Maqmarik süxurlardan fərqli olaraq çökmə süxurlar Yer səthində atmosfer



Yüklə 364,85 Kb.
Pdf görüntüsü
səhifə7/12
tarix07.04.2023
ölçüsü364,85 Kb.
#94351
1   2   3   4   5   6   7   8   9   ...   12
Çökmə süxurlar

Silisli süxurlar
. Kimyəvi yolla və orqanizmlərin həyat fəaliyyəti nəticəsində 
əmələ gəlir. Kimyəvi yolla əmələ gəlmiş silisli süxurlardan silisli tufları 
göstərmək olar ki, bunlar da amorf quruluşlu müxtəlif rəngli bərk və bəzən 
məsaməli süxurlardır. İsti suların tərkibində olan silisin çökməsi nəticəsində silisli 
tuflar və qeyzeritlər əmələ gəlir. 
Halloid süxurlar
. Ən geniş yayılmış nümayəndəsi daş duzdur. Daş duz su 
məhlullarından çökmə yolu ilə əmələ gəlir, bəzən qalınlığı bir neçə 100 m olub, 
linzalar, laylar, ştok və günbəzlər əmələ gətirir. Halit mineralından ibarət olan bu 
süxurun bütün xassələri halitdəki kimidir; həmişə kənar qarışıqlara malik olub, 
ondan asılı olaraq öz rəngini dəyişir. Dadına, asan həll olmasına və yüngül 
çəkisinə görə təyin edilir. 
Sulfat süxurlar.
Sulfat süxurların nisbətən geniş yayılmış növü 
anhidrit
və 
gipsdir. 
Anhidrit
(CaS0
4
), boz, abı rəngə çalan, sıx quruluşlu süxurdur. Xüsusiyyətləri 
anhidrit mineralının təsvirində verilmişdir. Yer səthində nadir hallarda tapılır, 
çünki suyun təsiri nəticəsində asanlıqla gipsə çevrilir. Buna görə də 70-100 m-dən 
çox dərində rast gəlinir. 
Gips
(CaS0
4
.2H
2
0) dənəli kristal quruluşlu dırnaqla asan cızılan süxurdur. 
Qarışıqlarının miqdar və tərkibindən asılı olaraq müxtəlif rənglərdə tapılır; 
müxtəlif çökmə süxurların tərkibində səpələnmiş halda, ayn-ayn linzalar və 


laycıqlar şəklində rast olunur. Bəzən gipsin druzlarına, əksər hallarda səpintilərinə 
çökmə süxurlarda rast gəlinir. Başqa hallarda bərk süxurlann çatlarında su 
məhlullarından çökmüş gips damarcıqlan müşahidə edilir. 
Dəmirli süxurlar.
Az yayılmış olsa da, böyük praktiki əhəmiyyətə malikdir 
(istismar olunan dəmir filizi yataqlarının çoxu çökmə yolu ilə əmələ gəlmişdir). 
Kimyəvi tərkiblərinə görə oksidlərə, hidratlarla dəmir sulfıdlərinə və dəmirli 
silikatlara bölünür. Bu qrupun nümayəndələrindən 

Yüklə 364,85 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   12




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin