Azərbaycan respublikasi təHSİl naziRLİYİ



Yüklə 147,22 Kb.
səhifə1/2
tarix30.12.2021
ölçüsü147,22 Kb.
#49159
  1   2
Aytən Məmməzadə Az-Ədəbiyyatı tarixi -5


AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ AZƏRBAYCAN UNİVERSİTETİ


Sərbəst iş

Fakültə: Humanitar Fənnlər

İxtisas: Filologiya (Azərbaycan dili və ədəbiyyatı)

Fənn: Azərbaycan ədəbiyyat tarixi-5

Kurs: 3

Qrup: 192201

Mövzu: “Anar-“Ağ qoç, qara qoç” əsəri”

Müəllim: Dosent Fərhad Mədətov

Tələbə: Aytən Məmmədzadə

Bakı-2021



Plan


  • Giriş

  • Anar-“Ağ qoç, qara qoç” əsəri

  • Nəticə

  • Ədəbiyyat siyahısı


Giriş

Anar elə "Məlikməmməd nağılı"nın işığında öz nağılını yazır. Ağlı-qaralı, enişli-yoxuşlu dünyamızın yollarında necə hərəkət etməyi və öz hərəkəti ilə haraya gedib çıxa biləcəyini "Məlikməmməd nağılı"ndan getirdiyi bu sözlərlə göstərir: "O vaxt döyüşə-döyüşə iki qoç gələcək. Biri ağ, biri qara. Ağ qoç qara qoçu qovacaq. (Deməli, ağ günlər öz əlimizdədir, daha güclüdür və biz onu əldən verməməliyik, müəl.). Onda atıl min ağ qoçun belinə. Ağ qoçun belinə minən kimi işıqlı dünyaya çıxacaqsan. Qara qoça minsən, (deməli, qara qoça minməyin öz xislətindən irəli gəlir, minməyə də bilərsən, minirsənsə bilə-bilə, özün-özünü qara, pis günlərə aparırsan) qaranlıq dünyaya düşəcəksən".



Anar qəhrəmanını ağ günlərə hazırlayır. Ağ günlərin şirinliyini nağılının birinci fəslində ona dadızdırır. "Birinci nağıl" adlanan hissəsində işıqlı dünya təkcə başının üstündə günəş, ay, ulduz olan dünya mənasında deyil, bəxtiyar, xoşbəxt, firavan Azərbaycan mənasındadır. Anarın qəhrəmanı ilk öncə utopiya adlandırdığı bu Azərbaycanın vətəndaşı kimi oxucuya təqdim edilir. Məlikməmmədlinin özü kimi, milləti də, ailəsi, uşaqları da bu bütöv, qüdrətli Azərbaycanın vətəndaşlarıdır. Onun xalqi döyüşə-döyüə gələn iki qoçun - zamanın içərisində öz ağlı, təfəkkürü, insani, hümanist, bəşəri duyğuları ilə xeyirli, ağ günlərin müjdəsi olan ağ qoçu seçib. Bu yolda zaman onu qara qoçun üstünə atmaq istəsə də mübarizədən qorxmayıb, əzmkarlıq göstərib, istəyinə nail olub. Qarşıya çıxan iki yoldan birinin daha doğru yol, millətini ağ, xoşbəxt günlərə aparan yol olduğunu anlayıb, qüvvələrin, millətinin birləşdiyi səmtə gedib, birliyə nail olmaqla ağ günlər əldə ediblər. Ata-oğul övlad - ana- vətəndaş öz ideyalarında milli birliyi qoruduğundan qüvvələr nisbəti ağ qoçun- ağ günün xeyrinə həll olunub. Bununla da Yeni Azərbaycan ağ qoç üstündə öz işini quraraq dünyanın ən sivil dövlətlərinə çevrilib. Anar bu gün öz məmləkətində qoyulmuş belə bir dövlətin təməlinin qorunub saxlanmasını, onun ağ qoç üzərində inkişafının istəyicisidir. Çünki Azərbaycan ağır sınaqlardan çıxdı. 20 Yanvar deyilən qanlı, lakin şərəfli bir tarixi öz səhifəsinə yazaraq, Azərbaycan Demokratik Respublikasını yenidən bərqərar etdi. Dünya onun müstəqilliyini tanıdı. Azərbaycan sürükləndiyi müharibədən öz dövlətçiliyini qoruyub saxlamaqla çıxa bildi. Atəşkəslik əldə olundu. Bu müddətdə Azərbaycan öz Milli Ordusunu yaratdı. Bu gün torpaqlarımızın sülh yolu ilə qaytarılması uğrunda ardıcıl mübarizə aparılır. Dünya Azərbaycanlılarının həmrəyliyinə nail olmuşuq. Anarın "Ağ qoç, qara qoç" əsərindəki qüdrətli Azərbaycanın iqtisadi, siyasi, mədəni cəhətdən inkişafının, Bakı-Ceyhan və digər neft qaz kəmərlərinin qurulmasının təməli onun bu gün reallıqlarını yaşadığı bu dövrdə qoyulub. Deməli onun arzuladığı cəmiyyətin əsası qoyulub, iki qoçun mübarizəsi, döyüşü onun zamanında başlayıb, ağıllı sərkərdə, əsgər olmalısan ki, döyüşdən qalib çıxmaq üçün ehtiyatı əldən verməyəsən. Bu mübarizə yolunda əsas olaraq birlik durur. Bu günkü milli birlik bizim Anarın "Birinci nağıl"ında əvvəlcədən böyük uzaqgörənliklə göstərdiyi xoşbəxt, ağ günlərə çıxa bilməyimiz üçün real şəraitdir. Bu reallıq onun əsərini nağıllardan uzaqlaşdırır.
Çağdaş Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələrindən biri olan Anarın «Ağ qoç və qara qoç» əsəri son illərdə nəşr olunan romanlar içərisində əhəmiyyətli yerlərdən birini tutur. Həcmcə o qədər də böyük olmayan roman ictimai siyasi mövzuda qələmə alınmışdır.

<<İki hissədən ibarət olan roman «utopik və antiutopik nağıllar» adlandırılmış və hər bir hissəyə «Məlikməmməd» nağılından gətirilmiş ağ qoç və qara qoçla bağlı uyğun epiqraflar verilmişdir. Lakin bütövlükdə roman nağıl üslubuna söykənilərək yazılsa da, «Qeyd edək ki, Anar romanın birinci nağılında utopiya anlayışında işıqlı dünyanı nəzərdə tutur. Məlum olduğu kimi, «utopiya anlayışı heç də həmişə sadəcə xəyal olunan deyil, çox vaxt gələcək perspektivləri əks etdirməsi ilə yadda qalır»> (6, 187). Bu anlayışa əsasən Anar peşəkarcasına real Azərbaycanı deyil, istədiyi və arzularına uyğun olan Azərbaycanı təsvir edir.

Yazıçı bu hissədə iqtisadiyyatı, mədəniyyəti, sosial şəraiti inkişaf etmiş bir ölkə kimi Azərbaycanı təsvir edir, hətta göstərir ki, ölkəni ən narahat edən problem - Qarabağ münaqişəsi həll olunmuşdur. Müəllif bu məqama belə təsvir edir: «İndi Azərbaycan əhalisinin rifah səviyyəsinə görə ərəb əmirliklərini arxada buraxmış, iqtisadi və mədəni inkişafı etibarilə ən qabaqcıl Avropa ölkələrinə çatmışdı. Son iki ildə səhiyyə xidməti, orta və ali təhsil, çörək, kommunal xidmətlər (mənzil elektrik, qaz, su haqqı), şəhər nəqliyyatı (taksidən başqa) pulsuz olmuşdu»> (1, 309).

Buna əlavə olaraq göstərilir ki Azərbaycanın qədim əraziləri qaytarıldı, Şimali və Cənubi Azərbaycan vahid dövlət oldu. «Keçmişlərdə Hökumət evi adlanan bina indi Odlar sarayı adlanırdı. Sarayın dörd qülləsinin üstündə dörd tərəfdən on altı daimi məşəl yanırdı - bu məşəllər Quzey və Güney Azərbaycanın on altı tarixi ərazisini, vaxtilə xanlıqlar adlanan əraziləri təmsil edirdi - sağ cinahda Bakı, Gəncə, Qarabağ, Şirvan, Şəki, Naxçıvan, Lənkəran və Quba, sol cinahda Təbriz, Ərdəbil, Zəncan, Marağa, Urmiya, Qaradağ, Maku və Xoy» (1, 324).

Yazıçı bu hissədə yeni Azərbaycan dövlətinin əsaslarını təsvir etməyə davam edir. O, Azərbaycanın yeni vəziyyətini təmin edən konstitusiyaya nəzər salmağı da unutmur: «Azərbaycan respublikasının bütün vatandaşları irqindən, millətindən, dilindən, dinindən, sosial durumundan, sinfi mənsubiyyətindən, cinsindan asılı olmayaraq bərabər hüquqlara malikdirlər. Azərbaycan böyük Türk dünyasının ayrılmaz parçasıdır» (1, 329-330).
Göründüyü kimi, yazıçı bu müddaalarda Azərbaycanın uzun münasibəti kəsilmiş olan türk dünyasına qovuşmasını vurğulayır.
Romanın bu hissəsində diqqəti çəkən məqamlardan biri milli özünəqayıdış, kökədönmədir. Belə ki, romanda küçələrin, universitetlərin, meydanların adları dəyişdirilmiş, Türk dünyasının, o cümlədən Azərbaycanın tarixinda mühüm rol oynayan böyük şəxsiyyətlərin adlarından istifadə olunmuşdur. Onun təsvir etdiyi Azərbaycanın Füzuli universiteti, Mahmud Qaşqarli universiteti, Hunlar, Manas, Orxon meydanları, Boz qurd heykəli, Nuru paşa prospekti, Mürsəl paşa prospekti val Ənvər paşa prospektləri var. Daha mühüm bir məqam yazıçının bu əhvalatları Novruz bayramı fonunda təsvir etməsidir. Şübhəsiz ki, bu təsadüfi deyil. «Anarın əsarinin başlanğıcında təsvir etdiyi təntənəli şəkildə keçirilən Novruz bayramı milli-mənəvi dəyərlər üzərində kök atmış, şaxələnmiş, boy vermiş, illəri, qərinələri özündə yaşatmış, cilalanmış milli xalq bayramıdır»> (5,250).
Ümumiyyətlə, «Türk millətinin öz həyat fəlsəfəsindən, təbiət düşüncəsindən doğmuş yaz bayramının hər gəlişi olduqca böyük coşqunluq içərisində qarşılanmışdır. Çünki təbiətdəki dəyişiklik tarix boyu etnosun hayatında da bir dönüş və təzələnmə nöqtəsi olaraq düşünülmüşdür»> (2, 278).

Yazıçı bu hissədə istədiyi və arzuladığı yeni Azərbaycanı və ölkənin istiqlaliyyətinə nail olmağını tasvir etdikdən sonra mühüm bir məqama toxunur. Bu məqam istiqlaliyyəti qoruyub saxlamağın daha əhəmiyyətli olması ilə bağlıdir. Çünki Azərbaycan öz müstəqilliyini bir daha itirərsə yenidən onu qaytarmaq ciddi Çətinliklərlə müşayiət oluna bilər. Ona görə də yazıçı bu sitatla utopiya ilə əlaqəli birinci nağılı yekunlaşdırır: «İlahi, bu günümüz üçün sənə min şükür. Bu xoşbaxtliyi xalqıma, dostlarıma, ailəmə çox görmə. Ən pis günümüz bu olsun. Tarix boyu çox əzablara, məşəqqətlərə tuş olduq, ağır günlər yaşadıq, öldü-qaldıyla üz-üzə durduq. Axır ki, iradəmizlə, ağlımızla, halal zəhmətimizlə ağ günə çıxdıq, bu günümüzü qazandıq. Bu günümüz sonsuza qədər davam etsin, Uca Tanrım, Amin» (1, 344).

Romanın ikinci hissəsi də Məlikməmməd nağılından gətirilən sitatla başlayır: «Bir də gördü ki, ağ qoçnan, qara qoç budu döyüşə-döyüşə gəlir. Məlikməmməd o saat sıçrayıb ağ qoçun belinə mindi. Amma ağ qoç bunu qara qoçun belinə tulladı. Qara qoç da Məlikməmədi götürüb qaranlıq dünyaya apardı»> (1, 345).
Bu parçaya diqqət yetirdikdə onun tasadüfi səciyyə daşımadığını görməmək mümkün deyildir. Ondan belə bir noticə çıxarmaq olar ki, işıqlı və qaranlıq dünya arasında savaş gedir. Əgər işıqlı dünya öz varlığını möhkəm qoruyub saxlamazsa, gec-tez sıradan çıxmış olar.

«Ağ qoç va qara qoç» romanının ikinci nağılı isa birinci nağila tam kontrast təşkil edən hadisə və epizodlarla müşayət olunmaqdadır. Burada böyük güclərin siyasi-iqtisadi maraqlarının kəsişdiyi Azərbaycanın dövlət müstəqilliyini itirərək müxtəlif zonalara bölünməsi təsvir olunmuşdur» (7, 491).

Belə ki, ölkənin paytaxtı Bakı üç hissəyə - zonaya parçalanmışdır. Birinci zona Behişti-Badi-Kübə, ikinci zona Bakı kommunasi, üçüncü zona isə Baku siti adlanır. Zonaların hərəsinin öz xüsusiyyətləri var. Hər şeydən əvvəl bu zonaların -xüsusiyyətlərinə nəzər salaq.


Yüklə 147,22 Kb.

Dostları ilə paylaş:
  1   2




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin