Xudafərin körpüsü



Yüklə 5,09 Kb.
Pdf görüntüsü
səhifə14/35
tarix21.03.2017
ölçüsü5,09 Kb.
#12113
1   ...   10   11   12   13   14   15   16   17   ...   35
üstündə  tikilib.  Deyirlər  o  Ģəhər  gözəlliyində  dünyada  ikinci  Ģəhər  yoxdur.  Adına  Venedikt 
deyirlər. Orada dünyanın ən məĢhur rəssamı və nəqqaĢları yaĢayır. 
– Evləri suyun içində tikilibsə küçələri necədi? 
– Küçələri də sudu. Evdən-evə qayıqla üzürlər. 
– Bunları sən hardan bilirsən, ana? 
– Baban Uzun Həsənin sarayında bu Ģəhərin səfiri yaĢayırdı, Cənabi Zenon. Həm də bizə 
qohum  idi.  ġəkil  çəkməyi  də  mənə  o  öyrətmiĢdi.  Onun  Venediktdən  gətirdiyi  bir  Ģəkli  neçə 
illərdir ki, saxlayıram. 
O, sandığın qapağını qaldırdı, oradan ipəyə bükülmüĢ bir Ģey çıxardı. Açdı, qızıl çərçivədə 
kiçik bir Ģəkil idi. Ġsmayıl heyran-heyran o Ģəklə baxmağa baĢladı. ġəkildə danıĢdığı Ģəhər təsvir 

81  www.sarigelin.net 
 
edilmiĢdi.  O  yerlərin  binaları  bu  yerlərdəkilərə  bənzəmirdi.  Küçələr,  dəniz,  eyvanlar  nəfis 
Ģəbəkəli... Uzun, qara qayıqda isə qırmızı məxmər paltarlı adamlar oturmuĢdu. 
Qızıl  çərçivəli  kiçik  Ģəkildə  hər  Ģey  canlı  idi.  Ġsmayıl  heç  vaxt  görmədiyi  dənizin  sanki 
səsini eĢidirdi. Adamların hənirtisini duyurdu. GünəĢin istisini hiss eləyirdi. 
– Gör necə gözəldi. 
– Bəli, gözəldi. Ġnsan əlindən hər iĢ gəlir.  
Sultanəli  hücrəyə  girdi.  Amma  özündə  deyildi.  Körpə  pələng  kimi  gəziĢirdi.  Ġsmayıl  onu 
görüb sevinclə qıĢqırdı: 
– Hələ bir bura bax! 
Sultanəli baxdı, amma üzünü tez də çevirdi. 
– XoĢuna gəlmədi? 
– Yox. Bizim dinimiz insan Ģəkli çəkməyi qadağan eləyir. 
– Nə üçün? – deyə Ġsmayıl soruĢdu. 
– Ona görə ki, insanın əksini çəkən Ģəxs, sonradan ona can, nəfəs vermək iddiasına düĢə 
bilər.  Bunun  isə  necə  küfr  olduğunu  sən  bilməlisən.  Bütpərəstlər  ağacdan,  palçıqdan,  daĢdan 
insan düzəltdilər və ona sitayiĢ elədilər. 
Ġsmayıl qardaĢı ilə ürəyində razılaĢmadı. 
 
 
DÜġMƏNLƏR VƏ DOSTLAR 
 
Yüklü  dəvələr  karvansarayın  qabağında  dayandı.  Sarvan  qabaqdakı  dəvənin  ovsarından 
yapıĢıb çubuqla dizinə vurdu, “hıx” deyən kimi qara, qoca nər ayaqlarını yığıb aĢağı yatdı, o biri 
dəvələri  də  yatırtdılar.  OrtayaĢlı,  qara  saqqallı  tacir  iĢlərin  gediĢinə  göz  qoyub  karvansarayın 
qapısında  atdan  düĢdü.  DaĢ  döĢəməyə  dəvə  qığı,  at  təsi  tökülmüĢdü,  daĢlardan  turĢumuĢ  iy 
qalxırdı. 
Karvansarayın  qapısı  açıldı,  əli  təsbehli,  uzun  əbalı,  qırmızı  saqqallı  kiĢi  çıxdı.  Atdan 
düĢən tacirlə görüĢdü, əlini onun əlindən çəkəndən sonra dodağına aparıb öpdü. 
– Yorulmayasan, Hacı HəĢim, – dedi. 
– Sağ ol, Kərbəlayi. Hə, nədi, gedirsən həccə? Qurban bayramına Məkkəyə çatarıq.   
–  Mənə  niyyət  düĢmür,  Hacı.  Ġndi  də  böyük  oğlum  azarlayıb.  Bir  yönlük  eləyim,  görüm 
necə olacaq. 
–  Allah  Ģəfa  versin.  Amma  nə  qədər  ki,  həccə  gedib  borcunnan  çıxmamısan,  xəlluqaləm 
hələ səni çox sınayacaq. 
Onlar  hal-əhval  tutub  həsb-hal  eləyirdilər.  Karvanın  adamları  dəvələrin  cihazlarındakı 
yükləri yerbəyer eləyirdilər. 
Karvansarayın  darvazasından  içəridə  kiçik  bir  həyət  vardı.  Bu  həyətdə  səkkizkünclü  daĢ 
hovuza daĢ novdan su tökülürdü. Cibo Səfər həmin novdan mis aftafanı doldurdu. Dəstəmaz alıb 
axĢam namazına baĢlayacaqdı. 
O, bu yaxın vaxtlarda karvansaraya düĢmüĢdü. Ona bazarda dükan almıĢdılar. Kürəsi vardı, 
palçıqdan  çıraq  düzəltməyə  baĢlamıĢdı.  ĠĢləri  də  yaxĢı  gedirdi.  Ġki  gün  əvvəl  onun  hücrəsiylə 
yanaĢı  hücrəyə  iki  müsafir  düĢmüĢdü.  ÖyrənmiĢdi  ki,  ziyarətə  gəliblər.  Amma  bu  iki  gündə 
hələlik  Darül  ĠrĢada  baĢ  çəkməmiĢdilər.  Elə  bil  nəyisə  gözləyirdilər.  Bığları  qoç  buynuzuna 
oxĢayan adam həyət-bacada daha tez görünürdü, Cibo Səfərlə də bu iki gündə ülfət bağlamıĢdı. 
Səfəri bazara da göndərmiĢdi. Hücrələri də yanaĢı idi. 
Ġndi Cibo Səfər aftafasını doldurub aparanda onunla üz-üzə gəldi. 
– AxĢamın xeyir, – dedi. 
– Hər vaxtın xeyir. 
Bu  Murad  idi.  Birdən-birə  o  baĢını  qaldırdı,  tacir  karvansarayının  həyətində,  hovuzun 
kənarında  dayanıb  ona  baxırdı.  Murada  bu  sifət  tanıĢ  gəldi.  Paltarından  tacir  olduğunu  gördü. 

82  www.sarigelin.net 
 
Tacir  diqqətlə  baxırdı.  Rəngi  də  əməlli-baĢlı  ağarmıĢdı.  Murad  vaxt  itirə  bilməzdi.  Karvan 
adamları gəlsə iĢlər korlana bilərdi. 
Bir sıçrayıĢla özünü tacirə yetirdi. 
– Tərpən! 
O  elə  hökmlə  dedi  ki,  tacir  belindəki  xəncərini  də  yadından  çıxarıb,  silahsız  Muradın 
qabağına düĢüb yeridi. Murad taciri öz hücrələrinə yox, Cibo Səfərin hücrəsinə apardı, Səfər hələ 
namaz qılmağa təzə hazırlaĢırdı. Muradın yad adamla içəri girməsi onu duruxmağa məcbur elədi. 
Murad  ona  heç  nə  deməyib  tacirin  qolunu  burdu,  hücrənin  küncündə  yıxıb  Cibo  Səfərin  yerə 
sərdiyi canamazı götürüb onun ağzına tıxadı, əllərini və ayaqlarını bağladı. 
– Nə iĢ görürsən, a kiĢi? 
– Bəri gəl. Qapını bağla, tez. Sonra bilərsən. 
O,  Cibo  Səfərin  qolundan  tutub  hücrədən  çıxardı.  Muradın  iri  barmaqları  arasında  onun 
nazik  qolu  çöp  kimi  idi  və  bərk  sıxsa  ovxarlanıb  tökülərdi.  Onlar  qonĢu  hücrəyə  girdilər. 
Xalçanın  üstündə  uzanıb  əllərini  baĢının  altına  qoyub  sağ  dizini  qaldıran  Əbih  Sultan  onlara 
baxırdı. Muradı təlaĢlı görüb soruĢdu. 
– Nə var? 
–  Dedim  karvansaraya  düĢməyək  də.  DüĢmənlərimiz  hamısı  bura  gələcək,  görüb 
tanıyacaqlar.  
Əbih Sultan yerindən qalxıb oturdu. 
– DüĢmənimiz budu? 
– A baĢına dönüm, mən sizi heç tanımıram? Mən düĢmən olsam sizə nə eləyəsiyəm? 
Murad onun qolunu dartdı. Yə‟ni “sən sus”: – Tacir gəlib. Məni də yaxĢı tanıdı. Adamları 
da çoxdu. Tərpən, qan tökməmiĢ buradan çıxaq. 
Onlar  keçən  gündə  ġeyxin  müridlərindən  heç  kimi  tapa  bilməmiĢ,  əlləri  Hüseyn  Lələyə 
çatmamıĢdı. Ġndi də bu hoqqa çıxıb. Murad gec tərpənsə bəlkə də artıq karvansarayın həyətində 
qılınc qırğını baĢlamıĢdı. 
– Hara gedək? – Əbih Sultan sanki öz-özündən soruĢdu, amma bu kəlməni hündürdən dedi. 
– Mən bilirəm, – Cibo Səfər qorxa-qorxa dilləndn 
– Sən nəyi bilirsən? – Murad hələ də onun qolunu buraxmamıĢdı. 
– Gizlənməyə yer. Allahdan baĢqa orada sizin xətrinizə bir kimsə toxuna bilməz. 
Onlar  silahlarını  qurĢadılar.  Həyətə  çıxanda  karvan  adamları  yükləri  yerbəyer  eləyirdilər. 
Deyəsən hələ tacirin baĢına gələndən heç kimin xəbəri yox idi. Onu axtarmırdılar. Əbih Sultan 
üzünə  qara niqab çəkmiĢdi,  gözlərindən isə onu burada heç kim tanımayacaqdı.  Murad isə sir-
sifətini gizlətmək niyyətində deyildi. 
– Uzaqdı, yaxındı? 
– Yaxındı. 
Onlar karvansaranın həyətindən çıxdılar. Atları götürmədilər. Bu, vaxt aparardı və hər Ģey 
məhv  olardı.  Onlar  tayları  daĢıyan  karvan  adamlarının  yanından  keçəndə  tayın  bir  tərəfindən 
tutan  kiĢi  dayandı,  tay  əlindən  yerə  düĢdü,  əlinin  dalı  ilə  alnının  tərini  sildi.  Gözləri  Muradda 
qaldı.  Murad  da  ona  baxdı.  Elə  baxdı  ki,  onun  əli-qolu  boĢaldı.  Tayın  o  biri  tərəfindən  tutan 
adam bu baxıĢlara fikir verəndən sonra qıĢqırdı. 
– Qaçaq Murad, Qaçaq Murad. 
Amma  heç  biri  onun  üstünə  gəlməyə  cəsarət  eləmədi.  Hamısı  yükü  qoyub  karvansarayın 
həyətinə,  tacirin  yanına  qaçdılar.  Tərini  silib  hələ  də  nə  edəcəyini  bilməyənin  yaxasını  əlinə 
keçirən Murad dar küçəyə, evlərin arasına çəkdi. 
–  Mənim  dalımca  gəlsəniz,  salamat  qurtaran  deyilsiniz.  Bu  sözlərdən  sonra  o  bir  anda 
yığıldı, üz-gözü əyildi. Murad onun yaxasını buraxanda tir-tap yerə düĢdü. 
– Buna nə oldu? 
–  Heç,  –  deyə  Əbih  Sultan  xəncəri  qara  əbasının  altında  qına  saldı.  –  Tərpən.  Murad 
heyfsilənsə də heç bir Ģey demədi. Onlar Cibo Səfərin dalınca dar küçələri keçib baĢqa bir küçəyə 

83  www.sarigelin.net 
 
döndülər.  Karvansara  tərəfdən  hay-küy  eĢidiləndə  onları  Cibo  Səfər  –  artıq  Darül  ĠrĢada,  ġeyx 
Səfiyyəddin türbəsinə çatdırmıĢdı. 
– Buyurun. 
Onlar  qapıda  dayanıb  baĢmaq  cütləyən  adamın  yanında,  ayaqqabılarını  çıxarıb  çəkələk 
geydilər və həyətə girdilər. 
– Bizi hara gətirdin? 
– Buradan yüz il çıxmasanız heç kim sizə barmaq toxundura bilməz. Hələ Əmir Teymur bu 
ibadətgaha on kənd alıb bağıĢlayanda belə bir qayda qoymuĢdu ki, kim buraya pənah gətirsə onu 
oradan çıxarmağa heç bir hökmdarın ixtiyarı yoxdur. 
Murad buranı ziyarət eləmiĢdi. Ġndi burada qalmağı ağlına sığıĢdırmadı. Ürəyi darıxacaqdı. 
– Əbih Sultan, indi oturub burada gözləyək ki, gəlib bizim keĢiyimizi çəksinlər. 
Əbih Sultan Cibo Səfərə dedi. 
– Sən bura deyəsən məhrəm adamsan? 
– Bir az. Necə? 
– Onda bizi Hüseyn Lələ bəyin yanına apar. 
– Hüseyn Lələnin? Qoy öyrənim görüm burdadı? O, uzaqlaĢdı, kaĢılarla iĢlənmiĢ dəbilqə 
Ģəkilli qapıdan içəri girdi. Amma gəlib çıxmaq bilmirdi. Əbih Sultanla Murad tut ağacının saralıb 
tökülmüĢ xəzəllərinin üstündə gəziĢdilər, darıxdılar, ancaq Cibo Səfər gəlmədi ki, gəlmədi. 
– Bizi aldadıb tələyə saldılar, Murad. 
– Yox, bu fağır adamdı, aldatmaz. 
– Onda Hüseyn Lələ bəy buradadı. Burdadısa iĢlər düzəldi.   
Bir  azdan  dörd  nəfər  qara  paltarlı,  qırmızı  börkülü  adam  gəldi.  Aralarındakı  ən  yaĢlısı 
pəltəkləyə-pəltəkləyə soruĢdu. 
– Ziyarətə gəlib ağalar? 
– Bəli, – deyə Əbih Sultan dilləndi. 
–  Onda  silahları  verin.  Çıxanda  qaytarallar.  Ġmam  övladının  qəbri  üstünə  heç  kim  silah 
gətirməyib. 
Əbih  Sultan  bu  kəlmələrlə  Cibo  Səfər  arasında  bir  əlaqə  gördü.  Geri  çəkilmədi.  Bu  iĢin 
sonuna qədər getmək fikrinə gəldi. Belindən xəncərini, qılıncını açıb verdi. 
Murad da qılıncını açdı. 
– Qayıdanda bu silahları bizə verəcəklər? 
– Bəli, ağa. 
Onlardan biri silahları götürdü. Pəltək qabağa düĢdü, iki nəfər arxada onları müĢayiət elədi. 
Səfər girdiyi qapıdan içəri girdilər, sağa döndülər. Qaranlıq bir dəhlizə ayaq qoyan kimi Muradın 
da, Əbih Sultanın da baĢına qara örtük atdılar. Hərəni bir neçə adam sarıdı və götürüb harayasa 
apardılar. 
Karvanın  adamları  karvansarayın  həyətində  nə  qədər  axtardılarsa  tacir  Hacı  HəĢimi  tapa 
bilmədilər. Karvansaray sahibi də məəttəl qalmıĢdı. 
– Nökərlər hücrəni təmizləyirdi. Bu necə ola bilər. 
–  Ağanı  öldürdülər.  Qaçaq  Muradı  mən  özüm  gördüm,–  deyə  bayaq  qıĢqıran  nökər 
ağlayırdı. 
– Kim öldürəcək? 
– Qaçaq Murad. 
– O kimdi? Qaçağın, quldurun mənim karvansarayımda nə ölümü var? 
– Öz gözlərimnən gördüm, ağa. Belə iri bığları var.  
Kərbəlayi qabağa düĢüb hücrələrə baxmağa baĢladı. 
– Yekə bığlı... Elə hamı yekə bığlıdı da. Hə, dediyin Hacı Nəsib ağadı. Ġki nəfərdilər, bu 
hücrəyə düĢmüĢdülər. Ziyarətə gəliblər. 
Kərbəlayi qapını itələyib açdı. Qaranlıq hücrədə heç nə görmədi. 
– ġam gətirin, – deyə səsləndi. ġamı gətirdilər. Hücrədə qalxan, əmud vardı, bir küncdə iki 
qiymətli yəhər görünürdü. 

84  www.sarigelin.net 
 
– Yoxdular. 
Bu vaxt karvan adamlarından biri baĢılovlu gəldi. 
– Öldürüblər. 
– Kimi? 
– Xəncəri lap ürəyinə soxublar. 
– Kimin? 
– Nökər Niyazın. 
–  Cəhənnəmə  soxsunlar.  Ürəyim  düĢmüĢdü,  dedim  bəs  Hacı  HəĢim  ağanı  deyirsən.  –  O, 
hücrədən çıxdı. Cəftəsi keçirilən hücrəni göstərib dedi: 
–  Burada  da  bir  çıraxçı  olur.  ġamaxılı  Səfər.  O  da  sakit  adamdı.  Heç  sərçə  də  öldürə 
bilməz. Ġndi yəqin namaz qılmağa gedib. 
– Aç hücrəni. 
Kərbəlayı cəftəni qaldırıb qapını açdı. Ġçəridə səs eĢitdi. Ġniltiyə bənzəyirdi. Çırağı baĢının 
üstünə qaldıranda qolu-qıçı bağlı bir adam gördü. Qorxub çəkildi. 
– Balam bu nə müsibətdi. Görün kimdi. 
Nökərlər içəri girib tacir Hacı HəĢim ağanın ağzından canamazı çıxartdılar. Canamazı onun 
dodaqları arasına möhürqarıĢıq tıxamıĢdılar. Əl-qolunu açıb ayağa durğuzdular. 
 – Ay uĢaq, kiĢiyə bir qurtum su verin, qorxub. ġükür, sağ-salamatdı. 
Karvansaray sahibi Ģəhər valisinin yanına getdi. Əhvalatı  danıĢdı. Öyrəndi  ki,  elə bu gün 
Süleyman  Bicanoğlu  qoĢunla  Ərdəbilə  gəlib.  Onunla  bərabər  Ģəhər  valisi  karvansaraya  gəldi, 
taciri  danıĢdırdılar,  Ģahidləri  dindirdilər,  Muradla  Əbih  Sultanın  əĢyalarını  da,  yəhərləri,  atları 
apardılar.  Onları  axtarmaq  üçün  Ģəhərə  adamlar  saldılar.  ġəhər  valisi  qiymətli  yəhəri  Muradın 
atının  belinə  qoymuĢdu,  monqol  madyanını  isə  yəhərsiz  gətirtdirmiĢdi.  Ġmkan  tapan  kimi  öz 
ilxılarının  içinə  göndərmək  fikrindəydi.  Süleyman  Bicanoğlu  monqol  atını  görüb  elə  bil 
axtardığını tapdı. 
– Bu madyanın sahibi hanı?  
– Yoxa çıxıb, ya əmir. 
–  Yerin  altından  olsa  çıxart  gətir  mənim  yanıma.  Dirisini.  QoĢun  sənin  ixtiyarında,  nə 
qədər istəyirsən, götür. 
QoĢundan  ayırıb  Ģəhərin  ətrafında  gözətçilər  qoydular.  Gəlib-gedənləri  saxlayır,  sorğu-
suala tuturdular. Amma səhər iĢığına qədər bir nəticə hasil olmamıĢdı. 
Əbih  Sultanın  baĢından  qara  örtüyü  götürəndə  onun  rəngi  boğulmuĢ,  nəfəsi  qıncıxmıĢdı. 
Gözləri  iĢığa  öyrəĢəndə  çıraq  hisinin  iyini  duydu  və  nəm  divarlar  arasında  olduğunu  gördü. 
Sifətini qara bir kölgə kimi gördüyü adam deyirdi: 
– Əbih Sultan, sən bizim qan düĢmənimizsən. Cəzanı özün de. Asaq, kəsək, ya... 
–  Kimdi  məni  danıĢdıran?  Mənim  bu  dünyada  düĢmənim  çoxdu.  Hansıdı  məni  Ġmam 
övladının ziyarətində yaxalayan? 
–  ġeyx  Heydərin  yaxın  dostları.  Dərbənd  yanında  sən  də  vardın.  Sənin  də  əlin  ġeyxin 
qanına bulanıb. Cəzanı özün kəs. 
–  Düzdü.  Mən  günahkaram.  Ancaq  ziyarətə  gələn  düĢməndən  heyf  almazlar.  Mən  onun 
babasının qəbrinə pənah gətirmiĢdim. Ġmam övladı məni kölgəsində saxlaya bilmədi? 
– Ziyarətlə sənin günahın bağıĢlanası günah deyil. 
Səsin sərtliyindən, Əbih Sultan baĢa düĢdü ki, onun sonu çatıb. Amma ümid iĢığı görürdü. 
O özü elə bu adamları axtarırdı. Tapıb... 
– Mən günahımı yuyaram 
– Nəylə? 
– ġeyxin övladlarını verərəm. 
–  Aldada  bilməzsən.  Sənin  özünü  Süleyman  Bicanoğlu  axtarır.  Daha  əlində  ixtiyarın 
qalmayıb. 

85  www.sarigelin.net 
 
Əbih  Sultanın  baĢını  açsalar  da,  onun  qolları  bədəninə  sarınmıĢdı.  Kötük  kimi  yanı  üstə 
yıxmıĢdılar.  Onsuz  da  indi  ona  qolları  lazım  deyildi.  Qolları  açıq  olsa,  əlində  qılınc  olsa  belə 
buradan özünü xilas eləyə bilməyəcəkdi. Ona dil lazım idi. Dilini də iĢə salmıĢdı. 
– Mən kimnən danıĢıram? Hüseyn Lələ bəylə? 
– Tutaq ki, ġeyx Heydərin uĢaqlarını bizə necə verərsən? 
– Mənə kömək eləsən, adam versən, onların xilası əlimdə olacaq. 
– Necə? 
– Rüstəm Mirzə Əlincədədi. Onu qurtarıb taxta çıxarmaq lazımdı. 
– Tutaq ki, onu qurtardıq, taxta çıxartdıq. Sonra uĢaqları bizə verməsə necə? 
– Verər. Onun gücü yoxdu. Onu taxta sənin adamların çıxarandan sonra hər Ģeyə razı olar. 
Bu fikir Hüseyn Lələnin ağlına batdı. 
– Sözlərinə inana bilmirik. 
–  Siyasətin  nə  olduğunu  bilməmiĢ  deyilsən.  Dünən  qanını  içdiyin  adama  bu  gün  qurban 
getməyə  razı  olursan.  Ağqoyunlu  sarayı  üçün  nələr  eləmiĢəm,  bunu bütün  məmləkət  bilir. Ġndi 
heç bir günahım olmasa da həyatım bir tükdən asılıdır. Rüstəm Mirzəni taxta çıxarmaq üçün səni 
görməyə gəlmiĢəm. Əslində mən ġeyxin övladlarından çox, özümü fikirləĢirəm. Əbih Sultan elə-
belə,  səssiz-küysüz,  rüsvayçılıqla  həyatdan  gedə  bilməz.  Əvvəlki  mərtəbəyə  qayıtmağım  üçün 
hökmdar dəyiĢməlidir. Qurana əl basıb söz verirəm ki, Rüstəm Mirzə taxta çıxan kimi Sultanəli 
Ərdəbil padĢahı olacaq. 
– Onda Ģərtlərimizi yazaq, möhür basaq. 
Əbih Sultan fikrə getdi.  
Bəlkə onlar bu yazını alandan sonra Bəysunqurla əlaqə yaradacaqlar, Ģeyxin övladları üçün 
onu  verəcəklər.  Yox.  Bəysunqur  bu  alıĢ-veriĢə  getməz.  Onsuz  da Əbih Sultan artıq onun üçün 
yoxdur. 
– Yaman fikrə getdin Əmir Ġbrahim? – Əbih Sultanın bir adı da Əmir Ġbrahim idi. 
– Yox, mən razı. Yazaq. 
Onlar  Ģərtlərini  yazdılar.  Bundan  sonra  hər  ikisi  barmaqlarındakı  üzükləri  çıxardılar. 
Müridin gətirdiyi davada batırıb kağıza basdılar. 
 
 
ƏLĠNCƏ QALASINDA 
 
Əlincənin qapıları açıldı. Əbih Sultap dönüb Hüseyn Lələyə baxdı. Demək burada hələ də 
onun  hökmü  iĢləyir.  Əvvəl  o  atını  sürdü.  Bu  onun  Bəysunqura  hədiyyə  apardığı  qara  monqol 
madyanı  deyildi.  Dədə  bəy  ilxılarını  yəhərlətdirmiĢ,  müridlər  atlara  süvar  olub  Əlincəyə 
gəlmiĢdilər. Dədə bəy özü də burada idi. Hər əmri o verməli idi. Əgər Əbih Sultanda satqınlıq 
görsələr, özü qılıncı onun baĢına endirəcəkdi. 
Atın  ayaqları  daĢ  döĢənmiĢ  qala  meydanında  çaqqıltı  salaraq  yeridi.  Dədə  bəy  də  onun 
yanında. Qalabəyi onları qarĢılayırdı. Yeriyib Əbih Sultana baĢ əydi: 
– Ya əmir, müntəzirəm hökmünə. 
Qalabəyi  yaĢlı,  ağ  saçları  dəbilqəsinin  altından  çıxan  cəngavər  idi.  Qara  sifəti  vardı,  iri, 
çevrilmiĢ  dodaqları  sifətindən  də  qara  idi,  O,  Əbih  Sultanın  hökmünə,  hikkəsinə  çoxdan bələd 
olmuĢdu. Ġndi uzatdığı möhürlü fərmanı açıb baxmadı. 
– Rüstəm Mirzəni aparmağa gəlmiĢəm. Bu da fərmani hümayun. 
 
– Atlardan düĢün, ya əmirül-ümara, yol gəlib yorulmusunuz. 
– Qayıtmalıyam. Bir qurtum su içməyə də vaxt yoxdu. 
O,  Əlincə  qalasına  qalxmağa  ürək  eləməmiĢdi.  Qaladan  adam  çıxmasını  gözləmiĢdilər. 
Təbrizə gedən atlını saxlayıb sorğu-suala tutmuĢ, atdan salıb əl-qolunu bağlamıĢ, öyrənmiĢdilər 
ki, Əbih Sultan barəsində Təbrizdən hələlik heç bir xəbər gəlməyib. Görünür nə Bəysunqur, nə 
Süleyman  Bicanoğlunun  ağlına  gəlməmiĢdi  ki,  Əbih  Sultan  Əlincəyə  gələ  bilər.  Ona  görə  də 
onun  Ģah  qəzəbinə  gəlməsi  barədə  heç  bir  fərman,  sərəncam  gəlməmiĢdi.  Əbih  Sultanın  da 

86  www.sarigelin.net 
 
qorxduğu bir bu idi. Əgər Əlincə qalabəyisi bilsə, o qalaya girə bilməyəcək, Rüstəm Mirzəni də 
xilas etmək mümkün olmayacaqdı. Belə olduqda baĢqa bir tədbir fikirləĢmiĢdi. Üç min nəfərlik 
mürid qoĢunu Təbrizin üstünə yeriyib Bəysunquru tutmalı, e‟dam etməli idi. Amma bu fikrini nə 
Dədə  bəyə,  nə  də  Hüseyn  Lələ  bəyə  demiĢdi.  Desə,  bəlkə  də  razı  olmayacaqdılar.  Onda  Əbih 
Sultanın boynu qılınc ağzında olacaqdı. 
– Tez olun, əlli tərpənin. 
Onlar burada olan müddətdə Təbrizdən çapar gəlsə, yenə də hər Ģey alt-üst ola bilərdi. 
Rüstəm Mirzəni gətirdilər. Qollarında zəncir, ayaqlarında kündə vardı. Kündələr o addım 
atdıqca, daĢ üstündə sürünür, ət ürpədən səs çıxarırdı. Qollarını qaldırıb qaĢlarının üstünə qoydu. 
GünəĢ iĢığından az qalmıĢdı kor olsun. 
– Asmağa aparırsan? – Rüstəm Mirzə kinayə ilə soruĢdu. 
–  Mən  buyruq  quluyam.  Hökmdar  istəyib,  mən  də  aparıram.  Fərman  belədir  ki,  Təbrizə 
qədər baĢından bir tük əskik olmasın. 
– Təbrizdə hər tükümdən intiqam alacaqlar, eləmi? 
– Onu Sultan bilər, sən bilərsən. – Açın əllərini, ayaqlarını, ata mindirin. 
Əbih Sultanın  əmrini yerinə yetirdilər. Murad Rüstəm Mirzənin  mindiyi  atın yüyənini öz 
əlinə aldı. 
– Bağlayın gözlərimi! – GünəĢ iĢığına baxandan sonra elə bil gözlərinə qum dolmuĢdu. – 
Sonra  da  əlavə  elədi:–  Lazım  deyil,  bağlamayın.  Bəlkə  də  Təbrizdə  gözlərimdən  birdəfəlik 
məhrum oldum, heç olmasa yollara axırıncı dəfə baxaram. Nə görsəm qənimətdi. 
– Narahat olma, Rüstəm Mirzə. 
Bu  səsdən  sonra  Rüstəm  Mirzə  susdu.  Elə  bil  qaranlıq  mağaraya  düĢmüĢdü.  Göz-gözü 
görməyən  yerdə  əllərini  sürtüb  özünə  kömək  axtaranda  əlləri  yumĢaq  bir  bədənə  toxunmuĢdu. 
Soyuq və yumĢaq bu bədənin ilan olduğunu birdən-birə bilmiĢdi. 
– Məni kim aparır? 
– Əbih Sultandı, – deyə o səsinə mülayimlik verdi ki, Rüstəm Mirzə e‟tirazını bildirməsin. 
Rüstəm Mirzə sürüĢüb yəhərdən düĢdü. 
–  Getmirəm.  Qoy  məni  gəlib  buradan  Bəysunqurun  cəlladı  aparsın.  Ona  razıyam.  Əbih 
Sultan aparmasın. Əbih Sultan, yadında saxla, mən taxta çıxacam. BaĢıma tac qoyduğum birinci 
gün sənin ananı mən ağlar qoyacam. 
Dədə bəy təəccüblə Hüseyn Lələnin üzünə baxdı. Onun razılığını istəyirdi. Rüstəm Mirzəni 
götürüb  aradan  çıxarmaq  üçün  onun  gözləri  ilə  razılığını  bildirmək  bəs  edərdi.  Lələ  qılıncının 
qəbzəsini bərk-bərk sıxıb dayanmıĢdı. Him-cimlə Dədə bəyə baĢa saldı ki, özünü ələ alsın. 
Əbih  Sultan  əhvalatın  gediĢinin  belə  dönməsini  gözləmirdisə  bir  anlığa  özünü  itirdi. 
Qalabəyinin  yanında  ona  öz  fikrini  baĢa  sala  bilməzdi.  Üstünə  hirslənmək,  ona  kobudluq  da 
göstərmək istəmirdi. Onsuz da onun yanında günahı çox idi. Sabah taxta çıxarsa ixtiyar Rüstəm 
Mirzənin  əlində  olacaq.  Hökmdar  nəsli  də  dəvə  kimi  kinli  olur.  Barmağının  onunu  da  Ģama 
çevirsən belə yaxĢılığı yadlarında saxlamırlar. 
Rüstəm Mirzə qalanın meydançasında dayanıb var kücü ilə bağırırdı. 
– Qaytar məni zindana, çal köpəkoğlu. Rüstəm Mirzənin ölüm hökmü gəlməyinə baxma, 
taxta çıxacam. Onda sənin də o ağ saçlarını qana bulamaq mənə borc olsun. Hələ gözlərimə mil 
çəkməyiblər, hələ boğazıma kəndir salıb dar ağacına qaldırmayıblar. Qaytar məni zindana. 
Rüstəm Mirzə son iki gündə zəncirləndiyi divarda qarĢısındakı hürufi ilə çox danıĢırdı. Elə 
özü  deyir,  özü  də  eĢidirdi.  Pirani  qoca  isə  ona  cavab  vermək  istəmir,  bir  kəlmə  də  cavab 
qaytarmırdı.  Dünən  keĢikçi  içəri  girəndə  görmüĢdü  ki,  qocanın  son  nəfəsidir.  Zəncirdən  azad 
eləyib samanın üstündə uzatmıĢdı. Qocanın saqqalının və bığlarının arasında görünən dodaqları 
tərpənib son sözlərini pıçıldamıĢdı: 
– Mən hələ çox yaĢayacaqdım. Bu nadanın sözləri məni öldürdü. 
 Rüstəm Mirzə yenidən zindana qayıtmıĢdı. Qalabəyi isə sual dolu baxıĢlarını Əbih Sultana 
dikmiĢdi, yə‟ni nə eləyək? Əbih Sultan da ona baxdı, iĢarə verdi ki, gətirsinlər. Qalabəyi baĢ əyib 
dedi: – Ya əmir, səni baĢa düĢdüm – deyib içəriyə getdi. 

87  www.sarigelin.net 
 
Birdən  onun  fikrindən  nə  keçdisə  qalabəyinin  dalınca  zindana  qaçdı.  Qapıları  bir-bir 
itələdi. Heç biri açılmadı. Pillələrlə aĢağı endi. Burada da qapılar bağlı idi. “Necə fürsəti əldən 
verirəm. Allahın mənə göndərdiyi bu imkan əldən çıxsa, get qəbrini qaz, Əbih Sultan. Amma o 
qəbirdə basdırılmağa sənin bir sağ tikən də tapılmayaçaq”   
O,  zirzəminin  dar  dəhlizində  o  tərəf,  bu  tərəfə  qaçıb  qalabəyini  səsləyirdi.  Bu  vaxt 
qapılardan biri açıldı. Qoca qalabəyi qan-tərin içində, gülümsəyə-gülümsəyə çıxdı. 
– Hazırdı. 
– Nə hazırdı? 
– Rüstəm Mirzəni deyirəm. 
– Getməyə razılıq verdi? 
– Verdi. 
Əbih  Sultan  gördü  ki,  qalabəyi  özündə  deyil.  Onun  yaxasından  yapıĢdı.  Sövqi-təbii  hiss 
eləmiĢdi ki, nəsə bir əhvalat baĢ verib. Həmin əhvalat isə onun ümidlərini alt-üst eləyib. 
– Nə iĢ tutmusan? 
– Heç nə. Boğdum Rüstəm Mirzəni. 
– Neynədin? Boğdun? 
O, qalabəyini divara necə vurdusa baĢı daĢa dəydi, gözləri süzüldü, dizləri qatlandı, tir-tap 
döĢəməyə  uzandı.  Əbih  Sultan  içəri  girdi.  Əvvəl  Rüstəm  Mirzənin  məstlərinin  altını  gördü. 

Yüklə 5,09 Kb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   35




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin