Xudafərin körpüsü



Yüklə 5,09 Kb.
Pdf görüntüsü
səhifə35/35
tarix21.03.2017
ölçüsü5,09 Kb.
#12113
1   ...   27   28   29   30   31   32   33   34   35
hissəsi  isə  bütün  bu  vaxtda  Bakı  qalasını  mühasirəyə  almıĢdı.  Xəbərlərdən  mə‟lum  olurdu  ki, 
Qazi  bəyin  arvadı,  Fərrux  Yasarın  gəlini  qalanı  təslim  eləmək  istəmir.  Nəhayət  o,  Ġlyas  bəyə 
kömək olaraq Xadim bəy Xulafanı göndərdi, özü də tab gətirməyib Bakı qalasına gəldi. 
Boz,  quru  təpələrin  arasındakı  qala  dənizə  sığınmıĢdı.  Möhkəm  bürcləri  vardı.  Uzaqdan 
baxanda  möhtəĢəm  Qız  qalası  görünürdü  və  o  qalanın  üstündə  həmiĢə  adam  görmək  mümkün 
idi.  Ona  danıĢdılar  ki,  həmin  o  adı  bilinməyən  Ģir  ürəkli  qadın  Qız  qalasının  üstündə  dayanıb 
baxır, bürcləri gəzir, hamını ürəkli olmağa çağırır. Qadının igidliyi neçə aydan bəri mühasirədə 
olan kiĢiləri də qeyrətə gətirir. 
Zamanın  sahibinin  gəlməyi  qızılbaĢ  qoĢununu  da  həvəsləndirdi.  Neçə  vaxtdan  bəri 
qazdıqları lağıma barıt doldurub quzey tərəfdəki bürclərdən birini partlatdılar. Amma üç gün bu 
uçuqdan Ģəhərə girə bilmədilər. ġəhər əhli həmin yerə keçə tutmuĢdu. Yaxına gedənlərin üstünə 
qaynar qır tökür, bardaqlara doldurulan neftə od vurub aĢağı tullayırdılar. 
DöyüĢə baxan ġeyx Ġsmayıl Xətai Lələ bəyə dedi: 
–  Bura  oddu-alovdu.  Bu  gəlin  qayınatasından  igid  və  cəsarətlidir.  Ġndidən  ona  aman 
verirəm.  ġəhər  alınanda  onun  ləyaqətinə  toxunan  bir  hərəkəti  kim  eləsə  baĢı  bədənindən 
ayrılmalıdır. 
– Bəs?!! 
Ġsmayıl tərs-tərs Lələyə baxdı. 
– Gəlindəki bu qəhrəmanlıq əsl sərkərdələrə layiqdir. Düzdür, o mənim elçimi də öldürüb. 
Amma o cəzaya yox, ənam verilməyə layiqdir. Əhsən onu doğan anaya. 
– Belədirsə onda bu bir qalaya görə niyə bu qədər qoĢunu güdaza veririk?  
– ġirvanın möhkəm qalası Bakı alınmalıdı. Fərrux Yasarın əsas xəzinəsi də buradadır. Onu 
ələ keçirməsək sonrakı iĢlərimiz fəna olar. 
Üçüncü gün günortadan sonra qızılbaĢ qoĢunu qalaya girdi və axĢama yaxın ġirvanĢahlar 
sarayı da, Qız qalası da onların əlində idi. Xəzinə də ələ keçmiĢdi. Qala qapıları taybatay açıldı. 
Ġsmayıl Qızılqanadın üstündə Ģəhərə girdi. Burada da onu Ģəhər ağsaqqalları qarĢıladı. Duz-çörək 
gətirdilər.  Damlardan  onun  atının  ayaqları  altına  neçə  örpək,  çadra  atdılar.  O,  ġirvanĢahlar 
sarayını gəzdi, sarayın yanındakı məsciddə namaz qıldı. Ġlk dəfə bu məsciddə Bakı üləmalarının 
yanında “Məhəmmədin Rəsul illah, Əliyən Vəliyullah” nidaları eĢidildi. 
Bu  vaxt  Bakı  axundu  yerindən  qalxdı,  özünü  saxlaya  bilməyib  əllərini  yuxarı  qaldırıb 
qıĢqırdı. 
– Dinimizə toxunmayın, Əli Məhəmmədin valisi deyil. 
– Bu, Bakı axundu Mirzə Xəlilullah idi. 
Namaz,  ibadət  pozulmuĢdu.  Lələ  bəy  göstəriĢ  verdi,  həmin  üləmanı  məsciddən  çıxarıb 
divanxanaya apardılar. Sanki bütöv bir daĢdan tökülmüĢ divanxananın hər tərəfə açıq eyvanları 
vardı və aĢağıda dayanan qızılbaĢlar, Bakı əyani-əĢrəfləri burada baĢ verənləri görürdü. Axundun 
baĢı  divanxananın  zirzəmisindəki  deĢikdən  çıxarılmıĢdı.  Lələ  bəyin,  qızılbaĢ  ruhanilərinin 
ayaqları  altında  görünən  bu  ağ  saç-saqqallı  axundun  ağarmıĢ  dodaqları  tərpənir,  o  Qur‟andan 
surələr oxuyurdu. Lahicanda olarkən Ġsmayıla Ģəriət dərslərini keçən Qazi ġəmsəddin Gilani onu 
istintaq eləyirdi. Onların ikisi də bir yaĢda idilər, saç-saqqalları da bir-birinə bənzəyirdi. Amma 
birinin baĢı çox hündürdəydi, o birinin baĢı çox aĢağıda. 
– Qayıt Allah yoluna, Əlini vali bil, Ģiəliyi qəbul elə, Yezidə, Müaviyəyə lə‟nət oxu, yenə 
də Bakı qazisi ol. Yoxsa... 

206  www.sarigelin.net 
 
– Saqqalımın bu vədəsində dinimi, yolumu, ərkanımı dəyiĢən deyiləm. 
– Bir də deyirəm, qayıt yola. 
– Yox. Sünnü doğulmuĢam, sünnü kimi də öləcəm. 
– Onda öl! Cəllad, iĢini gör! 
Cəllad iĢini görəndə hamı üzünü döndərdi, ağlayanlar, sıtqayanlar oldu. 
Elə həmin gün günahlarını bağıĢlamaq üçün Bakı əhli min tümən pul toplayıb verdi, həm 
də Ģiəliyi qəbul elədi.   
Ġsmayılın  qəlbində  bir  arzu  vardı.  ġəhəri  ərinin  yerinə  idarə  eləyən,  mühasirədə  mərdi-
mərdanə dayanan gəlini  uzaqdan da olsa görmək istəyirdi. Amma onun yerini xəbər verən yox 
idi. ġirvanĢah sarayının əndərun hissəsindən də xəbər gəlmiĢdi ki, orada da yoxdur. 
“Onda yəqin ki, Qız qalasındadır”. 
Bu qəribə biçimli qalanı o görmək istəyirdi. Sərkərdələri ilə bərabər qalaya getdi. Divarın 
içindəki daĢ pillələrlə yuxarıya qalxırdılar. Hər mərtəbədə qurulu evlər, yüklər, qab-qacaq, silah, 
pal-paltar  vardı.  O  qalanın  lap  üstünə  çatanda  bir  dəstə  göyərçin  uçdu.  O  dönüb  dənizə  baxdı. 
Qalanın  dəyirmi  gövdəsindən  ayrılan  divar  dənizə  tərəf  uzanmıĢdı  və  onun  dibində  dənizin 
ləpələri oynayırdı. Orada, divarın lap kənarında bir cəngavər dayanmıĢdı. Əlindəki qılıncın yarısı 
qırılmıĢdı. 
Dəbilqənin  altından  çıxan  qara  saçları  isə  çiyinlərinə  tökülmüĢdü.  Ġsmayıl  döĢünə  çatan 
divara yaxınlaĢıb dedi: 
 
– Ey cəngavər, pəhləvan ürəkli qadın, yaxına gəl. Sən amandasan. Heç kimin kipriklərini 
qaldırıb  sənə  baxmağa  belə  haqqı  yoxdur.  Bu  qədər  igidliyin  qarĢısında  nə  istəyin  varsa,  ona 
yetirəcəyəm. 
Onun sifətində qəribə bir kədər və nifrət vardı. Dinmədi. 
– And içirəm bir Allaha, babam peyğəmbərin ruhuna və on iki imama. Sən azadsan. Qazi 
bəyin yanına səni göndərərəm, nə istəyin varsa... 
– Mənim bir istəyim var, cavan oğlan. O istək də bax budur. O bu sözləri deyərək, əllərini 
yuxarı  qaldırıb  sanki  qanad  açdı.  Ġsmayıla  elə  gəldi  ki,  Ərcivandan  onunla  baĢlayan,  sür‟ətlə 
keçən  zaman  dayandı.  Ürəklər  də  döyüntüdən  qaldı.  Gözlər  də  bir  nöqtəyə  həddən  artıq  çox 
baxdı, külək kəsdi, qalanın məhvərinə dəyib göyə qalxaraq parçalanan iri dalğalar mirvari kimi 
xırdalandı, yumrulandı və bir daha qayaların üstünə, sulara tökülmədi. Hamısı öz yerində donub 
qaldı.  Bu  dayanmıĢ  zaman  içində  hərəkətdə  olan  təkcə  zirehli  geyimdə  olan bu cəngavər gəlin 
oldu.  Əlindəki  zamanın  sındırdığı  qılıncla  bərabər  aĢağıya,  donub  qalmıĢ,  mirvariləĢmiĢ 
dalğalara tərəf qartal uçuĢu ilə, xanım hərəkəti, xanım gözəlliyi ilə ehmallıca uçdu, uçdu, sulara 
çatdı.  Onun  düĢdüyü  yerdən  yüzlərlə  qızıl  balığın  ağzından  çıxan  qabarcıqlar  qalxandan  sonra 
əvvəlki dalğalar yenə baĢladı, göydə donub qalmıĢ mirvari damlaları ucuz bir Ģey kimi səpələndi.  
Onun  bu  mərdanə  hərəkəti  Ġsmayıldan  ötrü  zamanı  dayandırıb  saxladı.  Ġgidliyini, 
cəngavərliyini  yadigar  qoyub  getdi.  Təkcə  adını  özü  ilə  apardı.  Onun  adını  Ġsmayıl  tarixçilərə 
qızıl  suyu  ilə  yazdırardı.  Amma  heç kəs onun adını demədi. “Qadının adı  yad kiĢilərin  dilində 
çəkilsə, qəbahət olar, binamusluq olar. Deməyin mənim adımı”. Hamıya belə göstəriĢ vermiĢdi. 
Bir də ki, o ərinin zirehini geyirdi, dəbilqəsini baĢına qoyurdu, onun adından danıĢırdı. 
 
“Necə  də  anama  oxĢadı.  Onun  kimi  düĢmən  əlinə  keçməmək,  abır-ismətini  qoruyub 
saxlamaqdan ötəri belə yol seçdi. Əhsən, bərəkallah belə yurd qızına, qadınına”. 
Ġsmayıl oturub baĢını əlləri arasına qoyub xeyli fikrə getdi. 
 
 
ġƏRUR SƏFƏRĠ 
 
QızılbaĢlar  Cəbanidə  ġirvan  qoĢununu  darmadağın  etsə  də,  Bakı  qalasını  alsa  da,  nə 
ġamaxının  üstündəki  Gülüstan  qalası,  nə  də  Ağsu  çayı  vadisindəki  Buğurd  qalası  təslim 
olmamıĢdı.  Bakıdan  qoĢun  yenidən  ġamaxıya  qayıtdı  və  Xınıslı  kəndində  düĢərgə  salıb  Qız 

207  www.sarigelin.net 
 
qalası  və  Pirdirəyi  dağları  arasındakı  dərəni  kəsdi,  bir  də  Qız  qalası  dağı  üstündən  Gülüstanı 
mühasirəyə aldı. 
Günlər ötür, həftələr keçir, amma Gülüstan qalasının təslim olacağı gün görünmürdü. Onun 
divarlarının  yanına  qalxmaq  belə  mümkün  deyildi.  Oradakıları  yalnız  və  yalnız  aclıq  hesabına 
təslim  eləmək  olardı,  o  da  hələlik  mümkün  deyildi.  Hər  səhər,  hər  günorta,  hər  axĢam  qala 
bürcünə qalxan carçı gur səslə qızılbaĢları söyür, bürclərdən qala müdafiəçilərinin süfrələrindən 
artıq qalan yeməkləri aĢağı tökürdülər. 
Ġsmayıl da ümidini üzmüĢdü. Bir gün o vəziri - “Azərbaycanın açarı” Zəkəriyyə Keçəçini 
və  Lələ  bəyi  götürüb  ova  çıxdı.  Kəklikotu  ətri  bürümüĢ  qayalıqlarda  kəklik  ovlamaq  həvəsinə 
düĢmüĢdü.  Onlar  hündür  qayanın  üstünə  qalxdılar.  Yaxında  haradasa  kəklik  oxuyurdu.  Amma 
Ġsmayıl onu vurmaq üçün tələsmədi. GöstəriĢ verdi, süfrə saldılar. Hər üçü süfrə baĢında oturdu. 
Ġndi Zəkəriyyə Keçəçi də, Lələ də gördü ki, onun fikri özgədir. Ova yox, onlarla məsləhətə gəlib. 
Çörək kəsdi, dürmək eləmək istədi, amma dayanıb birdən-birə Keçəçinin sifətinə baxdı. 
–  Sənə  “Azərbaycanın  açarı”  ləqəbini  vermiĢəm.  Göstər  öz  ləqəbinə  layiq  olduğunu, 
Azərbaycan bağlı kiliddi. Onu necə açım? 
Keçəçi sağ əlini saqqalında gəzdirib dedi: 
– Mənim fikrim hazırdı. 
– Buyur görüm.  
–  Əlvənd  Mirzə  ən  yaxın  dostunu,  həmkarını  itirdi.  Ona  Murad  kömək  durmayacaq. 
ġirvanı fəth eləmisən. 
–  Hanı  fəth  eləmiĢəm.  Bu  Gülüstan  bizə  cəhənnəm  zəbanəsi  verir.  Paslanıb  qalmıĢıq 
burada. 
–  Düzdür.  Ġndi  bizə  Gülüstan  qalası  lazımdırmı?  ġirvanĢahmı  olmaq  istəyir  böyük 
mürĢüdümüz?  Əlvəndin  üstünə  yeriməliyik.  Vaxtı,  fürsəti  düĢmənə  veririk.  Əlvənd  çürük 
qozdur. Onu diĢimizə salsaq, diĢimiz yox, o sınacaq. 
Lələ bəy dedi: 
– MürĢüdüm, bura gəlməmiĢdən qabaq xəbər gəldi, Əlvənd Naxçıvanda qoĢun toplayır. 
– Bəs niyə mənə demədin? 
– Ovdan qabaq mübarək fikrini yayındırmaq istəmədim. 
– Sərkərdəsi kimdi? 
– Məhəmməd Qorçu bəy. 
–  Yengəsi  Gülüm  olanın  gözünə  külüm  olar.  –  Ġsmayıl  güldü.  Amma  Zəkəriyyə  Keçəçi 
gülmədi. 
– Qorçu bəy igid sərkərdədi. Onun gücünü gözümüzdən qaçırmayaq gərək. 
Onlar  xeyli  məsləhətləĢəndən  sonra  geri  qayıtdılar.  AxĢamı  yatdılar,  səhər  açılan  kimi 
Ġsmayıl  sərkərdələrini  yanına  çağırdı.  Sərkərdələr  gəlib  bir-bir  oturdular.  Ġsmayıl  bir-bir  onlara 
baxdı.  Nazik  tül pərdənin  arxasından o çox yaxĢı  görürdü. Onu isə görmürdülər. Ġki  qalibiyyət 
onları  daha  da  qürurlu  eləmiĢdi.  Hamısı  da  yanıb  qaralmıĢdı.  Daha  da  yaĢlaĢmıĢ, 
müdrikləĢmiĢdilər. Hamısı sevincli, gülərüz idi, təkcə Dədə bəydən baĢqa. 
– Dədə bəy çox fikirlidir, görünür elatın fikrini çəkir. 
– Yox, Ģahım, mürĢidim. Heyfimizi aldıq, dostum ġeyx Heydərin intiqamını aldıq. Amma 
əlimdən bir xəta çıxıb. 
– O nə xətadır? 
–  Murad  bəyi  tanıyırdınız?  ġəmasə  müsibətindən  qabaq  bizə  xəbər  çatdıran  Murad  bəyi 
deyirəm. Tanımayıb nizəni kürəyinə sancdım! 
– Əbih Sultanı gətirən? 
– Bəli. 
– Allah rəhmət eləsin, goru nurla dolsun. Xəta, bəli, böyük xətadı. 
Bir an fikrə getdilər. 
– Hər il ona ehsan verəcəm, heç kimi yox idi. 

208  www.sarigelin.net 
 
– YaxĢı, bu boyda qələbə qurbansız olmazdı, ruhu Ģad olsun. Mən sizi buraya bir məqsəd 
üçün çağırmıĢam. Gecə babam cənabi Əmir yuxuma girmiĢdi. 
Onlar hamısı salavat çevirdi. 
– Mübarək olsun, mübarək olsun. 
– Həzrət Mürtəza Əli, yaranmıĢların ən gözəli dedi ki, ya zamanın sahibi, niyə oturub bu 
Gülüstan qalasının yanında qalmısan. Təbriz taxtı səni gözləyir. Ġndi mən sizdən soruĢuram: bizə 
hara lazımdı? Gülüstan, ya Azərbaycan? 
– Azərbaycan, – deyə hamı bir ağızdan dilləndi. 
ġamaxıdan çıxanda QızılbaĢ qoĢunu tək bir əsir aparırdı. – Əbih Sultanı. Zamanın sahibi 
əsir düĢən Ģirvanlıları pulla alıb azad eləmiĢdi. Bu qədim adət idi. DöyüĢdə əsir düĢənləri kənar 
adamlar da savab qazanmaq üçün alıb buraxırdılar. Amma bu dəfə Ġsmayıl heç kimə bu icazəni 
verməmiĢ,  hamını  özü  azad  etmiĢdi.  Pullar  isə  qızılbaĢ  qoĢunlarına  çatmıĢdı.  Azad  edilən 
qulların  xeyir-duasından  əlavə  camaat  arasında  hörmət  qazanmaq  üçün  bu  böyük  xeyirxahlıq 
sayılırdı. Əbih Sultanı isə hələ də aparırdılar. Vaxtında yemək-içməyini verir, amma əllərindən, 
ayaqlarından kündələri açmırdılar. 
 
QoĢun  Naxçıvana  çatmıĢdı.  ġəhərə  daxil  olmadılar.  Əlvənd  Mirzənin  ordugahının 
günbatan  tərəfdə,  ġərur  düzündə,  Arpa  çayın  kənarında  salındığı  xəbərini  alan  kimi  sür‟ətlə 
buraya  yola  düĢdülər.  Bütün  yol  boyu  qoĢundan  qabaq  Qara  Piri  bəyin  atlıları  gedir,  onların 
qaldırdığı  toz  qızılbaĢlara  niĢangah  olurdu.  Ona  görə  də  Ġsmayıl  Qara  Piri  bəyə  “Tozqoparan” 
ləqəbi vermiĢdi. 
Qızılqanadın  yəhərində  oturan  Ġsmayıl  qəribə  fikirlərə  dalmıĢdı.  “Elə  bilirdim  bəs 
ġirvanĢahı bassam, atamın intiqamını alsam, məndən xoĢbəxt adam yoxdur. Ġndi elə bil heç nə 
etməmiĢəm.  Ġstəyirəm  Təbrizi  tutam,  taxtı  ələ  keçirəm.  Bundan  sonra  nə  olacaq?  Acgözlük 
eləmirəm görəsən? Yox, bu acgözlük deyil, tayfaları birləĢdirmək, möhkəm ölkə yaratmaq üçün 
hələ nə qədər iĢlər görmək lazım gələcək”. 
Onlar dərədən qalxdılar. Dikin üstünə çıxanda baĢı qarlı, nəhəng, bir az da qozbel görünən 
Ağrı  dağı  onun  gözləri  qarĢısında  dayandı.  Göyçə  gölünün  yanından  enəndə  görməmiĢdi, 
qayıdanda Ağrı dağı dumanda olmuĢdu. Ġndi onu apaydın görürdü. Zirvədən yuxarıda bir dilim 
ay, baĢı üstündə günəĢ vardı. 
–  Lələ,  bu  əlamətlərə  fikir  verirsənmi?  GünəĢ  mənim  baĢımın  üstündə  dayanıb,  ay  isə 
Əlvənd Mirzədən də o tərəfdə. 
– Bəli. Bu gözəl əlamətdi. Əlvənd Mirzə də heç özünə yaxĢı yer seçməyib. O görünən Ağrı 
dağıdı,  bu  yerə  ġərurdan  baĢqa  ġəril  də  deyirlər.  Yəqin  ki,  ġər  el  deməkdi.  Quzeydəki  dağlar 
Əyircə yaylaqlarıdı. Ağrı, Ģər, əyricə... 
 
– Hələ Arpa çayını demirsən. Arpanın aĢan-daĢan, qan-qan deyən vaxtları keçib. QızılbaĢ 
qoĢunu Əlvəndi süpürüb Araza tökəcək. 
Qabaqda  bir-birinə  söykənən  səkkiz  dairədən  ibarət  türbə,  türbənin  qarĢısındakı  iki  uca 
minarə  göründü.  Türbənin  kaĢı  naxıĢları  uzaqdan  oxunurdu.  Orada  “Allah”  yazılmıĢdı. 
Minarələrin  birinin  üstündə  isə  leyləklər  yuva  qurmuĢdu.  O  quĢlar  qoĢunu  da  görüb  uçub 
getmədilər. Biri dimdiyini Ģaqqıldadırdı. 
– Bu hansı kənddir? 
 
– Qarabağlar. Görünür bu türbədə yatan kimdisə onun ruhunu əziz tutub kənd əhli həmiĢə 
qara geyinib, qara bağlayıb. Kəndin də adı belə qalıb. 
Uzaqdan toz qalxdı. Atlılar çapa-çapa gəlirdilər. 
– Tozqoparan gəlir. 
Doğrudan da gələn Qara Piri bəyin özü idi. 
– ġahım, mürĢüdüm, gürcü bəyləri öz qoĢunları ilə Çuxur Səəddə dayanıb, sənin mübarək 
qədəmlərini ġərur torpağına basmağını gözləyirlər. 
Ġsmayıl  ġirvandan  tərpənəndə  Axalsxa  knyazı  Gorquram  bəyə  (Kvarkvareyə),  Axalkala 
knyazı  Ġsgəndər  bəyə  (Aleksandr  bəyə),  bir  də  Mirzə  bəyə  məktub  göndərib  yazmıĢdı  ki,  əgər 

209  www.sarigelin.net 
 
Əlvəndlə vuruĢmada mənim tərəfimdə olsanız, onda padĢah keçəndən sonra sizi vergilərdən azad 
edəcəyəm. 
O,  hələ  Ərzincandan  qayıdanda  o  knyazlara  öz  gücünü  göstərmiĢdi,  amma  köməyə 
gələcəklərinə  ümidi  yox  idi.  Budur  gəliblər.  Demək  bu  knyazlar  Əlvənd  Mirzədən  çox  onun 
uğuruna inanırlar. 
– Qüvvələri nə qədərdir? 
– Hər biri üç min atlı ilə gəlib. 
– Lələ bəy, eĢidirsənmi? 
Lələ  bəy  bütün  məsələlərə  ehtiyatla  yanaĢırdı.  Bu  doqquz  min  atlı  döyüĢdə  böyük  bir 
qüvvəyə  çevriləcəkdir.  Amma  bilmək  olmaz.  Hazırda  hakimiyyət  Əlvənd  Mirzənin  əlindədir. 
Əgər o, bu knyazlara məktub göndərib Ġsmayıl kimi təklif etsə, vergiləri almayacağını desə, onlar 
öz  fikirlərindən  dönməzlərmi?  Bəlkə  də  artıq  Əlvənd  Mirzə  öz  iĢini  görüb,  bu  bir  hiylədir. 
Doqquz  min  atlı  yeddi  mindən  az  qızılbaĢ  müridinə  qarıĢandan  sonra  onları  qılıncdan 
keçirməzmi. Alınan mə‟lumata görə Əlvənd Mirzənin yaxĢı silahlanmıĢ otuz minə yaxın qoĢunu 
vardı. Ona qalib gəlmək bir o qədər də asan iĢ deyildi. 
Lələ bəy o qoĢunun içərisinə əvvəldən öz adamlarını göndərmiĢdi. Silahlı müridlər qoĢun 
arasında Ġsmayılın Allah tərəfindən göndərilməsindən, onun mö‟cüzələrindən danıĢır, çoxlarının 
ürəyinə qorxu salırdılar. 
Əlvənd Mirzə isə Əli bəy Cəyirlinin məsləhətlərinə qulaq asıb Məhəmməd Qorçu bəydən 
ĢübhələnmiĢdi. Onun Ġsmayıl tərəfinə keçməsindən qorxurdu. Ona görə də bu igid sərkərdəyə əl-
qol açmağa imkan vermirdi. QoĢunla bərabər buraya yüzlərlə dəvə gətirmiĢdilər. Bütün ġərurdakı 
dəvələri  də  toplamıĢ,  qoĢunun  gündoğan  tərəfindən  bu  dəvələri  düzdürüb  onları  zəncirlə  bir-
birinə  bənd  etdirmiĢdi.  QoĢunun  günbatan  tərəfində  Arpa  çayının  hündür  sahili,  arxasında  isə 
Araz çayı dayanmıĢdı. 
DöyüĢdən əvvəl Qorçu bəy Əlvənd Mirzəyə yalvarırdı:  
–  Mənə  inan  hökmdar.  Qəfəsə  salınan  qoĢundan  qalibiyyət  gözləmə.  DüĢmən  yuxarıdan 
gəlir, biz isə aĢağıdayıq. Ġzin ver qoĢunu öz bildiyim kimi düzüm. 
–  Öz  bildiyini  evində,  hərəmxananda  eləyərsən.  Burada  mən  deyən  olacaq.  Yeddi  min 
Ərdəbil səfili nədir ki, ondan qorxasan. Elə buradaca iĢlərini bitirərik. 
–  Onlar  da  ağılsız  adamlar  deyillər.  Süvarilərin  tərpənməyinə  yer  qalmayıb.  Dəvələri 
götürək. 
– Dəvələri götürsəm, sənin satqın süvarilərin hərəsi bir tərəfə qaçacaqlar. 
Qorçu  bəy  onun  sözündən  çıxa  bilmədi,  döyüĢün  də  taleyini  bu  sıxlıq,  qoĢunun  qəfəsə 
salınması həll etdi. 
Tozqoparan  Piri  bəy  Qacar  dağ  seli  kimi  igidlərini  yerindən  tərpənməyən  qoĢuna 
çatdıranda Əlvənd Mirzənin qəfəsə salınmıĢ ordusu can verən əjdaha kimi çabalamağa baĢladı. 
Qılınclar qalxanlara dəyəndə dəvələr anqırır, yanlarındakı adamlara, atlara ağız atırdı. Qorxuya 
düĢən  qoĢun  özünü  dəvələrin  arasına  vurub  zəncirləri  yarıb  keçmək  istədi.  Bir  piyada  zəncirə 
dolaĢdı. Ürkən dəvələr dartıb onu zəncir arasında əzdilər. Bir sözlə, qoĢuna bir çaxnaĢma düĢdü 
ki, onun qabağını heç nə ilə almaq mümkün olmadı. Əlvənd Mirzə otuz minlik qoĢununu pərən-
pərən düĢən görüb Əli bəy Cəyirli ilə bərabər atlarına minib aradan çıxdılar. 
 
Təbrizin Nəsriyyə məscidinin hündür minarəsində əzançı iĢini qurtarıb yerini carçıya verdi. 
Carçı aĢağıdakı meydana yığılanlara üzünü tutub uca səslə deyirdi: 
–  Səfəvilərin  ən  qəddar  düĢməni,  zamanın  sahibi,  cənnətməkan  ġah  Ġsmayıl  Xətainin 
qardaĢlarının  qatili,  atasının  ölümünə  fitva  verən,  ölkəni  qurd  kimi  parçalayan,  dağıdan  Əbih 
Sultan  indi  e‟dam  olunacaq.  Bu  e‟damı  ölkənin  əhalisi  çoxdan  gözləyir.  Onun  dağ  çəkmədiyi 
sinə qalmayıb. ġah Ġsmayıl Xətai həzrətləri buyurub ki, cəzası bu müqəddəs, yüksək minarədən 
günahkar torpağa atılmaqdır. Ona bundan yaxĢı cəza tapmaq mümkün deyil. 
Carçı  səsini  kəsdi.  Ġki  mürid  əl-ayağı  bağlı  Əbih  Sultanı  minarənin  eyvanına  çıxartdılar. 
Onu soyuq tər basmıĢdı və görürdü ki, bu daha onun sonudur. Buradan onu heç bir qüvvə xilas 
eləyə  bilməz.  “Namərd  dünya,  məni  belə  namərdliklə  öldürürsən,  nə  olar,  bu  heyif  yerdə 

210  www.sarigelin.net 
 
qalmaz”.  Bu  sözlər  onun  sayıqlamaları  idi.  Bilirdi  ki,  ölkədə  bir  nəfər  də  onun  tərəfdarı 
qalmayıb.  Hamı  ona  nifrət  eləyir.  Odur,  buradan  düĢəcəyi  yerə  adamlar  daĢ  diyirləyib  gətirib. 
“Mən də çox daĢ düzmüĢəm. Ġntiqamımı sağlığımda almıĢam...” 
Müridlərdən  biri  onun  çiynindən,  o  birisi  ayaqlarından  tutub  yellədilər,  minarədən  aĢağı 
atdılar. Ömrünün son anlarını o bağırdı, bədəni daĢlara dəyib yastılanandan sonra birdəfəlik səsi 
kəsildi. 
Səhərisi  gün  ġah  Ġsmayıl  Xətai  taxta  çıxacaq.  Artıq  zərbxanalarda  onun  adı  ilə  pullar 
kəsilir, məscidlərdə ona xütbələr oxunurdu.   
 
  
Fərman Kərimzadə.  
Xudafərin körpüsü (roman),  
B., “Ağrıdağ”, 2002.  
 

Yüklə 5,09 Kb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   35




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin