Xudafərin körpüsü



Yüklə 5,09 Kb.
Pdf görüntüsü
səhifə9/35
tarix21.03.2017
ölçüsü5,09 Kb.
#12113
1   ...   5   6   7   8   9   10   11   12   ...   35
– Dinin? Suallarıma tez cavab ver. 
– Müsəlmanam. 
–  Hansı  məzhəbə  qulluq  eləyirsən?  –  Lələnin  səsi  çaparın  qulağında  mis  səsi  kimi 
cingildədi. Bu sual çaparı çaĢdırdı. 
– La ilahə, illəllah, Məhəmmədin rəsul illah. 
– Sünnüsən, Ģiyəsən? 
– Ağa, qurbanın olum, öldür məni, ancaq məzhəbimi soruĢma. Sən hansınnansansa mən də 
onnanam. 
Çaparın zar-zar ağlamasına bir sual da bəs eləyərdi. 
– Məktubda nə yazılmıĢdı? – Lələ çox tə‟kidlə soruĢdu. 
–  Vallah  bilmirəm,  billah  bilmirəm.  Bizim  çaparbaĢı  çaparlığa  elə  adamı  götürür  ki, 
əlifbeyi bilməsin. 
Lələ görürdü ki, doğrudan çaparın məktubun məzmunundan xəbəri yoxdur. Bəs onda necə 
öyrənmək olardı? Məktubun məzmunu isə ona hava-su kimi lazım idi. 
– Bəs sənə nə tapĢırmıĢdılar? 
– DemiĢdilər ki, aparıb məktubu verərsən, gecə qalıb dincələrsən, səhər cavabını alıb yola 
düĢərsən. Mənə verərsən, hökmdara aparacam. 
“Hökmdar” kəlməsini eĢidən kimi Lələ onun üstünə əyildi. Əl atıb yaxasından yapıĢdı. 
– Elə belə dedi? 
–  Qoy  fikirləĢim,  onsuz  da  çaparbaĢı  məktubları  hökmdara  aparır  da,  dədəsinə-anasına 
aparmayacaq  ha.  Düzdü,  bir-iki  dəfə  məni  uzaq  yerlərə  göndərib.  Məktub  aparıb  cavab 
gətirmiĢəm. Deyib hökmdar əmridi. Sonra görmüĢəm yox, burada hökmdarlıq iĢi yoxdu. Özünə 
arvad gətirirmiĢ. Bəlkə indi də belə bir iĢdi? 
– Sicilləmə oxuma mənə! 
„“YaxĢı,  hələ  günortadı.  Az  bir  vaxta  çapar  çatacaqdı  qalaya,  oradan  cavabı  alıb 
gətirəcəkdi. Gecə yarısı, ya səhər özünü yetirəcəkdi Ərdəbilə. Niyə gecə qalada qalmalıydı? Ona 
yazıqlarımı gəlib? Yox, burada nəsə xoĢa gəlməyən bir məsələ var. Məktubda yazılan hökm icra 
olunmalıymıĢ. ĠĢin icrası üçün qalada qalmağa icazə veriblərmiĢ. Yoxsa ayrı cür ola bilməz”. 
– Sən bu qalaya çoxmu gedib-gəlmisən? 
– BeĢ, ya da altı dəfə. 
– Nə var orada? 
–  Sirri  mən  sizə  necə  verim?  Axı  sonra  məni dara çəkərlər. Heç siz də padĢah çaparının 
satqın olmağına razılıq verməzsiniz. 
Lələ qımıĢdı. Əlini onun ĢiĢmiĢ qarnına çırpdı. 
– Bu piylə, bu peysərlə hamını aldatsan da, məni aldada bilməzsən. Sən satqınlığa həmiĢə 
hazır  olmusan,  çox  sirləri  də  satmısan.  Aldıqların  səni  belə  piyləndirib.  Ġidi  də  bildiklərini 
deyəcəksən. Belə deyil? 
–  Can  Ģirin  Ģeydi,  Ələddin  qardaĢ.  Söz  var,  desəm  öldürərlər,  deməsəm  ölləm.  Hərə  öz 
kefində,  damağında,  mənə  nə  gəlib.  Dəvəni  qatarla  yeyirlər.  O  qədər  əhli-əyalı  saxlamaq  elə 
bilirsən asandı? Səndən nə gizlədim, görürəm hal əhlisən. Vaxt olub məktubu bir dəfə oxumağa 
bir  torba  qızıl  almıĢam.  Nə  olub  ey,  məktubdu  da.  Yemillər,  içmillər.  Oxuyurlar,  qaytarıllar 
özümə,  mən  də  qızılımı  alıb  balalarımı  dolandırıram.  Ġtin  diĢi,  motalın  dərisi,  yırtsa  nə  yaxĢı, 
yırtmasa nə yaxĢı. 
– Bu məktubu yolda bir adama oxutdurmusan? 
–  Yox,  müĢtərisi  olmayıb.  Hər  məktubun  öz  xiridarı  olur.  Bunun  da  xiridarı  sizsiniz. 
Baxtınız yoxdu, neyləyək? Belə oldu da. 
Çapar uzandığı yerdən tərpənmirdi. Yeri rahat, qısqısı güclü idi. 

51  www.sarigelin.net 
 
Lələ ayağa qalxıb gəzindi. 
“Rəhmətlik  Heydər  düz  deyirdi.  Dağılır,  tar-mar  olur.  Ağqoyunluların  sonudur.  Əgər  bir 
ölkənin  padĢahından  tutmuĢ  çaparına  qədər  naqis  iĢlərə  qurĢanıbsa,  Allah  özü  də  göydən  ensə 
onu xilas eləyə bilməz”. 
–  Hə,  çapar,  de  görək  bu  qalada  nə  gizlədiblər  ki,  hökmdarın  özündən  də  möhkəm 
qoruyurlar? 
– Bilmirsən? Hardan biləcəksən? Goru nurla dolsun, Uzun Həsənin əlinə güclü xəzinələr 
keçmiĢdi.  O  xəzinələrin  hər  biri  yetmiĢ  dəvədən  ibarət  yeddi  karvanla  daĢıyıb  gətirmiĢdi  bu 
qalaya.  Həmin  xəzinəni  gizlətməyə  yetmiĢ  usta  gətirdilər.  Hardasa  onları  gizlətdilər,  üstünü 
hörüb suvadılar. Sonra ustaları da, dəvəçiləri də, lap dəvələrin özlərini də qayadan atdılar ki, sir 
batsın.  Xəzinənin  yerini,  Ģəklini,  açarını  gətirib  verdilər  hökmdara.  Sirri  bilən  yeddi  adam 
qalmıĢdı, onları da o söz. Ġndi ağqoyunluların nəyi varsa, oradadı. 
Çapar danıĢdıqca Lələ qımıĢa-qımıĢa gəziĢirdi. Onun danıĢdığı əfsanəyə gülürdü. 
–  Uzun  Həsən  də  həmin  sirri  tək  sənə  danıĢdı,  hə?  Sən  o  qədər  də  səfeh  deyilmiĢsən. 
Burada məni barmağına dolayırsan. Mənə düzünü danıĢmasan, baĢını hansı arvadına göndərək? 
Ürəyi  yananın  yerini deyərsən, sənin  bu boyda kəlləni  qabağına qoyanda heç olmasa gözündən 
yaĢ gəlsin. BaĢını sənin kimi bığıburma bir kiĢi ilə göndərəcəm. 
–  Yox,  baĢına  dönüm.  Atım  istəkli  arvadımı  yaxĢı  tanıyır.  BaĢını  dünyanın  o  baĢından 
buraxsan,  onun  yanına  gedir.  –  Birdən-birə  dəyiĢdi.  –  Yox,  yox.  Mən  sirrə  görə  baĢ  verən 
kiĢilərdən deyiləm. Bir də ki, çapar bilməyən sirrə qurd düĢər. 
– Onda məktubu ver. 
Ġsmayıl Səkinənin “Ruhani” havasını çaldığı vaxtdan fikirləĢirdi. “Bəs niyə hava qoĢublar, 
söz  yoxdur.  Havada  o  soyulan  Ģairin  dərdi,  əziyyəti  var.  Ancaq  elə  bil  dilini  açıb  bir  kəlmə 
danıĢmaq istəməyib?” Bu sirri soruĢub öyrənməyə məqam gözləyirdi. Amma hamı fikirli, hamı 
qayğılı,  hamı  dərdli  idi.  UĢaqlığı  ilə  o  da  baĢa  düĢürdü  ki,  bu  qaladan  kənarda  qanlı-qadalı 
hadisələr  baĢ  verir,  onların  da  hamısı  bu  hücrədəki  üç  qardaĢ,  bir  ana  ilə  bağlıdır.  Onların  öz 
dərdləri  də  elə  “Ruhani”  havasına  oxĢayırdı.  Dərd,  qəm,  ələm  vardı,  amma  onu  uca  səslə, 
hamının baĢa düĢdüyü dildə deyən yox idi. Bəlkə də elə belə olmalıydı. 
AləmĢahbəyim  özünə  paltar  tikirdi.  Əynindəki  üzülmüĢdü.  Qara  parçanı  açıb  biçəndə 
Sultanəli anasının üstünü kəsdi. 
– Təzədən qara libasa bürünmək istəyirsən? 
– Əynimdəki üzülüb, qadan alım. 
– Sən o qatilə görə bu qaranı dəyiĢirsən? Atamıza görə geydiyin üzülüb düĢdü, indi onun 
qatilinə yas saxlayırsan? Bir yası qurtarıb, o birisini baĢlayırsan?   
AləmĢahbəyim  əldə  dayanmayıb  sürüĢən,  su  kimi  axan  qara  ipəyi  bir  tərəfə  atdı.  Qalxıb 
oğlunu qucaqladı, aparıb pəncərənin qabağında, yanında oturtdu. BaĢını sığalladı.   
–  BaĢa  düĢ,  oğlum,  mən  qara  libası  heç  vaxt  soyunası  deyiləm.  Mənim  əynimə  biçilən 
baxtıma  da  biçilib.  Köhnəldikcə  təzəsini  tikəcəm.  Ürəkdəki  dərd-kədər,  yas  köhnəlmir,  ona 
dözməyən bu ipək parçadı.  
Sultanəli anasının sözlərindan razı qalmadı. QaĢ-qabağı yerlə gedirdi. 
– Sən qara paltarı soyunmalısan! 
– Niyə, ay oğul? 
–  DüĢmənlərimizin  gözü  qabağında  yaslı,  dərdli  ola  bilmərik.  Onsuz  da  mən  də  bilirəm, 
sən də bilirsən ki, taleyimiz tükdən asılıdır. Bizi dar ağacına aparanda da gərək onlara dağ çəkək, 
gözdağı verək. Atamın sözü yadındadı? Deyirdi bir il xırıldamaqdansa, bir göz qırpımında ölmək 
daha yaxĢıdır. 
Ġsmayıl da gəldi. Anası onu uzaqlaĢdırmaq istədi. 
Sultanəli qoymadı. Çəkib yanında oturtdu. Amma susdular.  
Ġsmayıl pəncərədən baxırdı. 
 
– QardaĢ, pəncərədən düĢüb qaça bilmərik? 
– Yox, bu mümkün deyil. 

52  www.sarigelin.net 
 
Pəncərəyə bir əlvan kəpənək qondu. Ağ qanadların ortasında yumru narıncı xalın dövrəsinə 
qara  haĢiyə  çəkilmiĢdi.  O,  paslı  dəmirin  üstünə  qonsa  da  o  tərəf  –  bu  tərəfə  aĢırdı.  Mehin 
qarĢısında düz, dik dayanmağa gücü yox idi. Oradan uçub hücrəyə girdi. Ġsmayıl qaçıb onu tutdu. 
Ovcunu  açanda  əllərində  gümüĢ  tozuna  oxĢar  toz  vardı.  O,  barmaqları  arasında  elə  bil  qabığı 
soyulmuĢ iydə tutmuĢdu.  
– Öldürmə, – deyə Sultanəli kəpənəyə baxdı. – Ġnsan xoĢladığı canlıları tumarlayır. Amma 
kəpənək tumardan ölə bilər. 
– Öldürmərəm, saxlayacam. 
– Onda sən də bizi buraya salanlar kimi insafsız olarsan. 
– Kəpənəkdən də dustaq olar? 
– Saxlasan olar. 
Ġsmayıl  pəncərəyə  yaxınlaĢdı,  ovcunu  açdı,  bu  kiçik  əlin  ortasından  kəpənək  qanadlarını 
qoĢaladı, açıb-yumdu, titrədi və uçdu. Kəklikotu ətri gələn qalaya tərəf uçub getdi. Ovcunda tozu
yumĢaqlığının təması və ürək kimi döyünən bədəninin istiliyi qaldı. 
Salman  qanlı  köynəyi  atın  boynuna  bağladı.  Dəbilqəni  xurcuna  atdılar,  suda  islanıb 
pozulmuĢ məktubu da dəbilqənin içərisindəki yerinə qoydular. 
– Bəs qılıncı nə eləyək? – deyə Salman Hüseyn Lələ bəydən soruĢdu. 
– Onu saxla, lazım olar. 
Ata bir qamçı vurdu, at götürüldü. 
– Lələ, bu köynəyi onun üç arvadından hansı götürəcək? 
– Köynək böyük arvadındı. Onun üçün hamıdan artıq yanacaq. Dəbilqə ortancıl arvadındır. 
Hələ  yaxĢı  tanımayıb.  “Ġgid  ərim,  qəhrəman  kiĢim  vay”  deyib  ağlayacaq,  gözünün  qorasını 
sıxacaq. O ki qaldı ata, o da çatır kiçik arvada. Ağlayıb doyandan sonra gözləri ər axtaracaq. Ər 
də gərək atlı olsun. Atsız kiĢiyə də razı olar. Dul arvadın da atı yüyrək olar. 
 
Salman zoğal torbasını götürüb cibinə qoydu. 
– Heyif bu zoğaldan. Belə “igidin” qanından qat-qat qiymətliydi. 
O, torbadakı zoğalı əzib çaparın köynəyini “qana” bulamıĢdı. 
Hüseyn Lələ bəy çətinliklə də olsa öyrənmiĢdi ki, onun dostu ġeyx Heydərin uĢaqlarını bu 
qalada  saxlayırlar.  Xaraba  dəyirmanı  içəridən  düzəltdirmiĢ,  gecə-gündüz  burada  keĢik  çəkirdi. 
Gəlib-gedənləri  gözdən  qoymur,  onları  xilas  etmək  üçün  məqam  gözləyirdi.  Sultan  Yaqubun 
yerinə  oğlu  Bəysunqur  keçəndən  sonra  çaparların  gətirib-apardıqları  məktubları  oxumağa, 
hökmdarın  dustaqlar  barəsindəki  fikrini  öyrənməyə  çalıĢırdı.  Qalaya  hücum  eləmək  mümkün 
deyildi. Dustaqları e‟dam eləyə bilərdilər. Neçə il idi ki, bu yerlərdən əl çəkmirdi, amma hələ elə 
bir iĢ görə bilməmiĢdi. 
Çaparı çox sıxıĢdırmıĢ, görmüĢdü ki, o canını qurtarmaq üçün hər dəfə bir yalan uydurur. 
Ġnandı  ki,  o  heç  nə  bilmir.  Onun  izini  itirmək  istədi.  Atını  yola  saldılar.  Özünə  isə  köhnə  cır-
cındır  geyindirib  qaladan  aĢağıdakı  lağımın  ağzına  gətirdilər.  Buraxsalar,  o  qayıdıb  xaraba 
dəyirmanın sirrini aça bilərdi. Bundan əlavə də burada ayrı iĢlər görürdülər. Qaladan aĢağı enən 
lağımın  ağzını  tapmıĢdılar.  Onun  çox  hissəsi  dolmuĢdu,  indi  onu  təmizləyib  qalaya  yol 
axtarırdılar. 
Çaparı da həmin lağımın ağzına gətirdilər. Salman dedi: 
– Bu təzə peĢən də çaparlıq kimidi. Ancaq burada xəbəri sonra eĢidəcəklər. Götür külüngü. 
– Öldürürdünüz, elə iĢıqlı dünyada öldürəydiniz də. 
– Çox danıĢma, iĢ görmək lazımdı. Lələ Salmana göstəriĢlərini verdi. 
–  Bunun  dalınca  bir  neçə  gündən  sonra  gələrlər.  Hələ  vaxt  var.  Amma  yolu  gözdən 
qoymayın.  Lağımdakı  iĢlərə  də  göz  yetir.  Mən  də  sabah  qayıdacam.  Hüseyn  Lələ  bəy  baĢına 
əmmamə  qoydu,  əbasını  dəyiĢdi,  belinə  yaĢıl  qurĢaq  sarıdı.  Dəyirmanın  arxasında,  meĢədə 
bağlayıb ağzını sarıdıqları yabını mindi. Salman yabının yüyənindən tutub dedi: 
–  Lələ,  səni  tək  yola  salmağa  mənim  haqqım  yoxdu.  Hər  tərəf  quldur-qaçaqdı.  Allah 
göstərməmiĢ  sənin  baĢına  bir iĢ  gəlsə onda bizim baĢımıza nə gələcəyindən xəbərin varmı. Ya 
mən də gedirəm, ya da özün də qal. 

53  www.sarigelin.net 
 
– Salman, iĢimiz çoxdu. Qalaya gələn dəstə böyük də ola bilər. Onların öhdəsindən gəlmək 
lazımdı. Adamların da çoxu lağımda iĢləyir. Allahın izniylə mənə heç nə olmaz, inĢallah. Yüyəni 
burax, vaxt keçir. Salamat qal.  
Lələ boĢalmıĢ yüyəni onun boĢalmıĢ əllərindən çıxartdı, atını dabanları ilə məhmizlədi. 
Dostu  Heydərin  uĢaqlarının  dustaq  olmasında  özünü  də  günahkar  sayırdı.  Heç  ağlına 
gəlməzdi ki, onun ölümündən sonra qaynı Sultan Yaqub bacısı ilə uĢaqlarına düĢmən kimi baxar. 
ġirvandan  Ərdəbilə  qayıdandan  sonra  Ģəhərin  kənarında  Ülkər  onların  əllərindən  çıxmıĢ, 
sahibini  axtarırmıĢ  kimi  özünü  Ģəhərin  dar  küçələrinə  atıb  evə  qədər  gəlmiĢ,  ayaqlarını  yerə 
döyərək kiĢnəmiĢdi. O, çatanda görmüĢdü ki, evin ətrafında hökmdarın fərraĢları qaynaĢır. Ġçəri 
keçə bilməmiĢdi. Söz yayılmıĢdı ki, Sultan Yaqub bacısını uĢaqları ilə “səkkiz behiĢt” sarayına, 
öz yanına aparır. 
Həmin  günlərdə  Heydərin  müridlərini,  onun  yaxın  dostlarını  axtarır,  tutur,  gizlində 
öldürürdülər. Hüseyn Lələ bəy də gizlənməli, bir müddət gözdən yayınmalı olmuĢdu. Sonra isə 
xəbər gəlmiĢdi. Xəbər gəlmiĢdi ki, onları saraya yox, həbsə salıblar. Üstündən nə qədər keçəndən 
sonra yerlərini də öyrənə bilmiĢdi. 
YavaĢ-yavaĢ  o,  adamlarını  toplamıĢ,  qalanın  yanında  pusqu  düzəltmiĢdi.  Amma  hələ heç 
bir iĢ görə bilməmiĢdi. 
Onun ən yaxın dostu, ġirvanda Ģir kimi vuruĢan Dədə bəy bu yaxınlıqda, obada olmalı idi. 
Hüseyn  Lələ  bəy  onu  görməyə  gedirdi.  Bu  illər  ərzində  onu  narahat  eləməmiĢ,  gördüyü  iĢlərə 
qoĢmamıĢdı.  Çünki  Dədə  bəyin  gizli  iĢlə  arası  yox  idi,  onun  dostluğu  da,  düĢmənliyi  də  açıq-
aĢkar idi. 
– Dayan! 
Yolun üstünə əyilən budağın arasından eĢidildi bu səs. Sonra da yarğanda bitib çaya tərəf 
əyilən ağacdan baĢı qırmızı çalmalı bir nəfər tullanıb yabının cilovundan yapıĢdı. Onun yoldaĢı 
isə yuxarıda oturub əlindəki oxu hazır tutmuĢdu. 
Lələ  baĢa  düĢdü  ki,  soyğunçuların  əlinə  düĢüb.  “Qəribə  yerdə  axĢamladıq.  Günah 
özümdədi, mən niyə silahlı, yaraqlı, erkək at belində gəlmirdim ki, belə bir iĢə də düĢməyəydim”. 
O, oxunu sazlayıb onu niĢan alana baxdı. 
– Sənə əbam lazımdırsa, daha onu oxla niyə deĢirsən? 
BaĢı qırmızı çalmalı, rəngi yanıb paxır atmıĢ misə dönən adam atın yüyənindən yapıĢmıĢdı 
və kəmərindəki qırmaqdan keçi buynuzundan sapı olan bıçağını çıxartmıĢdı. Bilmək olmurdu o 
atın yüyənini kəsmək istəyir, yoxsa atlını... Saqqal basmıĢ, sir-sifəti pırtlaĢmıĢ, boyun-boğazı kir 
bağlamıĢdı. 
– DüĢ atdan. 
Lələ aĢırılıb atdan düĢdü: 
– Bu qoca bir yabıdı. Onu bazarda uzunqulaq qiymətinə də almazlar.  
– Mən sataram, – deyə yabının dodaqlarını aralayıb diĢlərinə baxdı.  
Lələ deyirdi: 
– Heç kim almaz, xasiyyəti də pisdi. 
–  Xasiyyəti  necədi?  –  DiĢlərə  baxandan  sonra  ağlı  bir  Ģey  kəsmədi.  DiĢlərinin  hamısı 
yeyilib qurtarmıĢdı.. 
– Seyid atı necə olar? Kimi görsə dayanır. Onu minib nə qovmaq olar, nə qaçmaq. 
– Seyid atı? Sən seyidsən? 
– Seyidəm, imam, peyğəmbər övladıyam. 
– Mən isə Ağqoyunlu hökmdarıyam – deyə əlini xurcuna salıb nəsə çıxartdı, gördü çörəkdi
gəvələməyə baĢladı. 
– Bir az qoyunum var, mən də onun hökmdarıyam. Seyid kimdi mənim yanımda? 
Hüseyn Lələ bəy gördü ki, yox, lap nadanlara rast gəlib, bunlardan yaxa qurtarmaq müĢkül 
iĢdi.  Onları  sorğu-suala  tutmaq  üçün  əvvəl  sifətlərinə  baxdı  (Ox  tuĢlayan  da  düĢüb  gəlmiĢdi). 
Öyrənmək istəyirdi ki, görsün, sifətdən hansı daha yaxĢı adama oxĢayır. Yenə də oxu oxqabına 
qoyan, yayı çiyninə keçirən yekəpər adamı gözü aldı.  

54  www.sarigelin.net 
 
– Müsəlmansınız? 
– Müsəlman çörək yemir? 
– Niyə yemir, yeyir. 
–  Onda  nə  soruĢursan?  –  Qırmızı  çalmalı  çəmkirdi.  –  Sən  Seyidsən.  Peyğəmbər 
əlehsalamın  əli  sənin  baĢının  üstündədi,  hər  yerdən  cəddinə  nəzir  gəlir.  Tər  tökməmiĢ,  əziyyət 
çəkməmiĢ  rahat  çörək  yeyirsən.  Mənim  babam  peyğəmbərin  qohumu  olmayıb  deyin,  mən 
acından ölməliyəm? 
Onun  bu  mülahizəsi  Hüseyn  Lələ  bəyin  xoĢuna  gəldi.  Əl  atıb  qoltuğundakı  cibindən  pul 
kisəsini də çıxarıb onlara verdi. 
– Götürün. Doğru sözə nə deyəsən? At da sizin, pul da sizin, sonra nə istəyirsiniz? 
–  Sonra,  sonra  da  səni  o  dünyadakı  qohumlarının  yanına  göndərərik  ki,  cəddini  köməyə 
çağırıb bizim tikəmizi haram eləməyəsən. 
Hüseyn Lələ bəy göz gəzdirdi gördü ki, boydan, candan onlarla bacara bilməyəcək. Silahı 
yox  idi.  Yenə yanında bir xəncər götürsə onları  Ģil-küt  eləyərdi. Yenə də səbr, yenə də təmkin 
lazım gəlirdi. 
– Məni öldürməyin, sizə heç bir xeyri yoxdu. Hər Ģeyi sizə özüm bağıĢlayıram. Cəddimi də 
çağırıram ki, babam peyğəmbər sizin iĢinizin rəvac tapması üçün xəlluq aləmdən iltimas eləsin. 
Yox,  əgər  məni  öldürmək  fikriniz  varsa,  onda  aparın  bu  dağın  o  tərəfində  bir  oba  var,  ora. 
Tanıyırsınız? 
– Tanıdıq, tanımadıq, bunun bir xeyri olacaq bizə? 
– Olacaq. O obada bir bəy var. Sünnüdü. Seyidləri satın alır. YaxĢı pul verib alır, onların 
cəzasını özü verir.  
Qırmızı çalmalı yoldaĢına baxdı, o da razılıqla baĢını tərpətdi. 
–  Mən  də  eĢitmiĢəm  deyəsən.  O,  bir-iki  ġeyx  Heydər  müridini  də  yaxĢı  pula  alıb.  Bir 
adama bir qoyun verib.  
Qırmızı çalmalı soruĢdu: 
– Seyid bahadı, mürid? 
– Seyid, – deyə Hüseyn Lələ bəy dilləndi. – ġeyx Heydər özü seyidiydi. Onun müridlərini 
alan, gör seyidə nə verər ey. 
– YaxĢı, getdik. 
 
 
DƏDƏ BƏYĠN QONAQLARI 
 
Dağın  quzeyi  meĢəlik  idi.  Güneyində  isə  otlaqlar  baĢlayırdı.  Gah  bu  dikdirdə,  gah  da  o 
birində hündür tayalar vurulmuĢdu. Bu döĢlər dərələrlə doğranmıĢdı. O dərələr yuxarı qalxdıqca 
bir  yerdə  düyünlənirdi.  Bu  düyün  isə  dağın  baĢındakı  hündür  qaya,  qayanın  ətrafında  geniĢ 
çınqıllıq idi. 
Qayanın  dibindən  bir  neçə  dəyirmanı  iĢlədən  bulaqlar  qaynayırdı.  Gur  bulağın  baĢından 
qalxan  cığır  yastanadakı  alaçıqların  yanına  qalxırdı.  Dörd  alaçıq  qara  keçədən,  iki  alaçıq  ağ 
keçədən qurulmuĢdu. Ağ alaçığın qara naxıĢları, qara alaçığın ağ naxıĢları vardı. Böyük bir alaçıq 
isə onlardan yuxarıdakı yastananı tutmuĢdu. Həm də keçədən deyil, xalça-palazdan idi. Uzaqdan 
bəzədilmiĢ gəlinə oxĢayırdı. Qırmızı, abı, yaĢıl naxıĢlar payız nəfəsi dəyən, otu quruyub bozaran, 
sarı rəngindən xəfif bir fona çevrilən təbiətin döĢündə gecikmiĢ gül dəstəsini xatırladırdı. 
Alaçığın  qabağında  sərilən  iri  xalçanın  üstündə  dirsəklənən  Dədə  bəy  fikrə  getmiĢdi. 
AĢağıdakı  boĢ  arxaclar  dəvə  yunu  rəngindəydi.  Yamacda  isə  qoyun  sürüləri  ağarırdı.  Dərələrlə 
axan sular parıldayır, yerə düĢən güzgü qırığı kimi iĢığı əks eləyirdi. Ġri qayanın yanına yığılan 
ilxının atları istidən baĢlarını yelləyir, mal-qara isə düzəndəki çəməndə otlayırdı. 
Dədə bəyin yanında dörd-beĢ nəfər də dizlərini yerə vurub oturmuĢdular. Dədə bəy dinib-
danıĢmır, heç kim də bir söz deməyə cəsarət eləmirdi. Bu həmin Dədə bəy idi ki, Uzun Həsənin 
dar günündə ġeyx Heydərlə köməyə gəlmiĢ, igidliyinə körə Uzun Həsən fərman yazıb bu yaylağı, 

55  www.sarigelin.net 
 
Araz  qırağında  Tək  saqqız  qıĢlağını  ona  vermiĢdi.  Əbu  Səidin  xəzinəsini  ələ  keçirib  gətirəndə 
hökmdar ona həmin xəzinədən çoxlu var-dövlət bağıĢlamıĢdı. Kasıb bir mürid dönüb var-dövlət 
sahibi,  bəy  olmuĢdu.  Dağıstana  səfərlərdə  də  ġeyx  Heydərin  yaxın  köməkçisinə  dönmüĢdü. 
Qızılı,  var-dövləti  verib  ilxılar,  sürülər,  naxırlar  almıĢ,  dağdan  arana,  arandan  dağa  köçməyə 
baĢlamıĢdı. 
Oturanların  arasındakı  cavan,  nazik  qara  bığları  uzanıb  yanaqlarındakı  batıqlara  çatan, 
nədənsə Dədə bəyə oxĢayan oğlan dilləndi. 
– Dədə, heç fikir eləmə. Alapaçanı da tapıb gətirəcəm, onu qaçıranın obasını da talıyacam. 
Dost, düĢmən içində sən özünü sındırma. 
Amma  onun  qaĢ-qabağı  açılmadı.  Əlli  yaĢını  haqlasa  da,  yanaqlarından  qan  damırdı,  iri 
bəbəkləri  piyalə  kimi  dərin  göz  çökəyində  qara  quĢ  gözləri  kimi  alıĢıb  yanırdı.  Bu  var-dövləti 
toplayandan onun bir yetim quzusunu, naxırlarından bir əzvay danasını, ilxılarından bir çöpüklü 
qulununu nə oğru aparmıĢ, nə qurd-quĢ dağıtmıĢdı. 
– Deməli, qocalmıĢam. Deyərlər ki, qurd qocalanda burnunun ucuna kəpənək qonar. 
– Sənin haran qocadı, ay Dədə bəy? 
– Yox, belədir, mən hiss eləyirəm. 
Dünən gözünün qabağında onun Alapaçasını aparmıĢdılar. Aparan da öz qonağıydı. AxĢam 
gəlib  yer  istəmiĢdi.  KiĢinin  çörəyini  yemiĢdi,  Ģirin-Ģirin  söhbət  eləmiĢdi.  Gecə  yarısı  Dədə bəy 
alaçığın  yanında  hənirti  eĢidib  qalxmıĢdı.  Geyinib  çıxana  kimi  görmüĢdü  ki,  onun  Alapaçasını 
kimsə  minib  dərəyə  endirir...  HəmiĢə  Alapaçanı  alaçığın  yanında  saxlayırdı.  Gecələr  obalara 
dəyər, ilxıçılara, çobanlara baĢ çəkərdi. “Sərvaxt olun” – deyərdi. 
Alapaça dərəni keçib kiĢnəyə-kiĢnəyə obadan çıxanda özünü alaçıqlara çatdırıb görmüĢdü 
ki,  mıxa  bir  at  bağlanıb.  Açıb  minmiĢdi,  səslənmiĢdi  ki,  Alapaçanı  apardılar.  Bu  obada 
Alapaçanın  tozuna  çatan  at  yox  idi.  Amma  mindiyi  madyanı  döyə-döyə  Alapaçanın  izinə 
salmıĢdı. Ay iĢığında Alapaçanın nalı parıldayırdı. 
– Namərd, gör sənə nə edəcəyəm! 
Alapaça onun səsini eĢitmiĢdi, baĢını döndərib kiĢnəmiĢdi. Amma yəhərdəki onu insafsız-
insafsız qamçılayırdı. 
– Ay namərd, adam o ata qamçı vurar? 
Alapaça da Əbu Səidin düĢdüyü Tək saqqız vuruĢmasından yadigar idi. Sultanın atı onun 
əlinə keçmiĢdi. Əlindən almamıĢdılar. Alapaça da onun balası idi. Onun mindiyi madyan da pis 
getmirdi. Alapaçanı haqlamıĢdı. Amma burun pərələri o qədər ĢiĢmiĢdi ki, bir az da belə getsə 
çatlayardı. Alapaçanın bir xasiyyəti də vardı ki, arxadan at hənirtisi duydumu, yerlə-göylə əlləĢib 
onları  yaxına  buraxmırdı.  Ġndi  də  özünü  yeyib-tökür,  üstündəki  adam  onu  qamçılayır,  amma 
uzaqlaĢa bilmirdi. 
Dədə bəy baĢa düĢmüĢdü ki, tapqırlardan biri açılıb atın ayağına dolaĢıb, qaçmağa qoymur. 
Madyan  Alapaçaya  yaxınlaĢdıqda  Dədə  bəyin  ürəyi  partlamaq  dərəcəsinə  gəlirdi  ki, 
Alapaçaya  bax  ki,  ona  madyan  da  çatır.  Onun  yəhərində  oğru  oturub  qaçırırdı.  Dədə  bəy  onu 
tutub  qaytarana  bir  ilxı  bağıĢlayardı.  Amma  madyanla  o  cür  Ģöhrətli  ata  çatmağı  adına-sanına 
əskiklik sayırdı. 
– Ay namərd, görmürsən tapqır ayağına dolaĢıb? Ġnsafsız oğlu, insafsız! 
Atın yəhərindəki xəncərini siyirib, tapqırı kəsib bir göz qırpımında uzaqlaĢmıĢdı. 
Dədə  bəy  həm  sevindi,  həm  də  qəmə  batdı.  Kor-peĢman  qayıdanda  obanın  kiĢilərinin 
atlanıb gəldiyini gördü. – Qayıdın, bu yabıların heç biri ona çata bilməz. 
Səhərdən bəri ətraf obalara adamlar getmiĢ, heç biri xeyir xəbər kətirməmiĢdi. AxĢamdan 
elə bil hamı yasa batmıĢdı. Qohum-qardaĢı  Dədə bəyə ürək-dirək verməyə yığılmıĢdı. UĢaqları 
alaçıqlardan bayıra buraxmırdılar. Oynayıb-güləndə Dədə bəyin xətrinə dəyə bilərdi. Atları sürüb 
ilxıya qatmıĢdılar. Biri atlı getsə onun yadına Alapaçanı salardı. 
Dilavər  oğlanların  neçəsi  yaraqlanıb-yasaqlanıb  daha  uzaq  obalara  sürmüĢdülər.  Amma 
onu  Alapaçanın  qaçırılmağı  nə  qədər  incidirdisə,  bunun  sonrası  bir  o  qədər  düĢündürürdü. 
Əvvəla,  yaxĢı  igidin  atını  aparmaq  onu  el  içində  xar  eləmək  idi.  Papağını  aparmaq,  arvadını 

56  www.sarigelin.net 
 
qaçırmaq  kimi  bir  məsələydi.  Bu  iĢ  söz  yox  ki,  oğru  iĢindən  çox,  düĢmən  əməlinə  oxĢayırdı. 
Alapaçanın yalını, quyruğunu qırxıb kecənin birində gətirib obaya buraxsalar, onda gərək Dədə 
bəy xəncərini siyirib öz ürəyinin baĢına saplayaydı. 
O,  nə  qədər  fikirləĢirdisə  də  bu  daĢın  onun  bostanına  haradan  atıldığını  ağlına  gətirə 
bilmirdi. Oturanlardan biri dedi: 
– Dədə bəy, bir at nədi ki, ondan ötəri bu qədər dərd çəkirsən? 
Bunu deyən Dədə bəyin qardaĢı idi. 

Yüklə 5,09 Kb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   35




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin