1. Klinik psixologiyanın predmeti



Yüklə 167,82 Kb.
səhifə1/37
tarix21.06.2023
ölçüsü167,82 Kb.
#133392
  1   2   3   4   5   6   7   8   9   ...   37
klinik ümumi cavablar


  • 1.Klinik psixologiyanın predmeti

  • Klinik psixologiya termini yunan dilindən “kline” sözündən götürülmüşdür, “yataq”, “xəstə yatağı” mənasını verir. Müasir psixologiyada bir qayda olaraq tibbi psixologiya termini və klinik psixologiya termini sinonim kimi də istifadə olunur. Bu faktı nəzərə alaraq gələcəkdə biz bunların yalnız birindən istifadə edəcəyik. Ancaq mövcud ənənəni nəzərə alaraq bu sahə tibbi məna kəsb edən biliyi əhatə edir, psixoloqlar isə kliniki psixoloq adlanır.


  • KLİNİK PSİXOLOGİYA — müxtəlif xəstəliklərdən əziyyət çəkən insanların psixoloji xüsusiyyətlərini, psixi pozğunluqların diaqnostikasının, metod və vasitələrinin, psixoloji fenomenlərin və psixopatoloji simptomların və sindromların fərqləndirilməsini, pasiyent ilə tibb işçisi arasındaki münasibətin psixologiyasını, psixoprofilaktik, psixodiaqnostik və psixoterapevtik üsullarla pasiyentə yardımı, eləcə də, psixosomatik və somatapsixi qarşılıqlı təsirlərinin nəzəri aspektlərini öyrənən elmdir (Mendeleviç B.D.). Rus psixiatrı Snejnevski tibbi psixologiyaya aşağıdakı kimi tərif vermişdir: «Tibbi psixologiya insanda xəstəliklərinin yaranmasında psixi sahənin vəziyyətini və rolunu, onların təzahürlərinin xüsusiyyətlərini, gedişatını, nəticəsini və bərpasını öyrənən ümumi psixologiyanın bir sahəsidir. Tədqiqatda tibbi psixologiyada qəbul edilən təsviri və eksperimental metodlardan istifadə edir, öz növbəsində, aşağıdakı sahələri əhatə edir: a) pozğunluqların psixoloji metodlarını öyrənən patopsixologiya; b) beynin lokal zədələnmələrini psixoloji metodlarla öyrənən neyropsixologiya; c) deontologiya; d) zehni gigiyenanın psixoloji əsasları — ümumi və xüsusi; e) erqoterapiyanın psixoloji əsasları və s.


  • Erqoterapiya nədir? Erqoterapiya (rus dilində: эрготерапия) xüsusi qayğıya ehtiyacı olan uşaqları dəstəkləyir. Erqoterapiyada fiziki, hissi və əqli çətinliyi olan uşaqlara kömək edilir ki, onlar öz həyatlarının müxtəlif sahələrində mümkün qədər müstəqil ola bilsinlər. Bu terapiya sessiyaları uşaq və valideynlərlə birlikdə həyata keçirilir. Tibbi psixologiyanın konkret məqsədləri aşağıdakı kimi tərtib edilmişdir (Lebedinskiy; Myasişev, 1966; Kabanov, Karvasarskiy, 1978): xəstəliklərin inkişafına təsir edən psixi amillərin öyrənilməsi, onların qarşısının alınması və müalicəsi; müəyyən xəstəliklərin psixikaya təsirinin öyrənilməsi; müxtəlif xəstəliklərin psixi təzahürlərinin öyrənilməsi və dinamikası psixi pozğunluqların öyrənilməsi; xəstə bir insanın tibb işçiləri və ətrafdakı mikromühit ilə əlaqəsinin xüsusiyyətlərini öyrənmək; klinikada psixoloji tədqiqat prinsipləri və metodlarının inkişafı; terapevtik və profilaktik məqsədlər üçün insan psixikasına təsir edən psixoloji metodların yaradılması və tədqiqi.Bu məqsədlərə uyğun olaraq, tibbi psixologiyanın mövzusunda (Karvasarskiy) xəstəliyin patogenetik və differensial diaqnozu, müalicəsi və profilaktikasının (sağlamlığının qorunması və gücləndirilməsi) optimallaşdırılması baxımından xəstənin zehni fəaliyyətinin xüsusiyyətləri nəzərə alınmışdır.Tibbi psixologiyanın məqsəd və predmetinin bu cür formalaşdırılması tibbi psixologiyanın müxtəlif sahələrində keyfiyyətin yaxşılaşdırılması, diaqnostik və müalicəsi prosesin intensivləşdirilməsi üçün onun ideya və metodlarından istifadə etmək meylinə uyğundur.

Freydizm, neofreydizm, biheviorizm, neobiheviorizm, geştaltizm və s. psixologiya məktəbləri alimlərinin əsərlərində klinik psixologiyanın inkişafına təkan verən bir çox qiymətli ideyalar, metodlar öz təzahürünü tapmışdır.
  1   2   3   4   5   6   7   8   9   ...   37




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin