
(Aydın Kazımov otağa girir)
– Çox gözəl bir məqamda Aydın Kazımov gəldi. O, Adil İsgəndərovla baş vermiş 
hadisəni danışın. Qulaq as. 
Aydın  Kazımov  –  50­ci  illərin  ortalarında  Moskvada  ümumittifaq  müşavirəsi 
keçirilirdi...
 A. Dadaşov – Sən o yumruğu danış...
A.Kazımov – Elə ora gəlirəm... Həmin müşavirədə bizdən iki nəfər iştirak edirdi – 
Mikayıl Mikayılov və Məsumə Rzayeva. İkisi də dokumentalistdi. Orada sənədli kino 
ilə bədii kino studiyalarının ayrılması məsələsi yenidən qaldırıldı. Arqumentlər də belə 
idi ki, kinostudiyalar əsas diqqəti bədii filmlərə verir, yerdə nə xırda­xuruş qaldı, atırlar 
sənədli kinoya. Bədii kinoda işləyən yoldaşlar sənət üçün yox, pul qazanmaq üçün 
sənədli film çəkirdilər. Hətta lentlərdə də seçim gedirdi – yaxşı lentlər bədii kinoya 
ayrılırdı, qalıqları sənədli kinoya buraxırdılar.
 A.D – Bədii­oyun filminin montajından sonra artıq qalan materialları xronika adı 
ilə sənədli, elmi kütləvi birliyə təhvil verirdilər ki, qonorardan pul tutulmasın. 
A.K–  Bu  məsələ  qaldırılandan  sonra  gürcülər  də,  ermənilər  də,  hətta  allahın 
Özbəkistanında Kayımov da sənədli və bədii film studiyalarını ayırdı. Mən də o vaxt 
cavan adam… Enerji ilə gəlmişəm. Kinostudiya ilə bağlı çoxlu məqalələrim çıxırdı. Bu 
məsələni də «Bakı» qəzeti ilə danışdım. Dedilər ki, «Müzakirə edirik» adlı rubrika açaq. 
Birinci məqaləni mən yazdım. Fikirləşdim ki, öz adımdan versəm, xeyri olmayacaq. 
Çünki  məni  tanıyan  yoxdu,  təzə  gəlmişəm.  Həsən  Seyidbəylinin  yanına  getdim.  
O zaman Kinematoqrafçılar İttifaqının sədri idi. Dedim ki: «Həsən müəllim, siz hörmətli 
adamsınız, mən də belə bir şey yazmışam. Etiraz eləməsəniz, verim oxuyun. Düzəlişiniz 
varsa, eləyin, altına imzanızı qoyun, bunu çap etdirək». Məqalə çap olundu. Ondan əlavə 
kinoşünas Məsumə xanım Rzayeva, rejissor Zeynəb xanım Kazımova da məqalə yazdı. 
Mikayıl  Mikayılovun  özünün  məqaləsini  çap  etdirdim.  Sonda  mən,  kinostudiyanın 
sənədli kino ustalarının adından ümumi bir məqalə hazırladım. Onların hamısını yığdım. 
O  vaxt  «sənədli­elmi  kütləvi  filmlər  və  kinoxronika»  birliyinin  direktoru  Fəraməz 
Səfiyev idi. Onlar qaldırılan məsələyə etiraz eləmədilər, amma məqalənin altına heç kim 
qol çəkmədi. Ardınca xəbər gəldi ki, Adil İsgəndərov təcili səni çağırır. Onunla yaxın 
idim, adından resenziyalar yazırdım, qol çəkirdi, sonra pulunu alıb verirdi mənə. Yəni 
münasibətimiz çox yaxşı idi. Getdim. Kinostudiyada direktorun kabinetini görmüsünüz 
də. Adil İsgəndərov iki kabinet arasını götürüb, öz qabaritinə uyğun uzun bir kabinet 
düzəltmişdi.  Kişi  məni  görən  kimi  yerindən  qalxıb  üstümə  «yuvarlandı».  Gələ­gələ 
də deyir ki: «sən neynəmisən?» Dedim: «neynəmişəm?» Qayıtdı ki: «O nədi, camaatı 
qızışdırırsan ki, burda xronika yaradacaqsan, sənədli filmlər studiyasını ayıracaqsan?» 
Dedim: «Adil müəllim, bəyəm pis şeydi?» Əlini yumruqlayıb düz burnumun qabağında 
saxladı: «Bunu görürsən?» Sonra əlini açdı, ovcunun içini göstərdi:«Kinostudiya bunun 
içindədi – burda bədii kino da var, xronika da, sənədli də, elmi də». Sonra «hop» bağladı 
ovcunu. Dedi: «Mən qoymaram ki, bunun içindən nəsə çıxsın». 
● (qayıdırıq Aydın Dadaşovla müsahibəmizə) Aydın müəllim, amma 80-ci 
illərin  sonu  90-cı  illərin  əvvəllərində  sənədli  kinoda  canlamaya  bənzər 
bir  şey  yaranmışdı.  Siz,  Nizami  Abbas,  Nəriman  Əbdürrəhmanlı,  Zaur 
Məhərrəmov…  «Yaddaş»,  «Salnamə»  studiyaları  yarandı.  «9  dəqiqə», 
«Meydan», «Sərhəd» filmləri çəkildi. Bəs bu proses niyə dayandı?
R A K U R S   /   Aydın Dadaşov: “Di̇aqnoz – problemi̇n həlli̇di̇r”

79
– Proses heç vaxt dayanmır. Məsələ bundadı ki, o sadaladıqlarınızın heç bir əslində 
mükəmməl  sənədli  film  deyil,  bədii  yozumlu  kinoxronikadır.  Tarixi  hadisələr  baş 
vermişdi, biz də onları çəkmişdik. Məsələ təkcə idarəçilik problemi deyil. Bizdə nəsillər 
arasında yaradıcı ənənə pozulduğundan, sistem yaranmadığından, lap əvvəldən sənədli 
kino məktəbi olmayıb. Otuzuncu illərdə “Pambıqçılıq”, “Taxılçılıq”, “Qoyunçuluq”, 
«Malyariya ilə mübarizə», «Traxoma ilə mübarizə», “Çəyirtkə ilə mübarizə” və sair 
elmi  kütləvi  filmlər  çəkirdilər.  Bu  sosrealizmin  maarifçiliyi  önə  çəkməsi  ilə  bağlı 
idi.  Dövlət  həmin  filmlərə  sərmayə  qoyurdu. Tarixən Azərbaycan  sənədli  kinosunu 
məhv  eləyən  janrın  adı  oçerkdi.  Staxanov  hərəkatından  sonra,  saxtakarlıqla  tərtib 
olunan  planın  üç  dəfə  artıq  yerinə  yetirilməsi  kütləvi  hal  aldı  və  sair.  Sənətdə  də 
bu  prosesi  təqdir  edən  oçerk  janrı  yarandı.  Dünyada  bu  janrın  analoqu  yoxdu,  heç 
qəzetdə də özünü doğrultmur. Buna “topların yalnız bir qapıya vurulması” deyirlər. 
Oçerk janrında heç bir dramaturji model, ziddiyyət olmur. Hamı bir nəfəri tərifləyir. 
Birinci  əmək  qəhrəmanlarını  çəkdilər.  Sonra  ədəbi­mədəni  generallara  keçdilər. 
Amma bizdə digər janrlar, məsələn, reportaj filmləri – müəllifin bilavasitə hadisənin 
iştirakçısına çevrilməsi – yaranmadı. Televiziyada Çingiz Mustafayev vətənpərvərliyi 
hesabına silaha çevirə bildiyi kamera ilə qaçan əsgərləri şəxsən özü geriyə qaytarmağa 
çalışırdı. Bu, televiziya məkanında sensasiya yaratdı. Çingiz Mustafayev kamerası ilə 
dövrün portretini yaradırdı. Bax, kinoda bunlar olmadı. Hətta Yanvar hadisələrində də, 
baxmayaraq ki, dəfn prosesi və sair çəkildi, ancaq hadisənin özü ekrana gəlmədi. Yəni 
proses yoxdu, nəticə var. Litva hadisələrini iki kamera çəkirdi. Operatorun ölümü, onun 
kamerası ilə çəkilənlər və onu çəkən operator. Burda təsadüfi kadrlar yox, peşəkar iş 
birliyi var. Onlar informasiya fasiləsizliyi yaratmaq naminə ölümün gözünə baxa­baxa 
ekranda bir­birini tamamlayırdılar. Bizdə, hətta cəbhə bölgəsində aparılan çəkilişlərdə 
də hadisə ardınca getmək, faktı hadisəyə çevirmək çəhdi yoxdur.
Aydın Dadaşov (ortada) kinooperatorlar Sərdar Vəliyev (solda) və Rafiq Salamzadə (sağda) ilə


01
 (0
7)
 m
ay
 2
01
2-
ci
 il
80
● Bəs Ramiz Fətəliyev danışırdı ki, Yanvar hadisələrini oteldən çəkirmişlər.
– O oteldəki çəkilişdə Zaur Məhərrəmovla çəkiliş metodu barədə müzakirə apar­
mışıq. Ramiz də dostumdu, amma söhbət nəticədən gedir. Burda həm işıq məsələsi 
var, həm də hadisənin içində olmaq lazımdı, çölündə yox. Digər tərəfdən kino lenti 
video deyil axı. Neqativ lentə çəkmək çox çətindi. Maksimum on dəqiqə çəkə bilərsən. 
Texniki məhdudiyyətlər də var. Bir sözlə, böyük mənada bizdə bu iş sistemləşməyib.
●  Qəhrəmanlarınızı  kamera  qarşısında  səmimi  olmağa  necə  «məcbur 
eləyirsiniz», buna necə nail olursunuz?
– Yalnız dramaturji qanunlarla... Əlbəttə, texniki imkanlar da vacibdir. Riqada 
sənədli filmlər studiyasında məxsusi otaqlar, gizli kameralar üçün nəzərdə tutulmuş 
güzgülü  çəkiliş  pavilyonları  var.  Dəvət  olunan  qonaqlarla  bütün  söhbətlər  gizli 
kamera ilə çəkilir və hazır material mütləq müsahibə göstərilir. Bir var kontakt, bir 
də var ünsiyyət. Kontakt – əlaqədi. Sən kiminsə arvadı, kiminsə əri ola bilərsən, qırx 
il yaşayarsan, amma ünsiyyətin olmaz. Ünsiyyət zamanı insanlar bir­birini dəyişirlər. 
Bu, nadir bir prosesdi. Gizli kamera ünsiyyəti ekrana gətirmək üçündü. Dziqo Vertov 
kəşf eləyib ki, gizli kameranın üç prinsipi var – biri, kameranın gizlədilməsi, ikincisi, 
çəkiliş anının gizlədilməsi, üçüncüsü də qarşı tərəfdəkini kameraya o qədər alışdırırsan 
ki,  artıq  ona  məhəl  qoymur.  Bu,  üslubla  bağlıdı.  Peşəkar  üslub  nə  deməkdi?  Peşə 
cəbbəxanasına bələdçilik dərəcəsi. Bunları bilmək lazımdı. Bizim uşaqlar dramaturji 
modeli də bilmirlər. Məsələn, görünür, mən çox istedadlı rejissor Əli İsa Cabbarova 
“Dram nəzəriyyəsi” dərsini yaxşı deməmişəm. Günahı özündə görmək də mərdlikdi. 
Əli İsa film çəkir – bədbəxt bir qadın hardasa dağ başında xəstə uşaqla yaşayır. Amma 
ssenari olmadığına görə axırda görürsən ki, qadının qardaşı, xəstənin dayısı da var 
imiş. Onlara yardım edir, ərzaq da gətirir və sair də ilaxır də. Artıq dramaturji model 
korlandı. Ssenari modeldi. Model nədir? Kiçiyin böyüdülməsi, böyüyün kiçildilməsi 
yolu ilə təhlilə cəlb olunması. Allah rəhmət eləsin, Elşad Quliyev ssenariyə çox önəm 
verdiyindən televiziya kinosunu da yüksək səviyyəyə qaldırmışdı. Orda həm texniki 
imkan geniş idi, həm də işi bilən adamlar vardı. Bizi ətrafına yığmışdı, neqativ lentinə 
sənədli filmlər çəkirdik, onları Moskva efirində göstərirdilər. Yəni mühit vardı. Bu 
günkü kino və televiziya məkanımızda «sənədli kino» yalnız sözdü, filmlər əsasən 
videoda çəkilir. Əslində yalnız informasiya vasitəsi sayılan video başqa estetika tələb 
edir. Bizim videooperatorlar kameranı qaldırıb çiyinlərinə qoyurlar, sonra düyməni 
basırlar. Amerikada  isə  düymə  kameranı  götürəndə  basılır  ki,  bir  kadr  da  itməsin. 
Bir sözlə, hələ videonun estetikasını da tam əxz eləməmişik. Sənədli kinofilmin elmi 
də, nəzəriyyəsi də, prinsipləri də başqadı. Yalanla yaşamaq olmaz. Nəsə yoxdursa, 
onun nəzəriyyəsindən də ürəklə danışa bilmərik. O ki qaldı videoya… O başqadı, 
videoda  çəkilən  filmlər  də,  hətta  videomontaj  da  başqadı.  Montaj  nədi?  Təfəkkür 
tərzi. İki həqiqətin uzlaşdırılması və ya uzaqlaşdırılması yolu ilə üçüncü həqiqətin 
üzə çıxarılması. Bu kinoda bir cürdü, videoda başqa. Videoda əslində montaj olmur. 
Hər obyekt bir planda çəkilməlidi. Qısası, problemlərimiz həddindən çoxdu. Amma 
öhdəsindən  gəlməyə  çalışırıq.  Maraqlı  bir  fakt  deyim:  tanınmış  rejissorumuz, 
Böyükağa  Məmmədovu  «Salnamə»  studiyasına  rəhbər  qoyublar.  Həmişəki  kimi 
filmlər  çəkilir,  proses  gedir...  İndi  bu  studiyanın  bütün  otaqları  yüksək  səviyyədə 
təmir  olunub,  krandan  isti  su  da  gəlir,  hətta  gizli  kamera  üçün  çəkiliş  pavilyonu 
hazırlamaq fikri də var. Bu reallaşsa, böyük hadisə olacaq. (gülür) Əslində yoxdu, 
boynuna qoyuram... Hər halda yaradıcı rəhbərdi. Yaz, bəlkə eləyər.
R A K U R S   /   Aydın Dadaşov: “Di̇aqnoz – problemi̇n həlli̇di̇r”

81
●  Sənədli  filmin  sifarişçisi  kim  olmalıdı?  Təbii  ki,  dövlət  öz  maraqlarına 
uyğun filmlər sifariş verir. Dövlətdən əlavə… 
– Dövlətin özünün maraq dairəsinə uyğun filmlər çəkilir və çəkilməlidi, bu başqa 
məsələdi.  Amma  bütövlükdə  demokratik  mühitdə  sənədli  kinonun  çiçəklənməsi 
üçün  yalnız  sosial  sifariş,  tamaşaçı  marağı  olmalıdı.  Məsələn,  qonşu  Gürcüstanda, 
Pribaltikada sənədli filmlər nümayiş etdirən çoxsaylı kinoteatrlar var idi. Bakıda da 
«Bilik» kinoteatrında sənədli filmlər nümayiş olunurdu. Amma bu günə qədər sənədli 
film  çəkən  studiyalar,  onların  televiziyalarla  əlaqəsi,  hazır  materialların  kanallarda 
nümayişi  məsələləri  nizamlanmayıb.  Bu  mətbəxdən  olan  birinin  idarəçiliklə  bağlı 
müşküllər  barədə  danışması  alicənablıqdan  kənardı...  Ancaq  bu  keçid  dövrüdü, 
düzələcək...  Fransızların  bir  ata  sözü  var:  hər  şeyi  mütləq  kompotla  tamamlamaq 
lazımdı. Biz də söhbətimizi şirin nə iləsə bitirməliyik də. Ümid eləyək ki, yaxşı olacaq.
● Bizə vaxt ayırdığınız üçün sağ olun.   
müsahibəni apardı Aygün Aslanlı 
Kinooperator Vladimir Konyagin, kinorejissor Xamis Muradov və Aydın Dadaşov  
“Balaban” sənədli filminin çəkilişlərində


01
 (0
7)
 m
ay
 2
01
2-
ci
 il
82
Yüklə 5,04 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   17




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin