Universal sərgi və yarmarkalar



Yüklə 43,93 Kb.
səhifə1/7
tarix15.11.2022
ölçüsü43,93 Kb.
#69145
  1   2   3   4   5   6   7
referat 76



Universal sərgi və yarmarkalar




Giriş.
Sərgi və yarmarkalar zəngin ənənələrə malik, iqtisadi əməkdaşlığın qədim formalarından biridir. Yarmarkaların ən ilkin formaları antik dövrlərdə Vavşanda, Finikiyada, Misirdə bəsit şəkildə mövcud osmuşdu. Avropada ilk Beynəlxq yarmarka 629-cu ildə Frank dövlətində təşkil olunmuşdu. O dövr üçün dövlət üçün munisipal qurumları yarmarkalara hər tərəfli yardım edir və yarmarkaların verdiyi, o zamanlar mühüm əhəmiyyət kəsb edən, müxtəlif imtiyazlardan istifadə edirlər. Xalq yürüşləri və Hindistana dəniz yolunun kəşf olunması dövrü yarmarkaların sonrakı inkişafına təkan verdi. Bir qədər sonra Antverpen, Brukke və s. şəhərlərdə yarmarkalar meydana gəldilər.
Beynəlxalq ticarətin inkişafına və sənaye inqilabına yardım etmiş coğrafi kəşflər nəticəsində ticarət kütləsinin əhəmiyyətli dərəcədə artması və ticarət texnikasının yüksəlməsi konkret sövdələşmə predmetləri nümayiş olunan ticarət yarmarkalarının genişlənməsi və onların müasir nümunələr və ekspanatlar yarmarka və sərgilərinin əsası olmasını təmin etdi. Bu yarmakalarda əməliyyatlar təqdim olunmuş nümunələr və ekspanatlara görə aparılır, alınmış mallar isə alıcılara yarmarka bağlandıqdan sonra çatdırılırdı.
Verilən tarixi müşahidədən bir daha aydın olur ki, sərgi və yarmarkalar geniş alqı-satqı prosesində öz əhəmiyyətini itirməyən, ticarət fəaliyyətinin ən’ənəvi formalarıdır.
Muasir şəraitdə, dünyada sıx inteqrasiya proseslərinin getdiyi bir vaxtda sərgi və yarmarkalar daha yeni məzmun və əhəmiyyət kəsb etməyə başlamışdır. Belə ki, iqtisadi əməkdaşlığın genişlənməsində, bir başa kommersiya əlaqələrinin təşkilində, sənaye mədəniyyətinin ötürülməsində sərgi və yarmarkalar əvəzedilməz rola malikdirlər.
I
Ticarətin həyata keçirilməsində informasiya malın özü qədər əhəmiyyətə malikdir. Belə ki, növ çoxluğu, seçimin müxtəlifliyi mal haqqında mə’lumatın zəruriliyini və qərarların qəbul edilməsinin çətinliyini yaradır. Bu çətinliklər yalnız təcrübə mübadiləsi və şəxsi bir-başa əlaqələrlə aradan qaldırıla bilər. Bunların ən effektiv vasitəsi isə sərgi və yarmarkalardır, harada ki, işguzar tələblər bir-biri ilə birbaşa əlaqədə olurlar.
Yarmarka -dövri olaraq fəaliyyət göstərən bazardır, daha doğrusu, ilin müəyyən vaxtında və müəyyən yerdə müntəzəm olaraq fəaliyyət göstərən bazardır. Yarmarkaların təşkilində əsas məqsəd onun iştirakçılarına-eksponentlərə ticarət müqavilələri bağlamaq üçün istehsalat nümunələrini göstərmək yeni nailiyyətləri və texniki təkmilləşdirmələri nümayiş etdirmək imkanı verməkdir. Sərgilərin böyük əksəriyyəti əmtəə mübadiləsini inkişaf etdirmək məqsədilə təşkil edilir, onlar məhdudiyyətsiz olaraq bütün alıcı və satıcılar buraxılır, nümayiş etdirilən nümunələr üzrə kommersiya sövdələşməri həyata keçirməyə icazə verilir. Beynəlxalq sərgilər bürosunun verdiyi tərifə görə, sərgi – tələbatların ödənilməsi üçün bəşəriyyətin səoəncamında olan vasitələrin nümayiş vasitəsilə zirayətçiləri mə’lumatlandırmaq, eləcə də bir və ya bir neçə sahədə tərəqqiyə nail olmaq məqsədilə həyata keçirilən baxış tədbiridir. Sərgilər xüsusi imkanları ilə fərqlənən özünəməxsus kommunikasiya vasitəsidir. Qəzet nəşri, reklam məktubu, prospekt və kataloqdan (hansı ki, mal haqqında yalnız abstrakt təsəvvür yaradır.) fərqli olaraq sərgilərdə mal ön plana çəkilir.
Yarmarkaya yuxarıda verdiyimiz tərifdən başqa, Beynəlxalq Yarmarka İttifaqı tərəfindən verilmiş tə’rif də vardır. Bu tə’rifə görə Yarmarka-keçirildiyi ölkənin adətlərinə uyğun olaraq özlüyündə kütləvi istehlak malları və avadanlıq bazarlarını təmsil edən beynəlxalq iqtisadi nümunələr sərgisidir. Tə’riflərdən göründüyü kimi sərgi və yarmarkalar arsında kəskin fərqləndirici cəhətlər yoxdur. Bunların hər ikisində yeniliklər nümayiş etdirilir, müqavilələr bağlanır, kommersiya təbliğat işi aparılır. Buna görə də, biz yarmarkaları da nəzərdə tutaraq yalnız sərgilərdən danışacağıq.
İştirakçıların tərkibinə və iqtisadi əhəmiyyətinə görə xarici iqtisadi əlaqələrdə iki cür sərgi və yarmarkalar ayırd edilir. Milli və Beynəlxalq. Milli sərgi və yarmarkalarda xarici alıcılarda iştirak edirlər, ancaq mal satışı hüququ milli firmalara məxsusdur.
Müasir şəraitdə bir ölkənin hökümət müəssələri, ticarət-sənaye assosasiyaların və ya şəxsi firmalarının digər ölkənin ərazisində, öz ölkəsinin nailiyyətlərini nümayiş etdirmək məqsədilə təşkil etdikləri milli sərgilərin əhəmiyyəti çox böyükdür.
Ümumiyyətlə sərgi və yarmarkalar çox zaman konseptual prinsip, əsas mövzunun müəyyənliyi və əlaqəli sferaya tə’siri prinsiplərinə görə təsnifləşdirilir.

Yüklə 43,93 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin