XƏZƏr universiteti sosial psixologiya fənninin iş proqramı (Syllabus) Semestr



Yüklə 56,53 Kb.
tarix09.03.2017
ölçüsü56,53 Kb.
#10732
növüDərs
XƏZƏR UNIVERSITETI

Humanitar və sosial elmlər fakültəsi

SOSİAL PSIXOLOGIYA

Kursun proqramı

(Syllabus)

Müəllim: dos.Cabbarova L.M.

Payız -2012

XƏZƏR UNIVERSITETI

Sosial psixologiya fənninin iş proqramı

(Syllabus)

Semestr: 2012 tədris ili, Payız

Müəllim: Psixologiya üzrə fəlsəfə doktoru, dosent

Lalə Cabbarova

Dərs saatları: 64 saat

Dərs vaxtı: Çərşənbə, 9:00 – 12:00

Əlaqə: lalajabbarova@rambler.ru

KURSUN TƏSVİRİ

Psixologiya elminin əsas sahələrindən biri kimi Sosial psixologiya başqa insanların mövcudluğunun bizim fikir və düşüncələrimizə, hiss və davranışımıza necə təsir etdiyini öyrənir.

Sosial psixologiya əsasən sosial davranışı, davranışın sosial mühitdə təzahür edən xarici tərəflərini öyrənsə də, bu sahənin insanların şəxsi həyatlarına tətbiq imkanları çox genişdir. Bu kurs sosial psixologiyanın – aqressiya, prososial davranış, sosial təsir, sosial “Mən”, qrup prossesləri kimi əsas mövzularını əhatə edir.

Sosial psixologiya kursunun müvəffəqiyətlə mənimsənilməsi bizim həm özümüzü, həm də başqalarını daha yaxshı başa düşməməmizə zəmin yaradır.


Kursun məqsədi:

  • Sosial-psixoloji təzahürlər və proseslər, onların strukturu, genezisi haqqında elmi təsəvvürləri formalaşdırmaq;

  • Əsas sosial-psixoloji konsepsiyalar və eksperimental işlərlə tələbələri tanış etmək;

  • Tələbələrdə insanların sosial davranışını elmi-psixoloji baxımdan təsvir və təhlil etmək səriştəsinin aşılanması.

Qeyd olunan məqsədlər keçiriləcək imtahanlar vasitısilə yoxlanılıb qiymətləndiriləcəkdir.

ƏDƏBİYYAT:

  1. Myers, David G. Social psychology (6th Edition)

  2. Freedman, Jonathan L. Social psychology (5th Edition)

  3. Bayramov, Ə., Əlizadə, Ə. Sosial psixologiya. Bakı: Qapp-Poligraf, 2003.

  4. Андреева Г.М. Социальная психология. Москва: Пресс, 2006.

  5. Emel Riza. Sosyal psikolojiye giriş. İzmir: Anadolu Matbaacılık, 1996.

Qeyd olunan ədəbiyyatlarla Xəzər Universitetinin kitabxanasında tanış olmaq olar.

Hər mövzuya uyğun əlavə müəllim tərəfindən verilən materiallarla tanışlıq zəruridir!

Nizam-intizam qaydaları:


  • Dərsə 5 dəqiqədən artıq gecikənlər dərsə buraxılmır. Lakin bunula belə həmin tələbələr ikinci qoşa saatda iştirak edə bilərlər.

  • Dərs zamanı mobil telefonlar söndürülməlidir.

  • Dərsdə, müzakirələr zamanı danışanın sözünü kəsmək, söhbət etmək yolverilməzdir. Qarşılıqlı hörmət atmosferinin qorunub saxlanılması zəruridir.


Kursun formatı:

Dərslər mühazirə, təqdimatlar, qrup diskussiyaları, tapşırıqlar və videomateriallardan istifadə formasında təşkil olunur. Ayrı-ayrı mövzularla bağlı video materialların təqdimatı və filmlərin nümayişi nəzərdə tutulmuşdur.

Hər mövzuyla baglı tələbələrə həmin dərsdə müəyyən materiallar təqdim olunacaqdır.

Qrup diskussiyalarında fəal iştirak etmək üçün tələbələr həmin mövzuya uyğun ədəbiyyatla qabaqcadan tanış olmalıdırlar.

Dərslər azərbaycan dilində keçiriləcəkdir. Lakin dərsdə sualları, imtahanda cavabları və təqdimatları ingilis dilində ifadə etmək olar.

QİYMƏTLƏNDİRMƏ
Davamiyyət – 10 %

Dərsdə iştirak (müzakirələrdə aktivlik,

sualların verilməsi, tapşırıqların yerinə yetirilməsi və s.) - 20%

Dərsdə təqdimat – 20%

Aralıq imtahanı - 20%

Final imtahanı - 30%

Cəmi: 100%


İmtahan

İmtahan tələbələrin sosial-psixoloji konsepsiyalar, təzahürlər haqqında olan biliklərinin və bu biliklərin konkret situasiyalarda tətbiq edə bilmə bacarıqlarının qiymətləndirilməsi üçün aparılır.

Kursun tədrisi prosesində bir aralıq (midterm) və yekun imtahanı (final) keçiriləcəkdir. İmtahan mühazirə və ədəbiyyatlarda (proqramda hər mövzuya uygun tələbələrin tanış olduğu) olan materialları əhatə edəcəkdir.

İmtahan yazılı, test formatında aparılacaq. Tələbələrə çoxvariantlı cavablarla yanaşı, qısa cavablar nəzərdə tutan suallar təqdim olunacaqdır.

Yekun (final) imtahan ümumilikdə bütün kursu əhatə etsə də, suallarda əsas üstünlük aralıq (midterm) imtahanından sonra keçirilən materiallara veriləcək.
Dərsdə iştirak

Hər dərsdə mühazirədə təqdim olunan müəyyən bir problemin, ideyayaların tələbələrin aktiv iştirakı ilə müzakirəsi keçiriləcək, ayrı-ayrı mövzulara uyğun olaraq tapşırıqlar veriləcəkdir. Tələbələrin dərsdə, həmin diskussiyalarda iştirak etməsi onların başqalarının həmin problemlə bağlı fikirləri ilə tanış olmasına, suallarını verməsinə və ümumilikdə mövzunu daha yaxşı mənimsəməsinə imkan verir.

Odur ki, sizin dərsdə iştirakınız, hər dərsdə öz fikir və mövqeyinizi bildirməniz bizim hər birimizin təcrübəsini zənginləşdirdiyi, sizin mövzunu dərk edib, mənimsəmənizə xidmət etdiyi üçün və ümumən dərsin gedişini maraqlı etdiyinə görə çox vacibdir.

Tapşırıqlar

Tapşırıqlar tələbələrin analitik bacarıqlarını inkişaf etdirmək və nəzəri biliklərini möhkəmləndirmək məqsədilə hazırlanır. Yazılı tapşırıqlar yazılı elmi-tədqiqat işlərinə qoyulan tələblərə uyğun olmalı, peşəkar tərzdə yazılmalıdır.


Tələbələrin təqdimatları

Hər bir tələbə kursun mövzularına uyğun, sosial psixologiyanın aktual problemlərindən birini əhatə edən mövzulardan birini seçərək 15 dəqiqəlik təqdimat hazırlamalıdır. Tələbənin təqdimatı mövzunu əhatə etmə, düzgün izah edə bilmə, dolğunluq, audio-vizual cazibədarlıq (Power Point Presentation) səviyyəsinə müvafiq olaraq qiymətləndiriləcək.

Təqdimatlar auditoriyaya müzakirə üçün sual qoymaqla tamamlanmalıdır.

KURSUN PLANI
Həftə 1. - Sosial psixologiya elm kimi.

Kursun proqramı (syllabus) ilə tanışlıq.

Sosial psixologiya haqqında ümumi məlumat.

Sosial psixologiyanın digər elmlərlə əlaqəsi.

Sosial psixologiyanın tarixi.

Sosial psixologiyada əsas nəzəriyyələr.


Ədəbiyyat : Myers, D. Chapter 1(p. 3-19)

Freedman, J. Chapter 1

Bayramov, A. Chapter 1 (p. 9-15), Chapter 2 (p.18-30)

______________________________________________



Həftə 2. - Sosial psixologiyada tədqiqat metodları

Elmi tədqiqata verilən tələblər .

Təsviri və eksperimental metodlar. Korrelyasiya.

Sorğu üsulları.

Sosial-psixoloji tədqiqatlarda etik məsələlər.
Ədəbiyyat : Myers, D. Chapter 1(p. 19-32)

Freedman, J. Chapter 2

Bayramov, A. Chapter 3 (p. 32-51)

_______________________________________________

Həftə 3. - Sosial psixologiyada şəxsiyyət problemi

Şəxsiyyət anlayışının mahiyyəti və sosial-psixoloji xarakteristikası.

Sosializasiya.

“Mən” – konsepsiya və özünüqiymətləndirmə. Özünəhörmət və narsizm.

Özünə nəzarət. Özünütəqdimetmə.
Ədəbiyyat : Myers, D. Chapter 2 (p. 37-73)

Freedman, J. Chapter 2

Bayramov, A. Chapter 4 (p. 51-73)

Andreeva,G. Chapter 15, 16



_____________________________________________________________Həftə_4._-_“Mən”_-_sosial_mühitdə'>___________________________________________________________

Həftə 4. - “Mən” - sosial mühitdə

Bundan əvvəlki mövzunun davamı



Tələbələrin təqdimatları.

___________________________________________________________



Həftə 5. - Ünsiyyət və sosial persepsiya

Ünsiyyət anlayışının mahiyyəti və əsas xüsusiyyətləri.

Ünsiyyətin strukturu.

Vasitəli və vasitəsiz ünsiyyət.

Qeyri-verbal ünsiyyət.

Kauzal atribusiya. Atribusiya nəzəriyyəsi.

Fundamental atribusiya səhvi.

Ədəbiyyat : Myers, D. Chapter 3 (p.78-103)

Freedman, J. Chapter 2

Bayramov, A. Chapter 9 (p. 265-268; p. 285-297)

__________________________________________________________

Həftə 6. - Ünsiyyət və sosial persepsiya

Bundan əvvəlki mövzunun davamı



Tələbələrin təqdimatları.

__________________________________________________________



Həftə 7. - Aqressiya

İnsanlarda aqressiya: mahiyyəti, təzahürləri, səbəbləri.

Aqressiya nəzəriyyələri.

Mediada zorakılıq.


Ədəbiyyat : Myers, D. Chapter 10 (p. 383- 424)

Freedman, J. Chapter 10 (p. 260 – 297)

Anderson, C. A., & Huesmann, L. R. (2003). Human aggression: A social-

cognitive view. In M. A.Hogg and J. Cooper (Eds.), The Sage handbook of social



psychology (pp. 296-323). Thousand Oaks, CA: Sage Publications. Can be

retrieved from

http://www.psychology.iastate.edu/faculty/caa/abstracts/2000-2004/03AH.pdf.

________________________________________________________________



Həftə 8. - Altruizm və prososial davranış

Altruizm: mahiyyəti və təsviri.

Altruizm nəzəriyyələri.

Prososial davranışa təsir edən amillər.


Ədəbiyyat : Myers, D. Chapter 12 (p. 473- 512)

Freedman, J. Chapter 11 (p. 300 – 325)



_______________________________________________________________

Həftə 9. - ARALIQ (MİDTERM) İMTAHANI

______________________________________________________________

Həftə 10. - Qrupun sosial psixologiyası

Qrup anlayışının mahiyyəti. Qrupun strukturu və funksiyaları.

Qrupun təsnifatı.

Qrup dinamikası. Sosiometriya.

Qrup təsiri: sosial fasilitasiya, sosial tənbəllik, deindividualizasiya.

Qrup qərarının qəbulu. Qrup polyarizasiyası.

Kütlə və izdiham.

Qruplararası proseslər: Qruplararası münasibətlər. Yanlış fikirlər, stereotiplər.

Diskriminasiya.
Ədəbiyyat : Myers, D. Chapter 8, 9,

Freedman, J. Chapter 13, 14

Bayramov, A. Chapter 5 (p. 115-143)

Andreeva,G. Chapter 8, 10, 11, 12

_______________________________________________________________

Həftə 11. - Qrupun sosial psixologiyası

Bundan əvvəlki mövzunun davamı



Tələbələrin təqdimatları.

_____________________________________________________________



Həftə 12. – Qrup təzyiqi

M.Şerifin tədqiqatları.

S.Aşın tədqiqatları.

Milqramın tədqiqatları.

Neqativizm.

Tələbələrin təqdimatları.
Ədəbiyyat : Myers, D. Chapter 6

Freedman, J. Chapter 12

Bayramov, A. Chapter 6 (p. 170-176)

Film Clip: The Milgram Experiment

____________________________________________________________

Həftə 13. – Liderlik

Liderlik və rəhbərlik.

Liderlik nəzəriyyələri.

Liderlik tərzləri.


Ədəbiyyat : Emel Riza, Chapter 10 (p. 180-201)

Freedman, J. Chapter 13 (p.367-372)

Bayramov, A. Chapter 7 (p. 225-233)

___________________________________________________________



Həftə 14. - Sosial təsir və attityudlar

Mədəniyyət və gender. Sosial rollar.

Attityud anlayışının mahiyyəti.

Davranış və attityudlar.

Sosial təsir vasitələri: inandırma, təlqin, təqlid, şaiyələr.

Kütləvi kommunikasiya. Mediada təsir effektləri.


Ədəbiyyat : Myers, D. Chapter 4, 5, 7

Freedman, J. Chapter 2, 6

Bayramov, A. Chapter 9 (p. 302-318)

___________________________________________________

Həftə 15. – Şəxsiyyətlərarası münasibətlər və attraksiya

Dostluq və məhəbbət.

Bağlılıq.

Tənhalıq.

Attraksiya.

Ədəbiyyat : Myers, D. Chapter 11 (p. 427- 471)

Freedman, J. Chapter 8 (p. 198 – 226), Chapter 9 (p.229-257)

_____________________________________________________

Həftə 16. - Sosial psixologiya haqqında yekun fikirlər

Sosial psixologiya və real həyat:



şəxsi təəssüratların, təcrübənin mübadilə və müzakirəsi.

YEKUN (FINAL) İMTAHAN

_____________________________________________________
TƏLƏBƏLƏRİN TƏQDİMATI ÜÇÜN TƏXMİNİ MÖVZULAR:

  1. Sosial psixologiyanın elmlər sistemində yeri.

  2. Sosial psixologiyada sorğu üsullarının tətbiqi.

  3. Konformizm və nonkonformizm.

  4. Tənhalığın psixologiyası.

  5. Sosial yönəliş (attityud).

  6. Yalanın psixologiyası.

  7. Utancaqlıq və onunla mübarizə yolları.

  8. Şayiə fenomeni: yayılması, funksiyası, əsas məzmunu.

  9. Kompyüterdən asılılıq: problemin psixoloji tərəfləri.

  10. Psixoloji təsir vasitələri .

  11. Sosial persepsiya.

  12. Qrupdaxili konfliktlər və onların nizamlanması yolları.

  13. Moda sosial-psixoloji fenomen kimi.

  14. İnandırma və onun formaları.

  15. Tətbiqi sosial psixologiya.

  16. Kütlə psixologiyası.

  17. Attraksiya fenomeni.

  18. Məhəbbətin psixologiyası.

  19. Qruplararası münasibətlər.

  20. Prososial davranış.

Yüklə 56,53 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin