Xudafərin körpüsü



Yüklə 5,09 Kb.
Pdf görüntüsü
səhifə15/35
tarix21.03.2017
ölçüsü5,09 Kb.
#12113
1   ...   11   12   13   14   15   16   17   18   ...   35
Əynindəki  paltar  parça-parça  olmuĢdu,  sir-sifəti  dırnaq  yerlərində  qanlı  xətlərlə  örtülmüĢdü. 
Əyilib  qulağını  onun  ürəyinə  qoydu,  nəbzini  tutdu.  Onun  bədəni  hələ  soyumamıĢdı.  O  dəhlizə 
qaçıb qıĢqırdı: 
– Su gətirin. 
Onun  səsinə  qalabəyi  gözlərini  açdı.  Amma  nə  baĢ  verdiyini dərk eləyə bilmədi, təəccüb 
dolu baxıĢlarını Əbih Sultana dikib qıĢqırıqdan bir Ģey anlamağa çalıĢdı. FərraĢ əlində bir cürdək 
qaça-qaça  gəldi.  O  suyu  qalabəyinin  sifətinə  çiləyəndə,  Əbih  Sultan  cürdəyi  aldı,  Rüstəm 
Mirzənin  yanına  qayıtdı.  Suyu  ovcuna töküb  onun sifətinə çilədi,  yanaqlarına vurub çağırmağa 
baĢladı: 
– Rüstəm Mirzə, Rüstəm Mirzə. 
Sonra qollarını qaldırıb qatladı. Ona ümid verən bu idi ki, hələ onun bədəni nə qurumuĢ, nə 
də soyumuĢdu. O ayağa qalxanda qalabəyini.yanında gördü. 
–  Bilirsən  öz  baĢına  nə  müsibət  açmısan?  Əmr  eləmiĢdilər  Rüstəm  Mirzəni  sağ-salamat 
aparaq. 
– Mən də padĢahımızı tanıyıram. Onun baĢını aparsan daha yaxĢıdır. – Belindəki xəncəri 
çıxarıb dizini yerə vurdu. Rüstəm Mirzənin çənəsini qaldırdı ki, xəncəri rahatca onun hulqumuna 
çəksin. 
Əbih Sultan onun biləyindən tutub burdu, xəncəri aldı. 
– Ağzımda bir quranlıq söz danıĢıram, sən də öz bildiyini eləyirsən. Sənə kim deyib onu 
öldürəsən? 
– Him-cim elədin, mən də səni belə baĢa düĢdüm. Diri getmək istəməyənin baĢını aparırlar, 
bu olur salamatlıq. 
– Axı sən nə bilirsən onu e‟dam eləməyə aparırlar? Bəlkə bir məmləkət bağıĢlayacaqlar. 
– Bəysunqur ona bir kor piĢik də peĢkəĢ eləməz. 
Əbih  Sultana  xəncər  vursan  bir  damcı  qanı  düĢməzdi.  Bədənindən  vic-vicələr  keçirdi. 
XoĢbəxtliyə çatdığı yerdə gör necə bədbəxtliyə rast gəlmiĢdi. Birdən-birə o dəli kimi qıĢqırdı: 
– Salamatdı. 
Doğrudan  da  Rüstəm  Mirzə  tərpəndi.  Əlini  gətirib  boğazına  sürtdü.  Zarıdı.  Əbih  Sultan 
onun üzünə su çiləyəndən sonra soruĢdu! 
– Mən haradayam? 
Əbih Sultan qalabəyinə dedi: 
– Anan namaz üstəymiĢ, ölməyib. 
Qalabəyi uzun, qara dırnaqlarının arasına çirk dolmuĢ barmaqlarına baxdı. 

88  www.sarigelin.net 
 
– Demək qocalmıĢam. Bu barmaqlar məngənə kimiydi.  Hələ onlardan bir adamın boğazı 
salamat qurtarmayıb. 
Əbih Sultan Rüstəm Mirzənin qoluna girib qaldırdı. Qapıya tərəf apardı. Daha getməyinə 
də e‟tiraz eləmirdi. Dayçaları beləcə boğandan sonra belinə yəhər qoyub minirlər. 
Arazı  keçib  xeyli  gedəndən  sonra  yoldan  çıxdılar.  Qayaların  arasına  gəldilər.  Bura  əsl 
ordugaha oxĢayırdı. Bir neçə  min silahlı adam  vardı. Rüstəm Mirzə bu məsələdən heç nə baĢa 
düĢmədi. 
Onu görəndə adamların heyrət  nidalarını eĢitdi.  Amma Rüstəm Mirzə baĢını qaldırıb heç 
kimə  baxmırdı.  Bilirdi  ki,  onu  Bəysənqurun  yanına  e‟dama  gətiriblər.  Bu  heyrət  də  elə  ona 
görədir. Ordugahdan keçib baĢda qurulan çadırın qabağına qədər gəlib atdan düĢdülər və onu da 
düĢürdülər. 
– Çadıra buyurun, Rüstəm Mirzə. 
Əbih  Sultanın  bu  təklifinə  Rüstəm  Mirzə  əhəmiyyət  vermədi.  Dayandığı  yerdən 
tərpənmədi, ona bir daha yol göstərəndə dedi: 
– Mən Bəysunqurun ayağına getmirəm. 
– Bəysunqur yoxdu. 
– Necə yoxdu. Bəs mənim e‟damıma baxmaq istəmir o südəmər küçük? Qoy çıxsın görsün 
ki, kiĢi kimi necə ölürlər. Qanımı qaba tutub verin, ac köpək kimi yalasın.  
– Hər Ģey tərsinə olacaq, keçin çadıra, hər Ģeyi sənə danıĢacağam. 
Rüstəm Mirzə heç nə baĢa düĢmürdü. Bu sözlərdən sonra çadıra girdi. Ġçəridə heç kim yox 
idi:  Əbih  Sultanla  bərabər  Hüseyn  Lələ  bəy  və  Dədə  bəy  də  çadıra  girdilər.  Əbih  Sultan  ona 
baĢda  yer  göstərdi.  O,  biləklərindəki  zəncir  yerlərini  ovuĢdura-ovuĢdura  oturdu.  Əbih  Sultan 
dedi: 
–  Məni  Əlincə  qalasına  Bəysunqur  göndərməmiĢdi.  Mən  özüm  də  onun  qəzəbinə 
gəlmiĢəm.  O,  dayısı  Fərrux  Yasarın  çaldığını  oynayır.  Məsləhətçisi  də  qoca  tülkü  Süleyman 
Bicanoğludur.  Səni  onun  yerinə  Təbrizə  taxta  çıxartmaq  üçün  xilas  eləmiĢik.  Uzun  Həsənin 
taxtında oturmağa layiq olan bir Ģəxs varsa, o da Rüstəm Mirzədi.  
Rüstəm  Mirzə  elə  bil  ayıldı.  Əlincə  qalasından  buraya  qədər  fikrindən  keçən  bu  idi  ki, 
qılıncı  onun  boynuna  endirəcəklər.  Həmin  qılınc  da  Əbih  Sultanın  əlindədir.  Ġndi  o  əl  enir,  o 
əldəki qılınc deyil, tacdır. 
– Bu Ģəxsləri mən tanımıram, – deyə Hüseyn Lələ ilə Dədə bəyi göstərdi. 
– Hüseyn Lələ rəhmətlik ġeyx Heydərin dostudur. Dədə bəy də həmçinin.   
– ġeyx Heydərin? 
– Bəli, ġeyx Heydərin, – deyə Hüseyn Lələ bəy təkrar elədi. 
– BaĢa düĢmürəm. – Rüstəm Mirzə Əbih Sultana baxdı. 
– Bəysunqur hələlik  Təbrizdə taxtda oturub. QoĢunları  Ərdəbil tərəfdədi.  Səni Əlincədən 
çıxarıb taxta oturtmaq istəyən bu qoĢun ġeyx Heydərin müridləridir. 
– Onlar ki, bizim səltənətimizə həmiĢə düĢmən olublar. 
– DüĢmənliyimiz bu hərəkətimizdən görünürmü? 
 
Rüstəm Mirzə Lələ bəyin sözündə acılığı elə bil istiot kimi yeyib dilinin üstündə hiss elədi. 
– Nə Ģərt qoyubsan? 
– Bir Ģərtimiz var. ġeyx Heydərin övladlarını zindandan çıxarıb verin bizə. 
Rüstəm Mirzə qarĢısında Ģərt qoyulmasını narazılıqla qarĢıladı.  
– O uĢaqları sənə verməsək onda necə? 
– Onda baĢqa daha asan yol var, biz də həmin yolnan gedərik. – Hüseyn Lələ bəy kükrəyib 
özündən çıxmağa hazır olan Dədə bəyin dizini basdı. 
– Hansıdı o yol? 
– Rüstəm Mirzəni də, Əbih Sultanı da Bəysunqura verib əvəzində uĢaqları alarıq. Çünki bu 
iki düĢmən ondan ötəri, ġeyxin uĢaqlarından daha qorxulu düĢməndi. Müridləri Təbrizə yeridib 
qan tökməkdən də canımız azad olar. 

89  www.sarigelin.net 
 
Əbih Sultan Hüseyn Lələ bəyin bu fikrinin daha inandırıcı olduğunu görüb onu bu fikirdən 
daĢındırmaq  üçün  əl-ayağa  düĢdü.  Əl  atıb  cibindən  Hüseyn  Lələ  bəy  ilə  yazıb  möhürlədikləri 
müqavilənaməni çıxartdı. Əvvəl  onu Hüseyn Lələ bəyə göstərmək, verdiyi  sözü yadına salmaq 
istəyirdi. Amma fikrindən tez daĢınıb Rüstəm Mirzəyə göstərdi. 
–  Bu  mənim  Hüseyn  Lələ  bəy  ilə  bağladığım  əhd-peymandı.  Burada  yazılıb  ki,  Rüstəm 
Mirzəni taxta çıxarandan sonra o, ġeyxin uĢaqlarını azad eləyəcək. 
Rüstəm Mirzə hirsləndi: 
– Mən səni vəkil eləmiĢdim? 
– Yox. 
– Bəs bu nə iĢdi mənim adımdan danıĢırsan? 
Əbih Sultan da pərt oldu, kağızı qatlayıb cibinə qoydu. 
Hüseyn Lələ bəyə baxıb çiyinlərini çəkdi. Yə‟ni daha mənim heç bir sözüm yoxdur. 
–  Belə  olan  yerdə  bizim  müqaviləmiz  pozulur.  –  Hüseyn  Lələ  bəy  cəld  Əbih  Sultanın 
belindəki qılıncı çəkib çıxartdı. Dədə bəy onu sarıdı.  
Rüstəm  Mirzə  isə  Ģah  kimi  oturmuĢdu.  Yerindən  tərpənmirdi.  Əbih  Sultanın  silahının 
alınıb qollarının bədəninə sarınması onun vəziyyətini ona baĢa saldı. 
– Əhdinizi nə tez pozdunuz, – deyə lovğa-lovğa dilləndi. 
–  Bu  tək  əhd  pozmaq  deyil,  Bəysunqurun  təzədən  Ərdəbil  müridləri  üstünə  yeriməyidi. 
Köhnə düĢmənçilik təzələnir, ġeyxin övladlarını da ölüm gözləyir. 
– Bəs məni niyə sarımırsan? 
– Səni sarımaq çox asan iĢdi. Onsuz da buradan heç yana qaça bilməzsən. 
Dədə bəyin gur səsi eĢidildi: 
– Rüstəm Mirzə, yaxĢı-yaxĢı fikirləĢ, ya onlar deyənə qulaq asmalısan, ya da Bəysunqurun 
cəlladlarının qabağında dayanacaqsan. 
– Mən Ģərti elə qəbul eləyə bilmərəm. ġeyx Heydərin uĢaqları müridlərdən yeddi köynək 
mənə yaxındı. Taxta çıxan kimi onları zindandan birbaĢa saraya gətirəcəm. 
Əbih Sultan rahat nəfəs aldı. 
– O saraydan onlar heç bir xeyir görməyiblər. Bizim Ģərtimiz qətidir. Ərdəbil neçə qərinədi 
ki,  ġeyx  Səfiyyəddin  övladlarının  mülküdür.  O  mülk  qayıtmalı,  ġeyx  Sultanəli  Ərdəbildə 
oturmalıdır. 
Əbih Sultan da Rüstəm Mirzəni sakitləĢdirməyə çalıĢırdı. 
–  Rüstəm  Mirzə,  Bəysunqur  gedəndən  sonra  ġirvanĢah  sənə  düĢmən  kəsiləcək.  Onun  da 
qabağında  Sultanəli  dayana  bilər.  Çünki  qan  düĢmənidilər.  Hüseyn  Lələ  bəyin  Ģərti  sənə  də 
xeyirdi. 
– Demək Sultanəli belə böyüyüb? 
– Ġndi o, həddi-büluğa çatmıĢ oğlandı. Darül ĠrĢadın iĢləriylə məĢğul olacaq. Onu sarayda 
saxlamaq istəsən də, qalmaz. – Hüseyn Lələ cavab verdi. 
Rüstəm Mirzə dəlillərin qarĢısında təslim oldu. 
– YaxĢı, mən razı. 
– Onda müqavilənamə təzədən yazılmalıdır, – deyə Hüseyn Lələ fikrini bildirdi. 
–  Müqavilənamə?!  Mən  sözümün  ağasıyam.  Həm  də  hökmdar  hökmdarla  müqavilənamə 
bağlayar?! 
– Hələ hökmdarlığa var. 
Rüstəm  Mirzə  tələsirdi.  Elə  bilirdi  ki,  artıq  taxta  oturub.  Amma  söhbətlər  onu  indiki 
vəziyyətinə qaytarırdı. 
Hüseyn Lələ bəy qələm-davat istədi. Gətirdilar. Oturub yazdı. Hər bəndi Rüstəm Mirzə ilə 
razılaĢdırdı.  Sonra  onlar  möhür  basdılar.  Rüstəm  Mirzənin  möhürü  yox  idi.  Barmağını  basdı. 
Bundan sonra Rüstəm Mirzəyə hökmdara layiq libas, silah gətirdilər. Özləri çıxdı, o geyindi. 
Əbih  Sultan  çadıra  girəndə  gördü  ki,  Rüstəm  Mirzə  iki  balıĢı  üst-üstə  qoyub,  dizinin 
kündəsi  balıĢları  basıb  aĢağı.  Artıq  qızıldan  olmasa  da,  qaz  tükündən  özünə  taxt  düzəldib. 
Hamıdan heç olmasa bir barmaq yuxarıda oturmaq istəyir. 

90  www.sarigelin.net 
 
–  Əmir  Ġbrahim,  –  deyə  Əbih  Sultana  müraciət  elədi.  –  Anan  namaz  üstəymiĢ.  Mənim 
köməyimə çatmasaydın, özüm taxta çıxanda and içmiĢdim birinci səni Təbriz qalasından asdırım. 
Əbih  Sultan  onun  bu  xam  xəyalına  ürəyində  güldü.  Həm  də  sevindi.  Sevindi  ki,  Rüstəm 
Mirzə  çox  yola  yaxın  adamdı.  Sarayda,  o  hökmdarın  ən  yaxın  adamı  olacaq,  kəsdiyi  baĢların 
sorğu-sualı olmayacaq. 
Dədə bəy Hüseyn Lələnin yanına gəlib onunla xısın-xısın danıĢmağa baĢladı. 
– Tədbirimiz baĢ tutub. Cibo Səfər qayıdıb. 
– Necə? 
– Bəysunqur artıq Arazı keçib ġirvana gedib. Təbriz yolu açıqdır. 
–  Bir  yandan  bağlayan  tanrı  o  biri  yandan  açır.  Hüseyn  Lələ  bəy  ġirvandan  gələn  çaparı 
tutdurmuĢ,  onun  paltarını  geydirib  məktubunu  da  təzədən  yazdırandan  sonra  Təbrizə 
göndərmiĢdi.  Fərrux  Yasarın  adından yazılan bu məktubda bildirilirdi ki,  qoca ġirvanĢah ölüm 
yatağındadır, halallaĢmaq üçün nəvəsi Bəysunquru yanına çağırır. Tək ona deyiləsi sözləri, sirləri 
var.  Cibo  Səfəri  göndərməkdə  məqsədləri  vardı.  Səfər  Ģamaxılı  idi,  danıĢığı,  ləhcəsi  Ģübhə 
doğura bilməzdi.  Ġndi  bu tədbir öz iĢini  görmüĢdü. Bəysunqur Suleyman Bicanoğlu ilə bərabər 
ġamaxıya  yola  düĢmüĢdü.  Taxt  Ģəhəri  Təbriz  onların  üzünə  açıq  idi.  Təbriz  camaatı  Rüstəm 
Mirzənin  tərəfindəydi.  Onun  atası  Maqsud  Mirzə  Təbrizi  bir  dəfə  xilas  eləmiĢdi.  Ona  görə  də 
təbrizlilər  ġirvanĢahın  qohumu  Bəysunqurdan  çox  Rüstəm  Mirzəyə  məhəbbət  bəsləyirdilər. 
ġəhərdəki  qoĢun  nə  qədər  olsa  da,  Rüstəm  Mirzənin  adını  eĢidən  kimi  silahlarını  töküb  onun 
tərəfinə keçəcəkdi. Bəlkə də... 
 
 
SONUNCU GÜN 
 
Əkil bəkil quĢ idi,  
Divara qonmuĢ idi.  
Getdim onu tutmağa,  
O məni tutmuĢ idi.  
Meydanın ağacları,  
Bar gətirib ucları. 
 
Ġsmayıl Səkinənin oxuduğu Ģe‟rin qurtarmağını gözləyib dedi: 
– Səkinə xala, niyə mən uĢağam? 
–  Sənin  ağıllı  canına  qurban  olsun  Səkinə  xalan.  Atam-anam,  bəs,  necə  Ģe‟r  istəyirsən? 
Boyat tayfasının Ģe‟rlərindən deyim? 
– Hə, de. 
Bu dağlar, ulu dağlar,  
ÇeĢməli, sulu dağlar.  
Burada bir qərib ölmüĢ,  
Göy kiĢnər, bulud ağlar. 
 
Göylər  kiĢnəmirdi.  Qara  buludlar  yox  idi.  Payızın  günəĢi  hər  tərəfi  soyuq  bir  iĢığa  qərq 
eləmiĢdi. Amma Səkinə elə deyirdi ki, elə bil ildırım da çaxırdı, bütün dünya qara libas geymiĢdi. 
 
Kasa dolmaz,  
Mərd əli kasad olmaz  
Yüz namərdin çörəyini  
Doğrasan, kasa dolmaz. 
 

91  www.sarigelin.net 
 
Ġsmayıl  qonĢu  hücrədəki  qocanın  avazla  qur‟an  oxumağını  çox  eĢitmiĢdi.  O  avazda  ağır, 
üzüntülü  uzaq  bir  nida  vardı.  Dərd  və  ələm  vardı.  Amma  onun  oxuduqlarını  baĢa  düĢmək 
mümkün deyildi. Səkinənin oxuduqlarında nə isə dərd-kədərlə bərabər aydınlıq da vardı. 
 
Çay axdı, ada saldı. 
CoĢdu sel, səda saldı. 
Allah bizi unutdu 
Əzrayıl yada saldı. 
 
– Bunları kim qoĢub, Səkinə xala? 
– Nə bilim, atam-anam. El-elat, çoban-çoluq. Dərd kimdə olar? Hərə öz dərdini deyib olub 
bayatı. 
Sultanəli  hücrəyə  girdi.  Kəsik-kəsik  nəfəs  alırdı.  Rəngi  ağarmıĢdı.  Çox  həyəcanlı  idi. 
Divara söykənib Ġsmayılla Səkinəyə baxan anasına dedi: 
– Gəlirlər. 
– Kim gəlir? – AləmĢahbəyimin ağzında dili tikan-tikan oldu. Bütün bədənindən taqətsizlik 
adlı bir gizilti keçdi. 
– Qalaya çox böyük dəstə qalxdı. Yəqin bizi aparmağa gəlirlər. 
 
Ġsmayıl qalxıb qardaĢından soruĢdu: 
– Hara? Evimizə? 
Sultanəli onunla açıq danıĢmaq istədi. Onun qarĢısında çöməldi. 
–  Evimizə  yox,  mənim  balaca  qardaĢım.  Bu  sonuncu  günə  oxĢayır.  KiĢi  kimi  mərd 
mərdanə dayan, ölüm ayağında özünü sındırmamaq nəslimizin adətidir. Onlara yalvarmaq yox, 
üzlərinə tüpürmək lazımdır.   
AləmĢahbəyim quruyub qalmıĢdı. Dili söz tutar-tutmaz Səkinəyə dedi: 
 
– Səkinə, mənim zümrüd qaĢlı üzüyümü mücrüdən çıxar ver. – Sultanəli tərs-tərs anasına 
baxdı. Özünü saxlaya bilmədi. 
 
– Ölüm ayağında neynirsən bər-bəzəyi? 
AləmĢahbəyim  oğlunun  sözünə  fikir  vermədi.  Sultanəli  də  anasının  fikrini  baĢa  düĢüb 
dinmədi.  Səkinə  qorxu  içində,  titrəyə-titrəyə  gedib  mücrüdən  zümrüd  qaĢlı  üzüyü  gətirdi.  O 
üzüyü barmağına keçirtdi, sonra necə elədisə üzüyün qaĢı qalxdı. 
– Bunu nənəm Sara xatun bağıĢlayıb. Dar ağacından, qılıncdan irəlidir. Səkinə, o birisiləri 
də gətir. Amma Səkinə yerindən tərpənmək istəmirdi. 
– Səkinə, – deyə yenə ona baxdı. 
 
– Əlim gəlmir, atam-anam. 
– Yerini de, özüm götürüm. 
– Sazın içindədi. 
Səkinə cürə sazı divardan götürdü. Simləri dartan aĢıqlardan birini çıxartdı. AĢığın içindən 
Səmərqənd  kağızına  bükülən  kiçik  həbləri  götürdü.  AləmĢahbəyim  bu  həblərdən  birini  ağzına 
atmaq istəyən Səkinənin biləyindən tutub saxladı. 
– Neynirsən? 
 
– Bu günü görmək istəmirəm, atam-anam. 
–  Sənin  günahın  nədi,  Səkinə.  –  AləmĢahbəyim  onu  qucaqladı.  –  Əlbət  mənim  axırıncı 
xahiĢimi eĢidəcəklər. Onda deyəcəyəm səni öz ellərinə göndərsinlər. 
– Bundan sonra bu dünyada yaĢamaq istəmirəm, atam-anam. 
Ġsmayıl mat-mat onlara baxır, sözlərinə qulaq asır, amma iĢin məğzini baĢa düĢə bilmirdi. 
Sultanəlidən soruĢdu: 
– Nə olub? 
Sultanəli onun qolundan tutub apardı. 
– Ġsmayıl, biz kiĢiyik, axıra qədər də özümüzü kiĢi kimi aparmalıyıq. Atamızın düĢmənləri 
bizi aparmağa gəlib. Onlar yəqin ki, bizi e‟dam edəcəklər. O düĢmənlərə əyilməməliyik. Onların 

92  www.sarigelin.net 
 
üzlərinə  tüpürək,  ağır  sözlər  deyək.  Atamız  da  belə  kiĢi  olub.  Bu  həbi  qoy  cibinə.  Zəhərdi. 
Gördün ki, cəllad öz iĢini görməyə hazırlaĢır, onda bu həbi udarsan. – Sultanəli üzünü döndərib 
arxasını çevirdi ki, kiçik qardaĢı onun gözlərindəki yaĢı görməsin. Sultanəli qorxmurdu. Özünü 
belə  bir  gün  üçün  hazırlamıĢdı.  Amma  çox  istədiyi  kiçik  qardaĢına  zəhərli  həb  verəndə  özünü 
saxlaya bilmədi. Gözünün yaĢını siləndən sonra qardaĢının aydın, qorxu-hürküdən uzaq sifətinə 
baxdı. Onu qucaqlayıb bağrına basdı. 
– Sultanəli, atamız o gələn adamlardan qorxurdu? 
– Yox! 
– Onda biz niyə qorxaq ki? 
– Əhsən, qardaĢım! 
AləmĢahbəyim  oğlanlarının  söhbətinə  qulaq  asanda  özünü  saxlaya  bilmədi,  qəĢĢ  eləyib 
yıxıldı.  Səkinə  qalxıb  su  gətirib  onun  sifətinə  çilədi.  Gözlərini  açanda  baĢının  üstündə 
Sultanəlinin sifətini gördü. 
– Sənə nə oldu, ana? 
 
– Heç. 
– DüĢmənlərimiz bizi belə görsə sevinər axı. 
AĢağı  qala  ilə  onların  arasındakı  qapının  kilidinin  səsi  eĢidildi.  Sultanəlinin  gözləri  içəri 
girən adamlarda idi. Bu ucaboy, sifəti çox tanıĢ gələn kiĢinin baĢında dilim-dilim qırmızı çalma 
vardı. 
– Ana, qızılbaĢlar! 
– Hüseyn Lələ?! 
AləmĢahbəyim sevincindən qıĢqırdı, səsi batdı. Bəli, gələn Hüseyn Lələ idi. Yetirən kimi o
Sultanəlini bağrına basdı. Ġsmayıl yeriyib onu itələdi. QıĢqırdı: 
– Burax qardaĢımı, cəllad. 
Hüseyn Lələ bəy dönüb ona baxdı. Onu qucağına götürüb baĢı üstünə qaldırdı. 
– Ġsmayıl, gözümün iĢığı, maĢallah, necə də böyümüsən. 
– Sən bizi öldürməyə aparırsan? 
Hüseyn Lələ onu sifətinə sıxdı və gözlərinin yaĢını gizlətməyə çalıĢdı. Sultanəli dedi: 
– Ġsmayıl, Hüseyn Lələ atamızın dostu, bizim lələmizdir. O, bizi xilas etməyə gəlib. 
Hüseyn Lələ bəy Ġsmayılı yerə qoyub AləmĢahbəyimə baĢ əydi. 
– Bacı, bu günə çox Ģükür. 
AləmĢahbəyim yaĢmaq çəkdi, baĢını aĢağı əydi və soruĢdu: 
– Bizi bir hali elə görək iĢimiz necə oldu? 
– Hər Ģey yaxĢıdı. Bəysunqur ġamaxıdadı. QızılbaĢlar Rüstəm Mirzəni taxta çıxartdılar. O 
da fərman verib sizi azad elədi. Ġndi gəlmiĢik. Təbrizə gedirik. 
– Təbrizə niyə? Ərdəbilə getsək salamatlıq olar. 
–  Rüstəm  Mirzə  uĢaqları  orada  təntənə  ilə  qarĢılamaq  istəyir.  Oradan  da  Ərdəbilə 
qayıdacağıq. 
– Əmim oğlu Rüstəm qardaĢımdan da zalimdi. Birdən bir Ģey olar? 
– Heç nə olmaz. O özü qızılbaĢların əlindədir. 
 
 
TƏBRĠZDƏ 
 
ġeyx Heydərin övladlarını böyük mürid dəstəsi əhatə eləmiĢdi ki, bu dəstəyə Hüseyn Lələ 
bəy rəhbərlik eləmiĢdi. 
Sultanəli  ata  minmiĢ, baĢına qızılbaĢ çalması  qoymuĢdu. Bu çalmanı  neçə illərdi  Hüseyn 
Lələ  bəy  saxlayırdı.  Dostu  Heydərin  çalması  idi,  oğlu  üçün  qoruyub  saxlamıĢdı.  Ġsmayıl  isə 
Hüseyn Lələ bəyin atının tərkində oturmuĢdu. Dayanıb düĢərgə salanda Ġsmayıl qaçmaq, dağlara 
dırmaĢmaq,  ağaclara  çıxmaq,  düzənlərdə  yüyürmək  istəyirdi.  Amma  Lələ  ondan  bir  addım  da 

93  www.sarigelin.net 
 
ayrılmırdı. O da bilirdi ki, uĢaqlığını dar divarlar arasında keçirən Ġsmayıl indi azadlığı dadmaq 
istəyirdi. Amma onların həsrətini çox çəkmiĢdilər, indi onları gözdən qoymaq fikrində deyildilər. 
DüĢərgələrin birində Sultanəli Hüseyn Lələ bəyə dedi: 
– Lələ, mən Rüstəm Mirzəylə görüĢmək istəmirəm. 
– Niyə? 
–  Səbəbini  özün  bilirsən.  Mən  babam  Həsən  padĢahdan  baĢqa  heç  bir  Ağqoyunlu 
hökmdarına hörmət eləmirəm. Onlar hamısı mənim qan qohumum olmaqla bərabər, həm də qan 
düĢmənlərimdir. 
Lələ əlini onun çiyninə qoydu. 
– Sən böyük və ağıllı oğlansan. Atandan sonra Səfəviyyə təriqətinin baĢçısısan. Bu gündən 
düĢmənlə də dost kimi danıĢmağı bacarmalısan. 
– Axı mən hələ təriqət baĢçısı olmağa hazır deyiləm. 
–  Sən  Ərdəbilə  qayıdandan  sonra  müridlər  hər  yerdən  axıĢıb  gələcək.  Ġndi  Təbrizə  də 
qohum kimi yox, təriqət baĢçısı kimi gedirsən. Orada öz Ģərtlərini irəli sür. 
– Hansı Ģərtləri? 
– Ən əsas Ģərt odur ki, sən Ərdəbilin Ağqoyunlu paytaxtından asılılığına son qoymalısan. 
– Mənim Ģərtimə razı olacaqmı? 
– Olacaq. Müqavilənaməni imzalamıĢıq. 
– Ərdəbil Azərbaycandan ayrılsın? – deyə Sultanəli təəccüblə soruĢdu. 
– Bəli. Ölkə qan içindədir. Gündə minlərlə günah iĢlənir. Təriqətimiz özünün pak, təmiz 
baĢçısını  və  paytaxtını  əldə  eləməsə,  yenə  də  Ağqoyunlulardan  asılı  qalsa,  onda  öz  iĢlərimizi 
davam etdirə bilməyəcəyik.  
– Lələ, sən atamızın dostusan. Ən çətin gündə köməyimizə gəlmisən. Sənin hər məsləhətin 
də bizim üçün qanundur, Qur‟an ayəsi kimi müqəddəsdir. 
Onlar  Təbrizin  gündoğan  qapısına  çatanda  bütün  Ģəhər  əhli  piĢvaza  çıxmıĢdı.  Yolların 
kənarı, qala divarlarının üstü adamla dolu idi. 
Ġsmayıl təəccüblə soruĢdu. 
– Lələ, bu qədər adam olar? 
– OlurmuĢ, qardaĢoğlu... 
– Lələ, o adamlar niyə elə sallanıblar? ġəbeh çıxardıllar? 
Qala qapısından bir neçə cəsəd asılmıĢdı və havada yellənirdi. 
– Onlar yox, onları bu günə salanlar Ģəbeh çıxardır. 
“Bu  Əbih  Sultanın  iĢidi.  XoĢuna  gəlməyənləri  asdırır.  Ġndiyə  qədər  cəsədləri  də 
götürməyib.  Yoxsa  bizi  qorxutmaq  istəyir.  ġeyx  Heydər  övladlarını  belə  qarĢılayarlar?  Ġndidən 
bizə buynuz göstərir. Nə olar, biz də iĢimizi bilərik”.  
Ġsmayıl sualı sual dalınca yağdırırdı: 
– Onun baĢına quĢ niyə qonub? PadĢah seçirlər?  
Hüseyn Lələ bəy cavab tapmadı. 
– Lələ, padĢah seçəndə quĢ onun çiyninə qonmalıdı. Bunun da çiyni uzanıb. Belə də çiyin 
olar? Bəs o itlər niyə aĢağıda boğuĢur? 
Lələ gördü ki, nə Rüstəm Mirzə, nə də Əbih Sultan onları qarĢılamağa çıxmayıb. Ona görə 
də fikrini dəyiĢdi. Birdən ağlına gəldi ki, Dədə bəyin baĢında iĢ var. Heç o da görünmür. Bəlkə. 
Nə desən onlardan gözləmək olar. 
– Dayanın! 
Lələnin əmrindən sonra hamısı dayandı.  
 
– Döndərin o birisi darvazaya. 
.Onlar yollarını dəyiĢdilər. Bürclər, divarlar Ġsmayıla Təbrizi görməyə mane olurdu. 
– Lələ, Təbrizə niyə girmirik? 
– Ġsmayıl, səni padĢah qarĢılamalıdı. Görünür o birisi qapıda gözləyir. 
 
O  birisi  darvazada  da  camaat  çox  idi.  Darvazalardan,  aqaclardan  burada  da  cəsədlər 
asılmıĢdı. Burada da saraydan onları qarĢılamağa çıxan yox idi. Hüseyn Lələ pərt olmuĢdu. 

94  www.sarigelin.net 
 
– Burada təpənin üstündə çadır qurun. Qalan müridlər silahlarına qurĢanıb təpəni dövrəyə 
alsın. ġeyx Heydərin uĢaqları Rüstəm Mirzənin ayağına getməyəcək. 
Təpənin üstündə ağ çadır qurdular. AləmĢahbəyim Səkinə ilə çadırda oturmuĢdu. Sultanəli, 
Ġbrahim,  Ġsmayıl,  Lələnin  yanında  dayanıb  Təbrizə  baxırdılar.  Buradan  baxanda  Ģəhərin 
içərisində uca minarəli məscid görünürdü. Onun kaĢıları firuzə rəngindəydi və bir neçə yerində 
güzgü kimi günəĢ iĢığını əks eləyirdi. 
– Lələ, o hansı məsciddi? 
– Nəsriyyə məscidi. Təbrizin ən böyük məscididir. Baban Həsən padĢah tikdirib. Yanındakı 
ölkənin ən böyük mədrəsəsidir. 
– Bəs o göy bina nədi? 
– O da “Səkkiz behiĢt” sarayıdı. Sultan Yaqub tikdirib. 
– Lə‟nətulla, – deyə Ġsmayıl dilləndi. Lələ ona baxıb gülümsədi. Ġbrahim də gülümsəyirdi. 
Amma söz deyə bilmirdi. 
– Təbriz çox böyükdü, Lələ? 
– Çox böyükdü. Karvan yollarının hamısı buradan keçir. Bir yol buradan gedir Diyarbəkrə, 
oradan Mərdinə, Mərdinnən Qeysəriyyəyə, Qeysəriyyədən Ankaraya, oradan da Bursaya. BaĢqa 
bir  yol  ilə  Təbriz,  Ərzurum,  Ərzincan,  Toqqat,  Amasiya,  Ankara  yolu  ilə  yenə  Bursaya  gedib 
çıxmaq  olar.  Buradan  oraya,  oradan  buraya  tacirlər  gedib-gəlir.  Venediktdən,  Napoldan, 
dünyanın  bir  çox  baĢqa  Ģəhərlərindən  malları  gətirib  Təbrizdə  satırlar.  Bir  yol  da  gündoğana, 
hind  ölkəsinə,  biri  də  Çinə  gedir.  Düzdü,  gediĢ-gəliĢ  azalıb.  Təbrizdə  toxunan  parçalar, 
zərbaftalar dünyanın hər yerinə daĢınır. Azərbaycan ipəyinin heç yerdə misli yoxdur. 
Lələnin  göndərdiyi  atlı  “Səkkiz  behiĢt”  sarayına  xəbər  apardı  ki,  ġeyxin  uĢaqları  Təbriz 
yaxınlığında düĢərgə salıb. 

Yüklə 5,09 Kb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   35




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin