Müasir cəmiyyətin inkişaf meyarlarından biri əlilliyi olan insanlarıa münasibətdir



Yüklə 39 Kb.
tarix13.02.2017
ölçüsü39 Kb.
#8412
FİLM ÜÇÜN MƏTN

  1. Müasir cəmiyyətin inkişaf meyarlarından biri əlilliyi olan insanlarıa münasibətdir

  2. Sosial statusundan, zərərli davranışından və sağlamlıq vəziyyətindən asılı olmayaraq hər bir ailədə əlilliyi olan uşaq dünyaya gələ bilər.

  3. Azərbaycanda 9 mln əhalinin 410000 əlilliyi olan insanlardır

  4. 18 yaşına qədər olan 2.610.000 uşaqdan 56000 əlilliyi olan uşaqlardır. Qanunvericilkdə bu ifadə "sağlamlııq imkanları məhdud olan uşaqlar” kimi səslənir.

  5. Bu o deməkdir ki 56000 əlilliyi olan uşağın xüsusi qayğı, xüsusi yanaşma və alternativ xidmətlərə ehtiyacı var

  6. 56000-d’n yalnız 5000 uşağın bu xidmətlərdən istifadə etmək imkanı olmuşdur

  7. Nəticədə 5000 əlilliyi olan uşaq cəmiyyətə inteqrasiya olunmuş, onlardan 200 nəfəri xüsusi hazırlıq nəticəsində təhsilə cəlb olunmuşdur

  8. 2001-ci ildən başlayaraq 17 QHT Azərbaycanın 16 regionunda artterapiya, fizioterapiya, nitq terapiyası, inkişaf terapiyası, məktəbə hazırlıq, sensor terapiya, əmək terapiyası, nağıl terapiyası, oyun terapiyası, psixoterapiya, musiqi terapiyası, computer hazırlığı, həyati bacarıqların inkişafı, valideyn ilə iş və hüquqi yardım kimi xidmətlər sahəsində müstəsna təcrübə toplamış, yerli xüsusiyyətlərə uyğunlaşdırılmış beynəlxalq təcrübə tətbiq etmişdir

  9. Mərkəzlərdə xidmətlər bir neçə dövlət qurumu, donor təşkilatı və özəl sector tərəfindən maliyyələşdirilmişdir

  10. Mövcud xidmətlər qrup və fərdi məşqələ şəklində tətbiq olunur. Burada uşaqların bacarıqları qiymətləndirilir, inkişaf potensialı aşkar olunur və hər uşaq üçün fərdi inkişaf planı tərtib olunur

  11. Mərkəzlərdə Daun sindromu, serebral iflic, autism və başqa diaqnozlu uşaqlara xidmət göstərilir.

  12. 2007-ci ildə xidmətlərin göstərilməsi və vəkillik sahəsində çalışan QHT-lər təşkilatlanmış və “Azərbaycan Reabilitasiya Şəbəkəsi”ndə birləşmişdir.

  13. Şəbəkə təlimçilər komandası və valideyn birlikləri formalaşdırmışdır

  14. Alternativ xidmət standartları və maliyyələşmə modeli hazırlamışdır

  15. Şəbəkə nümayəndələri Deinstitutlaşma və İnklüziv Təhsil Dövlət proqramlarının işçi qruplarına ekspert qismində cəlb olunmuşdur

  16. Lakin toplanmış təcrübə, hazırlanmış kadr potensialı və ümumilikdə reabilitasiya prosesinin davamlılığı maliyyə çatışmazlığı səbəbindən təhlükə ilə üzləşib

  17. Bunu nəzərə alaraq İcma Əsaslı Reabilitasiya Mərkəzlərinin davamlılığına təminat və dövlət büdcəsindən maliyyələşməsinə səsləyirik.


Əlil uşaqlar, onların valideynləri və xidmət göstərən ekspertlər
İcma Əsaslı Reabilitasiyanın

DAVAMLI INKIŞAFINI TƏMIN ETMƏK
təklif olunan xidmətlərə

DÖVLƏT DƏSTƏYINI GÜCLƏNDİRMƏK


DÖVLƏT BÜDCƏSINDƏN MALIYYƏ ALMAQ ÜÇÜN

Dövlət qurumlarına müraciət edir!
UŞAQLARIMIZIN GƏLƏCƏYINI BIRLIKDƏ QURAQ!
Yüklə 39 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin