Xudafərin körpüsü



Yüklə 5,09 Kb.
Pdf görüntüsü
səhifə21/35
tarix21.03.2017
ölçüsü5,09 Kb.
#12113
1   ...   17   18   19   20   21   22   23   24   ...   35
cəhənnəm  əzabları  onun  yanında  muĢtuluq  olsun.  Mən  dediklərimi  yadında  saxla.  O  cəzanı 
verəndə məni nahaq yerə asdığını yadına salıb peĢman olacaq, arvad kimi ağlayacaqsan. Çünki 
sənin kimi əzazil cəlladlar dünyanın ən qorxaq, ən aciz adamlarıdır. 
Əbih  Sultanın  əli  qə‟ti  bir  hərəkətlə  endi,  kəndir  qazı  Əhmədin  saqqalını  sığallayıb 
damarları bilinən boğazına keçdi və dartındı. Onun yalın ayaqları göydən asıla qaldı. 
Bu  e‟damdan  sonra  düĢmənlər  də,  dostlar  da  bir  sual  qarĢısında  qaldılar:  “Bəs  Ġsmayıl 
hardadır?”. 
Həmin gün Ģəhər bazarında bir Ģəhərli tərəkəmədən motal pendiri alırdı. O, motalın tüklü 
tərəfini çevirmiĢdi, iri, yağlı tikələr görünürdü. Əvvəl qiymət söhbəti getdi. ġəhərli dedi: 
– Pendir yağdan baha olub? 
– Ay qadan alım, yağlı motal pendiridi, dayna. 
– Bu yağlıdı, yağ döyül axı. 
– Düzdü, yağ döyül, pendirdi, qiyməti də budu. 
– Qorxmursan? 
Birdən tərəkəmənin yadına nə düĢdüsə dedi: 

124  www.sarigelin.net 
 
–  Ağrın  aleym,  düz  deyellərmi,  o  ġeyx  Heydərin  oğlu  qeybə  çəkilib.  Dünya  pisləĢəndə 
gələcək? 
– Bəli. 
– Dünyanın nəyi pisdi ki, ağrın aleym? Qoyun var, inək sağılır, quzu məliyer. 
– Eh, – deyə görünür hər Ģeydən baĢ çıxaran Ģəhərli dilləndi. – Sənin üçün yaxĢı olar da. 
Pendiri  yağdan  baha,  Ģoru  yağ  qiymətində  satanda  kefin  kök  olar.  Axı,  bəs  bizim  günahımız 
nədi? Bir belə qırğın gedir, Ərdəbilin baĢına bir belə müsibət gətirirlər, bunu hara yazaq? 
Tərəkəmə baĢını buladı, dedi:   
– Neçədən istəyirsən, apar. Allah bundan betərindən saxlasın... 
Dağ  keçisi  dizlərini  qatlayıb  ağzını  uzadaraq  bitən  kəklikotunu  qırpmaq  istəyəndə, 
diksindi,  ayağa  qalxmaq  artıq  gec  idi.  Ox  alnındakı  qaĢqasına  batmıĢdı.  SürüĢüb  qayadan 
aĢağıya,  mağaranın  ağzındakı  yastanaya  düĢdü.  Oxu  atan  mağaranın  ağzındakı  mürid  idi. 
BaĢındakı artıq didilmiĢ on iki dilimli çalmasından tanımaq olardı onu. Sevindiyindən bilmirdi 
neyləsin.  Tez  dağ  keçisinin  üzünü  qibləyə  çevirdi,  kəmərinə  keçirdiyi  sapı  keçi  buynuzundan 
olan  bıçağı  çıxartdı  və  onun  baĢına  çəkdi.  Qan  fıĢqırıb  axdı,  keçi  bircə  dəfə  ayaqlarını  çəkdi. 
Bundan sonra o içəridəkiləri səslədi. 
– Səfər, gəl baxtımız varmıĢ, Allah ruzimizi göndərib. 
 
Dağ  keçisini  mağaraya  çəkdilər  və  orada  bıçaqla,  xəncərlə  soymağa  baĢladılar.  Oxu  atan 
mürid dedi: 
– Necədi yaralının halı?  
– YaxĢı deyil, qızdırması var. 
ġəmasə müsibətində Murad Sultanəlinin suya yıxıldığını görüb atını sürüb aradan çıxanda, 
dalınca  çoxlu  ox  atmıĢdılar.  Və  onlardan  biri  onun  kürəyinə  sancılmıĢdı.  Yəhərin  qaĢına  yatıb 
yaralı-yaralı  döyüĢ  meydanından  uzaqlaĢmıĢ,  sonra  da  yəhərdəcə  huĢunu  itirmiĢdi.  At  sakit 
heyvan idi, meĢə talasında yavaĢ-yavaĢ otlayır, onu da belində gəzdirirdi. Belə bir vaxtda döyüĢ 
meydanından qaçıb çıxan bir dəstə mürid ata rast gəlmiĢdi. XoĢbəxtlikdən Cibo Səfər də onların 
arasındaydı. 
– Ay canım, bu ki, Muraddır. 
– Murad kimdi? Mənə də tanıĢ gəlir sir-sifəti. 
– Rustəm Mirzənin sahib xəbəri. 
– Rüstəm Mirzənin? Ġndi onun qanını ĢüĢəyə tutaram. 
– Özündən çıxma. Bizim adamdı. Əbih Sultanın xəbərini o gətirmədi? Kömək eləyin, atdan 
düĢürək. 
Yerə qoyub kürəyindəki oxu çıxarmıĢ, yaranın yerinə əski yandırıb basmıĢdılar. Sonra da 
bu mağaraya gətirmiĢdilər. Amma özünə gəlmirdi. Ġstiliyi  enmir, hərdən bir sayıqlayır, iri, enli 
dodaqları  qaysaq  bağlayırdı.  Cibo  Səfər  onun  yanından  uzağa  getməsə  də,  əlacsız  idi.  Onu 
sağaltmaq  əlindən  gəlmir,  ağrısını  yüngülləĢdirmək  üçün  heç  bir  tədbir  tökə  bilmirdi.  Ovla 
baĢlarını girləyən müridlər gecə bir yerə yığıĢanda onlara yalvarmıĢdı: 
– Bu biçarə qərib ölüm ayağındadır. Təbib tanıyanınız varsa, ona bir əlac elətdirək.  
Səfər kimi bir arığı, yaĢlısı dedi: 
– Heç Sultanəlinin dərdinə qala bilmədik, indi ağqoyunluların sahib xəbərindən ötəri təbib 
axtaracağıq? O, ġəmasə yanında ölənlərdən artıqdır? 
– Elə danıĢma. Allaha xoĢ getməz. Çıxmayan cana hələ ümid çoxdur. 
Lal-dinməz bir mürid dedi: 
– Mən Ərdəbildə bir arvad tanıyıram. YaxĢı təbibdi. Otnan, ələfnən ölünü dirildir. 
Səfər  həmin  müridin  yaxasından  əl  çəkmədi.  Gecənin  birində  Ərdəbilə  gəlib  qadını 
tapdılar, razılığını alıb, qayıdıb səhərki axĢam Muradı onun evinə apardılar. Səfər Ərdəbili yaxĢı 
tanıyırdı, ona görə də hər yerdə Ağqoyunluların gözündən yayınıb geri qayıtdılar. 
Saçlarını qara yaylıqla çalan qadının yanağında iri bir ət xal vardı. Xalın üstündə uzun və 
kirpik  kimi  əyri  tüklər  bitmiĢdi.  Arvadın  bığı  da  vardı.  Sifətinin  dərisi  çürümüĢ  ağac  qabığına 
oxĢayırdı. Nə qədər çirkin olsa da, gözlərindəki mehribanlıq onu yapıĢıqlı göstərirdi. Onun beli 

125  www.sarigelin.net 
 
əyilmiĢdi, saçları ağ yuna bənzəyirdi. Təkcə gözləri qocalmamıĢdı. Onunla yanaĢı ağsifət, qartal 
burunlu,  amma  çox  pis  geyimli  bir  oğlan  da  dayanmıĢdı.  Oğlanın  sifətindəki  ifadədən  bilmək 
olardı ki, baxdığı adamı tanıyır. 
Qadını  da,  oğlanı  da  bu  cür  görən  Murad  idi.  Kürəyinə  ox  sancılandan  bəri  gözlərini  ilk 
dəfə açırdı. Gözlərinin də qabağında bu iki sifət dayanmıĢdı. O, çöhrələrdən arxada heç nə ayırd 
eləyə  bilmirdi.  Axı  bura  haradı,  yadındadır  ki,  ağ  paltarlı,  qızıl  saçlı  Sultanəli  qıvrıldı,  o  isə 
qılıncını sağa-sola çapdı. At oradan çıxıb xeyli qaçdı. Amma birdən-birə gözləri qabağında meĢə 
yuxarı qalxdı. O, çəngə-çəngə at tükü gördü. Bu onun gözləri qabağında dayanan at yalı idi. Bəs 
sonra?  Neçə  vaxtdır  elə  o  sağa-sola  aĢan  yalı  görür.  Bu  yal  nə  qədər  aĢacaq,  yırğalanacaq? 
Axırda, baĢı gicəldi, ürəyi bulandı. Amma gözlərini yumanda da eyni Ģey gördü. Və birdən-birə 
belə bir yer. Adamlar. UĢaq isə ona lap tanıĢ gəlir. 
– Mən hardayam? 
– YaxĢı yerdəsən. 
– Harda? 
– Ərdəbildə. 
– Ərdəbil indi kimin əlindədir? 
– Ağqoyunluların, – deyə qarı kədərli-pıçıltılı səslə dedi. – Əbih Sultanın! 
– Lə‟nətullah. Mənə bu da azdı. Gərək heç dirilməyəydim. Onu neçə dəfə cəhənnəmə vasil 
eləyə bilərdim. Heyif... 
Bəs sənin adın nədir?   
– Adım Ubadı, oğul. Yaran ağrıtmır? 
– Yaram? 
– Xəbərin yoxdu? Ox lap kürəyinə sancılmıĢdı. Dava-dərman eləyirəm, məlhəm qoyuram, 
yavaĢ-yavaĢ sağalır. Murad yavaĢ səslə dedi. 
–  Allah  balalarına  kömək  olsun.  –  Və  indi  ona  agah  oldu  ki,  niyə  tez-tez  elə  bilirdi  ki, 
kürəyində gicitkan bitib, hayana tərpənirsə, onu dalayır. 
Qarı dinmədi. Onun bu dünyada heç kəsi qalmamıĢdı. Murad uĢağın ağıllı gözlərinə baxdı. 
Birdən-birə  tanıdı.  Odur,  özüdür.  Əlini  qaldırıb  iĢarə  elədi  ki,  Uba  qarı  qulağını  ona 
yaxınlaĢdırsın. 
– Tanıdım uĢağı. ġeyx Heydər oğlu Ġsmayıldı, elə deyilmi? 
Qarı əlini onun dodaqlarına qoydu və diri gözlərini evin içində hərlədi. 
– Yox, nəvəmdi. 
– Mən onu yaxĢı tanıyıram. Onları zindandan çıxarıb aparanda mənim də köməyim dəyib. 
QardaĢı rəhmətlik Sultanəlini nə qədər qılınc çaldımsa, qurtara bilmədim. Ox məndən tez çatdı 
ona. Qorxma, mən dost adamam, sirr saxlamağı da bacarıram. Ay Uba xala, axı bu dünya niyə 
zillət, zülm, göz yaĢı, zorakılıq üstündə qurulub? 
Ġsmayıl da yaxına gəldi. O da bığları qoç buynuzu kimi əyilib qulaqlarına çatan bu adamı 
tanımıĢdı. Bu evə gətirilən gündən. Amma adını bilmirdi. Ağrının Ģiddətindən sifəti həmiĢə qırıĢ-
qırıĢ olurdu. Ġndi isə o qırıĢlar yoxdu. 
– Mən səni tanıyıram, əmi. 
– Çox sağ ol, əvvəlki kimi at üstündə olsaydım, daha yaxĢı tanıyardın. Eybi yoxdu, sağalıb 
duraram, at belinə qalxaram, qılıncımı götürrəm, onda Əbih Sultanın atasına od vuraram. 
– Mən də sənə kömək eləyəcəm. 
–  Sən  qabaqda,  sərkərdə  kimi,  Sultanəli  kimi  gedəcəksən,  bu  qoca  Murad  da  sənin 
buyruqlarını yerinə yetirəcək. Onda biz birləĢib bu torpaqda nə qədər pis adam varsa, hamısını 
yox eləyəcəyik. YaxĢılara yol açacağıq. 
– Əmi, sən Hüseyn Lələnin yerini bilirsən? 
Hüseyn  Lələnin  Ġsmayıl  üçün  dünyada  ən  əziz,  ən  yaxĢı  adam  olduğundan  xəbəri  vardı. 
Amma onu ġəmasə yanında görmüĢdü.  
– Yox, ay gözəl və ağıllı oğlan. Bilmirəm. Sağalan kimi taparam. Sənə söz verirəm. 

126  www.sarigelin.net 
 
Tumanın  uzun  ətəkləri  gücsüz  ayaqlarına  dolaĢan  Uba  qarı  da  gəlib  Muradın  yanında 
çöməldi. Ġsmayılın sözlərini eĢitmiĢdi. Onun baĢını sığalladı. 
–  Tapacağıq,  darıxma.  Lələ  sağ-salamatdı.  DüĢmən  əlinə  keçməyib.  Muradı  bura  gətirən 
müridlər xəbər verdilər ki, müridlərin çoxusu Bəqr dağındadı. 
Ġsmayılı  Uba  arvadın  yanına  qazı  Əhmədin  özü  gətirmiĢdi.  Bir  dəfə  Ġsmayıl  darvazadan 
küçəyə  çıxmıĢdı.  Qazı  tez  duyuq  düĢüb  onun  dalınca  çıxmıĢ,  görmüĢdü  ki,  bir  adam  arxasına 
dönüb  baxa-baxa  harasa  tələsir.  Qazı  da  hiss  eləmiĢdi  ki,  onu  tanıyıb  və  çuğullamağa  qaçır. 
Götürüb  çoxdan  tanıdığı  və  inandığı  Uba  arvadın  yanına  gətirmiĢdi.  Qayıdanda  onu 
yaxalamıĢdılar. Ġsmayılı gətirəndə demiĢdi ki, Hüseyn Lələ bəyə xəbər göndərəcək, gəlib Ġsmayılı 
onun evindən aparsın. Amma buna macal tapmamıĢdı. 
Birdən-birə Uba arvad susub dinləməyə baĢladı. Bir vəhĢi, çılğın qadın səsi eĢidilirdi və o 
get-gedə daha da aydınlaĢdı. Bilmək olmurdu ağlayır, ya oxuyur. 
–  Burnuma  Ġsmayılımın  iyi  gəlir.  Qulağıma  Ġsmayılımın  səsi  gəlir.  Sifətimə  Ġsmayılımın 
nəfəsi dəyir. 
Ġsmayıl da bu səsi tanıdı. Səkinənin səsi idi. Durub küçəyə qaçmaq istədi.   
– Səkinə xaladı, Səkinə xaladı. O məni anamın yanına aparacaq... Burax!.. Burax!.. 
Uba arvad onu qolları arasına alıb güclə saxladı. 
– Hara, qurbanın olum? DüĢmənlər sənin ovuna çıxıb. Görən kimi öldürərlər. 
– Mən heç kimdən qorxmuram. Anamın, Sultanəlinin, Ġbrahimin yanına getmək istəyirəm. 
Muradın iri gözlərindən iri gilələr qopub gözünün yanından qulağına tərəf axdı. 
Səkinənnn səsi lap yaxından eĢidilirdi: 
– Ġsmayılımın iyi burnuma gəlir. Atam-anam, Ġsmayıl huyy... 
Murad qəhərli səslə soruĢdu:   
– O arvad kimdi? 
 
 Dəlidi. Küçələrdə gəzir. ġəmasə davasında bir oğlu ölüb, adı Ġsmayıl. Onnan baĢına hava 
gəlib. Bütün gün küçələri gəzib baĢına kül ələyir, beləcə qıĢqırır. 
–  Yox,  o  məni  axtarır,  Səkinə  xaladı.  – Özünü saxlaya bilməyib  ağladı. YaĢ gözlərindən 
yaz yağıĢı kimi ələndi. 
 
 
LAHĠCANDA MƏRASĠM 
 
Üç  yüzə  qədər  Ağqoyunlu  atlısı  dəmirağaç  meĢəsindən  çıxıb  BiyəpiĢ  mahalının  kiçik 
Lahican Ģəhərinə girdi. Bu Ģəhərin daĢ döĢənmiĢ dar küçələri vardı. Küçənin hər iki tərəfindəki 
iri  pəncərəli  dükanlarda  sənətkarlar  iĢləyirdi.  Misgərlər  kürədən  təzəcə  çıxardıqları  köz  rəngli 
misi zindan üstünə qoyub hər tərəfdən çəkiclə döyür, yeddi-səkkiz adamın çəkici qalxıb-ensə də, 
hamısı  bir  nöqtəyə  vursa  da,  heç  biri  o  birisinə  mane  olmurdu.  Qapıdan  qalaylanmıĢ  plov 
qazanları, güyümlər, ortasında Quran ayələri həkk olunmuĢ sinilər, atlıların baĢındakı dəbilqələrə 
oxĢayan  aĢ  sərpuĢları  asılmıĢdı  və müĢtərilərini gözləyirdi. Onların yanında dulusçular dəzgahı 
fırlayıb səhəng, küp düzəldirdilər. Bir az aralıda zərgərlər, necə deyərlər, iynə ilə gor qazırdılar. 
Bütün Ģəhər ağ, sal daĢlardan tikilmiĢdi. Hörgülərin aralarına isə palıd tirlər atılmıĢdı. Darvazalar 
küçəyə açılsa da, bir dənə də olsun pəncərə küçəyə baxmırdı. 
Qarğıdalıya  bənzər  daĢ  küçədə  at  ayaqlarının  səsi  eĢidiləndə  hamı  iĢini-gücünü  buraxıb 
onlara tamaĢa eləməyə baĢladı. 
Qabaqda, gümüĢ yəhərdə lovğa-lovğa oturan, zər-ziba geymiĢ Qasım bəy Pərnək heç kimə 
fikir  vermirdi.  Elə  bil  heç  Ģəhərə  girmirdilər.  MeĢə  yolu  ilə  gedirdilər.  Bir-birinə  bənzəyən 
ağaclara  baxmaqdan  yorulmuĢdu.  Ondan  sonra  gələn  atlının  yəhərinin  qaĢından  asılmıĢ  dəri 
torbaya bayrağın ağacını keçirmiĢdilər. Bu bayraq xeyli hündür idi və onun ipək parçası üstündə 
vurağan ağ qoçun Ģəkli təsvir edilmiĢdi. 

127  www.sarigelin.net 
 
BiyəpiĢ  mahalı  Ağqoyunlu  torpağına  tabe  olmasa  da,  kiçik,  zəif  bir  mahal  idi ki,  istəyən 
vaxt icazəsiz, filansız Ağqoyunlu atlıları onun baĢ Ģəhəri Lahicana girə bilərdi. Burada gilanlılar 
yaĢayırdı. Özləri də əkinlə, biçinlə, sənətkarlıqla məĢğul olub güzəranlarını keçirirdilər.   
Atlılar  kiçik  Ģəhərin  biri-birinin  yanında  tikilmiĢ  dörd  məscid  və  dörd  hamam  olan 
meydanında dayandılar. YaĢı əllini haqlamıĢ Qasım bəy bir ildən artıq idi ki, bütün ölkəni ələk-
vələk  eləmiĢ,  Ərdəbildə  “qeybə”  çıxan  Heydər  oğlu  Ġsmayılı  tapa  bilməmiĢdi.  Bir  dəfə  onun 
sorağını  TalıĢ  dağlarındakı  Kirko  kəndindən  almıĢdı,  dəstəsini  aparmıĢ,  amma  əlinə  heç  nə 
keçməmiĢdi.  Günbatanda, Orta dənizin  sahillərindəki Qaraman əmirliyindən xəbər çıxmıĢdı ki, 
Ġsmayıl  ordadır.  Xəfiyyələr,  çuğullar,  əyyarlar  göndərmiĢdilər,  amma  xəbər  yalan çıxmıĢdı.  Bir 
sözlə,  səkkiz  yaĢlı  Ġsmayıl  Ağqoyunlu  səltənəti  ilə  gizlənpaç  oynayırdı.  Elə  bil  Rüstəm  Mirzə, 
Əbih  Sultan  bərədə  dayanıb  gözlərini  yummuĢdular,  onun,  “burdayam”  kəlməsini  eĢitmək 
istəyirdilər  və  bu  kəlmə  eĢidilirdi.  Gözlərini  açıb  səs  gələn  tərəfə  gedəndə,  səs  bu  dəfə  tamam 
baĢqa bir istiqamətdən gəlirdi. Bu müddətdə Qasım bəy Pərnəyin üç yüz atlısı da əldən-ayaqdan 
düĢmüĢdü. 
Bu  dəfə  əyyarlar  səhih  mə‟lumat  gətirmiĢdilər.  Ġsmayıl  BiyəpiĢdədi,  onu  qoca,  gününü 
ibadətdə  keçirən  mahalın  hökmdarı  Mirzə  Əli  Karqiya  gizləyib  saxlayır.  Qızılözən  çayının 
günbatanında  Biyəpas  mahalı  idi  ki,  əhalisi  sünnü  mənsəb,  gündoğan  tərəfdə  BiyəpiĢ  idi  ki, 
əhalisi Ģiə mənsəb idi. Əyyarlar, çuğullar xəbər gətirmiĢdilər ki, Ġsmayılı Hüseyn Lələ bəy çıxarıb 
BiyəpiĢə gətirib. Əvvəla, Lələnin özü də bu tərəflərdəndi, ikincisi də Mirzə Əli ġeyx Heydərin, 
Səfəviyyə ocağının müridlərindən hesab olunurdu. 
Qasım  bəyə  göstəriĢ  vermiĢdilər.  Əgər  Mirzə  Əli  Ġsmayılı  verməsə,  onda  BiyəpiĢi 
darmadağın eləsinlər, əkinlərə, meĢələrə, evlərə od vursunlar. 
Qasım bəy dəstəyə meydanda dayanmağı buyurub, özü bir neçə müridlə atını Mirzə Əlinin 
iqamətgahına  sürdü.  Onun  iqamətgahı  uzun,  ağaclardan  yonulub  tikilmiĢ,  yanlardan  kərpiclə 
hörülüb, üstü kirəmidlə örtülmüĢ gilan və talıĢ məscidlərinə bənzəyirdi. Atlılar binanın həyətində 
dayananda Mirzə Əli rəhilə qoyub vərəqlədiyi Qurandan yasin surəsini oxuyub qurtarmıĢdı. Səs-
küy  eĢidib  yanındakı  çərçivədə  yuxarıya-aĢağıya  hərəkət  eləyən  pəncərəni  qaldırdı,  altına 
çubuqdan dayaq vurdu və oradan həyətdə nökərlərin tutduğu gümüĢ yəhərli ata baxdı. 
– Bu kimdi? 
Ġçəri girən Qasım bəy baĢ əymədən, salam vermədən dedi: 
– Mənəm. Ağqoyunlu taxtının minbaĢısı Qasım bəy Pərnək. 
–  XoĢ  gəlmisən.  Mənə  görə  Rüstəm  Mirzənin  qulluğu.  –  O,  Quranı  öpüb  qızıl  qabına 
qoydu, öpüb gözünün üstünə qoyandan sonra xidmətçiyə verdi. 
– XoĢ gəlməyimin bir səbəbi var. Aldığım tapĢırıq belədi. Əgər Heydər oğlu Ġsmayılı mənə 
verməsən, onda BiyəpiĢin altı üstünə çevriləcək, onun yerinə sənin özünü Təbrizə aparacağıq. 
Mirzə Əli görünür belə hədə-qorxuları çox eĢitmiĢdi. Ona görə də halını pozmadı. 
–  Yenə  deyirəm,  xoĢ  gəlmisən.  Əvvəla,  atlardan  düĢün,  bir  tikə  Allah  verən  halal 
çörəyimizdən yeyin, sonra danıĢaq, yoxsa, belə iĢ getməz. 
Qasım  bəy  ucaboy,  iriburun,  iriqulaq,  yekəağız,  heyvərənin  biriydi  və  belə  adamlar  heç 
kimlə  xoĢ,  nəzakətlə  danıĢmağı  bacarmırlar.  Onun  bu  dünyada  bacardığı  bir  iĢ  vardı.  O  da  ən 
güclü  dananın  irtməyindən  yapıĢıb,  hərləyib-hərləyib  irtməyi  üzmək  idi.  Əbih  Sultan  da  bilirdi 
kimə nə iĢ tapĢırır. YapıĢdımı, irtməyi üzməmiĢ əl çəkməyəcəkdi. 
Mirzə Əli çox yaĢlı, balacaboy, xırdagözlü, irialınlı, nazikçənəli bir adam idi. Hökmdardan 
daha çox əkinçiyə oxĢayırdı. Taxılı səpməyi kəndlərdə əməli saleh, ən ürəyidüz, əlitəmiz və halal 
adamlara  tapĢırardılar.  O  da  belə  bir  kiĢiydi.  Balaca  mahalı  ağıl,  məsləhət  və  məharətlə  idarə 
eləyirdi. 
–  Yox,  Mirzə  Əli,  yaxĢısı  budur  Ġsmayılı  xoĢluqla  ver,  götürək  gedək.  Yəqin  sənin  də 
balaların var, onların da Ġsmayıl kimi didərgin düĢməyinə razı olmazsan. 
–  Ġgid,  əvvəla,  mənim  bu  elin  ağsaqqalı,  baĢbiləni,  hökmdarı  olmağımı  nəzərə  alıb  belə 
danıĢma. Ġkincisi də Ġsmayıl burada nə gəzir. 
– Əlimizdə səhih xəbər var. 

128  www.sarigelin.net 
 
–  Yəni  o  səhih  xəbəri  verən  BiyəpiĢi  məndən  yaxĢı  tanıyır?  Bu  dünyada  ara  qarıĢdıran 
Ģeytan,  böhtançı  olmasaydı,  nə  olardı  görəsən.  Yox,  əgər  sənin  hökmdarın  bizi  qovğaya, 
qalmaqala çəkirsə, bunu ayrı yolnan eləyə bilməzdimi? YaxĢı, adamlarına de, atlardan düĢsünlər. 
Burada bir-birimizə qoĢunkeĢlik eləmirik, Allaha Ģükür. Bir tikə Allah verən ruzimizi yeyək, ac 
qarınla  yox,  tox  qarınla  söhbətimizi  eləyək.  Atlılarını  götürüb  mahalımızı  talasan, bizi  o qədər 
ağrıtmaz,  nəinki  çörəyimizi  yeməyib  getsən.  DüĢün.  Sonra  sənə  o  səhih  xəbəri  verəni  salaq 
qabağımıza,  mən  də  sizə  qoĢulum,  o  dediyi  yerləri  axtaraq.  Taparıq,  sizin  baxtınıza,  tapmarıq, 
daha mən nə deyim. 
Qasım  bəy  yumĢaldı,  tapĢırdı  ki,  atdan  düĢsünlər.  Mirzə  Əli  göstəriĢ  verdi,  qəssablar  iĢə 
baĢladılar.  Qoyunları  kəsdilər,  qənarəyə  keçirib  soydular,  aĢbazlar  manqalları,  qazanları 
hazırladılar,  aĢbaz  köməkçiləri  su  qızdırıb  düyü  seçdilər.  Mehtərlər  isə  uzun  axurlarda  üç  yüz 
atın qabağına arpa, beĢinin qabağına kiĢmiĢ, xurma tökdülər. 
 
Mirzə Əli özü bu iĢlərin hamısı ilə maraqlanırdı. O, həmiĢə qəssabların qoyun kəsməyinə 
baxanda ürəyində Ģükür eləyirdi. 
–  Allah,  səndən  çox  razıyam.  Neçə  ildi  burada  hökmdaramsa,  qəssablarım  qoyun  kəsib, 
cəlladım  olmayıb,  onlar  bir  adamın  boynunu  vurmayıb.  Bəs  indi  necə  olacaq?  Bəlkə  elə  bu 
atlıların  hamısını  zəhərləsinlər.  Yox,  onun  BiyəpiĢində  heç  üç  siçanı  öldürməyə  də  ağu 
tapılmazdı. Bu atlıların əlindən mahalı necə qurtaracaqdı bəs? Axı Ġsmayıl buradadı. Lələ bəylə 
lap dağların baĢında, dəmirağaclı Kirkan meĢəsindəki xırda kənddə gizlənmiĢdi. 
BeĢ-on evlik kiçik kənddə libaslarını dəyiĢib yaĢayırdılar. Həmin kənd isə onların keĢiyini 
çəkirdi. Lələ Ġsmayılı biçənəklərə, ova, gəzintiyə aparır, özləri ilə gətirdikləri iki at yükü kitabları 
oxuyur, ona savad verirdi.  
Mirzə  Əli  müridi  olduğu  səciviyyə  təriqətinin  son  ümüdini  qoruyub  saxlamaq  üçün  öz 
canını da verərdi. Bundan da baĢqa BiyəpiĢ camaatının bir xüsusiyyəti vardı, onlar hamısı qurban 
gedərdilər,  amma  qonağı  güdaza  verməzdilər.  Bu  qonaqlığı  bəhanə  eləyib  o  fikirləĢir,  tədbir 
tökürdü. Qasım bəyin ağzını necə xama verəcəyini bilmirdi. 
O, qayıdıb Qasım bəylə bərabər oturdu, bardaĢ qurdu. Bu nəhəngə, heyvərəyə yol axtardı. 
 –  Hörmətli  Qasım  bəy,  bizim  bu  camaat  çox  sadədildi.  Əvvəllər  burada  üç  quldur 
camaatın  mal-qarasını,  var  yoxunu  soyub  aparırmıĢ.  Bu  hələ  mənim  babamın  vaxtında  olub. 
Babam  da  belə  Ģeylərə  dözən  adam  deyilmiĢ.  Bir  dəstə  adam  göndərir,  quldurlar  qaçıb 
böyürtkanlıqda gizlənir. Böyürtkan təzə yetiĢibmiĢ, bizim dildə böyürtkana bəğələ deyirlər. Nəsə 
quldurlardan  birini  oxla  vururlar.  Görürlər  ki,  bundan  çox  qara  qan  axır. Dəstə baĢçısı məəttəl 
qalır, deyir: 
– Bunun qanı niyə belə qaradır? 
O biri kolda gizlənən quldur səsini çıxarıb, bunlara qulluq göstərmək üçün deyir: 
– Bə, bəğələ yeyib də. 
Onu da vururlar. Vurmaqlarına da peĢman olurlar. Dəstə baĢçısı deyir: 
– Bədbəxt dinməsəydi, heç ölən də deyildi. Bu vaxt kolda gizlənən üçüncü quldur da səsini 
çıxardır:  
– Gör heç mən dinirəm!  
O  da  öz  səfehliyinin  yox,  sadəliyinin  güdazına  gedir.  Bir  sözlə,  bizim  camaat  belə  ürəyi 
təmizdi.  Əgər  sən  axtardığın  adam  burada  olsaydı,  onda  çoxdan  gəlib  mənə  xəbər  verərdilər. 
Əgər mən bilməsəm, onu gedib Təbrizə çatdırmazlar. Görünür, bu sözü yayanın özü düz bəndə 
deyil ki, bu boyda adamlara zəhmət verib bura gətirib. 
– Mirzə Əli, mən bura Rüstəm Mirzənin fərmanıynan gəlmiĢəm. Ya Ġsmayılı aparmalıyam, 
ya da... 
– Tapmasaq necə? 
– Mən bilmirəm. PadĢah tapĢırıb, mən də tapmalıyam.  
Əbih  Sultan  Ģərt  kəsmiĢdi  ki,  kim  Ġsmayılı  tapıb  gətirsə  ona  əmirlik  rütbəsi  və  ölkənin 
harasında istəsə beĢ kənddən ibarət syürqal veriləcək. Dananın irtməyini dartıb çıxardan Qasım 
bəy bu fürsəti əldən verərdi? 

129  www.sarigelin.net 
 
Ağsaqqal  Mirzə  Əli  bu  biədəb  misaldan  utandı,  ağ  saqqalının  arasından  görünən 
yanaqlarına qızartı çökdü. Hələ onun özündən bir yaĢ kiçiklər belə onunla aradan pərdəni götürüb 
belə açıq-saçıq söhbət eləməmiĢdi. Özünü ələ alıb söhbətin səmtini dəyiĢdi: 
– Qasım bəy, bu üç yüz atlıyla axtardığın Ġsmayılın neçə yaĢı var? 
– Gərək ki, səkkiz yaĢındadı. 
–  Səkkiz!  –  deyə  Mirzə  Əli  gülümsədi.  –  Ağqoyunlu  padĢahlığı,  maĢallah,  məqribdən 
məĢriqə uzanır. Onun ordusunun qabağında dayana biləcək ordu yoxdu. Ġndi bu səkkiz yaĢındakı 
uĢaq nədi ki, onu belə əlimyandıyla axtarırsınız? O körpə tifilin qılınc vuran qolu yox, camaatı 
qaldırıb arxasınca aparası dili və cəsarəti yox. 
Qasım  bəy  onun  inamla  dediyi  bu  sözləri  fikirləĢdi.  Ağlına  da  batdı.Amma  onun  öz 
məqsədi vardı. O, əmirlik rütbəsindən keçə bilməzdi Ġsmayıla görə. 
– Sən də düz deyirsən Mirzə Əli bəy. Axtarırlarsa, demək lazımdı. Bəlkə böyüyəndə bir iĢ 
qarıĢdıracaq. DüĢməni gərək bələkdə boğasan. 
–  Bu  da  ağıllı  sözdü,  amma  cavansan,  mən  qocanın  bir  məsləhətini  də  eĢit.  Deyirlər  ki, 
uĢaq  sirdi,  mö‟cüzədi.  Qeybə  çəkilib.  Onların  ocaqlarına  inanmayanlar  sonradan  peĢman  olub. 
Kim  o  nəslə  sataĢıbsa  xeyir  aparmayıb.  Sultan  Yaqub  rəhmətlik  onlara  pislik  elədi,  anasının 
verdiyi  zəhərdən  öldü.  Hansı  ana  oğluna  zəhər  içirdər?  Heç  biri.  Bəs  niyə  içirtdi?  Onu  bu  iĢə 
məcbur eləyən sirli bir qüvvə var da. Ġnanmayan kafirdi. 
Qasım bəyi bu iĢdə Allahdan da, peyğəmbərdən də çox maraqlandıran rütbə və syürqal idi. 
Həm də belə söhbətlərdən də qorxurdu. Bir az da danıĢsa, onun ürəyində elə Allah xofu yaradardı 
ki, bu iĢdən tamam əl çəkərdi. Ona görə özündən çıxdı: 
– Mirzə Əli, söbhəti ora-bura atma. Ġsmayılı tap ver. Aramızda narazılıq olmasın. 
Mirzə Əli pərt oldu, həm də gördü ki, onu bu söz-söhbətlə aldada bilməyəcək. 
– YaxĢı, Qasım bəy, Qur‟ani-Ģərifə inamın var da?  
Qasım bəy diksindi. Elə bil ona biz batırdılar. Səsinii yoğun yerinə saldı. 
– Mənə bu sözü evində deməsəydin, onda cavabı qılıncla verərdim. Qura‟ni-Ģərif yolunda 
balalarımın baĢını kəsərəm, “uf” da demərəm. 
–  Çox  gözəl,  çox  pakizə.  Qur‟ana  and  içsəm  ki,  Ġsmayıl  burada  yoxdu,  onda  mənə 
inanarsan? Qasım bəy onun qarĢısındakı rəhilə baxdı. Orada quran yox idi. 

Yüklə 5,09 Kb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   35




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin