Fənnin adi : İnklüziv təhsil Tərtib etdi: Xüsusi təhsil kafedrasının baş müəllimi-Zeynəb Məmmədova



Yüklə 23,69 Kb.
səhifə1/4
tarix12.11.2022
ölçüsü23,69 Kb.
#68698
  1   2   3   4
İnklüziv mühazirə-3


FƏNNIN ADI : İnklüziv təhsil
Tərtib etdi: Xüsusi təhsil kafedrasının baş müəllimi-Zeynəb Məmmədova.


МÖVZU №-3: İnklüziv təhsil təcrübəsi. Qlobal və milli tendensiyalar
Plan: 1. Müasir və qlobal tendensiyalar.
2. Xüsusi təhsildən inklüziv təhsilə keçidi zəruriliyi.
3. Əlilliyi olan uşaqların funksionallığına dair beynəlxalq təsnifatı.
4. İnklüziv təhsilin beynəlxalq və milli hüquqi çərçivəsi.
İnklüziv təhsil bütün uşaqların keyfiyyətli təhsil almaq hüququna əsaslanır. Bir sıra beynəlxalq konvensiyalar, milli qanunvericilik çərçivələri müvafiq ölkələrdə inklüziv təhsilin tətbiqini təmin edir. Dünyanın müxtəlif ölkələrində mövcud olan müasir təhsil sistemləri təhsil və onun strukturunun variativliyi, konkret problemlərin çeşidli həlli yolları baxımından fərqlənirlər. Bir də ümumi tendensiyalar var ki, onlara yanaşma adətən eyni fəlsəfəyə malikdir. Müasir təhsilin ümumi tendensiyalarından danışarkən toxunulan ilk problemlərdən biri inklüziv təhsildir. İnsan haqlarının inkişafı, təhsil prosesinin müasirləşməsi, qloballaşma kimi kütləvi proseslər hər bir dövlətin inklüziv təhsil anlayışına daha həssas yanaşmasını tələb edir. Hazırda bu məsələ ilə ilgilənməyən az ölkənin adını çəkmək olar ki, bu da əsas etibarilə onların ağır sosial-iqtisadi durumu, qeyri-sabit siyasi quruluşu və s. səbəblərlə izah oluna bilər. İnklüziv təhsil kimi qayəsində humanizm elementləri duran problemlərin həllinə sosial rifahı yüksək olan ölkələrdə xüsusi diqqətlə yanaşılır. Bu baxımdan, ölkələr müxtəlif olduğu kimi inklüziv təhsilin strukturu və fəaliyyətinə baxış da müxtəlifdir.
XX əsrin sonu XXI əsrin əvvəllərində təhsildə köklü şəkildə dəyişikliklər baş verdi. Belə ki, təhsilin fəlsəfəsi mahiyyətinə, məzmununa, biliklərin qiymətləndirilməsinə, müəllim-şagird münasibətlərinə, təlim-tərbiyə metodlarına və təhsilin digər bütün elementlərinə yanaşmada kəskin dəyişikliklər müşahidə edilməyə başladı. Bu paradiqmal dəyişiklik elm və texnologiyanın sürətli inkişafının məntiqi nəticəsi kimi ortaya çıxmışdı. Mürəkkəb insan-cəmiyyət münasibətlərinin ən vacib kompanentlərindən olan təhsil və təlimdə də paradiqmaların dəyişməsi labüd idi və bu baş verdi.
Təhsil sferasında ən inqilabi və nəzərəçarpan paradiqma dəyişikliklərindən biri də xüsusi təhsildə ortaya çıxdı. Bu dəyişikliyə iki əsas amil səbəb oldu. Ən başlıca amil II Dünya Müharibəsindən sonra BMT-nin təsis edilməsi və bu təşkilat vasitəsilə irqindən, dinindən, milliyyətindən, fiziki və əqli qüsurlarından və s. amillərdən asılı olmayaraq bütün insanların bərabər haqq və hüquqlara sahib olmasının dünyaya bəyan edilməsi oldu. Beləliklə, dünya miqyasında demokratik dəyərlərin əhəmiyyətinin vurğulanması ilə bütün xidmət və fəaliyyət sahəsində insanın önəmli olmasına əsas amil kimi götürüldü və bu baxış təhsildən də yan keçmədi. Beləliklə də inklüziv təhsilə gedən yolun təməli qoyuldu.
Digər əsas amil isə fiziki və əqli qüsur anlayışına baxış bucağının dəyişməsi oldu. belə ki, tarix boyu xüsusi təhsildə ənənəvi olaraq psixi-tibbi yanaşma üstünlük təşkil edirdi. Bu yanaşma fərdin qüsurlarından törəyən maneələrin yalnız fərdin özündən qaynaqlandığını əsas tutur və fərdin ətraf mühitlə münasibətində mühitin yaratdığı imkan və yaxud məhdudiyyətləri qətiyyən nəzərə almırdı. Lakin bunun əksinə olaraq xüsusi təhsildə yeni tmayül kimi meydana çıxan “təşkilati yanaşma” diqqəti insanın qüsularına deyil, mühitin imkanlarına yönəltdi. Yəni yeni paradiqmaya əsasən xüsusi təhsilin yeni pedaqoji fəlsəfəsində “qüsurlu insan yox, qüsurlu mühit vardır” prinsipi meydana çıxmağa başladı. Bu səbəbdən də inklüziv təhsilin elmi metodiki əsaslarını hazırlayan pedaqoqlar təlim prosesinin nəticə verməsi üçün əsas diqqətin qüsurlara deyil, bu qüsurların tələblərinə cavab verə bilən təlim metodlarının, əyani vəsaitlərin, maddi texniki vasitələrin maksimum səmərəli istifadəsinə yönəltməyi tövsiyə edir.
Bu prinsipdən doğan inklüziv təhsil modeli təhsildə yeni islahatların həyata keçirilməsini, təhsilə dair qanunlarda əlavə və düzəlişlərin edilməsini, kadr hazırlığında yeni bilik və bacarıqların aşılanmasını, bütün təhsil müəssisələrinin maddi-texniki bazasının zənginləşdirilməsini və s. tədbirləri kompleks şəkildə həyata keçirməyi bir məqsəd kimi dövlət səviyyəsində qarşıya qoyur. İnklüziv təhsil özündə həm də humanist dəyərləri ehtiva etdiyindən daha geniş vüsət almağa başladı.
Şübhəsiz ki, inklüziv təhsilə qədər də fiziki və əqli qüsurlu insanların təhsilə olan tələbatı təmin edilirdi. Bunun üçün müvafiq diaqnoz qoyulmuş uşaqlar aidiyyatı üzrə xüsusi təyinatlı məktəblərə cəlb olunurdular. Bu tipli məktəblər hələ də dünyanın bütün ölkələrində mövcuddur. Qeyd etmək lazımdır ki, xüsusi məktəblərdə də qüsurlu insanlara daha müvafiq səriştəyə malik kadrlar tərəfindən keyfiyyətli təhsil verilir. Lakin bu tipli məktəblər insanın ən vacib ehtiyaclarından birini insanlarla sosiallaşmaq ehtiyacını, cəmiyyətə inteqrasiya və adaptasiyasını təmin edə bilmirlər. Adətən institutlaşmış şəkildə fəaliyyət göstərən xüsusi məktəblər burada təhsil alanları qapalı mühitə həbs edir və marginallaşdırır (Marginal, marginal şəxs (Latınca Margo - kənar) - müxtəlif sosial qrupların, sistemlərin, mədəniyyətlərin sərhədində olan və onların ziddiyyətli norma, dəyər və s.).
Nəticədə isə itirən tək onlar deyil həm də bütün cəmiyyət olur. Çünki cəmiyyətin bütövlüyü pozulur. Məhz bu nöqteyi nəzərdən bütün uşaqların eyni məkanda birgə təhsil almasını nəzərdə tutan inklüziv modeli uşaqları ayrıseçkiliyə məruz qoyan institutlaşmış təhsil modelindən bir addım öndədir. Azərbaycanda daha çöx fiziki, əqli qüsurlu uşaqlar təhsildən kənarda qaldıqlarından marginallaşdırıcı təhsilə məhkum edildiyindən inklüziv təhsilin daha çox bu aspektinə diqqət diqqətin yetirilir. Beynəlxalq təcrübə və tendensiyaların araşdırılması Azərbaycan üçün daha münasib olan inklüziv təhsil modelinin zəruriliyini təsdiqləyir.
Qeyd etmək lazımdır ki, inklüziv təhsilin kökü xüsusi təhsilə dayanır. Lakin inklüziv təhsil xüsusi təhsilin daha mütərəqqi və təkmil formasıdır.
İnklüziv təhsilin bir çox tərifləri və mənaları mövcuddur. Onların ümumi elementləri aşağıdakılardır:
 İnklüziv təhsil məktəblərin daha münbit və bütün uşaqlar üçün faydalı olmasına yönələn fasiləsiz prosesdir;
 İnklüziv təhsil təhsil mədəniyyətinin, hüquqi sənədlərin və təcrübələrin şagirdlərə uyğun olması üçün yenidən qurulmasını ehtiva edir;
 İnklüziv təhsil bütün şagirdlərə uyğun olması üçün məktəbin dəyişməsini şərtləndirir;
 İnklüziv təhsil uşaqların məktəbdə və icmada təhsilə çıxışına mane olan konkret səbəbləri müəyyənləşdirib aradan qaldırılması üçün davamlı fəaliyyətdir;
 İnklüziv təhsil bütün maraqlı tərəflərin iştirakı ilə icra edilməli olan bir prosesdir.
İnklüziya sahəsində araşdırmalar qeyd edir ki, cəmiyyət əlilliyi olan uşaqların assimilyasiyasına neytral və ya passiv-mərhəmət mövqeyi nümayiş etdirir: belə uşaqların problemi ətrafdakılar tərəfindən mühitin öhdəliyi kimi deyil, uşaqların öz çətinlikləri kimi qəbul edilir. Cəmiyyətdə SİM uşaqları əhatə edən əksəriyyət onlara qarşı passiv tolerantlıq göstərir. Buna görə də inklüziv təhsil bu gün yalnız hamı üçün təhsil sisteminin möhkəmlənməsi prosesi kimi deyil, həm də SİM insanların diskriminasiyasının aradan qaldırılmasının səmərəli vasitəsi kimi qəbul edilir. SİM uşaqların ümumtəhsil məktəblərində təhsili bir çox ölkələrin, eləcə də Azərbaycanın cəlb olunduğu inklüziv təhsil sisteminin qanunauyğun inkişaf mərhələsidir. SİM uşaqların təhsilinə belə yanaşma həyatda müxtəlif xarakterli səbəblərlə əlaqədardır. Ümumilikdə bu səbəbləri iqtisadi, hüquqi inkişaf baxımından müəyyən səviyyəyə nail olmuş cəmiyyət və dövlətlərin sosial tələbləri kimi müəyyənləşdirmək olar. Son mərhələ cəmiyyət və dövlətlər tərəfindən əliliyi olan şəxslərə münasibətin dəyişdirilməsi, yalnız hüquqlarının tanınması deyil, təhsil də daxil olmaqla, həyatın müxtəlif sahələrində onlara digər insanlarla bərabər imkanların yaradılması ilə xarakterizə olunur.
Mahiyyət etibarilə humanizmi təlqin edən və demokratik prinsiplərə söykənən inklüziv təhsil yalnız məktəb çərçivəsində və təhsil sistemi səviyyəsində deyil, eyni zamanda bütün cəmiyyət miqyasında hər kəsə bərabər imkanlar yaradılmasını tələb edir.
İnklüziv təhsil məktəbəqədər, orta, peşə və ali təhsil mərhələlərini ehtiva edir. Bununla o, SİM insanların davamlı təhsilinin və inkişafının təmin olunmasına xidmət edir. Dünya praktikasında inklüziv təhsilin təşkili məsələləri 1970-ci illərdən başlayaraq xaricdə əlilliyi olan şəxslərin təhsil imkanlarının genişləndirilməsi ilə bağlı normativ aktların hazırlanmasına başlanılmışdır.
Beynəlxalq və Azərbaycana dair hüquqi sənədlər aşağıdakılardır:
 İnsan Hüquqları haqqında Ümumi Bəyannamə, 1948
 BMT-nin “Uşaq hüquqları haqqında” Konvensiyası, 1989
 BMT-nin “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Konvensiyası, 2006
 Azərbaycan Respublikasının Konstitusiyası, 1995
 “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu, 2009
 “2018–2024-cü illərdə Azərbaycan Respublikasında əlilliyi olan şəxslər üçün inklüziv təhsilin inkişafı üzrə Dövlət Proqramı”
2001-ci il “Sağlamlıq imkanları məhdud şəxslərin təhsili (xüsusi təhsil) haqqında” qanun imzalandı.
2002-ci ildə ardıcıl olaraq AR Nazirlər Kabineti xüsusi təhsilə dair bir neçə qərar qəbul etmişdi: 29 aprel 72 nömrəli qərara əsasən “Sağlamlıq İmkanları Məhdud şəxslərin peşə-ixtisas təhsil müəssisələrinə qəbul qaydaları təsdiq edilməsi” haqqında, 29 aprel 74 nömrəli qərara əsasən “Psixoloji-tibbi-pedaqoji komissiya barədə Əsasnamənin təsdiq edilməsi” haqqında, 10 may 77 nömrəli qərara əsasən “Evdə təhsil almaq hüququ verən xəstəliklərin siyahısını və evdə təhsilin təşkili qaydalarının təsdiq edilməsi” barədə, 29 may 87 nömrəli qərara əsasən “İnteqrasiya təlimli təhsil müəssisələrində təhsilin təşkili qaydaları”, 88 nömrəli qərara əsasən isə “Stasionar şəraitində təhsilin təşkili qaydalarının təsdiq edilməsi” barədə qərarlar təsdiq edilmişdir.
2005-ci ildə Azərbaycan Respublikası xüsusi qayğıya ehtiyacı olan uşaqların təhsilinin təşkili üzrə İnkişaf Proqramı (2005 - 2009)” imzalanmışdır. Proqram çərçivəsində Təhsil Nazirliyi və UNİCEF tərəfindən 2005-ci ildən etibarən Azərbaycanda birgə inkluziv təhsil layihələri həyata keçirilməyə başlanmışdır. 2008-ci ildə Azərbaycan Respublikası “Əlillərin hüquqları Haqqında Konvensiya” təsdiq edildi. “Əlillərin hüquqları haqqında Konvensiya”nın məqsədi “Bütün əlil insanların insan hüquqları və əsas azadlıqlarına tam, bərabər imkanlarla yararlanmalarına təkan vermək, onları müdafiə və təmin etmək, habelə onların ləyaqətinə hörmətlə yanaşılmasını dəstəkləməkdir". Hazırda əlilliyi olan şəxslərin hüquqi statusu AR Konstitusiyası və "Əlilliyın və uşaqların sağlamlıq imkanları məhdudluğunun qarşısının alınması, əlillərin və sağlamlıq imkanları məhdud uşaqların reabilitasiyası və sosial müdafiəsi haqqında" Azərbaycan Respublikası Qanunu ilə müəyyən edilir.
2009-cu ildə “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu imzalandı. Dövlət hər bir vətəndaşın təhsil alması üçün müvafiq şəraitin yaradılmasına təminat verir və təhsilin hər hansı pilləsindən, səviyyəsindən və formasından məhrum edilməsinə yol vermir. Cinsindən, irqindən, dilindən, dinindən, siyasi əqidəsindən, milliyyətindən, iqtisadi və sosial vəziyyətindən, mənşəyindən, sağlamlıq imkanlarından asılı olmayaraq hər bir vətəndaşa təhsil almaq imkanı yaradılmasına və ayrı-seçkiliyə yol verilməməsinə təminat verir.

Yüklə 23,69 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin