Xudafərin körpüsü



Yüklə 5,09 Kb.
Pdf görüntüsü
səhifə12/35
tarix21.03.2017
ölçüsü5,09 Kb.
#12113
1   ...   8   9   10   11   12   13   14   15   ...   35
Murad süfrədən çörək, qızardılmıĢ quzu budu götürüb çıxmıĢdı. 
Yerdə oturub plovu Ģapalaqlayıb ötürən qaçaq Xalıq Muradın qabağında dil uzadıb demiĢdi 
ki, bir tikə çörək nədi ki, ondan ötəri sən bir mücrü cəvahirdən keçdin. Sən istəmirsən, onda mən 
gedib gətirərəm, sən payını götürmə. 
– Sən bu iĢi tutsan, onda gərək düĢmən olaq. 
– Olaq da.  
– Bir mücrü daĢ-qaĢa görə? 
– Azdı? Ġndiyə kimi yol kəsirik, özümüzü oda atırıq, ələ keçirdiyimizin hamısını da aparıb 
paylayırsan  kasıb-kusuba.  Bizimki  də  olub  aldım  qoz,  satdım  qoz,  mənə  qaldı  Ģax-Ģaxı.  Daha 
bəsdi. Özümüzə də bir gün ağlamaq vaxtı çatıb. 
Murad yoldaĢlarına baxmıĢdı. 
– Kim Xalıq kimi fikirləĢirsə, ayrılıb getsin. 
GörmüĢdü ki, elə hamısı onun kimi fikirləĢirmiĢ. 
Atını minib demiĢdi.   
– Salamat qalın. Mən getdim. 
Ona  çox  yalvarmıĢdılar,  qalıb  onlara  yenə  də  baĢçılıq  eləsin,  qalmamıĢdı.  Atını  sürüb 
getmiĢdi. Ərdəbilə tərəf üz tutmuĢdu. Çünki bu illər ərzində yollarda onun rast gəldiyi adamların 
çoxu müridlər idi, həqiqət axtarmaq ümidilə getdiklərini deyirdilər. O da baxtını sınamağı qərar 
vermiĢdi. 
Əlincə qalasının qaranlıq, nəm zindanlarında bir məhbus vardı. DaĢ qəfəsə yerləĢməyən bu 
cavan  səbrsizlikdən  daĢ  divarları  uçurub  dağıtmağa  can  atırdı.  Amma  biləklərinə  bilərzik  kimi 
bərkidilmiĢ  zəncirlər  divara  mıxlanmıĢdı.  Ayağındakı  paslı  kündələr  onun  hərəkətlərini 
ağırlaĢdırırdı.  Onunla  üz-üzə  divara  zəncirlənən  qocanın  bədəni  tük  gətirmiĢdi,  ağ,  nurani 
saqqalını  his  basmıĢdı.  QaĢları  uzanıb  çuxurdakı  gözlərini  örtmüĢ,  kipriklərinə  qarıĢmıĢdı. 

69  www.sarigelin.net 
 
Zəncirlərə  də,  kündələrə  də  sakit,  mə‟lul-mə‟lul  baxırdı.  Onlara  əyinə  geyilən  paltar  kimi 
öyrəĢmiĢdi. 
– Dözümlü ol, ey cavan. 
– Səbr elə, səbr elə. Mən buradan çıxacam,  çıxandan sonra düĢmənlərimin  hamısını belə 
zəncirə vurub illərlə iĢıq üzünə həsrət qoyacağam. 
Qocanın  səsində  də  bu  zindana  ahəngli  bir  qəribəlik  vardı.  Elə  bil  o  elə  burada  əlləri 
zəncirdə, ayaqları kündədə doğulmuĢdu, buraya öyrəĢmiĢdi. 
– Cavanlıqda mən də sənin kimi deyirdim. Ġndi məni buraxsalar da getmərəm. 
– Neçə ildi buradasan, qoca? 
– Sayını itirmiĢəm. – Qolunu qaldırıb divardakı hansı yazınınsa üstünü təmizləyib oxumaq 
istədi. Qolu qalxmadı. Qolu əzələ qaldırar. Onda isə əzələ qalmamıĢdı. Cır-cındır arasından bir 
dəri, bir sümük, çöp kimi nazik qolu görünürdü. Onun zənciri qaldırmağa gücü qalmamıĢdı. 
– Ġndi hansı padĢahın vaxtıdı? 
– Ağqoyunluların. 
– Onlar kimnən sonra gəlib? 
– Qaraqoyunlulardan. 
– Əmir Teymurun oğlu MiranĢah necə oldu? 
– Əmir Teymura, MiranĢaha bax ha! Onlar çoxdan o dünyadadır. Səni bura kim salıb? 
– Çoxdan burdayam, lap çoxdan. Məni buraya MiranĢah saldırıb, ömürlük. 
– Bəs səni niyə buraxmırlar? – Cavan oğlan təəccüblə soruĢdu. 
 
– Mən hürufiyəm. Fəzlüllah Nəiminin cavan müridlərindən idim. O vaxt mənim on səkkiz, 
on doqquz yaĢım vardı: Dedilər kamilliyin, hürufiliyin yeri zindandı. 
– Hürufi. Qaraqoyunlular ki, onları tə‟qib eləmirdi. 
– Nə bilim. Bu altmıĢ ildə neçə zindanban dəyiĢib? 
– Mən səni azad edərəm. 
Onlar divarda üz-üzə zəncirlənmiĢdilər. Özləri də samanın üstündə oturmuĢdular. Qocanın 
əynindəki  cır-cındırı  saymasaq  lüt-üryan  idi.  Cavanın  əynində  isə  bahalı  parçadan  təzə  libas 
vardı. Bir neçə yerindən cırılmıĢdı. Tutulanda, əlbəyaxa olmuĢdu. O, Uzun Həsənin qardaĢı oğlu 
Rüstəm  Mirzə  idi.  Əmisi  oğlu  Sultan  Yaqubun  oğlu  Bəysunqurun  taxtını  təcavüzdən  qorumaq 
üçün  Süleyman  Bican  oğlu  ilə  Əbih  Sultan  onu  Əlincədə  zəncirləməyi  ən  təhlükəsiz  yol 
bilmiĢdilər. 
– Məni azad eləyərsən? Özün məndən də qara gündəsən, ay cavan. Məni azad eləyəcək bir 
məxluq  var.  Günlərin  bir  günü,  elə  bu  yaxınlarda  gələcək  və  azad  eləyəcək  –    deyən  qocanın 
dodağında xəfif bir təbəssüm gəzdi.   
– Xəbər göndərib? 
– Bəli. 
– Doğrudan? 
 Rüstəm Mirzənin qocaya paxıllığı tutdu. Onu yox, gərək Rüstəm Mirzəni azad eləyələr. 
– Buradan çıxmaq istəyirsən? 
– Yox, istəmirəm. 
–  Əgər  istəmirsənsə,  onda  qoy  məni  xilas  eləsin.  Sən  qoca  kiĢisən,  heç  bir  iĢ  görə 
bilməyəcəksən.  Amma  mən  çıxan  kimi  taxt-tacı  ələ  keçirəcəm,  səni  çıxardıb  sarayda  pambıq 
içində saxlayaram. Nədi, razısan? 
– Yox, cavan Ģahzadə. Mənim xilaskarım sənə kömək eləyə bilməz. 
–  Nə  üçün  eləmir?  Onu  dünya  malından  qəni  eləyərəm.  Özü  ağırlığında  qızıl  verərəm. 
Mahal bağıĢlayaram. 
Rüstəm Mirzə odlu-odlu danıĢır, qollarını atıb-tutmaq istəyir, amma zəncirlər o hərəkətləri 
yarımçıq  saxlayırdı.  Bundan  da az qalırdı ürəyi  partlasın. Bağlı olmasa qocanın  saqqalını  əlinə 
keçirib  baĢını  divara  vurar,  onu  bu  iĢə  razı  salardı.  Amma  indi  ən  kəskin  silahı  onun  dili  idi.
 
 
– O, hədiyyə götürmür. Ona qızıl-cəvahir lazım deyil. 

70  www.sarigelin.net 
 
–  Bu  dünyada  elə  adam  olar  ki,  qızıla-cəvahirə  e‟tinasız  baxsın?  Əmir  Teymur  bütün 
ölkələrin xəzinəsini əlinə toplamıĢdı, yenə doymurdu. Gedirdi Çinin də var-dövlətini alsın. 
– Öləndə neylədi o var-dövləti? Özüylə apardı? 
– Yox. Aparıb neyləyəcəydi. Övladlarına qaldı. 
– Görürəm, sən də hökmran olmaq istəyirsən. Amma nə üçün? Nəyə lazımdır o taxt-tac ki, 
hamı ona nifrət eləyir. Qan tökməyə, adamları öldürməyə, Ģəhərləri talamağa gedirsən? 
– Onu gələcək göstərər. Sən mənə qurtuluĢ yolu göstər. Qoy sənin xilaskarın məni aparsın. 
– Rüstəm Mirzənin sözlərində hökm olsa da, danıĢığının ahəngində yalvarıĢ vardı.  
– Mən ona hökm edə bilmərəm. 
– Kimdi axı səni xilas edəcək məxluq. 
– Əzrayıl.  
Rüstəm  Mirzənin  qolları  boĢaldı.  BaĢını  aĢağı  saldı.  Yanağına  milçəkmi,  arımı,  hansı 
böcəksəmi  qonmuĢdu,  onu  dalayırdı.  Amma  bayaqdan  onu  qovmağı  da  ağlına  gətirmirdi.  Ġndi 
onu qovmaq üçün sifətini qoluna sürtdü. Xeyli fikrə getdi. Amma darıxdı. DanıĢmayanda taleyi, 
dərdi tez yadına düĢürdü. 
– Düzdü, Əzrayıl səni xilas eləyə bilər, məni yox. Mən hələ buradan çıxacam. Əzrayıla o 
qədər iĢ tapacağam ki. Birinci onun cənginə sarayın ən sadiq köpəyi Əbih Sultanı verəcəm. Məni 
o gətirib bu zindana salıb. Yoxsa mənim  bir tükümə toxunmağa da heç kimin ixtiyarı və gücü 
çatmazdı. Çıxan kimi yox, heç Əzrayıla da ümid olmayacağam. Əzrayıl xəbər tutana qədər onu 
öz qılıncımla özüm doğrayacam.  
– Sənin əqidən odur ki, çıxan kimi kimisə öldürəsən, elə deyilmi, cavan Ģahzadə? 
– Bəli! Bəs sənin əqidən nə olub? Bu qədər ki, onun yolunda əziyyətlər çəkmisən, yəqin ki, 
taleyinə lə‟nət oxuyursan. 
– Yox, cavan oğlan. Biz bütün insanları kamilliyə çatdırmaq istəyirdik– MürĢidimizin buna 
görə diri-diri dərisini soydular. O, uf demədi. Öz əqidəsinə qurban getmək kamillikdir. Mən də 
həmçinin.  Amma  sən  heç  nəyə  qurban  getmədən  hökmdar  taxtına  çıxmaq,  çıxan  kimi  də 
kimlərisə qurban vermək üçün indidən fikirləĢib tədbir tökürsən. 
Qoca baĢını divara söykəyib gözlərini yumdu. Titrək, quru dodaqları vird eləməyə baĢladı. 
Rüstəm Mirzə onun dediklərinə qulaq asırdı. 
– Axır ki,  mənə ən ağır cəzanı  verdilər. Bu altmıĢ ildə gördüklərim toy-bayram imiĢ. Nə 
böyük əzablar verirsən mənə, ulu tanrı. Əcəl, gəl çıx, Əzrayıl, gözümü yollarına dikmiĢəm. 
Rüstəm Mirzə elə bildi ki, qoca onun halına acıyır. Ona görə özünə ölüm arzulayır ki, kənc 
Ģahzadənin əzablarını görməsin. 
– Qoca, – deyə dilləndi. – Özünə ölüm arzulama, həyat Ģirindi. Bir dəfə gün iĢığına çıxsan, 
dünyanı  görsən,  axar  sulara,  dərin  göylərə  baxsan,  ölüm  fikrini  özündən  uzağa  qovarsan. 
Ġnandırıram  səni,  tezliklə  mənim  zəncirlərim  qırılacaq,  onların  yerinə  hökmdar  bazubəndi 
taxılacaq.  Bax  o  vaxt  səni  azad  eləyib  saraya  apararam.  Mənə  vəzirlik  eləyərsən.  Görürəm  ki, 
savadlı, müdrik adamsan. Özün da adam görməmisən, fitnələrdən, fəsadlardan uzaqsan. Düz yol 
göstərərsən.  
Qoca  gözlərini  açıb  qarĢısındakı  qartalbaxıĢlı,  daralınlı,  yoğunbiləkli  gənc  Ģahzadəyə 
baxmaq  istəmirdi.  Onun  əqidəsinə  görə  insan  kamilləĢdikcə  qan-qadadan,  dava-qırğından  uzaq 
olmalıdır. Bu qan-qan deyən Ģahzadəni onunla üz-üzə qoymaq onun üçün ən böyük cəza idi. 
– Sən məni xilas edə bilməzsən. 
– Hökmdar istədiyini eləyə bilər. 
–  Yox,  hökmdarlar belə zindanlar tikmək, insan zəkasını buxovlamaq üçün gəlir. Sən də 
elə  buna  çalıĢırsan.  Onsuz  da  mən  azadam.  Cismani  olaraq  zindandayam,  ruhən  isə  buludlar 
kimiyəm. Biz “ənəlhəq” demiĢik. 
Rüstəm Mirzə istehza ilə güldü. 
– Ənəlhəq! Haq, məndədi, əstəğfürullah, Allah mənəm. Bu xam xəyaldı. O Ģöhrətə, yə‟ni 
Allah olmaq niyyətinə hələ heç kim çatmayıb və heç vaxt da çatmayacaq. Çingiz Xaqan da belə 
bir  xəyala  düĢmüĢdü.  Nə  oldu  sonu?  Fi‟ron  da  özünü  Allah  sayırdı.  Siçan  kimi  suda  boğulub 

71  www.sarigelin.net 
 
öldü.  Əstəğfürullah,  onların  allahlığa  qalxmaq  iqtidarı  daha  çox  idi.  Çünki  yer  üzünün  allahı 
idilər.  Amma  gücsüz,  yaĢının  hamısını  zindanda  keçirmiĢ  qocanın  allahlıq  iddiası  gülünc 
deyilmi?  Bax,  bizi  üz-üzə  zəncirləyiblər.  Birimiz  allahlıq,  o  birimiz  hökmdarlıq  arzusundayıq. 
Görək kimin arzusu, niyyəti həqiqətdir? Sənin, ya mənim! 
Onun qocanı ələ salmaq, gülünc vəziyyətdə qoymaq niyyəti öz tə‟sirini göstərdi. 
– Adi Ģeyləri qarıĢdırırsan. Allahlıq, kamillik insanın daxilindədir. Əgər o özünü hazırlayıb 
ruhən  bu  yüksəklikdə  dayana  bilirsə,  yer  üzündəki  xeyir  əməllər  onun  iradəsindən  asılıdırsa,  o 
haqdır! 
Rüstəm Mirzə deyəsən onu yavaĢ-yavaĢ baĢa düĢməyə çalıĢırdı. Amma qəbul edə bilmirdi. 
 
 
–  Tutaq  ki,  kamilsən,  haqqa  çatmısan.  Biləklərin  zəncirdə  olarkən,  onda  sənin  xeyirxah 
əməllərin kimə lazımdır? Səsin ki, heç yerə çatmır. Bu isə allahlıqdan çox uzaqdır. Sən acizsən. 
Bizim dövrümüzdə aciz insan nə qədər kamil olsa da güclülərin ayağı altında qalıb məhv olacaq. 
–  Söhbət  tək  məndən  getmir.  Dünyadakı  insanların  hamısını  kamil  görmək  istəyirik. 
Hökmdardan tutmuĢ qula qədər. 
Rüstəm Mirzə ürəkdən qaqqa çəkib güldü. 
–  Bax,  bu  əsl  allahlıq  iddiasıdır.  Onların  hamısını  kamil  eləmək  ya  Allahın  ağlına 
gəlməyib,  ya  da  ağlına  gəlsə  də  bacarmayıb.  Yox,  mən  hürufi  olmaq  istəməzdim.  Bir  Ģey 
mə‟lumdur  ki,  hamı  Allah  ola  bilməz.  Hamı  qul,  yaxud  hökmdar  olmağa  qadir  deyildir.  Yox, 
sizin əqidəniz bu dünya üçün deyil. O dünyada, orada da kamillərlə nadanları ayırıblar. Kamillər 
cənnətdə, cahillər cəhənnəmdə. 
– Yox, kamillər cəhənnəmdə, cahillər cənnətdə. 
  
Hava qaralmıĢdı. Qapının kilidi Ģaqqıldadı. Zindanban içəri girib hərəsinin yanına bir saxsı 
parçda su, onun da üstündə bir əl boyda arpa çörəyi qoydu. Heç bir söz demədən çıxdı və qapını 
bağladı. Qapı açılıb-örtüləndən sonra elə bil içəri qatı zülmət çökdü. 
Sultan  Yaqub  öləndən  sonra  onun  yerinə  keçə  biləcək  övladı  ġirvanĢah  Fərrux  Yasarın 
bacısından  olan  oğlu  Bəysunqur  idi.  Süleyman  Bicanoğlunun  qızından  hələ  dünyaya  övlad 
gəlməmiĢdi. Lap bələkdə qızı da olsa onu Sultan taxtına çıxarardı. Çünki sarayın ən hörmətli, ən 
qüdrətli adamı Süleyman Bicanoğlu olmuĢdu. O, ġeyx Heydəri öldürəndən sonra ġirvanĢahın da 
yaxın, e‟tibarlı adamı olmuĢdu. Sarayın ikinci məĢhur Ģəxsiyyəti Əbih Sultan sayılırdı. O, Uzun 
Həsənin  vaxtından  hökmdarlarla  qohum  olmaq  niyyətində  olsa  da  baĢ  tutmamıĢdı.  Amma 
Diyarbəkrdəki qohum-əqrabalarının çoxluğu, onun qoĢun toplamaq, sərkərdəlik bacarığı yüksək 
qiymətləndirilirdi. Rüstəm Mirzənin də qəsdinin üstünü o açmıĢ, tərəfdarlarını qılıncdan keçirib 
özünü Əlincə qalasına saldırmıĢdı. Bundan sonra yerini daha isti, daha möhkəm hesab eləyirdi.  
Bəysunqura atasının Bağdaddan gətirib oğluna xoca təyin etdiyi alim Müzəffərəddin yenə 
də dərs keçir, din tarixini, siyasət əsaslarını, riyaziyyatı, poeziyanı, coğrafiyanı və baĢqa elmləri 
tədris  eləyirdi.  Atasının  ölümünə  qədər  müəlliminin  yanına  Ģagirdi  gedirdisə,  Sultan  taxtına 
oturandan sonra müəllim onun yanına gəlir, baĢ əyir, əlini öpürdü. Bəysunqur müəlliminin onun 
qarĢısında torpağı öpməyinə icazə vermirdi. Bu gün xoĢ bir hava idi və “Səkkiz behiĢt” sarayının 
Yaqut otağında Bəysunqur müəllimi ilə məsləhətləĢirdi. 
–  Ayrı  ölkələrdən  Sultan  sarayına  gələn  elçiləri  nə  ilə  heyrətə  salmaq  olar,  xoca 
Müzəffərəddin? 
– Taxtın, tacın qiyməti, onların üstündəki daĢ-qaĢ. Sonra hökmdar sarayının taxtını qoruyan 
daĢ-qaĢla  bəzənmiĢ  silah  qurĢayan  qırx  nəfər  həbəĢ  qul.  Saray  ə‟yanlarının  geyimləri,  sarayın 
bəzək-düzəyi...  Böyük  vəzir  Nizamül-mülk  dövlətin  qüdrətinin  təcəssümünü  bunda  gerürdü. 
Bundan  əlavə  zəmanənin  böyük  Ģairi  bu  sarayda  olarsa,  onun  hörməti  daha  da  arta  bilər, 
sultanım. 
–  Xoca  Müzəffərəddin,  hərəmxana  da  hökmdarın  qüdrətini,  zövqünü  tə‟yin  edər. 
Ölkəmizdə millətlər də çoxdur. Onların qızları barəsində o ağıllı kitablarda nə yazılıb? 
Sifətinə  hələ  tük  gəlməmiĢ,  taxta  oturandan  hələ  heç  bir  iĢ  görməyən  bu  on  yaĢlı  uĢaq 
dəbdəbə və hərəmxana rahatlığı barəsində düĢünürdü. Xoca Müzəffərəddin onun bu fikrini uĢaq 

72  www.sarigelin.net 
 
marağı, erkən Ģöhrətpərəstlik, ya da böyük gələcəyi olan qüdrətli bir fatehin onun qəlbindəki ilk 
qığılcımları  hesab  etdi.  Amma  bu  təzahürün  hansına  aid  olduğunu  dərk  edə  bilmədi.  O, 
Ģagirdinin sualına mükəmməl cavab verməli idi. 
– Böyük hökmdar, hind qızlarının beli incə, Ģəvə saçları uzun, əqlləri isə bir o qədər gödək 
olur. Məkkə qızlarının Ģəkər dili, zə‟rif dəriləri, naz-qəmzələri və ağılları çox məĢhurdur. Onlar 
qısqanclığın, bədxahlığın nə olduğunu bilməzlər. 
– Türk qızları necə? 
–  Türk  qızları  gözəllik,  zəriflik  mücəssəməsidir.  Onların  gözlərindəki  məlahət  heç  bir 
gözəldə tapılmaz. Onlar uĢaq doğmaqda də fərasət əhlidilər. UĢaqları da özləri kimi gözəl olur. 
– Yalnız tə‟rif?! 
– Bəli. Onların bir qüsuru var ki, bu qüsur hökmdar hərəmxanasında qəbahət sayılmaz. 
– Nədir o qüsur? 
– Bədxərclik. 
– Bu qüsur deyil. 
– Rum qızları sizə mə‟lumdurmu, sultanım?  
Bəysunqurun gözləri qabağında bir neçə dəfə gördüyü bibisi AləmĢahbəyim dayandı. 
– Bəli. DanıĢ. 
– Onların saçları qızılı rəngə çalır. Həm də ipək kimi yumĢaq olur. Onların dəniz kimi göy 
gözləri olur, ərinin bir sözündən çıxmır. Bədxərc deyillər və sədaqətdə əvəzsizdilər. 
Bəysunqur  son  sözləri  eĢitmədi.  Onun  gözləri  qarĢısında  qızıl  saçlı,  mavi  gözlü  bibisi 
AləmĢahbəyim  dayanmıĢdı.  Üç-dörd  yaĢında  görmüĢdü.  Sonradan  anası,  Fərrux  Yasarın  bacısı 
onun ərini nə qədər pisləsə də, ilk təəssürat onun qəlbindən silinib getməmiĢdi. Ġndi o üç oğlu ilə 
bərabər zindandadır. 
O, müəlliminin getməyinə icazə verdi. Süleyman Bicanoğlunu çağırtdırdı. 
Beli  azacıq  donqarlaĢan,  ağ  saçları  çalmasının  altından  çıxan  qaraĢın,  tökmə  Süleyman 
Bicanoğlu  gəldi.  Çalmanı  lap  qaĢlarının  üstünə  qədər  endirmiĢdi.  Alnındakı  çapığı  gizlətmək 
istəyirdi.  Amma  çapığın  ucu  onun  qaĢını  da  yarıb  keçirdi.  Sol  qaĢı  ağ  bir  zolaqla  iki  yerə 
ayrılmıĢdı. 
Süleyman Bicanoğlu əlini enli sinəsinə qoyub baĢ əydi. Düzəlib düz Bəysunqurun sifətinə 
baxdı. Bəysunqur onun atasına belə düz və dik baxdığını görməmiĢdi. 
– Otur. 
Süleyman Bicanoğlu taxtın yanındakı kürsüdə oturdu. Onun sir-sifətindən hiss olunurdu ki, 
o  özünü  bu  sarayda  Bəysunqurdan  daha  hüquqlu  adam  sayır.  Onda  laqeydlik  vardı.  Bilirdi  ki, 
çağırıldığı hər hansı məsələdə Bəysunqurun yox, onun fikri yeriyəcək. 
–  Əmir  Süleyman,  bibim  AləmĢahbəyim  uĢaqları  ilə  bərabər  zindandan  çıxarılıb  saraya 
gətirilməlidir. 
–  Hökmdarım  tez-tələsik  fərman  vermirmi?  –  deyə  o  taxtında  oturan,  qiymətli  kəmər  və 
xəncəri, parıltılı libasında zərgər əlindən çıxan bəzək əĢyasına oxĢayan Bəysunqura gülümsədi. – 
Səltənətin əmin-amanlığı qohumluq hissindən yuxarıda dayanmırmı? 
–  Bacısını,  bibisini  zindanda  saxlayan  hökmdarın  ölkəsində  nə  hörməti  ola  bilər?  Özünü 
xoĢbəxt eləyə bilməyən sülalə baĢqalarına nə gün ağlaya bilər? 
Süleyman Bicanoğlu onun hücumunun qabağını almaq üçün öz sübutunu gətirdi: 
– Rüstəm Mirzə də bu sülalənin oğludur. Onda onu da Əlincədən gətirmək pis olmazdı. 
– Yox, Rüstəm Mirzə mənim düĢmənimdi. Bir də ki, o kiĢidi. Bibimə sözünüz nədi? 
– ġeyx Heydərin uĢaqları ondan da qorxuludu. 
– O körpələrin nəyindən qorxursunuz? 
– Mən allahımdan, hökmdarımdan baĢqa dünyada heç kimdən və heç nədən qorxmuram. 
Yox, qorxduğum bir Ģey var, indi yadıma düĢdü. Çəkdiyin zəhmətin hədər getməsi. O uĢaqların 
ataları Fərrux Yasarın qanına susamıĢdı. Mən olmasaydım indi ġirvan Ģahlığı da yox idi. Ġndi o 
zəhməti  batıraq?  Sultani  əzəm,  onları  çıxarsanız,hökm  verin  məni  onların  yerinə  zindana 
salsınlar. 

73  www.sarigelin.net 
 
Bəysunqur  səltənətin  dirəyi  olan  Süleyman  Bicanoğlunun  bu  sözləri  müqabilində  təslim 
oldu. Dinib-danıĢmadı. Qoca sərkərdə də susdu. 
PiĢxidmət içəri girib Əbih Sultanın ona gətirdiyi atı göstərmək istədiyini dedi. 
– YaxĢı, gəlirik. 
Əbih Sultan eĢidəndə Süleyman Bicanoğlu hirslə piĢxidmətə baxdı. Bəysunqur bu baxıĢın 
arxasında nə gizləndiyini dərk eləyə bilmədi. 
– Əmir Süleyman, ürəyi sözlü adama oxĢayırsan? 
– Heç, Sultanım.  
Bəysunqur əl çəkmədi.  
– Ürəyini hökmdardan gizlədən sərkərdə ordunu bada verər. – Öz dediyi sözdən də özünün 
xoĢu gəldi. 
– Nə haqqı var sərkərdə ürəyini gizlətsin. 
– Onda düzünü de. 
Əmir Süleyman məqamın yetiĢdiyini görüb fikrə getdi. Özünü ikili-üçlü saldı. Belədə indi 
deyəcəyi sözün yükü ağır olacaqdı. 
“Əbih  Sultan  xeyli  baĢ  apardı.  Hər  yerdə  özünü  gözə  soxdu.  Ondan  xəta  əskik  deyil. 
Bəysunqurun qılığına girsə sabah mənim də kəndirimi vuracaq. Onsuz da mən hökmdarın ögey 
anasının  atasıyam.  Onun  anasının  mənim  qızımdan  zəhləsi  gedir.  Oğlunu  da  mənim  üstümə 
qaldıra bilər. Bu da ki, körpə uĢaqdı, taxt da əlinə tez düĢüb, nə hökm versə yerinə yetirirlər. O da 
Ģirnikir. Ağlına salsalar, mənim baĢımı elə indi vurdurar”. 
– Nə oldu, əmir Süleyman? 
– Heç. CanfəĢanlıq eləyən bə‟zi adamlar var. Bə‟zi sərkərdələr hökmdara ölkələr alıb-verir, 
əvəzində  heç  nə  istəmir,  bə‟zisi  də  bir  çöpüklü  qulan  verib  əvəzində  həmin  ölkənin  açarını 
istəyir. 
O, fikrini açıq-aĢkar demiĢdi, Bəysunqur taxta keçəndən sonra Süleyman Bicanoğlu Ġraqda 
onu tanımaq istəməyən Atabəyi məğlub etmiĢ, baĢını gətirib Bəysunqurun ayaqları altına atmıĢdı. 
Əvəzində də heç nə istəməmiĢdi. 
– Əbih Sultan barəsindədi sözün? 
– Dedim də sultanım. – O hirslənəndə alnındakı çapıq qanla dolub qızarırdı. 
– O da Rüstəm Mirzənin sui-qəsdinin üstünü açıb. 
– Necə, böyük hökmdar? O sui-qəsdi açan da özgəsidir. Onun xidməti o oldu ki, Rüstəm 
Mirzəni tutdu və adamlarının çoxunu qılıncdan keçirtdi. Hələ bəlkə də heç sui-qəsd yox imiĢ. Siz 
cavansınız, hökmdar. Bu əmirlər ki var, özlərini sədaqətli göstərmək üçün hər hiyləyə əl atırlar. 
Bilmək  olmaz.  Mən  atanız  mərhum  Sultan  Yaqubun  qayınatası  idim  və  onun  səltənətinin 
möhkəmlənməsi  yolunda  özüm  qocalsam  da,  qılıncım  korĢalmadı.  Mənim  üç  il-beĢ  il  ömrüm 
qalıb, əgər alnıma öz əcəlimlə ölmək səadəti yazılıbsa, o da olmasa lap tez köçəcəyəm. Mənim 
dünyada  heç  nədə  gözüm  yoxdu.  Sədaqətimi  bundan  sonra  sübut  eləməyə  ehtiyac  duymuram. 
Amma Əbih Sultanla bir az ehtiyatlı dolanmağı məsləhət görürəm. Ondan heç gözüm su içmir. 
– Nə eləyə bilər ki? – Bəysunqur uĢaq qorxaqlığı ilə soruĢdu.  
–  Ehtiyatlı  olsaq,  heç  nə.  Olmasaq,  çox  Ģey.  Əsli-nəcabəti  olmaya-olmaya  sarayda 
yüksəldilənlərin  əlinə  imkan  düĢən  kimi  səltənət  yaratmaq  həvəsinə  düĢməyi  tariximizdə  nadir 
hadisə deyil. Onda belə bir hərisliyi mən sezirəm. Bir də ki, o nə üçün özü gəlib sənin torpağını 
öpmür, piĢxidmətlə sifariĢ göndərir. Bu hökmdara hörmətsizlikdən baĢqa nə ola bilər?! 
Bəysunqurun ağlına batdı bu sözlər. 
–  Mənə  babam  Uzun  Həsən  kimi  at  seçmək  istəyir.  Möhlət  alıb  getmiĢdi,  indi  o  atlara 
baxmalıyam mən. 
– Hökmdara atmı qəhətdi? 
– YaxĢı, Əbih Sultanın sədaqətinə Ģübhəmi var? 
– Var! Onun cilovunu buraxanda çox iĢ görər. Əbih Sultanı hörükləmək, hörüyünü də qısa 
eləmək vacibdir. 

74  www.sarigelin.net 
 
Bu söhbətdən sonra Bəysunqur qoca sərkərdənin müĢayiəti ilə saraydan çıxıb yaxınlıqdakı 
cıdır meydanına getdilər. Uzun Həsəndən sonra hökmdara at seçmək əsl mərasimə çevrilmiĢdi. 
Hökmdarı görən kimi ağacların altında, xalça üstündə oturan müsiqiçilər ayağa qalxdılar, 
baĢ əydilər və çalmağa baĢladılar. 
Əbih Sultan qabağa yeriyib baĢ əydi. 
– Sultani əzəm, ölkənin hər yerindən atlar gətiriblər. Baxa bilərsən. 
Bəysunqur  babası  kimi  ata  minib  özü  sınamaq  niyyətində  deyildi.  Cıdır  meydanının 
yanındakı  köĢkdə  oturacaq,  atları  minib  onun  gözü  qabağında  səyirdəcək,  sınayacaq,  hansını 
bəyənsə  öz  ilxısına  götürəcəkdi.  Bəysunqur  keçib  öz  yerini  tutandan  sonra  atların  nümayiĢi 
baĢladı. 
– Bu təmiz qanlı Qarabağ cinsidi, – gözəl yəhər-yüyən vurulmuĢ atı təqdim eləyən üzünü 
hökmdara  tərəf  tutub  bərkdən  danıĢırdı.  –  Gözəldi,  yaxĢı  qaçıĢı  var.  Cövkən  oynunda  əvəzi 
tapılmaz.  Amma  uzaq səfərlərdə-xüsusən susuz və quraqlıq yerlərdə dözümsüzdür. Onun yemi 
və suyu bol olmalıdır. 
Əbih Sultan nə dedisə yüngül geyinmiĢ bir cavan atın belinə qalxdı və bir anda at yerindən 
götürüldü.  Cıdır  meydanı  çox  böyük  deyildi.  Burada  cövkən  oyunu  üçün  meydança  da  vardı, 
cıdır  yolu  da  həmin  meydanın  ətrafına hərlənib  qayıdırdı. Qarabağ atı gəlib dayandı.  O yüngül 
töyĢüsə də, amma tərləmiĢdi. Ayaqlarını götürüb qoyur, oynağa gedir, özünü irəli atmaq istəyirdi. 
Bəysunqur əlindəki zərxara dəsmalı tərpətməklə bildirdi ki, Qarabağ atını bəyənib. 
Ġkinci bir atı köĢkün qabağına çəkdilər. 
– Ərəb atıdır. Tə‟rifə ehtiyacı yoxdur. Peyğəmbər əleyhsalam özü bu atlardan minib. Dəvə 
kimi susuzluğa və aclığa dözümlüdü. 
Bəysunqurun əlindəki dəsmal yenə tərpəndi. 
KöĢkün qarĢısına balacaboy, qara bir at gətirdilər. 
– Sultani əzəm, bu üçyaĢar ürgəni sənə Əbih Sultan bağıĢlayıb. 
–  Əbih  Sultan,  –  deyə  Süleyman  Bicanoğlu  onu  Bəysunqurun  yanına  çağırdı.  O  gəldi  və 
təzədən baĢ əydi. BaĢını qaldıranda Bəysunqurun qəzəbli gözlərini gördü. 
– Mənə bu qatırı at adıyla bağıĢlayırsan? 
–  Bəli,  Sultani  əzəm.  Bu,  cıdır  meydanına  yığılan  atların  ən  qiymətlisidir.  Onu  çox 
müsibətlə tapmıĢam. 
– Çox gözəl iĢ görmüsən, onu da hökmdarın baĢına qax! 
– Bir Allah Ģahiddi ki... 

Yüklə 5,09 Kb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   35




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin