Maqmarik süxurlardan fərqli olaraq çökmə süxurlar Yer səthində atmosfer



Yüklə 364,85 Kb.
Pdf görüntüsü
səhifə11/12
tarix07.04.2023
ölçüsü364,85 Kb.
#94351
1   ...   4   5   6   7   8   9   10   11   12
Çökmə süxurlar

Paralel laylanma
 çöküntülərini nisbətən sakit və hərəkətsiz hövzədə toplanması 
nəticəsində əmələ gəlir. Dərin dənizlərdə və bir sıra göllərdəki çöküntüləri buna 
misal göstərmək olar. 
Dalğavarı laylanma
mühitin bir-birinə əks istiqamətdə iki dövri hərəkəti 
nəticəsində əmələ gəlir. Dəniz suyunun qabarma və çəkilməsi, dayaz sahil 
hövzələrindəki dalğalanmanı buna misal göstərə bilərik. 
Çəp laylanma
düz və müxtəlif maili müstəvilər üzərində əmələ gəlmiş 
laylaşmadır. Bu, mühitin bir istiqamətli hərəkəti ilə əlaqədardır (çayların, dəniz 
cərəyanlarının və küləyin gətirdiyi çöküntülər). Yaranma şəraitlərinə görə çay, 
delta və dənizlərdəki çəp laylaşmalar bir-birindən fərqlənir. Çaylardakı laylar 


təxminən eyni meyllikdə olub, suyun axma istiqamətinə doğru növbələşir. 
Deltalardakı çəp laylaşma müxtəlif laycıqlara aynlma və daban hissədən 
tavana doğru süxur dənəciklərinin kobudlaşması ilə xarakterizə olunur. 
Dənizlərdə yaranan çəp laylaşmanm miqyası çox böyük, yatım isə çox kiçik olur. 
Dayaz dənizlərdə dalğaların müxtəlif istiqamətli olması nəticəsində çöküntülər 
nazik və müxtəlif istiqamətlərə yönəlmiş laycıqlar- dan əmələ gəlir. 
Linzavarı laylaşma
 ayrı-ayn laycıqların forma və qalınlığının müxtəlifliyi ilə 
əlaqədardır. Linzavarı laylaşma sürətlə dəyişən mühitdə (daşqınlar, küləyin 
fəaliyyəti nəticəsində) və eləcə də əvvəlki çöküntülərin yuyyulmuş sahələrində 
çökmə hadisələrinin yenidən baş verməsi ilə bağlı olaraq meydana çıxır. 
Yuxarıda göstərilən bütün şəraiti və laylan nəzərdən keçirdikdə mücərrəd 
halda onlann dörd əsas formasını göstərə bilərik: paralel, pazlaşmış, yəhərvarı və 
linzavan. 
Layların yatım formaları.
Yatım dedikdə, lay və ya lay dəstələrinin fəzada 
tutduğu vəziyyət, onlar arasındakı ardıcıllıq və qarşılıqlı münasibət nəzərdə 
tutulur. Süxurların yatım formaları və onlann qarşılıqlı əlaqələrinin öyrənilməsi 
tədqiqat işinin əsasını təşkil edir. Layların fəzada tutduğu vəziyyət yatım 
elementləri ilə sə- ciyyələnir. Altda yatan laya nisbətən üstdə yatmış layların iki 
yatım növünü göstərmək olar: uyğun və qeyri-uyğun. 
Uyğun yatım
çökmə prosesi zamanı bir layın başqasına tədricən keçməsi və 
kompleksi təşkil edən laylar arasında fasilənin olmaması ilə xarakterizə edilir. 
Odur ki, laylar bir-birinə paralel yatım əmələ gətirir (şəkil 33, a, b, c). Buna 
normal yatım da deyilir. 

Yüklə 364,85 Kb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   12




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin