Maqmarik süxurlardan fərqli olaraq çökmə süxurlar Yer səthində atmosfer



Yüklə 364,85 Kb.
Pdf görüntüsü
səhifə10/12
tarix07.04.2023
ölçüsü364,85 Kb.
#94351
1   ...   4   5   6   7   8   9   10   11   12
Çökmə süxurlar

 
 


Çökmə süxurların yatım formaları 
Lay və onun elementləri.
 Nisbətən bircinsli olub, böyük məsafədə yayılan 
və təxminən paralel müstəvilərlə hüdudlanmış süxur kütləsinə 
lay 
və ya 
təbəqə 
deyilir. Əslində lay sözü çox vaxt faydalı qazıntıların təbəqələri üçün işlənir. 
Layların növbələşməsirıə 
laylanma 
deyilir. 
Laylar qısa geoloji zaman ərzində, su hövzələrində çökmə hadisəsinin ritmik 
dəyişməsi nəticəsində əmələ gəlir. Zamandan asılı olaraq su hövzəsində toplanan 
qırıntı materiallarının növü, rəngi, ölçüsü və eləcə də hövzədə baş verən fiziki-
kim- yəvi, biokimyəvi hadisələrin dəyişməsi əmələ gəlmiş çöküntülərə iz salır. 
Bu izlər süxur kütləsinin struktur, tekstura, mineraloji tərkib və s. əlamətlərə görə 
bir-birindən ayrılan müstəvilərlə ifadə olunur. Bunlara 
laylanma müstəviləri
 
deyilir. 
Hər bir layı özündən əvvəl əmələ gəlmiş laydan ayıran müstəviyə 
o layın 
dabanı,
özündən sonra əmələ gəlmiş laydan ayıran müstəviyə isə 
layın tavanı
deyilir (şəkil 31). 
Şəkil 31. Müxtəlif vəziyyətlərdə olan lay elementləri 
Laylanmada iştirak edən hər bir müstəvi bir layın dabanını, başqasının isə 
tavanını təşkil edir, zz
1
müstəvisi d layının tavanı olduğu halda, c layının dabanı, 
yy' isə «b» layının dabanı, c layının tavanıdır. 
Bəzən laylar bir-birindən seçilə bilən müstəvi ilə ayrılmayıb, bir-birinə 
keçid təşkil edir. Belə hallarda daban və tavanın vəziyyəti müəyyən dərəcədə şərti 
qəbul olunur. 
Layın dabanı ilə tavanı arasındakı ən qısa perpendikulyar məsafəyə 
layın 
həqiqi qalınlığı,
 onun Yer üzərinə çıxan hissəsinə isə 
görünən qalınlığı
 deyilir 
ki, bu da çöl şəraitində rulet 
VASİTƏSİLƏ 
asanlıqla ölçülə bilər. İşdə, layın həqiqi 
qalınlığını hesablamaq üçün lay ilə relyefin üfüqi müstəvisi ilə əmələ gətirdiyi 
bucaqlar və layın görünən qalınlığı təyin edilməlidir. 
Relyefin 
vəziyyətindən 
asılı olaraq həqiqi qalınlığı təyin edərkən 
müxtəlifhallararast gəlinə bilər . 


Şəkil 32. Müxtəlif relyef şəraitində layın həqiqi qalınlığının hesablanması: 
1. relyef üfüqi, lay isə mailidir; 
2. relyef maili, lay isə həmin mailə əks istiqamətdə yatır; 
3. relyef və lay hər ikisi maili olub, eyni istiqamətdə yatır; 
4. relyef və lay hər ikisi maili olub, bundan əvvəlki vəziyyətin əksini təşkil 
edir; 
5. relyef maili, lay isə üfüqi yatım əmələ gətirir. 
6. relyef maili, lay isə şaquli yatım əmələ gətirir; 
7. lay quyu vasitəsilə açılmışdır. 
Əmələgəlmə şəraitndən asılı olaraq laylanmanın müxtəlif formaları vardır. 
Bunlardan paralel, dalğavarı, çəp və linzavarı: 

Yüklə 364,85 Kb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   12




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin