Maqmarik süxurlardan fərqli olaraq çökmə süxurlar Yer səthində atmosfer



Yüklə 364,85 Kb.
Pdf görüntüsü
səhifə1/12
tarix07.04.2023
ölçüsü364,85 Kb.
#94351
  1   2   3   4   5   6   7   8   9   ...   12
Çökmə süxurlar



ÇÖKMƏ SÜXURLAR 
Maqmarik süxurlardan fərqli olaraq çökmə süxurlar Yer səthində atmosfer
su və orqanızmlərin qarşılıqlı təsiri şəraitində mövcud süxurların parçalanması 
və yenidən toplanması nəticəsində əmələ gəlir. Əgər litosferin daxili hissəsi 
maqmatik süxurlardan təşkil olunmuşsa, onun üst hissəsini çökmə süxurlar təşkil 
edir. Bu örtüyün qalınlığı 15-20 km-ə çatır. 
Maqmatik süxurlar sıx olduğu halda, çökmə süxurlar boş, ovulan, plastik, 
səpələnən, sementləşmiş və kövrək halda olur. Çökmə süxurlar müxtəlif rənglərdə 
tapılır. Bunların rəngi süxuru təşkil edən dənəciklərin ilkin rəngi və eləcə də 
məsamələri dolduran narın dispersli hissəciklərin rəngi ilə səciyyələnir. 
Bu süxurlarda su, neft və qaz keçiriciliyi cəhətdən məsaməliyin təyin 
edilməsi olduqca əhəmiyyətlidir. 
Məsaməlik 
və 
keçiricilik 
süxur 
dənəciklərinin 
ölçüsünə 
görə 
qiymətləndirilir. 
Bunların 
hamısı 
birlikdə 
süxurların 
kolIektorluq 
x
üsusiyyətlərini əks etdirir. 
Məsaməlik dərəcəsinə (miqdarına) görə süxurlar sıx (məsamələr müşahidə 
edilmir), xırda məsaməli, iri məsaməli (məsaməlirin ölçüsü 0,5-2,5 mm-ə çatır), 
eləcə də xırda boşluqlu süxurlara bölünür. Süxurlarda xırda boşluqların əmələ 
gəlməsi əsasən süxur daxilindəki üzvü qalıqların yeraltı sular vasitəsilə 
qələviləşməsi ilə əlaqədardır. 
Maqmatik süxurlarda olduğu kimi, çökmə süxurların da struktur və 
tekstrura xüsusiyyətləri öyrənilir. 
Çökmə süxurların strukturu bir sıra əlamətlərə görə təyin olunur. 
Struktur
dənəciklərinin ölçüsü və forması ilə qırıntı süxurları xarakterizə 
edən əsas əlamətlərdir. Dənəciklərin ölçüsünə görə qırıntı süxurlar şərti olaraq 
müxtəlif fraksiyalara bölünür. Dənəciklərin formasına görə isə əsasən: l)bərabər 
və 
müxtəlif 
dənəli; 
2)itibucaqlı 
və yuvarlaq; 3)vərəqvari; 4)lifli; 
5)brekçiyayabənzər və s. olur. 


Yüklə 364,85 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   12




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin