№01 (07) may 2012 №01(07) may 2012



Yüklə 5,04 Kb.
Pdf görüntüsü
səhifə8/17
tarix07.04.2017
ölçüsü5,04 Kb.
#13626
1   ...   4   5   6   7   8   9   10   11   ...   17

Ş
ərif müəllim, yazıçılıq necə bir ehtiyacdır və onun nə 
kimi qayğıları var?
– İnsan yaranışdan üzü bəri özünü müxtəlif üsullarla 
ifadə  etməyə  can  atır.  Sahil  qumunun  üstündə  çizilmiş 
adi bir rəsmdə də kiminsə daxili dünyasının ifadəsi var. Yazmaq 
da belə bir daxili ehtiyacdır. Şəxsən mənim üçün, gördüklərimi, 
bildiklərimi, yaşadıqlarımı yazıb ətrafa çatdırmaq, onları düşün­
dür mək, təsirləndirmək mənəvi bir ehtiyacdır. Mübaliğəsiz deyi­
rəm,  yazı  mənim  həyatımın  mənasıdır  və  mən  yazanda,  uğurlu 
saydı ğım bir materialın üstündə işləyəndə, yaxud onu dərc etdi­
rəndə  rahatlıq  tapıram,  xoşbəxt  oluram.  Yazmaq  və  mütaliə 
yeganə işdir ki, bununla məşğul olanda vaxtımın hədər getmədi­
Şərif Ağayar: 
ÇÖMÇƏSİNDƏ YAN-YÖRƏSİNƏ   
  YORĞAN-DÖŞƏK DOLDURULMUŞ 
  YAŞLI BİR QADIN VARDI...”
Müharibə, nə qədər ağır səslənsə də, 
kino, teatr və ədəbiyyat üçün incə bir 
mövzudur. Müsahibimiz – müharibə 
barədə ən uğurlu, kinovari hekayələrin 
müəllifi, gənc yazıçı Şərif Ağayarla 
müxtəlif mövzulara toxunan söhbətimiz 
hərlənib-fırlanıb, müharibə və ədəbiy yat, 
müharibə və kino üzərinə gəldi. 
O, müharibə və qaçqınlıq görmüş adamdır. Bəlkə, buna görə də 
onun bu mövzuda hekayələri öz kinovariliyi ilə fərqlənir.

83
yini düşünürəm. Məsələn, möminlər üçün ibadət vaxtı 
nə  deməkdirsə,  bizim  üçün  də  yazmaq  o  deməkdir. 
Amma  оnu  da  deyim  ki,  yazıçının  çoxlu  qayğıları 
var.  Məhz  o  ilahi  həvəs,  o  ruhani  ehtiyac  olmasa, 
heç  kim  bu  qayğılara  davam  gətirə  bilməz.  Başqa 
bir  stimul  yoxdur.  Əksinə,  maneələr,  çətinliklər, 
səhhətə təsir edəcək əsəb gərginlikləri və s. var. Bütün 
digər sənətlər kimi, ədəbiyyatın da mətbəxi çirkabla 
doludur. Spekulyasiyalar, aravurmalar, sözgəz dirmə­
lər,  xüsusən  də  qeybət!  Sizə  deyim,  qeybət  bizim 
ədəbi  mühitin  əsas  atributudur.  Bunsuz  keçinmək 
olmur… Məncə, ədəbiyyatımızın ən böyük problemi 
yazarın öz peşəsi ilə dolana bilməməsidir. Bu halda 
peşəkarlıqdan  danışmağa  dəyməz.  Etiraf  edək  ki, 
biz  hamımız  ədəbiyyatla  ikinci  dərəcəli  iş  kimi 
məşğul oluruq. Əsas işimiz yaşamaq və qidalanmaq 
üçündür. Hətta, bizim nəsə yazıb ortaya qoymağımız 
fədakarlıqdır. Qarşılığı olmayan, yalnız sonsuz sevgi 
naminə görülən işə başqa nə ad vermək olar ki?! Bizi 
axmaq da saymaq mümkündür. Amma əsas odur ki, 
özümüz  axmaq  olmadığımıza  əminik  və  cəmiyyət 
üçün faydalı iş gördüyümüzü düşünürük.
● Sonuncu romanınıza müəllif kimi münasibə ti niz necədir? ANSsayağı 
səslənməsin, “Ha ramı”nı oxu cu lara halal edirsinizmi? “Oxu du ğun 
hər kitabla tək lənib umidsizliyə yuva lan maq” (sitat yazıçıdandır – 
red.) varkən...
–  (Gülür)  Bu  yaxınlarda  “Haramı”nı  kitab  variantında  ilk  dəfə  oxudum.  Qısa 
qənaətim belədir: yaxşı əsərdir! Adətən yazdıqlarımı sonralar oxuyanda əsəbiləşirəm. 
Qəfil elə vacib düzəlişlərə ehtiyac duyuram ki, özümü qınamağa başlayıram. Ən yaxşısı, 
oxumamaqdır. Çünki redaktə sonu olmayan prosesdir, hər oxunuşda yeni nəsə meydana 
çıxır. Bütün bunlara rəğmən “Haramı”nı uğurlu əsər sayıram. Düşünürəm ki, bu adı, bu 
sözü öz mahiyyəti ilə birgə ədəbiyyata gətirə bildim. Həm də bu əsərdə ilk dəfə müasir 
roman texnologiyasından istifadə etdim. Fikrimcə, müəyyən uğurlardan danışmaq olar. 
Artıq bu barədə bəzi yazılar da yazılıb. Amma əsərdəki işarələri, qədim mətnlərlə qurulan 
əlaqə odunu, rəqəmlərin simvolikasını heç kim açmadı. Bildiyiniz kimi, roman “Oxu 
zalı”nda (“Azadlıq” radiosunun oxuzali.az “Oxu zalı” internet səhifəsi nəzərdə tutulur 
– red.) müzakirəyə çıxarılıb, yəqin ki, tənqidçilər öz fikirlərini yazacaqlar... Zövqünə 
inandığım bir çox oxucular “Haramı”nı ədəbiyyat hadisəsi hesab etdilər. Bəzi zövqlü 
oxucular isə, povest və hekayələrimin daha uğurlu alındığını söylədilər. Amma onlar 
mənim əminliklə bildiyim bir həqiqəti bilmirlər: mən daha gözəl şeylər yaza bilərəm!.. 
Bizim cəmiyyətdə oxuduğumuz hər kitabın insanı öz ətrafından bir az da aralayıb, hüznə 
və ümidsizliyə yuvarlaması fikrinə gəlincə, sağ olun (gülür), deyəsən, məni yaxından 
izləyirsiniz.  Bəli,  bu  sözləri  söyləmişəm,  arxasında  dururam.  Həqiqətən  də,  elədir! 
Həqiqətən də, cəmiyyətimizdə istedad və mütaliə insana artıq yükdür, onun inkişafına, 
özünə  layiqli  yer  tutmasına  başlıca  əngəllərdən  biridir.  Bizdə  robotlar  –  öz  fikri, 
düşüncəsi,  məsələlərə  öz  münasibəti  olmayan  göstəriş  buyruqçuları  daha  firavandır... 
Hər halda, mən belə görürəm. Ola bilər ki, yanılım və hətta Allah elə eləsin, yanılmış 


01
 (0
7)
 m
ay
 2
01
2-
ci
 il
84
olum... Bir məsələ var: “Haramı” ədəbi zövqündən asılı olmadan hər kəsə tərəf atılan bir 
addımdır. Mən bununla zövqündən həmişə narazı olduğum insanlara qarşı sülhməramlı 
bir addım atmışam. Nə gizlədim, onları aldadıb arxamca aparmaq istədim. Deyəsən, bir 
az bacardım da! Neyləyim, mənim bu insanlardan başqa heç kimim yoxdur. Mən onlar 
üçün narahat oluram, onlardan yazıram və ilk növbədə, onların oxumasını istəyirəm. 
İnsanlara, illah da kasıb zümrədən olanlara qarşı, içimdə qəribə bir sevgi bəsləyirəm. 
Bu məndən asılı deyil. Onlara acığım da tutur bəzən, söyürəm də! Amma onları ata 
bilmirəm. Qabarlı əllər, köhnə və kirli kepkalar, əzilmiş və tozlu ayaqqabılar mənim 
içimi alt­üst edən dözülməz həyat mənzərələridir. O əllərlə boğulmağa, o ayaqqabılarla 
əzilməyə belə hazıram. Mənim insanlara yazığım gəlir. Onlar əlacsız və kimsəsizdirlər. 
Kasıb kəndlərdə qəflətən hüzr düşür, baxırsan ki, bir dəstə adam, heç kimə heç 
nə demədən beli çiyninə alıb, siqaret tüstülədə­tüsdülədə qəbir qazmağa gedirlər. Üzü 
tüklü, ayaqlarında əzik ayaqqabılar, əyinlərində qalın və kirli sırıqlılar... Bu adamlar 
utandıqlarından axşam ölü yiyəsinin evində bir stəkan çay belə içmirlər. Kənardan bu 
mənzərəni müşahidə etmək sizə asan gəlməsin. İnsan səhvlər, günahlar, hətta cinayətlər 
törədəndə belə, çox dəyərlidir. İnsanla oynamaq olmaz! Bu təhlükəlidir.
● Niyə xalq qaçaq-quldura qəhrəman kimi rəğbət bəsləyir. Qaçaq Nəbi, 
Koroğlu... Səməndər?
– Sualdan bilinir ki, “Haramı”nın məğzini anlamısınız... Mən də, əslində, bu sualı 
qoyuram. Romanda “İgidliyə bir qoz!” adlı köşə yazısı var. Bu yazı əsərin müəllifinə 
dostu tərəfindən e­mail vasitəsi ilə göndərilir. Bu yazıda sualınızın cavabı qismən var. 
Bizim tariximiz müstəmləkəçilik, işğallar və yerli bəy­xanların ölçüyəgəlməz zülmləri 
ilə zəngindir. Bir söz deyim, səhv başa düşülməsin, inanın, bizim xalq fars və rus işğalı 
zamanı sanki bir az nəfəs dərib. Yəni, özümüzün özümüzə etdiklərini yadellilər etməyib! 
Bu  mənada  xalq  həmişə  bir  qəhrəman  uydurmağa,  gördüyü  adi  məişət  qoçaqlığını 
şişirdib ona ictimai əhəmiyyət verməyə ehtiyac duyub. Xalq öz folklorunda gördüyü 
yox, arzuladığı qəhrəmanları yaradıb. Onun təsəvvüründə , soyğunçu osmanlı paşalarına 
qalib gələn, qudurğan və namussuz bəylərə, xanlara qan udduran adam, Koroğlu kimi 
olmalı,  gündə  bir  dana  yeməli,  Çənlibelə 
başına yeddi min yeddi yüz yetmiş yeddi 
dəli  yığmalı,  Qırat  kimi  köhlən  at,  Nigar 
kimi  ağıllı  arvad  saxlamalıdır.  Nəbi  də 
eləcə...  Mən  “Haramı”nın  qəhrəmanının 
şəxsində  bu  arzuların  xəyal  olduğu,  bu 
idealların  gerçəkliklə  toqquşub  iflasa 
uğradığını  göstərmişəm.  Əslində,  Qaçaq 
Nəbinin  həyatında  bu  fiaskonun  ilkin 
konturları  var.  Dastanın  bir  versiyasında 
Qaçaq Nəbi qadın hiyləsinin qurbanı olur. 
Tale  xalqın  ideallarını  ələ  salmağı  sevir. 
“Haramı”da da belədir... 
● Niyə bizi ədəbi qəhrəmanlar ANS-in 
kriminal verilişinə gəlib çıxır? Bir 
zaman lar qəhrəmanlar üçün bu, 
detektiv janrın çərçivəsində mümkün 
idi. Bu arada Seymur Baycanın 
R A K U R S   /   Şərif Ağayar: “Çömçəsi̇ndə yan-yörəsi̇nə yorğan-döşək doldurulmuş yaşlı bi̇r qadın vardı...”

85
“Körpüsalanlar”ının qəhrəmanını – bulvarda intihar edən Ruslanı 
xatır ladım.. “Haramı”nın qəhrəmanı Səməndəri də arvadı öldürür. Bu 
əsərlərin yazılmayan epiloqunu sanki kriminal proqramlar verir. Bu 
qəh rə manlarla bir araya qoymaq istəmi rəm, amma Rafiq Tağı nın da 
qətlini xatırlatmaq istədim. Bir əlaqə varmı? Və bu nədir – ədə biy yat da 
pessimizm, ümidsizlik, cəmiy yətin yazıçıya qoyd uğu tələblər, ya nə?
– Sual bir az uzun oldu deyəsən … Uzun olsa da, nə demək istədiyinizi anladım. 
Müasir romanlarda adətən detektiv xətt olur. Bu, həmişə vacib sayılmasa da, şərtlərdən 
biridir. Hətta yanında da bir balaca erotika – istiot və duz kimidir. Məsələn, “Gülün adı” 
(Umberto Ekonun romanı – red.) romanı monastırda müəmmalı şəkildə ölən rahiblərin 
qatilinin axtarılması, “Qar” (Orxan Pamukun məlum romanı – red.) romanı isə çadralı 
qızların intiharı ilə başlayır. Hər iki əsərin qəhrəmanı qətl və ölümləri araşdırmaq üçün 
hadisə baş verən məkana yollanır. Vəhşicəsinə öldürülən nəqqaşdan bəhs edən “Mənim 
adım qırmızı” romanında (Orxan Pamukun romanı – red.) isə daha maraqlı bir səhnə 
ilə  qarşılaşırıq:  oxucu  qatilin  tapılacağı  günlə  erotik  qovuşma  səhnəsini  eyni  anda 
gözləməkdədir. Çünki Şəkurə, Qaraya deyib ki, atamın qatilini tapandan sonra sənə 
yaxınlıq verə bilərəm! Orxan Pamuk nə yazdığını bildiyi kimi, oxucunun nə istədiyini 
də bilir. Amma əsərin məqsədi heç də qatilin tapılması deyil... Təkcə Azərbaycanda 
yox,  bütün  dünyada  din,  kriminal  və  erotika  mövzusu  hər  kəsin  böyük  marağına 
səbəb olur. Bu üç əbədi və dünyəvi mövzudan yan keçən böyük yazıçı, yəqin ki, tapa 
bilməzsiniz. Amma, burda bir incəlik də var: kriminaldan istifadə edəcəksən, detektiv 
yazmayacaqsan!  Bu,  Dostoyevskidən  qalan  dəyərli  bir  mirasdır...  Din,  kriminal  və 
erotika min illərdən bu yana cəmiyyətin ən həssas nöqtələridir. Yaxın dostum, təkcə 
ədəbiyyatın yox, həm də cəmiyyətimizin böyük itkisi olan Rafiq Tağının həyatında da 
bu iki vacib amili yan­yana gördük: din və kriminal! Arzulayardım ki, bu ağzıqara həyat 
gerçəkləri yalnız onun yazılarında vurnuxaydı. Təəssüf ki, belə olmadı. Yazılarından 
boy göstərib həyatına müdaxilə etdi. Görünür, həmişə yazıçılar mövzulara müdaxilə 
etmir, bəzən tərsinə də olur!


01
 (0
7)
 m
ay
 2
01
2-
ci
 il
86
Din demişkən, o dünyaya, ilahi ədalətin olduğuna inanırsınız? Yazıçı, 
yaradıcı adam üçün inam nə deməkdi?
– Səbəb və nəticə ardıcıllığına inanıram. Odur ki, bu dünyanın yaranması, insanın 
doğulması, yaşaması və ölməyinin ciddi, həm də çox ciddi bir səbəbə bağlı olduğu 
şəksizdir. Adi qar dənəsində bu qədər incə simmetriyanı gözləyən bir qüvvə varsa, 
həmin qüvvənin bu qədər insan azğınlığına biganə qalacağına inanmaq çətindir. 
● “Haramı”nın ssenarisi hazırlanır. Bir film kimi onu necə görursünüz? 
Sizdə hələ rejissorluq həvəsi yaranmayıb?
– Təvazökarlıqdan uzaq olmasın, düşünürəm ki, yazdığım hekayələrə yaxşı filmlər 
çəkmək olar. Əlbəttə, kinonu çox sevirəm. Yazdıqlarımı ekranda görmək mənə böyük 
ruh verər. Bu sahədə bir müddət işləsəm də, peşəkar deyiləm. Ona görə film çəkmək 
kimi  bir  arzum  yoxdur.  Ancaq  çəkilişlərdə  məmnuniyyətlə  iştirak  edərəm.  Hətta 
fəhlə kimi belə... “Haramı”dan nələrisə çıxarıb ssenariləşdirmək olar. Bu barədə bəzi 
istedadlı kinematoqrafçılarla söhbətimiz də olub. Məşhur bir el deyimi var: Çobanın 
könlü olsa, təkədən pendir tutar! İstək, əlbəttə ki, çox önəmlidir. Sevinirəm ki, bu var. 
Və varsa, deməli, nəsə alınacaq.
● Əsərləriniz, yazılarınız, hətta danışdığınız əhvalatlar kinovariliyi 
ilə fərqlənir. Qarabağ müharibəsi və qaçqınlıqdan yadınızda unuda 
bilmədiyiniz, bölüşmək istədiyiniz kadr varmı?
– Cəbrayıl dağılır, ermənilər Füzuli tərəfdən yolu bağlamağa hazırlaşırdı. Hamı 
tələsirdi ki, mühasirəyə düşməsin. Birdən asfaltda sürətlə gedən bir ekskavator görün­
dü, çömçəsində yan­yörəsinə yorğan­döşək doldurulmuş yaşlı bir qadın vardı… 
● Sizcə, müharibə haqda kino və ədəbi əsərlərdə milli ideologiya kimi 
bir kriteriya olmalıdırmı?
– Heç sormamalı…
● Mən bir tənqidçimizin müharibə romanı haqda tirajlanmış bir fikrini 
oxumuşdum...
– Anlayıram,  bir  məmləkətdə  yazıçı  özünü  hərbi  general  kimi  aparırsa,  əsgər 
şeir deyib, “Ana segahı” oxuyursa, müğənni ilə cangüdən eyni geyim geyinirsə, bəzi 
şeyləri dəqiqləşdirmək lazım gəlir... Ədəbiyyatın və kinonun bir mövzusu var: insan! 
Ədəbiyyatın  və  kinonun  bir  amalı  var:  insan!  Sən  səmimi  olaraq  insanın  ardınca 
düşsən,  heç  bir  ideolojiyə,  təbliğata  ehtiyac  qalmayacaq.  Günahkarı  görmək  çətin 
deyil. Camaat çörəyi qulağına yemir. Unutmayaq: evi dağılan, yaxınlarını itirən bütün 
insanlar, bütün uşaqlar millətindən, dinindən, irqindən asılı olmayaraq, eyni hissləri 
keçirir. Onlar eyni cür qorxur, eyni cür ölürlər. Qanlarının da rəngi, mən bilən, eyni 
olur. Yazıçı bunu unudursa, o, ciddi heç nə yaza bilməz. 
● Qarabağ müharibəsi haqda yazarkən, çəkərkən lokallıqdan qurtulmaq 
üçün nə vacibdir?
– İnsan!..
● Ədəbiyyatı bilən, müharibə və qaçqınlıq görən şəxs kimi, Qarabağ 
müharibəsi haqda filmlərdən, əsərlərdən hansını bəyənirsiniz?
R A K U R S   /   Şərif Ağayar: “Çömçəsi̇ndə yan-yörəsi̇nə yorğan-döşək doldurulmuş yaşlı bi̇r qadın vardı...”

87
–  Seymur  Baycanın  “Quqark"ı  yazıçı  yanaşmasına  görə, 
Aqil Abbasın  “Dolu”su  birbaşa  müharibənin  içində  baş  verən 
bəzi  həyat  reallıqlarını  əks  etdirdiyinə  görə  diqqətimi  çəkdi. 
Amma səmimi deyirəm, Qarabağdan bəhs edən əsərlər içərisində 
“Kərpickəsən  kişinin  dastanı”ndan  gözəl  əsər  oxumamışam. 
Bunu əsərin müəllifi kimi yox, bir oxucu kimi deyirəm. 
Qarabağdan bəhs edən filmlərimizi isə, bəyənmirəm. Müx­
təlif maraqlı fraqmentlər ola bilər... Yaxşı olar ki, bayağı filmləri 
soruşaydınız,  onda  daha  ürəklə  danışardım. Amma  ad  çəkmək 
vacibdirsə, “Sarı gəlin”in adını çəkərdim. Hər halda, ideyasına 
görə bu film çox dəyərlidir, zamanı gələndə özünüz görəcəksiniz. 
“Fəryad” filmində də maraqlı məqamlar var. “Arxada qalmış 
gələcək”də bir məsələ xoşuma gəlir: qəzet məsələsi. Döyüşçülər 
neçə il sonranın qəzetini görürlər və müharibəni uduzacaqlarını 
bilirlər. Ağır söhbətdir... 
 
müsahibəni apardı Aliyə Dadaşova

88

01
 (0
7)
 m
ay
 2
01
2-
ci
 il

89
Ə
li Isa Cabarovun təklifi və təkidi ilə son vaxtlar haq­
qında çox danışı lan, yazılanlara inansaq, aske tik həy­
at tərzi sürən, 38 ildə vur­tut 5 film çəkən, müsahi­
bələrdən  qaçan  və  hətta  Kann  festivalında  müka fat 
almaq üçün səhnəyə ailəsini yolla yan, yalnız işıqlar sönəndə zala 
daxil olan və bununla da ustaca (məncə, həm də qəsdən) ətra­
fına sirli, müəm  malı bir rübənd çəkən Ame rika rejissoru Malik 
Terrensin yaradıcılığı haqda yazmalı oldum. 
İçimdən  gəlməsə  də,  onun  bütün  filmoqrafiyasını  izlədim. 
Və altıncı hissimin Terrensin filmlərini bu zamana kimi izləmək 
istəməməyimi nə qədər doğru təsbit etdiyini anladım.
Amma bu, yalnız mənim subyektiv münasibətimdir.
Terrensin yaradıcılığını iki hissəyə ayırmaq olar: “Bəhrəsiz 
torpaqlar” (“Badlands”) və “Səma günləri” (“Days of Heaven”) 
ekran əsərlərinə qədərki və ondan sonrakı dövr.
İlk iki tammetrajli film ənənəvi kino təhkiyəsi üzərində quru­
lur. Amma hətta bu təhkiyələrdə belə rejissorun son üç filmində 
yaratdığı  kino  dilinin  əlamətləri  görünür  və  Terrens  sonrakı 
filmlə rində bu estetikanı mükəm məlik həddinə çatdırır. 
Terrensin kinema toq  rafik özəlliyi hər şey dən əvvəl insanın 
idilli yada  təsviri  ilə  şərtlənir,  zira,  onun  filmlərində  təbiət dəki 
canlılar (və ümu miy yətlə, təbiətin özü) – heyvanlar, bitkilər yal­
nız hansısa anlama, meta forik düşüncəyə işarə deyil, bu obrazlar 
daha çox insanlar kimi, insan larla eyni statusda per so naj olmaq 
hüqu qunu qazanır. 
Sevda SULTANOVA
TERENSİN BOŞ  
FƏLSƏFƏSİ
PORTRET
PORTRET
“Həyat ağacı”, 
aktrisa 
Cessika Çesteyn


01
 (0
7)
 m
ay
 2
01
2-
ci
 il
90
Rejissor  süjetin  kon teks tindən  asılı  olaraq,  canlılara  müxtəlif  rakurs lar dan 
yanaşır: onlar ya insan kimi yaşamaq uğrunda mübarizə aparır, yəni bir növ insanın 
yaşam tərzinin mode linə çevrilir, ya da ambisiyalarına hakim kəsilə bilməyən ən vəhşi 
heyvan – insan təbiətin bir hissəsinə çevrilməyi bacarmayanda iddillyanı məhv edir.
Terrensin bütün filmlərində ölüm hadisəsi var. O, ölümü, insanın qətl aktını və 
ölüm qorxusunu çözür. Musiqidən bolluca istifadə edir. Musiqinin və təsvirin ahəngini 
yaradır. Onun kinematoqrafiyasında hər şey – ağrı da, xoşbəxtlik də, ölüm də, onun 
qorxusu da səmavi intonasiyaya köklənmiş meditativ müsiqi ilə müşayiət olunur.
Hətta adama elə gəlir ki, bu, film deyil, müzikldir, yox, daha doğrusu, simfonik 
musiqili  filmdir.  Orkestr  də  hardasa  lap  yaxında,  çəkiliş  meydançasındadır.  Və 
bununla da o, yaradıcılığında, xüsusən də son filmlərində təbiət­insan münasibətinə, 
ümumiyyətlə, təhkiyəsinə musiqi ilə nəsə asketik, ilahi məna verməyə cəhd edir və 
deyim ki, bu onda alınır. Hərçənd, ifrata o qədər varır ki, musiqi kinonu üstələyir və 
birinci plana keçir. 
Terrensin debüt filmi 1973­cü ildə ekranlaşdırdığı “Bəhrəsiz torpaqlar” dramı idi. 
Mütləq onu da qeyd edək ki, rejissor filmə maliyyə ayıran böyük studiyalardan imtina 
etdi  və  özünün  tapdığı  kiçik  büdcə  –  450  min  dollarla  1950­ci  illərdə Amerikada 
qətllər  törətmiş  Çarlz  Starkvezerin  gerçək  hekayətini  ekranlaşdırdı.  Eyni  hekayəti 
rejissor Oliver Stoun 1994­cü ildə “Qatil doğulanlar” (“Natural Born Killers”) adı 
altında lentə alıb. 
Stounun filmi nə qədər emosionaldırsa, Terrensin yozumu o qədər soyuqdur. “Qatil 
doğulanlar” – döyüş filmidir, qəddar səhnələrlə zəngindir: şən, çılğın qəhrəmanların 
törətdikləri  qətllər  onların  gündəlik  həyat  tərzinə  çevrilir  və  onlar  yalnız  öldürmək 
zərurəti yarandığı üçün deyil, həm də zövq üçün öldürürlər. 
Terresnin  filminə  isə,  sosial,  ictimai  fəlsəfi  cizgilər  xasdır.  Onun  biganə 
qəhrəmanları  da  soyuqqanlıqla  öldürür,  fəqət  qətllər  zərurətdən  qaynaqlanır,  baş 
qəhrəmanlardan  biri  Kit  hər  dəfə  öz  qətllərinə  haqq  qazandırır,  onun  davranışını 
rejissor birbaşa Amerika cəmiyyətinin kiçik insan amilinə bivec münasibətilə şərh edir. 
Terrensin filmi bu mənada qodarsayağı alınıb. Kit və onun sevgilisi Holli, “Səfeh 
Pyero”dakı  (“Pierrot  Le  Fou”)  personajlar  kimi,  ekzistensial  ovqatda  törətdikləri 
qətldən  sonra  sonsuz  yolçuluğa  çıxır,  təbiətə  sığınırlar,  musiqi  onların  yüngül  rəqs 
hərəkətlərini müşayiət edir və Holli də eynilə Marianna kimi qeyri­müəyyən həyatı 
yaşamaqdan usanır, onu dəyişməyə çalışır. 
Beş il sonra isə, Terrensin “Səma günləri” filmi ekranlara çıxır. Rejissor yenə də 
ekzistensial ovqatda sosial ədalətsizliyi, arzuları puça çıxan kiçik insan amilini ekrana 
gətirir. 
Nəhayət, 20 illik fasilədən sonra “Nazik qırmızı xətt” (“The Thin Red Line”) hərbi 
dramına ekran ömrü verən rejissor məhz bu filmində özünəxas kino dilini təklif edir.
O, müharibəni tamamilə fəqrli rakursdan çözür. Müharibə bizim təsəvvürümüzdə 
hər  şeydən  əvvəl  ölümlə,  daha  sonra  mübarizə,  qəhrəmanlıqla  assosiasiya  olunur. 
Terrens  isə  müharibənin  gerçək  yaşamını  təsvir  edir:  əsgərin  ölüm  qorxusunu,  sağ 
qalmaq uğrunda savaşını, bu müharibənin onlar üçün heç bir anlam daşımadığnı və 
müharibə fonunda insan­təbiət əlaqəsinin itdiyini. İnsanın ölüm anı, ondan qorxusu  
o qədər təbiidir ki, adamda istər­istəməz təsəvvür yaranır ki, Terrens bu ağrını yaşayıb, 
ölüb və indi yenidən zühur edib. Amma əsir düşmüş yaponların qorxu, tərəddüd hissi 
imitasiya təəssüratı yaradır və bu, filmin fiaskoya uğramış yeganə epizodudur.
Rejissorun  dördüncü  filmi  –  “Yeni  Dünya”  (“The  New  World”)  ingilislərin 
XVII əsrdə Amerika sahillərinə gəlməsindən, dünyanın özü qədər qədim olan klassik 
P O R T R E T   /   Sevda Sultanova. Terensi̇n boş fəlsəfəsi̇

91
hekayəni – siyasi konfliktə baxmayaraq, iki düşmən xalqın təmsilçiləri olan ingilis 
kapitanı ilə hindu şahzadəsi arasındakı sevgini anladır. Terrens yenə bundan öncəki 
filmindəki  estetikasına  əl  atır,  bol  musiqilə,  səmavilyə,  meditativliyə  cəhdlə,  asta 
templə, təbiətin bütün incəliklərini lentə alan yüngül hərəkətli kamerayla tamaşaçının 
nəfəsini kəsir, usandırır. Sanki, Terrens təbiətə tabe olur, ona qarışıb itir və rejissor 
burda Terrens yox, ona diqtə edən təbiətdir. Elə bu səbəbdən də “Nazik qırmızı xətt” 
dramının vizuallığı ve ideya gücü burda hiss olunmur.
Terrensin  filmlərində  kadrarxası  hekayəti  nəql  edən  kimsə  mütləq  olur. Amma 
sonuncu “Həyat ağacı” (“The Tree of Life ”) filmində nəql edən yoxdur, daha doğrusu, 
nəql vizual məkana transfer olunur və biz artıq böyümüş, yaşlanmış Cekin yaddaşındakı 
təsviri görürük. Hərçənd, ailəsini, uşaqlığını xatırlayan Cekin yaddaş təsviri çərçivələri 
aşır,  nəsə  daha  qlobal  bir  şeyə  –  kainatın  yaradılışı,  kişi  və  qadın  başlanğıcının 
(bağışlamağı təlqin edən, sevgi dolu ana və sərt qayda qanun tərəfdarı olan amansız 
ata. Bəzi hallarda ata Tanrının obrazı ilə də assosiasya olunur) qarşıdurmasına, insanın 
böyümə prosesində dünyanı, özünü tanımasına, ata­oğul toqquşmasına çevrilir. 
Yenə  də  təbiətlə  insan  münasibəti,  musiqi,  meditativlik,  idilliyanın  içindən 
boylanan insan sarsıntısı. Və oğullardan birinin ölümü bu idilliyanın cazibəsini yox 
edir, onu qorxunc bir şeyə çevirir. 
Bayaq dediyim kimi, “Həyat ağacı” misteri ya sında kadrarxası nağılçı yox, yalnız 
ara­sıra  İncil  into  nasiyasında  deyilmiş  hansısa  şərhlər,  fikirlər  var.  Amma  həmin 
şərhlər Tan rının işığına sığın maq dan çox, əbədi suallar qis mində (“niyə”, “nə üçün”, 
“biz sənin üçün kimik” və s) onun ittihamına yönəlib.
Hiss olunur ki, bu filmə Terrens bütün teoloji, mifik, fəlsəfi biliklərini xərcləyib. 
İlk  baxışdan  Terrensin  son  filmində  demək  istə dikləri  mürəkkəb  görünə  bilər. 
Amma əslində, o, artıq ədəbiyyatda və kinematog rafiyada banallığa çevrilən mövzu­
lardan danışır. Bu, normaldır, onsuz da hamı gəzib­dolaşıb eyni nəsnələri çözür. Fəqət, 
“Nazik qırmızı xətt”, rejissor Terens Malik


01
 (0
7)
 m
ay
 2
01
2-
ci
 il
Terrens yeni yozum və ümumiyyətlə, yeni heç nə təklif etmir. O, sadəcə, dini mənbələrə 
istinad edir və əzəli­əbədi motivləri xatırladır. Onun rejissor mövqeyi yoxdur, Terrens 
illüstrativ mövqedən çıxış edir. 
Ümumilikdə  isə,  Terrensin  filmlərində  onun  gerçək  ağrısı,  səmimiyyəti,  ruhu 
yoxdur (halbuki onun qəhrəmanları Pazolinin “Teorem”inin intonasiyasında hardasa 
uzaqlarda dərinliyə gömülmüş ruhlarını axtarırlar). Burada yalnız rassional ağılı hiss 
edirsən və mənə niyəsə elə gəlir ki, Terrens illərlə bağlı qapılar arxasında oturaraq, 
nüfuzlu festivallarda mükafat qazanmaqdan ötrü bütün bacarığını işə salıb. 
Vizual güc, musiqi, fəlsəfi­poetik təsvirlər filmə dərin məna, anlaşılmaz çalar verir 
və bu, tamaşaçını çaşdırır. Film bitir, onunla birgə təəssüratı da qısa zamanda yox olur. 
Mükəmməl təsvirlərin altında boşluq gizlənir, o təsvirlər düşünməyə, yeni ideyalara 
yol aççmır. 
“Nazik  qırmızı  xətt”  dramını  onun  ən  uğurlu  filmi  sayıram.  Əminliklə  deyə 
bilərəm  ki,  ümumilikdə  onun  filmləri  kinematoqrafik  cəhətdən  kino  bilgilərimə  və 
dünya görüşümə yeni nəsə vermədi.
Çox maraqlıdır ki, Terrens bundan sonra çəkəcək filmlərində təbiətin daha hansı 
incəliklərini, məhrəm yerlərini təqdim edəcək. 
”Həyat ağacı”, aktyor Bred Pit
P O R T R E T   /   Sevda Sultanova. Terensi̇n boş fəlsəfəsi̇

93
1. DEBİL TAMAŞAÇI TİPİ
2011­ci ilin ən məşhur hadisələrindən biri Terrens Malikin 
“Həyat  ağacı”  filminin  Kann  festivalında  premyerası  idi.  Bu 
film sonda “Qızıl Palma budağı” aldı. Bu, əlbəttə, əladır; belə 
çıxır  ki,  dünya  kinoistablişmenti  hədəfi  vurmağı  və  yaxşını 
mükafatlandırmağı  bacarır.  Tez­tez  elə  təəssürat  yaranır  ki, 
yaxşıların, sözün əsl mənasında, parlaq ekran əsərlərinin çoxu, 
hətta  müəyyən  sosial  klişelərə  çağıran  və  guya  aktual  sosial 
proqramlara malik olan festivallara düşə bilmir. Amma məsələ 
bunda deyil. Heç məsələ “Həyat ağac”nın “Qızıl palma budağı” 
almasında da deyil. Hətta o, mükafat almasaydı və dünya kino 
cameəsinin  gözündə  kölgədə  qalsaydı  belə,  fikrimcə,  bu  film 
çox  qeyri­adi  və  əlamətdardır.  Bu,  başqa  müasir,  görkəmli 
rejissorların,  məsələn,  Trierin  “Melanxoliya”,  Bela  Tarrın 
“Truin atı” və Nuri Bilgənin “Bir zaman Anadoluda” filmlərində 
müşahidə  olunan  qeyri­adilik  və  əlamətdarlıq  deyil.  Məncə, 
onun orijinallığı burasındadır ki, bu, çəkiliş meydançasında az­
az görünən Terens Malikin təkcə növbəti filmi deyil, onun daxili 
dünyasını,  insan  və  rejissor  mövqeyini  əks  etdirən  bir  filmdir. 
Məsələ  filmin  müəyyən  dərəcədə  avtobioqrafik  olmasında  da 
deyil. Burada müəllifin şəxsi dünyagörüşü filmin daxili struktur 
materialına  hopub,  kino  dilində  əriyib­itib  və  o,  təkcə  hansısa 
abstrakt  mənaları  nümayiş  etdirmir,  müəllifin  –  ilk  növbədə, 
özünü kosmik məkanın bir hissəsi kimi, ikinci növbədə konkret 
peşəkar mühitdə fəaliyyət göstərən peşəkar olaraq – mahiyyətini 
üzə çıxarır. Məhz bu barədə bir az danışmaq istərdim.
Teymur DAİMİ
Yüklə 5,04 Kb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   17




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin