XƏZƏr xəBƏR №337 fevral 2015 khazar-review



Yüklə 0,96 Mb.
Pdf görüntüsü
səhifə2/12
tarix07.04.2017
ölçüsü0,96 Mb.
#13627
1   2   3   4   5   6   7   8   9   ...   12

CONFERENCE  ON  

KHAZAR  UNIVERSITY  

TECHNOPARK  AND  MITEK  GROUP  OF  

COMPANIES  

XƏZƏR  UNİVERSİTETİ  TEXNOPARKI – MİTEK: 

BİRGƏ  FƏALİYYƏTƏ  HƏSR  EDİLMİŞ  

KONFRANS  



Bakı şəhəri Nizami Rayon İcra Hakimiyyətinin başçısı 

Tahir Budaqov

Türkiyə Respublikasının Azərbaycandakı Fövqəladə və 

Səlahiyyətli səfiri İsmail Alper Coşkun

MİTEK İdarə Heyətinin sədri Cenk Polat

Təhsil nazirinin müavini Firudin Qurbanov

XƏZƏR  XƏBƏR  JURNAL |  

10

Rabitə və yüksək texnologiyalar nazirinin

 müavini Elmir Vəliyev

Havelsan Şirkətlər Qrupunun 

baş direktoru Sadık Yamaç

AZƏRBAYCAN RESPUBLİKASI

RABİTƏ VƏ YÜKSƏK

 TEXNOLOGİYALAR NAZİRLİYİ

Khazar University

MİTEK


Makine ve İleri Teknolojiler 

Sanayicileri Derneği 

AZƏRBAYCANIN İLK SƏNAYE MƏRKƏZLİ 

TEXNOPARKINI YARADIRIQ

XƏZƏR UNİVERSİTETİ / BAKI. 6 FEVRAL 2015  

XƏZƏR XƏBƏR  JURNAL



11

XƏZƏR  XƏBƏR  JURNAL |  

      Yanvarın  15-də  Xəzər  Universitetinin 

təsisçisi, Direktorlar və Qəyyumlar Şurasının 

sədri professor Hamlet İsaxanlının iştirakı ilə 

Azərbaycan dili və ədəbiyyat departamentinin 

növbəti  iclası  keçirilmişdir.  İclasda Azərbay-

can dili və ədəbiyyat fənnləri üzrə keçirilmiş 

imtahanların nəticələri və qarşıda duran vəzi-

fələr,  yaz  semestri  üçün  sillabusların  hazır-

lanması məsələləri müzakirə edilərək, müva-

fiq  qərarlar  qəbul  olunmuşdur.  Sonra  depar-

tamentin  doktorantı  Qardaşxan  Əzizxanlının 

“Azərbaycan poeziyasında vətəndaşlıq lirikası 

(M.Araz, S.Tahir və M.İsmayıl yaradıcılığı əsa-

sında)” adlı filologiya üzrə fəlsəfə doktoru dis-

sertasiya  işinin  adı,  plan-prospekti  müzakirə 

edilmişdir.  Müzakirə  zamanı  deyilən  qeydlər 

nəzərə  alınmaqla  dissertasiya  işinin  adı  və 

plan-prospekti təsdiq olunmuşdur. 

    İclasın davamı olaraq Təhsil fakültəsinin de-

kanı, fəlsəfə doktoru  Elza Səmədli və Keyfiy-

yətin təminatı mərkəzinin müdiri Lyudmila So-

tovanın iştirakı ilə təhsilin keyfiyyətini daha da 

yüksəltmək məqsədilə  nəzərdə tutulmuş silsi-

lə  seminar-müzakirələrin  “Fənnin  plan-

laşdırılması  və  gözlənilən  təlim  nəticələri” 

mövzusunda ilk məşğələsi keçirilmişdir

.

AZƏRBAYCAN  DİLİ  VƏ  ƏDƏBİYYAT  DEPARTAMENTİNDƏ  İCLAS

Xəzər  Universitetinin  mətbu  nəşrləri  sırasına 

“Dünya” məktəbinin “Dünya” jurnalı da  əlavə olundu. 

İlk  nömrəsi  çapdan  çıxmış  dərginin  təsisçiləri  Xəzər 

Universiteti  və  “Dünya”  məktəbidir.  Jurnalın  baş 

redaktoru Xəzər Universiteti Direktorlar və Qəyyumlar 

Şurası sədrinin müşaviri Nailə İsayevadır.

“Dünya”  jurnalının  nəşrə  başlaması  münasibətilə 

“Dünya” məktəbinin kollektivini və yurnalın yaradıcı 

heyətini təbrik edir, onlara yeni uğurlar arzulayırıq.



“XƏZƏR”İN  

 MƏTBU  NƏŞRLƏRİ  SIRASINA  ƏLAVƏ: 

 “DÜNYA”  JURNALI

Xəbər verdiyimiz kimi, 2015-ci il  yanvarın 15-də 

Xəzər  Universitetində  universitetin  təsisçisi, 

Direktorlar və Qəyyumlar Şurasının sədri professor 

Hamlet  İsaxanlı  tərəfindən  “Azərbaycanda  ali 

təhsilin  inkişafi  və  dünya  reytinq  cədvəlləri” 

mövzusunda  mətbuat  konfransı  keçirilmişdi. 

Mətbuat konfransı  Azərbaycan mediasında  -  AzTV, 

İctimai TV, Space TV, İnteraz televiziya kanallarında 

AzərTAc,  APA,  Xeber365,  Salamnews,SİA 

agentlikləri  tərəfindən,    “Exo”,  “525-ci  qəzet”, 

“Azadlıq”, “Bizim yol”, “Təzadlar” qəzetlərində  və 

digər  kütləvi  informasiya  vasitələrində    geniş 

işıqlandırılmışdır.

(“Mətbuat konfransı haqqında “525-ci qəzet”də   

verilmiş məqalə jurnalın  12-ci  səhifəsində dərc olu-

nur).

XƏZƏR  UNİVERSİTETİNDƏ  KEÇİRİLMİŞ  MƏTBUAT  KONFRANSI 

 ÖLKƏ  MEDİASINDA  GENİŞ  İŞIQLANDIRILMIŞDIR


12 | XƏZƏR XƏBƏR  JURNAL

“AZƏRBAYCANDA 

 ALİ  TƏHSİLİN  İNKİŞAFI  VƏ 

 DÜNYA  REYTİNQ  CƏDVƏLLƏRİ”  

MÜZAKİRƏ  OLUNUB

Rektor Hamlet İsaxanlı universitetin 

son uğurlu nəticələri haqqında 

mətbuatı geniş məlumatlandırıb

DAYCEST


Ötən  gün  Xəzər  Universitetində  media  nüma-

yəndələrinin iştirakı ilə "Azərbaycanda ali təhsilin in-

kişafı və dünya reytinq cədvəlləri" mövzusunda mət-

buat konfransı keçirilib. Konfransı Xəzər Universite-

tinin təsisçisi və rektoru, professor Hamlet İsaxanlı 

açaraq öncə təhsilin vacibliyindən, eləcə də ali təhsil 

müəssisələrinin, təşkilatların media ilə əlaqələrinin sə-

mərəli təşkilinin faydasından   danışıb: "Təhsil geniş 

və mürəkkəb sahədir. Müasir dünyada yaxşı ali mək-

təb elmi tədqiqat gücü, maddi-texniki bazası, kadr po-

tensialı və keyfiyyətli təhsil verməsi ilə tanınır. Müa-

sir dünyada ali məktəb də müasir, modern olmalı, ye-

ni inkişaf meyllərini nəzərə almalı, əslində bu inkişa-

fın hazırlanmasında iştirak etməli, dünyada görünmə-

li, yeri olmalıdır. Bir ali məktəbin adı-sanı onun bey-

nəlxalq aləmdə tanınması, dünyanın digər ali təhsil və 

elm ocaqları, böyük şirkətlər və dünya mediası tərə-

findən bəyənilməsi ilə birbaşa bağlıdır. Əvvəllər öl-

kəmizdə  fəaliyyət  göstərən  ali  məktəblərin  müasir-

ləşməsi  çox  yavaş  getdiyi  üçün  onlar  beynəlxalq 

aləmdə  az  tanınır  və  müxtəlif  kriteriyalar  əsasında 

dünyada  aparılan  güc  sıralanmasında,  yəni,  reytinq 

araşdırmalarında   Azərbaycan ali məktəbləri, demək 

olar ki, görünmürdü.



SON  İLLƏRDƏ  NÜFUZLU  BEYNƏLXALQ 

TƏŞKİLATLARIN  REYTİNQ  CƏDVƏLLƏRİNDƏ 

AZƏRBAYCAN  UNİVERSİTETLƏRİNİN  YER  

ALMASI  ÖLKƏMİZDƏ  CİDDİ  UĞURLARIN 

GÖSTƏRİCİSİDİR 

Lakin müxtəlif kütləvi informasiya vasitələrində 

- saytlarda, qəzetlərdə və digər KİV-də bu haqda veri-

lən məlumatlarda qeyri-dəqiq fikir, şərh və təhlillər 

yer alır, ali məktəblərin reytinq cədvəllərindəki yerlə-

ri yanlış göstərilir. Bəzi nüfuzlu təşkilatların reytinq 

cədvəlləri isə ümumiyyətlə diqqətdən kənarda qalır, 

bu haqda ictimaiyyətə məlumat çatdırılmır. 

Ali  təhsil  müəssisələrinin,  universitetlərin  mət-

buatla, media resursları ilə əlaqələrinin səmərəli təş-

kilinin həm həmin təşkilata, həm də cəmiyyətə fayda-

sı böyükdür. Çünki  bu zaman ali təhsil ocağı öz uğur-

ları,  irəliləyişləri,  nəticələri  barəsində  ictimaiyyətə 

məlumat verir, cəmiyyət isə bu informasiyalardan xə-

bərdar olaraq universitetlərin potensialı haqqında əya-

ni təsəvvürə malik olur. Hər sahədə olduğu kimi təh-

sildə də məlumatların dəqiq, doğru çatdırılmasının bö-

yük əhəmiyyəti var. Xəzər Universiteti həmişə media 

ilə  dost  olub.  Nə  zaman  bizə  mətbuatdan  müraciət 

olunsa, zamanında cavab vermişik".

Rektor Azərbaycan  ali  məktəblərinin,  xüsusən, 

Xəzər Universitetinin son dövrlərdə nüfuzlu beynəl-

xalq təşkilatların reytinq cədvəllərində tutduğu möv-

qe barəsində ətraflı məlumat verib: "Dünyada univer-

sitetlərin reytinqinin müəyyənləşdirilməsi sahəsində 

tanınmış təşkilatlardan  biri "QS" təşkilatıdır. 

"QS" təşkilatı 2014-cü il dekabr ayının 17-də özü-

nün  böyük  maraq  kəsb  edən  yeni  reytinq  cədvəlini 

açıqlayıb. Bu dəfə "QS" təşkilatı ilk dəfə olaraq  Şərqi 

Avropa, Keçmiş Sovet ölkələri və Türkiyə daxil ol-

maqla dünyanın çox böyük regionunun 100 ən yaxşı 

ali məktəbini elan edib. Bu reytinq cədvəlində Azər-

baycandan yalnız 3 ali məktəb yer alıb. 

XƏZƏR  UNİVERSİTETİ  39.6  BALLA  100 

ƏN  YAXŞI ALİ  MƏKTƏB  ARASINDA  71-Cİ 

YERDƏ  QƏRARLAŞIB

Bakı Dövlət universiteti 39.4 balla Çexiyanın Pa-

lacky-Olomous  universiteti  ilə  72-73-cü  yerləri  bö-

lüşdürüb. Qafqaz Universiteti isə 38.5 balla 75-ci yer-

dədir. "QS" reytinq cədvəli universitetlərin dünyada 

nüfuzu   (30%), məzunların nüfuzlu təşkilatlarda işlə 

təmin  olunması  (20%),  müəllim  -  tələbə  nisbəti 

(15%), xarici   müəllimlər (2,5 %), xarici   tələbələr 

(2,5 %), Ph.D dərəcəsi olan müəllimlər (5%), elmi mə-

qalələrin  sayı  (10  %),  məqalələrə  edilən  istinadlar 



13

XƏZƏR  XƏBƏR  JURNAL |  

(5%), universitet saytlarının gücü (10%) kimi meyar-

lara görə formalaşdırılır. Onu da qeyd edək ki, xarici 

mütəxəssislərin işə cəlb edilməsi indikatoru üzrə Xə-

zər Universiteti ilk 5 ən yaxşı universitet sırasındadır. 

Universitetə ən istedadlı, bacarıqlı, peşəkar mütəxəs-

sisləri cəlb etməyə çalışırıq. Bu proses davamlı şəkil-

də aparılır. 



HAZIRDA  XƏZƏR  UNİVERSİTETİNDƏ  ABŞ,  

YENİ ZELANDİYA,  AVSTRALİYA,  HİNDİSTAN,  

İRAN VƏ  DİGƏR  ÖLKƏLƏRDƏN NÜFUZLU  

MÜTƏXƏSSİSLƏR  ÇALIŞIR

H. İsaxanlı dünyanın nüfuzlu təşkilatlardan olan 

EDUNİVERSAL və WEBOMETRİCS-in Xəzər Uni-

versiteti  ilə  bağlı  reytinq  nəticələrini  də  açıqlayıb: 

"Ali məktəblərin reytinqinin müəyyənləşdirilməsi sa-

həsində fəaliyyət göstərən nüfuzlu təşkilatlardan biri 

də EDUNIVERSAL Beynəlxalq Elmi Cəmiyyətidir.

Bu təşkilat hər il dünyada 12000-dən çox magistr 

proqramlarını tədqiq edir, qiymətləndirir və "Ən Yax-

şı Magistr Proqramları"nı elan edir. Bu qiymətləndir-

mə perspektivli tələbələrə daha yaxşı seçim imkanı ve-

rir. 2014-cü il dekabr ayının 24-də EDUNIVERSAL 

2014- 2015-ci il üçün "Ən Yaxşı Magistr Proqramla-

rı" (Eduniversal Best Masters) reytinq cədvəli açıqla-

nıb.

  Bu  dəfə  EDUNIVERSAL  dünyanı  9  əsas 



məkana  ayırıb  və  hər  məkan  üçün  ayrı  reytinq 

araşdırması  aparıb.  İqtisadiyyat  və  Biznesin  idarə 

edilməsi  sahəsində  müxtəlif  ixtisaslar  üzrə  magistr 

proqramları  araşdırılıb,  nəticədə  Xəzər  Universi-

tetinin Menecment, İqtisadiyyat, Mühasibat uçotu və 

audit ixtisasları üzrə MBA proqramları Avrasiya və 

Yaxın  Şərq  bölgəsinin    ən  yaxşı  10  (on)  magistr 

proqramı siyahısında yer alıb: Menecment - 9-cu yer, 

İqtisadiyyat - 9-cu yer, Mühasibat uçotu və audit - 10-

cu  yer.  Azərbaycandan  digər  bir  ali  təhsil  ocağı  -

Qafqaz  Universitetinin    Dövlət  və  bələdiyyə 

idarəetməsi üzrə magistr proqramı da 200 "Ən Yaxşı 

Magistr Proqramları" sırasındadır.

Xəzər  Universitetinin  İqtisadiyyat  və  Menec-

ment fakültəsi 2007-ci ildən bəri iqtisadiyyat və biz-

nesin idarə olunması üzrə ixtisas hazırlığı sahəsində 

dünyanın ən yaxşıları arasında yer almış, bu sıralama-

da 7 dəfə yüksək yer tutub. Son reytinq cədvəlləridə 

Xəzər Universitetinin dünyanın ən nüfuzlu ali mək-

təbləri ailəsinə daxil olduğunu nümayiş etdirir. 

WEBOMETRIX  təşkilatının reytinq cədvəlində 

Yüksək  liqada  (təxminən  ilk  1/4)  Azərbaycandan 

yalnız  bir  universitet  -  Xəzər  Universiteti  yerləşib 

(5836-cı yer). 

Xəzər  universitetindən  sonra  növbəti  3  yeri 

Qafqaz  Universiteti  (6923-cü  yer),  Bakı  Dövlət 

Universiteti (7238-ci yer), Azərbaycan Diplomatiya 

Akademiyası (8376-cı yer) tutur. Azərbaycanın digər 

ali məktəbləri isə daha aşağı sıralarda yerləşib. 

Universitetin layihələri haqqında məlumat verən 

rektor  hazırda  15  beynəlxalq  layihədə  iştirakından 

söz açıb, gələcəkdə bu rəqəmin daha da artacağını is-

tisna etməyib. 

H.İsaxanlı rəhbərlik etdiyi ali təhsil müəssisəsi-

nin maliyyə resursları barəsində danışarkən bu sahə-

də daha çox beynəlxalq layihələrin rol oynadığını vur-

ğulayıb: "Beynəlxalq layihələrdə iştirakımız bizə bə-

zən 700 min manat qiyməti olan avadanlığı ödənişsiz 

əldə etmək imkanı yaradır. 

TƏLƏBƏLƏRİN  TƏHSİL  HAQQI  SON 

QƏPİYİNƏCƏN  UNİVERSİTETİN  İNKİŞAFINA 

SƏRF  OLUNUR 

Bizim Universitetdə bir sıra fakültələr xüsusilə 

öndədir. Məsələn, Xəzər Universitetinin sərmayəsi-

nin  yarıdan  çoxu  Mühəndislik  və  tətbiqi  elmlər 

fakültəsinə yatırılır. Bu fakültədə çox istedadlı tələbə 

və  müəllim  heyəti  var.  Fakültənin  dekanı ABŞ-dan 

dəvət  olunmuş  mütəxəssisdir.  Onlar  hal-  hazırda 

mühüm  kəşflər  üzərində  iş  aparırlar.  İnanıram  ki, 

yaxın  gələcəkdə  onlar  önəmli  ixtiralarla  bizi 

sevindirəcəklər.  Günəş  enerjisi  ilə  işləyən  maşınla 

bağlı ciddi bir layihə üzərində hazırda iş gedir. Eləcə 

də robot texnikası, alternativ  enerji mənbələri, yalnız 

Xəzər  Universitetinin  adı  ilə  bağlı  kompüter 

proqramlarının  hazırlanması  da  mühüm  layi-

hələrimizdəndir. 

Müasir  dünya  standartlarına  cavab  verən 

laboratoriyalar  qururuq.  Məzunlarımız  dünyanın 

nüfuzlu şirkətlərində işlə təmin olunur. BP şirkəti ilə 

geniş  əməkdaşlığımızı  qeyd  edə  bilərəm.  Bunu  da 

vurğulayım ki, əgər məzunumuz bizdən diplom alıb-

sa, deməli, mütləq şəkildə oxuyub alıb, başqa cür ola 

bilməz. Məhz buna görə xarici şirkətlər bizim məzun-

larımıza daha çox üstünlük verirlər. Əlbəttə, arzuo-

lunandır  ki,  nüfuzlu  şirkətlərlə,  zəngin  insanlarla 

əməkdaşlığımız daha da genişlənsin, belə şirkətlər, in-

sanlar  təhsilimizin  gələcəyinə  sərmayə  yatırsınlar, 

universitetimizdə onlarla  istedadlı,  bacarıqlı  tələbə-

nin təhsil almasına sponsorluq etsinlər.   Düşünürük 

ki,  yaxın  zamanlarda  mətbuatı  həm  layihələrimiz, 

həm laboratoriyalarımız, həm də müəllim-tələbə kon-

tingentimizlə tanış etmək imkanı olacaq".    

H.İsaxanlı  sonda jurnalistlərin suallarını cavab-

landırıb. 

Sevinc Mürvətqızı,

“525-ci qəzet”

16.01.15 



14 | XƏZƏR XƏBƏR  JURNAL

Yanvarın 18-də İctimai TV-də Xəzər Universitetinin təsisçisi, Direk-

torlar və Qəyyumlar Şurasının sədri professor Hamlet İsaxanlının “Elm 

üçbucağı” proqramının növbəti verilişi oldu. “Böyük dostluq və böyük 

ayrılıq” adlanan veriliş Friedrich Bodenştedt və Mirzə Şəfiyə həsr edil-

mişdi.


“ELM  ÜÇBUCAĞI”  

 PROQRAMININ 

NÖVBƏTİ  VERİLİŞİ

Yanvarın 21-də Xəzər Universitetinin Mühəndis-

lik və tətbiqi elmlər fakültəsinin bir qrup tələbəsi tərə-

findən günəş enerjisi ilə işləyən kiçik avtomobilin ha-

zırlanmasına  start  verildi.  Layihənin  gerçəkləşmə-

sində rəhbər kimi Elektronika, telekommunikasiya və 

radiomühəndislik departamentinin müdiri Nuru Səfə-

rov, tələbələrdən   Lamiyə Məmmədova, Şəfa Abba-

sova, Lətif Quliyev, Tər-lan Həsənli, Nicat Rəcəbli, 

Mirvüsal Miriyev, Nahid Cəfərov, Ələvəz Qədimov 

iştirak edirlər. 

Layihənin mart ayının əvvəllərində yekunlaşacağı 

nəzərdə tutulur.

GÜNƏŞ  ENERJİSİ  İLƏ  İŞLƏYƏN  KİÇİK  AVTOMOBİL  HAZIRLANIR

Xəzər  Universitetinin  Psixologiya  departamentinin 

koordinatoru  Ülkər  İsayeva  yanvarın  16-da  Xəzər  TV-də 

yayımlanan  “Yeri  gəlmişkən”  verilişində  “Dayə,  yoxsa 

valideyn?“ mövzusunda   çıxış etmişdir. Canlı efir zamanı 

dayə seçimində nələrə diqqət yetirilməsi, uşaqların aldığı tər-

biyədə  valideyn  və  dayənin  üstünə  düşən  məsuliyyət  və 

bununla bağlı bir sıra məsələlər geniş müzakirə olunmuşdur.



ƏMƏKDAŞIMIZ   XƏZƏR  TV-NİN  



”  VERİLİŞİNDƏ

YERİ  GƏLMİŞKƏN

2015-ci il fevral ayında növbəti Webometrics Dünya ali 

məktəblərinin  reytinqi  (sıralaması)  elan  olunmuşdur. 

Reytinq  cədvəlində  Xəzər  Universiteti  Azərbaycanda 

birincidir. 

Qeyd  edək  ki,  Webometrics  universitet  kitabxana-

larının reytinqini də elan etmişdir. Xəzər Universiteti kitab-

xanası  Azərbaycanda  1-ci  olmuş,  Mərkəzi-Şərqi  Avropa 

kitabxanaları reytinqində 70-ci yerdə qərar tutmuşdur. 

Ətraflı məlumatı



http://www.webometrics.info/en/Europe/Azerbaijan 

linki vasitəsilə əldə etmək olar.



XƏZƏR  UNİVERSİTETİ  

AZƏRBAYCANDA  YENƏ  BİRİNCİDİR

 15

XƏZƏR  XƏBƏR  JURNAL |  

Yanvarın 23-də İngilis dili və ədəbiyyatı departa-

mentinin tələbələri –   Leyla Rəhimova ”Zərflərin və 

sifətlərin müqayisəli linqvistik analizi” (elmi rəhbər 

Eldar  Şahgəldiyev),  Fidan  Əliyeva  “A.S.Puşkinin 

“Yevgeni Onegin” əsərində təşbehlərin rus dilindən 

ingilis  dilinə  tərcüməsi”  elmi  rəhbər  Daniel  Paul) 

mövzularında  dissertasiya müdafiə etmişlər.

L. Rəhimovanın dissertasiyasında  zərf və sifətin 

qrammatik, morfoloji, sintaktik və semantik xüsusiy-

yətləri, habelə bəzi xüsusi sifət və zərflərin cümlədə 

yeri, onların istifadəsində yaranan ümümi səhvlər və 

sifətlərin substansivizasiyası adlandırılan spesifik fe-

nomeni,  F.  Əliyevanın  dissertasiyasında  isə 

G.Conston  və  G.Ledcerin  tərcüməsində  “Yevgeni 

Onegin”də   təşbehlərin seçilməsi məsələləri araşdı-

rılmışdır.

Bəylər Haciyevin sədrliyi ilə müdafiə komissiya-

sı hər iki işi müsbət qiymətləndirmişdir.

TƏLƏBƏLƏRİMİZ  MAGİSTR  DİSSERTASİYASI  MÜDAFİƏ  ETMİŞLƏR

Yanvarın 21-də xeber 365.com saytında Xəzər Universitetinin təsisçisi, Direktorlar və Qəyyumlar 

Şurasının sədri professor Hamlet İsaxalının müsahibəsi (video variantından müəyyən ixtisarla) dərc 

olunmuşdur. Müsahibədə Xəzər Universiteti, Azərbaycanda təhsil sistemi haqqında söhbət açılmışdır. 

Müsahibə ilə bu linkdə tanış ola bilərsiniz: 

http://www.xeber365.com/cgibin/site2/main2.cgi?choice=article&s=155&d=3462

(Müsahibənin tam mətni  jurnalın  26-cı  səhifəsində dərc olunur).

Yanvarın 21-də Tarix və arxeologiya departamen-

tində  “Azərbaycan  arxeologiyası”  jurnalının  baş 

redaktoru  Qüdrət  İsmayılzadə,  redaksiya  heyətinin 

üzvləri –Tarix Dostiyev və Roza Arazovanın iştirakı 

ilə  iclas  keçirildi.  İclasda  Xəzər  Universiteti 

nəşriyyatının  əməkdaşı  Zakir  Nəbiyev,  Elektron 

media  üzrə  koordinator  Alik  Əlioğlu  da  iştirak 

edirdilər.  İclasda“Azərbaycan  arxeologiyası” 

jurnalının  saytının  yaradılması,  jurnalın  yeni 

nömrələri  üçün  hazırlanan  elmi  məqalələrin 

keyfiyyəti  və  jurnalla  bağlı  digər  məsələlər  ətraflı 

müzakirə olundu. 



“AZƏRBAYCAN  ARXEOLOGİYASI” 

JURNALI  REDAKSİYASININ  İCLASI 

XEBER 365. COM

  

SAYTINDA 

 HAMLET  İSAXANLININ  MÜSAHİBƏSİ 

Xəzər  Universitetinin  Multimedia  mərkəzi  “Xəzər  Xəbər”  jurnalının  20  illiyi  münasibətilə  videoçarx 

hazlrlayaraq, özünün You Tube kanalında (Media center of Khazar) yerləşdirmişdir.

 “XƏZƏR XƏBƏR”  JURNALININ  

20

 İLLİYİ  

MÜNASİBƏTİLƏ  YOU  TUBE-DƏ  VİDEOÇARX


16 | XƏZƏR XƏBƏR  JURNAL

G

ürcüstan  Milli  Elmlər  Akademiyasının   



dəvəti ilə Xəzər Universitetinin təsisçisi, 

Direktorlar  və  Qəyyumlar  Şurasının 

sədri  professor  Hamlet  İsaxanlı  fevralın    9-11-də 

Gürcüstanın paytaxtı Tiflis şəhərində işgüzar səfərdə 

oldu. 

Gürcüstan  MEA-da  keçirilən  toplantıda  akade-



miyanın həqiqi və müxbir üzvləri, universitetlərdən 

gəlmiş  professorlar,  Gürcüstan  parlamentinin  üzv-

ləri,  elm  və  sənət  adamları,  ictimai  xadimlər, 

tələbələr, həmçinin Gürcüstanın müxtəlif bölgələrin-

dən  gəlmiş  Azərbaycan  dilli  ziyalıların  iştirak 

edirdilər.  Toplantı  geniş  əks-səda  doğurdu, 

Gürcüstan və Azərbaycan mediası toplantı haqqıda 

məlumat verib, onu geniş şərh etdilər.

Toplantını Gürcüstan Milli Elmlər Akademiyası-

nın prezidenti Giorgi Kvesitadze açdı. O, H.İsaxanlı-

nın  yaradıcılığı  haqqında  qısa  məlumat  verərək, 

Azərbaycan  və  Gürcüstan  elm  adamlarının  əlaqə-

sinin  xüsusilə  vacib  olduğunu  vurğuladı.  O, 

H.İsaxanlının bu sahədə fəallığından məmnuniyyət 

duyduğunu dilə gətirdi və Gürcüstan MEA ilə Xəzər 

Universiteti arasında bu yaxınlarda əməkdaşlıq mü-

qaviləsi  imzalandığını  yada  saldı.  G.Kvesitadze 

H.İsaxanlının müraciət etdiyi mövzunun Qafqazşü-

naslıq və xüsusilə Gürcüstanın sosial həyatı və mə-

dəniyyəti  baxımından  mühüm  əhəmiyyət  kəsb 

etdiyini  dedi.  Prezident  G.Kvesitadze  H.İsaxanlıın 

Gürcüstan  MEA-ya  hədiyyə  etdiyi  “Azərbaycan 

Milli Atlası”nı toplantı iştirakçılarına göstərdi, öz tə-

şəkkürünü bildirdi və sözü H.İsaxanlıya verdi. 

H.İsaxanlı “Mirzə Şəfi və F.Bodenştedtin Tiflis 

görüşü-  Qafqazşünaslıq  məsələləri”  mövzusunda 

mərusəzini hər kəsin anlaması üçün rus dilində etdi. 

HAMLET  İSAXANLININ  

GÜRCÜSTAN  MEA-DA  MƏRUZƏSİ

pon  the  invitation  of  the  Georgian 

U

National Academy of Sciences (GNAS), 



Prof. Hamlet Isaxanli, founder of Khazar 

University and Chairman of its Board of Directors 

and Trustees, visited Tbilisi, the capital of Georgia, 

on February 9-11.

On  February  10th,  he  spoke  at  a  meeting  of 

GNAS. Participants included active and correspon-

ding  members  of  GNAS,  university  professors, 

members  of  the  Georgian  Parliament,  artists, 

scholars,  pub lic  ser vants,  students,  and   

Azerbaijani-speaking  intellectuals  from  various 

regions of Georgia. The event was widely covered 

by Georgian and Azerbaijani media.

The president of GNAS, Giorgi Kvesitadze, ope-

ned the meeting. He gave brief information about 

the  scho larly  activities  of  H.Isaxanli  and 

emphasized  the  critical  importance  of  Georgian-

Azerbaijani scholarly relations. He said that he was 

especially pleased with H.Isaxanli for his efforts in 

this  area,  citing  a  recently-signed  agreement  bet-

ween GNAS and Khazar University. G.Kvesitadze 

stated that the topic of H.Isaxanli’s lecture was ext-

remely important from the perspective of Georgian 

social and cultural studies and Caucasus studies in 

general. Then President Kvesitadze showed the au-

dience  the  Azerbaijani  National  Atlas,  which 

H.Isaxanli  had  given  to  GNAS,  and  he  thanked 

H.Isaxanli and gave him the floor.

H.Isaxanli  made  his  presentation  on  “The 

Meeting  of  Mirza  Shaffy  and  F.Bodenstedt  in 

Tbilisi: Issues of Caucasus Studies” in Russian so 

the whole audience would understand.


Yüklə 0,96 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   12




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin