Maqmarik süxurlardan fərqli olaraq çökmə süxurlar Yer səthində atmosfer



Yüklə 364,85 Kb.
Pdf görüntüsü
səhifə9/12
tarix07.04.2023
ölçüsü364,85 Kb.
#94351
1   ...   4   5   6   7   8   9   10   11   12
Çökmə süxurlar

Opok
 nisbətən möhkəm, xırda məsaməli, qabıqvarı sınan, yüngül süxurdur. Bu 
süxurda az miqdarda orqanizm qalıqları olur. Onun bəzi növləri xarici görünüşcə 
diatomitlərə, bəziləri ilə silislərə çox oxşayır. Sıxlığı 0,9-1,2 arasında dəyişir. 
Kaustobiolitlər.
Bu qrupa üzvi yolla əmələ gəlmiş süxurlar daxildir. Bunlardan 
torfu, qonur kömürü, neft bitumlu süxurlanı, yanar şisti, daş kömürü, antrasiti, 
asfaltı və s. göstərmək olar. 
Torf 
qonur və ya qara rəngli, məsaməli, sıxlığı az olan və müxtəlif tipli bitkilərin 
yarımçıq çürüməsi nəticəsində (əsasən bataqlıq tipli hövzələrdə) əmələ gələn 
süxurdur. 
Qonur kömür
sıx, bəzən kövrək, əldə qonur iz salan, ağacdan əmələ gəlmiş 
süxurdur. Sıxlığı, tərkibindəki başqa maddələrin qarışığından asılı olaraq, 0,8-1,8 
arasında dəyişir. 
Daş kömür
sıx quruluşlu, çox zaman laylı, qara rəngli, asfalt parıltılı, əldə 
asanlıqla iz buraxan sıxlığı 1,2-1,5 arasında dəyişən, sərtliyi 2-3 olan süxurdur. 
Bitki qalıqlarının çürüməsi nəticəsində əmələ gəlir. 
Yanar şistlər
60%-ə qədər bitumlu birləşmələri olan gilli şistlərdir. Xarici 
görünüşünə görə gilli şistlərdən fərqlənməsə də, yandırdıqda rezin iyi verir. 
Bitumlu süxurlar ağır neftli hissələrin sementləşməmış süxurlarda iştirak etməsi 
nəticəsində əmələ gəlir. Rənginin qara olması, sındırarkən xüsusi iyi, asfalt 
parıltılı iri qabıqvarı sınma səthi ilə səciyyələnir. Benzin və benzolda bitumun 
asanlıqla həll olması ilə təyin edilir. Əgər süxurda cüzi miqdarda bitum iştirak 
edərsə, bunu xloroform məhlulu vasitəsilə təyin etmək olar. Bu məqsədlə süxur 
tozunu xloroform məhlulunda həll edib, ondan bir damcı nazik kağız üzərinə 
damızdırırlar. Xloroform buraxarlandıqdan sonra kağız üzərində yağlı ləkənin 
qalması süxurda bitumun olmasını göstərir. 
Qarışıq yolla əmələ gəlmiş süxurlar.
Qırıntı, kimyəvi və üzvi süxurların 
mexaniki qarışıqları nəticəsində əmələ gəlir. Mergelləri, mergelli tabaşiri, gilli 
əhəngdaşıları, qumlu əhəngdaşıları və s. bunlara misal göstərmək olar. 
Mergel 
25-50%-ə qədəri gil hissəciklərindən və qalan hissəsi kalsium 
karbonatdan ibarət olan sıx quruluşlu, əyri sınma səthli (bəzən qabıqvarı sınma 
verir) süxurdur. 
Mergellər mexaniki qarışıqlarından asılı olaraq, ağ, boz, çəhrayı, abı, qırmızı, 
yaşıl və s. rənglərdə tapılır. HC1 məhlulunda şiddətli qaynayır, əhəngdaşının 
əksinə olaraq qaynama qurtardıqdan sonra HC1 damlasının yerində çirkli ləkə 
qalır. 

Yüklə 364,85 Kb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   12




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin