XƏZƏr xəBƏR №337 fevral 2015 khazar-review


UŞAĞIN  YADDAŞININ  MÖHKƏM  OLMASI  ÜÇÜN



Yüklə 0,96 Mb.
Pdf görüntüsü
səhifə12/12
tarix07.04.2017
ölçüsü0,96 Mb.
#13627
1   ...   4   5   6   7   8   9   10   11   12

UŞAĞIN  YADDAŞININ  MÖHKƏM  OLMASI  ÜÇÜN

  GÜNDÜZ  YUXUSU  VACİBDİR

AzərTAc-ın xarici mətbuata istinadən verdiyi xəbərə 

görə, yeni vasitə insanın bioloji saatlarını idarə etmək iq-

tidarındadır. Alimlərin fikrincə, preparat yuxusuzluqdan 

əziyyət çəkənlərin, eləcə də gecələr işləyənlərin və tez-

tez təyyarə ilə uçan sərnişinlərin əvəzedilməz dostu ola-

caq.

 “Möcüzəli” həbin təsiri ondan ibarətdir ki, onun ley-



kositləri sinxronlaşdırması nəticəsində insan öz bioritm-

lərini aldada bilir, yəni lazım olan vaxtda orqanizmin ge-

cə və gündüzü hiss etmək qabiliyyəti dəyişdirilir.

 Məlumdur ki, yuxu vaxtının dəyişməsi və oyaq qal-

maq xəstəliklərin, o cümlədən psixi pozğunluq və onko-

loji xəstəliklərin inkişafına səbəb olur.

 Yeni preparatın sınaqdan keçirilməsində 16 könüllü 

iştirak edib. Müşahidə olunub ki, bu həblərdən istifadə-

nin ilkin mərhələsində belə dərman effektiv təsir göstərir.

  Yuxusuzluğa  qarşı  yeni  vasitənin  kütləvi  istehsalı 

planlaşdırılır.

Kanadanın Makqilla Universitetinin və Duqlas Psixi Sağlamlıq Universitetinin 

alimləri yuxusuzluğa qarşı preparat hazırlayıblar

ALİMLƏR  YUXUSUZLUĞA  QARŞI  HƏB  KƏŞF  EDİBLƏR

 Şərqi İngiltərə Univeristetinin alimləri xərçəng şişləri genlərini araşdırarkən, belə bir yeniliyi kəşf ediblər. 

Burada söhbət WWP2 genindən gedir. Bütün insanlarda olan bu gen orqanizmdəki bəd xassəli şişlərin inkişafı 

prosesində aktiv iştirak edir.

  Britaniyalı  alimlər  aşkar  ediblər  ki,  WWP2  geninin  bloklanması  ilə  xərçəng  şişinin  qarşısını  almaq 

mümkündür. Onlar həmin nəzəriyyəni laboratoriya sınaqları ilə də təsdiqləyə biliblər. 

Bu bilgiləri nəzərə alaraq alimlər xərçənglə mübarizə üçün yeni dərman vasitələri hazırlamağı planlaşdırırlar.

Alimlər gen səviyyəsində xərçəng hüceyrələrinin inkişafının qarşısını almağı öyrəniblər

XƏRÇƏNGƏ  QARŞI  UNİVERSAL  VASİTƏ  HAZIRLANIR

XƏZƏR  XƏBƏR  JURNAL |  


72

Böyük  Britaniyanın  Oksford  Universitetinin 

alimləri  193  tədqiqatın  yekun  təhlili  əsasında 

müəyyən  ediblər  ki,  nar  ikinci  tip  şəkərli  diabet  ilə 

mübarizəyə  kömək  edir,  bağırsaq  xərçəngində, 

prostat vəzisinin xərçəngində profilaktik vasitə rolu 

oynayır. Nardan sistematik istifadə etmək orqanizmin 

fiziki göstəricilərini yaxşılaşdırır.

Sübut  edilib  ki,  nar  şirəsi  və  cövhəri  sağlamlığı 

möhkəmləndirir  və  müalicəvi  xüsusiyyətlərə 

malikdir.  Nar  şirəsinin  tərkibinə  böyük  miqdarda 

antioksidantlar  daxildir.  Nar  meyvəsinin  tərkibində 

bağırsağın işini yaxşılaşdıran taninlər (büzüşdürücü 

maddələr)  və  antioksidant  xüsusiyyətləri  ilə  zəngin 

polifenollar  vardır.  Hər  iki  maddə  qanda  “zərərli” 

xolesterinin  qatılığını  aşağı  salır.  Nar  dənələrinin 

tərkibində  çoxlu  sellüloz  var  və  bu,  demək  olar  ki, 

kalorisizdir.

Qeyd  etmək  lazımdır  ki,  2014-cü  ildə  ən  çox 

tədqiq edilən meyvələrin reytinqində nar birinci yeri 

tutub.

Nar bir sıra faydalı xüsusiyyətlərə malik olan

 çox xeyirli qida məhsuludur 

BRİTANİYA  ALİMLƏRİ: 

 

NAR  DİGƏR  MEYVƏLƏRDƏN 

 FAYDALIDIR

  Dərman  nəzəri  cəhətdən  narkotik  maddə  istəyən 

insanın  bədənindəki  ağrı  sindromunu  aradan 

qaldıracaq.  Beləliklə,  narkotik  asılılığını  da  azalda 

biləcək.

  Dərmanın  hazırlanması  zamanı  alimlər  yeni 

yanaşma  ortaya  qoyublar.  Onlar  bakterial  səviyyədə 

zülal  götürüblər  və  vadar  ediblər  ki,  həmin  zülallar 

bədənə düşən kokainə hücum çəksinlər. Beləliklə də, 

immunitetin reaksiyası narkotik maddənin bədəndəki 

asılılıq effektini azaldır.

  Dərmanın  hazırlanması  zamanı  təhlükəsiz 

Flaqellin zülalından istifadə edilib. Həmin zülal digər 

peyvəndlərin  hazırlanmasında  da  istifadə  edilir. 

Peyvənd artıq siçanlar üzərində sınaqdan keçirilib və 

effektiv  olduğu  meydana  çıxıb.  Bu  üsulla  digər 

narkotik  maddələrə  qarşı  da  peyvəndlər  hazırlamaq 

mümkün olacaq.



Alimlər kokainin psixotrop effektini aradan qaldıran peyvənd üzərində işləyirlər

NARKOMANİYA  ƏLEYHİNƏ  PEYVƏND  HAZIRLANIR

Zərərli  vərdişdən  əl  çəkmək  çox  çətindir.  Tərgitmək  eşqinə 

düşənlərin hamısı uğurlu olmurlar. Siqaretin birdən-birə atılması 

mənfi  təsirlərlə  də  özünü  biruzə  verə  bilir. Arterial  təzyiq  artır, 

hava  çatışmazlığı  və  gərginlik  kimi  əlamətlər  olur.  Bunun 

nəticəsində  yorğunluq,  ürək  bulanması  və  bəzən  də  baş 

gicəllənməsi də yaranır.

Uzun illərdir ki, bəşəriyyət siqaretlə mübarizə aparır. Ancaq, 

hələ ki, ciddi uğurlar əldə etmək mümkün olmamışdır.

Kaliforniyadakı Skrips elmi-tədqiqat institutunun alimləri bu 

məsələ  ilə  ciddi  məşğul  olublar  və  siqaret  çəkənlərə  yardımçı 

olacaq vasitə ortaya çıxarıblar.

İnstitutun  aparıcı  professoru  Kim  Yand  deyir  ki,  yaradılan 

peyvənd vasitəsilə nikotinin orqanizmə istənilən təsirinin qarşısını 

almaq olur.

Onun  sözlərinə  görə,  bundan  əvvəlki  vasitələr  beyin 

reseptorlarına  çatmadan  orqanizmdə  həll  olurdu.  Ancaq  yeni 

vasitə isə birbaşa insan beyninə təsir göstərir. Yaxın zamanlarda 

peyvənd könüllülər üzərində sınaqdan keçiriləcək.

Alimlər nikotin asılılığı ilə mübarizə üçün 

yeni peyvənd hazırlayıblar

NİKOTİN  ASILILIĞI 

 

SAĞALAN  DƏRDDİR

XƏZƏR XƏBƏR  JURNAL



73

RİA Novosti-nin məlumatına  görə, sözügedən xəritədə 

Krım Rusiya imperiyasının tərkibində göstərilib. Bu barədə 

məşhur müğənni Sevastopolda, hərbçilər qarşısında verdiyi 

konsert zamanı jurnalistlərə açıqlamasında bildirib. 

Kobzon xəritəni Avstriyanın antik mağazasından aldığı-

nı qeyd edib. O, Putinə xəritədən necə istifadə etməklə bağlı 

məsləhət də verib: “Xəritəni Krımın statusu ilə maraqlanan 

hər kəsə göstərməsini məsləhət bildim”.

İfaçı yaxın vaxtlarda yenidən Donbasa gedəcəyini də vur-

ğulayıb: “Orada nə baş verəcəyindən asılı olmayaraq, müt-

ləq gedəcəyəm. Hazırda Donbasda silahsız adamlara hücum 

edilir.  Bunun  qarşısı  indi  alınmasa,  sonradan  faciəyə 

çevriləcək”.

Qeyd edək ki, Ukraynada doğulan İosif Kobzona həmin 

ölkəyə  giriş  qadağan  edilib,  o,  ölkənin  “qara  siya-

hı”sındadır.  Müğənni  siyasi  baxışlarına  görə  2014-cü  ilin 

noyabrında Ukraynanın xalq artisti adından da imtina edib. 



SSRİ xalq artisti İosif Kobzon Rusiya prezidenti Vladimir Putinə 

1804-cü ilin xəritəsini hədiyyə edib

 PUTİNƏ

  

B.Obama  bu  dəfə  diqqətləri  özünə  Nyu-Dehlidə 

Hindistanın Respublika Günü ilə bağlı yanvarın 26-da 

keçirilmiş hərbi paradda çəkib.

Hindistanın Baş naziri Narendra Modi B.Obamaya 

nə  isə  deyərkən  Prezident  ağzından  saqqızı  çıxarıb, 

sonradan saqqızı çeynəməyə başlayıb.

Xatırladaq ki, B.Obama indiyədək 2014-cü ildə Pe-

kində Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq Sammi-

tində və həmin il Fransada müttəfiq qoşunlarının Nor-

mandiyaya çıxması ilə əlaqədar tədbirdə saqqız çey-

nəmişdi.


ABŞ Prezidenti Barak Obamanı

 yenə də rəsmi tədbirdə 

saqqız çeynəyərkən yaxalayıblar

YENƏ  DƏ  

SAQQIZ  ÇEYNƏDİ

“Bəzi ağzıgöyçəklər var ki, Belarusun, onların sözləri ilə desək, “rus 

dünyası”nın,  hətta  az  qala  Rusiyanın  bir  hissəsi  olduğunu  bildirirlər. 

Bunu unudun. Belarus suveren və müstəqil dövlətdir. Biz belə bir ölkənin 

tarixdə  olmadığını  düşünən  hər  kəsi  öz  müstəqilliyimiz  və 

suverenliyimizə hörmət göstərməyə məcbur edəcəyik. Əvvəl olmayıb, 

lakin indi var və bununla hesablaşmaq lazımdır”.

   “İnterfaks”ın verdiyi məlumata görə, bu sözləri Belarus prezidenti 

Aleksandr  Lukaşenko  Minskdə  yanvarın  29-da    keçirdiyi  mətbuat 

konfransında deyib.  

 A. Lukaşenko Rusiya torpaqlarına iddia etmədiklərini bildirib: “Mən 

Smolensk, Bryansk, Pskov torpaqları haqda danışanda bunu cavab kimi 

söyləmişdim.  Bu,  ritorik  zarafat  idi.  Bizə  başqasının  torpaqları  lazım 

deyil.  Vacib  olan  öz  torpaqlarımızı  heç  kimə  verməmək  və  onu 

uşaqlarımıza, nəvələrimizə ötürməkdir”.

“Belarus “rus dünyası”nın bir hissəsi deyil, bunu unudun”

LUKAŞENKONUN  

XALQ  ARTİSTİNDƏN 

QƏRİBƏ 

 HƏDİYYƏ

OBAMA

“RİTORİK  ZARAFAT”I 

XƏZƏR  XƏBƏR  JURNAL |  


74

Finala kolumbiyalı ilə yanaşı, ABŞ, Niderland, Uk-

rayna və Yamayka təmsilçiləri də vəsiqə qazanmışdı.

 87 qızın iştirak etdiyi müsabiqənin vitse-dünya gö-

zəli ABŞ  təmsilçisi  Nia  Sançes  və  “Ukrayna  gözəli” 

Diana Qarkuşa olub. Rusiyalı Yuliya Alipova 15 final-

çının sırasına düşə bilməyib.

 Qeyd edək ki, 22 yaşlı Paulina məşhur tenor Qaston 

Veqanın nəvəsidir. Onun üç qardaşı və dörd bacısı var.

Kolumbiyalı Paulina Veqa Mayamidə yanvarın 

26-da başa çatmış “Dünya Gözəli - 2014” 

müsabiqəsinin qalibi seçilib

KOLUMBİYALI  PAULİNA  VEQA  

Vaxtilə  yay  tətillərini  kənddə  keçirməyə  üstünlük 

verənlərin sayının getdikcə azalması, sakinlərin isə başqa 

yerlərə köçüb getmələri nəticəsində tamamilə boşalan və 

sahibsiz qalan kənd vergiləri ödəyə bilmədiyindən satışa 

çıxarılıb.

Evləri əsasən çay daşlarından tikilən kəndin 360 min 

avroya satışa qoyulduğu bildirilir. Bu isə Fransada yaxşı 

bir mənzilin qiymətinə bərabərdir.

Fransanın Korrez departamentində sahəsi 

3,5 hektar olan və XIII əsrə aid Şartye-

Feryer kəndi bir mənzilin qiymətinə satılır 

FRANSADA  XIII  ƏSRƏ  AİD  KƏND  

BİR  MƏNZİL  QİYMƏTİNƏ  SATILIR

Dəyərindən  xeyli  baha  qiymətə  satılan  mis  pul  1793-cü  ildə  ABŞ-da 

tədavülə buraxılıb.

Pulun alıcısı adının gizli saxlanılmasını istəyib. "Zəncir sent" kimi tanınan 

pul ABŞ-ın tədavülə öz pullarını buraxdığı zaman hazırlanıb.

1 sent dəyərində olan mis pul hərracda 2,35 milyon dollara satılıb

1

  SENTLİK  PUL

  



 MİLYON  DOLLARDAN  BAHA  SATILDI

Hər bir   villanın üçdə bir hissəsi suyun altında 

yerləşir.  Belə  daşınmaz  əmlakın  ilkin  qiyməti  5 

milyon dirhəm dəyərləndirilir ki, bu da təxminən 

18,3 milyon dollar deməkdir.

Birinci  mərtəbəsi  suyun  altında  olacaq 

üçmərtəbəli  villalar Avropa  üslubunda  tikiləcək. 

Kompleksin  inşası  2017-ci  ildə  başa  çatacaq, 

lakin potensial investorlar üçün artıq satışa dəvət 

göndərilib.

“Avropanın  ürəyi”  adlı  layihəyə  daxil  olan 

“Kənd”  kompleksi  6  adada  yerləşəcək.  Süni 

arxipelaq  bütövlükdə  Yer  kürəsi  qitələrini 

xatırladır. O, Dubay sahillərindən təxminən dörd 

kilometrlik  məsafədə  yerləşir.  “The  World” 

adalarının sahəsi 46,5 min - 140 min kvadrat metr 

civarında dəyişir.

Dubayda “The World” süni arxipelaqında tikiləcək villaların satışına başlanıb

DUBAYDA  SUALTI  VİLLALARIN  SATIŞINA  BAŞLANIB

“DÜNYA  GÖZƏLİ”  

SEÇİLİB

XƏZƏR XƏBƏR  JURNAL



75

Siyahıya  əsasən  Hindistan  Böyük  Britaniya  və  Rusiyanı 

arxada qoyaraq üçüncü yerə çıxıb. 2014-cü ildə 70 milyarderi 

olan bu ölkədə 2015-ci ilin əvvəllərində 97 milyarderin qeydə 

alındığı bildirilir. Onlardan 23-ü sənaye sektorunda, 14-ü tibbi 

dərmanlar və 12-si isə texnologiya sahəsində əldə etdikləri var-

dövlət hesabına milyarder olublar.

Hindli  milyarderlər  arasında  daha  zəngin  olan  Mukeş 

Ambaninin  sərvəti  ümumilikdə  20  milyard  dollar  təşkil  edir. 

Hindistanlı  milyarderlər  ümumilikdə  266  milyard  dollar  var-

dövlətə malikdirlər.

Xatırladaq ki, dünyadakı 2089 milyarderin 537-si amerikalı, 

430-u  çinlidir.  Dünyanın  ən  varlı  adamı  isə  Bill  Geyts  hesab 

olunur.  Onun  var-dövlətinin  82  milyard  civarında  olduğu 

bildirilir.

İqtisadiyyat sahəsində ixtisaslaşan 

“Hurun“ jurnalı dünyadakı

 milyarderlərin siyahısını tərtib edib

MİLYARDERLƏRİN  SAYINA  GÖRƏ 

 HİNDİSTAN  DÜNYADA 

 

ÜÇÜNCÜ  YERİ  TUTUR

AzərTAc  Financial  Times  qəzetinə  istinadla  xəbər  verir  ki, 

meqapolisin turistlər tərəfindən ən çox ziyarət olunan binası Merlin 

Entertainments  kompaniyası  tərəfindən  27  illiyə  icarəyə 

götürülmüşdü. İcarəçilər bina sahibinə ildə təxminən 15,5 milyon 

funt sterlinq (22,5 milyon dollar) ödəyirdilər. Səhmləri 4 milyard 

funt sterlinq (6 milyard dollar) həcmində qiymətləndirilən Merlin 

Entertainments kompaniyası bütün dünya üzrə 20 Madam Tüsso 

muzeyinin sahibidir.

 Ekspertlər bildirirlər ki, Londondakı Madam Tüsso muzeyinin 

populyarlığı  artmaqda  davam  edir.  May  ayının  ortalarında 

ekspozisiya  “Ulduz  müharibələri”  ("Star  Wars")  filminin 

qəhrəmanları ilə zənginləşdiriləcək. Turistlər üçün attraksionda 11 

müxtəlif səhnə açılacaq. Ziyarətçilər “Minillik şahin” (Millennium 

Falcon) kosmik gəmisində olacaq, əllərində şüa qılıncı tuta biləcək-

lər.  Ümumilikdə  isə  bu  sərgidə  2,5  milyon  funt  sterlinq  (3,76 

milyon dollar) dəyərində 16 fiqur nümayiş oluna-caq.

 Merlin Entertainments kompaniyasının direktoru Devid Şarpın 

dediyinə görə, yeni sərgi Londonun turizm iqtisadiyyatına güclü 

impuls verəcək.



MADAM  TÜSSO  MUZEYİNİN  BİNASI  

450  MİLYON  DOLLARA  SATIŞA  ÇIXARILIB

Böyük Britaniyanın paytaxtı London şəhərindəki əfsanəvi Madam Tüsso muzeyinin 

əzəmətli binası daşınmaz əmlakın sahibi, iş adamı Nik Leslo tərəfindən 300 milyon 

funt sterlinqə (450 milyon dollar) satışa çıxarılıb

 Ən az yüzdə 80 nisbətində saflıq nisbəti olduğu ifadə edilən 

külçənin bazar dəyəri təxminən 255 min dollar olaraq açıqlanıb.

  Külçənin  23  sm  uzunluğunda,  18  sm  enində  və  8  sm 

qalınlığında olduğu deyilir.

Çinin Uyğur Muxtar bölgəsində bir çoban 

7.85 kiloqram ağırlığında  qızıl külçəsi tapıb

ÇOBAN  İRİ  QIZIL  KÜLÇƏSİ  TAPDI

XƏZƏR  XƏBƏR  JURNAL |  


76

İDMAN


Komitənin yanvarın 28-də keçirilən iclasında sədr 

Hadı Rəcəbli bildirib ki, uşaqlar üçün ayrıca idman fe-

derasiyalarının  yaradılması  dövlətin  prioritetlərində 

idmana olan qayğının tərkib hissəsidir və bu çox vacib 

amildir.

  O  qeyd  edib  ki,  yeni  layihə  aprel  ayında 

parlamentdə  müzakirəyə  çıxarılacaq  və  Bakıda 

keçiriləcək I Avropa Oyunlarına qədər qəbul olunması 

ehtimal edilir.

Bununla bağlı Milli Məclisin Sosial siyasət 

komitəsində “Bədən tərbiyəsi və idman haqqında” 

qanuna əlavə kimi yeni maddənin layihəsi hazırlanır 

AZƏRBAYCANDA 

 UŞAQ  İDMAN  FEDERASİYALARI 

 YARADILIR

  ATF  “İlin  idman  federasiyası”  nominasiyası  üzrə  bu  mükafata  layiq 

görülüb. 

Federasiyadan fevralın 4-də AzərTAc-a bildiriblər ki, Azərbaycan 2014-cü 

ilin mayında böyüklər arasında taekvondo üzrə Avropa çempionatına, iyunda 

isə  yeniyetmələr  arasında  ilk  dəfə  keçirilən  dünya  birinciliyinə  ev  sahibliyi 

edib.

Böyüklər arasında təşkil edilən Avropa çempionatında millimiz 1 qızıl və 4 



bürünc medal qazanıb. Yeniyetmə taekvondoçular isə mundialda 2 gümüş və 1 

bürünc medala layiq görülüblər.

İl  ərzində  federasiya  tərəfindən  Bakıda  və  regionlarda  müxtəlif  yaş 

kateqoriyasından olan taekvondoçular arasında açıq birinciliklər təşkil edilib.



Azərbaycan Taekvondo Federasiyası (ATF) Gənclər və İdman 

Nazirliyinin, “Sportsman” idman jurnalının ənənəvi “Zəfər” 

yüksək idman nailiyyətləri mükafatının qalibi olub

“İLİN  İDMAN  FEDERASİYASI”  NOMİNASİYASININ  QALİBİ  MÜƏYYƏNLƏŞİB

Gənclər və İdman Nazirliyinin sifarişi ilə həyata ke-

çirilən layihənin müəllifi Türkiyə şirkətlərindən biridir. 

Tikinti işlərini isə yerli şirkət həyata keçirir.

 Muzey metronun "Gənclik" stansiyası yaxınlığında 

inşa edilir.

 Qeyd edək ki, prezident İlham Əliyev 2013-cü ilin 

aprelində Olimpiya Hərəkatı və İdman Muzeyinin tikin-

tisi ilə əlaqədar sərəncam imzalayıb və Gənclər və İd-

man Nazirliyinə ilkin olaraq 1 milyon manat ayrılıb.



Bakıda Olimpiya Hərəkatı və İdman Muzeyinin

 tikintisinə başlanılıb

BAKININ  MƏRKƏZİNDƏ

MÖHTƏŞƏM  MUZEY  TİKİLİR

XƏZƏR XƏBƏR  JURNAL



77

Beynəlxalq Futbol Federasiyasının (FİFA) iri sponsorları assosiasiya ilə əlaqələrini kəsməkdə davam edirlər. 

Yanvarın 25-də   üç qlobal korporasiya da FİFA-nı dəstəkləməkdən imtina etdiklərini bildirib. Bunlar “Castrol”, 

“Continental” və “Johnson & Johnson” kompaniyalarıdır.

Bir qədər əvvəl “Sony” və “Emirates” kompaniyaları da təşkilatla əməkdaşlığa son qoyub. Onlardan heç biri bu 

addımın konkret səbəbini açıqlamayıb.

Qeyd edək ki, adları qeyd olunan kompaniyalar FİFA-ya hər dörd ildən bir 1,5 milyard dollardan çox vəsait 

ayırırdı.



FİFA  PREZİDENTİ  POSTU  UĞRUNDA  

MÜBARİZƏ  GƏRGİNLƏŞİR

Blatterin sözlərinə görə, bu gün seçki təqvimində mühüm gündür. 

AzərTAc xəbər verir ki, o, tvitterdə yazıb: “Mən sifariş vermişəm. 

İndi iş qalır seçki komitəsinə”.

Blatter,  prezident  seçilməyəcəyi  təqdirdə,  gələcək  karyerası 

haqqında da məlumat verib.

CNN kanalına danışan Blatter bildirib: "FİFA prezidentliyindən 

getdikdən  sonra  radioda  çalışacağam.  Məncə,  radio  televiziya  ilə 

müqayisədə  daha  məşhurdur.  Radioda  işləmək  mənim  çoxdankı 

arzumdur".

Qeyd edək ki, Blatter 1998-ci ildən FİFA prezidenti vəzifəsində 

çalışır. 



FİFA-nın başçısı Yozef Blatter qurumun yeni prezidentinin seçkilərində iştirak etmək üçün 

yanvarın 29-da öz sifarişini rəsmi surətdə təsdiq edib

YOZEF  BLATTER  FİFA  PREZİDENTİNİN  SEÇKİLƏRİNDƏ  İŞTİRAK  EDƏCƏK

İordaniya şahzadəsi Əli ibn Əl-Hüseyn ali futbol qurumunun preziden-

ti olmaq niyyətindədir.

 Asiyalı artıq namizədliyini irəli sürəcəyini də açıqlayıb: “FİFA prezi-

dentliyinə namizəd olmağı qərara almışam. Mən bu qərarı verməzdən ön-

cə həmkarlarımla uzun-uzadı müzakirə aparmışam”.

 Qeyd edək ki, Əli ibn Əl-Hüseyn hazırda FİFA-nın vitse-prezidenti və-

zifəsini icra edir. 



FİFA prezidenti Yozef Blatterə yeni rəqib tapılıb 

ŞAHZADƏ  

FİFA  PREZİDENTİ  

OLMAQ  İSTƏYİR

  

Əfsanəvi oyunçuya mayın 29-da ali futbol qurumuna rəhbər postuna ke-

çiriləcək  seçkilərdə  Danimarka,  Lüksemburq,  Makedoniya,  Çernaqoriya 

və Polşa səs verəcək.

 Bundan başqa, Fiqunu öz doğma ölkəsi də dəstəkləyəcək.

Xatırladaq ki, tanınmış futbol mütəxəssisi Maykl van Praaqda FİFA-nın 

başçısı vəzifəsinə namizəddir.   

FİFA prezidentliyinə namizədliyini irəli sürəcəyini 

açıqlayan Portuqaliya yığmasının, həmçinin “Barselona”, 

“Real” və “İnter”in sabiq yarımmüdafiəçisi

 Luiş Fiquya 5 ölkədən dəstək gəlib

ƏFSANƏVİ  FUTBOLÇUYA       ÖLKƏDƏN  DƏSTƏK

5

SPONSORLAR  FİFA  İLƏ  ƏLAQƏLƏRİNİ  KƏSMƏKDƏ  DAVAM  EDİRLƏR

XƏZƏR  XƏBƏR  JURNAL |  


78

“Atletiko  Madrid”  komandasının  baş  icraçı  direktoru  Migel 

Anxel  Gil  Marin  bildirib  ki,  oyunçuları  mövsümün  sonunadək 

böyük qürur hissi ilə “Bakı - 2015” loqotipli formasını geyinəcəklər: 

“İlk Avropa Oyunları qitənin idman sahəsindəki inkişafında irəliyə 

atılan böyük bir addımdır. Biz İspaniya və Avropanın lider futbol 

klublarından  biri  olaraq  bu  Oyunları  təbliğ  etməkdən  olduqca 

məmnunuq”.

 “Bakı -2015”-in kommersiya direktoru Çarli Viceratna isə deyib 

ki, “Atletiko Madrid” İspaniyanın La Liqa çempionu və dünyanın ən 

tanınmış  futbol  klublarından  biridir:  “Bakı-2015”  loqotipinin 

onların  formalarında  əks  olunması  Avropa  Oyunları  haqqında 

məlumatlılığın,  brendimizin  dəyərinin  və  yaratdığımız  təkanın 

artırılmasının innovativ yoludur”.



“Bakı-2015” Avropa Oyunları İspaniyanın “Atletiko Madrid” 

komandasının formasında 2014- 15 mövsümünün sonunadək 

UEFA Çempionlar Liqasının və İspaniyanın futbol çempionatı 

olan La Liqanın oyunlarında çıxışı zamanı ilk Avropa Oyunlarının 

loqotipinin əks olunması haqqında müqavilə imzalayıb

 “ATLETİKO  MADRİD”İN  FORMASINDA  “BAKI - 2015”- İN  LOQOTİPİ  

AzərTAc Türkiyə KİV-lərinə istinadla xəbər verir ki, növbəti çempionatdan 

hər bir komandanın iştirak ərizəsində 14 yerli və 14 əcnəbi futbolçu ola bilər.

Belə olan halda meydana eyni zamanda 11 legoner də çıxa biləcək. Bununla 

bərabər, yerli futbolçular arasından bir nəfər mütləq klub yetirməsi olmalıdır.

Hazırki qaydalara görə, Türkiyə çempionatında eyni zamanda 5 legioner 

meydana çıxa bilər.

Türkiyə Futbol Federasiyası 2015/2016-cı il 

mövsümündən etibarən legioner limitini ləğv edəcək

TÜRKİYƏDƏ  LEGİONER  LİMİTİ  LƏĞV  OLUNACAQ

Astanada  audarıspak  (atlılar  arasında  mübarizə 

növlərindən  biri)  milli  oyunu  üzrə  I  açıq  Asiya 

çempionatı    (turnirdə  Azərbaycan,  Monqolustan, 

Tacikistan, Özbəkistan, Əfqanıstan, Rusiya, Qırğızıstan, 

Çin  və  Macarıstandan  11  komanda  iştirak  edib)  başa 

çatandan  sonra  yanvarın  10-da  bu  münasibətlə 

paytaxtdakı  Konqres-hollda  keçirilən  tədbirdə     

Qazaxıstan nümayəndələri xarici həmkarlarına Türkdilli 

Xalqların  Ənənəvi  İdman  Növləri  Assosiasiyasını 

yaratmaq  təklifi  ilə  müraciət  ediblər.  Onların  fikrincə, 

belə bir təşkilat türkdilli xalqların milli idman növlərini 

birlikdə  inkişaf  etdirməyə  və  bu  idman  növlərinin 

dünyada təbliğinə kömək edə bilər.

Qazaxıstanın  bu  təşəbbüsünü  iştirakçı  ölkələrin 

hamısı dəstəkləyib və həmin qərarı öz imzaları ilə təsdiq 

ediblər.

Qazaxıstan Türkdilli Xalqların 

Ənənəvi İdman Növləri 

Assosiasiyasını yaratmağı təklif edir

TÜRKDİLLİ XALQLARIN  BİRGƏ

  İDMAN  ASSOSİASİYASI 

 YARADILACAQ

XƏZƏR XƏBƏR  JURNAL



(

20


Məhsəti  küçəsi,  41  ünvanda  yerləşən  müasir  avadanlıqlarla  təchiz  edilmiş   

tədris  korpusunda  (Neftçilər  metrosunun  yaxınlığında),  şəhərin  mərkəzində 

Bəşir Səfəroğlu küçəsi, 122 ünvanda yerləşən tədris binasında və 8-ci MKR, 

Əcəmi Naxçıvani küçəsi, 9 ünvanda (Ayna Sultanovanın heykəlinin yaxınlı-

ğında) 3 bina və ayrıca idman kompleksindən ibarət tədris kampusunda  yük-

sək keyfiyyətli təhsil almaq üçün hər cür şərait yaradılmışdır.

Xəzər Universiteti dünyada ali məktəblərin reytinqinin müəyyənləşdirilməsi sahəsində 

nüfuzlu təşkilatların reytinq cədvəlində Azərbaycan ali məktəbləri arasında

 həmişə birinci olmuşdur.

EDUNIVERSAL   Beynəlxalq Elmi Cəmiyyətinin 2014-cü il dekabr ayının 24-də 

açıqladığı  reytinq  cədvəlinə  görə  Xəzər  Universitetinin  Menecment,  İqtisadiyyat, 



Mühasibat uçotu və audit ixtisasları üzrə MBA proqramları 2014-cü ildə dünyanın ən 

yaxşı 200 magistr proqramı sırasına daxil olub. Eyni zamanda, hər 3 proqram Avrasya və 

Yaxın Şərq bölgəsi üzrə ən yaxşı 10 magistr proqramı siyahısında yer alıb. www.best-

masters.com  

“QS” təşkilatının 2014-cü il dekabr ayının 17-də elan etdiyi reytinq cədvəlinə əsasən 

Xəzər Universiteti Azərbaycanın ən yaxşı ali məktəbi olmaqla yanaşı,   Şərqi avropa, 

keçmiş  sovet  ölkələri  və  Türkiyə  daxil  olmaqla  böyük  bir  regionun  100  ən  yaxşı 



universiteti sırasına daxil edilmişdir. http://www.iu.qs.com/eeca2014-rankings-results/ 

20

Yüklə 0,96 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   12




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin