XƏZƏr xəBƏR №337 fevral 2015 khazar-review



Yüklə 0,96 Mb.
Pdf görüntüsü
səhifə1/12
tarix07.04.2017
ölçüsü0,96 Mb.
#13627
  1   2   3   4   5   6   7   8   9   ...   12

XƏZƏR

 

XƏBƏR

№ 337   FEVRAL  2015

KHAZAR-REVIEW

khazar-review.khazar.org



ELMİ-KÜTLƏVİ, ƏDƏBİ-PUBLİSİSTİK TOPLU

20


Fevralın 6-da Xəzər Universitetinin yeni layihəsi olan “Xəzər Sarayı”nın tikinti 

planı  “Maxwan”  (Niderland)  memar-dizayn  şirkətinin  vebsaytında  dərc 

olunmuşdur. Plan ilə bu saytda tanış ola bilərsiniz:

http://maxwan.nl/selectedprojects/khazar-saray/#/t_4170

“XƏZƏR”İN  TİKİNTİ  PLANI  

NİDERLAND  MEMAR - DİZAYN  ŞİRKƏTİNİN  SAYTINDA

“XƏZƏR”İN  TİKİNTİ  PLANI  

NİDERLAND  MEMAR - DİZAYN  ŞİRKƏTİNİN  SAYTINDA

20


3

Universitet xəbərləri 

. . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . 4



Sevinc Mürvətqızı. 

“Azərbaycanda ali təhsilin inkişafı və dünya reytinq cədvəlləri” 

müzakirə olunub . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . 12

Елена Остапенко, Л.А. 

Людей с инвалидностью в Азербайджане

 будут привлекать к высшему образованию

. . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . 21

Hamlet İsaxanlı: 

“Yaradıcılıq ehtirası sevgidən qat - qat böyükdü” (Aygün Aslanlı). . . . . . . . . . . . . . 26



Mədəniyyət

. . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . 34

 

Hamlet İsaxanlı: 



“33 şairlə ruhən necə yaxın ola bilərəm?” (Qızılgül Abdin)

. . . . . . . . . . . . . . . . .

41

Dünya

. . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . 46



Eldar Shahgaldiyev, Jeyhun Karimov ,Zarifa Aliyeva. 

About Some Measures to be Taken 

to Improve Pre-service and in-Service Education in Azerbaijan (Organizational  Approach)  . . . . . . 48

Türk dünyası

. . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . 49

2015-2025-ci illərdə Azərbaycan gənclərinin inkişaf strategiyası . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . 50

Linqvistika

. . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . 55



Rabindranat Taqor. Poçtmeyster. . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . 56

Sosial

. . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . 60



Jamala Mammadova. 

Tragic Love: a Review of the Pursuit of  Happiness by Douglas Kennedy  . . . 62



Turizm

. . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . 65



Altuntaj Mammadova. 

Publications of Ahmad Jafaroghlu About

 the Folklore of  Azerbaijan in Europe . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . 66

Təbabət

. . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . 71



Mozaika 

. . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . 73



İdman 

. . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . 76



İÇİNDƏKİLƏR

It has been published

since January 1995

Founder:

Khazar University



Editor-in-chief:

Hamlet Isaxanli



Associate editors:

Alirza Balayev



Editorial member:

Jamal Mustafayev

Ajdar Aghayev

Alla Akhundova

Knyaz Aslan

Design by:

Mir Rafig Abdulrahimov



Computer graphics:

Nigar Aydemirova



Photo:

Multimedia Centre

Address:

41 Mahsati str., Baku

(near the “Neftchilar” metro)

Tel.: (+99412) 323 93 13

(+99412) 421 10 93 (209)

GSM: (+99450) 321 31 69

 Faks: (+99412) 493 93 79 

E-mail: xazarxabar@khazar.org

Certificate: 376

Index: 67178

Copies: 3000 

1995-ci ilin

yanvarından nəşr olunur

Təsisçi:

Xəzər Universiteti



Baş redaktor:

Hamlet İsaxanlı

Baş redaktor müavini:

Əlirza Balayev



Redaksiya heyəti:

Camal  Mustafayev

Əjdər  Ağayev 

Alla  Axundova

Knyaz  Aslan  

Rəssam:

Mir Rafiq Əbdülrəhimov



Kompüter tərtibatçısı:

Nigar Aydəmirova



Foto:

Multimedia Mərkəzi



XƏZƏR  XƏBƏR  JURNAL |  

4

Fevralın 6-da universitetin Mərmər salonun-

da  Xəzər  Universiteti  Texnoparkı  və  Türkiyə 

MİTEK  şirkətlər  qrupunun  birgə  fəaliyyətinə 

həsr edilmiş konfrans keçirildi.

Təhsil Nazirliyi və Rabitə və Yüksək Texno-

logiyalar  Nazirliyinin  dəstəyi  ilə  keçirilən  kon-

fransda  Türkiyə  Respublikasının  Azərbaycan-

dakı fövqəladə və səlahiyyətli səfiri, Bakı şəhəri 

Nizani Rayon İcra Hakimiyyətinin başçısı, digər 

rayonların  icra  hakimiyyətlərinin  müavinləri, 

Təhsil  Nazirliyi  və  Rabitə  və  Yüksək  Tex-

nologiyalar  nazirlərinin  müavinləri  və  digər 

əməkdaşları, millət vəkilləri, Azərbaycan və Tür-

kiyənin iş adamları, Xəzər universitetinin əmək-

daşları iştirak edirdilər.

Konfrans Xəzər Universitetinin Kamera or-

kestrinin müşayiəti ilə Azərbaycan Respublikası-

nın  Himni  və  Türkiyə  Cumhuriyyətinin  İstiqlal 

Marşının oxunması ilə başladı. Xəzər Universite-

tinin təsisçisi, Direktorlar və Qəyyumlar Şurası-

nın  sədri  professor  Hamlet  İsaxanlı    tədbiri 

açaraq, iştirakçıları salamladı və konfranın möv-

zusu ilə əlaqədar geniş çıxış etdi.



(Ardı səh. 9 - da )

On February 6, a conference on Khazar Univer-

sity  Technopark  and  MITEK  Group  of  Companies 

(Turkey) was held in 

the university’s Marble Hall with the support of 

the Ministry of Education and Ministry of Communi-

cations and High Technologies.

Participants included the Ambassador Extraordi-

nary and Plenipotentiary of the Republic of Turkey to 

Azerbaijan, senior officials including the deputy mi-

nisters from the Ministry of Education and Ministry 

of Communications and High Technologies, the Head 

of  the  Baku  City  Nizami  District  Executive  Body 

along with the Deputy Heads of several Baku admi-

nistrative districts, members of parliament, busines-

smen  from  Azerbaijan  and  Turkey,  and  Khazar 

University faculty and staff members.

The  conference  began  with  the  Hymn  of  the 

Azerbaijan Republic and the Independence March of 

the Republic of Turkey, played by the Khazar Univer-

sity Chamber Orchestra and sung by the audience. 

Then Prof. Hamlet Isaxanli, Khazar University’s 

founder and Chairman of the Board of Directors and 

Trustees,  made  an  opening  speech  to  greet  partici-

pants and give them detailed information about the 

conference theme. nner was served for the guests at a 

local restaurant.

(Continved on page 9 )

CONFERENCE  ON  KHAZAR  UNIVERSITY  

TECHNOPARK  AND  MITEK  GROUP  OF  

COMPANIES  

XƏZƏR  UNİVERSİTETİ  

TEXNOPARKI – MİTEK: 

BİRGƏ  FƏALİYYƏTƏ  HƏSR  EDİLMİŞ  

KONFRANS  

XƏZƏR XƏBƏR  JURNAL



5

Sayın Böyük elçi, hörmətli nazir müavinləri, hörmətli Millət vəkilləri, hörmətli İcra 

başçısı və İcra başçısı müavinləri, Mitek şirkətlər qrupunun sayın başkanı, Türkiyə və 

Azərbaycanın hörmətli iş adamları, sənayeçilər, elm və texnologiya adamları!

Bizə şərəf verib konfransımızda iştirak etdiyiniz, bu mühüm görüşə gəldiyiniz üçün 

minnətdaram  və  konfransın  təşkilatçıları  -  Təhsil  Nazirliyi,  Rabitə  və  Yüksək 

Texnologiyalar Nazirliyi, “Mitek” şirkətlər qrupu və Xəzər Universiteti adından sizləri 

salamlayıram! Xoş gəlmisiniz!

“Texnopark” (və ya “Elm və texnologiya parkı”) universitet və sənayeni bir-birinə 

yaxınlaşdıran, araşdırma və inkişaf yönlü biznes işi ilə məşğul olan qurumdur, yenilikçi 

fikirlərə ehtiyac duyan “şirkətlər evi”dir. Texnopark tətbiqi sahələrlə məşğul olan elm 

adamı, mühəndis, iş adamları və sərmayəçilərin/yatırımçıların işbirliyi məkanıdır və yeni 

ideyaları həyata keçirmək üçün şirkət qurma fəaliyyəti ilə seçilir. Texnopark tətbiqi bilik 

mərkəzidir,  çoxu  kağız  üzərində  olan  ideyaların  həyata  keçdiyi  yerdir.  Texnopark 

hökumətin  doğru  siyasəti  və  dəstəyi  ilə  güc  qazanır. Texnopark  bazar  iqtisadiyyatının 

zəfəri və əlbəttə ki, həm də elm və texnologiyanın zəfəri sayılır! 



Silicon  Valley  (Silikon/Silisium  vadisi)  dünyada  ilk  və  ən  məşhur  universitet 

texnologiya  parkıdır.  Stanford  Universiteti  öz  maliyyə  problemlərini  həll  etmək  və 

həmçinin  məzunlarını  perspektivli  işlə  təmin  etmək  üçün  öz  geniş  torpaq  sahələrini 

yüksək  texnologiya  sahəsində  fəaliyyət  göstərən  şirkətlərə  kirayə  verməklə  Silikon 

vadisinin əsasını qoydu. 1953-cü ildən başlayaraq şirkətlər bura gəlməyə başladılar. 

Beləliklə, texnopark tarixi təqribən 60 ili əhatə edir. Əslində isə, 1939-cu ildə təsis 

edilmiş Hewlett-Packard Silikon vadisi adlanacaq bu məkanın ilk yüksək texnologiya 



 

                 6 fevral 2014, Mərmər salon, Xəzər Universiteti

                                          Hamlet İsaxanlı

TEXNOPARK:  POZİTİV - NEQATİV  TƏCRÜBƏLƏR  VƏ  REALİST  BAXIŞ

XƏZƏR  XƏBƏR  JURNAL |  

6

şirkəti  sayıla  bilər.  İki  Stanford  elektrik  mühəndisliyi  məzunu William  R.  Hewlett  və 

David  Packard  1938-ci  ildə  Palo  Alto`da  Packard`ın  qarajında  ilk  audio  ossilyator 

hazırladılar, onlar öz adları ilə gələcəyin nəhəngi olacaq şirkəti də burada təsis etdilər. 



İndi həmin qaraj tarixi yer - Silicon Valley`in doğum yeri elan olunub! Maraq üçün 

qeyd edim ki, Disney, Apple, Google, Amazon.com kimi nəhəng şirkətlər də qarajda işə 

başlamışlar...

Mikroelektronika inqilabı zamanın şəklini və ruhunu dəyişdirdi. San Francisko`dan 

cənubda böyük ərazidə yerləşən Silikon vadidə təqribən yarım milyon insan çalışır (və 

çalışanların,  dörddə  birindən  çoxu  hindistanlıdır!).  İntel,  Yahoo!,  Oracle  burada 

yarandı.  General  Electric  və  Kodak  bura  gəldi.  Xerox,  Cisco  sistemləri,  Apple 

(Makintosh, iPod, iPhone, iPad, iTunes), Microsoft burada böyük vüsət aldılar. 1998-ci 

ildə  iki  Stanford  PhD  tələbəsi  texnoloji  cəhətdən  əvvəlkilərdən  daha  effektiv  internet 

axtarış sistemi nəhəngi olacaq Google şirkətini təsis etdilər. Yarımkeçiricilər sahəsində 

böyük uğurlar qazanan Silicon vadi kompüter programları (software) və internet işində də 

dünya mərkəzinə çevrildi. ABŞ üzrə vençur sərmayənin təqribən 40%-i Silikon vadidədir 

(2012, may). Silikon vadi adambaşına düşən milyarder və milyonerlərin sayına görə 

də dünya birincisidir.

ABŞ, Avropa, Yaponiya, Çin, İsrael, Taiwan, Singapore,Yaponiya, Cənubi Koreya, 

Hong  Kong  və  digər  yerlərdə  qurulan  texnoparklar  böyük  uğur  qazandılar.  Hindistan 

yüksək  texnologiyalar,  elektronika,  xüsusilə  informasiya  texnologiyaları  sahəsində   

dünyanın ən qabaqcıl məkanlarından birinə çevrildi. “Fil rəqs/dans etməyi öyrəndi”, 

üstəlik  hamıdan  yaxşı  –  kiminsə  söylədiyi  bu  ifadə  həqiqəti  əks  etdirir.  Bangalore 



Elektron Şəhəri Hindistan silikon vadisi, “2-ci Silikon Vadi” adlandırıldı. Amma 2-cilik 

uğrunda böyük yarış var.



Rusiyanın  acı/neqativ  təcrübəsi  (Rus  sindromu).  Bu  neqativ  təcrübə  haqqında 

MIT-nin  professoru  Loren  Graham`ın  müşahidələri  maraqlıdır.  Rusiyada  elm  yüksək 

olub.  1950-60-cı  illərdə  əsasən  rus  alimləri  Basov  və  Proxorov`un  və ABŞ-lı  Charles 

Townes`un  əməyi  sayəsində  Lazer  kəşf  olundu,  hər  üç  alim  bu  kəşfə  görə  Nobel 

mükafatına layiq görüldülər. Ch. Townes tez patent aldı, satdı, nəticədə Amerika şirkətləri 

lazerin  tətbiqləri  üzrə  böyük  işlər  gördülər.  Ruslar  nə  etdilər?  Onlar  lazerin 

kommersiyalaşması  üçün  heç  cəhd  etmədilər.  Rus  alim  və  ixtiraçılarına  görə  biznes 

korrupsiya, çirk deməkdir, alim ona yaxın getmək istəmir və ya gedə bilmir. Amerikada 

uğurlu iş adamı milli qəhrəmandır (Edison, Bill Gate, Steve Jobs,...). Rusiyada isə böyük 

biznesə dövlət rəqib kimi baxır. Daha bir misal olaraq indi “fracking” adlandırılan Dərin 



qazma sistemini göstərmək olar (su, qum və kimyəvi maddələrin təzyiqlə vurulmasına 

əsaslanır). Ruslar bu barədə elmi jurnallarda hamıdan əvvəl yazdılar, lakin bunları həyata 

keçirən,  tətbiq  edənlər  BP,  Chevron,  Exxon  kimi  şirkətlərdir;  indi  onlar  ruslara  (və 

dünyaya) dərs keçirlər. Nə üçün yüksək elmi olan Rusiyanın adı ilə rus kompüteri, rus 

mobil  telefonu,...yoxdur?!  Elm  var,  amma  ölkə  tam  xarici  texnologiyadan  asılıdır  (bu 

XƏZƏR XƏBƏR  JURNAL



7

səbəbdən Rusiyaya qarşı tətbiq edilən sanksiyalar ciddi təsir gücünə malikdir). Rusiyada 

qurulmaqda olan Skolkovo adlı mərkəzi dövlət texnoparkı dövlət təşəbbüsüdür, biznesin 

öz təşəbbüsü deyil, özəl sərmayə deyil və bu baxımdan böyük nəticə əldə ediləcəyi şübhə 

doğurur (bu işə MIT də dəstək verir). Yüksək texnologiyalarla bağlı tətbiqi sahələrdən 

uzaq  qalan  ruslar  ədəbiyyat,  musiqi,  software  kimi  sahələrdə,  yəni  zehnin,  zəkanın 

məhsulu ilə güclüdürlər; bunları korrupsiyasız, böyük sərmayə və ya böyük komanda işi 

olmadan etmək mümkündür. 



Öz yaxın dünyamıza qayıdaq. Xəzər Universiteti keyfiyyətli, dünya ilə səsləşən 

tədrislə  yanaşı  elm  və  texnologiyanın  inkişafı  sahəsində,  Azərbaycanın  maraqlarını 

mərkəzə qoymaqla beynəlxalq aləmə inteqrasiya sahəsində ciddi işlər görür, zəruri olan 

sahələrdə xaricdən mütəxəssislər cəlb edir. Xəzər Universiteti, təsadüf deyil ki, “Meydana 

çıxan Avropa və Mərkəzi Asiya”/Emerging Europe and Central Asia adlandırılan (yəni 

Şərqi Avropa, Keçmiş Sovet ölkələri və Türkiyənin yer aldığı) geniş bölgənin yüz ən 



yaxşı universiteti sırasında yer aldı (2014, dekabr). Xəzər Universiteti mühəndislik və 

tətbiqi elmlərin inkişafını üstün/prioritet sahə elan edib, laboratoriyalar yaradır, yüksək 

texnologiyalar  üzrə  mütəxəssisləri  (xariciləri,  həmçinin  xaricdə  yaşayan  azərbaycanlı 

alimləri)  işə  dəvət  edir.  Elektronika,  tibb  mühəndisliyi,  yenilənəbilən  enerji,  inşaat 

materialları,  neft  mühəndisliyi,  hüceyrə  araşdırmaları  və  əsas  təbiət  elmləri  üzrə 

laboratoriyalar  qurulmuş  və  ya  qurulmaq  üzrədir.  Software/Yazılım  işi  üzrə  vacib  və 

maraqlı işlər görmüşük, Tələbə İnformasiya Sistemi (Student Information System) və onu 

içinə  alan  İnformasiya  Menecment  Sistemi  qurulmuş,  Shlumberger  şirkətinin  hədiyyə 

etdiyi çox qiymətli (hər mənada) sistem Neft mühəndisliyi sahəsində başlanğıcdan sona 

qədər bütün iş prosesinin modelidir, tədqiqat və yüksək dərəcələr almaq üçün tədrisdə 

istifadə  olunur,  həmçinin  Xəzər  Universitetində  inkişaf  etdirilən  Kimya  mühəndisliyi, 

Film və Animasiya kimi sahələrdə də kompüter proqramlaşdırma işi ilə sıx bağlı işlər 

görülür.  Virtual  sahibkarlıq  üzrə  simulyasiya  təlim  mərkəzimiz  fəaliyyət  göstərir,  o, 

gerçək  dünya  şəbəkəsinə  qoşulub.  Laboratoriyalar  və  texnoparkla  bağlı  bu  ilk 

qurumlarımız  hər  3  kampusumuzda  (Nizami,  Binəqədi  və  Yasamal  rayonlarında)  yer 

almışlar.



Azərbaycanda yüksək texnologiya mədəniyyətinin inkişafı üçün nə etməliyik? 

Uşaq  bağçalarından  başlayaraq,  ibtidai  və  orta  məktəblərdə  yüksək  texnologiya 

ideyasını təbliğ və nümayiş etdirmək, təcrübi, praktik yönümlü dərslərə daha çox fikir 

vermək (ancaq nəzəriyyələri ön plana çəkən Rus sindromundan xilas olmaq) lazımdır.

Mühəndislik fakültələrində “əllə yaratmaq”, məşğələləri tətbiqi layihələr  üzərində 

qurmaq vacibdir. Ortaya yaratmaq problemi qoymaq, robot, elektromobil, günəş enerjisi 

ilə  işləyən  maşın/avtomobil,  orijinal  proqramlar  yazılması,  kiçik  peyk  düzəltmək, 

tullantıların  yeni  üsullarla  emalı  üzərində  fikirləşmək,...  –  budur  mühəndislik  təhsili, 

müəllim, mütəxəssis və tələbələrin iş-məşğələ birliyi!

Azərbaycanda gerçək texnopark fəaliyyəti üçün nə lazımdır?

XƏZƏR  XƏBƏR  JURNAL |  


8

Sənaye  müəssisələri  (orta  və  kiçik/dinamik)  olmasa,  universitet-sənaye 

münasibətləri inkişaf etməz və texnopark fəaliyyəti ciddi nəticə verməz. Universitet (öz 

mühəndislik,  tətbiqi  elmlər,  iqtisadiyyat  və  menecment  sahələri  ilə)  +  sənaye  + 

laboratoriyalar + texnopark! Tətbiqi elmi işlərin əsas nəticəsi kommersiyalaşmadan ibarət 

olmalıdır. Biz texnoparkı sənaye ilə iç-içə qurmaq istəyirik. Sənaye mərkəzli texnopark! 

Tələbələr də burda təcrübə keçir, burda yetişirlər.

Texnoparkın  texnoloji  transfer  və  kommersiyalaşdırma  ofislərində  yeni  məhsul 

yaradılması, keyfiyyət və məhsuldarlığın artırılması, xərclərin azaldılması, konsultasiya 

xidməti  (reklam,  marketing,  training/təlim,  təhsil,  biznes  planlama  və  strateji  inkişaf 

xidməti,...)  göstərilməsi  nəzərdə  tutulur.  Azərbaycanı  istehsal  və  ixrac  ölkəsi  edək! 

Türkiyə  təcrübəsindən  bəhrələnməklə,  Türkiyə  şirkətlərini  də  cəlb  etməklə  çox  irəli 

getmək  imkanımız  var.  Ankara  Orqanizə  Sənaye  bölgələrini  gəzdik,  gördük.  Bu  işin 

böyük vüsət almasını, istedadlı insanların özlərini və bununla Türkiyəni irəli apardıqlarını 

gördüm. Qürur duydum!

Ankarada MİTEK şirkətlər qrupu və Xəzər Universitetinin, Atılım Universiteti və 

bank sektorunun iştirakı ilə konfransımız oldu. İkinci konfransımızı Bakıda, texnopark 

qurmaq  və  universitet-sənaye  işbirliyini  həyata  keçirmək  istədiyimiz  məkanda  təşkil 

etdik.  Diqqətlə  işlənmiş  planlarımız  var,  onları  həyata  keçirmək  mexanizmi 

hazırlamışıq.  Biz  gərək  dünyadakı  yaxşı  təcrübələrdən  faydalanaq,  bölgəmizin 

ehtiyaclarını ortaya qoyaq, effektsiz-neqativ təcrübələri təkrar etməyək...



Azərbaycan  Respublikasında  təhsilin  inkişafı  üzrə  Dövlət  strategiyasında 

(2013,  24  oktyabr, Azərbaycan  Respublikası  Prezidentinin  sərəncamı),  bu  çox  dəyərli 

sənəddə Təhsilin  məzmunu,  İnsan  resurslarının  formalaşdırılması,  Səmərəli  idarəetmə 

mexanizminin  yaradılması  (beynəlxalq  təcrübə),  Maliyyələşdirmə  mexanizminin 

təkmilləşdirilməsi  kimi  məsələlərlə  yanaşı  Təhsil  infrastrukturunun  yaradılması 

(şəbəkə! kampuslar!) da əsas strateji inkişaf istiqamətləri sırasındadır. Bu, aydındır ki, 

universitetlərin,  texnoparkların  və  laboratoriyaların  yaradılmasını  təşviq  edir. 

Ümumiyyətlə,  yüksək  texnologiyaların,  sənayenin,  texnoparkların  dövlət  inkişaf 

planları mövcuddur və bu sahələrdə müəyyən addımlar atılıb.

Hökumətdən istədiklərimiz var! Kampus və texnopark üçün böyük ərazi, vergi 

güzəştləri  (maraq  üçün  qeyd  edim  ki,  Şekspir  vergilərdən  qaçırmış,  biçin  vaxtı  taxılı 

gizlədirmiş  -  ailəsini  saxlamaq  üçün...Time,  2013,  April  02),  gömrük  güzəştləri, 

qanunvericilikdə dəyişmələr istəyirik Hüquqi statusuna görə “gəlir güdməyən”/”not-for 

profit” (yəni bütün maddi və maliyyə resurslarını təhsil ocağının inkişafına sərf etməli 

olan,  şəxsi  qazanc  üçün  istifadə  hüququ  olmayan)  təhsil  ocağı  niyə  mənfəət  vergisi 

verməlidir? Biz onun əvəzinə universitetimizi və Azərbaycanı inkişaf etdirmək istəyirik. 

Əziz dostlar! Hər iki nazir dünən axşam mənə zəng etdilər, mühüm dövlət tədbirində 

iştirak  etmələri  səbəbilə  gələ  bilmədiklərini,  ancaq  nazir  müavinlərini  və  digər  məsul 

şəxsləri, mütəxəssisləri konfransımıza göndərdiklərini dedilər və bizi dəstəkləyəcəklərini 

təkrarladılar.  Mühüm  məsələləri  ayrıca  görüşüb  müzakirə  etmək  fikrində  razılaşdıq. 

Sabah Rabitə və Yüksək Texnologiyalar naziri ilə görüşümüz nəzərdə tutulub.

Ankara  konfransının  və  Bakı  konfransının  işində  bizə  yardım  etmiş  hər  kəsə  və 

qarşıda görmək istədiyimiz işlərdə bizimlə bir olacaq, bizə yardım edəcək hər kəsə, uyğun 

nazirliklərə, şirkətlərə, sərmayəçilərə, şəxslərə təşəkkür edirəm!

XƏZƏR XƏBƏR  JURNAL



9

Then speeches were made by Cenk Polat, Chair-

man  of  the  Executive  Board  of  MITEK  Group  of 

Companies  (Turkey);  Ismail  Alper  Coskun, 

Ambassador  Extraordinary  and  Plenipotentiary  of 

the  Republic  of  Turkey  to  Azerbaijan;  Firudin 

Qurbanov, deputy to the Minister 

of  Education;  Elmir Valiyev,  deputy  to  the  Mi-

nister  of  Communications  and  High  Technologies; 

Tahir  Budagov,  Head  of  the  Baku  City  Nizami 

District Executive Body. Finally, an agreement was 

signed  between  Khazar  University  and  MITEK 

Group of Companies. After the conference, a di

Sonra  MİTEK  İdarə  Heyətinin  sədri  Cenk 

Polat, Havelsan şirkətlər qrupunun baş direktoru 

Sadık  Yamaç,  Türkiyə  Res pub li ka sı nın 

Azərbaycandakı  fövqəladə  və  səlahiyyətli  səfiri 

İsmail  Alper  Coşkun,

  Təhsil  Nazirinin  müavini 

Firudin Qurbanov, Rabitə və Yüksək Texnologi-

yalar Nazirinin müavini Elmir Vəliyev, Bakı şə-

həri Nizani Rayon İcra Hakimiyyətinin başçısı Ta-

hir  Budaqov    Xəzər  Universitetində  universitet 

 MİTEK şirkətlər qrupunun birgə fəaliyyəti ilə 

yaradılacaq  texnoparkın  əhəmiyyətindən  danış-

dılar və bu işdə uğurlar arzuladılar.

Xəzər Universiteti ilə MİTEK Şirkətlər Qru-

pu arasında birgə fəaliyyət haqqında müqaviləni 

Hamlet İsaxanlı və Cenk Polat imzaladılar.

Konfransdan  sonra  “Şəki”  restoranında 

konfrans iştirakçılarının şərəfinə ziyafət verildi. 


Yüklə 0,96 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   12




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin