Xudafərin körpüsü



Yüklə 5,09 Kb.
Pdf görüntüsü
səhifə31/35
tarix21.03.2017
ölçüsü5,09 Kb.
#12113
1   ...   27   28   29   30   31   32   33   34   35

181  www.sarigelin.net 
 
“Demək  artıq  Əlvənd  Mirzə  Hüsaməddini  də  qudurtdu.  Onun  zəncirini  açıb  buraxıb. 
Beləsinin  qabağından  qaçmasan,  səni  parça-parça  eləyər.  Deyir  arxalı  köpək  qurd  basar.  Onun 
qabağından  qaçsan  da  iĢlərin  günü-gündən  pisləĢəcək.  DiĢi  Ģirəyə  batacaq”.  Mirzə  Məhəmməd 
xan düĢündü, əlini qaldırıb onun sözünü yarımçıq kəsdi. 
–  YaxĢı,  sən  dedin,  mən  eĢitdim.  Ġkincisi  də  nə  vaxtdan  Hüsaməddin  Əlvənd  Mirzənin 
adından danıĢır? Kim onu vəkil eləyib. Əlvənd Mirzə bütün ölkənin padĢahıdı, özünün mirzələri, 
çaparları, elçiləri var, lazım gəlsə məktub da yazar, elçi də göndərər. Onun adından danıĢıb mənə 
qara-qorxu  gəlməyin  heç  bir  xeyri  yoxdu.  KiĢi  gərək  öz  adından  danıĢsın,  özündən  güclünün 
adından yox. Çünki belə Ģeyləri çox görmüĢük. ġükür xudanın kərəminə, hərə öz evinin sahibidi, 
öz  evində  ağalıq  da  eləyir,  nökərlik  də.  Evində  oturub  baĢqasına  nökərçilik  eləmək  isə  kiĢiyə 
yaraĢan sifət deyil. O ki qaldı Əlvənd Mirzə ilə mənim münasibətimə, onu özümüz bilərik. Yə‟ni 
qaĢıq qazana çömçədən yaxın oldu? QardaĢın Hüsaməddinə de ki, ətlə dırnağın arasına girməsin. 
Çünki  ətlə  dırnağın  arasına  girən  tikanı  çıxarıb  atarlar,  yara  bir  gün,  iki  gün  ağrıyar,  sonra 
sağalar.  Yenə  yamanlıq  da,  pislik  də  tikanın  özünə  qalır.  Əziyyəti  də sonradan çəkən, çürüyüb 
gedən elə tikan olur.   
Sədrəddin  özünü  itirdi.  QardaĢına  qarĢı  Mirzə  Məhəmməd  xanın  ittihamlarını 
gözləmədiyinə görə pörtüb-qızardı. 
– Bəli, düz deyirəm.  Adam  gördüyü pis iĢ üçün sonra lap qızarınca, əvvəldən xəcalətdən 
qızarsa daha yaxĢı olar. 
– Demək Ġsmayılı vermək istəmirsən? 
– Hüsaməddinin yanında uzaqdan gəlmiĢ hörmətli adam var? 
Sədrəddin  elə  bildi  ki,  Mirzə  Məhəmməd  xan  onları  ələ  salır.  Demək  istəyir  ki,  sizin 
qonaqlarınız da olmur. O, cavab verməyə tələsdi. 
– Niyə yoxdu, Əli bəy Cəyirli gəlmiĢdi, özünün bütün əsabələriynən. Bu sözləri deməyi də 
mənə o tapĢırdı. 
–  Əli  bəy  Cəyirli.  BaĢa  düĢdük.  Onda  Əli  bəy  Cəyirlini  gətirəydin,  əvəzində  Ġsmayılı 
aparaydın. 
– Necə? Xan sağ olsun, o əvvəla sədr əzəmdi, sonra da qonağımızdı? 
–  Bəs  onda  necə  bilmisən?  Ġsmayıl  Sahib  zaman  mənim  nökərimdi?  O  da  mənim 
qonağımdı da. Belə çıxır ki, Hüsaməddin kiĢidi, qonağını vermir, Mirzə Məhəmməd xan nakiĢidi 
qonağını pay verir? Heç fikirləĢib iĢ tutursunuz? 
Xanın  sözləri  qarĢısında  Sədrəddin  yenə  də  söz  tapmadı.  BaĢqa  bir  səmtdən  yanaĢmağa 
çalıĢdı. 
–  Bu  ona  bənzəyir  ki,  biri  canavar  balasını  gətirib  saxlayır,  böyüdür.  Elə  bilir  ki,  insan 
əlindən  yemək  alandan  sonra  canavar  xasiyyətini  yerə  qoyacaq.  Onun  diĢləri  bərkiyənə  qədər 
qalır, gücü-qüvvəsi artanda yaxĢılıq eləyənin bütün qoyun-quzusunu boğub qaçıb gedir. Ġsmayıl 
da belə bir qurd balasıdı. Hələ qoltuqdadı, amma onun əlindən Astaradan keçib buraya gəlmək 
olmur.  Yolumuzu  Qazan  köĢkündan  salmıĢıq.  Biz  elə  bilirdik  TalıĢın  bir  xanı  var,  deməyəsən 
ikiymiĢ. 
–  Arxayın  ola  bilərsiniz,  üçüncü  xan  olmayacaq.  Ġsmayıl  hələ  heç  kimin  torpağını 
basmayıb,  TalıĢ  torpağından  baĢqa.  Buna  görə  də  məndən  icazə  alıb.  O,  gəlib  babası  Zahid 
Gilaninin türbəsini ziyarət eləməyə. 
O fikirləĢmiĢdi ki, iki od arasına düĢüb. Amma Hüsaməddin də bu yandan çıxmıĢdı. Onun 
iĢləri  pis  gətirə  bilərdi.  Təkcə  bir  ümidi  vardı.  Havalar  soyuyurdu.  QıĢ  yaxınlaĢırdı.  Qar 
düĢəndən, çöllərdə ot qar altında qalandan sonra heç bir ağıllı hökmdar qoĢun çəkib vuruĢmağa 
getməz.  Yazda  isə  Ġsmayıl  Ərcivandan  çıxıb  gedəcək.  Ġsmayıl  uğursuzluğa  düĢsə,  onda  bu  üç 
düĢmən TalıĢı tikə-parça eləməyəcəkmi? Fərrux Yasar da, Hüsaməddin də çox kinli adamdılar. 
Heç nəyi yaddan çıxarmırlar. Onların kini dəvənin kinindən də betərdi. Uğur qazanandan sonra 
necə,  Mirzə  Məhəmməd  xanın  qədrini  biləcəkmi?  Ġnsan  övladı  çiy  süd  əmib.  Nə  qədər  ki,  iĢi 
düĢür, köməksizdir, məhəbbətini əskik eləmir. Elə ki, geniĢliyə çıxdı, əli hər yerə çatdı, o çətinlik 
də, ağır günlərdə kömək duranlar da yaddan çıxır. Elə bilir elə öz gücünə qalxıb, yüksəlib. Yəqin 

182  www.sarigelin.net 
 
ki, Ġsmayıl da belə olacaq. O, indidən lovğalanır. UĢaq olsa da xanın görüĢünə gəlmədi və onu öz 
yanına çağırmadı. Belə eləyər də, əli Allahın ətəyindədir. Gözü rəiyyətləri görmür. 
Yox,  bu  iĢlərin  heç  biri  Mirzə  Məhəmmədi  açmır,  onu  elə  bil  çarmıxa  çəkib  tarım 
saxlayırdı. Nə qədər bu gərginliyə dözmək olar? 
Hökmdarlıq  da  bir  köpəyoğluluq  deyil.  Öz  ürəyin  istədiyini  eləyirsən,  baĢqalarına  ziyan 
olur,  baĢqalarının  xeyrini  güdürsən,  özünə  ziyandı.  O,  hökmdar  kimi  bu  elçilərin  hamısını 
boğazından asardı. Amma sabahı var bu günün. Gərək buna görə nə qədər qırğın verə. Bilmək də 
mümkün deyil, özü salamat qalacaq, ya yox. 
Bu elçiləri də dincəlməyə göndərəndən sonra vəziri çağırdı məsləhətə. 
–  Nə  deyirsən,  ay  dünya  görmüĢ  qoca?  Nə  eləyək?  Fərrux  Yasar  ordan,  Əlvənd  Mirzə  o 
tərəfdən, Hüsaməddin də bu yandan. Nə eləyək? 
–  Çətin  sualdı,  Məhəmməd  xan.  Ġsmayıla  icazə  verdin,  yaxĢı  da  elədin.  Sahibi  zamandı, 
bizim də axirət günümüz var. Ancaq bu günümüz də var axı. Hər iĢimizi axirətə bağlasaq, onda 
gərək elə əlimizi-ayağımızı uzadıb ölək. 
– Hə, eĢidirəm məsləhətini. 
–  ġirvanĢahın  elçisi  qiyməti  qaldırıb  min  tümənə.  Hüsaməddinin  elçisi  isə  o  barədə  heç 
söhbət də salmır.  
Mirzə Məhəmməd qızardı. 
– Deyəsən, qonağımızı bazara çıxartmıĢıq axı. 
– Yox, qonaq qalır qonaq yerində. 
– Bəs necə? Hamısı istəyir ki, bizdən razı qalsın. Əvvəla mən qonağı vermərəm, ikincisi də 
verməli olsaydıq belə, o tək, müĢtəri üç. Üç yerə bölməyəcəkdik ki?! 
– Yox, biz onu verə bilmərik. Bütün TalıĢ camaatı onun yanındadır. Hamı ziyarətə gedir. 
Gündə  yüzlərnən  qurban  kəsilir.  Hər  gedən  neçə  qoyun,  cöngə,  düyə  aparıb  bağlayır  Ġsmayılın 
düĢərgəsinə.  Ziyarətçi  onun  müridlərindən  çoxdu.  Onu  bu  adamların  əlindən  almaq  qeyri-
mümkündür. Deyillər onda bir zəhm var ki, heç kim həndəvərinə də düĢə bilmir. Gecə-gündüz 
yüzlərlə adam onu qoruyur. Heç kimin ona əli çatmayacaq. Biz ġirvanĢahın, Əlvənd Mirzənin və 
Hüsaməddinin  yanında yaxĢı olmaq üçün onlara deyək ki, icazə veririk, adamlarınızı göndərin, 
oğurlatdırıb aparsınlar. Göndərsinlər də adamlarını. Onsuz da zamanın sahibinin hər iĢdən xəbəri 
olur,–  deyə  vəzir  çox  mə‟nalı-mə‟nalı  gülümsədi.  Həm  min  tüməni  alarıq,  həm  də  yaxĢı  adam 
olarıq. 
Mirzə Məhəmmədin kefi duruldu. 
Kəməndə sarınan atlı yəhərdən çıxdı və tappıltı ilə yerə dəyib süründü. Ayaqları baĢından 
aĢıb yerə dəydi, o arabadan düĢən un çuvalı kimi yastılanıb qaldı. Sonra kəndiri dartdılar, atlını 
sürüyüb apardılar. At da uzağa getmədi. Yüyənindən tutub gətirdilər. 
Kəməndə  sarınmıĢ  adamı  ayağa  durğuzdular.  O,  bir  ayağını  çəkə-çəkə  yeriyirdi  və  üz-
gözünü  turĢutmuĢdu.  MeĢənin  içi  ilə  keçən  cığırla  dağa  çıxartdılar.  Burada  köhnə,  bir  tərəfi 
uçmuĢ qala vardı. Oraya gətirdilər. Həyətdən keçirib içərisindən tüstü çıxan binaya apardılar. 
– ”Yeri”, “özünü əzib büzmə”, “tələs” kəlmələrindən baĢqa heç nə söhbət olmamıĢdı. Nə 
kəməndlə qolları bədəninə sarılan bilirdi onu kim aparır, nə də aparanlar bilirdilər ki o kimdir. 
Qalada  qoyunlar  mələĢirdi,  bir  tərəfə  bir  dəvə  bağlanmıĢdı.  Yerdə  yüklər  yan-yana 
düzülmüĢdü. Bürclərdə adamlar görünürdü. 
Ġki  silahlı  adam  qolları  bədəninə  sarılmıĢ  adamı  iri  otaqdan  keçirib  xırda  bir  hücrəyə 
gətirdilər.  Burada  yerə  qoyun  dəriləri  döĢənmiĢdi.  Yerdə  bir  xalça  da  vardı  və  əllərini  baĢının 
arxasında  çarpazlayan  adam  uzanıb  fikrə  getmiĢdi.  Onun  iri  bığları  görünürdü.  Qapıda  səs 
eĢidiləndə  o  qalxıb  dirsəkləndi.  Bu  Murad  idi.  Gözlərinə  sataĢan  sifət  onu  heyrətləndirdi  və 
təəccübləndirdi.  Qolları  bədəninə  sarınan  adam  Əbih  Sultan  idi.  Muradı  görən  Əbih  Sultan  da 
qorxudanmı, heyrətdənmi gözləri irildi. 
Onlar axırıncı dəfə bir-birini ġəmasə kəndi yanında görmüĢdülər. Onda üz-üzə gəlmiĢdilər, 
bir-birilərinə  qılınc  çalmıĢdılar.  DüĢməni  çox  görən  Murad  aradan  çıxmıĢ,  kürəyinə  sancılan 
oxdan sonra ağır yaralanmıĢ, Uba arvad onu sağaltmıĢdı. Zəmanənin qarıĢdığını görüb o təzədən 

183  www.sarigelin.net 
 
köhnə  iĢinə  qayıtmıĢdı.  Çünki  onunla  mağarada  yaĢayan  müridlərin  çoxu  üzə  çıxa  bilmirdi. 
Məcbur  olub  bu  qalaya  sığınmıĢdılar.  Yolla  keçən  karvanları,  tacirləri  soyurdular.  Təbrizlə 
Ərdəbil arasındakı bu qalanı özlərinə məskən seçmiĢdilər. Murad dəstənin baĢçısı olmuĢdu. 
Əbih Sultan dedi: 
 
– Sən salamatsan? 
 
– Salamatam. Görürsən ki,  hələ ölməmiĢəm.  Sənin  adamlarının atdığı  ox da məni öldürə 
bilmədi. Ġndi növbə mənimdi. 
Əbih  Sultanın  kürəyinin  arasından  soyuq  tər  damcıları  birləĢib  onurğa  sümüyünün 
üstündəki  çökəklə  aĢağıya  axmağa  baĢladı.  O  görmüĢdü  ki,  Fərrux  Yasar  artıq  TalıĢ  xanı  ilə 
əlaqə  yaradıb.  Artıq  Əbih  Sultan  ona  lazım  deyil  və  onun  gürzələrin  arasına  atılacağı  gün 
yaxınlaĢır. Ona görə də bir dəfə Fərrux Yasarla ova gedəndə atını cüyür dalınca salıb uzaqlaĢmıĢ, 
onu  izləyən  fərraĢları  azdırmıĢ,  qaçıb  aradan  çıxmıĢdı.  Yolda  baĢına  çox  müsibətlər  gəlmiĢdi. 
Amma o bütün düyünlərdən qurtarmıĢ, özünü Xudafərin körpüsünə çatdırmıĢdı. Buradan birbaĢa 
Diyarbəkrə, qardaĢı Nurəlinin yanına getmək istəyirdi. Budur artıq qaçaq Murada rast gəlib. 
Murad  qalxıb  dizlərini  qatladı,  iri  əllərini  dizlərinin  qabağında  biri-birinin  üstünə  qoydu. 
Onu gətirənlərdən soruĢdu: 
– Bunu harada tutubsunuz? 
– Təbriz yolunda. 
– Tək gedirdi? 
– Bəli. 
– Bir Ģeyi yoxdur? 
– Heç nəyi. Cibində bir axça pulu da yoxdu. Bir atı var, bir xəncəri, vəssalam. 
– Yox, siz bilmirsiniz. Bu adamı mən yaxĢı tanıyıram. O, Rüstəm Mirzənin əmir əl ümarası 
Əbih Sultandı. Mən də onun sahibi xəbəriydim. 
Əbih  Sultanı  tutub  gətirənlər  nə  edəcəklərini  bilmədilər.  YaxĢımı,  pismi  iĢ  gördükləri 
onlara  bəlli  deyildi.  Biri  baĢını  aĢağı  saldı,  o  birisi  günahkar-günahkar  Murada baxıb  gözlərini 
döydü. 
– Qəbahət iĢ görmüĢük, deyəsən. 
– Yox, buna görə hər ikinizə böyük ənam düĢür. 
O, əl atıb yastığın altından bir kisə pul çıxartdı. 
– Gəl götür. Aparın bölün. Əmirin atı da sizindi. Onlar təəccüblə Əbih Sultana və Murada 
baxıb çıxıb getdilər. 
– Yenə qayıtmısan yol kəsməyə? – Əbih Sultan onu acıladı. 
– Bəli, Əbih Sultan. Yol kəsmək sənin saraydakı iĢlərindən daha abırlı sənətdi. Sən hamını 
ucdantutma  soyursan,  xoĢuna  gəlmirsə,  canını  alırsan,  gözünü  çıxarırsan,  ən  yaxın  dostunun 
düĢməninin  qabağında  baĢını  kəsirsən.  Amma  mən  sənin  əlindən  dağa-daĢa  düĢən  adamlarla 
keçən tacirlərdən çörəyimizin haqqını alıb yolda vəhĢi quldur-qaçaqdan qoruyuruq. Bu adamların 
evlərindən-eĢiklərindən didərgin düĢməyinin səbəbi sənsən, mən deyiləm. Hələ gör Ərdəbildə nə 
qədər cinayətlər elədin, qanlar axıtdın, uĢaqları yetim qoydun. Elə bilirdin onların baĢı üstündə 
Allah  yoxdu?  Onların  ahını  heç  kim  eĢitməyəcək?  Budur,  yola  tək  çıxırsan,  səni  həmiĢə  əhatə 
eləyən  əyan-əĢrəf  də  üz  çevirib.  Cibində  bir  axça  pulun  da  yoxdur.  Allah  barmağını  uzadıb 
adamın  gözünü  çıxartmır  ki,  belə  eləyir.  Hamının  gözündən  salır.  Yəqin  ki,  həm  də  acsan. 
Görürəm,  gözlərinin  ağı  da  saralıb.  Yox,  mən  əclaf  adam  deyiləm.  Sənə  doyunca  yemək  də 
verəcəklər. Meylindən nə keçirsə də hazırlatdırım. 
Bu  eyhamların  arxasında  nə  gizləndiyini  Əbih  Sultan  yaxĢı  baĢa düĢürdü. Artıq Muradın 
əlindən qurtarmağa heç bir imkan yox idi. Görünür artıq onun öz sonu da gəlib yetiĢib. 
– Bir Ģərtlə, Murad bəy, yeməyi sənnən bir yerdə yeyəcəm. 
– Yox!   
– Ölüm cəzasına məhkum olanın axırıncı arzusunu soruĢurlar və yerinə yetirirlər. – Əbih 
Sultan gülümsədi də. 

184  www.sarigelin.net 
 
– Bilirsən, mən daha o Murad deyiləm. Sənin elədiklərini görəndən sonra daha mənim heç 
kimə inamım qalmayıb. 
–  YaxĢı,  gəl  necə  deyərlər,  əyri  oturaq,  düz  danıĢaq.  Mən  sənə  nə  pislik  eləmiĢəm? 
RastlaĢmıĢıq, Rüstəm Mirzəni taxta çıxarandan sonra səni eləmiĢəm sahib xəbər. Sən də mənim 
sirrimi qızılbaĢlara çatdırmısan. Belədi, belə deyil? 
– Bəli, elədi. 
– Bəs onda niyə məni günahlandırırsan?  
Murad fikrə getdi. “Əbih Sultan düz deyir, onun mənə heç bir pisliyi keçməyib. Amma...” 
– Əbih Sultan, dediklərin düzdür. Mənnən kəsdiyin çörəkdən sonra mənim özümə xəyanət 
eləməmisən.  Amma  Murad  tək  özünü  fikirləĢsəydi,  indi  onun  xanimanları  vardı.  Mən  sənin 
ikiüzlülüyünü  görmüĢəm.  Sən  Sultanəlini  öldürdün,  balaca  qardaĢını  öldürdün,  analarını 
öldürdün,  Ərdəbil  qazısını  asdırdın,  nə  qədər  müridlərin  boğazına  kəndir  keçirdin.  Nəyə  görə? 
Rüstəm Mirzəyə görə. Rüstəm Mirzəni neylədin? Gödək Əhmədin qabağında quzu kimi qurban 
kəsdin. Bunlar elə adamlardı ki, mən onların heç birinin dırnağı da deyildim. Əgər mən də sənə 
mane  olsaydım  belə  eləyərdin.  Bütün  bunları  görəndən  sonra  demiĢəm,  ey  çörək,  sənə  deyirik 
Qur‟andan irəlisən, yox, sənin heç gücün yoxmuĢ. Yox, indi görürəm ki, çörək çox güclüymüĢ. 
Elə  bilirdin  o  qədər  günahı  soruĢan  olmayacaqdı.  Allah  məni  göndərib sənin  kimi  adamları da 
mən cəzalandıram. Bilirsən bunun nə qədər savabı var?! 
– Min savabdan bir torba qızıl irəlidi. 
– Sənnən ötəri hə, mənnən ötəri yox. 
– Murad bəy... 
Murad onun sözünü kəsdi. 
–  Mən  bəy  deyiləm,  qaçaq  Muradam.  Mənə  sənin  verdiyin  bəylik  də  lazım  deyil.  Əgər 
məni  taxta  çıxarıb  baĢıma  tac  qoysaydın,  səni  tanıyandan  sonra  o  tacı  ayaqlarımın  altına  salıb 
əzik-əzik eləyərdim.  
– Ay uĢaq! – Muradın səsi çox gur idi. Çağıran kimi ağacdan yonub düzəltdikləri təzə qapı 
açıldı, bayaqkı adamlar içəri girdi. 
– Açın bunun sarığını. Biriniz də aĢbaza deyin yaxĢı bir Ģüyütlü plov biĢirsin. Çünki əmir əl 
ümara Ģüyütdü plovu bütün plovlardan çox xoĢlayır. 
Onlardan biri Əbih Sultanın sarğısını açdı.  
– Otur görüm. 
Əbih  Sultanın  sifəti  siyrilmiĢdi.  Sağ  ayağı  da  möhkəm  ağrıyırdı.  Birtəhər  aĢağı  tərəfdən 
oturdu. 
– DanıĢ görüm hardan gəlib hara gedirsən? 
– Diyarbəkrə gedirəm.  
– Hardan gəlirsən? 
Əbih  Sultan  Fərrux  Yasarın  yanında  olmağını  danıĢmadı.  Bu  da  Muradın  əlində  təzə  bir 
dəstəvuz olardı. 
– Qarabağdan. Bir dostumun yanındaydım. 
– Dostun səni niyə pulsuz-parasız, adamsız yola salıb? 
–  Murad  bəy,  tərəqqinin  tənəzzülü  də  olur.  Vaxt  vardı  yuxarı  qalxırdım,  indi  də  aĢağı 
enirəm. Kim bu dünyanı tutub durub axı? Heç kim. Onsuz da bundan sonra mən bir də saray üzü 
görməyəcəm.  Qayıdıb  gedirəm  öz  mülkümə,  qardaĢımın  yanına.  Gəl  sən  də  məni  yolumdan 
qoyma. 
– Bircə bunu eləyə bilməyəcəm. 
–  Mən  insafsızam.  Sən  insaflı  ol.  Havayı  demirəm.  Rüstəm  Mirzənin  xəzinəsi  mənim 
əlimdədi. Yarısını sənə bağıĢlayaram. 
– Yox! 
–  Hamısı  sənin  olsun.  Tutaq  ki,  məni  öldürdün.  Buna  görə  heç  kim sənə sağ ol  deyib,  o 
qədər  ən‟am  verməyəcək.  Götür  xəzinəni,  bu  adamları  da  burax,  qayıt  get  öz  elinin  içinə,  Ģah 
kimi  yaĢa  ömrünün  axırına  kimi.  Evlən,  hələ  qocalmamısan.  Axır  günündə  sənə  sahib  duran 

185  www.sarigelin.net 
 
olsun.  BeĢ  il,  üç  il  dağlarda  yuva  qurub  yol  kəsəcəksən,  sonra  da  Əlvənd  Mirzə  güclü  qoĢun 
göndərib hamınızı quĢ kimi ovlatdıracaq. Meyitinizi dağda-daĢda çaqqal, canavar dağıdacaq. Ġndi 
özün bil. Mən dünyada bir adama ürəkdən yaxĢılıq eləmiĢəm, o da sənsən. Ġndi o adamın əlində 
ölmək məni ağrıdır. Qoy heç olmasa düĢmənlərim məndən intiqam alsınlar.  
Murad dediyinin üstündə dayanmıĢdı: 
– Nə olar, ölümünü özün seçərsən. DüĢmənlərini tapmaq məndə. 
Qapı açıldı, otağa iri məcməyidə Ģüyütlü plov gətirdilər. 
– Otur ye. Mən toxam. – Səninlə bir daha duz-çörək kəsəsi deyiləm. 
TalıĢ dağlarının baĢına buludlar toplanmıĢdı. O buludlar Xəzər dənizinin üstündən sıralanıb 
buraya  axıĢırdı.  Ağır  tutqun  buludlar  Kirkan  meĢəsinin  dəmirağaclarına  iliĢib  dayanır,  ya  dağı 
dərdli  görüb  əylənirdilərsə,  ya  nədi,  buludlar  bir  yerə  toplaĢırdı.  Onlardan  yağıĢla  bərabər  qar 
ələnirdi. Yerə çatan kimi qar əriyir, yağıĢ isə həmiĢə yağdığı bu qara torpağı horraya döndərirdi. 
Ərcivan  meĢəsində  yağıĢ  ağaclardan  çox  yerdəki  xəzəllərə  yağırdı.  Ağacların  nəhəng 
gövdələri  islanıb  qaralmıĢdı.  Neçə  gündən  bəri  yağan  yağıĢ  onları  elə  islatmıĢdı  ki,  o  nəmi,  o 
suyu ağacların canından ancaq yay günəĢi çıxara bilərdi. 
Zahid  Gilaninin  məqbərəsi  ətrafında  qurulan  çadırların  üstünə  yağıĢ  düĢdükcə  sacda 
qovrulan  qarğıdalının  səsini  verirdi.  Ağ  çadırın  içərisinə  isə  bu  yağıĢ  un  kimi,  toz  Ģəklində 
tökülürdü, Ġsmayıla elə gəlirdi bu nurdu, iĢıqdı. Amma gecə-gündüz onun çadırı ətrafında keĢik 
çəkən müridlər yağıĢın əlindən cana gəlmiĢdilər. Onlar da ağac kötükləri kimi islanmıĢ, su, soyuq 
iliklərinə iĢləmiĢdi. Onlardan biri lap cana gəlmiĢdi. Ürəyində bircə fikir dolandırırdı. 
–  Allah  kömək  olmuĢ,  bir  baĢını  qaldırıb  tanrıdan iltimas eləyə bilməz ki,  bu yağıĢı kəs. 
Axı onu zamanın sahibi eləyən qurban olduğumdu da. Yə‟ni desə sözü yerə düĢər?  
Mürid yoldaĢları heç kimə baxmaz, onun dilini kəsərdilər. 
Bu  günlər  Lələnin  də  iĢi  çox  idi.  Lap  çox.  Gecə  qurtarırdı,  o  isə  bir  çimir  eləməyə  vaxt 
tapmırdı. 
TalıĢdan,  Muğandan,  Gilandan,  Ərdəbildən,  Mazandarandan  belə  korlar,  Ģillər,  xəstələr 
sürünə-sürünə  axıĢıb  bura  gəlir,  öz  dərdlərinə  əlacı  Ġsmayılda  görürdülər.  Amma  Lələ  Ġsmayılı 
heç  kimlə  görüĢməyə  qoymurdu.  Çadırda,  adamların  arasında  o  laməkan  olmuĢdu.  Görünsə, 
adamların arasına çıxsa, Lələyə elə gəlirdi ki, sehr itər. Bu xəstələri isə birtəhər geri qaytarırdı. 
Onu düĢündürən bu xəstələrin taleyi deyil, silah götürə bilən müridlərin sayı idi. 
ġam Ģəhəri yanında məskən salmıĢ Ģamlı tayfasına, Ərzincan ətrafındakı rumlu tayfalarına, 
Vaysaq, Boyat, Ustaclı, Qacar və ƏfĢar tayfalarına o, carçılar göndərmiĢdi. Elə bil ki, dünyanın 
ən hündür yerində dayanan carçı əlini qulağının dibinə qoyub ucadan səsləyirdi. 
– Zamanın sahibi peyda olub. Kimin günahı yoxdursa, yığılıb gəlsin. Onunla bərabər bütün 
günahları yer üzündən süpürüb atsın. EĢidirsinizmi, eheyy... 
Bu carçının səsini isə hər yerdə eĢidirdilər. Ona hay verirdilər. 
Artıq ilk carçı qayıtmıĢdı. Lələyə danıĢırdı: 
– Əbdi bəyin yanında oldum. Sevindiyindən çiçəyi çıtladı. Dedi mənim elim hamısı yazda 
at belində olacaq. 
– Necədi Əbdi bəy? 
– Sazdı. Əjdaha kimi. Saçı-saqqalı bir az çallaĢıb. Lələ özü Ģamlı tayfasından idi. Neçə illər 
bundan əvvəl gəlmiĢdi və bir daha o tərəflərə ayağı düĢməmiĢdi, Əmir Teymur Ģamlı qəbiləsini 
Səmərqənd  tərəfə  aparanda  Lələnin  babası  ġeyx Səfi türbəsinin mücövürü, ġeyx Əlinin yanına 
gəlmiĢ, onu Əmir Teymura minnətçi salmıĢdı. Xacə Əlinin xahiĢini eĢidən Əmir Teymur ġamlı 
tayfasının  geriyə,  öz  torpaqlarına  qayıtmağına  icazə  vermiĢdi.  O  vaxtdan  da  bu  tayfa  Ərdəbil 
Ģeyxlərinə,  onların  əqidə  və  təriqətinə  bağlanmıĢdı.  Lələnin  atası  isə  oğlunu  bu  ocağa  nəzir 
demiĢdi. Böyüyəndə onu ġeyx Heydərə tapĢırmıĢdı. 
– Bunu pirimizə nəzir demiĢəm. Nökərindi, qulundu. 
Amma onlar dost olmuĢdu. ġamlı qəbiləsi onlara indiyə qədər sədaqətliydi, ona görə də ilk 
çaparı elə ora göndərmiĢdilər. 

186  www.sarigelin.net 
 
Tək-tək  gələn  müridləri  birləĢdirmək,  onları  nizamlı  qoĢun  halına  salmaq  da  çətin  iĢ  idi. 
Böyük  tayfalar  öz  silah  götürən  oğullarını  bir  yerdə  gətirməsə,  gələcək  döyüĢlərdə  uğur 
qazanmağa da ümid az idi. Düzdür, özünə mürid adı götürən indidən bilir ki, ölüm-dirimə gedir 
və  bu  döyüĢlərdə  öz  canından  keçməlidir.  Bununla  belə  mütəĢəkkillik  daha  vacib, 
məsələlərdəndi.  Həm  də  müridlərin arasında düĢmənlər də gələ bilər. ĠĢin  baĢlanğıcında onlara 
elə bir xəta yetirə bilərdi ki, onu heç nə ilə düzəltmək olmazdı. 
Artıq TalıĢ xanı ona xəbər çatdırmıĢdı. Fərrux Yasarın və Hüsaməddinin müridlər arasına 
sui-qəsdçilər  göndərəcəyindən  xəbərdardılar.  Amma  o  sui-qəsdçilər  kim  ola  bilərdi?  Yüzlərlə 
adam  gəlir,  hamısı  da  sahibi  zamanın  tərəfində  ölümə  hazır  olduğunu  deyir.  Heç  birinin  də 
alnında düĢmən olduğu yazılmayıb. 
Lələ  bircə  iĢ  görə  bilmiĢdi.  Təzə  gələnlərə  düĢərgədən  xeyli  aralı  çadırlar  qurulur,  onlar 
Ġsmayılın  düĢərgəsinə  buraxılmırdı.  Bəs  necə?  Onlar  gizlincə  yaxınlaĢıb  çadırda  yatan  Ġsmayılı 
öldürə  bilməzdimi?  Çadırın  ətrafında  ən  inanılmıĢ  adamlardan  keĢikçi  qoyulurdu.  Bir  də 
Ġsmayılın yeri tez-tez dəyiĢdirilirdi. Ġkinci gecə bir yerdə yatmırdı. 
Lələ baĢqa bir tədbir də görmüĢdü. Bu sirri isə ondan və ən yaxın iki-üç adamdan baĢqa heç 
kəs bilmirdi. Ərdəbil müridlərindən birinin Ġsmayıl yaĢda, Ġsmayılla bir üz almaya oxĢayan Xızır 
adlı oğlu vardı. Lələ Xızıra da eyniylə Ġsmayılın paltarından tikdirmiĢdi. Hər gün hər ikisinə eyni 
libas  geydirilirdi.  Amma  bundan  onların  heç  birinin  xəbəri  yoxdu.  Bunu  iki  məqsəd  üçün 
eləmiĢdilər. Birincisi ona görə ki, əgər düĢmən düĢərgəyə yol tapsa çaĢıb qalsın. Ġkincisi də bir-
iki dəfə eyni vaxtda onları düĢərgənin ayrı-ayrı səmtlərində adamlara uzaqdan göstərmiĢdi. Hər 
ikisi  də  namaza  dayanmıĢdı.  Bu  da  ziyarətə  gələnlərdə  qəribə  bir  mö‟cüzə  tə‟siri  yaratmıĢdı. 
Sözü-sovu  hər  tərəfə  yayılmıĢdı.  Ġsmayılın  eyni  vaxtda  iki  yerdə  görünməyi  ən  böyük  mö‟cüzə 
tə‟siri bağıĢlamıĢdı. 
Onlar insanları yalnız bu cür mö‟cüzə pərdəsi altında öz arxalarınca apara bilərdilər. 
Bir gün düĢərgəyə qulaqları eĢitməyən, gözləri çəp, qozbel bir adam oğlunun əlindən tutub 
gəlmiĢdi.  Ona  nə  qədər  demiĢdilərsə,  baĢa  sala  bilməmiĢdilər  ki,  Ġsmayılın  yanına  heç  kəsi 
buraxmırlar.  O,  öz  dediyinin  üstündə  dayanıb  durmuĢdu.  Nəhayət,  Ġsmayılın  həmiĢə  namaz 
qıldığı  yerə  gətirmiĢdilər.  O,  zamanın  sahibinin  dayanıb  namaz  qıldığı  Yeri  öpmüĢ,  yalamıĢ, 
sonra  ona  inamsızlıqla  baxan  adamların  yanında  cibindən  bıçağını  çıxarıb  itiləmiĢ,  çəp 
gözlərindən yaĢ axa-axa, on-on iki yaĢındakı oğlunu yerə yıxıb qibləyə döndərmiĢ, bıçağı onun 
boğazına çəkmək istəyəndə, qolundan tutub güclə saxlamıĢdılar. 
 Qorxudan  nitqi  qurumuĢ  uĢağı  alıb  buraxmıĢ,  onu  isə  Lələnin  yanına  gətirmiĢdilər. 
Əhvalatı da olduğu kimi ona danıĢmıĢdılar. 
– Sən kimsən? Hardan gəlmisən? 
Əlini qulağına aparıb kar olduğunu, eĢitmədiyini bildirmiĢdi. Bir də sözləri bərkdən təkrar 

Yüklə 5,09 Kb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   35




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin