Xudafərin körpüsü



Yüklə 5,09 Kb.
Pdf görüntüsü
səhifə8/35
tarix21.03.2017
ölçüsü5,09 Kb.
#12113
1   ...   4   5   6   7   8   9   10   11   ...   35
qurtardı  getdi.  Daha  məni  ələ  niyə  salırsan?  Mən  hara,  bəy  hara.  Ġlxıçı  babayam,  o  ilxıdan  bir 
çöpüklü qulun itsə, gərək alaçığımı, palımı-paltarımı da satıb verəm. Amma yalan da demirəm, 
Sultan  Yaqub  mənim  kürəkənimdi.  Ancaq  qapıma  elçi  göndərməyib,  toy  eləyib  qızımı 
aparmayıb. Anasının xoĢuna gəlib qız, götürüb aparıb. Bundan sonra yüz il yaĢasam da nə mən 
qızımı görə bilərəm, nə də o məni. Kasıb kasıbdısa gərək arvadı da, qızı da kifir olsun, heç kimin 
də gözü düĢməsin. Yoxsa bax beləcə götürüb gedirlər, qalırsan baĢına döyə-döyə. Bəynən bostan 
əkən kasıbın çiynində bitər o bostanın tağı. 
–  Mən  düz  deyirəm.  Sən  Cahangir  bəysən,  özün  də  ilxıçı  deyil,  əmiraxursan.  Vəzir, 
Cahangir bəyin vəzifəsini ona baĢa salarsan. Cahangir bəyin libasını gətirin. 
Cahankir kiĢi elə bil ayıldı. 
– Ay baĢına dönüm, axı sən kimsən? 
– Mən Ağqoyunlu hökmdarı Sultan Yaqub.  
Cahangir kiĢi onun ayaqlarına düĢdü. 
– BaĢına dönüm, artıq-əskik danıĢmıĢam, keç günahımdan. 
– Qalx ayağa. Hər Ģey keçib getdi. GəlmiĢəm Sultanbudda sənin qızına elə toy çaldıram ki, 
səsi bütün ölkələrə düĢsün. 
Cahangir əllərini göyə qaldırdı. Allahına dua elədi. Amma birdən yadına nə düĢdüsə dönüb 
ilxıya  baxdı.  Ġlxı  uzaqlaĢırdı,  O,  əlini  dodaqlarına  qoyub  fit  çaldı.  Ayğır  fiti  eĢidəndə  ilxını 
döndərib onlara tərəf gətirdi. Sonra Sultan Yaqubun narazı baxıĢını görüb dedi: 
– BaĢına dönüm, ġükür bəy pis adamdı. Ġlxısı itsə harda olsam, məndə heyif qoymaz. 
– ġükür bəy oldu  sənin  kiçiyin.  Ġstəyirsən elə eləyim, o gəlib sənin  üzəngini tutan olsun. 
BaĢına nə oyun istə– yirsən gətir, bütün heyflərini ondan çıx. 

44  www.sarigelin.net 
 
Bir  azdan  fərraĢlar  libas  gətirdilər.  Cahangir  kiĢini  çəkib  apardılar,  kolların  arxasında 
geydirib gətirdilər. Bayaqkı ilxıçı Cahangirdən əsər-əlamət qalmamıĢdı. 
Onlar ceyran ovlamamıĢ düĢərgəyə qayıtdılar. Vəzir onu qızı olan ağ, qızıl qübbəli çadıra 
apardı. Bu həmin çadır idi ki, onun içində Əbu Səid Sara xatunla ġeyx Heydəri qəbul eləmiĢdi. 
Sonradan qənimət almıĢdılar. Cahangir kiĢi elə bil yuxu görürdü. Çadıra girəndə mavi paltarlı bir 
gözəl gördü. Geyimdən yox, gözlərindən tanıdı qızını. 
– Ay mənim itkin balam. 
– Dədə... 
Ata-bala  qucaqlaĢdı.  Neçə  ilin  həsrətliləri  biri-birilərinə  qovuĢdular.  Qız  atasının  əllərini 
öpürdü, o kobud əllər göz yaĢlarından islanmıĢdı. 
– Anam necədi? 
– YaxĢıdı, qurbanın olum. Çox Ģükür, çox Ģükür, bizim də baxtımız varmıĢ. 
– Sən də Ģükür eləyirsən, dədə? Səni də yola gətirdilər. 
– Sus. EĢidəllər, yaxĢı düĢməz. 
– EĢitsinlər də. Comərd necədi? 
– Kəs. Bunun Comərdinə bax. Ġtin baĢını qoydular xonçaya diyirlənib düĢdü. Sən o boyda 
hökmdarın  arvadı  olacaqsan.  Sənə  belə  təmtəraqla toy çaldırır, sən də atdan yıxılıb  hüt-hütünü 
əldən qoymursan. 
– Neynirəm ey o qızıl teĢti, içinə qan qusam. Ömrümün axırına kimi nə səni görəcəm, nə 
anamı, nə də qardaĢ-bacılarımı. 
Cahankir kiĢi əllərini qızıl iĢləməli, qan rəngli libasına çəkdi. 
– Mən də sənin yanında olacam. Ġndi mən Cahangir bəyəm. QoĢunun əmiraxuru. Bütün at 
axurlarının böyüyü. Təbriz yanında da beĢ para kəndimiz olacaq. 
SəlcuqəĢahbəyim onların söhbətinə çadırın arxasından qulaq asırdı. 
Comərd  adını  eĢidəndə  alt  dodağının  üstündəki  xalı  diĢlərinin  arasına  alıb  gəmirməyə 
baĢladı. “YaxĢı. Demək bu ilxıçı qızını hökmdara təslim olmağa qoymayan Comərddi. Mən onun 
tədbirini tökərəm”. 
Sultanbudda toy mərasimi baĢlamıĢdı. O qədər qoyun kəsilmiĢdi ki, arxla bir qan axırdı. O 
qədər  adam  yığılmıĢdı  ki,  nə  mağarlar  tuturdu,  nə  düzənlik.  Dikdirdə  köĢk  düzəltmiĢdilər. 
Qarabağ gözəli də həmin köĢkdə oturmuĢdu. Pərdəni qaldırıb nəmli gözlərini adamların arasına 
zilləmiĢdi.  O,  Comərdi  axtarırdı.  Çoban  Comərdi,  elatda  cavanların  hamısının  kürəyini  yerə 
vuran, cıdırda hamıdan əvvəl gələn Comərdi. AĢağıda, məclisin baĢında Sultan Yaqub taxtında 
əyləĢmiĢdi. Toy təbriklərini və hədiyyələri qəbul eləyirdi. 
Gürcü knyazı hökmdarın qarĢısında dayanıb deyirdi. 
– Ey Sultani-əzəm, gürcü xalqı sənin toyuna mübarək deyir. Səni həmiĢə toy içində görmək 
arzusundadır. O, sandıqdakı qiymətli əĢyalardan baĢqa sultanıma qulluq eləmək üçün qırx kəniz 
gətirmiĢəm. 
Sultan Yaqub baĢını tərpədib öz razılığını bildirdi. 
Knyaz sözünə davam elədi. 
– Ġcazə versəniz toyu gürcü adəti ilə təbrik eləyərdim.  
– Buyurun, ixtiyar sizindi. Toyda olar.  
O dönüb öz adamlarına iĢarə elədi. Ġri bir buynuz gətirdilər. 
–  Sultani-əzəm,  bu  buynuz  ki,  var,  onu  Qarabağ  bəyi  göndərib.  CamıĢ  buynuzudu. 
Dünyada bu buynuzdan böyük buynuz ola bilməz. Bu Qarabağ buynuzu bütün qədəhlərdən çox 
çaxır tutur, sənin sağlığına içirəm. 
– Ġç, Dmitre, iç. 
– Qatso, doldurun. – Gürcülərdən biri tuluğu açıb az qala yarısını buynuza boĢaltdı. Knyaz 
onu yavaĢ-yavaĢ içdi, axırıncı qurtumda güclə nəfəs alıb buynuzu öz adamlarına tərəf tulladı. 
– Gördün, içdim. 
– Sağ ol. 

45  www.sarigelin.net 
 
O,  artıq  yeriĢini  itirmiĢdi.  Gürcü  aznaurları  onun  qolundan  tutub  götürüb  öz  çadırlarına 
apardılar. 
ġirvanĢah  Fərrux  Yasar  toya  gəlməmiĢdi.  Bacısının  əri  təzədən  evlənirdi,  onu  da  toya 
çağırmıĢdı. Oğlunu toy hədiyyələri ilə yola salmıĢdı. 
ġirvan Ģahzadəsi Qazı bəy gəldi. Sultan Yaquba baĢ əyib dedi: 
 
–  ġirvanĢah  qocalıb,  xəstədi.  Toya  gələ  bilmədiyi  üçün  üzrxahlığını  çatdırdı.  Hədiyyələr 
vəzirə təhvil verilmiĢdir. 
Sultan Yaqub gördü ki, onun bu evlənməyi Fərrux Yasarın ürəyindən deyil və bunu açıq-
aĢkar bildirir. O toya qanqaralıq gətirməmək üçün üstünü vurmadı. Bircə söz atdı: 
– O qocadı, belə Ģeylərin ləzzətini yəqin ki, yaddan çıxarıb.   
ġirvan Ģahzadəsi baĢını aĢağı salıb çəkildi.  
 
 
Sultan  Yaqubun  daha  nümayəndələri  qəbul  eləmək  həvəsi  qalmadı.  Bunu  baĢqa  vaxta 
saxladı. 
– Qoy cıdır baĢlasın. 
Cıdırı  SəlcuqəĢahbəyim  xatun  öz  istədiyi  kimi  təĢkil  eləmiĢdi.  Birinci  də  cıdıra  Qarabağ 
gözəlinin  tayfasındakı  cavanlar  çıxmalı  idi.  Bu  həm  onlara  hörmət  əlaməti  idi,  həm  də 
SəlcuqəĢahbəyim  xatun  adını  eĢitdiyi  Comərdi  görmək  istəyirdi.  Əgər  Comərdlə  qızın 
məhəbbətindən  hamı  xəbərdardırsa  cıdırda  hamı  onu  irəli  buraxacaqdı.  Bu  cıdırın  qalibinə 
hökmdarın özü xələt verəcəkdi. Bundan əlavə də SəlcuqəĢahbəyim iki cam Ģərbət hazırlamıĢdı. 
Biri qızıl camda, biri də saxsı kasada. Saxsı kasadakı Ģərbəti Sultan Yaqub Comərdə verməli, özü 
qızıl kasada içməli idi. O, hər Ģeyi ölçüb biçmiĢdi. Comərd Ģərbəti içən kimi onu baĢları üstündə 
xüsusi  ayrılmıĢ  çadıra  aparacaq,  orada  zəhər  öz  iĢini  görəcəkdi.  Həmin  kasanın  içinə  zəhəri 
SəlcuqəĢahbəyim Sara xatunun ona verdiyi üzüyün qaĢından tökmüĢdü. 
Cıdıra çıxan atlılar toy məclisindən xeyli aralıda düzülmüĢdü. Comərd də onların arasında, 
xına  rəngli  köhlənində  gəlmiĢdi.  Nə  toya  gəlmək  istəyirdi,  nə  də  cıdıra  çıxmaq.  Onu Cahangir 
kiĢi razı salmıĢdı. 
–  Səni  də  özümlə  Təbrizə  aparacağam.  Mən  bu  gün  varam,  sabah  yox.  Mənnən  sonra 
keçərsən  o  vəzifəyə,  bir  də  gördün  ki,  gəldin  oldun  bir  mahalın  bəyi.  Nə  vaxta  kimi  qoyun 
otaracaqsan? Sənsiz mən orada nə eləyə bilərəm. 
Comərd fikirləĢmiĢdi ki, heç olmasa uzaqdan qızın kəcavəsini görər. GəlmiĢdi. Zurnaçılar 
çalmağa baĢlayanda atlar oynağa getdi. Cıdırın baĢlanğıcına iĢarə verdilər. Otuza qədər atlı irəli 
Ģığıdı. Bir azdan xına rəngli at hamını ötüb irəli çıxdı. Cıdır meydanının hər iki tərəfində dayanan 
adamlar qıĢqırırdı. 
– Sağ ol! 
– Comərd! 
 
– Ədə, qoyma çatdı. 
Qarabağ gözəli pərdəni aralayıb baxır, amma yaĢın arasından heç nə seçə bilmirdi. Atlılar, 
bir  də  göyə  qalxan  tozdan  baĢqa  heç  nə  görmürdü.  O,  Comərdin  gözlərini  görmək,  nəfəsini 
duymaq istəyirdi. Atlar yaxınlaĢanda o Comərdi tanıdı. QıĢqırmaq, onu cuĢə gətirmək istəyirdi. 
Səsi çıxmadı, diĢləri bir-birinə dəyirdi. 
Cıdırı  Comərd  uddu.  FərraĢlar  onun  atının  cilovunu  əlindən  aldılar.  Hökmdara 
yaxınlaĢmağı  tapĢırdılar.  O,  yavaĢ,  ağır  addımlarla  gəlirdi.  O,  hökmdara  tərəf  düĢmən  kimi 
gedirdi,  onu  nə  döyərdi,  çomaqla  nə  əziĢdirərdi.  Neyləsin,  eləyər,  özü  o  yana,  bütün  nəslini 
qılıncdan keçirərlər. Ta ki, Apağ sağ, xoĢbəxt olsun. Tale, qismət beləymiĢ. O taxtın yanına çatıb 
dayandı. FərraĢlar ona dedilər ki, baĢ əysin. O, yüngülcə baĢ da əydi. Sultan Yaqub ayağa qalxdı. 
Əmr  elədi  ki,  onun  çiyninə  bahalı  xələt  salsınlar.  Sonra  da  yanına  çağırdı.  GörünməmiĢ  bir 
mərasim baĢladı. Hökmdar cıdırı udan çobanla Ģərbət içmək istəyirdi. Yalnız Apağın xətrinə. O, 
piyalələrə baxdı. Qızıl piyaləni Comərdə uzatdı. 
– Qızıl piyalədən Ģərbət içibsənmi? 
– Yox, içməmiĢəm. 
– Ġç, ləzzətini gör. 

46  www.sarigelin.net 
 
Özü isə saxsı piyaləni götürdü. Bir qurtum içmiĢdi ki, SəlcuqəĢahbəyim xatun qıyya çəkdi. 
– Onu yox, onu yox. Ġçmə! 
Sultan Yaqub dayandı. Dizləri taqətdən düĢən SəlcuqəĢahbəyim xatun güclə özünü yetirdi, 
piyaləni oğlunun əlindən aldı. 
– Ġçdin? 
– Ġki qurtum. 
– Evim yıxıldı, – deyib qalan Ģərbəti öz baĢına çəkdi. Toy əhli biri-birinə dəydi. 
Təbrizdən  Apağı  Sultanbuda  gətirən  Kəcavədə  Sultan  Yaqubun  meyitini  aparırdılar. 
Kəcavə Beyləqan xərabələrini keçəndə alaçıqlardan yuxarıdakı dikdə dayanan Cahangir kiĢi elat 
qızları kimi geyinən Apağa qəfilə-qatırı göstərib dedi: 
– Qızım, adamın bəxti necə bağlanırmıĢ ey! 
– Kimin bəxti, bizim, yoxsa Sultan Yaqubun? 
Hamı  yatmıĢdı.  AləmĢahbəyim  oğlu  Ġsmayılı  bağrına  basıb  uzansa  da  axĢamdan  bəri 
gözlərinə yuxu getməmiĢdi.  Dar, ensiz pəncərədən Savalanın üstündə bir ulduz görünürdü. Elə 
parlaq, elə iĢıqlı ulduz idi ki. 
Qapı döyüldü. 
“Kim olar? Niyə gəliblər? Bu gecə vaxtı nə istəyirlər? Yoxsa yenə Məsih Mirzədir? Yox, o 
qapını  ürəklə  döyərdi.  Bu  kimdisə,  aciz  adama  oxĢayır.”  O  döĢəyin  altından  ərinin  bir  yerə 
gedəndə  ona  verdiyi  xəncəri  götürdü.  Səkinə  də  qalxıb  oturdu,  qorxa-qorxa  baxdı.  Heç  kim 
dinməyə  ürək  eləmirdi.  Qapı  bir  daha  döyüləndə  Sultanəli  də  qalxdı,  O  da  xəncərini  götürdü, 
qapıya tərəf gedəndə AləmĢahbəyim özünü ona çatdırdı, əlinin hərəkəti ilə kənara itələdi. O, heç 
vaxt oğlanlarına qapını açmağa icazə vermirdi. Qapı bu dəfə taqqıldayanda soruĢdu:  
– Kimdi? 
 
– Xacə Bədrəddindir. 
– Gecənin bu aləmi nə istəyirsən? 
– Vacib söz var, çapar gəlmiĢdi. 
– Səkinə. 
– Burdayam. 
– Qoy geyinim, aç görək bu qoca nə deyir. – O geyindi, baĢına örpək atdı. 
– Hə, aç. 
Qapını  açanda  qocanın  əlində  tutduğu  tunc  çırağın  titrəyən  alovunun  iĢığı  onların  üzünə 
düĢdü. Qocanın da sarı saqqalı, kağız kimi nazik dərisi, göy gözləri iĢıqlanmıĢdı. 
– Nədi, nə olub? 
– Xanım, bu fağır qocanı içəri buraxın. 
– Söhbət uzundu?  
– Bəli. 
– Sabaha saxlaya bilməzdiniz? 
– Olmaz, tapĢırıq belədi. 
Onun qabağını kəsən yox idi. Keçib içəridə, qapının ağzında çöməldi. Çırağı yerə qoydu. 
ĠĢıq onun kölgəsini hücrənin səqfinə qədər uzatdı. 
Qoca  da  qonĢu  hücrədə  idi.  Onlara  kömək  üçün  göndərmiĢdilər.  Amma  bu  xacənin 
köməyinə heç kəsin ehtiyacı yox idi. Özü ilə çoxlu kitab gətirmiĢdi. Əbdülsalam əl Qəzvinin yüz 
il  qabaq  üzü  köçürülmüĢ  Qur‟anın  üç  yüz  cildlik  təfsirini  oxumaqla  məĢğul  idi.  Kitabı  rəhilə 
qoyub avazla oxuyur, səsi hücrənin səqfinə dəyib yayılırdı. Səkinə onun səsini eĢidəndə deyirdi: 
– BayquĢ ulayır. 
Bu qocanın da öz uğursuz taleyi vardı. UĢaq vaxtı yadında qalmıĢdı ki, onun ətrafındakılar 
ayrı  dildə  danıĢırdılar.  Anasının  göy  gözləri,  qızılı  saçları  yadına  düĢürdü.  Bir  də  meyvəsiz 
meĢələr,  üstü  küləĢ  evlər  gözləri  qabağına  gəlirdi.  Bir  dəfə  bir  ordu  gəldi,  süvarilərin  yanar 
məĢ‟əlləri  vardı.  MəĢ‟əlləri  onların  komalarının  damına  tutur,  evlər  od  alıb  yanırdı.  Onu  isə 
götürüb  apardılar.  Uzun  bir  yol  keçdilər.  Görmədiyi  yerlər  gördü,  eĢitmədiyi  dillər  eĢitdi! 

47  www.sarigelin.net 
 
Bazarda satdılar. Onu alan adam uca hasarlı bir həyətə gətirdi. Ömrünün ən ağrılı, acılı günləri 
orada oldu. 
Cəlladmı gəldi onun üstünə? Yox, cəllad qırmızı geyinir. O isə ağ paltar geymiĢdi. Əlində 
də  qılınc  yox,  iti,  parlaq  ülgüc  vardı.  Onun  ayaqlarını  zəncirləmi,  kəndirləmi  bağlayıb  yanlara 
çəkdilər. Qollarını da iki adam tutdu. Ağ adamı görəndə gözləri qabağında kəndlərindəki ağ qüllə 
gəlib dayandı. Həmin adam kobud barmaqlarını onun ayaqları arasına soxdu və ülgüc çəkdi. Ağ 
qüllədəki  zənglər  çalındı.  O  səs  qulaqlarından  uzun  müddət  getmədi.  Ayılanda  ağrıdan  çox 
susuzluqdan əziyyət çəkirdi. BaĢının üstündə anasının göy gözlərini axtardı, görmədi. Sifətində 
onun qızılı saçlarının gəzməyini istədi. Eh, bunların heç biri yoxmuĢ. 
O  vaxtdan  altmıĢ  ilə  yaxın  bir  vaxt  keçirdi.  Amma  o  zəng  səsi  indi  də  hərdənbir 
qulaqlarında eĢidilirdi. 
Sağalandan sonra onu beli qurĢaqlı, qırmızı saqqallı kiĢi bazara apardı. Bazarda Ģirniyyat 
satırdılar,  qızıl  bər-bəzək,  xalçalar,  atlar,  qılınc-qalxanlar,  küplər  satırdılar.  Onun  ürəyi  Ģirni 
istəyirdi. Dilini bilmədiyi adama baĢa saldı, amma əvəzində sillə yedi. Sonra bir nəfər gəlib küp 
aldı.  Sonra  qurĢaqlı  adamla  da  danıĢdı.  Kisəsindən  pul  sayıb  verdi.  Onu  da  aldı.  O  küpü  də 
qucağına alıb apardı. Onu küplə bir :yerdə almıĢdılar. Sonra da baĢına min cür oyun gəlmiĢdi. 
– Hə, nə olub? 
– Deməyə dilim gəlmir. 
– Sənin, – deyə Səkinə onu sancdı. – Hərəmxanalarda o qədər laqqırtı vurmusan ki, Molla 
Nəsrəddinin arvadından da naqqal olmusan. Sən çinədanını boĢaltmasan, arxayın olmazsan. 
– Hərəmxanada arvad olasan, xacə olmayasan. Kim istəyər qara günlərə qalsın. 
– Çapardan danıĢ. Nə vaxt gəlmiĢdi? Nə xəbər gətirmiĢdi? 
– Bu gün gəlmiĢdi. 
Yenə də susdu.   
Sultanəli onun üstünə təpindi. 
–  Qoca,  bu  qadınları  ələmi  salmısan?  Əgər  qanın  artıqlıq  eləyirsə,  adam  göndər  zəli 
gətirsinlər. Yoxsa ġeyx Səfi nəslinin qılıncı müqəddəsdir, hər həĢəratın qanına bulanmaz. 
Onun da bu qocadan zəhləsi gedirdi. FikirləĢirdi ki, onların söhbətlərinə qulaq asıb xəbər 
vermək üçün burada saxlayırlar. 
Qoca  əllərini  yerə  basıb  Sultanəlinin  qarĢısında  baĢını  yerə  əydi,  alnını  xalçaya 
toxundurmaq istədi. Sultanəlinin cingiltili səsi eĢidildi. 
– Qalx və sözünü de. 
O qalxdı, dodaqaltı dua oxudu. 
– Allah min rəhmət eləsin. 
– Ürəyimizi üzmə, rəhmətə gedən kimdi? 
– Sultan Yaqub ömrünü sizə bağıĢlayıb. Özü də düz bir il qabaq. Və toy əhvalatını olduğu 
kimi danıĢdı. 
– Ġndi onun yerinə kim keçib? 
– Müharibədə Məsih Mirzəni öldürən Sultan Yaqub oğlu Baysunqur. 
– Allah, Allah, atamdan sonra üstümüzə gör necə bədbəxtlik birdən yağır. Ġki qardaĢ birdən 
getdi. – AləmĢahbəyim Səkinəni qucaqlayıb ağladı. Səkinə də ona qoĢuldu. 
Sultanəli ciddi bir ahənglə anasına dedi: 
– Niyə ağlayırsan, kimə yas saxlayırsan?  
AləmĢahbəyim bu dəfə oğlunu qucaqladı. 
– Qorxuram, oğlum, qorxuram. 
 
 
UNUDULMAYAN AND 
 
MeĢələr  saralırdı.  Cır  armud  ağacları  lalə  kimi  qızarmıĢdı.  Həmərsinlər,  zoğallar  çılpaq 
ağaclardan  mərcan  dənələri  kimi  sallanıb  qalmıĢdı.  Suyu  azalmıĢ  dağ  çayı  ilə  xəzəl  axırdı. 

48  www.sarigelin.net 
 
Durğun yerlərdə xəzəllər suyun üzündə üst-üstə qalanmıĢdı. Havalar yaxĢı keçdiyindən köçməyə 
tələsməyən  quĢların  səsi  meĢəni  baĢına  götürmüĢdü.  Bu  səsləri  çayın  yatağından  sivri  qalxan 
qaya  daha  da  artırırdı.  Qayanın  sağ  tərəfində  itən  yol  aĢağıda  ağarırdı.  Qayanın  baĢında  isə 
qalanın divarları bozarırdı. 
Bu ağaran yol enib çayın üstündəki qırmızı kərpicdən hörülən iki tağlı körpünün yanında 
karvan  yoluna  qovuĢurdu.  Yollar  qovuĢan  yerdə  çaylar  da  qovuĢurdu.  Qala  tərəfdən  axan  çay 
ensiz olsa da, gur idi. Büllur kimi Ģəffaf suyun yatağı qayanın davamı olan daĢ suvağı idi. Orada-
burada sudan daĢ-qaya parçaları çıxmıĢdı. 
Karvan yolunun üstündə, sağ tərəfdə xaraba dəyirman görünürdü. Yuxarıdan baĢlanıb gələn 
arx  dəyirmanın  çürüyüb  tökülmüĢ  novunda  qurtarırdı.  Bəlkə  də  bu  dəyirman  yüz  il  idi  ki,  un 
iyinə  həsrət  qalmıĢdı.  Dəyirmanın  yanındakı  baĢqa  bir  tikilinin  xarabalığında  həmərsin, 
böyürtkən kolları bitmiĢdi. Böyürtkən salxımları qaralmıĢ, çoxusu qurumuĢdu. Qalaya qalxan yol 
bu xaraba binanın sağ tərəfindən keçirdi. 
Karvan yolunun üstündə bir torba zoğal qoymuĢdular. Torbanın ağzını səliqə ilə qatlamıĢ, 
zoğalı təpə kimi qalamıĢdılar. Sanki xırdavatçı onu Ərdəbil bazarında açıb müĢtəri gözləyirdi. 
Bu bir torba zoğal olmasa, bir də o qala görünməsə, elə bilmək olardı ki, bu yerlər quĢ və 
vəhĢi heyvandan baĢqa heç nə görməyib, təbiətin bakirəliyini pozacaq heç nə yoxdur. Dəyirman, 
xaraba bina və körpü o qədər köhnəlmiĢdi ki, elə təbiətin özünə qarıĢmıĢdı. 
Hardasa  kollar  Ģaqqıldadı,  xəzəllər  töküldü,  paltarını  indicə  soyunan  budaqlar  arasında 
daha  gözəl  Ģaxəli budaqlar göründü. Maral  buynuzları  idi bu Ģaxələr. Cavan bir maral  açıqlığa 
çıxdı,  ot  basmıĢ  karvan  yolunu  keçdi,  çayın  sahilində  baĢını  çevirib  ətrafa  baxdı  və  əyilib  su 
içəndə  hürküb  baĢını  qaldırdı.  Onu  hürküdən  balıqlar  quyruqlarını  çalaraq  çay  yuxarı  üzüb 
getdilər.  Maral  təhlükənin  sovuĢduğunu  yəqinləĢdirəndən  sonra  zərif  dodaqlarını  suya  salıb 
içməyə baĢladı. Amma axıra qədər içə bilmədi. Diksinib yıxıldı, dal ayaqları üstünə çökdü, sonra 
bu ayaqlar onu irəli tulladı. Nal səsini eĢitmiĢdi. 
Bir  azdan  yolda  ĢiĢ  uclu  polad  dəbilqə  parıldadı.  Atın  yanında  uzun  qılınc  atılıb  düĢdü. 
Atlının polad qolçaqları iĢıldadı. Əynində dəmirdən toxunmuĢ köynək vardı.  
Nal  səsinə  xaraba  dəyirmandan  cındırından  cin  hürkən  bir  məxluq  çıxdı.  BaĢı  pırtlaĢıq, 
ayaqları yalın, paltarı yamaqdan ibarət bu məxluq qaçıb zoğal torbasının yanında dayandı, üzünü 
atlıya  tərəf  tutub  min  bir  oyun  çıxarmağa  baĢladı.  At  hürkdü,  atlı  bunu  gözləmirdi.  Özünü 
yığıĢdırana  qədər  gec  oldu,  yəhər  çevrildi,  o  yerə  gəldi,  ayağının  biri  üzəngidən  çıxmadı,  atın 
dalınca süründü, qılıncı daĢlara dəyib cingildədi, dəbilqəsi daĢlara dəydi, diyirlənib çaya düĢdü. 
Cır-cındırlı məxluq özünü yetirdi, atın üzəngisini əlinə keçirmək istədi, amma heyvan daha 
da hürkdü və götürüldü. Atlının ayağı üzəngidən qopdu, o zərblə yuxarıdan atılan çul kimi yerə 
sərildi. At da maral gedən səmtə qaçdı. 
Məxluq  yetirib  atlını  qaldırmağa  çalıĢdı.  O,  zarıyırdı.  Qoltuqlarının  altından  yapıĢıb 
sürüyüb  onu  xaraba  dəyirmana  apardı.  Dəyirmanın  qurd  yeyib  deĢik-deĢik  elədiyi  palıd  qapısı 
paslanıb yeyilmiĢ dəmirlərindən daha pis gündə idi. Qapını açıb atlını da ora sürüdü. 
– Lələ, Lələ...  
Unluğun dibindəki çürük taxtalar qalxdı. Oradan bir gözəl sima göründü. Bu Hüseyn Lələ 
bəyin sifəti idi. 
– Salman, nədi bala, öldürmüsən? 
– Yox, ay Lələ. Mən hələ heç toyuq da öldürməmiĢəm. Vəfalı dostu bunu bu günə saldı. 
– Axtar ciblərini. 
Salman  zarıyan  adamın  ciblərini  axtarmağa  baĢladı.  Ancaq  qılıncı  yaman  mane  olurdu. 
Əvvəl  kəmərini  açdı,  qılıncı  bir  tərəfə  qoyub,  cibindən  cingildəyən  kisəsini  tapıb  çıxartdı. 
Qırmızı kisənin büzməsini açdı. Əlini salıb xeyli qurdalandı, axırda kisədəki pulları yerə tökdü. 
Kisəni də çevirdi. 
– Heç nə yoxdur. 
–  Görürəm,  –  Hüseyn  Lələ  bəy  arxayın  olmaq  üçün  kisəyə  özü  də  baxdı.  Kisə  təkqat 
parçadan tikilmiĢdi. 

49  www.sarigelin.net 
 
– Qoynunu-qoltuğunu gəz. 
Axtardılar.  Amma  istədiklərini  tapa  bilmədilər.  Hüseyn  Lələ  bəy  əyilib  qulağını  onun 
sinəsinə qoydu. 
– Ölənin nəfəsini güzgüylə öyrənirlər.   
– Bu güzgüyə layiq deyil. 
Bunu deyib Lələ cibindən xırda qızıl bir kuzəcik çıxartdı, ağzını açdı, onun lopa bığlarını 
aralayıb burnuna tutdu. 
– Bığı bir putdu, ürəyi bir misqal. 
Mayenin iyi dəyən kimi onun bədəni çimçəĢdi. Üz-gözünü büzüĢdürdü. Ġri gözlərini açdı. 
Ġlk gördüyü qabağına çıxıb atını hürküdən Salman oldu. 
– Atasından xəbərsiz ləvənd. Ġndi sənin baĢını bədənindən ayırım gör ləzzətini. Əlini belinə 
atdı, amma əlinə qılınc əvəzinə dəyirmanda bitən gicitkan kolu keçdi. Əlini daladı. – Bismillah, 
deyəsən cin yığıncağına düĢmüĢəm. 
Salman baĢ barmaqlarını qulaqlarına qoyub, əllərini oynatdı. Özü də atılıb düĢdü. 
– Ya Zəlixə, ya Məlixə. 
Yekəbığın huĢu yenə getdi. Lələ bəy Salmana tərəf döndü. 
– Oyunbazlıq yeri deyil. Sən çıx yola, mən onu danıĢdıracağam. 
Yenə də kuzəciyi onun burnuna tutdu. Bu dəfə o gözünü açanda baĢının üstündə gözəl bir 
sima gördü. Bığının yarısı enində olan qaĢlarının altından biri-birinin üstünə minən kirpiklərini 
qırpdı. Dili topuq vura-vura soruĢdu: 
– Sən cinsən, ya Ələddinsən? 
– Ələddinəm. 
– Məndən nə istəyirsən?  
Lələ təmkinlə dilləndi: 
– Ġstədiyimi deməsən cin gələcək ha. 
– Gəlməsin, gəlməsin, deyərəm. 
– Hanı məktub? 
Çapar əlini baĢına atdı. Ancaq əli polad dəbilqəyə deyil, təmiz, ülgüclə qırxılan daz baĢına 
dəydi. Barmaqları qana bulaĢdı. 
– Hanı dəbilqəm? 
Lələ dönüb təmkinlə dedi: 
– Bunun dəbilqəsini tapıb gətirin. 
Salman çayın sahilinə qaçdı. Dəbilqəni tapa bilmədi. ÇayaĢağı qaçdı. Gördü ki, dəbilqənin 
ĢiĢ ucu suyun içindən çıxıb. Özünü çaya  vurub onu götürdü. Çevirib içərisinə baxdı. Orada bir 
araqçın  da  varmıĢ.  Araqçını  çıxartdı,  dəbilqəyə  içəridən  dördqat  bükülüb  keçirilmiĢ  kağızı 
götürdü. Açdı, amma bir kəlmə də oxumaq mümkün deyildi.  
Kağızı gətirib Lələyə verdi, dəbilqəni isə lazımsız bir Ģey kimi dəyirmanın küncünə atdı. 
Lələ kağıza peĢman-peĢman baxdı. Məzəmmət dolu baxıĢlarını Salmanın üzündə saxladı. 
Salman dedi: 
– Bu heyvərə papağını baĢında saxlaya bilmir, buna mən nə eləyim? 
Lələ kağızı sərib üzünü çapara çevirdi: 
– Məktubda nə yazılmıĢdı? 
– Bilmirəm. 
– Hara aparırdın? 
– Qalabəyinə.  
– Məzmunundan xəbərin yox idi? 
– Ağa, çapar eĢĢək kimi bir Ģeydi. Sə‟di deməli, eĢĢək nə bilsin yükü kitabdı, ya odun. 
Lələ dönüb baxıĢı ilə Salmanı yanına çağırdı. Salman çatanda onun ətəyindən tutub cırdı, 
çaparın gözlərini bağladı. 
–  Ələddin,  axı  sən  ədalətlisən,  məni  öldürmə.  Mən  heç,  uĢaqlarım  yazıqdı!  Üç  arvaddan 
iyirmi dörd uĢağım var, onun iyirmi biri qızdı. Hamısı da körpə-körpə. 

50  www.sarigelin.net 
 
– Kimə qulluq eləyirsən? 
– Ağqoyunlu padĢahlarına. 
– Haralısan? 
– Təkəli tayfasındanam, qurbanın olum. 

Yüklə 5,09 Kb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   35




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin