Maqmarik süxurlardan fərqli olaraq çökmə süxurlar Yer səthində atmosfer



Yüklə 364,85 Kb.
Pdf görüntüsü
səhifə5/12
tarix07.04.2023
ölçüsü364,85 Kb.
#94351
1   2   3   4   5   6   7   8   9   ...   12
Çökmə süxurlar

kaolin adlanır.
 Onun rəngi, adətən, ağ olur, 
mexaniki qarışıqları olduqda rəngi dəyişir. Əgər gil montmorillonit 
minerallarından təşkil olunmuşsa, ona 
bentonit 
gili deyilir. Bentonit gilinin rəngi 
ağla yaşılımtıl-boz arasında dəyişilir. 
Qeyd etmək lazımdır ki, quru və nəm halda gilin rəngi bir-birindən fərqlənir. 
Bundan başqa, gilin rəngi tərkibindəki qarışıqdan, onun kimyəvi, biokimyəvi və 
genetik şəraitindən asılı olaraq kəskin dəyişir. Gillərə qırmızı, qonur, sarı yaşıl, 
boz, qara və s. rənglərdə rast gəlmək olar. 
Gilli süxurların təsvirində süxurun təbii şəraitindəki nəmliyi, plastikliyi, 
qarışıqlarının xarakteri (rənginə əsasən), strukturu (laylı, zolaqlı) və s. nəzərə 
alınmalıdır. 
Argillitlər
az islanan, çətin sınan, bərk, sıx quruluşlu sementləşmiş gilli 
süxurlardır. Tərkibində СаСОЗ olduqda üzərinə HC1 turşusu damızdırarkən 
qaynamağa başlayır. CaC0
3
-ün miqdarı çox olduqda argillitlər mergellərə keçir. 
 
Kimyəvi yolla əmələ gəlmiş süxurlar 
Su hövzələrində və qurunun bəzi sahələrində gedən müxtəlif kimyəvi proseslər 
nəticəsində kimyəvi çöküntülər əmələ gəlir. Kimyəvi tərkibinə görə bu süxurlar 
karbonatlı, silisli, sulfatlı, halloidli, dəmirli, fosfatlı və sairə bölünür. 
Əhəng daşı.
Karbonatlı süxurlar (kimyəvi əhəngdaşı) təbiətdə geniş yayılmış 
kalsit 
mineralıdır. Kristal quruluşlu bu süxurlar HC1 məhlulu ilə asanlıqla təyin 
olunur (üstünə HC1 turşusunun zəif məhlulunun damızdırdıqda qaynayır). 
Təbiətdə kimyəvi yolla əmələ gəlmiş təmiz əhəngdaşına çox az təsadüf olunur. 
Çox vaxt qum, gil və orqanizm qalıqları ilə qarışıq halda tapılır. Qarışığından asılı 
olaraq rəngi də müxtəlif olur. Əhəngdaşının tərkibində qum qarışığı olduqda 
qumlu əhəngdaşı, gil olduqda isə gilli əhəngdaşı əmələ gəlir. Süxurun tərkibində 
iştirak edən kalsitin müəyyən hissəsi silislə əvəz olunduqda belə süxura silisli 
əhəngdaşı deyilir. Quruluşuna görə əhəngdaşı 

Yüklə 364,85 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   12




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin