Maqmarik süxurlardan fərqli olaraq çökmə süxurlar Yer səthində atmosfer



Yüklə 364,85 Kb.
Pdf görüntüsü
səhifə3/12
tarix07.04.2023
ölçüsü364,85 Kb.
#94351
1   2   3   4   5   6   7   8   9   ...   12
Çökmə süxurlar

(psefitlər)
 boş və sementləşmiş halda, qırıntıları isə 2 mm-
dən böyük ölçüdə olur.
Bu süxurları təyin edərkən sementin növü (mümkün qədər) mineraloji tərkibi 
və sementləşmənin formasına ( konqlomerat və brekçiyaları) diqqət verilməlidir. 
Sementləşmə bazal, kontakt, məsaməli və qarışıq tipli olur. 
Bazal sementləşmədə
süxur dənəcikləri sement maddəsində üzən vəziyyətdə
kontakt sementləşmədə
isə yalnız dənəciklərin bir-birinə söykənən hissələri 
sementləşmiş olur. Bu halda dənəciklərarası boşluqlar sement maddəsi ilə tam 
dolmuş olarsa, buna 
məsamə sementləşməsi
deyilir.
Konqlomerat və brekçiyaları təsvir etdikdə onlarda iştirak edən qırıntıların 
ölçüsü, mineraloji tərkibi, yuvarlaqlıq dərəcəsi və sementin növünə diqqət 
edilməlidir. 
2. Qumlu süxurlar 
(psammitlər)
adi gözlə və ya mikroskopla görünən, 
dənəciklərin ölçüsü 2-0,10 mm-ə qədər dəyişən qırıntılı süxurlardır. 


Qumları təşkil edən dənəciklərin mineraloji tərkibindən asılı olaraq onlar 
kvarslı və polimikt qumlara bölünür. Birinci kvarsdan, ikincisi isə müxtəlif 
mineral dənəciklərindən ibarət olur. 
Əgər qumun tərkibində kvarsdan başqa, çoxluq təşkil edən digər bir mineral 
olarsa, süxurun adı həmin mineralın adına "qum" sözü əlavə etməklə alınır. 
Məsələn, feldşpatlı qum, arkozlu və s. Əgər qum ancaq bir mineraldan təşkil 
olunmuşsa, onda qumun adı həmin mineralın adı ilə adlanır. Məsələn, kvars 
qumu. Dənəciklərin ölçüsündən asılı olaraq qumlar kobuddənəli (2-1,0 mm), 
iridənəli (1,0-0,5 mm), ortadənəli (0,5-0,25 mm), xırdadənəli (0,25-0,1 mm) 
adlanır. 
Ümumiyyətlə, dənəciklərin nisbi ölçülərinə görə psammitlər bərabərdənəli 
(çeşidlənmiş) və müxtəlif dənəlilərə (çeşidlənməmişlərə) bölünür. Qumun 
sementləşməsindən əmələ gələn süxura 
qumdaşı
deyilir. Qumların tərkibində çox 
vaxt əhəng qırıntıları da iştirak edir. Bunu təyin etmək üçün qum üzərinə 1-2 
damcı 5-10% HC1 məhlulu damızdırırlar. Kiçik miqdarda karbonatlı 
birləşmələrin iştirak etməsi HC1 məhlulunun coşması ilə təyin edilir. Sement 
maddəsinin tərkibindən asılı olaraq qumdaşılar silisiumlu, kar bonatlı, dəmirli və 
gilli ola bilər. 
Ümumiyyətlə, mineralın tərkibinə görə təbiətdə kvars qumu qumdaşı, 
maqnetit və qranat qumu, kvars-qlaukonit qumu və qumdaşı, dəmirli qum və 
qumdaşı, qlaukonit və s. qumlara bölünür. 
3.Xırda qırıntılı süxurların 

Yüklə 364,85 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   12




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin