Universal sərgi və yarmarkalar


Universal sərgi və yarmarkalar



Yüklə 43,93 Kb.
səhifə2/7
tarix15.11.2022
ölçüsü43,93 Kb.
#69145
1   2   3   4   5   6   7
referat 76

Universal sərgi və yarmarkalar


İqtisadiyyatın bütün sahələrinin məhsullarının (istehlak malları və istehsal vasitələri) nümayiş etdirildiyi sərgi əv yarmarkalardır. Müasir şəraitdə bu sərgilərin rolu getdikcə azalır. Universal sərgilərinin rolunun azalması ilə yanaşı konktret müəyyənləşmiş proqramla ixtisaslaşmış sərgi və yarmarkaların rolu artır. Belə sərgidə nomenklaturaya görə hansı malın və ya mal qrupunun nümayiş olunacağı müəyyənləşdirilir. Nomenklatura, adətən, nümayiş olunan malların texniki parametrləri və mal qrupları üzrə tərtib olunur.
Sahə sərgi və yarmarkalarında və ya xüsusi maraq sərgilərində bir və ya bir neçə istehsal və ya istehlak sahəsi yaxud da müəyyən xidmət iştirak edir. Bu ixtisaslaşmış sərgi və yarmarkalar öz tə’sir sferası və əhəmiyyətinə görə beynəlxalq, milli regional olurlar. Bu növ ixtisaslaşmış sərgilərin aşağıdakı formaları var:
konkret mal sərgisi
 istehsaledici sahələr üzrə orientasiyalı mal sərgiləri
 konkret alıcı üçün konkret texnologiya sərgiləri
Tətbiq sferasına görə fərqlənən bu sərgilərdə, texniki parametrlərin uçotu aparılmadan, konkret alıcı dairəsi üçün lazım olan bütün mə’lumatlar numayiş olunur.
Konqres - Sərgi – Bu növ sərgilərin xüsusiyyəti ondadır ki, onlar hansısa konqreslə eyni vaxtda keçirilir. Məsələn:konqres proqramına əlavə formasında keçirilən sərgilər. Belə sərgi və yarmarkalarda iştirakçıların sayı az olsa da, çox məşhur adamlar olurlar.
Sərgi və yarmarkalar multifunksionaldırlar. Onlar mahiyyətcə müxtəlif olan bir çox məsələləri həll etmək qabiliyyətinə malikdirlər.
Müddətlərinə və keçirilmə üsullarına görə sərgilərin aşağıdakı növlərini fərqləndirirlər: Qısamüddətli sərgilər, hərəkətli sərgilər, nümunələrin daimi sərgiləri, ticarət mərkəzləri, ticarət həftələri.
Qısamüddətli sərgilər (solo-sərgilər)
Üç həftədən çox olmayan müddətdə keçirilir. Bu sərgilərin hər hansı bir ölkənin bütün istehsal sahələrinin nailiyyətlərini nümayiş etdirərək ümumi xarakter daşıya və ya konkret sahənin nailiyyətlərini nümayiş etdirərək ixtisaslaşmış ola bilər.
Hərəkətli sərgilər müxtəlif nəqliyyat vasitələrinin köməyi ilə iştirakçı dairəsini genişləndirmək məqsədilə təşkil olunur. Son illər üzən sərgilərin təşkili vüs’ət almışdır. (Xüsusilə Yaponiya, İsveç, İngiltərə) Belə sərgilər bir neçə ölkənin liman şəhərlərinə yan alan və sərgiyə çıxarılan malların nümayişi və satışı həyata keçirilən iri gəmilərdə təşkil olunur. Gəmidə həmçinin uyğun mütəxəssislər üçün məsləhətxanalar təşkil olunur, reklam və texniki prospektlər paylanılır. Üzən sərgilər ticarət assosasiyaları ayrı-ayrı firmalar tərəfindən təşkil olunur. Belə firmalar gəmini kirayə edir və numayiş etdirəcək nümunələrlə təchiz edirlər. Malların nümayiş pərakəndə satış və kontraktların bağlanması ilə nəticələnir. Sərgi xərclərin eksponent firmalar arasında bölühdürülür. Sərginin təşkilatçısı kimi gəmiçilik firması da çıxış edə bilər. Son dövrlər avtofurqonlarda, təyyarə salonlarında təşkil olunan sərgilər daha çox yayılıb.
Nümunələrin daxili sərgisi. Bir ölkənin diplomatik konsulluğu və digər nümayəndələri tərəfindən mümkün xarici alıcılarla ixrac məhsulları üzrə kontrakt bağlamaq məqsədilə təşkil olunur.
Ticarət mərkəzləri. Son dövrlər milli firmaların xaricdə təşkil etdikləri daxili ticarət mərkəzlərinin rolu artır. Ticarət mərkəzləri yerləşdiyi ölkədə ixtisaslaşmış sərgilərin təşkilində böyük əhəmiyyət kəsb edirlər. Onlar eksponent firmalara pulsuz yer verir, öz hesablarına sərgilərin lahiyələşdirilməsini və qeydiyyatına, eksponatların montaj və demontajını həyata keçirir, yerli qeydiyyat və digər firmaların iş haqqını ödəyir, sərgi iştirakçıların bazarı vəziyyəti haqqında informasiya verir.
Ticarət Həftələri. Sərgilərin yeni növüdür. Bu növ sərgilər iri şəhərlərin universal mağazalarında istehlak mallarının satışı və nümayişi üçün təşkil olunur.
Beynəlxalq sərgi və yarmarkalarda son dövrlər müxtəlif meyllər meydana gəlib. Bunlardan aşağıdakıları göstərə bilərik:
Qloballaşma:
Qlobal sərgilər:  Dünya miqyasında konkret sahələri əhatə edən tədbirlər sistemidir. Onlar həm iştirakçı – mütəxəssislər üçün, həm də eksponentlər üçün qlobal tə’sir və cazibə gücünə malikdirlər.
Avropalaşma:  Müasir Beynəlxalq sərgi və yarmarkalar istər iştirakçı və eksponent tərkibinə, istərsə də keçirilmə yerinə görə öz meylini Avropaya doğru dəyişir.
Regionlaşma:  Yeni “Avropasayağı” ölçünün tə’siri ilə əvvəllər milli çərçivədə olan sərgi və yarmarkalar artıq regional çərçivəyə girirlər. Bu sərgilərdə eksponent və iştirakçı – mütəxəssislər çoxmillətlidirlər və onlar, əsasən, bazarın “Avropa - regional” şərtlərinə orientasiya götürəcəklər.
Ümumiyyətlə sərgi və yarmarkaların təsnifatı müxtəlif sərgilərin daha yaxşı şərhi üçün verilir və sübut edir ki, söhbət hər hansı bircins strukturdan getmir. Ayrılıqda götürülmüş hər bir sərgi bu və ya digər sərgi tipinə aid edilə bilməsinə baxmayaraq öz fərdiliyi ilə xarakterik xüsusiyətlərə malikdir ki, bunlar zaman keçdikcə dəyişir.
Qeyd etdiyimiz kimi, beynəlxalq sərgi və yarmarkalar beynəlxalq əmtəə dövriyyəsinə xidmət edir. Onlarda məhdudiyyətsiz olaraq bütün ölkələrin firmaları iştirak edə bilər. Beynəlxalq sərgi və yarmarkaların əhəmiyyəti ilk öncə beynəlxalq ticarət müqavilələrinin bağlanması yeri olmasındadır.
Beynəlxalq sərgi və yarmarkaların əsas üstünlüklərindən biri də müxtəlif ölkələrdə istehsal edilən iri həcmdə mal növünü cəmləşdirilməsindədir. Bu, qısa vaxt ərzində bazar təklifi ilə tanış olmaq, mütəxəssislərindən lazımi məsləhətlər almaq, qiymət müqayisə etmək, danışıqlar aparmaq və nəhayət kontrakt imzalamaq imkanı verir. Bu zaman alıcı malla iş prosesində tanış olur. Kütləvi istehlak mallarının alışındı bütün assortimentlə əvvəlcədən tanış olmaq nümunə əsasında baş verir.
Ümumiyyətlə sərgiləri informasiya texnologiyasının ən son nailiyyətləri ilə belə əvəz etmək olmaz əksinə: mal və xidmət növlərinin çoxluğu ilə əlaqədar izahatlara ehtiyac artır: istifadə imkanlarında müxtəliflik salmaq haqqında qərarı çətinləşdirir. Təkliflərin müxtəlifliyi artır və təcrübə mübadiləsi və danışıqlara ehtiyac yaranır. Buna görə də işgüzar partnyorlar arasında şəxsi inam münasibəti qərarın qəbul edilməsində həlledici rola malikdir. Alıcıya yaxınlıq strateji faktor kimi istər daxili istərsə də beynəlxalq rəqabətdə həlledici amildir.
Satış üçün sərgi və yarmarkaların əhəmiyyəti ilk növbədə müxtəlif reklam vasitələrindən istifadə edərək geniş reklam imkanları ilə izah olunur. Sərgi və yarmarkalarda çap reklam vasitələri paylanır, reklam filmləri nümayiş etdirilir, reklam plakatları yapışdırılır, kiçik qabaritdə mal nümunələri paylanılır və nəhayət mal iş prosesində nümayiş olunur.
Beynəlxalq sərgi və yarmarkalar həmçinin müxtəlif ölkələrin işgüzar dairələrinin nümayəndələrinin görüş yeri kimi də böyük əhəmiyyət kəsb edir. Sərgi və yarmarkalar müasir dünya standartlarına cavab verən mal nümunələri nümayiş etdirilir və mühəndis – texniki və elmi işçilərin, konstruktorların nümayiş olunan yenilikləri öyrənməsi texniki inkişafa və yeni məhsulların yaranmasına təkan verir.
Hər bir sərgi və yarmarka rəsmi və işgüzar dairələr, eləcə də ictimai fikrə tə’sir imkanına malikdir. Beynəlxalq sərgilər arasında Ümumdünya sərgilərini göstərmək lazımdır. Bu sərgilərin məqsədi elmi – texniki mədəniyyət sahəsində iştirakçı ölkələrin və iri beynəlxalq təşkilatların nailiyyətlərinin nümayiş etdirilməsidir. Onlar kommersiya məqsədləri güdmürlər. Ümumdünya sərgilərində bir qayda olaraq əksər dünya dövlətləri iştirak edirlər. Belə sərgilərdə iştirak də’vətnaməsini təşkilatçı – dövlət diplomatik yolla göndərir.
Qeyd etdiyimiz kimi, beynəlxalq sərgi və yarmarkalar əksər ölkələrdə keçirilir, ancaq Qərbi Avropa və ABŞ bu sırada xüsusi qeyd olunmalıdır.
Beynəlxalq sərgi və yarmarkaların inkişafında xarakterik xüsusiyyət onların sayının artması, keçirilmə ərazilərinin böyüməsi, ixtisaslaşmanın yüksəlməsi və ümumi nomenklaturada maşın və avadanlıqların payının artmasıdır.

Yüklə 43,93 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin