Xudafərin körpüsü



Yüklə 5,09 Kb.
Pdf görüntüsü
səhifə17/35
tarix21.03.2017
ölçüsü5,09 Kb.
#12113
1   ...   13   14   15   16   17   18   19   20   ...   35
– Mən duz-çörək kəsdiyim adama ürəyimi verərəm. O ürəyin ona dəxli olmayan sözünü isə 
vermək hələ mənim kiminin qeyrətinə yazılmayıb. 
–  Bu  yaxĢı,  bu  oldu  çox pakizə.  – O, Səfərə baxdı.  – Sənin  bu dostundan heç gözüm  su 
içmir. Gözləri göy, diĢləri seyrəkdi. – O sözünə ara vermədən əlavə elədi. – Belə adam bizə hava 
kimi, su kimi lazımdı. Götürərsən öz yanına. Nə deyirsən?   
Əbih  Sultan  elə  danıĢırdı,  sanki  Ərdəbildə  Səfəri  görməmiĢdi.  Onu  çox  yaxĢı  tanıyırdı, 
amma üzə vurmur, onu istədiyi yerlərdə sınaqdan keçirmək istəyirdi. 
– Yox, Əmir sağ olsun. Mən Təbrizdə qala bilmərəm. Mənim Ərdəbildə dükanım var. 
– Harada? Ərdəbildə? 
– Bəli, ağa. 
– O dükanı Təbrizdə açarsan, olmaz? 
– Niyə olmur, ağa, ancaq mənim Ərdəbildə əhli-əyalım var. Mən gətirsəm də, qayınatam 
qoymaz. 
– Özün Ərdəbildənsən? 
– Yox, ġirvanlıyam, ġamaxıdan. 
– Bəs ġamaxı sünnüsü Ərdəbil qızılbaĢlarının arasında necə baĢ çıxarır?  
Səfər tez cavab verdi: 
– Elə özüm də qızılbaĢam. 
 
 – Bəs nə tez məzhəbini dəyiĢdilər? 
– Özüm dəyiĢdim. 
– Qoçaq adamsan. 
Murad  Əbih  Sultanın  danıĢığındakı  təhqiramiz  kinayəni  baĢa  düĢürdü,  ona  görə də araya 
söz qatmaq istədi. 
– O mənim dostumdu. Hər iĢinə mən cavabdehəm. 
– Çox yaxĢı. – Əbih Sultan tezcə razılaĢdı. Amma Səfərin Ərdəbil pirində onların baĢına 
qara  örtük  saldırıb  məĢhər  ayağına  çəkdirdiyi  yadından  çıxmamıĢdı.  Amma  gözünü  dolandırıb 
ona  elə  iti,  xəncər  baxıĢlarını  sancdı  ki,  sanki  onun  ürəyini  görmək,  onun  sünnülü,  Ģiəli  ürəyi 
olduğunu bilmək istəyirdi. 

101  www.sarigelin.net 
 
–  Ġnsan  əqidəsini  dəyiĢə  bilər.  Bu  qəbahət  deyil.  O  vaxt  ki,  onun  doğrudan  da  görür  ki, 
ürəyi daha sözünə baxmır. Belə deyilmi, Murad bəy? 
– Düzdü, Səfər öz ürəyinə qulaq asıb. 
Səfər  nədənsə  elə  bil  onun  əfsununa  düĢmüĢdü.  Rüstəm  padĢahın  sağ  əli  olan  Əbih 
Sultanın  qarĢısında,  “Səkkiz  behiĢt”  sarayının  otaqlarının  birində  oturub  söhbət  eləmək  onu 
dəyiĢdirmiĢdi. Bütün baĢına gələnlərn açıb söyləmək istəyirdi. 
– Ya Əmir, dostlarım mənim müflis olduğumu körüb hamısı məndən üz döndərmiĢdi. BaĢ 
götürüb ġirvan elindən çıxdım. Ulağımı canavar yedi, qızılbaĢlar əvəzində mənə at verdilər, bez 
paltarım əynimdən tökülürdü, yerinə atlas paltar geydirdilər. 
Əbih Sultan güldü. 
– Demək qızılbaĢ olan kimi libasın atlas, eĢĢəyin at oldu. 
– Bəli. 
– Minik, paltar dəyiĢmisən. Əqidə bir az dərində olur. O əl atıb yanındakı üstü sədəf naxıĢlı 
sandığı  açdı.  Oradan  qırmızı  ipək  torba  çıxarıb Səfərin xalçanın  üstünə qoĢa  basdığı  dizlərinin 
qabağına  atdı.  Torba  yerə  dəyəndə  pul  cingildədi  və  bu  səsdən  Murad  bildi  ki,  oradakı  mis, 
gümüĢ sikkə deyil, xalis qızıldı. Əbih Sultan dedi: 
– Götür, get libasını da, atını da dəyiĢ, sonra yanıma gələrsən. 
Səfər pulu götürmək istəmədi. 
– Onu mənə niyə verirsən, ya əmir? 
–  Götür,  saraya  gələn  ya  cəza  alar,  ya  ən‟am.  Get,  günorta  namazından  sonra  yanıma 
gələrsən.  Rüstəm  padĢahın  yanına  aparacam.  Mən  səni  yaxĢı  tanıyıram.  Bizim  bu  iĢimizdəki 
xidmətlərini də bilirəm. Onun ən‟amı hələ sonra olacaq. 
Səfər  torbanı  götürüb  cibinə  qoydu,  əlini  döĢünə  basıb  baĢ  əydi,  dalı-dalı  qapıya  getdi. 
Gözləri Muradın gözlərinə sataĢanda dayandı. 
– Səni gözləyim? 
Onun yerinə Əmir Ġbrahim cavab verdi. 
– O burada olacaq. ĠĢini qurtar, gəl saraya. 
– BaĢ üstə. 
Səfər  gedəndən  sonra  Əmir  Ġbrahim  üzünü  Murada  çevirdi.  Amma  onun  iri,  qəzəbli 
gözlərinə  baxa  bilmədi.  BaxıĢını  yayındırıb  bir  nöqtədə  cəm  eləmək  istədi,  nəhayət,  süfrədəki 
çörək qırıntılarında qaldı gözləri. 
– Sənin barəndə padĢaha danıĢmıĢam, xoĢuna gəlmisən. Sən gərək bundan sonra öz yerini 
biləsən.  Mindiyi  eĢĢəklə  bərabər  əqidəsini,  məzhəbini  dəyiĢən  adamlarnan  oturub-duran  vaxtın 
getdi. Sənin boyuna biçilən bir iĢ tapmıĢıq. 
– O nə iĢdi elə?   
– Olursan Səltənətin sahib xəbəri. 
 
– O necə iĢ-gücdü, elə? 
–  Belədi  də,  var  səltənətin  sahibi,  var  qoĢunun  sahibi,  var  xəzinənin  sahibi,  bir  də  var 
ölkənin  hər  tərəfindən  axıb  gələn,  padĢah  hüzuruna  çatmalı  olan  xəbərlərin  sahibi.  Hansı 
məmləkətdə  nə  var,  onu  səndən  əvvəl  heç  kim  bilməyəcək.  Səltənətin  bir  tərəfi  Xorasandı,  o 
tərəfi  ġirazdı,  aĢağısı  Ġraqdı,  günbatanı da Diyarbəkrdi.  Yüyrək atla ölkənin bu baĢından o biri 
baĢına yalançılar sözü olmasın, iki aylıq yoldur. Hər rustaqda, hər keçiddə sənin çaparxanaların 
olacaq. Hökmdar fərmanlarını, xəbərlərini çaparların aparacaq rustaqlara, qonĢu ölkələrə, oradan 
xəbərləri,  namələri  gətirəcəklər  sənə.  Özünə  də  Rüstəm  Mirzə  böyük  bir  syürqal  bağıĢlayır. 
Nəsilbənəsil bəsindi. 
Əbih  Sultan  əlini  əlinə  vurdu.  FərraĢ  qapını  açıb  içəri  girdi.  Amma  Murad  onun  sifətini 
yox, baĢındakı papağın üstünü gördü. BaĢ aĢağı enmiĢdi. 
– Apar Murad bəyə dəftərxanasını göstər. Murad iri əllərini palıd kötüyündəki hura oxĢar 
dizinin kündəsinə basıb ayağa qalxanda dedi: 
– Axı mən əlif-beyi tanımıram.  
Əbih Sultan 

102  www.sarigelin.net 
 
– Çox gözəl, çox pakizə, – dedi. 
Bu  Ģəxsin  nahaq  yerə  üç  adı  yoxdu.  Əybə  Sultan,  Əbih  Sultan  və  Əmir  Ġbrahim.  Bayaq 
fərraĢın  papağının  üstünü  o  da  görmüĢdü  və  onun  ürəyini  də  oxumuĢdu.  Ġnsanın  fikrini 
gözlərindən yox, boynunun dalından oxumağı bacarırdı. HəmiĢə otu itə, əti ata verib hər ikisini 
özünə möhtac qoyar, əlində möhkəm saxlayardı. 
Murad  oxuyub-yazmaq  bilsəydi,  ona  sahibxəbərliyi  yox,  əmiraxurluğunu  verərdi.  Ġndi  isə 
ölkənin  hər  yerindən  gələn  xəbərlərdən  Muradın  yox,  onun  özü  xəbərdar  olacaqdı.  Otaqda  tək 
qalanda  o  Səfər  barəsində  fikirləĢirdi: “Ərdəbildə də, Hüseyn Lələ bəyin  yanında da adamımız 
var artıq”. 
 
 
SĠRR AÇILIR 
 
Ərdəbil  bayram  eləyirdi.  Bu  Ģəhər  hələ  belə  piĢvaz  görməmiĢdi.  Əmir  Teymur  da  Ģəhərə 
girəndə onu belə təmtəraqla, ən baĢlıcası isə sevinclə qarĢılamamıĢdılar. 
ġəhər küçələrinin divarları görünmürdü. Hər iki tərəf adamlardı, onların sifətindəki sevinc 
idi, xoĢbəxtlik idi. Elə bil divarı sevincdən tikmiĢdilər. Evlərin damı, hasarların üstü, ağacların 
budaqları, məscidlərin minarə və günbəzləri elə bil adam gətirmiĢdi. 
Küçələrin  yanlarındakı  arxlarla  qan  axırdı.  Qurbanlıq  qoyunların  qanı.  Hər  tərəfdən 
çalanların, oxuyub oynayanların xoĢ nidaları eĢidilirdi. 
Qabaqdakı  ağ  atın  üstündə  ağ  libasda,  baĢına  on  iki  dilimli  qırmızı  tac-çalma  qoyan 
Sultanəli  gedirdi.  Ancaq  o  tək  gedə  bilməzdi.  Atının  ayaqlarını  qucaqlayan,  qabağında  qurban 
kimi baĢını gətirib yerə qoyan adamların əlindən keçib getməyi çətin idi. Amma bir dəstə ona yol 
açırdı.  Ondan  arxada  Hüseyn  Lələ  bəy  atını  sürürdü.  Kəcavədə  isə  AləmĢahbəyim  oğulları 
Ġsmayıl  və  Ġbrahimlə  oturmuĢdu.  Dədə  bəyin  süvariləri,  yolların  toz-torpağına  batmıĢ  qara 
geyimli,  yorğun  və  xoĢbəxt  müridlər  yeriyirdi.  Onlardan  sonra  gələnlərin  ardı-arası  kəsilmirdi. 
Birdə gördülər ki,  gələnlər Ģəhərin öz camaatından da çoxdur. Təbrizdən Ərdəbilə qədər bütün 
Ģəhərlərin, kəndlərin, qəsəbələrin baĢıpapaqlıları da onlara qoĢulmuĢdu. 
Zindanda  qaldıqları  müddətdə  onlara  olan  məhəbbət  ölməyibmiĢ,  əksinə,  daha  da  coĢub-
daĢıbmıĢ. 
Sultanəli Ģəhər meydanında atını saxladı, əlini yuxarı qaldırdı. Hamı susdu. 
– Salam olsun, ey camaat. 
– Salam olsun! – Elə bir gurultu qopdu ki, göydə uçan quĢlar da hürkdü. 
– Heydəri Kərarın özünə çəkib! 
– Gün parçasına bənzəyir maĢallah! 
– ġeyxin özünə oxĢayır da!  
– Ġgidlikdə də ona oxĢasın! 
Sultanəli ağ atı dikdirə çıxartdı ki, hamı onu görsün. Yenə əlini yuxarı qaldırdı. 
–  Ey  camaat!  ġeyx  Heydər  övladlarının  kökünü  kəsə  bilmədi  düĢmənlər.  Çünki  Allah 
həmiĢə baĢımızın üstündə olub. Ulu babamız Həzrət Əlinin övladları kimi, babam Cüneyd, atam 
Heydər də bu müqəddəs yolda Ģəhid oldular. Lazım gəlsə onun övladları da Ģəhid olacaq, ancaq 
atalarının yolundan geri dönməyəcəklər. 
Minlərlə mürid bir ağızdan qıĢqırdı. 
– Qurban olduğum, sadağa olduğum, pirim, mürĢidim, Sultanəli! 
Ġsmayıl anasına baxırdı. Gözləri gülən AləmĢahbəyimin gözlərindən yaĢ axırdı. 
– Ana, bu qədər adam bilirdi biz zindandayıq? 
– Bəli, oğlum, bilirdilər. 
– Bəs niyə gəlib bizi qurtarmırdılar? 
– Gücləri çatmırdı. 
Bunlar lap o qalanı götürüb bura gələrdi. 
– Bu qədər adamın gücü o keĢikçilərə çatmırdı? Çatardı! 

103  www.sarigelin.net 
 
Anası əlini onun çiyninə qoyub özünə tərəf sıxdı. 
– Onda hamı bizim dərdimizi çəkirdi. 
– Ġndi niyə belə qıĢqırırlar? 
– Sevinirlər, ona görə. Axı biz azad olmuĢuq.  
Ġsmayıl suallarına ara vermirdi. 
– Bu qədər adamın hamısı Sultanəlini tanıyır? 
– Tanıyır, oğlum, tanıyır. 
– Məni də tanıyırlar? 
– Bəli, səni də tanıyırlar. 
– Harada görüblər məni?  
Anası söz tapmadı. 
– Yuxuda. 
– Yox, ana. Onlar atamızı tanıyırmıĢ. Bizi də atamıza görə tanıyırlar. 
Anasının gül yarpağı rəngli dodaqları onun alnına toxundu.   
– Ağıllı balamsan. Siz də atanızın adını həmiĢə uca tutun. 
Ərdəbil Sultanəlinin paytaxtı olandan sonra hər tərəfdən yenə də səfəviyyə müridləri axıĢıb 
buraya  gəlirdi.  ġəhər,  ġeyx  Səfiyyəddin  türbəsi  beĢ  il  əvvəlki  gur  geyimli-kecimli  həyatını 
yaĢayırdı.  Amma  iĢ  təkcə  bu  müridlərin  sayının  çoxalması,  onların  arasında  Ģiə  məzhəbinin 
yayılması ilə bitmirdi. 
Sultanəlinin, Hüseyn Lələ bəyin bir məqsədləri vardı. O məqsədi həyata keçirmədən rahat 
nəfəs  ala  bilməyəcəkdilər.  ġeyx  Cüneyd  də,  oğlu  ġeyx  Heydər  də  ġirvanĢahlar  tərəfindən 
öldürülmüĢdü.  Sultanəlinin  Ərdəbil  padĢahlığını  yaratması  ġirvanĢahlar  sarayında  təĢviĢ  əmələ 
gətirmiĢdi. Əgər bu padĢahlıq güclənsə onların  oxunun birinci hədəfi ġirvan olacaqdı. Otuz ilə 
yaxın  ġirvan  taxtında  oturan  Fərrux  Yasar  hər  vasitə  ilə  ġeyx  Heydər  oğlanlarını  aradan 
qaldırmaq üçün vasitələr axtaracaqdı. Təzə yaradılan padĢahlığın isə ġirvana heç vaxt gücü çata 
bilməzdi.  Amma  hər  gün,  hər  saat  o  gücü,  qüvvəni  toplamağa  çalıĢırdılar.  Məsciddə  oxunan 
xütbələr  Fərrux  Yasarın  adı  Yazid  və  Müaviyyə  ilə  yanaĢı  çəkilir.  Adamlar  biri-birini  söyəndə 
“Yasar oğlu Yasar” deyirdilər. 
Hər  gün  axıĢıb  gələn  müridləri  toplayır,  onların  döyüĢə  yararlı  olanlarına  məĢq  keçir, 
kəmənd  tullamağı,  ox  atmağı,  at  çapmağı  öyrədirdilər.  Hüseyn  Lələ  bəy  padĢahlığın  ordusunu 
yaratmaq  hazırlığı  görürdü.  Amma  ən  böyük  bir  çətinlikləri  vardı.  Xəzinə  boĢ  idi.  Ordunu 
silahlandırmaq üçün qurxana yaratmaq lazım gəlirdi. Vaxtilə ġeyx Heydərin belə bir qurxanası 
vardı  və  bir  dəfəyə  iyirmi  min  qoĢunu  silahlandırırdı.  Tək  ġeyxin  pirində  yığılan  nəzir-niyazla 
ordu  yaratmaq  mümkün  deyildi.  Onsuz da Ağqoyunluların soyub var-yoxdan çıxardığı  Ərdəbil 
əhalisindən çoxlu vergi almaq onları tez bir vaxtda dilə gətirə bilərdi. ġeyx Heydər belə vaxtlarda 
hərbi  səfərlərə  çıxır,  ələ  keçirdiyi  qənimətlə  ordunu  saxlayırdı.  Ġndi  isə  belə  bir  qəniməti  əldə 
eləmək üçün nə ordu, nə də imkan vardı. Hüseyn Lələ bəyə görə ən birinci səfər edəcəkləri bir 
yer vardısa, o da ġirvan olmalı idi. Bütün kin-küdurətin hamısı Fərrux Yasara doğru yönəlmiĢdi. 
Həm də belə bir səfər üçün Rüstəm Mirzə də onlara kömək göstərərdi. Çünki Bəysunqur Mirzə 
ġamaxıdaydı.  Təbriz  taxtından  qaçıb  belə  bir  siyasətçi,  qocaman  hökmdarın  yanında  oturmuĢ 
keçmiĢ  hökmdar  ən  böyük  təhlükə  idi.  Hər  vaxt  böyük  qoĢun  düzəldib  Bəysunqur  Mirzənin 
baĢçılığı  ilə  Kürü  keçib  taxt-tac  üstündə  müharibəyə  baĢlaya  bilərdi.  Rüstəm  Mirzə  məğlub 
edilsə,  onda  Ərdəbillə  haqq-hesab  çəkmək  onlar  üçün  lap  asan  olacaqdı.  Bütün  bu  incəlikləri 
duyan Hüseyn Lələ bəy gecə-gündüz fikirləĢir, çıxıĢ yolu axtarırdı. 
Bir gün o, Sultanəli ilə oturub məsləhətləĢirdi. 
– Ya ġeyx, – deyə o, Sultanəliyə müraciət elədi. – Səni təriqətimizin yalnız bu mərtəbəyə 
çatan adamlarına agah olmalı sirləri ilə hali etməyin vaxtı artıq yetiĢib. Atanız həmin sirləri mənə 
açmıĢdı ki, sizin üçün qoruyub saxlayım. 
Sultanəli  dikəldi.  Ona  elə  göründü  ki,  çoxdan  gözlədiyi  saat  yetiĢib.  Lələsi  qoĢunu 
silahlandırmaq üçün gizlətdikləri xəzinənin yerini deyəcək. 
– Xəzinənin yerini deyəcəksən, Lələ? 

104  www.sarigelin.net 
 
–  Bəli,  xəzinənin.  Bu  elə  bir  xəzinədir  ki,  onun  cəvahiratının  qiyməti  heç  bir  xəzinədə 
yoxdur. 
– Haradadır? 
Bu  sualdan  sonra  Hüseyn  Lələ  bəy  onun  fikrini  dürüst  anladı.  Bir  an  tutuldu.  Düzdür,  o 
Sultanəlidən də çox bu fikri çəkirdi. Amma əsl sirr xəzinəsini o hər Ģeydən üstün hesab eləyirdi. 
–  Səni  dünya  varı  düĢündürməsin,  ġeyx.  Mən  açacağım  sirrə  vaqif  olan  hökmdar,  o  biri 
xəzinələrin açarını daha tez tapar. 
Sultanəli çox ciddi bir görkəm aldı. Yumruğunu təzəcə tərləyən çənəsinə söykədi. 
– EĢidirəm. 
– Mən elə sözlər deyəcəyəm ki, onların hamısına üsyan eləyə bilərsən. Amma səbrin olsun. 
Axıra qədər qulaq as. Hər sözün əsl mahiyyətinə get. Əvvəla nəsabnamə məsələsindən danıĢaq. 
Hamı bilir ki, nəslinizin kökü gedib imam Museyi Kazıma yetiĢir. 
– Bəli, düzdür. 
– EĢit məni, ġeyx. Bu, ġeyx Səfiyyəddinin müəyyən məqsəd üçün düzəltdiyi təcərrəyə görə 
düzdür, amma əslində belə deyil. 
Sultanəli  az  qaldı  ki,  əlini  qılıncına  atsın,  amma  özünü  saxladı.  Yanaqlarında  və 
gicgahlarında  qanın  necə  sür‟ətlə  vurduğunu  hiss  elədi.  Ucaboy,  qarasaqqal,  iri  alınlı  Lələ  bəy 
onun gözündə dəyiĢməyə baĢladı. Ġnsan Ģəkli itdi, o Ģeytan cildində göründü. 
Sultanəli özünü güclə saxlayıb sərt səslə dedi: 
– Sonra?   
–  Ġnanmırsan.  Bu  mənə  aydındır.  Belə  də  olmalıdır.  Amma  bu  barədə  məndə  ġeyx  Səfi 
həzrətlərinin  yalnız  nəslində  ġeyxliyə  çatan  adamların  görə  biləcəyi  kitabı  var.  Nəsəbi 
peyğəmbərə  çatmayan  bir  ailədən  çıxan  Ģəxslərin  ali  mərtəbələrə  yetiĢməyinin  necə  müĢgül  iĢ 
olduğunu yəqin ki, bilirsən. ġeyx Səfi də bunu nəzərdə tutub. Bu bir. Ġkinci bir tərəfdən ġeyx Səfi 
həzrətləri  əvvəllər  təriqət  cəhətdən  sünnülüyə  qail  olsalar  da,  sonradan  Ģiəliyi  seçib. 
ġiəməzhəblər sayca az olsalar da, Peyğəmbər əleyhisalama qohumdurlar, daha yaxındırlar. Bütün 
bunların isə çox böyük və mühüm bir səbəbi var. 
Bilirik  ki,  Ġranda,  Azərbaycanda,  Arranda,  Xorasanda  yaĢayan  Ģiələrin  bir  tərəfdən 
gündoğan  türk  xaqanlığı,  bir  yandan  da  osmanlı  türk  sultanlığı  araya  alıb  ki,  onların  gücləri 
bizimkindən yüz qat çox olmaqla yanaĢı, özləri sünnü məzhəbdirlər. Belə olanda biz qalırıq iki 
məngənə arasında. Əgər bu iki qüvvənin arasında baĢı salamat yaĢamaq istəsən onda gərək biz də 
sünnü məzhəbinə keçməliyik. Amma ġeyx Səfiyyəddin tərsinə eləyib. Mən bu hərəkətini böyük 
babamızın  səhvi  yox,  uzaqgörənliyi,  böyüklüyü  kimi  qiymətləndirirəm.  Bildiyimiz  kimi  Ģiəlik 
müsəlmanlığın  ən  qatı,  dönməz,  barıĢmaz  məzhəbidir.  ġeyx  Səfi  də bundan faydalanıb Ġran və 
Azərbaycanda onu təbliğ eləyib yaymaqla bizi sıxan məngənəni kənara atmaq, ölkəni sərbəstliyə 
çıxarmaq fikrini irəli sürüb. Belə böyük məqsəd üçün bə‟zən yalan deməyin özü də çox vacib və 
bəlkə də lazımdır. O vaxt bu torpaqda qüdrətli, güclü dövlət yaratmaq mümkün olar. 
Atanız  ġeyx  Heydərin  ətrafına  toplaĢan  müridlər  onu  görəndə  namazlarını,  oruclarını, 
ibadətlərini  də  yaddan  çıxarardılar.  O,  müridləri  arasında  Babəkin  ehkamlarını  təbliğ  edərdi. 
Buna mən özüm Ģahidəm. Özünü onların heç birindən ayırmaz, onlarla bir qabdan xörək yeyər, 
su içərdi. Bəlkə də elə bu iĢlərinə görə onu çox istəyirdilər. 
Söz bu yerə çatanda Sultanəli əlini qılıncının qəbzəsinə qoyub hövlnak yerindən qalxdı. 
– Bu da həqiqətdi? 
–  Bəli.  Mən  rəhmətlik  ġeyx  Heydərin  siğə  qardaĢıyam.  ġeyx  Səfinin  dostu  və  qayınatası 
Tacəddin  Gilaninin  nəslindənəm.  Atanızın  vəsiyyətlərini  də  sənə  olduğu  kimi  çatdırmalıyam. 
Hövsələli ol və sözümü kəsmə. 
Aylarla  əzab-əziyyətli  yol  keçib  Məkkəyə  ziyarətə  gedənlərin  heç  birisi  orada  müridə 
çevrilmir,  qayıdıb  öz  yerinə-yurduna  gəlir.  Bəs  nə  üçün  ġeyx  Səfiyyəddin  türbəsinə  gələnlərin 
əksəriyyəti müridə çevrilir? Çünki  bu pirin Ģeyxləri  insanları  arzularına tərəf, həyati istəklərinə 
doğru aparıblar. Bu yer tək ziyarətgah deyil, həm də insanların sabahı üçün inam məkanıdır. Belə 
yolun zəvvarının arxasınca isə minlərlə adam gəlir. 

105  www.sarigelin.net 
 
Atan  ġeyx  Heydər  belə  adam  idi.  Dərdini  də,  sevincini  də  onların  hamısı  ilə  bərabər 
bölürdü.  Bəs  Babəkin  ehkamı  nə  idi?  Mən  onun  dinsizliyindən  danıĢmıram.  Babək  hamını 
bərabər  görmək  istəyirdi.  Görmək  ayrı  Ģeydi,  onu  həyata  keçirmək,  adamları  bərabər  eləmək 
ayrıdır. Babəkin də, atanın da ətrafında həmiĢə iyirmi-otuz min özünü ölümə atan adam olub. 
Bərabərlik deyirik. ġeyx Səfiyyəddinin bir əqidəsi var həmin bərabərlik barəsində. O nədir? 
Baban yazır ki, dünya zərrələrdən yaranıb. GünəĢ də, torpaq da, ağac da, insan da, sünbül də eyni 
zərrədəndir.  Nurdan.  GünəĢ  nuru  olmasaydı,  dünya  da  olmazdı.  Həmin  nur  insanı  da  yaradıb. 
Əgər o GünəĢlə eyni zərrədirsə, o niyə də bərabər olmamalıdır.  
– Bəs o bərabərliyi necə həyata keçirmək olardı? 
–  ġeyx  Heydər  onu  öz  əlləriylə  yaratmaq  fikrindəydi.  Bunun  üçün  Ģərait,  vaxt  və  məkan 
lazım  idi.  O,  bu  iĢ  üçün  ġirvan  torpağını  seçmiĢdi.  Çünki  bir  tərəfi  dəmir  qapı  Dərbəndə 
söykənən  bu  torpaqda  ġirvanĢahlar  heç  vaxt  güclü  qoĢun  toplaya  bilməyiblər.  Teymura  xərac 
verməklə özlərini qoruyub saxlaya biliblər. Oranı ələ keçirməyə baban da, atan da cəhd elədilər. 
– Burada o bərabərliyi qurmaq olmazdı? 
–  Yox.  Yol  əlveriĢsizdi.  Hər  tərəfdən  qoĢunların  üzünə  açıqdı.  Bir  neçə  dövlətin  üzünə 
açıqdı. 
Hüseyn Lələ bəy susdu. Sultanəli də fikrə getdi və birdən– birə dilləndi: 
– Biz də ġirvanĢah Fərrux Yasarı özümüzə düĢmən bilirik. 
–  Bəli.  O bizim qan düĢmənimizdir. Belə düĢmənçilik  isə yaddan çıxmır. Sənin  sözünün 
mə‟nasını da izah edim. Bayaq dedim ki, bərabərlik, nurdan yaranmıĢ, nurlu bir ölkə yaratmaq 
ümidi  ilə  getmiĢdi  atan.  Oranı  zülmətə  çevirib,  xarabazara  çevirmək  üçün  getsəydi,  onda  mən 
sənin  kimi  düĢünərdim.  Nur  gətirənin  çırağını  söndürmək  isə  ən  böyük  cinayətdir.  Həm  də  ki, 
orada  əhali  ilə  hökmdarlar  arasında  uçurum  var.  Camaat  türkdü,  hökmdarlar  isə  kəsrani-fars. 
Neçə qərinələrdir ki, bu belə davam eləyir. O hiyləgər hökmdarlar olmasa ġirvan Ģahlığı çoxdan 
məhv olardı. 
Onu da deyim ki, qurbanlarımız bu gün və sabah üçün bir ordunun əvəzidir. Çünki ġeyx 
Heydərə  görə  hər  mürid  bir  Ģirə  çevriləcək.  Yadında  saxla,  kiçik  bir  torpaqda  oturub  böyük 
arzularla yaĢamaq olmaz. Belə ölkənin dərdi də,  düĢməni də, fəlakəti də böyük olur. Sərhədlər 
geniĢlənməsə,  xəzinə  dolmasa,  qüvvələr  artmasa,  heç  nəyə  arxalanmaq  olmaz.  Dayın  Rüstəm 
Mirzəyə  sən  hələ  lazımsan.  O  da  çox  müddətə  görə  yox.  Onun  da  qüdrəti  artan  kimi  Ərdəbil 
padĢahlığını  tanımayacaq  və  onu  öz  taxtının  ayağı  altına  çəkməyə  çalıĢacaq.  Belə  vaxtda  hər 
addımımızı ölçüb-biçməli, hər tədbirimizi məqsədimizə tabe eləməliyik. Açığı budur ki, azadlığa 
çıxsaq da taleyimiz hələ də tükdən asılıdır. 
Bayaq  ona  cin,  Ģəyatin  cildində  görünən  Hüseyn  Lələ  bəy  el  bil  gözəlləĢdi,  özündən  də 
gözəl oldu. Sultanəli onun Ģəxsində ən yaxın məsləhətçisini, ata kimi e‟tibarlı, qayğıkeĢ adamını 
gördü. O, bayaq danıĢdığı nura çevrildi. 
– ġirvana yürüĢü nə vaxt məsləhət görürsən? 
– Hələ tezdi. Bəysunqur mütləq qoĢun yığıb Kürü keçəcək. Rüstəm Mirzə ilə onun arasında 
toqquĢma olmalıdır. Ġndi sən bizim vəziyyətimizə bir bax, əgər Rüstəm Mirzənin tərəfində olub 
Bəysunquru  darmadağın  eləsək,  onda  düĢmənimiz  Rüstəm  Mirzə  olur,  yox,  Rüstəm  Mirzə 
məğlub olsa, onda düĢmən bütün qüvvəsini Ərdəbilə yeridəcək. Amma bizim əsas məqsədimiz 
bu  olmalıdır  ki,  Bəysunqur  məğlub  olsun,  hətta  bu  döyüĢ  nə  qədər  uzansa,  bir  o  qədər  bizim 
xeyrimizə olar. Uzun müddət silahlı qoĢun saxlamaq çox çətindi, xəzinəyə süpürgə çəkilir. Arada 
gərginlik olsa, qoĢunları hazır saxlasalar hər iki xəzinə boĢalar. Birdən fikirləĢərsən ki, Lələ gör 
necə də hamının pisliyini istəyir. Yox, həmiĢə xeyirxah olmuĢam. Amma dünya mənə çox dərslər 
verib.  YaxĢını  pisdən,  ağı  qaradan,  acını  Ģirindən  seçmək  üçün  hər  incəliyə  baĢ  vurmaq  lazım 
gəlir. 
Sultanəli alnına enən qızılı saçını ağ zərif barmaqları ilə çalmanın altına yığdı.  
– Ġndi hansı tədbirləri görməliyik? 
–  Tədbirimiz  çoxdur.  Ən  birinci  tədbir  tayfa  baĢçıları  ilə  əlaqə  yaratmaqdı.  Vaysaqları, 
qacarları,  əfĢarları,  ustaclıları  öz  tərəfimizə  çəkməliyik.  Çəksək,  onda  qüvvələrimiz  birləĢər, 

106  www.sarigelin.net 
 
bundan əlavə Azərbaycan da bir olar. Yarımköçəri tayfalar bizim tərəfimizdə dayansa, onda əsas 
məqsədlərimizə  çatmaq  üçün  çox  iĢ  görmüĢ  oluruq.  Əvvəl  tayfalar  gələcəkdə  birləĢib  bir  xalq 
olar, bu xalq isə hər bir düĢmənə qarĢı dayana bilər. Bizə ən yaxın belə tayfa baĢçısı Dədə bəydi. 
Sizi  xilas  etmək  üçün  əziyyətin  çoxunu  öz  boynuna  götürüb.  Köçəri  elləri  arasında  nüfuz 
sahibidi. Onu özünə sərkərdə götürsən, xeyrimizə olar. 
Bu axırıncı təklif Sultanəlini o qədər də açmadı, fikrini də açıq dedi: 
– HəmiĢə qoĢuna atamın özü sərkərdəlik eləyərdi. 
– Düzdür. Səninlə atan arasında bir fərq var. O yalnız ġeyx idi. Sən isə həm də padĢahsan. 
PadĢahın isə sərkərdələri olmalıdır. Onsuz da bütün səfəri humayunlarda o böyük məram sənin 
üzərinə düĢəcək. 
Həyətdə at kiĢnədi və ayaqlarını yerə döydü. Hüseyn Lələ bəy pəncərəyə yaxınlaĢıb, Ģəbəkə 
arasından baxdı. Sultanəli də yaxınlaĢıb baxdı. Çünki bu həyətdə ayağını yerə döyüb kiĢnəyən at 
bu evə faciə xəbəri gətirmiĢdi. Hüseyn Lələ bəy atı tanıdı. Dədə bəyin Alapaçasıydı. Lələ onun 
oğurlanması əhvalatını müxtəsərcə Sultanəliyə danıĢdı. Sultanəli də Dədə bəyi qarĢılamaq üçün 
qapıya getmək istəyəndə Lələ ona mane oldu. 
– Sən padĢahsan və hamı sənin ayağına gəlməlidi. 
Sultanəli mə‟nalı-mə‟nalı ona baxdı. Lələ də kipriklərini endirməklə fikrini təsdiq etdi və 
ona “bəli” dedi. 
–  Dədə  bəy  xilaskarımız,  mənim  də  dostum  olsa  da,  ağsaqqallığına  baxmayıb  onun 
qarĢısında ayağa qalxmaq lazım deyil. Sarayda hamı öz həddini, yerini bilməsə sabah hökmdarın 
da  üstünə  ayaq  alarlar.  Burada  söhbət  Dədə  bəydən  getmir.  Hər  iĢin  öz  yolu,  yolağası  var. 

Yüklə 5,09 Kb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   35




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin