İxtisas: Korreksiyaedici təlim Qrup: krt2102 Kurs: 2 Fənn: Sosial Psixologiya



Yüklə 75,86 Kb.
tarix04.05.2023
ölçüsü75,86 Kb.
#107534
ayten


Azərbaycan Respublikası Təhsil Nazirliyi
A
zərbaycan Dövlət Pedaqoji Universiteti


Fakültə : Məktəbəqədər təhsil
İxtisas: Korreksiyaedici təlim
Qrup: KRT2102
Kurs: 2
Fənn: Sosial Psixologiya
Mövzu: Cinayət oyunları (Gəlin Conu tovlayaq.)
Müəllim: Təranə Abdullayeva
Tələbə: Aytən Yaqublu
MÖVZU: CİNAYƏT OYUNLARI
GƏLİN CONU TOVLAYAQ”

Eric berne tərəfindən 1998-ci ildə yazılmış "Hayat denen oyun" azərbaycanca çevirdikdə isə "Həyat deyilən oyun" kitabı həyatı situasiyaları əks etdirən möhtəşəm həyat dərsliyidir.Əsəri oxuduqca insan həyatla oynanılan oyunları,insan həyatında baş verənlərin oyunlarla əlaqəsini,dəyişiklikləri,insanın dünyaya göz açarkən onun həyatında yaşanacaq olan mürəkkəb oyunları dərindən dərk etmək olar.Əsas əsasən həyati situasiyaları əks etdirir.Əsər türkcə yazılmış və orijinal variantda bir neçə həyati oyunlardan ibarətdir.


Erik Bern 20-ci əsrin ortalarında insan davranışını izah etmək üçün tranzaksiya təhlili nəzəriyyəsini yaradan Kanada əsilli psixiatrdır. Bernin əməliyyat təhlili nəzəriyyəsi Freydin ideyalarına əsaslanırdı, lakin ondan kəskin şəkildə fərqlənirdi. Bern məşhur psixiatr-psixoanalitik Tomas Szaszla birlikdə oyun nəzəriyyəsini psixiatriya sahəsinə tətbiq edən ilk psixiatrlar arasında idi. Uşaq dünyaya gözünü açanda özünü mürəkkəb oyunlarda tapır. Bir mənada uşağı “böyütmək” ona oynayacağı oyunları öyrətmək deməkdir. Nəsildən-nəslə keçən bu oyunlar intensivliyi dəyişsə də, müəyyən mənada varlığını davam etdirir. Və bu əsərdə də görəcəyiniz kimi, klinik tədqiqatların mövzusu olan oyunlar, müəyyən mənada, pis oyunlardır. Hər kəsin Valideynlik, Yetkinlik və Uşaqlıq mənliyi var. Və bəzən biri digərinə üstünlük verə bilər. Yaxşı psixiatr insanın işlətdiyi cümlələrdən eqo vəziyyətini təyin edə bilər və oyuna sürüklənmədən xəstəsinə kömək edə bilər. Misal üçün; "Vaxtında olmaq haqqında yeni bir dizayn var." cümlə yetkinlik yaşına çatmış cəzadır. Halbuki, "Sonuncu dəfə gecikdim; bir daha olmayacaq." İfadəsi uşaq cümləsidir və oyuna hazırlaşmaq cəhdi ola bilər. Bir sözlə, hər kəsin bir qədər narahatlığı vardır. Oyun təhlilinin məqsədi bu narahat vəziyyəti minimumda saxlamaqdır.
Biz hamımız həyatımızda şüurlu və ya şüursuz oyun oynayırıq. Çöldə, işdə, dostlarla, evdə, yataq otağında. Özümüz də fərqinə varmadan illər əvvələ uyğun hərəkət edirik və uşaqlıqda öyrəndiklərimizin insanlarla münasibətlərimizə, emosional həyatımıza və iş mühitimizə əksini yaşayırıq. Biz həyatı öz iradəmizə uyğun yaşadığımızı, öz həyatımızı idarə etdiyimizi düşünürük. Halbuki verdiyimiz qərarlar fərqində olmadan öncədən verilmiş qərarlardır. İş həyatında uğurlu anlar və uğursuzluqlar, evlilikdəki xoşbəxtlik, kədər və xəyal qırıqlığı, həyatımız boyu verəcəyimiz mübarizədə atacağımız hər addım əslində çoxdan əvvəldən planlaşdırılmış bir oyunun gedişləridir və tam olaraq əsas bizik. bu oyunların personajları. Dövrünün ən məşhur psixiatrlarından biri olan Erik Bern tərəfindən klinik araşdırmalara əsaslanan “İnsanların Oynadığı Oyunlar” romanı münasibətlər psixologiyası və davranış modelləri haqqında kitabdır. Sınadığımız, bilmədən yaşadığımız, oynadığımız və ya məcburiyyət qarşısında qaldığımız bu rolları kəşf etdikdə insanlarla münasibətlərinizdə şüursuz hərəkətləri, sözləri, mimikaları və gizli taktikaları deşifrə edə, hərəkətlərinizi və reaksiyalarınızı tənzimləməyi öyrənə bilərsiniz. birlikdə işlədiyiniz, illərlə tanıdığınız və ya bir ömür birlikdə keçirdiyiniz dostlarınızın əsl şəxsiyyətlərini tanıyaraq vəziyyətə uyğun olaraq.

Bu kitab Psixoterapiyada İnteraktiv Təhlilin davamı kimi hazırlanmışdır. Öz-özünə oxunub başa düşüləcək şəkildə düzülüb. Oyunların təhlili və aydın başa düşülməsi üçün zəruri olan nəzəriyyələr birinci hissədə ümumiləşdirilmişdir. İkinci hissədə hər oyunun fərdi təsviri var. Üçüncü hissədə əvvəlki biliklərə əlavə olunarsa, oyundan kənarda qalmağın nə demək olduğunu müəyyən dərəcədə anlamağa imkan verən yeni klinik və nəzəri məlumatlar var.


Əsər özündə bir çox oyunları birləşdirir.Məsələn "Evlilik oyunları", "Yeraltı dünyanın oyunları", "Cinsəllik oyunları" və s. Bu əsərə daxil edilmiş oyunlardan biri "Cinayət oyunları" dır.Oyun başdan sona cinayətləri, pis davranışları, yalanları ,fırıldaqları və fırıldaqçıları əks etdirir. Sosial yardım xidmətinin işçiləri məhkəmə orqanları və islahedici müəssisələrin əməkdaşlarıyla birgə işləyirlər,həmçinin kriminalistlər və digər cinayət şöbəsi əməkdaşları da çox çalışırlar vəzifələrində.Ancaq bu çalışmalarla bərabər onlar çöldəki cinayətləri də bilməli və hamısından xəbərdar olmalıdırlar. Həbsxanada və onun xaricində nələrin baş verdiyini daim nəzarətdə saxlamalıdırlar. Bu fəslə bir neçə oyun daxil edilmişdir. "Polislər və oğrular, "Buradan necə çıxaq " və "Gəlin conu tovlayaq".
Bu oyunlardan ən maraqlı və həyati olani "Gəlin Conu Tovlayaq " başlıqlı oyundur.
Tezis: Bu oyunun baş rolunda yəni prototipində əsas personajlar " Böyük mağaza" fırıldaqçılar aiddir. Fırıldaqçılar belə qərara gəlirlər ki, GCT oyununda qoca və yaşlı olan Conu tovlamaq asandır bunun üçün də onu aldatsınlar.Ona kələkbazlıq etsinlər. Polislər belə bu işə qarışsa da sonda özləri təmizə çıxara bilsinlər.GCT oyununda Conun uduzmasına şərait yaratsınlar. Burada Uayt düzgün Adam olsaydı oyundan boyun qaçırardi amma o buna razı olur və Conu tovlamaq qərarına gəlir.Blək təklifinə rədd edib və ya Cona xəbərdar etsəydi bu zaman düzgün adam adlandırmaq olardı.Co xəbər tutandan sonra Uayt fikirləşirik ki xoşagəlməz olsada Co oyunun qaydalarını qəbul etməlidir amma bunun başqa çıxış yoluda vardır ki, Uaytun qaydaları pozması.Uayt qurban kimi təsvir edilir ki oyunun qaydalarını bilir və buna tabe olur. Əgər Uayt qarşı çıxsaydı həmin adamların iç üzünü digərlərinə xəbər versəydi hər şeyi aydın danışsaydı bu zaman oyunun qaydaları pozulmuş olardı.Polisə şikayət zamanı Uaytda dəstək olurlar onun saxtda versiyasını dəstəkləyirlər.Buda daha çox qaranlığ məqamlara səbəb olur.
Digər oyunçu isə Co idi onu tovlamaq və axmaq,qoca hesab edirdilər amma hər şey əksinə olur Co həqiqəti öyrənir bu zaman planlar,gülüş obyekti dəyişilmiş . Fırıldaqçılar gülüş obyekti kimi seçilən obrazda qaçmağa başlayırlar. GCT kələkbazliq oyununa daxil edilməsi düzgün deyildir çünki Co qalib gəlir nə zamankı aldansaydi fırıldaqçıların planı kimi olsaydı hər şey bu zaman kələkbazliq hesab edilərdi.Uayt uduzdu və qazdigi quyuya özləri düşdülər.
Fırıldaqçılar gəldik də isə Blək Conu qoca və axmaq hesab edir və onu tovlanmagini istəyir beləcə Uayt əli ilə həyata keçirib.Fırıldaqçilar əsasən oyunun son mərhələsinə kimi oyun qaydalarına riayət etmirlər bəzən onu öz yoldaşları da bağışlamır.Təcrübəli fırıldaqçılar çıxış yolunu aldatdığı qurbanlarindan qaçmağda görürlər. Çünki onlar bu oyunda uduzmuş olmur və qalib gələn qurban hesab etdiklərindən qaçırlar burda daha çox təzad yaradır qurban hesab etdiklərinə əvvəlki və sonrakı münasibət təşkil edir ki tamamilə ilə bir birindən fərqlənir.
GCT oyununda üç, yaxud dörd oyunçu (dördüncü
oyunçu, adətən, polis olur) iştirak edir.
Fırıldaqçılar bu oyunda Uaytn günahlarını inkar edir polisə buda işlərin araşdırmasına polisə çətinliklər yaradır.

Bu oyunun müsbət cəhəti odur ki yalnız oğurluq etmək qanına hopmuş adamlar zərər görə


bilərlər. Ələ salınıb aldadılan qurban kimi hesab edilən şəxslər qalıb gəlir.Bu insanlara bir örnəkdir pisliklər və yaxşılıqlar özümüzə qayıdır. Bu oyunda bunun bariz nümunəsidi.GCT oyunu kələkbazların qazdıqları quyuya özlərinin düşdükləri oyundur.
Bu oyun "Dalaşın görək" oyununa çox bənzəyir və hətta bir çox hallarda eyniliklər mövcuddur.

  • Bu oyunu həyatla əlaqələndirsək həqiqətən də belədir.İnsan öz qazdığı quyuya özü düşür.İnsanlara pislik etmək istəsən o pislik sonunda insanın özünə qayıdır.Atdığı ox özünə dəyir.

Yüklə 75,86 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin