Beyn əlxalq kommersiya işində reklam,sərgilər, yarmarkalar v ə texniki xidmətlər



Yüklə 448.39 Kb.
Pdf просмотр
tarix15.12.2019
ölçüsü448.39 Kb.

Beyn

əlxalq kommersiya işində reklam,sərgilər, 

yarmarkalar v

ə texniki xidmətlər 

 

       Fransızca “Reclama” latınca “reclamo”  kimi ifadə olunan bu terminin  sırf mənası 

“qışqırıram,  çağırıram”  deməkdir.  O,  maliyyələşdirmə  mənbəyi    göstərməklə 

informasiyanın    yayılmasının  pullu  həyata    keçirilməsində  ümsiyyət  formalarından 

biridir. Reklam işi bütün dünya ölkələrində, dünya təsərrüfatlarında geniş tətbiq olunur. 

Ticarət və alış-veriş  məqsədilə reklamın məzmunu 

       Ticarət reklamı tələb oyatmaq və satışı həyata keçirmək üçün mal, yaxud xidmətlər 

haqqında    bədii,  texniki  və  psixoloji    üsullar  vasitəsilə  kütləvi    surətdə  məlumat 

verilməsinə deyilir. Məqsədlərindən asılı olaraq reklamın aşağıdakı növləri vardır: 

a) İlkin reklam. Bu reklamın məqsədi öncədən mümkün istehlakçılar  dairəsini həmişə 

bazar  üçün yeni olan malların və xidmətlərin  keyfiyyəti, qiyməti, istehlaketmə üsulu, 

satış yeri və s.  haqqında  tanışlıq verməkdir; 

b) Rəqabət reklamı. Bu növ reklam rəqib firmanın  buraxdığı analoji mal  kütləsindən 

reklam edəcəyi  malı ayıraraq onun fərqləndiyini göstərir və  alıcını inandırmağa çalışır 

ki, məhz bu mal onun tələbini  ödəməyə qadirdir və daha əlverişlidir. 

c) Etibarlı reklam. Bu cür reklamın məqsədi əvvəllər reklam olunmuş mala olan tələbi 

qoruyub saxlamaqdır. Buna görə də o yada salmaq xarakteri daşıyır. Bəzi hallarda bu 

növ reklam satıcının yığılıb artmış mal ehtiyatını azaltmaq üçün alıcıya  müvəqqəti təsir 

göstərmək üçün  də istifadə olunur.Tətbiqi məkanından asılı olaraq reklam daxili bazar 

və ixracat, yaxud beynəlxalq bazar reklamları kimi fərqləndirilir. Beynəlxalq reklamın 

öz xüsusiyyətləri   vardır. Ümumilikdə  isə dünya bazarında  malların  reklam edilməsi  

prinsipləri  və  vasitələri  çox    hallarda  milli  ticarətdəki  kimi  olur.  Bununla  belə  

ixracatçılar reklamı  həyata keçirərkən  nəinki xarici bazarın spesifik  xüsusiyyətlərini, 

eyni  zamanda  topdansatış  ticarətlərin    və  istehlakçıların  tələblərini    də 

bilməlidirlər.Reklamın  məzmunu  və  istiqamətləri  həmçinin  malların daxili,  yaxud da 

xarici  bazarlara    aidiyyatından  asılıdır.  Məsələn,  ixracat  mallarının  reklamına  xüsusi 

tələblər  qoyulur.  Bu  cür  reklam  mal  göndərilən    ölkənin  iqtisadi,  mədəni  və  məişət  

şəraitinə  daha  dəqiq    uyğunlaşdırılmalıdır.  Belə  ki,  inkişaf  etməkdə  olan  ölkələrdə 

iqtisadi quruluşundan,  maddi  həyat səviyyəsindən, əhalinin əsas hissəsinin savadlılıq 

dərəcəsindən,  milli  tarixi  adət  ənənələrindən  və  sair  irəli  gələn  xüsusiyyətlər    nəzərə 

alındığı  halda  bir  sıra    Asiya  və  Afrika  ölkələrində    dini  etiqatların    reklam 

vasitələrindən    istifadəyə  məhdudiyyətlər  qoyulmuşdur.Müasir  dünya  ticarət  reklamı  

təcrübəsi    onun  məzmunu    qarşısında  bir  sıra  effektli  tələblər  qoyur.  Bu  tələblər 

aşağıdakılardan ibarətdir: 



- bir qayda olaraq reklam  müəyyən alıcılar qrupuna ünvanlanır. Odur ki, reklam edən 

firma nəzərdə tutduğu məqsədi dəqiq müəyyənləşdirilməlidir; 

-  reklam  nəinki    ölkənin  qanunlarına    uyğun  olmalıdır,  eyni  zamanda  onun  tətbiq 

olunduğu ölkənin mənəvi  və etik normalarını da nəzərə almalıdır; 

- reklam iqtisadi və sosial effekt verməlidir; 

- reklam həqiqi, doğru və düzgün olmalıdır; 

- öz reklamında rəqib mallar və xidmətlər barədə  pis, lüzumsuz rəy verilməməlidir; 

- reklam daim ardıcıl və fasiləsiz aparılmalıdır. 

       Reklamlar  böyük məbləğdə  məsrəflər tələb edir. Onun maliyyələşdirilməsi risklə 

də bağlıdır. Hesablamalar göstərir ki, inkişaf etmiş ölkənin ümumi reklam xərclərinin  

cəmi 500 mlrd.  dollardan artıqdır.  

Reklamın əsas vasitələri 

       Bu  vasitələr  bunlardır:  dövrü  mətbuatda  və  arayış  kitabçalarında  reklam;  çap 

edilmiş  reklam;  telereklam;  radioreklam;  kinoreklam;  xarici  reklam  satış  yerlərində 

reklam;   şey  reklamı;  malın  qəti  formalaşması    ilə  bağlı  reklam; nüfuzetmə  reklamı. 

Reklam  vasitələrinin    seçilməsi  bir  sıra    amillərdən  asılıdır.  Bu  amillərin  hər  birinin  

ayrılıqda  nəzərdən  keçirək.Dövrü  mətbuatda  və  arayış  kitabçalarında    reklam 

vasitələriBu  reklam  vasitələri  ən  çox  yayılmışdır.  Orta  hesabla  bunun  payına  ümumi 

reklam xərclərinin  təqribən yarısı düşür. Bunun üstünlüyü geniş oxucu  kütləsinə dərhal 

çatdırılmasındadır.  Bu  növ  reklam  dövri  mətbuatda  elan    və  kiçik  məqalə  şəklində 

yerləşdirilir.Reklam  elanları  iki  cür  olur:  təsnifatlı  və  alış-verişli  elanlar.  Bunlardan 

birincisi  tematik   xarakter  daşıyır  və  güzəştli  qiymətlərlə  ödənilir.  Ikincisi  alış–veriş 

elanı  isə  malın,  onun  tətbiqinin,  satış  yerinin,  qiymətinin  istehsal  edən    firmanın 

xarakterik cəhətlərini  ətraflı və dəqiq təsviri şəklində mətbuatda  yerləşdirilir.Bundan 

əlavə  reklam  yuxarıda  qeyd  edildiyi  kimi,  arayış  kitabçalarında  da  verilir.  Burada 

teleqraf, ünvanlar, firma, teatr proqramları, qatar, gəmi və avia hərəkəti cədvəlləri, yol 

bələdçisi  və  bu  kimi  sair  sahələrin    sorğu  kitabçaları  aiddir.Çap  reklamı.  Buna 

topoqrafik  üsulla    nəşr  olunmuş  reklam    növləri  aiddir.  Bu  inkişaf  etmiş  ölkələrdə  

reklam  xərclərinin    məcmu  məbləğində  ikinci    yeri  tutur.  O,  öncədən  dəqiq 

müəyyənləşdirilmiş  istehlakçıların dairəsi üçün  nəzərdə tutulur və onların  arasında 

müftə  paylanır.  Məzmununa  görə  çap  reklamı    aşağıdakı  növlərdən  ibarətdir: 

kataloqlar,  reklam  vərəqi  və  buket,  reklam  məktubu,  yaxud  poçt    partoçkası,  reklam 

qoşa  vərəqi  ,  reklam  müraciətnaməsi.Telereklam.  Bu  televizor  reklamıdır.  Müasir 

reklam vasitələri arasında müstəsna yer tutur. Xarici məmləkətlərin bir çoxunda  onun 

tətbiqi  1950-ci  illərin  ortalarından  başlayıb  və  həmin  illərin  ilk  onilliyində  inkişaf 

edərək    geniş  yayılmışdır.    Reklamın  ən  bahalı  növüdür.  ABŞ  televizoru  vasitəsilə 

verilən  30  saniyəlik  reklam    100  min  dollara  başa  gəlir.  Bu  növ  reklam  ABŞ  da, 

İngiltərədə,  Yaponiyada  və  bir  sıra  Qərb  məmləkətlərində  ,  habelə  Azərbaycan 



Respublikasında  daha çox yayılmışdır. Televizor vasitəsilə verilən reklamın  bir çox 

növləri  vardır.  Bunlara  reklam  elanları,  ticarət  reklam    verilişlərini    reklam 

reportajlarını, diapozitivlər, yaxud diapozitiv  filmlər aiddir. Radioreklam. Bu reklam 

heç  də  məmləkətlərin  hamısında    tətbiq  edilmir.  Hətta  bəzi  məmləkətlərdə    dövlətə 

məxsus  olan  radio  şəbəkəsində    reklam  qadağan  edilmişdir.    Bu  hal  Skandinaviya 

ölkələrində, Fransada, Belçikada, Danimarkada, İsveçrədə müşahidə olunur.  Ingiltərə 

və  Almaniyada  radio  reklamı  hökumət  tərəfindən  ciddi    məhdudlaşdırılmışdır. 

Hindistanda və İndoneziyada  da  radio verilişi şirkətə  məxsus olduğundan radio reklam 

tətbiq edilmir. Bunların əksinə olaraq ABŞ-da, Yaponiyada, İtaliyada  bu reklam geniş 

yeyılmışdır.  Lakin Amerika məmləkətlərində, Yunanıstanda da radioreklama  heç də 

az yer verilməmişdir.Kinoreklam. Kino vasitəsilə reklam geniş yayılmışdır. Bu reklam 

növü  Qərbi  Avropa  ölkələrində  geniş  yayıldığı    bir  halda,  ABŞ-da  və  Yaponiyada  

demək olar ki, heç tətbiq olunmur. Reklam kinofilmlərin əsas obyektləri  hər hansı bir 

firmanın satacağı mal, xidmətlər, o cümlədən məişət , nəqliyyat, səhiyyə, təhsil və s.  

turizm    marşurutları  ,  sənaye  və  ticarət  firmaları,  univermaqlar,  restoranlar,  şadlıq 

evləri, banklar , sığorta cəmiyyətləri və s.  ola bilər.  Həyata keçirilməsindən asılı olaraq 

kinoreklamı  bilavasitə  müntəzəm  ,  təmiz  və  bilavasitə  vasitəli  ,  yəni  harada  vasitə 

olmaq şərtilə reklam kimi fərqləndirmək olar.  



 


Поделитесь с Вашими друзьями:


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə