Xudafərin körpüsü



Yüklə 5,09 Kb.
Pdf görüntüsü
səhifə28/35
tarix21.03.2017
ölçüsü5,09 Kb.
#12113
1   ...   24   25   26   27   28   29   30   31   ...   35
yaĢda, sifətinin cizgilərində hardasa onu xatırladan Əlvənd Mirzə deyirdi. Çünki Əli bəy Ġsmayılı 
görmürdü. 
– Necə? – deyə Nurqulu dəhĢətlə soruĢdu. – Mən zamanın sahibinə əl qaldırım? Heç ona əl 
qaldırmaqmı olar? Ona oxmu batar? Ox atmaq fikrinə düĢsəm, quruyub daĢa dönərəm. 
– Deyirsən zamanın sahibinə ox batmaz? 
– Yox, ay ağa. Heç bilirsən o kimdi? Bilirsən göydən ona necə vəh gəlib?   
Yer yox ikən, göy yox ikən, ta əzəldən var idim,  
Gövhərin yekdanəsindən irəli pərgar idim. 
– Sən də inanırsan? 
– Niyə inanmayım.Bu boyda yalan olar, bəs? Altındakı o at ki var, Qızılqanad, o atı göydən 
göndəriblər. Ayaqlarının izi də Lahicandakı qayadadı. Ġndi ora kor gedənin gözü açılır, övladsıza 
qurban  olduğum  övlad  verir.  Sizdən  də  utanmazlıq  eləyirəm,  bir  lal  qızım  var,  sabah  götürüb 
aparacam,  qurban  kəsim,  yalvarım,  bəlkə  dili  açıla.  Ġndi  ona  mən  əl  qaldırım?  Ox  atım?  Bu 
oxĢadı Fironun gündüz özünə Allah deyib, gecə də təpəsi üstə asılıb Allaha yalvarmağına. 
Əli  bəy  Cəyirli  də  qorxuya  düĢmüĢdü  və  ona  elə  gəlirdi  ki,  ürəyi  üĢüyür.  Nə  qədər 
baxırdısa,  Ġsmayılı  görə  bilmirdi,  buna  görə  də  ona  elə  gəlirdi  qəlbindəki  nifrətə görə zamanın 
sahibi onun gözünə görünmür. Əlvənd isə onu qızıĢdırırdı. 
– Sənin günahını biz öz boynumuza götürürük. NiĢan al oxu at. Sənə əmr eləyiblər, sən də 
atmalısan.  
Xilafətin  doqquzuncu  ilində,  Ömər  xəlifə  olanda,  islamı  dünyaya  yayan  ərəb  ordusu 
Azərbaycanda Xəzər dənizinin sahilinə qədər gəlib çıxmıĢdı və onlar Biləncər qalasını mühasirə 
eləmiĢdi.  Hər  yerdə  də  xəbər  yayılmıĢdı  ki,  Ərəb  atlısına,  ərəb  əsgərinə  ox  batmır.  Bir  gün 
Biləncərdə  yaĢayan  türklər  pusquda  dayanırlar,  bu  xəbərin  doğruluğunu  öyrənmək  istəyirlər. 
Ərəb  əsgəri  atı  dənizdə  yumağa  aparır.  Bu  vaxt  kamandan  çıxan  ox  onun  kürəyindən  dəyib 
ürəyindən  çıxır.  Yıxılıb  suda  ölür.  Bundan  sonra  söz  çıxarırlar  ki,  bu  xəbər  yalandır.Əlvənd 
Mirzə isə əhvalatı bilirdi. Bilirdi ki, Ģiələrin ən çox inandıqları Həzrət Əlini də qılıncla yaralayıb 
öldürüblər. Ġndi Nurqulu ox atsa Ġsmayılı yaralaya bilər, onu lap öldürər də. Amma bu qanmazı 
baĢa  salmaq  çox  çətindir.  O  bilmir  ki,  ölməyən  təkcə  allahlardı,  onların  göndərdiyi  Qur‟andır. 
Əstəğfürulla, peyğəmbər özü də ölüb. Bütün insanlar kimi xəstələnib və ölüb. 
–  Durub  ona  oxu  atmasan,  o  oxu  ürəyinə  sancmasan  sənin  özünü  tikə-tikə 
doğratdıracağam. 
–  Qurban  olum,  ay  ağa,  əgər  mən  ox  ata  bilirəmsə,  mənim  günahım  nədir?  Niyə  məni 
məcbur eləyirsiniz ki, günah iĢlədim. 
Əlvənd Mirzə bər-bəzəkli xəncərini çəkib qından çıxardı. 
–  Atırsan  at,  atmırsan,  özün  öləcəksən.  –  Bu  sözdən  sonra  xəncəri  onun  kürəyinə  dirədi. 
Nurqulu yalvarıcı baxıĢla özünə kömək, arxa axtarmaq üçün dönüb Əli bəy Cəyirliyə baxdı. Bu 
baxıĢ elə bil onu ayıltdı, o da xəncəri çəkib bir tərəfdən Nurqulunun böyrünə söykədi: 
– At, deyirlər sənə! 

165  www.sarigelin.net 
 
Nurqulu kamanını götürdü. Xəncərlərin iti ucu onu eyvana itələdi. Burada bir an dayandı. 
Ox  qabından  oxu  götürüb  kamana  qoydu.  Kamanı  üzünə  qaldırdı.  O,  əvvəl  Ġsmayılı  gördü  və 
birdən hər Ģey itdi, gördükləri əriyib bir-birinə qarıĢdı. Gözlərindəki yaĢ ona niĢan almağa imkan 
vermədi. 
– Görmürəm, – deyə kövrək səslə yalvardı. 
– Necə görmürsən? 
– Görmürəm, yaĢ qoymur.  
Əli bəy Cəyirli dəsmalla onun gözlərini sildi. 
– Ġndi necə, görürsən? 
– Hə... – YaĢ yenə onu boğdu. Birdən-birə kamanı tullayıb üzü üstə eyvana yıxıldı, hönkür-
hönkür ağlamağa baĢladı... 
Ġsmayıl nitqini qurtarıb aĢağı düĢdü və üzünü qibləyə tutub namaz qılmağa baĢladı. Bütün 
Ərdəbil  əhli,  minlərlə  adam  onun  arxasında  dayanıb  onun  hərəkətini  təkrar  eləyirdi.  ĠĢ 
burasındaydı ki, indiyə qədər məsciddə belə bir-birindən ayrılan qadınlarla kiĢilər burada birlikdə 
əyilir, torpağı öpür, qalxır, ibadət eləyirdilər.  
Zamanın sahibilə bir yerdə namaz qılmaq ən böyük səadət və xoĢbəxtlik idi. Bu xoĢbəxtlik 
hətta qadınları kiĢilərə məhrəm eləmiĢdi. 
Namaz qurtardıqdan sonra Ġsmayıl ağ atına mindi. Atın üzünü döndərdi və ucadan dedi: 
– Ey Ərdəbil əhli, mən ata yurduma qayıdacam və sizə xoĢbəxtlik gətirəcəm. 
ġirvanĢah Fərrux Yasar babalarının oturduğu, qoltuqları Ģir Ģəkilli qızıl taxtda əyləĢmiĢdi 
və  onun  hər  iki  tərəfində  oğulları  qızıl  kürsülərdə  oturmuĢdular.  O,  otuz  səkkizinci  il  idi  ki, 
Ģahlıq  edirdi  və  bu  böyük  ildönümünü,  culus  gününü  böyük  toy-bayramla  keçirmək  üçün 
tədbirlər gördürürdü. Amma həmiĢə rahat keçən Ģahlığı artıq elə bir məqama gəlib yetiĢmiĢdi ki, 
özü  o  culus  gününü  açıq  ürəklə  keçirəcəyinə  inanmırdı.  Çünki  Sultan  Bəyazid  Gödək  Əhmədi 
onun  ən  yaxın  dostları  olan  Ağqoyunlular  taxtına  çıxartmıĢdı.  Gödək  Əhməd  Fateh  Sultan 
Məhəmmədin  yeganə  qızından  olmuĢ,  həm  də  dayısı  Sultan  Bəyazidin  qızı  AynaĢah  sultanla 
evlənmiĢdi.  Əhməd  padĢah  isə  gələcəkdə  440  ildən  çox  bir  vaxtda  ġirvanda  hökmranlıq  edən 
ĢirvanĢahlar  sülaləsi  üçün  çox  böyük  təhlükə  idi.  Dünyanın  yarısını  tutan  Osmanlı  sultanları 
yəqin ki, ġirvanı da öz hakimiyyətlərinə alacaqdılar. Bu təhlükə qarĢısında dayanmağa onun heç 
bir gücü və qüvvəsi yox idi. 
Bu  vaxt  onun  yanına  gəlib  sirli  bir  adamın  Ģahla  çox  vacib  iĢi  olduğunu  pıçıldayan  eĢik 
ağasına  tapĢırdı  ki,  gətirsinlər.  Üzü  niqablı,  qara  paltarlı  adamın  içəri  girməyi  və  hərəkətindən 
hiss olundu ki, o belə sarayları çox görüb, beləsindən daha zənginində oturub. GörməmiĢ deyil, 
Ģah  və  hökmdar  hüzurunda  çox  olub.  O,  çox  yüngülcə  baĢ  əydi  və  yaxınlaĢıb  göstərilən  yerdə 
oturdu. Amma üzündəki niqabı qaldırmadı. 
– EĢidirəm, ey namə‟lum Ģəxs! 
Bu gələn Əbih Sultan idi, ġamaxıya çatan kimi də, Ģahın hüzuruna düĢə bilmiĢdi. 
– Qibleyi aləm məni tanıyır. Onun yanında günahım da var. Amma ġirvan üçün yaxĢı iĢlər 
də  görmüĢəm.  Ġndi  ġirvana  kömək  eləməyə  gəlmiĢəm.  Bu  sözlərdən  sonra  o,  sifətini  gizlədən 
niqabı götürdü. – Mən Əbih Sultanam. 
Fərrux Yasar yetmiĢ yaĢı haqlamıĢdı. Sifətində isə elə dərin bir qocalıq yazılmıĢdı ki, sanki 
onun yüz yaĢı vardı. O insan qocalıqdan çox, min illər dayanmıĢ, bütün pöhrələrini itirmiĢ, Ģirəsi, 
Ģəhdi  qurtarmıĢ  kötüyə  oxĢayırdı.  Sifəti  ağac  rəngindəydi.  Qabıqları  da  çürümüĢ,  qurudulmuĢ 
qəhvə  rəngi  almıĢ  ağac  rəngində.  Enli  dodaqları  ağarmıĢ  yun  kimi  yumĢaq  bığı  və  gödək 
saqqalının  arasında  qara  qoz  rəngindəydi,  qupquru  görünürdü.  Ġri  gözləri  parlaqlığını  itirmiĢdi. 
Üzündən niqabı götürəndən sonra Əbih Sultana elə gəldi ki, o, doğrudan da ya ağacdan yonulub, 
ya da mumdan düzəldilib. Lap pambıq içində yaĢayan qocalara oxĢayır. 
–  YaxĢı  gəlmisən!  Səni  göydə  axtarırdım,  yerdə  əlimə  düĢmüsən.  Sən  mənə  elə  dağ 
çəkmisən, ki, yanğısı yüz ilə də getməz. 
 O, Bəysunquru çox istəyirdi. Onun ölümü Ģah kimi yox, dayı kimi onun belini əymiĢ, xeyli 
qocaltmıĢdı. 

166  www.sarigelin.net 
 
Əbih  Sultan  qulaqlarına  inanmadı.  “Yə‟ni  mənim  fikrim  düz  çıxmadı?  Onu  inandıra 
bilməyəcək? Yox səbrli ol, Əbih Sultan, sən hələ öz fikirlərini izah eləməlisən”. 
– Qibleyi aləm, öz ayağımla gəlib çıxmıĢam. Nə cəza versəniz, mən hazıram. Bayaq dedim 
ki,  yanınızda  günahım  çoxdu.  Özüm  də  bilirdim  ki,  məni  ancaq  belə  qarĢılaya  bilərdiniz.  Bəs 
məni buraya çəkib gətirən nədir? Deyir keçinin əcəli çatanda gəlib çobanın çomağına sürtünür. 
Axı mən keçi deyiləm. Hələ əcəlimin çatmağını da hiss eləməmiĢəm. 
– Sən çox danıĢacaqsan? 
– Bəli, icazənizlə gəlməyimin səbəbini deyim. 
–  De,  de.  Onsuz  da  əlimdəsən.  Bu  qoca  vaxtımda  mənim  də  baxtım  varmıĢ. 
DüĢmənlərimdən intiqam almaq üçün xudaya məni heç vaxt məəttəl qoymayıb. 
Əbih Sultanın ürəyindəki ümid bir az da artdı. O, ölçüb-biçdi. “Əhməd padĢahın boynuma 
qoyduğu kordanın altından çıxmıĢam. Bunun təhdidindən, hədəsindən qurtarmağa nə var ki...” 
O  fikirləĢdikcə  Fərrux  Yasar  da  onun  ġirvana  qarĢı  elədiyi  cinayətləri  fikirləĢirdi: 
“Süleyman Bicanoğlu  bizim ən yaxın  dostumuz idi. Bir dəfə dost demiĢdi, axıra qədər də dost 
oldu. ġeyx Heydərin Ģərindən məni xilas elədi. Bəysunqur Mirzəylə də axır günə kimi ayrılmadı. 
O cür insanı, eĢitdiyimə görə bunun qardaĢı yıxıb yerə qoyun kimi baĢını kəsib, üzünü də qibləyə 
çevirməyib.  Bunun  da  cəzası  Süleyman  Bicanoğlunun  cəzası  kimi  olmalıdır.  Amma  çox  ağıllı 
tülküdür”. 
Əbih  Sultan  onun  tac-çalmasının  arxasından  çıxan  gur  saçlarına  baxıb  düĢünürdü:  “ġirə 
oxĢayır.  O  heç  vaxt  cavanlığında  ovunu  əldən  verməyib,  qanının  bir  damcısını  yerə  düĢməyə 
qoymayıb.  Ġndi  isə  qocalıb,  caynaqları  kütləĢib,  diĢləri  tökülüb.  Özünün  ov  üstünə  tullanmağa 
gücü  çatmır,  qoca  canavar  kimi  balalarını  ova  çıxarıb,  onları  qan  iyinə  öyrədir.  DiĢləri  qana 
batandan sonra özləri ova çıxacaqlar. Odur, hər iki tərəfdə oturan oğlanlarının gözləri iĢıldayır. 
Gecə yol üstünə çıxan adamcıl canavar gözü kimi. AĢağı baĢdan oturan uzun, keçisaqqal, ciddi 
görkəmli,  oturuĢlarından,  duruĢlarından  peyğəmbərlik  tökülən  bu  vəzirlər,  vəkillər  və  üləmalar 
onların  ovuna  baxıb  razılıqla  baĢlarını  yırğalayacaqlar.  Bəyəndiklərini  bildirəcəklər.  Cavan 
Ģahzadənin  diĢlərində  qan  görən  kimi  ona  mədhnamələr  yazacaqlar.  Onların  heç  biri  quzunun 
tərəfində  dayanmayıblar.  Elə  qurdu  tə‟rifləyiblər.  Çünki  heç  vaxt  həyatda  karlarına  quzu 
gəlməyib, acgöz canavar doyandan sonra qabağından qalan artıqla yemləniblər”. 
Əbih Sultanın özünün də xoĢuna həmiĢə hökmdarlar gəlmiĢdi. Saraydakı qeyri adamlardan, 
bəli-bəli  deyən,  özlərini  peyğəmbər  kimi  göstərənlərdən  zəhləsi  getmiĢdi.  Ġndi  də  aĢağı  tərəfdə 
oturanların heç birini insan saymırdı və sanki onların varlığından heç xəbəri yox idi. Hökmdarlar 
da  ona  hökmdar  kimi  yox,  uĢağın  xoĢladığı  oyuncaq  kimi  onu  əyləndirmiĢdi.  Bir  oyuncaqla 
oynayıb  doyandan  sonra,  onu  yenisiylə  əvəz  eləmiĢdi.  Düzdür,  Fərrux  Yasara  gücü 
çatmayacaqdı. Əksinə, özünü gətirib onun cənginə keçirmiĢdi. Ġndi möhkəm dayanmalıydı. 
–  Nə  oldu,  dilin  qurudu.  Bəysunquru  taxtdan  salanda,  onu  öldürəndən  sonra  o  murdar 
ayağını  onun  mübarək  baĢına  qoyub  həzz  alanda...  –  Fərrux  Yasar  burada  özünü  saxlaya 
bilməyib ağladı, səsi titrədi, özünü toxtatmaq üçün bir an dayandı, sonra yavaĢ səslə dilləndi. – 
Süleyman Bicanoğlunun baĢını qardaĢın Nurəli nəstərani qibləsinə çevirib qoyun kimi kəsəndə, 
mənim  sənə  nifrətimi  bilmirdin?  Sənin  o  fitnələr  yuvası  olan  baĢına  mən  qiymət  qoymaq 
istərdim.  Yox,  sağ  baĢına  yox,  kəsik  baĢına.  Sağ  baĢına  qiymət  qoysaydım  onda  sənə  böyük 
qiymət vermiĢ olardım. 
Əbih  Sultan  onun  bu  sözlərindən  qorxmadı.  Əksinə,  bu  uzun  nitqdə  o  ümid  gördü. 
Öldürmək istəyən bircə söz deyərdi: “Cəllad” O, cəsarətlə cavab verdi: 
– ġirvanĢaha mənim salamat baĢım lazımdı. Elə ona görə də qorxmayıb gəlmiĢəm. Bilirəm 
ki,  bu  qarıĢıq  vaxtda  mən  sizə  lazımam.  Bir  də  onu  deyim  ki,  mən  tək  ziyanlar  eləməmiĢəm, 
böyük xeyirlər də vermiĢəm. ġeyx Heydərin oğlu Sultanəlini kim öldürdü, o birisi oğlu Ġbrahimi 
kim  doğradı?  Mən.  Onun...  –  O,  AləmĢahbəyimi  də  demək  istədi,  amma  baĢa  düĢdü  ki,  o 
əhvalatı,  o  cinayəti,  namussuzluğu  özü  qeyrətinə  sığıĢdırsa  da,  burada  öz  mənliyinə  sığıĢdıra 
bilməyənlər də olar. Ona görə demədi. – Ətrafda ġirvanĢahların ən qorxulu bir düĢməni varsa, o 
da qızılbaĢlardı. Onların kökünü mən yaxĢı kəsmiĢdim, olmadı. 

167  www.sarigelin.net 
 
Fərrux Yasar bu sözdən diksindi. 
– Ġndi kim çıxdı? 
– Ġndi ortalığa çıxan ən dəhĢətli və qorxulusudur. Onlar çayır otu kimi bir Ģeydi. Nə qədər 
dərindən qazırsan, çıxarırsan, yandırırsan, əgər bir xırda kök qalıbsa göyərib, yenə hər yeri alırlar. 
Yeni bir tağ peyda olub. Onda mən çox çalıĢdım, çox axtardım, beĢ il ölkəni kənd-kənd, Ģəhər-
Ģəhər yoxlatdım. Elə bil yerin altına girmiĢdi. Yox idi. Ġndi birdən-birə çıxıb ortaya ki, Sahib əz 
zaman Mehdi mənəm, gəlmiĢəm, yer üzündə məhĢər ayağı açıb yaxĢını pisdən ayıracam. 
Fərrux Yasar birdən-birə bu qüvvənin gələcək inkiĢafını gördü. Gördü ki, kəndlər, Ģəhərlər 
hamısı onun atının ayağı altında səcdə qılır. Bir zaman dönür ki, vəzir-vəkilləri də yoxdu. Hamısı 
keçib zamanın sahibinin tərəfinə. Bəli, bu qorxulu düĢməndi. Atası Heydər belə deyildi. O yeddi-
səkkiz  min  qoĢunla  gəlirdi.  Onu  əzməyə,  məhv  eləməyə  nə  vardı  ki.  Ġndi  o  insanları  öz 
mö‟cüzələrinə inandırsa, hamı onun qoĢunu olacaq.   
– O ġeyx Heydərin hansı oğludu? 
– Lap kiçiyi Ġsmayıl. On üç yaĢı var cəmisi. 
On üç yaĢ deyəndə Fərrux Yasar bir az sakitləĢdi. “Onun elə dərin ağlı və dərrakəsi olmaz 
ki, bu boyda iĢin öhdəsindən gəlsin”. 
–  Yox,  Əbih  Sultan  on  üç  yaĢında  uĢaqdan  biz  qorxası  deyilik.  Onun  hələ  burnunu  silib 
təmizləyən lazımdı. 
Əbih  Sultan  doğrudan  da  gördü  ki,  Fərrux  Yasar  ona  inanmadı  və  ilk  dəfə  eĢidəndə 
keçirdiyi qorxu artıq onun vücudunu tərk eləyib, – dedi:  
–  Mən  bu  canımın  hayında  olsaydım,  qardaĢım  Nurəlinin  yanına  qaçardım.  QızılbaĢların 
yanında  mən  olmuĢam,  onların  ilkin  fikirlərini  də  bilirəm.  Onlar  Təbriz  taxtına  oturmamıĢdan 
qabaq, intiqamı ġirvanĢahdan almaq istəyirlər. Bunu da qan düĢmənliyi kimi izah eləyirlər. Onu 
da  deyim  ki,  qızılbaĢlar  fədailikdə  ələmut  ismayililərindən  geri  qalmırlar  ha.  Hələ  də  ġeyx 
Heydərin dostları onun tək qalmıĢ kiçik oğlunun ətrafındadılar. Onu gizləyib saxladılar, indi bir 
Ģey bilməsələr baĢ qaldırmazdılar. – Bu yerdə o, sözünü mə‟nalı Ģəkildə kəsdi. Amma gördü ki, 
sözləri ġirvanĢahı maraqlandırıb. 
Fərrux Yasar dedi: 
 
– Davam elə. 
– ġah sağ olsun, bundan sonra gələn mətləbləri qibleyi aləmimizin hüzuruna, oğlanlarınıza 
- Allah onları min budaq eləsin, istəsəniz, bir də vəzirə aça bilərəm. 
–  Mənim  saray  adamlarımdan  gizlin  sözüm  yoxdur.  Bir  də  ki,  bu  ən  qəddar  düĢmənim 
üçün böyük Ģərəf olardı. 
Əbih Sultan özünü itirmədi. O, artıq istəyinə yetiĢmək üzrə idi. 
–  DüĢməndən  yarımağın  özü  də  xoĢbəxtlikdi.  Əgər  düĢmən  gəlib  düĢməninə  kömək 
eləmək istəyirsə, daha buna düĢmən deməzlər ki. Bir də mən heç vaxt ġirvan Ģahlığının düĢməni 
olmamıĢam.  BeĢ  il  ərzində  ona  heç  bir  ziyan  vurmamıĢam.  Ayrı-ayrı  adamların  ölümü  isə 
səltənət mənafeyindən yüksəkdə dayana bilməz. 
– YaxĢı, mənə nə kömək eləmək istəyirsən?  
Əbih Sultan dediyinin üstündə dayandı. 
– Dediyim adamların yanında açmalıyam o sirri. ġirvan torpağını böyük bəla gözləyir və o 
bəladan bu torpağı qorumağa gəlmiĢəm. 
Fərrux Yasar dünyanı yorub yola salmıĢdı. Belə fürsətləri heç vaxt əldən verməzdi. Onsuz 
da Əbih Sultan heç yerə qaçası deyildi. Əvvəl onu dinləsin. Doğrudan da bu ağıllı düĢməniymiĢ, 
onunla  məsləhətləĢmək  pis  olmaz.  O  iĢarə  verdi,  taxt  otağındakı  əyan-əĢrəfin  hamısı  çıxdı. 
Burada Fərrux Yasar və oğlanları qaldı. 
– Hə, buyur! 
– Ġsmayıl özünü Sahibi zaman e‟lan eləyib. Bu gün Ərdəbildən gələnlərlə söhbət elədim. 
Əli bəy Cəyirli qızılbaĢların düĢmənidir. Ona görə də onu Ərdəbilə hakim mən tə‟yin eləmiĢdim. 
Ġsmayıl  kiçik  bir  dəstə  ilə  Ərdəbilə  gəlib.  Cəyirlinin  gücü  də,  qüvvəsi  də  bundan  çox.  Camaat 
qapıları açıb, fərraĢlar da qoĢulub onlara. Əli bəy Cəyirli tək qalıb. Ġsmayıl qılıncsız, oxsuz Ģəhəri 

168  www.sarigelin.net 
 
alıb.  Sonra  da  qalmayıb,  deyib  mən  çıxıb  gedirəm.  Səfərim  ġirvanadı.  Ġkinci  bir  tərəfdən  bura 
gələndə  Pirsaat  xanəgahında  bir  Ģamaxılıya  rast  oldum.  Adı  Səfərdi.  Yeddi-səkkiz  ildi 
ġamaxıdan  çıxıb.  Özü  dulusçudu.  Ərdəbildə  qızılbaĢlara  qoĢulmuĢdu.  ġeyx  Heydərin  ev 
qulluqçusuna dönmüĢdü. Ġndi o ġamaxıya yəqin ki, ciddi bir tapĢırıqla gəlir. 
–  Çox  təəccüblüdür.  Ġsmayıl  az  qoĢunla  ġirvanda  nə  eləyə  bilər.  ġamaxıda  qızılbaĢlar 
yoxdu; kim onun sözünü tutacaq? 
–  Orası  düzdür  Ģiə  azdır.  Amma  Mehdi  sahibi  zaman  rəvayətə  görə  tək  Ģiələrə  deyil, 
sünnülərə də nicat verməyə gəlməliydi. Yəqin ki, dərviĢlər baĢlayacaqlar təbliğə. Ġsmayılın çox 
qəribə, qüdrətli bir Ģe‟rini oxuyurlar. Onu eĢidəni titrətmə tutur. 
– Sən onunla necə haqq-hesab çəkərdin? 
–  Çox  ucuz,  həm  də  asan  yolla.  Qəsdçilər  göndərib  ya  oğurlamaq,  ya  zəhərləmək,  ya  da 
baĢqa bir yolla öldürmək lazımdır. Yox, əgər onun qabağına qoĢun çıxartsan, uduzarsan. 
Fərrux  Yasar  fikrə  getdi  və  Əbih  Sultanın  dedikləri  onun  ağlına  batdı.  Amma  özünü  elə 
göstərmək  istədi  ki,  yə‟ni  sənin  bu  qulluğun,  bu  yaxĢılığın  o  qədər  də  qiymətli,    əhəmiyyətli 
deyil. Onu özüm də düĢünə bilərdim. Amma doğrudan bu fikir onun çox xoĢuna gəldi. Bir var 
qoĢun toplayasan, xəzinəni boĢaldasan, anbardakı ərzağı onlara yedirəsən, sonra da hamısı puça 
çıxa. Bir də var ki, qoca bir adamı tapıb göndərəsən. Durna qatarının baĢçısı öləndə bütün qatar 
pozulur. 
– Daha nə məsləhətin var? 
Əbih Sultan bazara mal çıxaran xəsis tacirlər kimiydi. Malı dəyər-dəyməzinə yox, bahasına 
satmaq istərdi həmiĢə. 
–  O,  gedib  özünə  bu  qıĢı  ocaqlıq  düzəltməyə.  Yazda  ġirvana  gələcək.  Mən  o  ocaqlıq, 
oradakı adamları da tanıyıram. E‟tibar eləsən, mən o Ġsmayılın baĢını sənə gətirdərəm. 
Fərrux Yasar hər Ģeyi tərəziyə qoyub ölçüb biçdi. Bəysunquru da, Süleyman Bicanoğlunun 
da  qana  bulaĢmıĢ  ağ  saçlarını  qoydu  tərəzinin  bir  gözünə,  o  birisi  gözünə  isə  Ġsmayılı  qoydu. 
Yox, deyəsən Ġsmayıl daha ağırdı. Onlar onsuz da ölüb gediblər. Bu isə salamatdı. Sabah gəlsə, 
ġirvanda qan su yerinə axacaq. Fərrux Yasar gördü ki, öz ölülərinə ağlasa sərfəli deyil. 
– DanıĢdıq, Ġsmayılın baĢını gətirsən, mən sənin bütün günahlarından keçərəm. 
– YaxĢı, – deyə Əbih Sultan mızıldadı. – Qalır ikinci ən böyük məsələ. 
– O nədi? 
– O Təbriz taxtının məsələsidir. 
–  Təbriz  taxtı.  Onu  da  osmanlı  sultanına  sən  verdin.  Yoxsa  Əhməd  padĢah  Təbrizə  girə 
bilməzdi.  Mən  hər  Ģeyi  bilirəm,  Əbih  Sultan.  Rüstəm  Mirzəyə  kəmənd  atıb  Əhməd  padĢahın 
qabağına sürüyən, baĢına bıçaq çəkən kim olub? Sən olmusan. – Elə bil qoca Ģir qabaq qolunu 
qaldırdı, korĢalmıĢ caynağını ovuna tuĢlayıb balalarına göstərdi. 
Əbih Sultanı yenə qorxu burüdü. Bu qoca tülkü gör nə qədər çox bilir ey. Bunları ona kim 
xəbər verir? 
–  Sultan  Bəyazidin  qabağında  kim  dayana  bilərdi.  Rüstəm  Mirzə  eyĢ-iĢrətdə,  öz kefində, 
xəzinə  boĢ.  QoĢunu  haradan  yığaydım?  O  cür  silahlanmıĢ  ordunun  qabağına  nəynən  çıxmaq 
olardı? Onlarda top adlı bir silah var, uzunluğu üç addım, barıt adlı bir Ģey doldururlar, üstünnən 
də yumru dəmir qoyurlar. Fitili var, yandırırlar. Bir də baxırsan elə partladı ki, adamın qulaqları 
tutuldu.  Üç  yüz  addımlıqdakı  atlıların  hamısını  pamal  elədi.  Bu  Ģeytan  əməlinin  qabağında  nə 
eləmək olar axı?! 
Bu odlu silah söhbəti Fərrux Yasarı maraqlandırdı. 
– Gözünlə görmüsən? 
–  Görmüsən  nədi,  əlimi  də  vurmuĢam.  Çox  əndirabadi  bir  Ģeydi.  Deyirəm  balam  Ģeytan 
bunun içində oturub? Deyillər hə, ordan püskürür. Gör nə zəmanəyə gəlib çıxdıq. ġah sağ olsun! 
–  Daha  demə.  –  Silah  söhbəti  Fərrux  Yasarı  tərk-silah  eləmiĢdi.–  Biz  yaĢamıĢıq,  bundan 
sonra gələnlərin vay halına. Bir var kiĢi kimi qılıncını çəkib qabaqdakı ilə vuruĢasan, bir də var 
ki, Ģeytanla əlbir olub onu uzaqdan vurub yıxasan. 

169  www.sarigelin.net 
 
–  Hələ  bu  harasıdı?  Onlarda  tüfəng  adlı  da  bir  silah  var.  Çomaq  kimi  uzundu.  Qaldırır 
sinəsinə,  ox  kimi  tuĢlayır,  nə  kiriĢi  var,  nə  yayı.  Çaxmağı  var,  çaxanda  orda  qov  alıĢır,  bir  də 
görürsən bunun da lüləsinin içində nəsə partladı, güllə adlı bir dəmir o lülədən çıxdı getdi. Üç 
yüz,  dörd  yüz  addım  kənardakına  bu  tərəfdən  dəydi,  o  tərəfdən  keçdi.  Rum  Sultanı  belə 
bicliklərin  anasıdı.  Ona  görə  də  onun  qabağında  biz  dayana  bilmərik.  Ġndi  də  bütün 
padĢahlarımızın verdiyi fərmanları yığıb yandırır. 
– Onun əlacını nədə görürsən? 
–  Xəncərdə.  Bir  oğul  lazımdı,  gecə  girsin  otağına,  xəncəri  saplasın  ürəyinə.  Onun  yerinə 
keçəsi osmanlılarda adam yoxdu. Yenə də ağqoyunlular çıxacaq taxta. 
Fərrux Yasar təəccüblə ondan soruĢdu: 
– Bəs niyə öldürtmədin?  
–  Asandı?!  Amma  gərək  bir  müdrik  adamla  məsləhətləĢəydim.  O  müdrik  də  ĢirvanĢah 
Fərrux  Yasardı.  Əhməd  padĢahı  öldürəndən  sonra  onun  yerinə  kimi  keçirmək  lazımdı?  Bu  bir 
çətinlik, o ölən kimi hazır qüvvələr olmalıdı ki, onların əyan-əĢrəfini qılıncdan keçirtsin, hər iĢə 
hazır olan ordu toplasın. 
Fərrux  Yasarın  Əbih  Sultandan  xoĢu  gəldi.  Onu  bir  az  da  yaxına  çağırdı  ki,  ikilikdə 
pıçıldaĢsınlar. 
Atlılar  çapa-çapa  dərin  dərəyə  girdilər.  Oradan  burulan  yolla  yuxarı  qalxıb  yastanaya 
çıxdılar.  Yastanayla  uçurumun  kənarına  gəldilər.  Ayın  iĢığında  aĢağıda,  qayaların  arasında 
gümbəz görünürdü. Gümbəzin yanında isə yol qaralır, aĢağıya pillələr enirdi. 
Ġkimərtəbəli  bu  məqbərə  qaranquĢ  yuvası  kimi  qayalardan  asılmıĢdı.  Adına  “Diri  baba” 
deyirdilər.  Atlılardan  biri  qabağa  düĢdü  və  əlindəki  neftə  batırılmıĢ  lopanı  yandırdı.  Üç-dörd 
dilimli alov qalxdı, alovun ucunda isə qara his yırğalandı. O, ayaqlarını ehtiyatla qoyub düĢdükcə 
belindəki  qılınc  sanki  pillələri  sayırdı.  Taq,  taq,  taq...  Pillələr  qurtardı.  O  dayanıb  qulaq  verdi. 
AĢağıdan səs gəlmirdi. Əlinin iĢarəsiylə yoldaĢlarını da çağırdı. Özü bu ikimərtəbəli məqbərəyə 
gündüz girməyə qorxurdu. Gecə lap üĢəndi. “Diri baba” məqbərəsində qəbir yoxdu. Belə əfsanə 
vardı ki, guya müqəddəslərdən hansısa heç kimin gözünə görünmür və onun ruhu gecələr burada 
dincəlir. Gündüzlər qurbanlar kəsilir, nəzirlər gətirilir, axĢamlar isə burada dərviĢlər gecələyirdi. 
Bu  gələnlər  ġirvanĢahın  fərraĢları  idi.  Ərdəbildən  gəlmiĢ  Səfəri,  onun  dərviĢ  yoldaĢlarını 
axtarırdılar. Soraqlarını da burada almıĢdılar. Bu dərviĢlər kəndbəkənd gəzir, zamanın sahibinin 
peyda olduğundan danıĢır, onu qarĢılamağa hazır olmağı məsləhət görürdülər. 
ġirvanĢah  zindanda  yox,  Gülüstan  qalasının  otaqlarından  birində  dustaq  saxladığı  Əbih 
Sultanın  dediklərinin  doğru  çıxdığını  görürdü  və  o  fərraĢları  hər  yerə  göndərib  Cibo  Səfəri 
axtartdırırdı,  dərviĢləri  göydə  gəzirdi.  Xəbər  vermiĢdilər  ki,  onlar  “Diri  baba”  pirində 
gecələyirlər. 
Pillələr döndü və fərraĢbaĢı bir neçə daĢ pilləkəni endi. Bura darısqal bir hücrəydi, dibdə 
qayadakı  mağaraya  yol  vardı.  Bir  küncdə,  ensiz,  uzun  pəncərənin  yanında  qab-qacaq,  səhənk, 
güyüm görünürdü. Yox, heç kim yoxdur. Bir tərəfdəki mitil yorğan-döĢək heç açılmamıĢdı. 

Yüklə 5,09 Kb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   35




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin