Xudafərin körpüsü



Yüklə 5,09 Kb.
Pdf görüntüsü
səhifə16/35
tarix21.03.2017
ölçüsü5,09 Kb.
#12113
1   ...   12   13   14   15   16   17   18   19   ...   35
Rüstəm  Mirzə  onların  ayağına  getmək  istəmirdi.  Özünü  hökmdar  kimi  aparmağı  vacib 
sayırdı.  Amma  Əbih  Sultan  onu  fikrindən  döndərdi.  Sən  taxta  təzə  oturmusan.  Hamının  gözü 
səndədir.  Onu  bil  ki,  ġeyx  Heydəri,  onun  fikirlərini,  övladlarını  çox  istəyirlər.  Sən  də 
məhəbbətini  bildirsən,  adamların  məhəbbətinin  bir  parçası  da  sənin  payına  düĢər.  Deyərlər  ki, 
Rüstəm  Mirzə qohumlarını çox istəyir. Onları təkcə zindandan çıxarmadı,  həm  də piĢvazlarına 
çıxdı.  Bunlar  hamısı  öz  yerində.  Siyasətdə  də  qazanırıq,  hələ  ki,  bizim  gücümüz  yoxdu.  Ordu 
toplayana  kimi  müridlər  bizi  qoruyur.  ġeyx  Heydərin  övladlarına  məhəbbətini  əskik  eləsən 
müridlər hamısı bizdən üz döndərər. 
Əbih  Sultanın  fikirləri  Rüstəm  Mirzənin  xoĢuna  gəldi.  Ürəyində  dedi:  “Ağıllı  adamdı, 
məmləkətin  dirəyidi”.  Atlanıb  AləmĢahbəyimin  və  övladlarının  piĢvazına  gəldilər.  Atlarını 
yanaĢı sürürdülər. Yollardakı ağaclardan asılanları Rüstəm Mirzə görüb Əbih Sultandan soruĢdu. 
– Bu kimdi? 
– Süleyman Bicanoğlunun böyük oğludu, o birilər də onun qohumları. 
– Meyitləri niyə götürməyiblər? 
–  Hökmdar  sağ  olsun,  bu  Səfəviyyə  təriqətinin  tərəfdarlarına  xəbərdarlıqdar.  Qoy  sənin 
qəzəbnak olmağından xəbər tutsunlar. 
Rüstəm Mirzə onun bu fikrini də bəyəndi. 
Atlarını  sürüb  çadırların  yanına  gəldilər.  Atının  yüyənin  tutdular.  AĢırılıb  düĢdü.  Yeriyib 
çadıra girdi. BaĢını qaldırıb əmisi qızının sifətini gördü. AləmĢahbəyim sərv kimi ucaboylu, zərif 
idi.  Qızılı  saçları,  mavi  gözləri  vardı.  Əmisi  oğlu  onu  lap  çoxdan  görməmiĢdi.  Ġndi  müqayisə 
elədi  və  gördü  ki,  o  xeyli  dəyiĢib.  Üzüntü  onu  sıxıb.  Əlini  sinəsinə  qoyub  baĢ  əydi.  Hər  iki 
tərəfində  özü  kimi  gözəl,  qədd  qamətli  oğlanları  dayanmıĢdı.  Bu  görüĢ  üçün  tikilmiĢ  paltarlar 
Sultanəliyə, Ġbrahimə və Ġsmayıla çox yaraĢırdı. Analarının qızılı saçları, onların qaĢları, çalma-
taclarındakı qırmızı dilimlər... Bu rənglər sevinc, bayram ahəngi yaratmıĢdı. 
– Əmim oğlu rəhmətlik Sultan Yaqubun səhvini düzəltməyimə çox Ģadam. 
AləmĢahbəyim ona minnətdarlıq eləmək istədi. Amma gözü Rüstəm Mirzənin baĢındakı ağ 
ipəkdən  hörülən,  sağ  tərəfində  daĢ-qaĢla  bəzənən,  çalmaya  yapıĢdırılan  hökmdarlıq  niĢanəsinə, 
çalmadan hündürdə dayanan dingədə sıralanan iri əmruzi-bikr incilərinə sataĢanda ürəyi sıxıldı. 

95  www.sarigelin.net 
 
Bu  tacı  hərdənbir  uzaq  ölkələrdən  qonaqlar  gələndə,  bayram  günlərində  Uzun  Həsən  baĢına 
qoyub  taxta  oturardı.  Bu  görməmiĢ  isə  tacı  baĢına  qoyub  Ģəhərdən  kənara  çıxır.  Onun 
düĢəcəyindən  qorxur.  AləmĢahbəyim  özünü  ələ  almaq  üçün  uzun  kipriklərini  endirdi  və  lalə 
yarpaq dodağını diĢlərinin arasında didiĢdirdi. 
Rüstəm  Mirzə  sözünü  deyib  dayanmıĢdı.  AləmĢahbəyim  özünü  ələ  aldı.  Oğlanlarını  irəli 
verdi: 
– Gedin, dayınızla görüĢün. 
Sultanəli Hüseyn Lələ bəyə baxdı. Gözləri ilə razılığını alandan sonra irəli yeriyib dayısı ilə 
görüĢdü. 
– Çox sağ ol, dayı. Bizi xilas elədiyinə görə. Ġbrahim və Ġsmayıl da onun kimi hərəkət elədi. 
–  Əmiqızı,  Ağqoyunlu  səltənətini  quran  atan  Uzun  Həsənin  paytaxtı  Təbriz  gəliĢinizdən 
çox Ģad olub.  
AləmĢahbəyim özünü saxlaya bilmədi. 
–  Düzdü.  Camaatın  sevincini  gördüm.  Heç meyitlər də özlərini saxlaya bilməyib  piĢvaza 
gəliblər. 
– Hansı meyitlər? 
– Ağaclardan asılan. 
–  Onlar  düĢmənlərin  meyitləridir.  Onları  belə  görmək  xoĢ  deyilmi?  Bir  də  gərək  Ģəhərə 
əvvəldən çapar gələydi, qohumlarımı Ģəhərin iki-üç mənzilliyində qarĢılamaq borcum idi. 
– Çox sağ ol, əmioğlu. 
– “Səkkiz behiĢt” sarayı sizi gözləyir. 
“Səkkiz behiĢt” eĢidəndə AləmĢahbəyim bitmiĢ söhbəti yenidən baĢlamağı lazım bildi. Bu 
sarayı Sultan Yaqub tikdirmiĢdi. 
–  Əvvəlcə  Nəsriyyə  məscidinə  gedirik.  Nənəm  Sara  xatunu,  atam  Uzun  Həsən,  anam 
Dəspinə  xatunu  ziyarət  eləyəcəyik.  “Səkkiz  behiĢt”  sarayına  ayaq  basan  deyiləm.  Bizim 
bədbəxtliyimizin nəqĢəsi orada çəkilib. 
Rüstəm Mirzə daha heç bir söz demədi. 
Qala  qapılarından  içəri  girəndən  sonra  Təbriz  camaatı  evlərin  damından,  divarların 
üstündən  AləmĢahbəyimi  və  onun  övladlarını  aparan  kəcavənin  üstünə  ilin,  bu  vaxtına  qədər 
haradasa  qoruyub  saxladıqları  qızıl  güllər  səpirdi.  Kəcavə  irəlilədikcə  adamlar  evlərdən 
çıxardıqları  Təbriz  xalılarını  da  daĢ  döĢəmələrin  üstünə  salırdı.  Ġsmayıla  elə  gəlirdi  ki,  onlar 
payızın  bu günəĢli günündə gülün, çiçəyin, təbiətin görmədiyi, yarada bilmədiyi bir çəmənliklə 
gedirlər. O istəyirdi ki, bu yol uzansın, bu çəmənlik qurtarmasın. 
Təbriz  əhlinin  bu  məhəbbətinin  əsası  vardı.  Uzun  Həsən  padĢahın  vaxtında  Təbrizin 
tərəqqisi,  tikilib  qurulması  hələ  heç  kimin  yadından  çıxmamıĢdı.  Onlar  AləmĢahbəyimin 
Ģəxsində  elə  bil  ayağa  qalxmıĢ  Sara  xatunu  qarĢılayırdılar  O,  sifətinə  zərif  Venedikt  tülündən 
rübənd tutmuĢdu və gözlərindən axan yaĢlar da görünürdü. O, Təbrizi yaxĢı-yaxĢı görmək üçün 
belə eləmiĢdi. 
Bütün  Təbriz əhli onun oğlanları ilə bərabər əvvəl hara gedəcəyini gözləyirdi. Kəcavənin 
dalınca minlərlə adam biri-birini tapdalaya-tapdalaya gəlirdi. 
Kəcavə Nəsriyyə məscidinin qabağında dayananda camaatın “Mərhəba! “Əhsən!” nidaları 
Ģəhərin hər tərəfində eĢidildi. AləmĢahbəyim uĢaqları ilə bərabər düĢüb məscidə girəndə Ġsmayıl 
anasının əlindən tutdu ki, yıxılmasın. Çünki baĢını yuxarı qaldırıb məscidin səqflərinə, qübbəsinə 
baxırdı.  Elə  bil  o  qaranlıq  gecədə  qalanın  bürcündən  göyə  baxıb  ulduzları  gördü.  Amma  o 
ulduzlar  xırda  idi,  nöqtələrə  oxĢayırdı.  Ancaq  bu  səmada  ulduzlar  daha  iri,  daha  parlaq,  biri-
birinə  daha  yaxın,  dərin  və  sirli  idi.  Onu  insan  əlimi  yaratmıĢdı?  Yadına  anasının  ipək 
düyünçədən  çıxardığı,  Venediktdən  gətirilmiĢ  Ģəkil  düĢdü.  Onları  müqayisə  elədi.  Oradakı 
mənzərəni  Ģəhərə  getsən  görərsən.  Bunu  isə  heç  yerdə  görmək  mümkün  deyil.  Belə  gözəlliyi 
yalnız  insan  qəlbində  tapmaq  olar.  Səkinə  xalanın  çaldığı  saz  havaları,  oxuduğu  bayatılar  bu 
gözəlliyə necə də uyğun gəlirdi. 

96  www.sarigelin.net 
 
Üləmalar  namaza  dayanmıĢdılar.  Amma  onların  hamısı  Sultanəlidən  sonra  bir  cərgəyə 
düzülmüĢdü. Onlar hərdənbir əllərini o gözəl göyə qaldırıb “Allahu Əkbər” – deyir, oradan iki-üç 
“Allahü əkbər” nidası geri qayıdırdı. Elə bil insan əlinin yaratdığı bu ulduzlu göy, əsl səmadan 
fərqli  olaraq  adamları  eĢidir,  ona  cavab  qaytarırdı.  Amma  qalada  anası  əlini  nə  qədər  göylərə 
qaldırıb yalvarırdısa bir Ģey çıxmırdı. 
Namaz qurtardı. Məsciddə Rüstəm Mirzə, AləmĢahbəyim və övladlarından baĢqa heç kim 
qalmadı.  Ġsmayıl  anasına  fikir  verirdi.  O,  əvvəlcə  gözəl  naxıĢlar,  daĢ-qaĢlara,  naxıĢa  bənzər 
yazılarla bəzənmiĢ qəbrə yaxınlaĢdı. 
–  Övladlarım,  bu  ulu  nənəniz  Sara  xatunun  qəbridir.  Səsi  titrədi.  Əyilib  qəbir  daĢından 
öpdü.  Oğlanları  da  onun  kimi.  –  Bu  da  babanız  Həsən  padĢahın  məzarıdır.  Böyük  bir  ölkəyə 
sığıĢmayan atam gör kiçik qəbrdə necə rahat  uzanıb! Qalx ey mənim  qeyrətli,  mərd atam. Gör 
övladların  səndən  sonra  biri-birini  qurd  kimi  necə  də  parçalayır.  Qoy  sənin  ruhun  bizə  nicat 
versin. 
Rüstəm Mirzə bu sözləri eĢidib qəbrin qarĢısında diz çökdü. 
– Baba, sənin ruhuna, ədalət naminə çaldığın qılıncına and olsun ki, tez bir zamanda əmin-
amanlığı bərpa edəcək, əvvəlki adımızı, Ģan-Ģöhrətimizi nəslimizə qaytaracağam. 
 Ġsmayıl  bər-bəzəklərdən  doymamıĢ  sənduqənin  uzunluğunu  öyrənmək  istədi.  Addım  ata-
ata bu addımları saydı. 
“Bu daĢ da babam kimi uzundursa, gör onda necə də hündür imiĢ babam. Mən atın üstündə 
otursam, o yerdə ayaq üstündə dayansa məndən hündür olardı. Yox, mən dəvənin üstündə” 
AləmĢahbəyim  atasının  qəbrindən  anasının  qəbrinə  keçdi.  Heç  nə  deməyə  taqəti  yox  idi. 
Ürəyindən də, kipriklərindən də yaĢlar axırdı. Bir anlığa nəfəsi də tutuldu. Udmağa hava çatmadı. 
Diz  üstündə  çökdü.  Sifəti  qəbir  daĢının  üstünə  söykəndi.  DaĢın  soyuğu  onun  yanağına  keçdi. 
“Sənin  istinə  gəlmiĢdim.  Elə  bildim,  qızdıracaqsan  bu  üĢüyən  ürəyimi.  Amma  necə  də 
bumbuzsan, ana”. 
Sultanəli özünü kiĢi kimi aparır, ürəyindəkiləri sifətində büruzə verməməyə çalıĢırdı. Təkcə 
gicgahlarında əmələ gələn düyün gözə çarpırdı. Bu düyün əsəb kələfi idi. Nə qədər möhkəm olsa 
onun vücuduna bir o qədər hakim kəsilirdi. 
AləmĢahbəyim  qalxdı.  Ġsmayıl  anasının  mina  boylu  olmasını  sanki  indi  gördü.  Fikrindən 
keçdi  ki,  babama  oxĢayıb.  Gəlib  onunla  yanaĢı  dayandı,  onun  uzun,  ağ  və  taqətsiz 
barmaqlarından tutdu. 
–  Əmioğlu,  mənim  oğlanlarımın  taleyi  necə  olacaq?  –  AləmĢahbəyim  birdən-birə  dönüb 
Rüstəm Mirzədən soruĢdu. 
– Təbrizin hansı sarayını istəsən, götür, yaĢa. 
– Saray bizim ürəyimizi Ģad eləməyib. 
– Öz ata yurdumuza qayıdacağıq, dayı, Ərdəbilə, – Sultanəli qətiyyətlə dilləndi. 
– Mənə arxa-kömək olmaq istəmirsən? – Rüstəm Mirzə bu sözü elə dedi ki, sanki Ərdəbilə 
gedən kimi dönüb ona düĢmən olacaqdılar.   
– Atam məni öz iĢinin davamçısı tə‟yin eləyib. 
– Hansı iĢin? – Rüstəm Mirzə sanki bu sualla onu karıxdırıb ürəyindəkiləri açıb tökdürmək 
istəyirdi. 
– ġeyxlik. Səfəviyyə təriqətinin baĢçısı. 
–  Ərdəbil  mülkü  sənindi.  O  Ģeyxliyə  mən  də  pay  kimi  Ərdəbil  padĢahlığını  verirəm. 
Xəzinəsi, taxt-tacı, qanunu ilə. Bir Ģərtim var! 
– Dayımızın Ģərti nədir? – Sultanəli taxt-tac, xəzinə sözlərini eĢidib sevindi.  
– O xəzinə Ağqoyunlu ziyanına xərclənməsin, o taxtda Rüstəm Mirzənin əleyhinə hökmlər 
verilməsin, qoĢun qılıncını bizə qarĢı qından çıxarmasın.  
–  Mənim  atam  heç  vaxt  Ağqoyunlu  taxtına  qarĢı  çıxmayıb.  Onun  oğlu  babası  Uzun 
Həsənin qəbri önündə and içir ki, dayısına heç vaxt xəyanət eləməyəcək. 
AləmĢahbəyimin ürəyindən qara qanlar axırdı. O, övladlarını dünya iĢlərindən oğurlayıb öz 
aləminə  aparmaq  istəyirdi.  Ana  ürəyi  adlı  məmləkətdə  onlara  bütün  dünyanın  sevincini 

97  www.sarigelin.net 
 
bağıĢlayardı.  Orada  onların  baĢından  bir  tük  də  əskik  olmazdı.  Amma  buna  gücü  çatmayacaq. 
Oğullar  böyüdükcə  atalarına  çəkirlər.  Rüstəm  Mirzənin  təklifi  Sultanəlini  yerindən  oynatdı.  15 
yaĢı yenicə tamam olan Sultanəlini padĢah taxtına çıxarır. Bunun qarĢısında dayanmaq çətindir. 
Heç bir ana məhəbbəti çəpəri onun qarĢısını saxlaya bilməzdi. 
Rüstəm  Mirzə  də  belə.  Atamın  qəbri  qarĢısında  and  içir.  Andın  axırıncı  sözü  ağzından 
qurtarmamıĢ  ölkəni  bölür,  paylayır,  öz  baĢını  salamat  saxlamaq  xatirinə.  Ərdəbili  ayırdı  verdi 
oğluma. Ayrılıq ayrılıqdı. Nə qədər əhd-peyman bağlasalar da, ona özgə ad vermək olmaz. 
DanıĢmaq,  bu  fikrə  e‟tiraz  eləmək  istədi.  Amma  övladlarının  xətrinə  danıĢmadı.  Rüstəm 
Mirzənin  qoltuğunda yaĢasalar baĢlarına min bir müsibət  gələr. Orada özləri olacaq. Atalarının 
müridləri onları kiprik gözü qoruyan kimi qoruyacaqlar. 
Bu fikirdən sonra atasının qəbrinə baxdı və tez də gözlərini yayındırdı. Ürəyində dedi: “Bir 
anda mən də xəyanət elədim, ata...” 
Əbih  Sultan  Ərdəbildə  Hüseyn  Lələ  bəyin  əlinə  keçəndə  o  Muradı  danıĢdırmıĢ,  Əbih 
Sultana harada rast gəldiyini öyrənməyə çalıĢmıĢ, ona inansa da Əbih Sultanın qaçaqlıqla məĢğul 
olan  bir  adamla  dostluq  eləməyinə  inanmamıĢdı.  Təbrizdə  dayandıqları  ilk  gecə  o  Muradı 
təzədən danıĢdırmaq fikrinə düĢdü. Səfəri onu tapmağa göndərdi. Səfər də çox çətinliklə Muradı 
tapıb Hüseyn Lələ bəyin yanına gətirdi. 
Onlar ikilikdə söhbət eləyirdilər. 
 
– Gərək ki, Rumlu elindənsən, eləmi? 
–  Bəli,  –  deyə  Murad  əlini  qoç  buynuzuna  bənzər  bığlarına  çəkdi.  Ciddi  bir  iĢə,  söhbətə 
baĢlamamıĢdan əvvəl əlini bığına çəkmək onun adəti idi. 
– Rumlu tayfasının tarixini bilməmiĢ olmazsan. 
– Bilirəm. Babam danıĢardı ki, onları Əmir Teymur əsir aparırmıĢ. Ərdəbildə Xoca Əli alıb 
geri  qaytarıb.  O  yaxĢılığı  tayfamız  yadından  çıxartmayıb.  Mən  də  Allahımdan  çox  razıyam  ki, 
belə bir gündə mən də Xoca Əlinin nəvələrinin karına gəlmiĢəm. Düzdü, elə bir iĢ görməmiĢəm, 
vaxt gələr, əcəl imkan verər, mən də kimliyimi bildirərəm. 
– O vaxt gəlib. 
Hüseyn  Lələ  bəy  bu  sözü  dedi,  amma  qorxdu  ki,  artıq  ehtiyatı  əldən  verib.  Qayıdıb 
söhbətlərini Əbih Sultana danıĢsa, sirr açıla bilər. 
– EĢidirəm. Mən bu yolda hazır. 
– Əbih Sultanı yaxĢı tanıyırsanmı? 
– Elə belə. 
– Qohumluğun var? 
– Yoxdu. Ərdəbildə danıĢdım da. Onnan yolda duz-çörək kəsmiĢəm. Çörəyi də ayaqlayan 
adam deyiləm. Görürəm, yox, məndən baĢqa duz-çörəyin qədrini bilən yoxdu, O, Ģahnan oturub-
duran, mən də rəiyyət, yoldan ötənin biri. Heç yadına da düĢmürəm. Ġstəyirəm, çıxam gedəm öz 
ellərimizə. 
Hüseyn  Lələ  bəy  gördü  zənnində  yanılmayıb.  Xurcunu  yanına  çəkdi.  HəmiĢə  xurcunda 
gəzdirdiyi Quranı çıxartmaq istədi. Amma Quranın yanında nə vaxtdan qalmıĢ quru, boyat çörək 
vardı. Çörək bükülən dəsmalı açdı. Çıxartdı, ortalığa qoydu, əlini çörəyin üstünə qoydu: 
– Səni and verirəm bu çörəyə, söhtbətimiz öz aramızda qalsın. 
Murad da əlini toxundurdu. 
– Mən andımı içdim. 
–  Əbih  Sultan  çox  qorxulu  adamdı.  Bəysunquru  yıxdımı?  Yıxdı.  O,  Bəysunqurla  çörək 
nədi, Bəysunqurun çörəyini yemiĢdi. Bəysunqur ona böyük bir vilayət bağıĢlamıĢdı. Əgər Rüstəm 
Mirzə  da  onun  üzünə  pis  baxsa  onun  da  baĢını  yeyəcək.  Səninlə  kəsdiyi  çörək  elə  orada  da 
yadından çıxıb. 
Söz Muradı tutdu. 
–  Mən  nə  Bəysunqur  deyiləm,  nə  də  Rüstəm  Mirzə.  Mən  qaçaq  Muradam.  Murad  hələ 
ömründə çörəkdən özgə bir Ģeyə, bir adama baĢ əyməyib. Xəyanət eləyə, baĢını sərçə boğazı kimi 
üzüb ataram. 

98  www.sarigelin.net 
 
–  O  da  boğaz  üzdürən  deyil.  Ən  çətin  yerlərdən  çıxıb.–  Hüseyn  Lələ  bəy  bu  sözlə  Əbih 
Sultanı bir pillə də qaldırdı. 
Murad əsl mətlə6i gözləyirdi, amma getdikcə, bəlkə də o mətləbdən uzaqlaĢırdılar. 
– Sünnü məzhəbindənsən, ya Ģiə? 
– Ərdəbildə Rumlu tayfası Ģiəliyə keçib. Bunun da üstündə baĢlarına min oyun açırlar. Axı 
sözünün canını demədin. 
– Demək baĢlarına oyun açırlar. Vaxt gələr, hörmət qoyarlar. Bunun üçün sənin də, mənim 
də köməyim lazımdı. 
– Məndən nə iĢ aĢırsa, eləyim. – O, bu sözü ürəkdən dedi. 
–  Bundan  ötrü  təriqəti  möhkəmlətmək  lazımdı.  Onun  baĢçısını  qorumasaq,  ġeyx 
Heydərdən  sonrakı  illərdəki  müsibətlər  gələr  baĢımıza.  Sultanəli  Ģeyxlikdən  əlavə,  həm  də 
Ərdəbil padĢahı e‟lan edilir. 
Murad  yenə  əlini  bığına  çəkdi.  Onun  hər  barmağı  bir  uĢaq  biləyi  yoğunluğunda  idi. 
Yumruğu gürzdən böyük olardı, balaca olmazdı. 
– Ərdəbil qoĢununun bir qolunu tapĢırın mənə. Onda görün analar necə oğullar doğub. 
–  Hələlik  heç  kimlə  davamız  yoxdu.  Bizim  ən  qorxulu  düĢmənimiz  Əbih  Sultandı.  Bizə 
onun fikrini bilmək Ģərtdi. O, Rüstəm Mirzəni gündə min təbə salacaq. 
Murad  fikrə  getdi.  Hüseyn  Lələ  bəy  iri,  ağıllı  gözlərini  onun  sifətinə  dikib  cavabını 
gözləyirdi. 
Onun gec cavab verdiyini görüb əlavə elədi: 
–  Bu  iĢ  bir  qoĢunun  iĢinə  bərabərdi.  Onun  beyni  qaynar  qazandı.  Hər  an bir hiylə qurur. 
Hörümçəkdi, tor hörür. O qazandan, o tordan xəbərimiz olmasa, baĢımıza min oyun açar. 
Murad dedi: 
–  Mən  sənin  dediklərini  yaxĢı  anĢırıram.  YaxĢılığa  yaxĢılıq  hər  kiĢinin  iĢidi.  Rumlu 
tayfasına olunan yaxĢılığın əvəzini çıxmaq üçün özümü də qurban verərəm. Ancaq Əbih Sultanın 
fikrini  öyrənmək,  onu  xəbər  vermək  mənim  kiĢiliyimə,  qeyrətimə  yaraĢan  iĢ  deyil.  Əgər  mən 
onun fikrini bilsəm, onun divanını özüm eləyərəm, daha niyə xəbər göndərirəm ki? Deməyindən 
belə çıxır ki, Əbih Sultan tülküdü. Tülkünün fikrini bilsə-bilsə çaqqal bilər. Ancaq anam məni Ģir 
doğub. 
Hüseyn Lələ bəy əlini ona uzatdı: – Ver əlini, Murad bəy rumlu. Bu gündən olduq qardaĢ. 
Hüseyn bəyin əli onun ovcunda itdi. Lələ inandı ki, o qəhrəmanlıq üçün yaranıb, döyüĢdə 
özünü düĢmən qoĢununa vursa yara-yara aparar. Xəbərçiliyə isə yaramaz. Onun bir sifəti var. 
–  QardaĢ  olaq.  Mən  qalıram  Təbrizdə.  Əgər  Əbih  Sultan  istəsə  onun  qulluğuna  girərəm. 
Amma məndən xəbər gözləməyin. Nə qədər onun yanında olsam, Sultanəlinin qarasınca danıĢa 
bilməz. 
–  Özünü  güdaza  verərsən.  ġirləri  elə  tülkülər  tələyə  salıb.  Amma  elə  cavan  Sultanəlini 
Ģirlər  qorumalıdı.  Onun  taleyini,  baxtını  tülkülərə  ümid  ola  bilərikmi?  ġirvandan,  Xorasandan, 
Bağdaddan, nə bilim hiylə toru haraya toxunursa xəbərimiz olmalıdır. Əbih Sultan səndən baĢqa 
yəqin ki, heç kimə bel bağlamayacaq. Çünki o belə hesab eləyir ki, səni qaçaqlıqdan gətirib, üzə 
çıxarıb. Sənə iĢ tapĢıracaq. O bir tikə çörəyin səbəbinə səninlə iĢlər görməyə çalıĢacaq. Sən hələ 
saray  adamlarını  tanımırsan.  Sarayda  isə  Əbih  Sultan  kimiləri  az  deyil.  Ġnsan ki,  heç bir Ģeydə 
müqəddəslik görmürsə, onun ürəyində kin-küdurətdən özgə heç nə ola bilməz. 
Murad onun sözlərindəki həqiqətləri dərk eləyir, ürəyində onların hamısı ilə razılaĢırdı. 
– Hüseyn Lələ bəy, Rumlu tayfasına sifariĢ göndərəcəm ki, yollar açılıb. Gəlsinlər ziyarətə. 
– Göndər, mən dediklərimi də yaddan çıxarma. 
Murad Cibo Səfərlə birgə bazar içindəki kiçik aĢxanada oturub piti yeyirdilər. Kiçik saxsı 
qablardakı pitidən qalxan ədviyyat ətri içərini doldurmuĢdu. Onlar palazın üstündə bardaĢ qurub 
üzü Ģirli, yazılı, Ģəkilli saxsı kasada pitinin suyuna təndir çörəyi doğrayırdılar. Balaca pəncərədən 
at  ayaqları  göründü.  Sonra  geyimindən  saray  fərraĢına  oxĢayan  adam  baĢını  içəri  uzatdı. 
Qayıtmaq istəyirdi ki, Muradı gördü və bir az da irəli gəldi. 
– Murad bəy, ağa səni gözləyir. 

99  www.sarigelin.net 
 
Murad iri bir tikə götürmüĢdü. Barmaqlarından zəfəranlı yağ axırdı. Tikəni ağzına qoyub 
iĢtahla çeynədi, udub dedi: 
– Ağan kimdi sənin? 
– Əbih Sultan. 
– Getməsəm nə eləyərsən? 
Xidmətçi  pərt  oldu.  Doğrudan  da  nə  edəcəyini  bilmirdi,  bu  barədə  ona  heç  bir  tapĢırıq 
verməmiĢdilər. Bir an fikirləĢdi. Muradın zəfəranlı, yağlı barmaqlarına baxıb udqundu. 
– Getməsən? Ağa dedi ki, Murad bəyi tap gətir. 
– Elə belə dedi? 
– Bəli, bəy. 
Cibo Səfər onun dizinə toxunub dedi: 
– Ağa, Murad bəyi harada gözləyir? 
– “Səkkiz behiĢt” sarayında. 
Bu  sözdən  sonra  piti  yeyən  adamlar  da  əllərini,  tikə  çeynəyən  çənələrini  saxladılar, 
piĢtaxtanın  sahibi  qırmızısaqqal  kiĢinin  rəngi  ağardı.  “Gör  necə  böyük  adam  gəlib  mənim 
dükanıma  çıxıb.  Bilsəm  belədi,  hörməti  ayrı  cür  eləyərdim.  Bir  Ģey  xoĢuna  gəlməyibsə,  vay 
mənim halıma”-deyə fikirləĢdi. 
Cibo  Səfər  Muradın  qulağına  nə  pıçıldadısa,  sonra  üzünü  Əbih  Sultanın  xidmətçisinə 
çevirib dedi: 
– Sən get, Murad bəy gələr. 
Xidmətçi bu sözdən sonra onun qabağında diz üstə çökdü: 
– Qurbanın olum, ay bəy. Mənə yazığın gəlsin. 
– Qalx, – deyə Murad ona təpindi. O insan yalvarıĢına dözə bilmirdi. – Get, gözlə, çıxaram. 
Murad Səfəri də özü ilə bərabər gətirdi. Ona ürəyi yatmıĢdı. Neçə gün idi bir yerdə gəzib-
dolanır, dərdləĢirdilər. 
Ġçəri  girəndə  Murada  elə  gəldi  ki,  Əbih Sultan təzə qalxan günəĢ kimi  parıldayır. Libası, 
silahları,  məstlərinin  naxıĢları,  saqqalı  və  bığları,  Murada  uzanan  əlləri  lap  iĢıq  böcəyinə 
dönmüĢdü. Heç monqol atına minən Əbih Sultana oxĢamırdı. 
– Hə, mənə görə qulluq. 
–  Qul  sahibi  olasan,  qulluq  nədi?  Səni  Ģana-Ģöhrətə  çatdırmaq  niyyətindəyəm.  Sən  də 
deyirsən qulluq. 
– Nə bilim – Murad çiyinlərini çəkdi. – Nə bilim, deyir dəvəni toya çağırdılar bikef oldu. 
SoruĢdular bu nə hikmətdi? Cavab verdi ki, oynamağa çağırmırlar ha, ya duza göndərəcəklər, ya 
suya, ya oduna. 
Cibo Səfər göy gözlərini qıyıb bic-bic onların söhbətlərinə qulaq asırdı. Nazik dodaqları da 
qaçmıĢdı, çürük, xırda diĢləri görünürdü. 
– Oduna, suya, duza göndərməyə dəvələrimiz var. Onların ovsarını tapĢırdığımız adamlar 
da mə‟lumdur. Bir qalır o sarvanların hamısının ovsarını tapĢırmağa igid lazımdı, o da sən. Axır 
günümdə mənə kömək durmusam, arxamda dayanmısan, indi o haqqı-sayı və boynumda saxlaya 
bilmərəm. 
Murad  sakitcə  qulaq  asır.  Əbih  Sultanın  qatladığı  dizinin  kündəsində  gərilib  hamarlanan 
zoğalı  ipək  parçanın  parıltısına  baxıb  fikirləĢirdi.  “Ġndi  karvanların  sarvanlarını  mənə  ümid 
eləyir. Əlinə fürsət düĢən kimi o dizini boğazıma qoymaz ki? Hələlik karvanların ovsarını mənə 
verib, məni ovsarlayıb yedəyində aparmaq fikrindədir. YaĢayaq, hər Ģeyi görərik”. 
Səfər  Muradın  bu  hərəkətlərindən  hiss  eləyirdi  ki,  o  Əbih  Sultanın  bu  təklifini  bəyənib, 
onunla razıdır. Amma hələlik nədənsə tərəddüd göstərir. Bayaqdan qılıncının qəbzəsinə döyüb, 
Əbih  Sultanın  qarasınca  danıĢırdı.  Amma  indi  birdən-birə  yumĢaldı.  Bu  iĢdə  ona  haq  da 
qazandırdı.  Axı  Murad  bundan  sonra  öz  elinə-obasına  qayıdan  deyildi.  Bu  yerlərdə  yurd-yuva 
salmalı, ev-eĢik sahibi olmalı idi. Bu iĢdən ötəri də ona hər cür imkan açılırdı. Bəs birdən-birə o 
qızılbaĢların tərəfini versə necə? 
Bu vaxt Əbih Sultan Səfəri göstərdi. 

100  www.sarigelin.net 
 
– Bu kimdi? 
– ġirvanlıdı. Duz-çörək kəsmiĢik, – deyə Murad ehtiramla cavab verdi və açıq-aĢkar bilindi 
ki, bu ehtiram Əbih Sultana yox, Səfərə aid idi. “Duz-çörək kəsmiĢik” kəlməsindən sonra Əbih 
Sultanın  dodağı  qaçdı.  Amma  bunu  heç  kim  görmədi.  Çünki  qızılı,  qəhvəyi  rənglərə  çalan 
yumĢaq bığları onun dodaqlarını örtmüĢdü. 
“Duz-çörək”  bunun  üçün  Allahdan da irəlidi,  peyğəmbərdən də, lap padĢahdan da. Qanlı 
düĢməni ilə bilmədən bir süfrəyə otursa intiqam almağı unudar. Bir tikə çörəyə hər Ģeyi qurban 
eləyər”. 
– Murad bəy, səni elə yüksək bir mərtəbəyə qaldırıram ki, orada gərək padĢah süfrəsindəki 
duz-çörəkdən özgə heç bir duz-çörək görünməsin. Bir hökmdarın bir vəziri vardı, hər dəfə süfrə 
açılanda padĢah ondan xörəyin dadını soruĢardı. Deyərdi: 
– Vəzir dolma necə biĢib? 
Deyərdi: – Gözəl. 
PadĢah  yeyib  görərdi  ki,  dadı-duzu  yoxdu,  deyərdi,  pis  dolmadı.  Vəzir  də  deyərdi  bəli, 
dolma pisdi. Axırda bir gün padĢah cana gəldi, dedi: – Ay vəzir, axı elə mən nə deyirəmsə, onu 
tutuquĢu kimi təkrar eləyirsən. Bu necə olan iĢdir? 
Vəzir dedi: 
 
– PadĢah sağ olsun, mən dolmaya yox, padĢaha qulluq eləyirəm.  Bir dolmaya görə sənin 
sözünü  qaytarsam,  onda  gərək,  boğazım  keçə  ilgəyə.  Bildin  də,  mən  nə  deyirəm.  Sən  olursan 
saray adamı. Çörək yediyin süfrə də, saray süfrəsi olacaq. Ona görə də bir duz-çörəyə bir ölkənin 
sirri-sözü əldən getməməlidir. 
Muradı söz tutdu, amma təmkinini pozmadı: 

Yüklə 5,09 Kb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   35




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin