Xudafərin körpüsü



Yüklə 5,09 Kb.
Pdf görüntüsü
səhifə10/35
tarix21.03.2017
ölçüsü5,09 Kb.
#12113
1   ...   6   7   8   9   10   11   12   13   ...   35
– Heç bilirsən nə danıĢırsan? Ad, san, namus, qeyrət bəyəm ilxıyla, var-dövlətlə ölçülür? 
KiĢi susdu. Bir azdan yenə o dilləndi: 
– Adam da yıxılıb ölür. Bir at nədir ki, özünü üzürsən. 
– O da düĢmən iĢiydi. Oğru aparsa sevinərəm. 
Onun iri, eĢmə, təzə-təzə dən düĢən bığları səyriyirdi. 
–  And  olsun  dədəmin  üz  qoyduğu  torpağa,  düĢmənçiliklə  aparsalar,  o  nəsildə  bir  adam 
qoymayacam. 
Bu  vaxt  qarĢı  təpədə  bir  dəstə  atlı  göründü.  Alaçıqların  yanından  qalxan  iri  çoban  itləri 
gələnlərə tərəf götürüldülər. Dədə bəy qalxdı. 
– Qonaq gəlir. Bənək, geri qayıt, – itlər dayandılar, Ģöngüyüb kəsik-kəsik hürdülər. Onun 
çox  gur  səsi  vardı.  Bərkdən  danıĢanda  aĢağılarda  qoyun  otaran  çobanlar  eĢidirdi.  Uzaqdan 
gələnləri tanımasa da itlərin qalxmasından onların yad adam olduqlarını baĢa düĢdü. 
– Qalxın, qonaqları qarĢılayın. Sürüdən qara ĢiĢəklər gətirin. 
Dədə bəyin qardaĢı deyindi: 
– Alapaçanı elə qonaq aparmayıb? 
– Bəsdi. O qonaq yox, düĢmən olub. Tərpənin. Tez! 
O, gələnləri saydı. Yeddi atlı idi. Amma səkkiz at vardı. O atlardan biri kiĢnədi. Dədə bəyin 
elə bil çiçəyi çırtladı. 
– Alapaçadı. – ġübhəsini dağıtmaq üçün təkrar elədi.  
–  Alapaçadı.  Bəli,  obaya  çatanda  bu  kiĢnəyən  Alapaça  idi.  Atlılar  çatıb  onun  yanında 
dayandılar. Ağ saqqalı sinəsinə tökülən, yüz yaĢı haqlamıĢ gümrah, yanaqları alma kimi qırmızı 
qoca dedi: 
– Salamin əleyküm. Dədə bəy, Allah qonağı istəyirsən? 
– Allaha da qurban, qonağına da. 
Qoca da, yanında gələnlər də atdan düĢdülər. 
– Ay uĢaq, o yüyəni mənə verin. 
Alapaçanın yüyənini gətirib qocaya verdilər. Qoca da gətirib Dədə bəyə tapĢırdı. 
– Dədə bəy, bu at sənə yaraĢandı. Onu səndən özgə heç kim minə bilməz. 
O,  heyrət  içində  qalmıĢdı.  Bunlar  kim  idi,  atı  niyə  qaçırmıĢdılar,  niyə  da  qaytarıblar. 
Alapaçaya fikir verdi, sonra bir-bir adamlara baxdı. Heç birini tanıya bilmədi. Oğlunu çağırdı. 
– Apar hörüklə. 
“Yox, yalı da, quyruğu da yerindədir. Belə ata bir ilxı verərlər. Onu həmiĢə Ģah, vəzir, əmir, 
bəylərbəyi gözündən gizlətmiĢəm. Yoxsa müĢtəri düĢəcəkdilər ki, bu elə hökmdara yaraĢan atdı. 
Sözü yerə salsa gərək bu yerlərdən köçüb gedəydi”. 
Üzünü qocaya çevirdi: 
– Bu nə sirdi? 
– DanıĢaram, darıxma. 
O,  qonaqları  alaçığa  çağırdı.  Divar  boyu  buta  güllü  ġamaxı  ipəyindən  döĢəkcələr 
düzülmüĢdü.  Hərəsinin  də  yanında  iri,  qotazlı  bir  mitəkkə  qoyulmuĢdu.  Ağsaqqalı  farmaĢın 
üstündə yığılan yükün qabağına, məclisin baĢına, öz yanına keçirdi. Oturandan sonra söhbəti özü 
açdı. Artıq Dədə bəyin iri, qırmızı yanaqlarının yanında sərt cizgilər yox idi. 
– XoĢ gəlib, səfa gətirmisiniz. Amma tanımaq üçün gərək soruĢaq da. Hansı tayfadansınız? 
–  Biz  təkəli  tayfasındanıq.  Keçəldağ  tərəfdə  düĢmüĢük.  Bizim  ata  yurdumuz  qalıb  Ağ 
dənizin kənarında, Qaramanda. Çox vaxt bazarlığa Hələbə gedərdik. Rəhmətlik Həsən padĢahın 

57  www.sarigelin.net 
 
vaxtında  gəlib düĢmüĢük. Ġndi  deyir, bir naxırın adını bir dana korlayar. Üzü qara olsun bizim 
üzümüzü  sənin  yanında  qara  eləyənin.  Alapaçanı  nə  vaxtsa  görübmüĢ.  ĠstəyirmiĢ  onun  dölünü 
tutsun.  Gəlib,  Ģah  kimi  qarĢılayıb  çörək  vermisən,  gecə  də  durub  sənə  xain  çıxıb,  çörəyə  xain 
çıxıb. 
– Hanı özü? 
–  Özünün  tənbehini  eləmiĢik.  Yorğan-döĢəkdədi,  bel-buxununa  yaxı  salıblar.  Səhər 
gördüm  bir  at  kiĢnəyir.  Alaqaranlıqdan  idi.  Durdum  gördüm  gətirib.  Dedim  bu  at  hardandı? 
Məndən söz daldalaya bilməzlər. DanıĢdı, dedi döl tutub qaytaracam. Sonra da danıĢdı ki, necə 
tapqırı  demisən,  kəsib  canını  qurtarıb.  UĢaqların  hamısını  yığdım.  Namərdin  cəzasını  verdim. 
Onu  salmıĢıq  yorğan-döĢəyə,  demiĢəm  sənin  kimi  kiĢinin  o  atın  dölündən  əmələ  gələn  kəhərə 
minməyinə  hələ  min  il  var,  götürüb  gəlmiĢik.  Arada  düĢmənçilik  olmasın.  O  ata  da  layiq  bir 
yəhərimiz  vardı,  onu  da  gətirmiĢəm.  QaĢı  qızıldı,  özü  gümüĢ  yəhərdi.  Babamızdan  qalıb.  O, 
yəhərə layiq atımız olmayıb. At gəldi, yəhəri gətirdi. 
Cavanlardan biri qalxıb, alaçığın qapısına qoyduqları bükülü yəhəri, yüyəni açdı. GümüĢü, 
qızılı bərq vurdu. Sədəf, mina iĢləmələr göz oxĢadı. 
Dəd 
ə  bəy  ona  nə  deyəcəyini,  nə  edəcəyini  bilmirdi.  Nazik  bığlı  oğlunu  çağırıb  qulağına  nəsə 
pıçıldadı. Oğlu razılığını bildirib alaçıqdan çıxdı. O, üzünü qocaya tutub dedi: 
– Mənim atımı qaytarıb gətirmisiniz, buna sevinmirəm,  atı aparanın  düĢmən olmadığı  da 
məni  o  qədər  sevindirmir.  Mənim  ürəyimi  dağ  boyda  eləyən  ağsaqqalın  müdrikliyidir. 
Məmləkətdə sənin kimi beĢ-on ağsaqqal olsa qurd qoyunla otlayar. 
–  Atalarımızdan  belə  görmüĢük,  övladlarımız  da  bizdən  belə  görməlidir.  Mərdliyə  gərək 
mərdliklə cavab verəsən. Onsuz da dünya özü namərd dünyadı. 
Obada hamı ayağa qalxmıĢdı. Qoyunlar kəsilir, düyü seçilir, qazanlar asılırdı. Dədə bəyin 
oğlu  ilxıdan  yeddi  at  ayırıb  gətirib  qonaqların  atlarının  yanına  bağladı.  ĠĢini  qurtaranda  baĢını 
qaldırıb gördü ki, obaya tərəf iki nəfər gəlir, yedəklərində də bir yabı, yabının da üstündə palaza 
bükülü bir Ģey var. Dədə bəyin oğlu Mustafa onların qabağına çıxdı. 
Sifəti mis rənginə çalan, qırmızı çalmalı adam ondan soruĢdu: 
– Dədə bəyin obası buradı? 
– Bəli. Düz gəlmisiniz. 
– Dədə bəy qul alveri eləyir? 
– Deyəsən artıq-əskik danıĢırsınız axı. Görmürsən, onun ilxılarının, sürülərinin, sənin kimi 
elə əlli-altmıĢ çobanı var. 
– Onda, heç! – deyə yekəpər dilləndi.  
Mustafa bu sözdən Ģübhələndi. 
– Bəs deyirlər o, seyidləri satın alır. – O biri yoldaĢı dindi. 
– YaxĢı, onda gözləyin. – Özü tez alaçığa girib atasının qulağına pıçıldadı. Dədə bəy üzr 
istəyib çıxdı. Yabının yükünə, iki yolkəsənə baxıb dedi: 
– Seyid kimdi? 
– Mənəm, – deyə səs eĢidildi. Palazın arasından gəlirdi o səs. 
– Kimdi? 
Qırmızı  çalmalı  yabının  üstündəki  yükü  götürüb  yerə  qoydu.  Diyirləyib  açdı.  Oradan 
Hüseyn Lələ bəy çıxdı. Dədə bəy gözlərinə inanmadı. 
–  Ay  Lələ,  bu  nə  Ģəbihdi?  –  Sonra  dönüb  o  iki  nəfərin  çiyinlərinə  döydü.  –  Bərəkallah, 
fərasətli uĢaqlarsınız. 
Qırmızı çalmalı yoldaĢının üzünə baxdı, göz vurdu. 
– Malımızı satası olmadıq.  
Dədə bəy heç nə baĢa düĢmədi. 
– Lələ, sənin nə zarafatcıl adamların var. 
– Dədə bəy, məni doğrudan satmağa gətiriblər. Nə qədər verərsən? 
Hüseyn Lələ bəyin qollarını da bədəninə sarımıĢdılar. 

58  www.sarigelin.net 
 
– Mən bu kiĢilərin əsiriyəm. Öldürmək istəyirdilər, dedim öldürməyin, satın, burada seyid 
alan var. 
Dədə  bəy  iĢi  indi  baĢa  düĢdü.  Əl  atıb  alaçığın  yanındakı  odun  parçasını  götürməyi  ilə 
qırmızı çalmalının baĢına endirməyi bir oldu. Ġkinci zərbə oxunu kamana qoymaq istəyəni onun 
yanına sərdi. Onlar özlərinə gələnə qədər o Hüseyn Lələ bəyi sarıdıqları kəndiri açıb onları sarıdı. 
–  Ədə,  yolkəsən  sizsiniz?  Çaqqaldan  canavar  olar?  Mənim  həndəvərimdə  bunların 
gördükləri iĢə bax, özü də gör kimi tutublar. 
O, Hüseyn Lələ bəyi qucaqladı. Xeyli vaxtdı görüĢmürdülər. 
–  Ay  e‟tibarsız  qardaĢ,  sən  hardasan?  Nə  səsin  var,  nə  sorağın.  Nə  iĢ  görürsən,  bu  nə 
qiyafədi? 
–  Belədi  də.  BaĢımıza  çox  iĢlər  gəlib.  Hərə  bir  tərəfə  düĢdü.  Təzəcə  sənin  yerini 
öyrənmiĢəm. 
– De görüm, ġeyx Heydərin uĢaqlarından xəbərin varmı? 
– Var, yerlərini öyrənmiĢəm, onlar da müsibətdədir. 
– Gəl, gəl, ayaq üstündə dayanma. 
Alaçığa girdilər. Dədə bəy onu ağsaqqala göstərdi. 
– Qonaq qonaq gətirər. Ayağın çox yüngüldü. Neçə ildi xəbər tuta bilmədiyim dostum özü 
öz ayağıyla gəlib çıxıb. Gəlib deyəndə ki, quldurlar tutub gətiriblər ki, seyid satırıq. 
Bayaqdan deyib-gülən ağsaqqal tutuldu. 
– Seyid? 
–  Seyid  olmağına  seyid  deyil.  Bu  libası  geyib  ki,  yolda dəyib-dolaĢan olmasın.  Ağsaqqal 
soruĢdu: 
– Siz sünnüsünüz, ya Ģiəsiniz? 
– ġiəyik. 
Bunu eĢidən ağsaqqal qalxdı, onun adamları da durdular. 
– Ay ağsaqqal, bu nə hərəkətdi? Hara durursunuz? Siz mənim əziz qonaqlarımsınız. 
– Yox, Dədə bəy, mən sizin Ģiə olmağınızı bilməmiĢəm.  
Lələ də bu sözdən pərt oldu. Qızarıb pörtdü. 
– Ağsaqqal, – deyə Dədə bəy ona baxdı. – Bunun oturub çörək yeməyimizə bir maneçiliyi 
var? Məni təhqir eləyirsiniz? 
Amma  onlar  dayanmadı.  Alaçıqdan  çıxdılar.  Atlarına  tərəf  gedəndə  Dədə  bəy  onların 
qabağını kəsdi. 
– Mən hərənizə bir at bağıĢlamıĢam. 
Ağsaqqal bikef-bikef dedi: 
– Yox, lazım deyil. Salamat qalın. 
Onlar atlarına süvar olub tərpəndilər. Dədə bəy Lələnin üzünə baxdı. 
– Gördün? Dilimiz bir, adətimiz bir, özləri də çox mərd adamlar. Amma Ģiə söhbətinə görə 
durub getdilər. 
– Getsin də, vaxt gələr, qaytararıq. 
– Necə? 
–  Dədə  bəy,  mətləblər  var  ki,  onları  sənə  incələmək  lazımdı.  Bayaq  üz-üzə  oturduğun 
adamlar, səni Ģiə bilən kimi çörəyini kəsmədilər. Sənə təəccüblü gəlir bu iĢ. Elə deyilmi? Dilimiz 
də  birdi,  qanımız  da,  bircə  dini  əqidəmiz  ayrıdı.  Elə  bu  bəla  üzündən  ġirvan  bir  tərəfə  çəkir, 
Qarabağ  ayrı  tərəfə,  Qaradağ,  Gilan,  nə  bilim  fars,  Ġraqi  Əcəm,  Ġraqi  Ərəb  ayrı  yana.  Neçə 
əsrlərdir  ki,  onlar  bir  səltənətə  tabe  olsalar  da,  hamısı  əlbir  deyil.  Onları  ayrı  salan  da  bu  dini 
təriqətlərdir.  Osmanlı  dövləti  niyə  birləĢdi,  möhkəmləndi?  Ona  görə  ki,  orada  yaĢayanların 
əksəriyyətinin  təriqəti  sünnü-hənəfi  təriqətidir.  ġiələri  də  var.  Ancaq  onlara  baĢ  qaldırmağa 
imkan vermirlər. Biz nə qədər ki, bir təriqətə qulluq eləmirik, birlik olmayacaq. 
Dədə bəy onun bu sözlərinə diqqətlə qulaq assa da, dərinliyinə qədər baĢa düĢə bilmədi. 
– Məni baĢa sal görüm, Peyğəmbər sünnülərin tərəfindəydi, Ģiələrin? 
– Heç birinin. Peyğəmbərin vaxtında bu məsələlər yox idi.  

59  www.sarigelin.net 
 
– Onda bəs niyə belə oldu? 
– Bu uzun söhbətdi. Ġndi mən dediyim ayrı məsələdir. Bütün ölkənin əhalisi Ģiəliyi qəbul 
eləməsə, birlik olmayacaq. Bunu da həyata keçirən elə bir Ģəxs lazımdı ki, ölkə onun arxasınca 
gedə bilsin. Həmin Ģəxs də ġeyx Heydərin oğlanlarıdır ki, dayıları zindanda saxlayır. 
– Zindanda? 
– Bəli. Bu yaxınlarda qala var. Oradadırlar.  
Dədə bəyin oğlu Mustafa içəri girdi. 
– Mustafa, tez olun bizə yemək gətirin. 
– BaĢ üstə. YaxĢı, o əl-ayaqlarını bağladığın quldurları nə eləyək? ĠĢlərini bitirək? 
Onun əvəzinə Hüseyn Lələ bəy cavab verdi. 
–  Yox  lazım  deyil.  Aclıqdan,  yoxsulluqdan  yolkəsən  olublar.  Cəzalarını  verib  buraxın, 
çıxıb getsinlər. 
– Nə cəza verək, – deyə Dədə bəy ondan soruĢdu. 
–  Hərəsinə  bir  az  unnan,  dənnən  verin.  Yolda  söhbətlərini  eĢitdim.  Evdə  uĢaqlarının 
yeməyə heç nələri yoxdu. 
–  BaĢına  o  cür  oyun  açıblar,  sənin  ürəyin  gəlmir  onların  cəzasını  verəsən?  Elə  belə 
buraxsaq, gələn dəfə tutsalar, satmağa gətirməyəcəklər ha. 
– Eybi yoxdu. Qoy əl-qollarını açıb içəri gətirsinlər. 
– Gətir, Mustafa. 
Mustafa çiyinlərini çəkib çölə çıxdı. Bir azdan baĢı qırmızı sarğılı və onun yekəpər yoldaĢı 
alaçığa girib ayaq üstündə qaldılar. Hər ikisi də baĢını aĢağı salmıĢdı. 
– Hə, yol kəsirsiniz, adam soyursunuz, qul satırsınız.  
Qırmızı çalmalı diz üstə çökdü, yalvarmağa baĢladı. 
–  Qurban  olum,  ay  bəy,  bizi  öldürmə.  Əlimizi  kəs,  dilimizi,  qulağımızı,  burnumuzu  kəs, 
öldürmə. Mənim on üç uĢağım var. Hamısı da ac-yalavac, qarnı açıq. 
– Niyə, ay qurumsaq, sən boyda heyvərə o uĢaqlara çörək qazana bilmir? 
– Nəynən, baĢına dönüm, nəynən?  
– Hardansan? 
– Əkinçiyəm. Qarakollu kəndindənəm. 
– Bəs bu heyvərə? 
– O da. Qaynımdı. Diz üstə çök, – o qaynına pıçıldadı. O da diz üstə çökdü. 
– Ġndiyə qədər neçə adam soymusunuz? 
– Elə bir bu ağanı. Nə biləydik. Siftə eləmək istəyirdik. Siftəmiz qara gətirdi. Nə biləydik 
ki, yol kəsmək də belə çətin iĢiymiĢ. 
Hüseyn Lələ bəy dilləndi: 
– Sizi yol kəsməyə vadar eləyən nədi? 
–  Aclıq.  PadĢahın  vergiyığanları  qoyur  ki,  qazandığımızı  yeyək?  Malucahat,  təfavüt,  üĢr, 
səranə,  məvaĢi,  mərai,  kopçur,  xanə-Ģümar,  alafa,  ulafa, ulaq, ulam, yəmbərdar, qonalqa, Ģülən 
baha, süfrə baha, səd yek, səd dü, səd çahar, rüsm əs sədara, rüsm əs vüzara, darüğaki, rüsumi 
ümmal,  eydi,  novruzu,  peĢkəĢ,  savəri,  muĢtuluq,  salamanə,  nə  bilim  çərik,  Ģikar,  tamğa,  bac, 
morq,  qusfəid...  Döydüyüm  taxılın  hər  çanağını  bu  verginin  birinə  verəndə  gərək  xıĢı,  vəli, 
yabanı,  dırmağı  yeyək.  Göz  görə-görə  kəndə  gəlib  günün-günorta  çağı  bizi  soyurlar.  Gördük 
hamını soyub aparanda heç kim bir Ģey demir, dedim qayın, bir silah tap. Nə bilim dədəsindən-
babasından  qalan  yay  oxu  götürdü,  çıxdıq  yola.  Bizim  balamızın  boğazından  kəsib  aparıblar. 
Onları  ac  qoyublar.  Namaz  qılanda  həmiĢə  deyirəm:  “Ey  tanrı,  sən  ki,  bu  tifillərin  yeməyini 
verməyəcəkdin, özlərini niyə verib məni dərdə salırsan? 
– Ay qurumsaq, bu padĢah səndən az bilir ki, nə qədər vergi qoymaq lazımdı? – Dədə bəy 
ona təpindi. 
– BaĢına dönüm,  bəy. PadĢahnan bizim nə iĢimiz? Mən olanı deyirəm. Yalan deyirəmsə, 
dilimi kəsin. 

60  www.sarigelin.net 
 
Hüseyn  Lələ  ayağa  qalxdı.  Onlara  yaxınlaĢdı.  Diz  üstə  çökənlərin  hər  ikisi  bədənlərini 
qısdılar. Gözləyirdilər ki, onları öldürsə də, kəssə də o özü eləyəcək. Hüseyn Lələ bəy hərləndi, 
qırmızı  çalmalının  arxadan  bağlanmıĢ  qollarını  açdı.  Qabağa  keçib  bu  əllərin  içinə  baxdı.  Bu 
əllər qabar-qabar, kötük kimi idi. O, yekəpərin də əllərinə baxdı. Sonra Dədə bəyə dedi: 
–  Əkinçidilər.  Dağılır,  Dədə  bəy,  uçur.  Bir  azdan  o  səltənətin  xarabaları  qalacaq.  Bir 
məmləkətdə ki, əli qa-barlı əkinçi, balalarına çörək vermək üçün yol kəsməyə məcbur olacaqsa, o 
məmləkət can üstündədir. 
Qırmızı çalmalı özünü yerə atıb Hüseyn Lələ bəyin ayaqlarını qucaqladı, öpməyə baĢladı. 
– ƏĢi, əlim qurusun, sənin kimi adamı incitmiĢəm. Nə cəzamdısa ver, razıyam. 
Mustafa qapı ağzında dayanmıĢdı. Hüseyn Lələ ona baxdı. 
– Bunlara yemək ver, yazıqdılar. 
Mustafa yeməyi gətirib baĢ tərəfdəki süfrəyə düzmüĢdü. 
– BaĢ üstə. Durun! 
Onlar yalvara-yalvara, dua oxuya-oxuya qalxdılar. Hüseyn Lələ onlara dedi: 
– Çörək yeyəndən sonra getməyin. 
– BaĢ üstə. 
O,  gəlib  Dədə  bəyin  yanında oturdu. Oturan kimi  xidmətçi aftafa-ləyən gətirdi, o əllərini 
yudu.  Məhrəba  ilə  qurulayandan  sonra  yeməyə  baĢladı.  Dədə  bəy  bütöv  biĢirdikləri  qoyunun 
budunu götürüb iri, ağ sağlam diĢlərinə çəkirdi. Hüseyn Lələ göy Ģirli nimçəsinə düyü çəkdi. 
– Ġndi məni baĢa düĢdün? 
– Hansı? – Dədə bəyin fikri yeməyin yanında idi. Hüseyn Lələ susdu. Fikrindən keçdi ki, 
düzdür,  o  vaxt  ġeyx  Heydərə  qoĢulmuĢdu.  Ġndi  üstündən  xeyli  keçib.  ġeyx  Heydər  yoxdu 
qabaqda.  Bəlkə  də  heç  bu  iĢə  qoĢulmayacaq.  Varı,  dövləti,  ilxıları.  Ağrımaz  baĢına  dəsmal 
bağlamaq istəməz. Bəlkə də bu sirri ona nahaq yerə dedi. Bu da ġirvana hücum deyildi ki, var-
dövlət  çoxlarını  yoldan  çıxarıb  aparsın.  ġeyx  Heydərin  uĢaqlarının  xilası  qan  tökmək,  qurban 
vermək tələb eləyir. Onların sağ-salamat çıxmağı bir tərəfdən, dünənki körpə uĢaqlar bu hərəkatı 
baĢa düĢüb ona baĢçılıq edə biləcəklərmi? Bu qədər sualları olan bir məsələyə baĢ qoymaq hər 
adamın iĢi deyil. 
– Hansı söhbəti deyirdin? 
– ġeyxin övladları. 
–  O  qalanı  dağıdaq.  –  Dədə  bəy  elə  dedi  ki,  guya  məclisdəki  düyü  təpəsini  dağıtmaqdan 
gedirdi söhbət. 
– Mümkün deyil. Onlara hücum çəksək, uĢaqları Allah eləməmiĢkən, elə ordaca. 
–  Onda  tədbiri  tök,  məndən  nə  asılıdı,  mən  hazır.  Rəhmətlik  ġeyx  Heydər  bir  dəfə  bura 
gəlmiĢdi.  OturmuĢduq  alaçığın  qabağında,  gözəl  də  bir  gün  idi.  Dedi  Dədə  bəy,  ilxıları  artır, 
lazım olacaq. Əlimi qaldırıb qoydum gözlərimin üstünə. O vaxtdan xeyli artıb. 
Hüseyn  Lələ  bəy  də  yeməyə  giriĢdi.  Gördü  ki,  var-dövlət  onun  ürəyini  hələ  döndərə 
bilməyib. 
– Dədə bəy, qalanı üzük qaĢı kimi araya almalıyıq. Yoxsa, uĢaqlar əldən çıxar. Onları xilas 
edə bilməsək bizim baĢladığımız iĢ heç bir nəticə verməyəcək. 
Səkinə xalanın cürə sazı Ġsmayılı ovsunlamıĢdı. Tez-tez özünü onun yanına verir, çaldırır, 
qulaq  asır,  özü  çalmaq  öyrənirdi.  Səkinə  ona  dastanlar  danıĢır,  bu  dastanlar  qurtarmaq  bilmir, 
Ġsmayıl da elə hey qulaq asmaq istəyirdi. Amma səsi yox idi. Oxumurdu, çalırdı, sözlərini deyir, 
yenə çalırdı. 
– Rəhmətlik atam sağ olaydı, oxuyaydı, onda bilərdin aĢıq nədi, atam-anam. 
– Səkinə xala, Ruhani çaldınız ha, sonra sözlərini niyə demədiniz? 
– Çünki o Ģair batin əhli olub. Yanğısı da havada qalıb. Sözsüz də bəlli deyilmi? 
 
– Elə bu havaların hamısı yanğılıdı. 
Səkinə sazı  döĢünə basıb  mizrabı  cəsarətlə simlərə vurdu. Hücrəni qüdrətli bir musiqinin 
ahəngi  doldurdu.  Ġsmayıla  elə  gəldi  ki,  bəs  daĢ  divarlar  da  cingildədi,  cana  gəldi,  səs  verdi. 

61  www.sarigelin.net 
 
Ġsmayıl otura bilmədi. Ayağa qalxdı. Elə bildi ki, boyu bir az da ucaldı, məğrurlaĢdı. Bu hava onu 
heyran eləmiĢdi. Ürəyini dağa döndərmiĢdi. 
Sultanəli də gəlib qardaĢı ilə yanaĢı dayandı. Balaca qardaĢ qeyri-ixtiyari sağ qolunu onun 
kürəyinə  qoyub  qucaqladı,  sifətini  onun  qoluna  söykəyərək  iri,  ağıllı  gözlərini  bu  sehrli  səslər 
verən saza dikdi.  
Elə  bil  qabaqda  bir  atlı  çapırdı.  Yuxarı  qaldırdığı  qılıncından  odlu  ĢimĢəklər  çaxırdı. 
GünəĢin zərrələri qılıncın iti tiyəsində doğram-doğram olub hər zəri bir tərəfə uçurdu. Ağ at elə 
bil qanad açmıĢdı. Yox, heç bir qartal belə hündürdə, belə həvəslə, can-dildən, ildırım kimi uça 
bilməz. O, qarĢısına çıxan qayaları da yıxardı. At üstündəki adam bir anlığa baĢını geri qaytardı. 
Sifəti gün kimi alıĢıb yandı. Onun dodaqlarından nə‟rə qopdu. 
– Oğullarım, ürəkli olun, arxamca gəlin, açın bu yolları. 
Amma atlı nə qədər çapırdısa onlardan uzaqlaĢa bilmirdi. Çünki onların özləri də at belində 
idilər, irəli Ģığıyırdılar. 
QarĢıdakı atlının yolu üstünə alova bürünmüĢ köz dağı çıxdı, Savalana oxĢayırdı. Yolundan 
dönmədi, atı bu dağın üstünə sürdü. At dördnala dağın baĢına qalxdı. Nallarından qucaq-qucaq 
çınqı  tökülürdü.  Köhlən  bu  alovda  yanmırdı,  onun  rənginə  boyanmıĢdı,  al  rəngə  düĢmüĢdü. 
Ancaq sür‟əti azalırdı. O birdən-birə qabaq ayaqlarını yerə vurub dayandı. Zirvəyə çatmıĢdı. Atlı 
əmud keçirdiyi qolunu qaldırıb əlini qaĢlarının üstünə qoydu. Burdan hər yer görünürdü. Buradan 
yaĢıl düzənlər, diĢ-diĢ dağlar, burulğanlı çaylar... 
Musiqi kəsildi. 
– Bu havaya deyirlər: “Misri”. Səkinə xalanın səsi onu ayıltdı. 
– Çal, Səkinə xala, çal. 
Saz yenə dilə gəldi. 
Elə bil qayalardan, mamırların göz yaĢından duru sular süzüldü, qotur, daĢ teĢtlərdən gur 
axınla  tökülüb  Ģəlalə  oldular.  MeĢələr  çiçək  açdı.  QuĢlar  min  bir  səslə  oxumağa  baĢladılar. 
Düzənlərdə  yovĢanlar  yaĢıl  otlar  arasında  boz-bənövĢəyi  rəngə  çaldılar.  Onların  dibindən 
bənövĢələr qalxdı. BənövĢənin iyi yovĢan iyinə qarıĢdı. YovĢanların üstündən ceyran sürüləri ox 
kimi  süzüb  keçdi,  torağayları  hürküdüb  göylərə  qaldırdılar.  Torağayın  nəğməsi  zirvələrdə 
eĢidildi.  Firuzə  rəngli  dağların  baĢında  pambıqdan  ağ  buludlar  topa-topa  dayanmıĢdı.  Torağay 
səsi  o  buludları  firuzə  dağların  baĢından  ayırdı.  Buludlardan  ağ  yağıĢlar  yağmağa  baĢladı.  Elə 
yağdı ki, o yağıĢla, meĢələrin çiçəklərinin ləçəklərini Ģəlaləyə tökdü. Çaylarda çiçəklərin ləçəkləri 
axmağa baĢladı. 
– Bu havaya “Dübeyti” deyirlər, atam-anam.  
Ġsmayıl qardaĢlarının qolundan tutdu. 
– ”Misri”ni eĢitdiniz də? 
– EĢitdik.  
  
– Onunla dağı yıxmaq olar? 
– Olar. 
– Bu qalanı necə? – Onlar Sultanəliyə elə baxdılar ki, sanki hər Ģey qardaĢından asılı idi. 
Ġmkan versə “Misri” qalanın daĢını daĢ üstə qoymazdı. 
Oturdular.  Səkinə  xala  da  sakitcə  çəkilib  getdi.  Araya  dərin  sükut  çökdü.  Bu  sükutu 
hardansa gələn səslər pozdu. Sultanəli qulaq verdi. Sonra baĢını xalçanın üstünə qoyub diqqətlə 
qulaq asmağa baĢladı. 
–  Nə  olub,  –  deyə  sazın  sehrli  tə‟sirindən  qurtarmayan  Ġsmayıl  təəccüblə  qardaĢının 
hərəkətinə baxdı və yavaĢcadan: 
– Yerin altından səs gəlir. – dedi. 
Doğrudan da səs yerin altından gəlirdi. 
Bığlı qaya çapan külüngü var gücü ilə qayaya çırpırdı. DaĢ isə onun sözünə baxmırdı. O, 
qayanın yarısını birdəfəyə qoparmaq istəyirdi. Amma oradan xırda qəlpələr düĢürdü. 
Neçə vaxt idi ki, burada iĢləyirdilər. Ondan baĢqa da adamlar vardı. Heç biri də qayanı nə 
üçün deĢdiklərini bilmirdilər. Əmr eləmiĢdilər, onlar da yerinə yetirirdilər. Amma çapar hamıdan 

62  www.sarigelin.net 
 
çox can yandırırdı. Onun qulağına çatmıĢdı ki, ağqoyunluların bütün xəzinəsi burada gizlədilib. 
Onu  tutanlar  da  quldurlar  və  həramilərdir.  Lağım  atıb  xəzinəni  aparmaq  istəyirlər.  Söz 
vermiĢdilər ki, kim xəzinəyə çatsa, öz ağırlığı qədər qızıl verib evinə buraxacaqdılar. Ona görə də 
hamıdan çox iĢləyirdi. 
Bax indicə külüng daĢı yarıb keçəcəkdi, qızıllar oradan baĢıma töküləcək. Xəzinədə qızıllar 
qum  kimi  oyulacaq,  tökülüb  əvvəl  dizimə,  sonra  qurĢağıma,  döĢümə,  xirtdəyimə  çıxacaq. 
Qoymaram. Oradan bir qızıl düĢən kimi yerinə suvaq çəkib yolu çevirəcəm baĢqa səmtə. Sonra 
bunların əlindən qurtararam. Quldurun ömrü uzun olmaz. Onları ələ verən kimi qayıdıb buradakı 
qızılları siçovul kimi yavaĢ-yavaĢ daĢıyaram. 
YaxĢı  bəs  onları  ələ  verəndə  açıb  xəzinəyə  atılan  lağımı  deməyəcəklər?  Desələr  hər  Ģey 
əldən çıxar. Belə yerdə xəbərçilik  mənə heç bir xeyir verməz. Onları bir-bir aradan götürərəm. 
Xəzinəni bir ilə, bir il nədi, lap bir aya yox, bir həftəyə daĢıyıb gizlədərəm e‟tibarlı yerdə. Ondan 
sonra  ye  də,  nəsilbənəsil.  Oğlanlarımı  evləndirərəm,  qızlarımı  ərə  verərəm.  Arvadların  sayını 
artıraram, düzəldərəm hərəmxana. YaĢa da Ģah kimi. 
Bu vaxt külüng daĢı deĢib keçdi. O, sevindiyindən bir an dayandı. Bədənindən axan isti təri 
soyuq tər əvəz elədi. Tez o tərəf-bu tərəfə baxdı. Lap uzaqda, lağım əyilən yerdə məĢ‟əl yanırdı. 
Yanında da heç kəs yox idi. O, külüngü çəkib çıxartdı. Gözünü lingin yerinə dikdi. Oradan Ģırıltı 
ilə çirkab axıb üz-gözünə töküldü. Çapar qalanın rahatxanasını vurub deĢmiĢdi. 
 
Dünya nədi hədərdi,  
Ömür gəldi-gedərdi,  
Ürək xırda, qəm böyük,  
Hara yığım bu dərdi. 
 
Köhnə börkünü boynunun ardına itələyən Cibo Səfər nazik, cır səslə oxuyurdu. Çarıqlarını 
boynundan  asıb  yalın  ayaqlarını  sallayıb  mindiyi  uzunqulağın  yeriĢiylə  yırğalayırdı.  Bezdən 
tikilən Ģalvarın dizləri süzülmüĢdü, dizinin gözü görünürdü. Qabaq diĢləri salamat olsa da, arxa 
diĢləri  töküldüyündən  ovurdları  batmıĢdı.  Köhnə  köynəyinin  yaxasından  sinəsindəki  ağ  tüklər 

Yüklə 5,09 Kb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   35




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin