1. Klinik psixologiyanın predmeti



Yüklə 167,82 Kb.
səhifə7/37
tarix21.06.2023
ölçüsü167,82 Kb.
#133392
1   2   3   4   5   6   7   8   9   10   ...   37
klinik ümumi cavablar

25.AQRESSİYA
Bütün tarix boyu bəşəriyyət qəddarlıq, zorakılıq, qəsdlər, dağıntılar və digər destruktiv əməllər şəklində özünü göstərən və insanlara fiziki və mənəvi iztirablar gətirən hallarla qarşılaşır. Biz, demək olar ki, hər gün kütləvi informasiya vasitələrindən insanların aqressiv davranışının təcəssümü olan cinayətlər, müharibələr, terror aktları haqqında məlumat alırıq. Aqressiyanın tibbi aspektlərindən söz açılarkən, ilk növbədə, psixi patologiya ilə bağlı olan aqressiya nəzərdə tutulur. Psixi xəstələrin aqressiyası müharibələr zamanı törədilən zorakılıqdan müqayisə olunmaz dərəcədə az olsa da, nəzərə almaq lazımdır ki, psixi xəstəxanaların pasiyentlərinin 10%- də bu və ya digər aqressiv tendensiyalar müşahidə olunur.
Aqressiv davranışı insan psixikasının hər hansı konkret sferası ilə bağlamaq daha böyük çətinliklərlə rastlaşır. Bəzən aqressiya emosional sferanın məhsulu kimi nəzərdən keçirilir. Burada ön planda nifrət və qəzəb kimi emosional hallar – a f f e k t l ə r durur. Aqressiyanı motiv ilə əlaqələndirmək cəhdləri də inandırıcı görünmür. Məsələn, valideynləri uşağını hər hansı bir dəcəlliyinə görə tənbeh etməsini kimsə aqressiya adlandıra bilməz.
Aqressiv davranışın çoxlu miqdarda müxtəlif variantlarının mövcudluğunu və hər hansı hərəkətin aqressiya sayılıb – sayılmadığının dəqiq müəyyənləşdirildiyini nəzərə alaraq, Buss (1976) tərəfindən verilmiş aqressiv davranışın çoxxətli təsnifatından istifadə etmək məqsədyönlü görünür. Bu sxemə görə aqressiv hərəkətlər 3 xətt 9ox) üzrə təsvir olunur:
Fiziki – verbal; aktiv – passiv; birbaşa – dolayı.
Aqressiya tipləri

Aqressiyanın tipi




Misallar

Fiziki –aktiv - birbaşa




Döymə, zorlama, qətl və s.

Fiziki – aktiv - dolayı




Qətl “sifarişi” – minaların qoyulması

Fiziki – passiv - birbaşa




Məqsədə çatmağı fiziki məhdudlaşdırma (piket, sədd qoymaq və s.)

Fiziki- passiv - dolayı




Hər hansı əməli icra etməkdən imtina (sabotaj, tətil)

Verbal – aktiv - birbaşa




Təhqir və ya hədələr

Verbal – aktiv - dolayı




Böhtan atmaq, şayiələr yaymaq

Verbal – passiv - birbaşa




Baykot

Verbal –passiv - dolayı




İnsanı müdafiə etməkdən imtina (məs. məhkəmədə şahid kimi ifadə vermək və ya heç verməmək)

Bundan əlavə, düşmənçilik və instrumental aqressiya da ayırd edilir. Birinci halda aqressorun məqsədi öz qurbanına zərər yetirməkdir. İkinci halda isə aqressiya əsas məqsəd olmayıb yalnız istəyə nail olmaq üçün alət rolunu oynayır. Maddi maraqla əlaqədar törədilən aqressiyaya misal olaraq, quldurluq qurbanı olan şəxs müdafiə olunarkən, ona xəsarət yetirilməsi ola bilər. Burada əsas məqsəd ağrı və iztirab vermək deyil, qazanc əldə etməkdir.




Yüklə 167,82 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   37




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin