Xudafərin körpüsü



Yüklə 5,09 Kb.
Pdf görüntüsü
səhifə25/35
tarix21.03.2017
ölçüsü5,09 Kb.
#12113
1   ...   21   22   23   24   25   26   27   28   ...   35
Rüstəm Mirzənin sağında Əbih Sultan, solunda Qasım bəy Pərnak vuruĢmalıydı. QoĢunlar 
biri-birinə  qarıĢanda  onların  heç  birini  görmədi.  Sağ  və  sol  cinah  yox  idi.  Rüstəm  Mirzə 
məngənəyə düĢmüĢdü. Əbih Sultan geri qayıdıb onun ətrafındakı, ona sədaqətli olanları arxadan, 
Əhməd  Ģahzadənin  süvariləri  isə  qabaqdan  doğrayırdı.  Rüstəm Mirzə nə qədər qılınc çalırdısa, 
xeyri yox idi. Arxadan kimsə qıĢqırırdı: 
– Qibleyi aləm, meydandan çıx, xəyanət. 
Meydandan çıxmaq isə mümkün deyildi. Hər tərəf at, insan cəsədi, qılınc, qalxan, nizə idi. 
Nə özününkünü tanımaq mümkün idi, nə düĢməni. Sağa, sola qılınc çalıb özünə darısqal bir yol 
açmıĢdı  ki,  qolu  birdən  qalxmadı.  Kəmənd  qollarını  bədəninə  sarımıĢdı.  Əbih  Sultan  kəməndi 
çox  ustalıqla  atmıĢdı  və  atını  sürüb Rüstəm Mirzəni  yəhərdən saldı, dalınca sürüyüb apardı. O 
düz Gödək Əhmədin çadırına tərəf sürürdü. Çadıra çatmamıĢ piĢik cəldliyi ilə düĢüb hələ özünə 
gəlməmiĢ Rüstəm Mirzənin sinəsinə çökdü. Gözlərinin içinə baxmağa cəsarət eləməyib çənəsini 
yuxarı  qaldıraraq  iti  qəməsini  onun  hülqumuna  çəkdi.  Bədən  yerdə  çabalaya-çabalaya  qaldı. 
Xırıldayan, dodaqları hələ də tərpənən baĢı gətirib Gödək Əhmədin ayaqları altına atdı. 
– Buyur, həĢəmətli hökmdar, Rüstəm Mirzənin baĢını gətirmiĢəm. Əbih Sultan verdiyi sözə 
əməl eləyən adamdı. 
Hökmdarın  aparıldığını  görənlər  təslim  olur,  bə‟ziləri  qaçırdı.  Təpələrdəki  ordugahın 
alabəzək çadırlarına isə heç kəs toxunmurdu. Rüstəm Mirzə bu yüzlərlə boĢ çadırları bir gecədə 
qurdurmuĢdu ki, düĢmənini qorxutsun. Amma onun hiyləsi baĢ tutmamıĢdı. 
 
 
“MÖ‟CÜZƏ” 
 
Lahicanda,  Mirzə  Əlinin  geniĢ,  üstü  kirəmidli,  pəncərələri  Ģəbəkəli  evində  üç  nəfər  iri 
mitəkkələrə  dirsəklənib  oturmuĢdu:  –  Mirzə  Əli,  Lələ,  bir  də  Ġsmayıl.  Hər  üçü pərt idi. Gödək 
Əhmədin Təbriz taxtına çıxması xəbərini təzəcə almıĢdılar. Amma heç biri dinib danıĢmırdı. 
Mirzə  Əli  titrəyən  barmaqları  ilə  Qur‟anın  vərəqlərini  çevirib  dodaqaltı  oxuyurdu.  Onun 
əlləri  də,  dodaqları  da, bədəni  də, barmağı  ilə bir tərəfindən tutub qaldırdığı  vərəq kimi  əsirdi. 
Onun oxumağından hiss olunurdu ki, özünü ələ almaq, səbrini basmaq üçün vird eləyir, amma 
heç cür sakitləĢə bilmir. Axırda özünü saxlaya bilməyib vərəqi ehtiyatsızlıq, bir az da özünə xas 
olmayan kobudluqla qatlayıb dilləndi: 
–  Satdılar  səltənəti,  hərraca  qoydular.  Ölkə  neçə  vaxtdı  düĢmən  ixtiyarındaydı,  indi  lap 
yağıların əlinə keçdi. Uzun Həsənə olan acıqlarını bütün ölkədən çıxacaqlar. 
–  Əbih  Sultandan  bundan  artıq  heç  nə  gözləmək  olmazdı,  –  deyə  Hüseyn  Lələ  söhbətə 
qarıĢdı. – Həsən padĢahın Rum sultanı ilə vuruĢub qan tökməyinin demək olar ki, bir qara quruĢ 
da  qiyməti  yoxmuĢ.  Satqınlar  ölkənin  açarını  öz  əllərilə  aparıb  verdilər  Rum  sultanına.  Bu 
gündən Ģiələrin ən çətin günləri baĢlayır. 
Ġsmayıl bu söhbətlərə qulaq asırdı. Onları dinlədikdən sonra diz üstə oturub öz fikirlərini 
izah eləməyə baĢladı: 
– Sizin fikirlərinizlə mən də razıyam. Düzdür, məmləkəti satdılar. Ancaq qızılbaĢlar üçün 
bundan yaxĢı  fürsət  olmaz. Məmləkət  əhlinin onları  – rumluları görməyə gözü yoxdu. Həm də 
Ağqoyunlu  əmirləri  özlərini  hamının  gözündən  saldılar.  Ġndi  hərc-mərclik  baĢlayacaq. 
Məmləkətdə  ağız  deyəni  qulaq  eĢitməyəcək.  Bizim  iĢə  baĢlayacağımız  gün  yetiĢib.  Müridləri 
toplayıb silahlandırmaq məqamıdır. 
Mirzə  Əli  Ġsmayılın  yetkin  söhbətinə,  yaĢına  yaraĢmayan  ağlına,  dərrakəsinə,  onun 
məntiqinə heyran qaldı. 

148  www.sarigelin.net 
 
–  ġeyx,  sən  bəlkə  də  çox  doğru  buyurursan.  Ancaq  bir  Ģeyi  yadında  saxla  ki,  Gödək 
Əhmədin  arxasında  Bəyazid  dayanıb.  –  Sonra  o  üzünü  Lələyə  çevirdi.  –  Ay  hələ  on  üç 
günlükdür. Qoy heç olmasa on dörd günlük olsun, iĢığı bir az da artsın, bədrlənsin. 
Ġsmayıl  on  üç  yaĢın  içindəydi  və  baĢa  düĢdü  ki,  Mirzə  Əli  ay  söhbətində  bunu  nəzərdə 
tutur, Lələni gözləməyib özü cavab verdi: 
– On dörd günlük olmamıĢ bəlkə də o ayın üzünü buludlar aldı, onda necə? On üç günlük 
ay iĢıq saça bilirsə, demək aydı. Bir gün tələsmək, bəlkə də bir gün gecikməkdən daha xeyirlidir. 
Dövran qarıĢıqdı, günahkarlar günahsızlardan qat-qat çoxdur. Qatillər, müftəxorlar taxtda oturub, 
torpaq becərənin isə təknədə çörəyi yoxdu. EĢitdiyimə görə yollar, Ģəhərlər, bazarlar dilənçilərlə 
doludur. Bu zəmanəyə bir sahib çıxmalıdır. 
Mirzə Əli Ġsmayılın bu sözlərindən sonra baĢını qaldırıb ona bu dəfə heyrət yox, təəccüblə 
baxdı. On üç yaĢlı uĢağın ağlı onu qorxuya saldı. Bu görünməmiĢ bir yetkinlik, ağıl, idrak idi. 
–  Ya  ġeyx,  sənin  Ģirin  dəhanından  qopan  sözlər,  on  üç  günlük  ayın  günəĢ  kimi 
parlaqlığından  xəbər  verir.  Amma  bir  iĢdə  mənim  məsləhətimə  də  qulaq  assan  pis  olmaz. 
Yollardakı,  Ģəhər və bazarlardakı  dilənçilərdən heç kimə arxa olmaz. Əlini açıb sədəqə istəyən 
dilənçiyə imkan versən tamah ucundan hər Ģeyi satar, ən müqəddəs amalı da. Yer əkən rəncbərlə 
də  iĢin  olmasın.  Onun  taleyini  Allah-təala  belə  yaradıb.  O,  arı  kimi  Ģirə  toplamalıdır.  Həmin 
Ģirənin  hamısını arıya hazır versən cırlaĢar, dönüb it arısı olar və yoldan ötənin hamısını çalar. 
Sən ətrafına öz adına, nəcabətinə uyğun adamları topla. 
Mirzə Əlinin sözləri ilə Ġsmayıl razılaĢmadı. 
–  Atam  ġeyx  Heydərin  qoĢunundakı  müridlərin  çoxusu  rəncbər  deyildimi?  Onun  hər 
buyruğunu  can-baĢla  yerinə  yetirirdilər.  Əmirlər,  naiblər,  vəzirlər  isə  Rüstəm  Mirzəni  satıb 
Gödək  Əhmədin  tərəfinə  keçdilər.  Lələ,  zühur  etmək  məqamı  yetiĢib.  Carçılar  göndərək, 
müridləri yığaq. 
Lələ  Ġsmayılın  gətirdiyi  dəlillərlə  qəlbində  razılaĢmıĢdı.  Görürdü  ki,  bu  uĢaq  vəziyyəti 
onların ikisindən də daha düzgün qiymətləndirir. Bütün ölkənin baĢı indi Gödək Əhmədə qarıĢıb. 
Rumlulardan narazı Ģiələr də, bu istiladan razı qalmayanlar da mütləq onların tərəfinə keçəcək. 
Onlar razılaĢdılar ki, ən e‟tibarlı dostlarının dalınca adamlar göndərsinlər.  
Bir  neçə  gündən  sonra  Dədə  bəy  gəlib  çıxdı.  Yanında  özü  kimi  qollu-qabırğalı,  qızılı 
bığları sallanıb çənəsinə çatan pəhləvan görkəmli bir adam vardı.   
– Xadim bəy Xulafa, – deyə Ġsmayıla təqdim elədi. Ġsmayılın ovcu onun ovcunda itdi. Ġri, 
qara  barmaqlar  qarmaq  kimi  əyildi.  Dədə  bəyin  gəlib  çıxması  onların  hamısının  ürəyindən 
olmuĢdu. BeĢ il ərzində onun saçları xeyli ağarmıĢdı. Ġsmayıl onu qucaqladı. 
– Dədə bəy, gəl, təzədən sərkərdəlik məharətini göstər. 
– BaĢ üstə, canımı bu yolda qurban demiĢəm.  
Həmin gün çeĢt vaxtı Bayram bəy Qaramanlı qardaĢı Rüstəm bəylə gəlib çıxdı. Qaraman 
elinin  çox  hissəsi  Qaradağa  və  Qarabağa,  Xudafərin  körpüsünün  hər  iki  tərəfinə  köçmüĢdü. 
Bayram bəy də oradan gəlirdi. Ġsmayılla görüĢdü, onun əlindən öpdü. 
 
–  Camaat  deyir  ki,  “Söndü  Qaramanın  çırağı”.  Düzdü,  Qaraman  torpağının  çırağı  söndü, 
amma Qaraman camaatının  baĢıpapaqlıları Səfiyyəddin ocağının çırağından çıraqlarını yandırıb 
yaĢayırlar. MürĢüdümüzün hər bir fərmanına müntəzirik.  
AxĢam Qara Piri bəy də özünü yetirdi. Hərəsi kiçik, yaxĢı silahlanmıĢ, e‟tibarlı adamlardan 
ibarət dəstələrlə gəlmiĢdi.  
YaĢlı, ağsaqqal, baĢbilən qızılbaĢlar gecə Mirzə Əlinin evinə yığıldılar. Bir çox məsələlər 
vardı ki, onları ölçüb-biçməliydilər. Sözə baĢda oturan Ġsmayıl baĢladı. 
–  Ey  igid,  baĢı  bəlalı  qızılbaĢ  ağsaqqalları,  gizləndiyimiz,  laməkan  olduğumuz  bəsdir. 
Çıxırıq  gün  iĢığına.  Zəfər  sancaqlarını,  ələmlərini,  bayraqlarını  qaldırarıq.  Kimin  ürəyində 
əqidəmizə məhəbbət qalıbsa yığılsın bu sancaqların altına, ġirvan üstünə yeriyəcəyik. 
Lələ əlini xalçanın qoç buynuzuna oxĢar naxıĢlarına sürtürdü. Sanki orada döyüĢən qoçları 
yola gətirmək istəyirdi. Özü də yumĢaq, mülayim səslə, bir az da günahkar ahənglə dilləndi: 

149  www.sarigelin.net 
 
– Ya ġeyx, biz hələ azıq. Ġndidən hay-küy salsaq, düĢmənləri üstümüzə qaldırarıq. Hələ iĢə 
baĢlamamıĢ məhv olarıq. 
O, gözlərini qaldırıb oturanların sifətinə baxdı. Gördü ki, oturanların hamısı onun fikri ilə 
Ģərikdi. Amma bu fikrə Ģərik çıxmayan Ġsmayıl oldu. 
– Biz gizləndiyimiz yerdən çıxmasaq heç kim bizə inanmaz. Qorxaq adamın tərəfində isə 
heç kim dayanmaz. Biz çağırıĢ tə‟bili çalıb, sancağımızı qaldırmalıyıq. Bizi cəsarətli bilməsələr, 
dostlarımız da bizə qoĢulmazlar. Mən təklif eləyirəm ki, buradan birbaĢa Ərdəbilə gedək. Babam 
ġeyx Səfiyyəddini yuxumda görmüĢəm. O mənə yuxuda xeyir-dua verib, baĢıma qızılbaĢ çalması 
qoyub.  Onun  qəbrini  ziyarət  eləyib  bir  daha  xeyir-dua  alandan  sonra  qıĢlamaq  üçün  bir  yer 
seçməliyik. Yaza qədər həmin düĢərgədə öz qoĢunlarımızı toplamalıyıq. 
Dədə bəyin gözləri dolmuĢdu. Ġsmayılın belə dilavərliyi, hökmü, cəsarəti onu kövrəltmiĢdi. 
Mirzə Əlinin isə gözlərindən sevinc yaĢları axırdı. 
– Bu iĢin öhdəsindən gələ biləcəksənmi? Özünə xəta toxunmayacaq ki?.. 
Ġsmayıl ayağa qalxdı. 0 yas libası geymiĢdi. BaĢındakı QızılbaĢ tacından baĢqa hər Ģey qara 
rəngdəydi. 
– Mirzə Əli, mən anadan olandan dünyaya yox, xətalar içinə düĢmüĢəm. Bunu hamı bilir. 
Amma həmiĢə mənə bir hikmətli səs deyir ki, bu xətaların hamısından çıxacaqsan. O xəta sözü 
taleyimdə yox, gələcək ləqəbimdə qalacaq. Ġndiyə qədər çəkdiyim əzabların, düĢdüyüm xətaların 
əvəzində tanrım mənə bundan sonra gözəl tale bəxĢ eləyib. ġairlik də o ilahi bəxĢiĢlərdən biridir. 
Elə bilirsiniz ki, məni tanıyırsınız. Yox, tanımırsınız. Ġndi qulaq asın, görün mən kiməm. 
Ġsmayıl aramla, aydın, inamlı səslə oxumağa baĢladı: 
Yer yox ikən, göy yox ikən, ta əzəldən var idim, Gövhərin yekdanəsindən irəli pərgar idim. 
 
Gövhəri ab eylədim, tutdu cahanı sərbəsər,  
Yeri-göyü, ərĢi-kürĢü yaradan Səttar idim. 
 
Gah Hüseynlən belə pustumu soydu qazilər
Gah o Mənsur donuna girdim, “ənəlhəqdar” idim 
 
Girdim Adəm cisminə, kimsənə bilməz sirrimi,  
Mən bu beytullah içində ta əzəldən var idim. 
 
On səkkiz min aləmə mən gərdiĢ ilə gəlmiĢəm,  
Ol səbəbdən haqq ilə sirdar idim, sərdar idim. 
 
Dünyasından mən onun sirrin bilirdim, ol mənim,  
Dəryanın altındakı sac qızdıran əngar idim. 
 
Mən Xətaiəm haqqı haqq tanımıĢam bigüman,  
Onun üçün ol yaratdı, mən ona dərgar idim. 
 
– Ġndi bildiniz mən kiməm? 
 
Otağa elə heyrətli bir sükut çökmüĢdü ki, Ġsmayılı ta körpəlikdən tanıyan Lələnin də dili-
dodağı  qurumuĢdu.  “Yox,  bu  tanıdığımız  Ġsmayıl  deyil.  Allah  elə  bil  onu  dəyiĢib.  Bu  ilahi  bir 
varlıqdı. Bəlkə də onu göydən mələklər göndərib”. 
Mirzə Əli qollarını göyə qaldırdı və elə bil o qollar bir az da uzandı və sanki o qollar baca 
olsa, o bacadan çölə çıxacaqdı. 
– Ey ilahi, sənin kərəminə min Ģükür. Məni bu gün, bu dünyada da cənnətə çatdırdın, daha 
o  dünyamdan  bədgüman  deyiləm.  Biz  bilirdik  ki,  sənin  kəramətinlə  zamananın  sahibi  gələcək. 
Nə vaxt gələcək, necə gələcək, hara gələcək, bilmirdik. Onu mənim məmləkətimə, mənim evimə 
göndərib  bu  fəqir  bəndəni  Ģərafətli  etdiyinə  görə  qulunam,  qulunam,  qulunam,  qulunam.  –  O 

150  www.sarigelin.net 
 
salavat  çevirdi,  nəsə  oxudu,  diz  üstə  sürünüb  Ġsmayılın  ətəyindən  öpdü.  O,  ətəyi  gözlərinin 
üstünə qoydu. Sonra üzünü heyrətdən özünü itirənlərə tutub dedi: 
–  Nə  xoĢbəxt  adamlarsınız.  Bu  gül  camallı  Ģəxs  zamanın  sahibidi,  bizim  gözlərimiz 
qabağında  zühur  elədi.  Qalibiyyət  sizindi.  Bu  müqəddəs  Ģəxsin  yolunda  qan  tökmək,  candan 
keçmək ən böyük savab və xoĢbəxtlikdir. 
O, bir daha Ġsmayılın ətəyindən öpdü.   
–  Canım  sənə  fəda  olsun.  KaĢ  mən  də  cavan  olaydım,  silah  götürüb  qoĢulaydım  sənin 
müridlərinə. 
Dədə bəy də, Bayram  bəy və Rüstəm bəy qaramanlılar da, Xulafa bəy, Qara Piri bəy də, 
Lələ də ona səcdəyə baĢladılar. 
Ġsmayıl onların səcdəsinin sonunu gözləyib üzünü Mirzə Əliyə tutdu: 
– Ġndi mənim dediklərimə Ģərik olursanmı? 
– Sənə Ģəkk gətirən kafirdi. Sən hələ uĢaq olanda mən səni gizlətmək üçün Qur‟ani-Ģərifə 
and içməli oldum. Bilirdim ki, böyük günaha batıram. Amma qəlbimdə bir səs qalxmıĢdı ki, sən 
and  iç,  Qur‟ana  əl  bas,  bu  günah  deyil,  savabdı.  O  vaxt  Allahın  müqəddəs  kəlamı  sənin 
köməyində dayandı. Demək dünya elə belə deyilmiĢ. Dünyaya zamanın sahibi gələcəkmiĢ. 
Ġsmayıl  keçib  yerində  oturanda  onların  hamısı  aĢağı  tərəfə  keçdilər  və  gözlərini  onun 
dodaqlarına dikdilər. Ġsmayıl da məmnun-məmnun qızılbaĢ ağsaqqallarına baxdı. Vəziyyətin belə 
dəyiĢməyi onun keyfini durultdu və inandı ki, doğrudan da zamana sahiblik edə biləcək və onun 
qarĢısında heç kim dayana bilməyəcək. 
– Taromda müridlərimizin dəstələrinə baxıĢ keçirdərik. 
Ġstər-istəməz Dədə bəyin dilindən çıxdı: 
– Tarom Hüsaməddinin ixtiyarındadır, o isə bizim qatı düĢmənimizdir. 
 
Ġsmayıl ona mə‟nalı-mə‟nalı baxdı. 
– DüĢmənin bizə gücü çatmayacaq. ĠĢimizi Hüsaməddinin gözü qabağında görəcəyik, o isə 
bizə heç nə edə bilməyəcək. Oradan keçəcəyik Ərdəbilə, ġeyxin qəbrini ziyarət eləyəcəyik. Sonra 
oradan  qayıdacağıq  dəniz  kənarındakı  Ərcivan  kəndinə.  Ərcivanda  babamın  yaxın  dostu  və 
qayınatası  Zahid  Gilaninin  türbəsi  var,  onu  yad  eləmək  bizim  borcumuzdur.  Həm  da  qıĢ  vaxtı 
ocaqlığımız  olacaq  Ərcivan  kəndi.  Lələ,  ġirvana  dərviĢlər  göndərmək  lazımdı.  Qoy  onlar 
ġamaxıda zamanın sahibinin peyda olduğunu danıĢsınlar. Lələ dilləndi:  
– Bizimlə vuruĢmaq üçün hazırlığa baĢlamazmı?  
Ġsmayıl artıq dediyi sözün dəyərini bilirdi və onu müdafiə eləməyə əvvəldən hazır idi. 
– Çingiz xanın, Əmir Teymurun gəliĢini biləndə vuruĢa hazırlaĢardılar. Lap onun  gücünə 
bələd olsalar da belə. Amma Sahibi əz Zaman Mehdi peyda olubsa, bilirlər ki, ona qarĢı heç bir 
silah  iĢlətmək  olmaz.  Onda  əlləri-ayaqları  soyuyacaq.  Günahlarını  özləri  yaxĢı  bilirlər.  O 
günahlar  bağıĢlanılmaz  günahlardır.  Elə  bilirdilər  həmin  günahları  özləri  ilə  gora  aparacaqlar, 
orada necə olar, olar. Amma indi görəcəklər ki, yox, həmin günahlara görə bu dünyada da cəza 
var. 
Dədə bəy ayağa qalxdı, üzünü oturanlara tutub dedi: 
–  And  içirəm  Qur‟ani  kəbirə,  and  içirəm  Türk  pirinin  müqəddəs  qəbrinə,  and  içirəm 
dostumuz ġeyx Heydərin üz qoyduğu torpağa, zamanın sahibinin  bir sözü bizim yanımızda iki 
olmayacaq, onun bütün dediklərini canımız bahasına olsa da yerinə yetirəcəyik.   
Ġsmayıl onlara baxdı və gördü ki, atasının yaxın dostları olan bu qoca qızılbaĢlar necə sidq 
ürəklə,  təmiz  qəlblə  Dədə  bəyin  dediklərini  təkrar  edirlər.  YaĢı  az olsa da çox oxumuĢ və çox 
görmüĢdü. Tez bir zamanda biri-birini əvəz edən dərd və sevinc onu böyütmüĢdü, yetiĢdirmiĢdi. 
O,  dərk  eləmiĢdi  ki,  zəif  Ģəxsiyyətlər  tarixdə  heç  bir  iĢ  görə  bilməyib,  baĢqasının 
kölgəsində gəlib, kölgədə yaĢayıb,  qəbir daĢının kölgəsində əbədi yatıb. O kölgədən çıxmayan, 
öz kölgəsini bir adamın, bir tayfanın, bir ölkənin üstünə salmağı bacaranlar isə həmiĢə yaĢayıb. 
Onlarda  da  günəĢə  bənzəyən  bir  xüsusiyyət  var,  belələri  tək  qol,  qılınc  yox,  həm  də  ağılın, 
idrakın gücünə arxalanıb. 

151  www.sarigelin.net 
 
Düzdür,  ġeyx  Heydərin  dostları  çoxdur,  sağlığında  da  daha  çox  olub.  Bəs  onda  niyə 
yenilib,  həlak  olub.  Ġstəyinə  çata  bilməyib.  Babək  kimi  hamını  bir  gözdə  görüb,  toxum  əkən 
rəncbəri, yollardakı dilənçiləri əmirlərlə, əsilzadələr, bəylərlə eyni gözdə görüb. Həmin adamlar 
da canlarından keçib, lakin yenə də məğlubiyyətə rast gəlib, qalibiyyətə yox. Baxmayaraq ki, o, 
babasının əqidəsini xürrəmilik ilə qarıĢdırıb bir yerə yoğurmuĢdu. 
Bəs haqqın yolu hardadır? 
Çingiz  xanın  orduları  ölkəni  elə  xarabazara  çevirdi  ki,  əlli  il  sonra  da  kəndləri,  Ģəhərləri 
bərpa eləmək mümkün olmadı. Arxlar uçurulduğundan əkinlər, bağ-bağçalar qanqallığa, səhraya 
çevrildi. 
 
Müharibələr,  ölkə  daxilindəki  qiyamlar,  çəkiĢmələr,  quraqlıq,  aclıq,  vəba  xəstəlikləri, 
əhalidən yığılan 45– 46 cür vergi hamını cana gətirmiĢdi. XıĢı bir tərəfə atıb yolları kəsən əkinçi, 
özündən azacıq imkanı olanı soyurdu. Ölkəyə əmin-amanlıq, var dövlət və‟d eləyən vəzirlər və 
Ģahlar  rüĢvət  toplayırdılar.Ona  görə  də  vicdansızlıq,  zülm,  vəhĢilik,  yalan  mücəssiməsinə 
çevrilən taxtlara və orada oturmaq üçün biri-birini al qana boyayan hökmdarlara heç kim ümidini 
bağlamırdı. Ġl-ildən, gün-gündən, ruzgardan, Ģah Ģahdan daha pis gəlirdi. 
Aclıq çəkən, evində-eĢiyində sakit otura bilməyən adamların əlləri göydə qalmıĢdı. Amma 
o minlər və milyonlarla əllər də göydən onlara lazım olanı – Allahın rəhm və mürvətini, ədalətini 
torpağa  endirə  bilmirdi.  Ədalət  göydə  Allahda,  yerdə  əjdahanın,  Ģirin  ağzındaydı,  nə  ona  əl 
yetirdi, nə buna güc çatırdı. 
Allahdan  da  əllər  üzüləndən  sonra  ümidlərini  nə  vaxtsa  qeybə  çəkilmiĢ  on  ikinci  imam 
Mehdi sahib zamana tikmiĢdilər. Ġnanırdılar ki, gələcək, mütləq peyda olacaq və məĢhər ayağına, 
öz  ölümünə  yaxınlaĢan  insanlığı  xilas  eləyəcək,  yer  üzündəki  zorakılığı,  hərc-mərcliyi,  zülmü 
ərĢə qaldıranları bir qılınc qüvvəsi ilə məhv eləyəcək. 
 
Müsəlmanın bədbəxtliyi ondadır ki, öz gücündən çox qeybdən, yoxdan “gələcək” qüvvəyə 
inanıb  ki,  onun  arxasınca  getsin  və  bütün  iqtidarını  göstərsin.  Yoxsa  Ģəxsiyyətini  tanıdıqları, 
gördükləri  adamdan heç nə gözləmirlər. Belələrini çox qaldırıb gətirib baĢları  üstündəki  taxtda 
oturdublar,  o  da  qayıdıb  onu  qaldıranları  at  kimi  minib,  istədiyi  səmtə  sürüb,  keyfi  istəyəndə 
qamçılayıb, keyfi istəyəndə arpa samanını kəsib, keyfi istəyəndə də bazara çəkib, kim daha baha 
qiymət deyibsə, ona satıb. 
Artıq hamının bir ümidgahı var. O da Mehdi sahibi zamandır. Onun zühuru hər Ģeyi həll 
eləyə  bilər.  Adamlar  onun  gəliĢinə  o  qədər  inanırdılar  ki,  kəndlərdə  həmiĢə  bəslənmiĢ  yəhərli-
yüyənli  ağ  at  saxlayırdılar.  Yalnız  ağ  at.  Çünki  ağ  at  ağ  günün  timsalıdır.  Bazarlarda  ağ  atın 
qiyməti də buna görə qalxmıĢdı. Artıq ümidgahlarının da adından istifadə eləyib pul qazanmağa 
baĢlamıĢdılar. 
Ərdəbil qazısı Əhməd Kakulinin Ġsmayılı sahibi zaman adlandırdığını eĢitmiĢdilər. Bu söz-
söhbət camaat arasında yayılmıĢdı. Amma həmin hadisədən beĢ il keçmiĢdi və ümidlər də yavaĢ-
yavaĢ  itmiĢdi,  inamlar  qırılmıĢdı.  Ġnsanların  iztirablardan  xilas  olmaq  üçün  beĢ  il  gözləməyə 
taqətləri  hardaydı.  Onlar  Ġsmayılın  da  Mehdi  sahibi  zaman  kimi  yoxa  çıxdığını  görüb  əllərini 
birdəfəlik üzmüĢdülər. 
Zamanın sahibi nəinki taxtın, ölkənin, xəzinənin və qoĢunun sahibi olmalıydı,  o, həm də 
zamana sahib çıxıb onu dəyiĢməyi bacarmalıydı. 
Ġsmayıl bu barədə çox fikirləĢir, həmin adla üzə çıxmağı çox götür-qoy eləyir, bu sirri heç 
Lələyə  də  açmırdı.  Onu  narahat  eləyən  bir  fikir  vardı.  O  da  ondan  ibarət  idi  ki,  insanlar  ona 
inanmalıdır.  Ġnanmasalar  hər  Ģey  təzədən  alt-üst  olardı.  Birdən-birə  ona  təbi,  ilhamı  köməyə 
gəlmiĢdi.  ġe‟r  onu  daha  da  yüksəklərə  qaldırmıĢdı.  Budur,  həmin  Ģe‟rdən  sonra  qızılbaĢ 
ağsaqqalları  belə  əfsunlanıb.  Gözləri  qabağında  böyüyən  Ġsmayılda  ilahi  bir  qüvvənin  cəm 
olduğuna Ģəkk gətirmədilər. Demək heç kəs Ģəkk gətirməyəcək. 
YaxĢı, tutaq ki, ona hamı bu gözlə baxacaq. O da insanları öz arxasınca apardı, düĢmənləri 
basdı,  ölkəni  aldı,  taxta  çıxdı.  Bəs  ondan  sonra?  Yer  üzündəki  haqsızlıqları  aradan  götürə 
biləcəkmi? Zamanı dəyiĢməyi bacaracaqmı? 
O, dərin fikrə getdi. 

152  www.sarigelin.net 
 
Amma artıq ilk addım atılmıĢdı. 
KÖHNƏ BAZAR, TƏZƏ NIRX 
 
Gödək  Əhməd  Təbrizdə  ata  babasının  taxtında  oturmuĢdu.  Bu  məcazi  mə‟nada  belə 
idi.Əslində isə o taxtın yerini bir az da hündürə qaldırmıĢ, oraya Gödək Əhmədin özü üçün uĢaq 
kürsüsünə  oxĢar,  amma  bərli-bəzəkli,  daĢ-qaĢlı  bir  taxt  qoymuĢdular.  Ġlk  gündən  də  iĢə 
baĢlamıĢdı. Dövlət iĢləri aparmağı lap kiçik yaĢlarından Ġstanbulda öyrənmiĢdi. 
O bilirdi ki, Yunanıstanı, Valaxiyanı, Macarıstanı, Əflakı, Serbiyanı, bir sözlə Avropanın 
çox yerini tutan osmanlı qoĢununun arxasındakı ölkədə arxayınçılıqdı. Sultan yalnız ən böyük və 
mühüm  saydığı  iĢlərlə  məĢğuldur.  Xırda  tayfa  davaları,  ölkə  içindəki  hərc-mərcliklə 
maraqlanmır.  Doğrusu  heç  belə  məsələlər  də  yoxdur.  PaĢalar,  bəylərbəyilər,  Sancaqbəylər 
Sultanın  üzünə  ağ  olmur.  Orada  hamı  öz  yerini  bilir,  baĢqasının  yerinə  göz  dikmir.  Amma  bu 
ölkədə hökmdar qoĢun götürüb ölkənin o biri baĢına gedəndə, bu birisi baĢında bir özgəsi taxta 
oturur. Taxta nə qədər göz dikən var. Belə bir məkanda hökmdar kimi yerində möhkəm oturmaq 
çox  çətin  iĢdi.  Ölkədə  sakitlik  yaratmaq  üçün  əvvəl  özlərini  yarımallah,  yarımpadĢah  sayanları 
sakitləĢdirmək lazımdır. Onları sakitləĢdirməyin bir yolu var. Qılınc, kötük və aĢağı əyilmiĢ baĢ. 
Həmin baĢlar kötüyün yanına düĢməyənə qədər o kəllədəki gözlər hərisliklə taxt-tac axtaracaq. 
Bəs o baĢlar niyə qalxıb? 
Gödək  Əhməd  baĢa  düĢmüĢdü  ki,  hər  gələn  öz  tayfasını  qalanların  baĢına  çıxardır.  Öz 
qurbağasını o biri tayfaların marallarına baĢbilən, gözəllik dərsi verən qoyur. Öz diĢi təzə çıxan 
küçüklərinə  əlində  ixtiyarı  olmayan  tayfaların  ən  adlı-sanlı  köpəklərini  boğdurur.  Öz  pisini  o 
birilərin ən yaxĢılarından daha Ģərafətli tutur. Ona görə də bu tayfalar arasında qəribə bir intiqam 
hissi var. Onlar da çalıĢır baĢa keçsin və heyfini alsın. Yenə də öz qurbağasına gözəllər gözəli, öz 
madyanına köhlən, ayğır, öz ayranına yağ desin. Bunlardan baĢqa bir bəla da vardı. Ölkə əhalisi 
iki yerə bölünürdü. Ta qədimdən burada məskən salan, Ģəhərlər tikən, sənətkarlıqla məĢğul olan 
və  səlcuqlar  dövründə  gələn  köçərilər,  türkmənlər  (tərəkəmələr).  Köçərilər  sürülərini  dağdan 
arana, arandan dağa qovur, at belində böyüyür, at belində ölür. UĢaqlıqdan qılınc oynadır, ox atır, 
silahla  yatıb,  silahla  durur.  Oturaq  camaatın  saray  yanında  heç  bir  hörməti  yox  idi.  O,öküz 
idi,əkməliydi, biçməliydi; buğda becərib saman yeməliydi. Belələri həmiĢə piyadadı: evində də, 
iĢində də, hərbi səfərdə də. At belində gedən tərəkəmə əmri isə dinc vaxtı onun ağası, döyüĢ vaxtı 
sərkərdəsidi. PadĢah da, divandərə də atlını qoyub piyadaya havadar çıxmayacaqdı ki. Taxt-tacı 
qoruyan o sərkərdə də onun atlısıdır. Ordunu toplayan da, vergini yığan da, səltənətdə tarazlığı 
pozan da. 
Gödək Əhmədin o atlılardan xoĢu gəlmirdi. Sultan II Bəyazid onu baĢa salmıĢdı ki, yerini 
möhkəm eləmək istəyirsənsə atlını atdan sal. 
Ġkinci  tərəfdən  həmin  əmirlər  ölkədəki  torpaqların  çoxunu  öz  əllərində  saxlayırdılar. 
Syürqal  Ģəklində  bütün  yaxĢı,  məhsuldar  torpaqlar, bağ-bağçalar, kəndlər onlara bağıĢlanmıĢdı. 
Bu  syürqallardakı  rəiyyətlərdən  yığılan  vergilər  Təbriz  xəzinəsinə  deyil,  həmən  əmirlərin 

Yüklə 5,09 Kb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   35




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin